Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-3/2021 24.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X3 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 hüquqi varisi X1 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1991-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri Məşəd küçəsindəki ünvanda qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə 02 aylıq həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə, nəzərdə tutulmuş əməli törətməsinə dair, xx.xx.1992-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 3 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, Ağdaş şəhəri Y.Nəbiyev küçəsi ev 59da qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə polisin nızarıti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə xx xxxxxx 2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ittiham olunur ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində dostu Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə edərək dostu Təqsirləndirilən şəxs2 məlumat vermək üçün küçədə idarə etdiyi VAZ 2107 markalı 99-NG- 302 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib pusquda dayanmış, sonuncu isə Ağdaş rayon Qarasuqumlaq kənd sakini 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus həmin kənd ərazisində küçədə tam dayanmış TT-80 markalı traktora qanunsuz daxil olaraq traktordan 190 Ah gücə malik cəmi 160 manat dəyərində olan akummilyatoru oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan sonra o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində dostu Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə edərək dostu Təqsirləndirilən şəxs2 məlumat vermək üçün idarə etdiyi VAZ 2107 markalı 99-NG- 302 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib pusquda dayanmış, sonuncu isə Ağdaş rayon Tatlar kənd sakini 1963-cü il təvəllüdlü X9 məxsus həmin kənd ərazisində küçədən 200 manat dəyərində bir baş ana qoyununu oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Daha sonra o,2020-ci ilin aprel ayının əvvəllərində Ağdaş rayon Məşəd kənd ərazisində yerləşən qəbirstanlığın yanından tapıb əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd kağız bükümdə təmiz çəkisi 26,12 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış və 15 aprel 2020-ci il tarixdə saat 08:50 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ünvan 2 saylı ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin Növbətçi Hissəsinə gətirilərək həmin gün saat 09:35 radələrində üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə onun üzərindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 ittiham olunur ondan ötrü ki o, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində dostu xx.xx.1991-ci il təvəllüdlü Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu gəlib-gedən şəxsləri müşahidə edərək ona məlumat vermək üçün küçədə idarə etdiyi VAZ 2107 markalı 99-NG- 302 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib pusquda dayanmış, o isə Ağdaş rayon Qarasuqumlaq kənd sakini 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus həmin kənd ərazisində küçədə tam dayanmış TT-80 markalı traktora qanunsuz daxil olaraq traktordan 190 Ah gücə malik cəmi 160 manat dəyərində olan akummilyatoru oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan sonra o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu, gəlib-gedən şəxsləri müşahidə edərək ona məlumat vermək üçün idarə etdiyi VAZ 2107 markalı 99-NG- 302 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib pusquda dayanmış, o isə Ağdaş rayon Tatlar kənd sakini 1963-cü il təvəllüdlü X9 məxsus həmin kənd ərazisində küçədən 200 manat dəyərində bir baş ana qoyunu oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində ailəli olduğunu, iki azyaşlı övladının oluğunu və heç bir yerdə işləmdiyini, heç bir ruhi-əsəb xəstəliyi olmadığını, amma səhhətində problemlər olduğunu, narkotik vasitə olan heroinin istifadəçisi olduğunu, xəstə olduğunu və ağrıları olduğu üçün narkotik maddə olan heroindən istifadə etdiyini, xx.xx.2020-ci il tarixdə təxminən 08:50 radələrində yaşadığı Ağdaş şəhər, Vaqif küçəsi ilə piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin Növbətçi Hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd 1 manatlıq pul əskinası və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümün aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş həmin kağız büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunduğunu, həmin bitki kütləsinin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş narkotik vasitənin elektron tərəzidə çəkildiyini və çəkisinin 32 qram olduğunu, sonra həmin kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin zərfə imza etdiklərini, daha sonra üzərindən aşkar edilmiş 1 manatlıq pul əskinasının ona geri qaytarıldığını, axtarış zamanı fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu, özü və proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən aşkar olunmuş 01 ədəd kağız bükümdəki həmin narkotik maddəni özü istifadə etmək üçün üzərində saxladığını və həmin narkotik maddəni 2020-ci ilin aprel ayının əvvəllərində Ağdaş rayonu, Maşad kəndində qəbirstanlığın yanında yol ilə gedərkən tapdığını, lakin hal-hazırda narkotik maddəni konkret olaraq haradan tapmağını xatırlamadığını, müxtəlif fasilərlə uzun müddətdir ki, narkotik maddə olan heroindən istifadə etdiyini, hər hansı bir şəxsə narkotik vasitə satmadığını, Ağdaş rayon, Tatlar kənd sakini X6 xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə ona məxsus 200 manat dəyərində bir baş ana qoyununun oğurlandığını, həmçinin Ağdaş rayon, Qarasuqumlaq kənd sakini Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək xx.xx.2020-ci il tarixdə ona məxsus Traktorun üzərindən 340 manat dəyərindən akummilyatorun oğurlandığını bildirməsi və bununla bağlı məlum oğurluq hadisələrini törədən şəxslərin kim olması ilə bağlı əməliyyat tapşırığı verilməsi və alnmış cavabda hər iki oğurluq hadisəsini onun tərəfindən edilməsi müəyyən edilməsi barədə hər iki oğurluğu Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə etdiyini, xx.xx.2020-ci il tarixdə günorta radələrində tanışı Nurlan ilə birlikdə Ağdaş şəhərində görüşdüklərini, narkotik maddə istifadə etmək üçün narkotik maddə almağa imkanları olmadığından oğurluq etmək qərarına gəldiklərini, bundan sonra qaynanası Şahid7 məxsus idarə etdiyi VAZ 2107 markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiklərini və Ağdaş rayon, Qarasuqumlaq kəndinə getdiklərini, artıq ora çatdan saat təxminən 14:00 radələri olduğunu, həmin vaxt yolun kənarında göy rəngli arxasında kotan olan traktor olmasını gördüklərini, belə olub traktorun akumilyyatorunu oğurlamaq qərarına gəldiklərini, həmin vaxt Nurlanın avtomobildən düşdüyünü özü isə avtomobildən düşmədiyini və gəlib-gedən şəxsləri müşahidə etmək üçün avtomobildə pusquda dəyandığını, Nurlanın traktorun akumillyatorunu yerindən çıxarıb onun idarə etdiyi avtomobilin yük yerinə qoyduğunu və çıxıb Ağdaş şəhərinə gəldiklərini, həmin akumillyatoru Ağdaş şəhəri, Y.Nəbiyev küçəsində Rahim adlı şəxsə 30 manata satdıqlarını və hərəsinə 15 manat 15 manat olmaqla pulu ikiyə böldüklərini, bundan sonra yenə oğurluq etmək qərarına gəldiklərini və həmin gün birlikdə Ağdaş rayon, Tatlar kəndinə getdiklərini, yol gedərkən yolun kənarında 25-30 baş xırdabuynuzlu heyvanların otlamasını gördüklərini, bu vaxt ətrafa baxdıqlarını lakin çobanı görmədiklərini, belə olub qoyun oğurlamaq qərarına gəldiklərini, avtomobili həmin qoyunların yanına sürüb saxladığını, dərhal Nurlanın həmin vaxt avtomobildən düşdüyünü, özü isə yenə gəlibgedən şəxsləri müşahidə etmək üçün avtomobildə pusquda dəyandığını, Nurlanın 1 baş ana qoyunu oğurladıqdan sonra həmin qoyunu avtomobilin yük yerinə qoyub avtomobilə əyləşdiyini və Ağdaş şəhərinə gəldiklərini, həmin qoyunu Ağdaş şəhərində Nurlanın qonşusu Əzizağa adlı şəxsin yaşadığı ünvana getdiklərini, avtomoildə oturduğunu, Nurlanın isə avtomobilədn düşüb Əziağanı çağırdığını, Əzizağanın çölə çıxdığını və ona satlıq bir baş qoyun olmasını dediklərini, Əzizağanın qoyuna baxdığını və əvvəllcədən ona 120 manata satmalarını bildirdiklərini, lakin Əzizağanın qoyuna 100 manat verəsi olduğunu, belə olub onunla razılaşdıqlarını və qoyunu 100 manata Əzizağaya satdıqlarını, həmin vaxt Əzizağanın yanında heç kimin olmadığını, Əzizağanın onlara bir ədəd 100 manatlıq pul əskinasının verdiyini, Nurlanın həmin 100 manat pulu mağazaların birində xırdalatdığını və 2 ədəd 50 manatlıq pul əskinası olduğunu, daha sonra da hərəsinə 50 manat 50 manat olmaqla ikiyə böldüklərini, bundan sonra şəhərdə ayrıldıqlarını və Nurlanın da öz yaşadıqları evə getdiklərini, hər iki oğurluqdan başqa özü tək və Nurlanla birlikdə oğurluq etmədiyini, hər iki oğurluğa gedəndə və oğurluqdan qayıdanda onları heç kimin görmədiyini və bu barədə də heç kimə demədiklərini, Rahim adlı şəxsə akumilyyatoru satan zaman və həmçinin də Əzizağa adlı şəxsə bir baş qoyunu satan zaman həmin şəxslərə bir baş qoyunu və akumuliyyatoru ucuz almalarını dediklərini göstərmişdir. Məhkəmə iclasında törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam ödədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində həyətimdə qoyunçuluqla məşğul olduğunu, təsərrüfatında 14 baş ana qoyun və 1 baş erkək qoyun olduğunu, hər gün qoyunları küçədə və otlaq sahəsində otardığını, xx.xx.2020-ci il tarixdə təxminən 17 radələrində tövlədə qoyunların yerini təmizləyib otunu hazırlayıb sonra qoyunları geri qaytarmaq üçün qoyunları çölə buraxdığını, elə tövlədə işlə məşğul olan zaman təxminən saat 18 radələrində küçəyə qoyunları geri qaytarmaq üçün çıxdığını, həmin vaxt qoyunları sayanda ana qoyunlardan 1 başının yerində olmadığını gördüyünü, küçəni axtardığını, lakin qoyun yerində olmadığını, qoyununu kiminsə oğurladığını başa düşdüyünü, ona görə də, bu barədə şikayət etmək qərarına gəldiyini, bu məqsədlə də, ertəsi gün,yəni xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nə gəlib bu barədə ərizə ilə müraciət etdiyini, ona məxsus oğurlanmış bir baş qoyunun dəyəri təxminən 200 manat olduğunu, konkret şübhələndiyi şəxsin olmadığını, lakin həmin vaxt kəndlərində yad maşın görüldüyünü, həmin yad maşının markası VAZ-2107, rənginin qara, maşını idarə edən şəxsin isə saqqallı cavan oğlan olduğunu, həmin avtomobilin nömrəsininin son nömrəsi 302 olduğunu deyildiyini göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barələrində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində özünə məxsus TT-80 markalı köhnə traktoru olduğunu, həmin traktorla mövsümi olaraq kənd işləri ilə məşğul olduğunu, xx.xx.2020-ci il tarixdə təxminən saat 13:30 radələrində nahar yeməyi yemək üçün traktoru evin həyətinin qarşısında yolda saxlayıb evə daxil olduğunu, traktorun nasaz yeri olduğunu və yeməkdən sonra onu təmir edəcəyini, evə təzəcə daxil olduğunu, həmin vaxt küçədən səs eşitdiyini, küçəyə çıxan zaman qonşularından kiminsə ona traktorun akumilyatorunun oğurladıqlarını dediyini, özü də traktora baxan zaman traktorun akummilyatoru yerində olmadığını gördüyünü, həmin vaxt küçədə şübhəli heç kimin olmamasını gördüyünü, maraqlananda küçədə qara rəngli VAZ 2107 markalı avtomobil olmasını, içərisində 2 nəfər şəxsin olmasını dediklərini, bundan sonra ola bilsin ki, həmin şəxslər akummilyatoru oğurladıqlarını düşündüyünü, belə olub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini, ona məxsus həmin 1 ədəd akumilyator xx.xx.2020-ci il tarixdə təxminən 13:30 radələrində oğurlandığını, həmin 1 ədəd akumilyatorun dəyərinin təxminən 340 manat olduğunu və onu Ucar rayonundan 5-6 ay bundan əvvəl təzə halda aldığını, həmin akumilyatorun qara rəngli və 190 voltluq olduğunu, konkret şübhələndiyi şəxsin olmadığını, lakin həmin vaxt maraqlananda küçədə qara rəngli VAZ 2107 markalı avtomobil və həmin avtomobilin içərisində 2 nəfər şəxs olmasını bildiyini, trakoturundan akumilyatorunu oğurlayan Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımadığını və onlarla heç bir münasibətinin olmadığını, həmin oğurluğa gələn VAZ 2107 markalı avtomobilin nömrəsini götürə bilmədiklərini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barələrində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində xx.xx.2020-ci il tarixdə saat təxminən 09:30 radələrində Ağdaş rayon polis şöbəsinin qarşısından keçdiyini, polis şöbəsinin qarşısında keçən zaman iki nəfər polis əməkdaşının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona polis şöbəsində bir nəfər şəxsin üzərində şəxsi axtarış aparacaqlarını bildirdiklərini, həmçinin onu da həmin şəxsi axtarışda hal şahidi kimi iştirak etmək üçün dəvət etdiklərini, buna heç bir etiraz etmədiyini, eyni zamanda əlavə olaraq ondan başqa bir nəfər də sonradan adını bildiyi Azər adlı şəxsin də hal şahidi kimi dəvət olunduğunu, bundan sonra polis şöbəsinin Növbətçi hissəsində sonradan adını bildiyi Ramil adlı şəxsin üzərində şəxsi axtarış keçirildiyini, həmin şəxsi axtarış zamanı orada özü, digər hal şahidi kimi dəvət edilmiş şəxs, müdafiəçi və polis əməkdaşlarının olduğunu, şəxsi axtarış zamanı Ramilin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bir manatlıq pul əskinasının və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümün aşkar olunduğunu, daha sonra onun üzərindən aşkar edilmiş kağız büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini, çəkisinin 32 qram olduğunu, sonra həmin kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, zərfin üzərinin iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyini, baxış zamanı başqa heç bir şey aşkar edilmədiyini, daha sonra Ramilin üzərindən aşkar edilmiş 1 manatlıq pul əskinasının onun özünə qaytarıldığını, bütün bunlar barədə fotoşəkiillər çəkildiyini, bu barədə protokol tərtib olunduğunu, ucadan oxunduğunu, daha sonra orada iştirak edən proses iştirakçılarınən, özü və digər hal şahidi Azər adlı şəxsin də həmin protokolu öz imzaları ilə təsdiq etdiklərini, əvvəllər Təqsirləndirilən şəxs1 tanımadığını, onunla da heç bir münasibətinin olmadığını, şəxsi axtarış zamanı Ramilin üzərindən 01 ədəd 1 manatlıq pul əskinasından və kağız bükümdən başqa onun üzərindən heçnə aşkar edilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Maşad kəndində yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə saxlaması və narkotik maddələrdən istifadə etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və özü tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 08:50 radələrində CAB-nin əməliyyat müvəkkii Samit Kərimov ilə Ağdaş şəhər Vaqif küçəsi ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs1 piyada hərəkətə olmasını gördüklərini, həmin vaxt Ramilin onları görən kimi özünü şübhəli apardığını və onlardan uzaqlaşmaq istədiyini, dərhal ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidlərinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Ramilin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ramilin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd 1 manatlıq pul əskinası və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kağız büküm aşkar edildiyini, üzərindən aşkar olunmuş kağız büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütləsinin aşkar olunduğunu, Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini, çəkisinin 32 qram olduğunu, sonra həmin kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu və hal şahidilərinin həmin zərfə imza etdiklərini, bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, həmçinin də onun üzərindən aşkar edilmiş 1 manatlıq pul əskinasının ona geri qaytarıldığını, bütün bunlar barədə fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokola imza etdiklərini, həmçinin sonradan Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Tatlar kənd sakini X9 məxsus 200 manat dəyərində bir baş ana qoyununu, daha sonra isə Ağdaş rayon Qarasuqumlaq kənd sakini Zərərçəkmiş şəxs1 məxsus Traktorun üzərindən 340 manat dəyərindən akummilyatoru oğurladığını sonradan eşitdiyini, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı 2020-ci ilin aprel ayının əvvəllərində Ağdaş rayonu Maşad kəndində qəbirstanlığın yanında yol ilə gedərkən tapdığını, lakin hal-hazırda narkotik maddəni konkret olaraq haradan tapmağını xatırlamadığını bildirdiyini, Təqsirləndirilən şəxs1 narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində xx.xx.2020-ci il tarixdə axşam radələrində yaşadığı evdə olduğunu, həmin vaxt bir nəfər şəxsin onu küçədən çağırdığını gördüyünü, çölə çıxdığını və ona bir ədəd qoyun olmasını və ona baxa bilmədiyini, həmçinin həmin qoyunuda 120 manata satmağını bildirdiyini dediyini, həmin qoyuna onun idarə etdiyi VAZ 2107 markalı avtomobilinin yük yerində baxdığını, lakin onunla həmin qoyunu 100 manata razılaşdığını, belə olub onların həmin qoyunu avtomobilin yük yerindən düşürdüklərini və onlara bir ədəd 100 manatlıq pul əskinası verdiyini, həmin vaxt həmin iki nəfər şəxslərdən onu kimin çağırmasını bilmədiyini, xx.xx.2020-ci il tarixdə də polis əməkdaşlarının ona həmin qoyunun oğurluq olduğunu dediklərini, ifadəsini verdiyini və qoyunu təqdim edə bilərəcəyini, hal-hazırda həmin 1 baş kərə boz rəngdə ana qoyun onda olduğunu və onu təqdim edə bilərəcəyini, qoyunu həmin şəxslərdən alan zaman onların qoyunun özlərinin olmasını bildirdiklərini, həmin şəxsləri Ağdaş şəhər sakini kimi tanıdığını bildirmişdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı evdə olduğunu, həmin vaxt onu bir nəfər şəxsin küçədən çağırdığını gördüyünü, çölə çıxdığını və həmin vaxt Ağdaş şəhər sakinləri kimi tanıdığı Nurlan və Ramil adlı şəxslərdir onu çağırdığını gördüyünü, Nurlanın həmin vaxt bir ədəd satlıq akummilyator olmasını bildirdiyini, onlara alacağını dediyini, həmçinin onlardan oğurluq olub-olmamasını soruşduğunu, ona akummilyatorun özlərinə məxsus olduğunu bildirdiklərini, belə olub biz razılaşdıqlarını və Ramil ilə Nurlanın gəldikləri qara rəngli VAZ 2107 markalı avtomobilin yük yerindən 01 ədəd qara rəngli akummilyatoru götürüb gətirdiklərini, özü də Nurlana həmin akummilyatorun qarşılığında 34 manat pul verdiyini, daha sonra onlar gəldikləri avtomobillə çıxıb getdiklərini, daha sonra polis əməkdaşlarının onlara gəldiklərini və ona onda bir ədəd akummilyator olduğunu, ona Nurlan və Ramil adlı şəxslər satmalarını, onlara olduğu kimi dediyini, həmin akummilyator hal hazırda onda olduğunu və onu təqdim edə biləcəyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində Təqsirləndirilən şəxs1 onun doğma əri olduğunu, Ramillə 2010-cu il tarixdən ailə həyatı qurduqlarıını, birgə nigahdan azyaşlı 1 qız və 1 oğlan övladları olduğunu, soyadı Məlikova, ata adı Valeh, adının isə Əfsanə olduğunu, şəxsiyyət vəsiqəsi olmasa da, doğum haqqında şəhadətnamədə soyadının Məlikova olduğunu, lakin ərizəsində və Xəstəxanaya müraciət edəndə soyadını Qasımova kimi bildirdiyini, Ramilin narkotik vasitələrin istifadəçisi olduğunu, Ramilin xx.xx.2020-ci il tarixdə üzərinə narkotik vasitə gəzdirdiyi üçün Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu, sonradan Ramilin həmçinin Ağdaş şəhər sakini Nurlan adlı şəxslə birlikdə də oğurluq etmələri məlum olduğunu, Ramil Ağdaş RPŞ-nin İQ-da Azərbaycan Respublikası 234.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəb edilmiş daha sonra isə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək evə buraxıldığını, xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində Ramillə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş verdiyini, mübahisə zamanı Ramilin əlində olan televizor pultu ilə onun baş nahiyəsindən iki dəfə, sağ əl və bilək nahiyəsindən isə bir neçə dəfə vurduğunu, həmin vaxt özünü piss hiss etdiyi üçün Ağdaş RMX-na müraciət etdiyini, xəstəxanada da əri tərəfindən döyülməyini bildirdiyini, daha sonra isə polis əməkdaşlarının Ağdaş RMX-na gəldiklərini həmin vaxt həyat yoldaşı tərəfindən döyülməyi barədə ərizə ilə polis əməkdaşlarına müraciət etdiyini, daha sonra isə də Bakı şəhərinə işləməyə getdiyini, Bakı şəhərdinə olan zaman isə Covid-19 virusu ilə əlaqədar isə rayona qayıda bilmədiyini, aldığı xəsarətlə bağlı da Ramildən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, latın qrafası ilə sərbəst yazmağı oxumağı bacardığını, Təqsirləndirilən şəxs1 onun qızının həyat yoldaşı olduğunu, qızının Ramillə 2010-cu il tarixdən ailə həyatı qurduğunu, onların birgə nigahdan azyaşlı 1 qız və 1 oğlan övladları olduğunu, kürəkəni Ramilin ona məxsus olan VAZ 2107 markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, xx.xx.2020-ci il tarixdə Ramilin üzərinə narkotik vasitə gəzdirdiyi üçün Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu eşitdiyni, Ramilin həmçinin Ağdaş şəhər sakini Nurlan adlı şəxslə birlikdə Ağdaş rayon Qarasuqumlaq kənd sakini Zərərçəkmiş şəxs1 traktorunun üzərindən akummilyatoru, həmçinin də Ağdaş rayon Tatlar kənd sakini X9 məxsus 01 baş qoyunu oğurlamasının göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid8 ifadəsində xx.xx.2020-ci il tarixdə saat təxminən 13:40 radələrində bağda iribuynuzlu heyvanlarını otladığını, həmin vaxt küçəyə nömrəsini görmədiyini, qara rəngli VAZ 2107 markalı avtomobilin gəldiyini gördüyünü, həmin avtomobil ilə onun arasında təxminən 200 metr məsafə olduğunu, avtoobilin qabaqda dayandığını, həmin avtomobilin içərisindən bir nəfər şəxsin düşdüyünü və piyada İsgəndərin küçədə saxladığı traktorun yanına gəldiyini, həmin şəxsin İsgəndəri çağıraçağını zənn etdiyini, daha sonra həmin şəxsin traktordan nəsə götürdüyünü və yerə qoyduğunu, sonra əli ilə avtomobili idarə edən şəxsə işarə etdiyini, avtomobilin traktora yaxınlaşdığını, bundan sonra həmin əşyanı avtomobilin yük yerinə qoyub həmin yerdən uzaqlaşdıqlarını, həmin şəxslərin onun onları görməyini bilmədiklərini, daha sonra İsgəndəri çağırdığını və olanları İsgəndərə dediyini, bu zaman İsgəndərin traktorunun akummilyatorunu oğurladıqlarını dediyini, həmin şəxslərin traktorun akummilyatorunu oğurladıqlarını başa düşdüyünü, həmin şəxsləri uzaqdan gördüyü üçün onların kim olmasını bilmədiyini, onları görsə də tanıya bilməyəcəyini bildirmişdir. Məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1293 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 190 Ah gücə malik akkumlyatorun istifadədə olması nəzərə alınmaqla respublikadaxili orta bazar qiyməti təxminən 160,00 manat, bir baş, iki illik, diri çəkisi 45 kq(təmiz çəkisi 21kq) olan qoyun nəzərəi qaydada – 200,00 manat müəyyən edilir. İstintaq zamanı zərərçəkmiş şəxslər X16 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən onlara dəymiş maddi ziyan tam məbləğdə ödənildiyinə görə Təqsirləndirilən şəxs1 qarşı heç bir iddia və tələblərinin olmadığlarını bildirmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin xx.xx.2020-ci il tarixli 17/220 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış bir ədəd zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə təmiz çəkisi – 26,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 534 nömrəli rəyində göstərmişir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan Kannabinoidlərdən istifadə nəticəsində nakomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 1(014)-06/2014 saylı hökümü ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx xxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxx 2020-ci il tarixli 1609 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs1 Ağdaş şəhəri, M.P.Vaqif küçəsi 21 №-li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X17 atası; Şahid7 Əflatun qızı-anası; X10; X11; X7r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxx 2020-ci il tarixli 1610 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi 59 №-li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X4 atası; X2anası; X12-qardaşı; X13-qardaşı; X5-qardaşıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs1 Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Tiryək narkomaniyası” və Təqsirləndirilən şəxs2 isə Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Eroin narkomaniyası” diaqnozu ilə qeydiyyatda olmaları göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 09:20-də Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən olunmadığından tapılıb istintaq gətirilməsinin təmin etmək məqsədilə barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərindən tutularaq istintaqa təhvil verilmiş və barəsində xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsi tərəfindən 02 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində dostu Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə edərək dostu Təqsirləndirilən şəxs2 məlumat vermək üçün küçədə idarə etdiyi VAZ 2107 markalı 99-NG- 302 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib pusquda dayanmış, sonuncu isə Ağdaş rayon, Qarasuqumlaq kənd sakini 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus həmin kənd ərazisində küçədə tam dayanmış TT-80 markalı traktora qanunsuz daxil olaraq traktordan 190 Ah gücə malik cəmi 160 manat dəyərində olan akummilyatoru oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır.Bundan sonra o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində dostu Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə edərək dostu Təqsirləndirilən şəxs2 məlumat vermək üçün idarə etdiyi VAZ 2107 markalı 99- NG- 302 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib pusquda dayanmış, sonuncu isə Ağdaş rayon Tatlar kənd sakini 1963-cü il təvəllüdlü X9 məxsus həmin kənd ərazisində küçədən 200 manat dəyərində bir baş ana qoyununu oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır.Daha sonra o,2020-ci ilin aprel ayının əvvəllərində Ağdaş rayon Məşəd kənd ərazisində yerləşən qəbirstanlığın yanından tapıb əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd kağız bükümdə təmiz çəkisi 26,12 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxisn ondan heç bir şikayətinin və tələbinin olmadığını məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə və təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayon polis şöbəsinin təhqiqatçısı Ruhid Yaqublu tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 2 ay həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut 01 baş qoyun Zərərçəkmiş şəxs2, 01 ədəd akummilyatorun isə Zərərçəkmiş şəxs1 saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 26.07 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 iş üzrə məhkəmə xərci olan 101 manat 06 qəpik (yüz bir manat altı qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 oğluna qəti olaraq, 02 il (iki il) 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 26.07 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 iş üzrə məhkəmə xərci olan 101 manat 06 qəpik (yüz bir manat altı qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün maddi sübuta aid hissədə icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-3/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-3/2021
24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver