Məhkəmə qərarları › İş №1(014)-29/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-29/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-29/2020 09.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Kərimov Həsən Ramiz oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs x1 və qanuni nümayəndəsi x2 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1989-cu ildə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində 12 fevral 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ona aşkar surətdə 16 yaşına çatmadığı məlum olan,yəni xx.xx.2003-cü il təvəllüdlü x1 razılığı əsasında onunla 07 iyul 2019-cu il tarixdən 12oktyabr2019-cu il tarixədək yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən evində mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildi və ifadəsində 2019-cu ildə Ağdaş rayonunda fermada işləyərkən həmin kənddə yaşayan Yevlax rayonu, Xanabad kənd sakini Zərərçəkmiş şəxs ilə tanış olduğunu, həmin vaxt Aydanın da fermada işlədiyini və ailəsi ilə birlikdə fermada qaldığını, 2019-cu ilin iyul ayının 5-də Aydanla nişanlandıqlarını, iki gün sonra, yəni 7 iyul 2019-cu il tarixdə onun yaşadığı ünvanda qonaqlıq olduğunu və Aydanın həmin gün onlara köçdüyünü, ilk dəfə Aydan ilə Ağdaş rayonu, Orta Ləki kəndində yaşadıqları evdə onlar üçün ayrılmış otaqda cinsi əlaqədə olduqlarını və həmin vaxt Aydanın bakirəliyinin onun tərəfindən pozulduğunu, həmin vaxtdan Aydannın onlarla birlikdə yaşadığını, hazırda Aydanın 3 aylıq hamilə olduğunu, Aydan ilə ailə quran zaman Aydanın 16 yaşına çatmayan şəxs olduğunu bildiyini, lakin ailə qurmaq məqsədi ilə Aydanın öz razılığı ilə onunla evləndiyini, ailə qurmazdan əvvəl Aydana qarşı heç bir seksual xarakterli hərəkətlər etmədiyini bildirdi. İş üzrə zərərçəkmiş şəxs x3 məhkəmə iclasında qanuni nümayəndəsi olan anası x2 iştirakı ilə verdiyi ifadəsində 2019-cu ildə Ağdaş rayonunda fermada işləyərkən Ağdaş rayonu, Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs Ramiz oğlu ilə tanış olduğunu, həmin vaxt Xəyyamın da fermada işlədiyini və kənddə qaldığını, özü isə ailəsi ilə birlikdə fermada qaldığını, 2019-cu ilin iyul ayının 5-də Xəyyamla nişanlandıqqlarını, iki gün sonra Xəyyamgildə qonaqlıq olduğunu və həmin gün Xəyyamgilə köçdüyünü, 7 iyul 2019-cu il tarixdə ilk dəfə Xəyyamın onunla Ağdaş rayonu, Orta Ləki kəndində yaşadıqları evdə onlar üçün ayrılmış otaqda cinsi əlaqədə olduğunu və həmin vaxt onun bakirəliyinin Xəyyam tərəfindən pozulduğunu, həmin vaxtdan Xəyyam evində yaşadığını, hazırda 3 aylıq hamilə olduğunu, ailə qurmazdan əvvə Xəyyamın onun 16 yaşına çatmayan şəxs olduğunu bildiyini, lakin ailə qurmaq məqsədi ilə öz istəyi ilə Xəyyamla evləndiyini, Xəyyamın onunla toy gecəsinə qədər heç bir seksual xarakterli hərəkətlər etmədiyini, hazırda münasibətlərinin çox yaxşı olduğunu, ailə kimi birlikdə mehriban yaşadıqlarını bildirdi. İş üzrə zərərçəkmiş şəxs x1 qanuni nümayəndəsi olan anası x4 məhkəmə iclasında şahid kimi verdiyi ifadəsində qızı Aydanın 2019-cu ildə Ağdaş rayonunda fermada işləyərkən Ağdaş rayonu, Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs Ramiz oğlu ilə tanış olduğunu, həmin vaxt Xəyyamın da fermada işlədiyini və kənddə qaldığını, onların isə ailəliklə fermada qaldıqlarını, 2019-cu ilin iyul ayının 5-də qızı Aydanı Xəyyam ilə nişanladıqlarını, 2019-cu ilin iyul ayının 7-də Xəyyamgildə qonaqlıq olduğunu və qızı Aydanın həmin gün Xəyyamgilə köçdüyünü, ilk dəfə Xəyyamın qızı Aydan ilə Ağdaş rayonu, Orta Ləki kəndində yaşadıqları evdə onlar üçün ayrılmış otaqda cinsi əlaqədə olduğunu və həmin vaxt qızı Aydanın bakirəliyinin Xəyyam tərəfindən pozulduğunu, həmin vaxtdan qızı Aydanın Xəyyamgildə yaşadığını və hazırda Aydanın 3 aylıq hamilə olduğunu, Xəyyamın Aydanın 16 yaşına çatmayan şəxs olduğunu bildiyini, lakin Aydanın ailə qurmaq məqsədi ilə öz istəyi ilə Xəyyamla evləndiyini, hazırda Xəyyamla Aydanın münasibətlərinin çox yaxşı olduğunu, ailə kimi birlikdə mehriban yaşadıqlarını bildirdi. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs x3 xx xxxxxxx 2003-cü ildə anadan olmuşdur. Tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin mənasına görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcbürəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxscəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı sınaq müddəti müəyyən edilməklə şərti hesab etməyi məqsədə müvafiq bilir və hesab edir ki, onun barəsində təyin edilmiş cəzanın şərti hesab edilərək azadlıqda saxlanılması Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gələrkən, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edərkən gənc ailənin dağılmasının qarşısının alınmasını və qorunub saxlanılmasını əsas götürür. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsinə mindiyi tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza bir il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: FamilNəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar