Məhkəmə qərarları › İş №1(014)-29/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-29/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-29/2022 13.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X6 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X1, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 2001-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu Ləki Qəsəbəsi Ə/D Yeni Massivdə qeydiyyatda olan yaşayan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 17.04.2017-ci il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən 1(014)-22/2017 saylı, 17 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 600 manat cərimə cəzasına məhkum edilmiş və 17.04.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, 23.11.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 aprel 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09.11.2021-ci il tarixdən 10.11.2021-ci il tarixə keçən gecə saat 01 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş rayonu Kotavan kənd sakini xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məxsus Ağdaş rayon Kotavan kəndində yerləşən saxlanc yeri olan yarımtikili vəziyyətdə avtomobil yuma məntəqəsinə giriş qapısından qanunsuz daxil olmaqla 5 ədəd hər biri 4 manat olmaqla cəmi 20 manat dəyərində 4 metr uzunluğunda 20-lik plastik boruları, 01 ədəd 25 manat dəyərində işlənmiş elektirik drelini, 01 ədəd 70 manat dəyərində əl-üz yuyan “maydadır”, 10 ədəd hər biri 2 manat olmaqla cəmi 20 manat dəyərində elektirik düyməsi “vklyuçatel”, 10 ədəd hər birinin qiyməti 1,50 manat olan cəmi 15 manat dəyərində elektrik mənbəyi “rozetka” və 10 ədəd hər birinin qiyməti 3 manat olan, cəmi 30 manat dəyərində elektirik “spot” işıqları, ümumi olaraq 180 manat dəyərində əşyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 180 (yüz səksən) manat məbləğdə maddi ziyan vurmaqla həmin əmlakı oğurlamışdır. Bundan sonra o, təkrarən 14.11.2021-ci il tarixdən 15.11.2021-ci il tarixə keçən gecə saat 01 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş rayonu Ağzıbir kəndində yaşayan xx.xx.1965-ci il təvəllüdlü X1 yaşadığı evin həyətində yerləşən saxlanc yeri olan ərzaq mağazasının dəmir qapısının qıfılını əlində olan kəlbətinlə açmaqla qanunsuz daxil olaraq mağazadan ümumilikdə 900 manat nağd pulu, 01 qutu 2 manat dəyərində “Kurabiyə” adlanan şirniyyatı və 01 paçka 4 manat dəyərində “Karamel” adlanan konfet, ümumilikdə dəyəri 906 manat olan özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxs Rəsmiyyə Rəhimovaya ümumi olaraq 906 (doqquz yüz altı) manat məbləğdə maddi ziyan vurmaqla həmin əmlakı oğurlamışdır. Daha sonra o, təkrarən 19.11.2021-ci il tarixdən 20.11.2021-ci il tarixə keçən gecə saat 01 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş rayonu Abad kəndində yaşayan xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətində yerləşən saxlanc yeri olan ərzaq mağazasına taxta nəfəslikdən keçməklə qanunsuz daxil olaraq mağazadan 5 blok bir blokun dəyəri 20 manat ümumi dəyəri 100 manat göy rəngdə qalın “Prima” siqaret, 5 blok, bir blokun dəyəri 25 manat ümumi dəyəri 125 manat nəzik “Vinçestr” siqaret, 6 blok bir blokun dəyəri 22 manat ümumi dəyəri 132 manat nəzik “Vant” siqaret, 5 blok bir blokun dəyəri 28 manat ümumi dəyəri 140 manat nazik “LD” siqaret, 5 blok bir blokun dəyəri 22 manat ümumi dəyəri 110 manat qalın “Kompakt” siqaret, 5 blok bir blokun dəyəri 18 manat ümumi dəyəri 90 manat qalın “Arqo” siqaret, 5 blok bir blokun dəyəri 22 manat ümumi dəyəri 110 manat qara nazik “Vant” siqaretlər, 10 ədəd 1(bir) manatlıq sim kontur ümumi dəyəri 10 manat, 5 kiloqram bir kiloqramı 6 manat ümumi dəyəri 30 manat “Şak Jeleniya” şokoladı, 5 ədəd bir ədədi 6 manat ümumi dəyəri 30 manat təmizlənmiş və dondurulmuş “Giləzi” adlı toyuq, 5 ədəd bir ədədi 4,60 manat ümumi dəyəri 23 manat olan qavyadin, 4 ədəd bir ədədin dəyəri 1 manat ümumi dəyəri 4 manat olan lazer fanarı, 15 ədəd bir ədədinin qiyməti 5,30 manat ümumi olaraq 79 manat dəyərində 250 qramlıq qara rəngli “Beta-Tea” quru çayı, 03 rulon 01 ədədin satış qiyməti 8 manat ümumi dəyəri 24 manat “Best-Beef” adlanan kolbasa və 03 ədəd 01 ədədin satış qiyməti 04 manat, cəmi 12 manat olan sellofanda qablaşdırılmış “Best-Beef” sosisləri və 100 (yüz) manat qəpik pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumi olaraq 1119,50 manat məbləğdə maddi ziyan vurmaqla həmin əmlakı oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il müddətində həbs olunduğunu və 17.04.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunduğunu, 09.11.2021-ci il tarixdə pula ehtiyacı olduğunu, ona görə də oğurluq etmək qərarına gəldiyini, bu səbəblə də 09.11.2021-ci il tarixdən 10.11.2021-ci il tarixə keçən gecə saat 01 radələrində Ağdaş rayonu Kotavan kəndində yolun sağ tərəfində yerləşən yarım tikili avtoyuma məntəqəsinə oğurluq etmək üçün getdiyini, həmin yerə tanımadığı yol keçən avtomobil ilə getdiyini, avtoyuma məntəqəsinin plastik giriş qapısına yaxınlaşdığını və onu əli ilə güc tətbiq edərək itələdiyini və həmin zaman qapının açıldığını, bundan sonra içəri daxil olduğunu və yarımtikilinin içərisində pul olubolmamasını axtardığını, lakin orada pul tapa bilmədiyini və yalnız tikinti ləvazimatlarının olduğunu gördüyünü, özünün də orada pul tapa bilmədiyini gördükdə obyektin qapısını örtüb çıxıb getdiyini, sonra da yenə də yol keçən tanımadığı bir avtomobilə əl edərək həmin avtomobillə yaşadığı evə gəldiyini bildirmişdir. Bundan sonra yenə də pula ehtiyacı olduğu üçün 19.11.2021-ci il tarixdə oğurluq etmək qərarına gəldiyini, belə olub 19.11.2021-ci il tarixdən 20.11.2021-ci il tarixə keçən gecə yol keçən tanımadığı bir avtomobillə Ağdaş rayon Abad kəndinə getdiyini, həmin zaman saat təxminən 01 radələri olduğunu, Abad kəndində sahibini tanımadığı Abad kənd məktəbi ilə üz-üzə yerləşən mağazaya daxil olmaq qərarına gəldiyini, belə ki, həmin mağazanı Ağdaş rayonu Abad kəndində yaşayan bacısıgilə gedən zaman gördüyünü, əvvəlcə Ağdaş rayonu Abad kəndinə gedərək mağazaya yaxınlaşdığını, daha sonra mişar daşlarından ibarət hasardan keçərək mağazanın yerləşdiyi həyətə daxil olduğunu, həyətdə olan dəmir boçkanı mağazanın arxa hissəsində yerləşən taxta nəfəsliyin yaxınlığına gətirdiyini və həmin boçkanın üzərinə çıxaraq nəfəsliyin aşağı tərəfindən asılmış ipi özünə tərəf çəkdiyini, bu zaman nəfəslik açıldığını, mağazaya daxil olmaq üçün nəfəsliyi bir qədər də əli ilə irəliyə doğru itələdiyini, bu zaman nəfəsliyin şüşələrinin qırılaraq yerə düşdüyünü, daha sonra həmin nəfəslikdən mağazaya daxil olduğunu, mağazanın içərisində olan zaman əvvəlcə təxminən 50 manat məbləğində qəpik pulları, təxminən 4-5 ədəd siqaret bloklarını, daha sonra qarşısına çıxan ərzaq məhsullarını yəni, 3 ədəd dondurulmuş toyuq, 02 rulon kolpasa, 01 ədəd sellofanda olan sosiska, 03 bağlama şkolad və 01 ədəd qavyardini mağazadan götürdüyü sellofana yığdığını, bundan sonra mağazadan götürmüş olduğu ərzaq məhsullarını və siqaretləri əvvəlcə piştaxtanın içəri daxil olduğu nəfəsliyin qarşısı tərəfinə yığdığını, daha sonra mağazada olan stolu ayağının altına qoyaraq əvvəlcə özü mağazanın nəfəsliyindən bayıra çıxdığını və həmin boçkanın üzərində dayanaraq əlini mağazanın içərisinə həmin nəfəslikdən salaraq sellofanları götürdüyünü, bundan sonra isə hasardan keçərək yola çıxdığını və yol ilə piyada hərəkət etdiyini, mağazadan götürmüş olduğu ərzaq məhsullarını, qəpik pulları və siqaret bloklarını Abad kəndi ərazisində yerləşən meşəlikdə gizlətdiyini, bundan sonra piyada gələrək Abad kəndinin girişinə çatdığını, buradan da tanımadığı şəxsin avtomobil ilə gəlməsini gördüyünü və onu saxladaraq Ləki əsəbəsinə aparmasını xahiş etdiyini, daha sonra Ləki qəsəbəsinə yaşdığı evə gəldiyini, 20.11.2021-ci il tarixdə yenidən Abad kənd avtobusu ilə Abad kəndinə gedərək meşəlikdə gizlətmiş olduğu sellofanı götürdüyünü və yenidən həmin avtobus ilə yaşadığı Ləki qəsəbəsində yerləşən evə qayıtdığını, 20.11.2021-ci il tarixdə saat təxminən 15 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq onun Ağdaş rayonu ərazisində oğurluq hadisəsi törətməyi barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, buna görə də həmin polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini və oğurluq etdiyini də etiraf etdiyini, həmçinin etdiyi oğurluqdan özündə qalan 01 paçka nazik LD siqareti və 01 paçka qalın kompakt LD siqaretlərini, həmçinin də oğurlluğa gedən zaman geyindiyi qara rəngli gödəkçəni və qara rəngli papağı da polis əməkdaşlarına təqdim etdiyini, oğurluq zamanı oğurladığı ərzaq məhsullarını istifadə etdiyini, siqaretlərin bir hissəsini özü istifadə etdiyini, pulları isə özü xərclədiyini, özündə qalan 01 paçka nazik LD siqareti və 01 paçka qalın kompakt LD siqaretlərini isə təqdim etdiyini, birdən kimsə onda onları görər və həmin siqaret bloklarını oğurladığını bilməmələri digər siqaret bloklarını isə axar su kanalına atdığını, Ağdaş rayonu Kotavan kəndində yolun kənarında yerləşən obyektə təxminən 10 gün əvvəl oğurluq etmək məqsədilə daxil olduğunu və orada pul axtardığını, lakin oradan heç bir pul tapmadığını, ona görə də, oradan heç nə götürmədən çıxıb getdiyini, 5 ədəd 20-lik plastik boruları, 01 ədəd dreli, 01 ədəd maydadırı, təxminən 10 ədəd kluçateli, təxminən 10 ədəd rozekatı və təxminən 10 ədəd spot işıqları oğurlamadığını, bu müddət ərzində onu heç kimin görmədiyini, əvvəlcədən Abad kəndində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 işlətməsini bildiyi mağazadan oğurluq etməyi əvvəlcədən düşünmədiyini, anidən həmin mağazanın olması yadına düşdüyü üçün Abad kəndinə getdiyini və həmin vaxtda mağazanın arxa hissəsində taxtadan hazırlanmış nəfəslik olmasını gördüyünü, həmin mağazanın giriş qapısının sağ tərəfində yerləşən piştaxtadan 4-5 blok siqaret, soyuducudan 3 ədəd dondurulmuş toyuq, 2 rulon kolpasa, 01 ədəd sellofanda sosiska, 03 bağlama şkolad və 01 ədəd qavyardin götürdüyünü, Zərərçəkmiş şəxs2 məxsus mağazaya daxil olan zaman və ya mağazanı tərk edərək gedən zamanı onu heç kimin görmədiyini, bildirmişdir. Bundan başqa 2021-ci ilin noyabr ayının ortalarında gecə saat təxminən 01 radələrində Ağdaş rayon Ağzıbir kəndində yerləşən mağazadan oğurluq etdiyini, həmin mağazaya oğurluq etmək üçün mağazanın yerləşdiyi həyətə daş hasardan daxil olduğunu, mağazanın həyətdən olan dəmir qapısının üzərində olan qıfılı özü ilə apardığı kəlbətinlə qıraraq mağazaya daxil olduğunu və mağazadan 50 manat pul, 01 karopka şirniyyat məhsulu 01 karopka şokolad götürdüyünü, mağazadan götürdüyü sellofana qoyub yol keçən tanımadığı bir avtomobil ilə yaşadığı evə gəldiyini, həmin ərzaqları özü istifadə etdiyini, pulu isə özü üçün xərclədiyini, həmin mağazadan 900 manat pul götürmədiyini bildirmişdir.. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 ifadəsində yaşadığı Ağdaş rayonu Ağzıbir kəndində həyətində özünə məxsus ərzaq mağzası olduğunu, həmin mağazada ərzaqdan əlavə geyim əşyalarının da satışı ilə məşğul olduğuun, təxminən 10 il olar ki, həmin mağazanı işlətdiyini, həmin mağazanın dəmirdən giriş qapısı olduğunu, həmçinin üzü küçə istiqamətinə 02 ədəd pəncərəsi olduğunu və həmin pənəcərələrin də dəmir barmaqlıqları olduğunu, mağazanın həyətində yerləşdiyi üçün həmin mağazaya həyətdən daxil olmaq üçün dəmirdən ibarət qapı olduğunu və həmin qapını da qıfılla bağladığını, mağazanı hər gün saat 08 radələrində açdığını və axşam isə 19-20 radələrində mağazanı bağlayıb yaşadığı evə getdiyini, hər zaman olduğu kimi 14.11.2021ci il tarixdə axşam saat 19 radələrində mağazanı bağlayıb yaşadığı evə getdiyini, daha sonra səhəri gün yəni 15.11.2021-ci il tarixdə səhər radələrində həyətə mağanı açmaq üçün düşdüyünü, bu zaman həyətdən mağazaya giriş qapısının açıq vəziyyətdə olduğunu gördüyünü, həmçinin qapının kilidi qırılmış vəziyyətdə olduğunu gördüyünü, belə olub mağazaya daxil olanda mağazanın dağınıq vəziyyətdə olduğunu gördüyünü, dərhal pulları qoyduğu yerə yəni piştaxtada olan rəfə baxdığını və həmin rəfdən 900 manat nağd pulu oğurlandığını bildiyini, başqa nə oğurlanıb oğurlanmadığını bilmək üçün daha sonra mağazada olan əşyalara baxdığını, həmin zaman mağazadan 01 qutu 2 manat dəyərində “Kurabiyə” adlanan şirniyyat və 01 paçka 4 manat dəyərində “karamel” adlanan konfet oğurlandığını müəyyən etdiyini, daha sonra şübhəli kimsə olub olmadığını bilmək üçün ətrafa baxdığını, lakin həmin zaman ətrafda heç kim olmadığını, daha sonra mağazadan oğurluq edən şəxsin yaxın qonşulardan olduğunu gəlib pulunu və ərzaqları qaytaracağını fikirləşdiyini, lakin heç kimdən məlumat olmadığını, polisə də müraciət etmədiyini, Ağdaş rayon Kotavan və Abad kəndləri ərazisindən mağazadan oğurluq edən şəxs tutulduğunu eşitdiyini, polisə də onun da mağazasından oğurluq olduğunu bildirdiyini, bəlkə oğurluq edən şəxsin həmin şəxs olduğunu fikirləşdiyini, oğurluq nəticəsində ona 906 manat maddi ziyan dəydiyini, mağazasından ilk dəfə idi ki, oğurluq olduğunu, Ağdaş rayonu Ləki qəsəbəsi Ə/D Yeni Massiv ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tanımadığını, onunla da heç bir münasibəti olmadığını, Mağazanın dəmir qapısını bağlamaq üçün istifadə etidiyi qırılmış qıfılı sonradan tulladığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində heç bir ruhi əsəb və s. xətəlikdən əziyyət çəkmədiyini, yaşadığı Ağdaş rayonu Abad kəndində yerləşən Abad kənd F.Zinharov adına tam orta məktəblə üz-üzə icarə əsasında işlətdiyi həmkəndlisi Nərman adlı şəxsin həyətində yerləşən məişət və ərzaq məhsulları satılan mağazasının nolduğunu, həmin mağazanın Nərman adlı şəxsin olduğunu, təxminən 5-6 aydır həmin mağazanı işlətdiyini, hər gün səhər saat 08:00 radələrində həmin mağazanı açaraq orada işlədiyini, axşam saat 22:00 radələrində isə mağazanın qapısını qıfılla bağlayaraq yaşadığı evə getdiyini, 19.11.2021-ci il tarixdə yenə də hər gün olduğu kimi səhər saat 08:00 radələrində mağazanı açdığını və axşam saat təxminən 21:00 radələrində mağazanı bağlayaraq yaşadığı evə getdiyini, 20.11.2021-ci il tarixdə səhər saat 08:00 radələrində yenə də mağazanı açmaq üçün gəldiyini, mağazaya dəmir qapıdan qıfılı açaraq daxil olduqdan sonra mağazanın içərisinin dağınıq vəziyyət olmasını, həmçinin mağazanın həyətə tərəf arxa hissəsinə açılan nəfəsliyin açıq olmasını gördüyünü, bundan sonra gecə saatlarında naməlum şəxs və ya şəxslərin onun icarə əsasında işlətdiyi mağazanın arxa hissəsində yerləşən nəfəsliyi açaraq mağazaya daxil olduğunu bildiyini, dərhal mağazanın arxa hissəsinə keçəndə mağazaya oğurluğa girən şəxsin ayaqlarının alt hisəsinə mağazaya daxil olmaq üçün su qablarını ayaqlarının altına qoyub oradan da mağazanın nəfəsliyindən mağazaya daxil olduğunu gördüyünü, dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat verdiyini, bundan sonra mağazada özünə məxsus arzaq və məşiət əşyalarına baxdığını və mağazadan ümumi dəyəri təxminən 851 (səkkiz yüz əlli bir) mmanat olan ümumilikdə 36 blok müxtəlif növdə yəni 5 blok göy rəngdə qalın prima, 5 blok nəzik Vinçestr, 6 blok nəzik Vant, 5 blok nazik LD, 5 blok qalın kompakt, 5 blok qalın Arqo, 5 blok qara nəzik Vant siqaretlər 10 ədəd 1(bir) manatlıq sim kontur, 5 kiloqram ümumi dəyəri təxminən 30 (otuz) manat olan Şak Jeleniya şkoladı, 5 ədəd təmizlənmiş və dondurulmuş ümumi dəyəri təxminən 30 (otuz) manat olan Giləzi adlı toyuq, 5 ədəd ümumi dəyəri təxminən 23 (iyirmi üç) manat olan qavyadin, 4 ədəd ümumilikdə 4 (dörd) manat dəyərində lazer fanar, təxminən 100 (yüz) manata yaxın qəpik pul, 15 ədəd 250 qramlıq ümumi dəyəri təxminən 34 (otuz dörd) manat olan qara rəngli Beta Tea quru çay, 01 ədədin satış qiyməti 8 manat olan 03 rulon “Best-Beef” adlanan kolbasa və 1 ədədin satış qiyməti 04 manat olan 03 ədəd sellofanda qablaşdırılmış “Best-Beef” sosislərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiyini, icarə əsasında işlətdiyi mağazaya gecə saatlarında gələrək nəzarət etmədiyini, həmçinin bunu digər şəxslərə də tapşırmadığını, icarə əsasında işlətdiyi mağazadan oğurluq edilməsində konkret olaraq heç kimdən şübhələnmədiyini, sonradan mağazadan oğurluq edən şəxsin Ağdaş rayon Ləki qəsəbəsi Yeni massivdə yaşayan Əşrəf adlı şəxs olduğunu bildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində hal hazırda evli olduğunu və ailəsi ilə birlikdə Kotavan kəndində yaşadığını, Ağdaş rayonu Kotavan kəndində yolun kənarında avtomobil yuma məntəqəsinin olduğunu, həmin avtomobil yuma məntəqəsinin hələ tam hazır olmadığını və orada təmir işləri getdiyini, 10.11.2021-ci il tarixdə saat təxminən 20 radələrində həmin avtomobil yuma məntəqəsinə baxmağa gəldiyini, məntəqənin ön giriş qapısını açıb içəri daxil olduğunu və məntəqənin sol tərəfindəki otağa baxan zamanı hər biri 4 m uzunluğunda olan 5 ədəd 20-lik plastik boruların, 01 ədəd drelin, 01 ədəd maydadırın, təxminən 10 ədəd kluçatelin, təxminən 10 ədəd rozekatın və təxminən 10 ədəd spot işıqların yerində olmadığını gördüyünü, eyni zamanda həmin otaqda olan məntəqənin dəmirdən olan arxa giriş qapısının açıq olmasını gördüyünü, həmin vaxt avtomobil yuma məntəqəsindən oğurluq edilməsini başa düşdüyünü və 102 ximdətinə zəng edərək özünə məxsus avtomobil yuma məntəqəsindən oğuruq edilməsi barədə məlumat verdiyini, özünə məxsus Ağdaş rayon Kotavan kəndində yolun kənarında yerləşən avtomobil yuma məntəqəsindən oğurluğun olmasını 10.11.2021-ci il tarixdə aşkar etdiyini, lakin sonuncu dəfə orada 08.11.2021-ci il tarixdə olduğunu, ona görə də, özünə məxsus avtomobil yuma məntəqəsindən oğurluğun 08.11.2021-ci il və 10.11.2021-ci il tarixləri arasında baş verməsini fikirləşdiyini, ona məxsus oğurlanmış 5 ədəd olan bir ədədnin qiyməti 20 manat dəyərində 4 metr uzunluğunda 20-lik plastik boruları, 01 ədəd 25 manat dəyərində işlənmiş vəziyyətdə elektirik dreli, 01 ədəd 70 manat dəyərində əl-üz yuyan “maydadır”, 1 ədədin qiyməti 2 manat olan 10 ədəd elektirik kluçateli, 1 ədədin qiyməti 1,50 manat olan 10 ədəd elektirik rozetkası və 1 ədədin qiyməti 3 manat olan 10 ədəd spot işıqlar ümumi olaraq 180 manat maddi ziyan dəydiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində yaşadığı Ağdaş rayonu Abad kəndində yerləşən Abad kənd F.Zinharov adına tam orta məktəblə üz-üzə onun fərdi yaşayış evi olduğunu, həmin yaşayış evinin yol hissəsinə tərəf mağazası olduğunu, həmin mağazanı həmkəndlisi Zərərçəkmiş şəxs2 icarəyə verdiyini, Nizaminin həmin mağazada ərzaq məhsullarının satışı ilə məşğul olduğunu, mağazanın giriş qapısı dəmirdən ibarət olduğunu, arxa hissəsində isə taxtadan ibarət nəfəslik olduğunu, hər gün Zərərçəkmiş şəxs2 08:00 radələrində mağazanı açdığını və axşam saat 21:00 radələrində mağazanın qapısını qıfılla bağlayıb yaşadığı evə getdiyini, 20.11.2021-ci il tarixdə səhər radələrində Nizaminin ona mağazasından oğurluq olduğunu dediyini, özünün də həmin günü biraz özünü xəstə hiss etdiyi üçün yataqdan gec durduğunu, ona görə də Nizaminin onu çağırdığını və mağazanın arxa hissəsinə baxanda naməlum şəxsin mağazaya oğurluğa girmək üçün həyətində olan su qabını mağazanın arxa tərəfində olan nəfəslik hissəsinə yaxınlaşdıraraq oradan mağazaya daxil olduğunu və mağazadan oğurluq etdiyini gördüyünü, sonra da Zərərçəkmiş şəxs2 DİN-nin 102 xidmətinə zəng edib mağazadan siqaret, pul və digər əşyalarının oğurlanması barədə məlumat verdiyini, daha sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, hadisə yerini polis əməkdaşları müayinə etdiklərini, məlum oğurluq hadisəsini törədən şəxsin Ağdaş rayonu Ləki qəsəbəsi Yeni Massivdə yaşayan Əşrəf adlı şəxs olduğunu sonradan bildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 9/197 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta bazar qiymətləri 1.Zərərçəkmiş şəxs3 məxsus 2 adda mallar – 45,00 manat, 4 adda mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı: -4 metr uzunluğunda 20-lik plastik boru 5x4m=20 manat -01 ədəd drel 1x25m=25 manat -01 ədəd moydadır qiyməti aydın deyil -10 ədəd kluçatel qiyməti aydın deyil -10 rozetka qiyməti aydın deyil -10 ədəd spot işıqlar qiyməti aydın deyil

2. X3 məxsus 2 adda mallar – 6,00 manat: -01 qutu “Kurabiyə” adlanan şirniyyat 1x2m=2 manat -01 qutu “karamel” adlanan konfet 1x4m=4 manat

3. Zərərçəkmiş şəxs2 məxsus 13 adda mallar – 983,50 manat: -göy rəngdə qalın prima siqaret 5 blok 5x20m=100 manat -nazik Vincestr 5blok 5x25m=125 manat -nazik Vant 6 blok 6x22m=132 manat -nazik LD 5 blok 5x28m=140 manat -qalın kompakt 5 blok 5x22m=110 manat -qalın Arqo 5 blok 5x18m=90 manat -qara nazik Vant 5 blok 5x22m=110 manat -sim kontur 1 manatlıq 10x1=10 manat -Şak Jeleniya şkoladı 5 kq 5x6=30 manat -təmizlənmiş və dondurulmuş Giləzi adlı toyuq 5x6=30 manat -qavyadin 5x4,60m=23 manat -lazer fanar 4x1m=4 manat -250 qramlıq qara rəngli Beta Tea çay 15 qutu 15x5,30m=79.5 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Ağdaş Rayon Məhkəməsinin 1(014)-22/2017 saylı, 17 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 600 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 12 aprel 2022-ci il tarixli №-li c/1-811 məktubundan görünür ki, Ağdaş rayon Məhkəməsinin 1(014)-72 saylı 19.09.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Elburus oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29.177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 600 (altı yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Elburus oğlu 600 (altı yüz) manat cərimə cəzasını ödəməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ləki qəsəbə İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli 76 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Ləki qəsəbə Yeni Massiv küçəsində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X9-atası: X2-anası; X10qardaşı; X11 qardaşıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş 10.12.2021-ci il tarixli 1775 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 noyabr 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 12:15-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri maddəsində nəzərdə tutulan əməli törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs3 Ağdaş rayonu Kotavan kəndində yerləşən yarım tikili avtomyuma məntəqəsinə oğurluq etmək üçün getdiyini, avtoyuma məntəqəsinin plastik giriş qapısına yaxınlaşdığını və onu əli ilə güc tətbiq edərək itələdiyini və həmin zaman qapının açıldığını, bundan sonra içəri daxil olduğunu və yarımtikilinin içərisində pul olub-olmamasını axtardığını, lakin orada pul tapa bilmədiyini və yalnız tikinti ləvazimatlarının olduğunu gördüyünü, özünün də orada pul tapa bilmədiyini gördükdə obyektin qapısını örtüb çıxıb getdiyini bildirməsi, habelə digər zərərçəkmiş şəxslərdən oğurladığı əmlakların sayı və çeşidi ilə bağlı verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq bu xüsusat üzrə ifadəsini özünü müdafiə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf edərək əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər üzrə residiv nəzərə alınmır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsinin tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvələr eyni məzmunlu cinayət əməlinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islahına təsir etməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinin zərurəti qənaətinə gəlir və hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni 21 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Ağdaş Rayon Məhkəməsi tərəfindən 1(014)-22/2017 saylı, 17 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 600 manat çəkilməmiş cərimə cəzası tam birləşdirilməli və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəs AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Maddi sübut kimi Ağdaş RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2 qutu LDmarkalı siqaretlər hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasında məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Ağdaş Rayon Məhkəməsi tərəfindən 1(014)-22/2017 saylı, 17 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 600 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən tam birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası və 600 manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş 600 manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 21 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Ağdaş RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2 qutu LD-markalı siqaretlər hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs 50 manat (əlli manat) ekspertiza xərci alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökm cərimə cəzasına, maddi sübuta və ekspertiziya xərcinə dair hissədə icra edilməsi Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəs AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar