Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-29/2023 07.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.2000-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2etməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində özünə məxsus idarə etdiyi “VAZ 21099” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zeynəddin yolunun Ağdaş şəhəri, M.İsayev küçəsində Ağdaş şəhərindən Ağdaş rayonu Zeynəddin kəndinə doğru hərəkətdə olarkən yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 70-80 km/saat sürətlə idarə edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək ehtiyatsızlıqdan, Ağdaş şəhəri M.İsayev küçəsində yolun sol səkisindən hərəkət hissəsinə daxil olaraq yolu sürücünün hərəkət istiqamətində soldan sağa doğru adi yerişlə keçən piyada, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla, Ağdaş rayonu Aşağı Qəsil kəndində yaşayan, xx.xx.1971ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin sol ön hissəsi ilə vuraraq ona sol qalça arteriyasının açıq zədələnməsi ilə nəticələnən sol bud-çanaq oynağının açıq sınığı, sol baldır sümüklərinin açıq sınıqları, sağ üz sümüklərinin qapalı, yerdəyişən sınıqları, başın sağ gicgah, sağ göz dibi, sağ qoltuqaltı nahiyədə, sol qalça tini və xarici cinsiyyət üzvü nahiyələrində yumşaq toxumalarının geniş ölçülü əzilmiş-cırılmış yaraları, hər iki əlüstü və sol saidin çox saylı sıyrılmış yaraları xəsarətlərini yetirmiş və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə nəticələn yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. Hazırda subaydır. Onun B və C kateqoriyalı sürücülük vəsiqəsi var və 6-7 aydır ki, nəqliyyat vasitəsi idarə edir. xx.xx.2022ci il tarixdə axşam saat 22:30 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 21099” markalı **-CB-*** qeydiyyat nişanlı avtomaşınla Ağdaş şəhəri M.İsayev küçəsində üzü kollec istiqamətində “MTS” qəbiristanlığının qarşısında təxminən 70-80 km/saat sürətlə hərəkətdə olan zaman onun hərəkət istiqaməti ilə əks istiqamətdə daha bir avtomobil hərəkət etmişdir. Həmin avtomobili keçən kimi qarşıda bir nəfər şəxsin hər iki əlini açaraq dayanmasını görmüşdür. Bu zaman anidən idarə etdiyi avtomobil ilə həmin şəxsi vurmuşdur. O, piyadanı ani bir zaman kəsiyində yolun ortasında görsə də, həmin vaxt tormoz verə bilməmiş və piyada avtomaşının qabaq sol tərəfinə dəymiş va bundan sonra avtomobilin qabaq örtük şüşəsinə piyadanın baş hissəsi dəyərərk yerə - asfaltın üzərinə yıxılmışdır. O, dərhal avtomaşını saxlayaraq yerə düşmüş və yerə yıxılı vəziyyətdə olan piyadaya yaxınlaşmışdır. Daha sonra öz istifadəsində olan mobil telefon vasitəsi ilə 103 qaynar xəttinə müraciət etmiş, daha sonra ora polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım əməkdaşı piyadaya baxaraq artıq həmin piyadanın öldüyünü bildirmişdir. Bundan sonra həmin piyadanın meyiti ambulans vasitəsi ilə Ağdaş rayon mərkəzi xəstəxanasına aparılmışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb piyadanın yolun ortasında anidən olması və onun qarşısına çıxması olmuşdur. Onunla əks istiqamətdə hərəkətdə olan avtomobilin ön işıqları onun gözünə düşmüş və yolu görə bilməmişdir. Piyadanı anidən gördüyü üçün yol nəqliyyat hadisəsinin qarşısına almaq üçün heç bir tədbir görə bilməmişdir. Yol-nəqliyyat hadisəsindən əvvəl avtomobili təxminən 70- 80 km/saat sürətlə idarə etmişdir. Avtomobili idarə etməzdən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə zamanı avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs hüquqi varisi X2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Əri Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri M.İsayev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Əri Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərinə toya getmiş, toydan çıxan zaman yolun sağından soluna keçmək istəmiş, bu zaman həmin küçədə günün qaranlıq vaxtı avtomobili yüksək sürətlə idarə edən sonradan adının Aqşin olduğunu bildiyi şəxs idarə etdiyi avtomobil ilə onun əri Zərərçəkmiş şəxs vurmuşdur. Əri Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerindəcə ölmüşdür. O, bu bardə hadisə baş verdikdən bir neçə saat sonra məlumat almışdır. Belə ki, əri Firdovsinin mobil telefonu zərbənin təsirindən cibindən çıxıb yolun kənarına düşmüşdür. Bunu tapan polis əməkdaşı mobil telefon ilə oğlu Ələsgərə zəng edərək hadisə barədə məlumat vermişdir. Oğlu da həmin vaxt Bakı şəhərində olduğundan ona zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ağdaş RPŞ-nin DYPB-nin baş inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində xidmətdə olan zaman Ağdaş RPŞ-nin növbətçi hissəsindən Ağdaş şəhəri M.İsayev küçəsində yol nəqliyyat hadisəsinin baş verməsi və piyadanın vurulması haqqında məlumat almış, buna görə də onunla birlikdə xidmət aparan Şahid1 ilə birlikdə hadisənin baş verdiyi yerə getmişdir. Hadisə yerinə çatdıqdan sonra “VAZ 21099” markalı avtomobilin Ağdaş şəhəri, M.İsayev küçəsində Ağdaş şəhərindən üzü Ağdaş rayonu Zeynəddin kəndi istiqamətində hərəkətdə olan zaman yolu sürücünün hərəkət istiqamətində soldan sağa keçmək istəyən piyadanı vurmasını və piyadanın aldığı zərbənin təsirindən yolun sol tərəfinə hərəkət zolağına düşməsini görmüşdür. Həmçinin, “VAZ 21099” markalı avtomobil öz hərəkəti istiqamətində yolun hərəkət hissəsində dayanmışdır. Daha sonra sürücünün Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs, piyadanın isə Ağdaş rayon, Qəsil kənd sakini Zərərçəkmiş şəxs olması məlum olmuşdur. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Həmçinin, müstəntiq tərəfindən hadisə yerinin müayinəsi aparılmış və şəkillər çəkilmişdir. Sürücü Təqsirləndirilən şəxs izahatının alınması üçün RPŞ-yə aparılmışdır. Piyada Zərərçəkmiş şəxs meyiti müayinə olunması üçün təcili tibbi yardım avtomobili ilə morqa aparılmışdır. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən 18 mart 2022-ci ildə verilmiş BD seriyalı, 207144 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2032-ci il tarixədək qüvvədə olan “B,C” dərəcəli sürücülük hüququ vardır. İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 23 iyul 2022-ci il tarixli, 151 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sərxoş olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BD seriyalı 192011 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2004-cü il, “VAZ 21099 minik” markalı, **-CB-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. İşin materiallarında olan 27 iyul 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs arvadı X2 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi Birliyinin 24 iyul 2022-ci il tarixli, 16 saylı meyitin ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində olan xəsarətlər, sol qalça arteriyasının açıq zədələnməsi ilə nəticələnən sol bud-çanaq oynağının açıq sınığı, sol baldır sümüklərinin açıq sınıqları, sağ üz sümüklərinin qapalı, yerdəyişən sınıqları, başın sağ gicgah, sağ göz dibi, sağ qoltuqlatı nahiyədə, sol qalça tini xarici cinsiyyət üzvü nahiyələrində yumşaq toxumaların geniş ölçülü əzilmiş-cırılmış yaraları, hər iki əlüstü və sol saidin çox sıyrılmış yaraları vardır. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş avtomobil qəzası zamanı əmələ gəlməsi inkar olunmur və törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlirlər və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol qalça arteriyasının açıq zədələnməsi ilə nəticələnən sol bud-çanaq oynağının və sol baldır sümüklərinin açıq sınıqları, sağ üz sümüklərinin qapalı yerdəyişən sınıqları ilə nəticələnən xarici qanitirmə və travma şoku olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 2,2 %-dir. Bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. İşin materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 20 dekabr 2022-ci il tarixli, 8/3373 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21099” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İsmayılov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətinin yüksək, 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəri haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri ümumilikdə 85 (səksən beş) manat müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hüquqi varisi əri X1 təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamaqla, ailə tərkibi 1967-ci il təvəllüdlü X5, 1973-cü il təvəllüdlü X4, 1992-ci il təvəllüdlü X6 və 1994-cü il təvəllüdlü X3 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, baş vermiş yol-nəqliyyat hadisəsində dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərərək 103 qaynar xəttinə müraciət etməklə təcili tibbi yardım çağırmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayətin və tələbin olmamasını, ilk dəfə və ehtiyatsızlıqdan cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ 21099” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ 21099” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-29/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-29/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver