Məhkəmə qərarları › İş №1(014)-3/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-3/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-3/2024 13.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Ağdaş rayonu, Qülbəndə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu, Qülbəndə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 20,37 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, həmin narkotik vasitənin bir hissəsini, yəni təmiz çəkisi 9,89 qramını xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Ağdaş rayonu, Bəylik kəndi ərazisində Şahid3 90 manat müqabilində satmış, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra RPŞ-nin Ağdaş şəhəri, M.İsayev küçəsi 12 ünvanında yerləşən inzibati binasında xx.xx.2023-cü tarixdə saat 23:58-dən xx.xx.2023-cü il tarixdə saat 00:12-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 9,89 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirdilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qülbəndə kəndində saxlanılaraq ünvan 2 ünvanında yerləşən inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 01:16-dən 01:30-dək üzərində aparılmış şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,76 qram və 5,72 qram olmaqla, ümumi təmiz çəkisi 10,48 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində hazırda evli olduğunu, iki azyaşlı övladı olduğunu, heç bir yerdə rəsmi işləmədiyini, təxminən 10 ildir ki, narkotik vasitə olan və “nəşə” adlandırdığı marixuanadan istifadə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, narkotik vasitə istifadə etməyən zaman bədənində ağrılar baş verdiyini, buna görə də yaşadığı Ağdaş rayonu, Qülbəndə kəndi ərazisindən keçən çayın ətrafında yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığaraq qurutduğunu və özü istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində yaşadığı evin həyət qapısının qarşısında olan zaman polis əməkdaşlarının onun yaşadığı evin qarşısına gəldiklərini, onu çağırdıqlarını və ona birlikdə Ağdaş rayon Polis şöbəsinə getməli olduğunu bildirdiklərini, özünün də onlarla birlikdə RPŞ-yə gəldiyini, RPŞ-də olan zaman ona üzərində narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli olduğu üçün tutulan Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsini ondan satın alması barədə ifadə verdiyini bildirdiklərini, özünün də polis əməkdaşlarına Sənana narkotik vasitə satmadığını, sadəcə olaraq özü istifadə etmək üçün üzərində saxladığı narkotik vasitənin bir hissəsini pay olaraq Sənana verdiyini bildirdiyini, bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, daha sonra onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun üzərində istifadə etmək üçün saxladığı 2 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyini, həmçinin üzərindən özünə məxsus “Samsung” markalı mobil telefonun da aşkar edilərək götürüldüyünü, daha sonra üzərindən aşkar edilmiş kibrit qutularının açıldığını və içərilərindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirdiyini, həmçinin polis əməkdaşının ona bir daha Şahid3 üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsini xx.xx.2023-cü il tarixdə ondan 90 manat müqabilində satın alması məzmununda ifadə verdiyini bildirdiklərini və bu barədə nə deyə biləcəyini ondan soruşduqlarını, özünün də cavabında Sənana narkotik vasitəni pul müqabilində satmadığını, sadəcə olaraq Sənanın ondan zəng edərək ona çəkməsi üçün “nəşə” lazım olduğunu və onun üçün “nəşə” tapa bilibbilməyəcəyini soruşduğunu, özünün də onun üçün narkotik vasitə tapa biləcəyini bildirdiyini, daha sonra isə özü istifadə etmək üçün üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini Sənana pay kimi verdiyini, daha sonra üzərindən aşkar edilmiş içərilərində narkotik vastitə qurudulmuş marixuana olan kibrit qutularının elektron tərəzidə çəkildiyini və çəkilərinin 7 qram və 8 qram olduğunu, bundan sonra onun üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusu və özünə məxsus mobil telefonun kağız zərfdə qablaşdırıldığını və üzərilərinə möhür vurulduğunu, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparıldığını, şəxsi axtarışın aparılması barədə protokol tərtib edildiyini, bundan sonra ona yaşadığı evə baxış keçirilməsi təklif edildiyini, özünün də polis əməkdaşları ilə razılaşdığını və bu barədə ərizə verdiyini, xx.xx.2023-cü il tarixdə gündüz vaxtı onun yaşadığı, Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən evinə baxış keçirildiyini, baxış zamanı onun yaşadığı evdən qanunsuz olaraq saxladığı hər hansı əşya, maddə və ya predmet aşkar edilmədiyini və götürülmədiyini, həmçinin baxışın da videoçəkiliş vasitəsi ilə keçirildiyini, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini, onun üzərindən aşkar edilmiş, həmçinin Şahid3 verdiyi narkotik vasitəni təxminən təxminən 2-3 gün əvvəl Ağdaş rayonu, Orta Qəsil kəndi ərazisindən keçən çayın aşağı tərəfindən yığdığını, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, polis əməkdaşlarının onu küçədən səsləyən zaman yuxudan durduğunu və anidən paltarını geyinərək küçəyə çıxdığını, həmin vaxt yuxulu olduğu üçün gödəkcəsinin cibində olan narkotik vasitə yadına düşmədiyini, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitə ilə heç bir əlaqəsi olmadığını, həmçinin Şahid3 narkotik vasitə satmadığını, şəxsi axtarış zamanı onun üzərindən 2 ədəd kibrit qutusunda narkotik vasitənin necə olub onun üzərindən aşkar edilməsini bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, 22 yanvar 2023-cü il tarixdə mal bazarından gəldikdən sonra yaşadıqları Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən özlərinə məxsus evdə yatdığı zaman atasının gələrək onu yuxudan oyatdığını, polis əməkdaşı Samit Kərimovun onu çağırdığını və qapıda gözlədiyini bildirdiyini, özünün də dərhal oyanıb qapıya çıxdığını, Samit Kərimovun mal bazarında oğurluq olduğunu və buna görə də onlarla birlikdə şöbəyə gəlməli olduğunu bildirdiyini, özünün də polis əməkdaşlarına heç bir etiraz etmədiyini, həyətlərində olan sərgidən gödəkcəsini götürüb polis əməkdaşları ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, yolda gələrkən Samit Kərimovun ona iki ədəd kibrit qutusunu göstərdiyini və həmin qutuların ona tanış olub-olmadığını soruşduğunu, özünün də həmin kibrit qutularının tanış olmadığını bildirdiyini, polis şöbəsinə gəldikdən sonra ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirdiyini, özünün də buna etiraz etdiyini, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, buna görə müalicə aldığını, heç kimə heç vaxt narkotik vasitə satmadığını bildirdiyini, bundan sonra ona Sənan adlı şəxsə 90 manat müqabilində narkotik vasitə satdığını bildirdiklərini, özünün buna etiraz etdiyini, bundan sonra polis şöbəsinin inzibati binasında yerləşən otaqların birində polis əməkdaşı Samit Kərimov tərəfindən işgəncələrə məruz qaldığını, döyüldüyünü, ona göstərilən iki ədəd kibrit qutusunun özünə məxsus olmasını etiraf edəcəyi təqdirdə ona narkotik vasitələrin satışı ilə bağlı deyil, narkotik vasitələrin istifadəsi ilə təqsiləndiriləcəyinin bildirildiyini, ona edilən işgəncələrdən, hədə-qorxulardan sonra həmin kibrit qutularının üzərinə yerləşdirildiyini, bundan sonra videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirildiyini və baxış zamanı həmin kibrit qutularının üzərində öz istifadəsi üçün üzərində daşıdığını məcburiyyətdən etiraf etdiyini, protokol tərtib olunduğunu, işgəncə verilərək həmin protokolun tərəfindən imzalandığını, bundan sonra yaşadıqları evə baxış keçiriləcəyinin bildirildiyini və özünün də buna etiraz etmədiyini, həmçinin baxış keçirilməsinə razılıq verməsinə dair ərizə yazdığını, polis əməkdaşlarının, müdafiəçinin və özünün iştirakı ilə yaşadığı evə baxış keçirildiyini, lakin baxış zamanı yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmadığını, bundan sonra polis şöbəsində Sənanla üzləşdirildiyini, Sənanı tanıdığını, belə ki, avtomobil idarə edərkən yüksək sürət səbəbindən aralarında mübahisə olduğunu, Sənanın ona “gör sənin başına nə oyun açacam” dediyini, Sənanla görüşmədiyini, Sənana heç vaxt narkotik vasitə satmadığını bildirdiyini, üzləşmə zamanı Sənanın 90 manat verərək ondan narkotik vasitə aldığını bildirdiyini, nəinki Sənana, heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq ona narkotik vasitələrin satışı ilə deyil, istifadəsi ilə əlaqədar cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində vermiş olduğu ifadəsi, üzləşdirmə istintaq hərəkətinin protokolu, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Turalla münasibətlərinin yaxşı olduğunu, əvvəllər birlikdə oturarkən narkotik vasitə istifadə etdiklərini, Turaldan heç bir vaxt pul müqabilində narkotik vasitə almadığını, polis əməkdaşlarının işgəncələrindən qorxduğundan Bakı şəhərinə getdiyini, məhkəməyə ifadə vermək üçün polis əməkdaşlarından qorxduğunu, Bakı şəhərində 29-cu Polis bölməsinə çağırıldığını, orada ona məhkəməyə gedib ifadə verməli olduğunun bildirildiyini, onun da polis əməkdaşlarına qorxduğu üçün məhkəməyə gedə bilmədiyini, Ağdaşa gəldiyində polis əməkdaşlarının işgəncələrindən qorxduğunu bildirdiyini, 29-cu polis bölməsində ona qorxmamasını və ona heçnə edilməyəciyinin bildirildiyini, ibtidai istintaqda verdiyi ifadəni polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalaraq, hədə-qorxunun təsirindən Turaldan narkotik vasitə aldığına dair ifadə verdiyini, belə ki, polis əməkdaşları tərəfindən saxlanılaraq onu döyə-döyə polis şöbəsinə gətirildiyini, Samit Kərimov və onun əməkdaşları tərəfindən ona polis şöbəsində işgəncələr verildiyini, hətta işgəncələrə dözə bilməyib özünə xəsarət yetirdiyini, polis əməkdaşlarının ona işgəncə edərək Turaldan 90 manata narkotik vasitə almasına dair göstəriş verildiyini, əks halda onu məhv edəcəklərini bildirdiklərini, özünə döyərək işgəncə verildiyini, bundan sonra işgəncələrə məruz qaldığından Turaldan pulla narkotik vasitə aldığını bildirmişdir. Məhkəmədə Şahid3 ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından CPM-in 329-cü maddəsinə əsasən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir Şahid3 ifadəsində hərdən bir narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, lakin narkotik vasitələrin aludəçisi olmadığını və narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 11-12 radələrində tanışı olan Tural adlı şəxsə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Turalın istifadəsində olan, lakin hazırda xatırlamadığı mobil nömrəyə zəng etdiyini, mobil telefonda Turala özünə istifadə etmək üçün narkotik vasitə lazım olduğunu bildirdiyini, Turalın da ona hazırda onda narkotik vasitə olduğunu bildirdiyini, özünün də Turaldan həmin narkotik vasitədən ona satmasını xahiş etdiyini, Turalın da onunla razılaşdığını, həmçinin Turala heyvan otardığını və hazırda tək olduğunu, buna görə də onun olduğu yerə gəlməyini xahiş etdiyini, bundan təxminən 2 saat sonra Turalın onun olduğu yerə, yəni Ağdaş rayonu, Bəylik kəndində yerləşən yaşadığı evin həyətində olduğunu, Turalın gəlməsini görüb küçəyə çıxdığını və ondan 1 ədəd sellofan bükümdə qurudulmuş marixuananı satın aldığını və müqabilində Turala 90 manat pul verdiyini, belə ki, Turalın ona mobil telefonla danışan zaman narotik vasitənin baha olmasını, ona da bir dəfə istifadə etmək üçün 90 manat müqabilində narkotik vasitə verə biləcəyini bildirdiyini, özünün də onunla razılaşdığını, buna görə də Turala 90 manat pul verdiyini, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Ağdaş şəhərinə gəldiyini və həmin zaman Turaldan aldığı narkotik vasitənin də onun üzərində olduğunu, Ağdaş şəhəri, M.İsayev küçəsində üzü kollec tərəfə gedən yolda yerləşən çay evinə getdiyini, həmin vaxt çay evinin qarşısında polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və özlərini təqdim etdiklərini, bundan sonra polis əməkdaşının ona üzərində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiyini, özünün də onunla razılaşdığını və polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, bundan sonra üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan büküm, əynində olan qara rəngli cins şalvarın arxa cibindən ona məxsus “Redmi” markalı mobil telefon, siqaret və pul aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş sellofan bükümün açıldığını və içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin polis əməkdaşı həmin narkotik vasitəni nə vaxt və haradan əldə etdiyini soruşduğunu, özünün də cavabında həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində tanışı Tural adlı şəxsdən 90 manat müqabilində satın aldığını bildirdiyini, daha sonra onun üzərindən aşkar edilmiş sellofan büküm və 1 ədəd mobil telefonun ayrı-ayrı zərflərdə qablaşdırıldığını, həmin zərflərin üzərinə möhür vurulduğunu, şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparıldığını, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və ucadan oxunduğunu, həmin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilən zaman ifadəsində narkotik vasitəni ona satmadığını, əvəzsiz olaraq pay verdiyini bildirməsinin yalan olduğunu, Turaldan narkotik vasitəni 90 manat müqabilində satın aldığını, Turalın nəyə görə bu cür ifadə verməsini bilmədiyini, əvvəllər Turaldan narkotik vasitə almadığını, Turalın narkotik vasitə satmasını bilmədiyini, sadəcə olaraq Turalı tanıdığı üçün ona zəng edərək özünə narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirdiyini, Turalın da ona təşkil edə biləcəyini, lakin baha qiymətə olacağını bildirdiyini, özünün də Tural ilə razılaşdığını, həmin vaxt tək olduğunu, Turalın ona narkotik vasitə satmasını heç kimin görmədiyini, ifadəsində qeyd etdiklərini Turalın üzünə qarşı deyə biləcəyini, üzləşdirmə istintaq hərəkəti keçirilən zaman ifadəsində 90 manat pulu verəcəyini qorxduğu üçün bildirdiyini, həmin 90 manatı verərək Təqsirləndirilən şəxs narkotik vasitəni aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023cü il tarixdə Ağdam rayonu, Güləccə kəndində qeydiyyatda olan Şahid3 qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Sabir Məmmədli ilə birlikdə Ağdaş şəhəri M.İsayev küçəsində hərəkətdə olan zaman Sənanın piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Sənanı RPŞ-yə dəvət etdiklərini, Sənan da onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Sənana dövlət hesabına müdafiəçi təyin edildiyini və onun şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında Sənanın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Sənanın əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan büküm, əynində olan qara rəngli cins şalvarın arxa cibindən ona məxsus “Redmi” markalı mobil telefon, siqaret və pul aşkar edildiyini, daha sonra aşkar edilmiş sellofan bükümün açıldığını və içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edildiyini, Sənanın həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin həmin narkotik vasitəni xx.xx.2023cü il tarixdə təxminən saat 14 radələrində tanışı Tural adlı şəxsdən 90 manat müqabilində satın aldığını bildirdiyini, daha sonra onun üzərindən aşkar edilmiş sellofan büküm və 1 ədəd mobil telefonun ayrı-ayrı zərflərdə qablaşdırıldığını, həmin zərflərin üzərinə möhür vurulduğunu, şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparıldığını, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və ucadan oxunduğunu, həmin protokola imza etdiklərini, Şahid3 üzərindən aşkar edilmiş siqaret və pulun onun özünə qaytarıldığını, bundan sonra xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qulbəndə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması, satması və istifadəsi barədə müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri Şahid1la birlikdə Ağdaş rayonu, Qülbəndə kəndində hərəkətdə olan zaman Turalın yaşadığı evin giriş qapısının qarşısında dayanmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması, satması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Turalı RPŞ-yə dəvət etdiklərini, Turalın da onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Turala dövlət hesabına müdafiəçi təyin edildiyini və onun şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında Turalın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Turalın əynində olan qış gödəkçəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusu, əynindəki olan şalvarın sağ yan cibindən mobil telefon, sol yan cibindən isə 1 ədəd siqaret qutusu aşkar edildiyini, bundan sonra aşkar edilmiş kibrit qutuları açılan zaman içərilərindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, Turalın həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirdiyini, həmçinin həmin zaman ona Şahid3 üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsini xx.xx.2023-cü il tarixdə ondan 90 manat müqabilində satın alması məzmununda ifadə verməsini bildirən zaman Tural cavabında Sənana narkotik vasitəni pul müqabilində satmadığını, sadəcə olaraq Sənanın ondan zəng edərək ona çəkməsi üçün “nəşə” lazım olduğunu və onun üçün “nəşə” tapa bilibbilməyəcəyini soruşduğunu, özünün də ona narkotik vasitə tapa biləcəyini, daha sonra isə özü istifadə etmək üçün üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini Sənana pay kimi verdiyini bildirdiyini, daha sonra onun üzərindən aşkar edilmiş içərilərində narkotik vastitə qurudulmuş marixuana olan kibrit qutularının elektron tərəzidə çəkildiyini və çəkilərinin 7 qram və 8 qram olduğunu, bundan sonra aşkar edilmiş 2 ədəd kibrit qutusu və ona məxsus mobil telefonun kağız zərfdə qablaşdırıldığını və üzərilərinə möhür vurulduğunu, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparıldığını, şəxsi axtarışın aparılması barədə protokol tərtib edildiyini, bundan sonra Turalın yaşadığı evə baxış keçirilməsi təklif edildiyini, Turalın da bu barədə ərizə verdiyini, xx.xx.2023-cü il tarixdə gündüz vaxtı Turalın yaşadığı, Ağdaş rayonu Qülbəndə kəndində yerləşən evə baxış keçirildiyini, baxış zamanı onun yaşadığı evdən qanunsuz olaraq saxladığı hər hansı əşya, maddə və ya predment aşkar edilmədiyini və götürülmədiyini, həmçinin baxışın da videoçəkiliş vasitəsi ilə keçirildiyini, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini və protokolun imzalarla təsdiq edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan 1 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid3 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Şahid3 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Şahid3 üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Şahid3 əynində olan qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan büküm, şalvarın arxa sağ cibindən 1 ədəd mobil telefon, gödəkçəsinin sol yan cibindən 1 ədəd alışqan, şalvarın sağ cibindən isə 123 manat pul aşkar edilmiş, daha sonra həmin 1 ədəd sellofan büküm açılan zaman içərisində yaşıl rəngli, kəskin iyə malik bitki mənşəli kütlə olması aşkar edilmiş, həmin bükümdə olan bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 10,2 qram olmuş, sonra həmin kibrit qutuları kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. İşin materiallarında olan 1 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkcəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusu və mobil telefon aşkar edilmiş, aşkar edilmiş 2 ədəd kibrit qutusu açılan zaman içərilərində yaşıl rəngli, kəskin iyə malik bitki mənşəli kütlə olması aşkar edilmiş, daha sonra həmin kibrit qutularında olan bitki kütlələri elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 7 qram və 8 qram olmuş, sonra həmin kibrit qutuları kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/85 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid3 üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 9,89 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd zərfin içərisindəki 2 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar ilə digər 1 (bir) ədəd zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 22 yanvar 2023-cü il tarixli, 17/86 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd kibrit qutusu...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 2 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkilər – 4,76, 5,72 qr, ümumi təmiz çəkisi – 10,48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli, 575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 11 fevral 2023-cü il tarixli PHŞ-6-22/2- 192/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, CPM-in 40.3-cü maddəsinə (CM 73-1.2) əsasən cinayət işinin icraatına xitam verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qülbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qülbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 fevral 2023-cü il arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qülbəndə kəndi ünvanında yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1992-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 yanvar 2015-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 435285 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 yanvar 2015-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 avqust 2018-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 155560 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 iyul 2018-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 01:05də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 4(014)-13/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 yanvar 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbirinin seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:40-da tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə, saat 15:40-a Ağdaş Rayon Məhkəməsinin binasında 1 saylı məhkəmə iclas zalında keçiriləcək məhkəmə hazırlıq iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ünvan 3i ünvanında qeydiyyatda olan Şahid3 tərəfindən 13 oktyabr 2023-cü il tarixdə notarial qaydada verilmiş ərizədən görünür ki, Şahid3 Təqsirləndirilən şəxs tanımır, onunla heç bir əlaqəsi olmayıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ünvan 3ində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonunda yaşayan Şahid3 məhkəməyə ünvanladığı müraciətin məzmunu aşağıdakı kimidir: “Yazıb Sizə bildirirəm ki, Təqsirləndirilən şəxs barəsində polisdə, özümün barəmdə isə məhkəmədə, həm də polisdə verdiyim bütün ifadələrin polisin təzyiqi və işgəncələri altında olub. Məni dəfələrlə əsassız olaraq işgəncələrlə bir çox cinayətləri boynuma alıb məhkəməyə çıxardaraq azadlıqdan məhrum edilmişəm. Hörmətli prokuror və möhtərəm hakim. Bu səfərdə əsassız olaraq Turalın üzünə durmasaydım məni külli miqdar narkotik alverçisi kimi özləri demişkən gedər-gəlməzə göndərəcəkdilər. Möhtərəm hakim Sizin ədalətinizə sığınıram. Lakin dediyim kimi özüm barədə olan cinayət işi ilə bağlı məhkəməyə gələrkən proses öncəsi Ağdaş polisinin təzyiq, təsir və hədələri altında məhkəmədə ifadə verdim. Xahiş edirəm sərbəst şəkildə özümün yazdığım müraciətimi əsas götürüb hərtərəfli araşdırma aparasınız. Xüsusi qeyd edirəm ki, Turalla heç bir əlaqəm olmayıb. Nəinki narkotik, ümumiyyətlə heçnə almamışam. Onunla heç bir əlaqəm olmadığını telefon danışıqlarımızı araşdırsanız özünüz də şahidi olacaqsınız. Ağdaşa gələ bilməməyimin əsas səbəbi polisin mənə hədələr dolu təsiridir. Xahiş edirəm yazdıqlarımı əsas götürüb polisdə verdiyim ifadəmi əsassız hesab edəsiniz. Bir daha bildirirəm ki, Təqsirləndirilən şəxs heçnə almamışam”. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələr münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, istintaq zamanı toplanmış şahid ifadələrinin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə ibtidai istintaq zamanı Şahid3 təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı üzünə qarşı bildirmişdir ki, ondan 90 manata kağız bükümdə “nəşə” adlandırılan marixuana almışdır. Məhkəmə eyni ilə Şahid3 məhkəmə istintaqında verdiyi ifadəsinə də Təqsirləndirilən şəxs ifadəsi kimi tənqidi yanaşır, həmin ifadəni təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş, cinayət işinin araşdırılması zamanı toplanmış digər sübutların məcmusu ilə təkzib edilən aşkar yalan ifadə kimi qəbul edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı tərəflər üzləşdirilmiş, həm Təqsirləndirilən şəxs, həm də Şahid3 müdafiəçi ilə iştirak etmiş və orada da Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı narkotik vasitəni ona 90 manata satmağa razılaşdığını, faktiki olaraq pulunu verməsə də sonra verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid3 zarafatla 90 manat narkotik vasitəyə görə ona verməli olmasını dediyini bildirmişdir. Həmin videoçəkilişdə tərəflər müdafiəçi ilə iştirak etmiş, üzərlərində (o cümlədən, geyimlərində) zor tətbiq olunmasına aid heç bir əlamət müşahidə edilmir. Şahid3 sonradan ifadəsində nəinki Təqsirləndirilən şəxs ilə razılaşdıqlarını, hətta ona pulu verdiyini də bildirmişdir. Bundan başqa, 1 ildən artıq müddət keçməsinə baxmayaraq, nə Təqsirləndirilən şəxs, nə də Şahid3 onlara zor tətbiq edilməsi barədə heç bir orqana müraciət etməmişlər, bunu savadsızlıqla əlaqələndirmişlər. Bundan əlavə, işin materiallarında olan ekspert rəyindən də görünür ki, hər iki şəxsin üzərindən aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı övladının olmasını məhkəmə onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı və 23 yanvar 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 3 (üç) ay təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 10,38 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı və 23 yanvar 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 3 (üç) ay təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 10,38 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar