Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-28/2025 18.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlu katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 25,01 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 20 yanvar 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Hacıyev küçəsində saxlanılaraq həmin tarixdə saat 16:35-dən 16:45-dək üstü yoxlanılan zaman, əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 02 ədəd şəffaf sellofan paketlərdə ümumi təmiz çəkisi 25,01 qram eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 12,75 qram və 12,26 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, iki ildir narkotik vasitələrdən istifadə edir. Əsasən narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 20 yanvar 2025-ci il tarixdə səhər saatlarında Ağdaş rayonu, Ləki qəsəbəsinə getmişdir. Saat təxminən 08:00-09:00 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən dəmiryolu stansiyasının kənarı ilə piyada hərəkət edən zaman yerdə 2 ədəd kiçik ölçülü şəffaf sellofan paketin olduğunu görüb götürdükdə sellofan paketlərin içərisindəki bitki kütləsini qoxulamış və narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Həmin sellofan paketləri əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibinə qoyub şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. 20 yanvar 2025-ci il tarixdə saat təxminən 16:35 radələrində Ağdaş şəhəri, H.Hacıyev küçəsi ilə piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq üstündə narkotik vasitə saxlamağında və istifadə etməyində şübhəli olduğunu, buna görə də üstünü yoxlayacaqlarını bildirmişdir. Heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşı ona şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş təqdim etmişdir. Həmçinin polis əməkdaşı ona müdafiə hüququnun olduğunu, araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunacağını bildirmişdir. Bundan sonra ona narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Həmin vaxt əynində olan qara rəngli uzunqol gödəkcənin sol yan cibindən 02 ədəd kiçik ölçülü sellofan paketləri təqdim etmişdir. Polis əməkdaşı həmin sellofan paketlərdə olan bitki kütləsinin nə olduğunu, haradan əldə etdiyini və hansı məqsədlə üzərində saxladığını soruşmuşdur. Həmin bitki kütləsinin narkotik vasitə nəşə olduğunu, səhər saat 08:00-09:00 aralığında Ləki qəsəbəsindəki dəmiryolu stansiyasından tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 25 qram olmuşdur. Daha sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üstünün yoxlanılması barədə protokol tərtib olundu, o və digər iştirakçılar protokola imza etmişlər. Sonra ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra onun üstünü yoxlayan polis əməkdaşı tərtib etdiyi protokolu, üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntü olan diski, üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni təhqiqatçıya təqdim etmişdir. Bundan sonra təhqiqatçı Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üstündən aşkar edilmiş və qablaşdırılaraq götürülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələri olan 02 ədəd kiçik ölçülü sellofan paketin qablaşdırıldığı kağız zərfi təkrar açaraq içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan paketlərə baxış keçirmişdir. Ondan həmin bitki kütlələrinin nə olduğu soruşulduqda Həmin kütlənin narkotik vasitə nəşə olduğunu, səhər saat 08:00-09:00 aralığında Ləki qəsəbəsindəki dəmiryolu stansiyasından tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin bitki kütlələri yenidən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən yalnız polis əməkdaşlarının üzərinə baxışdan əvvəl ona verdikləri hüquq və vəzifələri haqqında olan bildiriş aşkar olunmuşdur. Bundan sonra üzərində axtarış aparılmış, üzərimdə hər hansı bir əşya aşkar olunmamışdır. Bildiriş ona geri qaytarılmışdır. Hazırda törətdiiyi əməldən səmimi peşmandır, himayəsində iki azyaşlı uşağı var, ona köməklik edib yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıyır. 20 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə saat 16:35-də Ağdaş şəhəri, H.Hacıyev küçəsi ərazisində saxlanılmışdır. Ona özünü təqdim etdikdən sonra o, əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, ona hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamağı barədə soruşulmuş, o, üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçəsinin sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd kiçik ölçülü sellofan paketi təqdim etmişdir. Narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 02 ədəd sellofan paket elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 25 qram olması müəyyən edilmişdir. Daha sonra 02 ədəd kiçik ölçülü sellofan paket 01 ədəd kağız zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğusual aparılan zaman o üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə nəşə olduğunu, həmin narkotik vasitəni səhər saat 08:00-09:00 aralığında Ağdaş rayonu, Ləki qəsəbəsindəki dəmiryolundan tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlamılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Ağdaş RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən hüquq və vəzifələrin izahına dair bildirişi təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarış barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 20 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə saat 16:35-də Ağdaş şəhəri, H.Hacıyev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd kiçik ölçülü sellofan paketi təqdim etmişdir. X9 üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun üzərindən heçnə aşkar olunmamışdır. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və sellofan paketlər ilə birlikdə çəkisi 25 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 20 yanvar 2025-ci ildə səhər saat 08:00-09:00 aralığında Ağdaş rayonu, Ləki qəsəbəsindən keçən dəmiryolundan tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 20 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan və diskdən görünür ki, 20 yanvar 2025-ci il tarixdə saat 16:35-dən saat 16:45-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan kiçik ölçülü sellofan paketlərin qablaşdırıldığı kağız zərf təkrar açılaraq içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə bənzər bitki kütləsi olan kiçik ölçülü sellofan paketlərə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sellofan paketlərdə olan narkotik vasitənin özünə məxsus olmasını, həmin narkotik vasitəni 20 yanvar 2025-ci ildə səhər saat 08:00-09:00 aralığında Ağdaş rayonu, Ləki qəsəbəsindən keçən dəmiryolundan tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 21 yanvar 2025-ci il tarixli 17/56 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan büküm” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, 02 (iki) ədəd kiçik sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-12,75 qram, 12,26 qram ümumi təmiz çəkisi-25,01 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik amddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kiçik sellofan paketlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 fevral 2025-ci il tarixli 160 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumedilməklə 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan hökmün icrası barədə göstərişdən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli hökmü 11 oktyabr 2024-cü il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və probasiya Şöbəsinin 04 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli hökmü Ağdaş rayon İcra və Şöbəsinin icraatına 07 may 2025-ci il tarixdə daxil olmuş, 30 may 2025-ci ill tarixdə məhkum Təqsirləndirilən şəxs cəzasını çəkmək üçün 12 saylı X7 Müəssisəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Resspublikası Ədliyyə Nazirliyi Penitensiar Xiddmətin 12 saylı X7 Müəssisəsinin 18 iyun 2025-ci il tarixli arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdə müəssisəyə qəbul olunmuş, cəzasının əvvəli 30 may 2025-ci il, cəzasının sonu 30 may 2030-cu il kimi hesablanmış, 18 iyun 2025-ci il tarixə 19 gün cəza çəkmiş, 4 il 11 ay 11 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 03 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin publik hüquqi şəxsin poliklinika şöbəsində “Epizodik həşiş qəbulu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı 25 oktyabr 1998-ci il təvəllüdlü X3, övladları 06 iyun 2017-ci il təvəllüdlü X5 və 24 oktyabr 2023-cü il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 iyun 2017-ci il təvəllüdlü X5 və 24 oktyabr 2023-cü il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-M-381/2025 nömrəli 06 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan 20 yanvar 2025-ci il tarixli cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması, onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 20 yanvar 2025ci il tarixdə saat 16:35-dən hesablanmışdır. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2025-ci il tarixdə saat 15:00-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla X7 müəssisəsində cəza çəkməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 11 (on bir) gün hissəsi hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Eləcə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyun 2013-cü il tarixli qərarına əsasən cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 24.97 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin qeydə alındığı, baxış və götürmənin qeydə alındığı, əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsinin qeydə alındığı videoçəkilişlərə dair 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş hesabatdan görünür ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 22 saat vaxt sərf edilmişdir. Həmçinin, vəkil Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, o, Ağdaş Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarına əsasən 17 mart 2025-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs hüquqlarının müdafiənə (iş materialları ilə tanış olma) başlamışdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarının ikinci bəndindən görünür ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarı rəsmi olaraq 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarına 28 aprel 2025-ci il tarixdə dəyişiklik edilənə qədər qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 29 aprel 2025-ci il tarixədək olan müddətə 6 (altı) manat, bundan sonra göstərilən hüquqi yardımla bağlı isə 11 (on bir) manat məbləğində müəyyən edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 188 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən, 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 11 (on bir) gün hissəsi ona təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 24.97 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin qeydə alındığı, baxış və götürmənin qeydə alındığı, əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsinin qeydə alındığı videoçəkilişlərə dair 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 188 ( yüz səksən səkkiz) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-28/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-28/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver