Məhkəmə qərarları › İş №1(014)-30/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-30/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-30/2021 10.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasının katibi X5 oğlunun Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş şəhəri Dədə Qorqud küçəsi 6/5-də qeydiyyatda olan və Ağdaş şəhəri 20 yanvar küçəsi 47-də yaşayan, barəsində xx.xx.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 14:40 radələrində Ağdaş şəhəri Məşəd küçəsində yaşayan xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətinə daş hasardan keçib həmin həyətdə olan yaşayış evinə açıq olan giriş qapıdan gizli yolla qanunsuz daxil olaraq evdən 170 manat dəyərində 06/2014-cü ildə istehsal edilmiş 01 ədəd qara rəngli “LG” markalı 32LB552U model televizoru və 3 manat dəyərində 01 ədəd bir nəfərlik döşəkağını ümumilikdə cəmi 173 manat əmlakını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində xx.xx.2020-ci il tarixdə saat təxminən 14:30 radələrində yaşadığı evdən çıxıb Ağdaş şəhəri, Məşəd küçəsi dalan 27-də yaşayan dayısı Zərərçəkmiş şəxsgilə oğurluq etmək üçün onlara getmək qərarına gəldiyini, dayısı və onun ailə üzvülərinin hər gün həmin saatlarda evdə olmadıqlarını bildiyini, dayısının işə getdiyini, həyat yoldaşının isə ticarətlə məşğul olduğunu, onların yaşadığı evin həyət qapısının yanına gəldiyini və əvvəlcə həyətə giriş əl qapısını açmaq istəyən zaman qapının bağlı olduğunu, həmin zaman evdə heç kimin olmadığına tam əmin olduğunu, bundan sonra həyətə giriş qapısının sağ hissəsindən hasardan daxil olduğunu, bundan sonra yaşayış evinə yaxınlaşdığını və evə giriş qapısını açanda qapının açıq olduğunu gördüyünü, bundan sonra evə daxil olub onların yataq otağına girib orada qara rəngdə modelini bilmədiyi plazma televizoru götürüb evdən çıxdığını, bundan sonra həyətin giriş qapısının yanına gəlib, həyətə giriş iri qapısını içəridən açıb televizoru küçəyə çıxardıb qoyub, sonrada qapını içəridən bağlayıb daha sonra da hasardan küçəyə çıxıb həmin televizoru əlində evə gətirdiyini, həmin vaxt yaşadığı evdə heç kimin olmadığını, küçədə televizoru evə gətirəndə televizor Sahil gildən götürdüyü mələfəyə bükdüyü üçün onu heç kimin görmədiyini, ən əsası da odur ki, onu heç kimin görmədiyini, evdə televizoru öz yatdığı otaqda gizlətdiyini, daha sonra aradan təxminən bir-iki saat keçdikdən sonra yenidən dayısı Sahilgilə oğurluqdan xəbəri olub olmamasını yoxlamaq üçün qayıtdığını, onlara çatanda Sahilin evdə televizoru axtardığını gördüyünü, həmin vaxt Sahil dayısının ona evdən televizorunu oğurladıqlarını dediyini, onun yanında güya televizordan xəbəri yoxdur kimi özünü göstərib daha sonra yaşadığı evə gəldiyini, sonra dayısının arvadı Türkanın onlara gəldiyini, söbət əsasında Sahilin oğurluqla bağlı DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdiyini dediyini, həmin gün axşam radələrində küçədə dayanan zaman Ağdaş RPŞ-in CAB-in əməliyyat müvəkkili Samid Kərimovun küçədə atası Qadirlə söhbət etdiyini gördüyünü, həmin vaxt Samidin onun atasına Sahilin televizorunu oğurladıqlarını dediyini, bunların söhbət etdiyini görüb qorxduğunu, bundan sonra dayısı Sahilə zəng edib ona televizorunu tapdığını, bir dostu olduğunu, həmin dostuna televizoru gətirib satdıqlarını dediyini, bundan sonra həmin televizoru prasdina ilə birlikdə xəlvəti evdən götürüb Sahilə aparıb verdiyini, səhəri günü də onu polisəməkdaşları Samid Kərimovun və Pünhan Məhəmmədovun polis şöbəsinə dəvət etdiklərini, onlara televizoru oğurladığını, sadəcə olaraq sonradan qorxduğunu və Sahilə televizoru verən zaman televizoru guya dostuna kiminsə oğurlayıb satdığını, televizoru tapdığını, gətirəcəyini dediyini, həmin 01 ədəd prasdina və 01 ədəd televizor dayısı Sahilə verdiyini, oğurluğu xx.xx.2020-ci il tarixdə saaat 14:40 radələrində tək etdiyini göstərmişdir. Məhkəmədə son sözündə ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2020-ci il tarixdə saat təxminən 14:30 radələrində yaşadığı evdən çıxaraq şəhərə getdiyini, həmin zaman evdə olan elektrik avadanlıqlarını tokdan çıxarıb evin qapısını örtüb çıxdığını, lakin evin qapılarını kilidlə bağlamadığını, həyətə giriş qapısını isə kilidlə bağladığını, həmçinin onu da qeyd edim ki, həmin zaman yoldaşının da azyaşlı övladı ilə birlikdə qaynanası ilə getdiklərini, təxminən 40 dəqiqə sonra yaşadığı evə qayıtdığını, evə qayıdıb, həyət qapısını açıb içəri girdiyini, yaşadığı evə daxil olan zaman yataq otağındakı televizorun yerində olmadığını gördüyünü, həmin zaman televizorunu kimsə oğurladığını başa düşdüyünü, həmçinin də evə başqa nəsə oğurlanıb oğurlanmadığı üçün baxdığını və evdə hər şeyin yerində olduğunu gördüyünü, daha sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini, daha sonra Polis əməkdaşlarının onun yaşadığı evə gəldiklərini, olanları polis əməkdaşlarına dediyini, daha sonra polis əməkdaşlarının çıxıb getdiklərini, xx.xx.2020-ci il tarixdə axşam üstü bacısı oğlu Sənanın ona zəng edərək televizoru tapdığını, həmin televizoru onun dostuna kimsə satdığını, həmin televizoru gətirdiyini bildirdiyini, daha sorna Sənanın televizoru ona gətirdiyini, televizoru ona gətirəndə televizorun döşək ağına bükülü vəziyyətdə oluğunu gördüyünü, həmin zaman həmin oğurluq vaxtı onun televizoru ilə bərabər bir nəfərlik döşək ağının da oğurlandığını başa düşdüyünü, sonra bu barədə Samid adlı polisə məlumat verdiyini, xx.xx.2020-ci il tarixdə bacısı Cahanın ona zəng edərək onlara gəlməyini bildirdiyini, daha sonra Cahangilə getdiyini, həmin zaman Cahanın ona oğurluğu törədən şəxsin Sənan olduğunu bildirdiyini, bundan sonra bacısı ilə birlikdə PŞ-nə gəldiyini, 01 ədəd televizoru və televizoru arasına büküb götürdüyü 01 ədəd döşəkağının onda olduğunu və onları təqdim edə biləcəyini, həmin televizoru 4-5 il bundan qabaq 500 manata aldığını, 01 ədəd döşəkağını isə təxminən 3 manat qiyməti olduğunu, evindən başqa heç nə oğurlanmadığını göstərmişdir. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 Əlqulu qızı ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, Zərərçəkmiş şəxs isə onun doğma qardaşı olduğunu, xx.xx.2020-ci il tarixdə Sahilin ona zəng edərək yaşadığı evindən 01 ədəd televizor oğurlandığını bildirdiyini, qardaşına elədisə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verməyini bildirdiyini, polis əməkdaşlarının Sahilin yaşadığı evə gəldiklərini və yaşadığı evə baxış keçdiklərini sonra eşitdiyini, həmçinin həmin gün axşam radələrində Sənanın Sahilə zəng edib və televizoru tapdığını bildirdiyini və həmin televizoru dostuna kiminsə satdığını bildirdiyini və sonra da Sənanın həmin televizoru aparıb Sahilə verdiyini eşitdiyini, Sahilin də həmin zaman baxıb televizorla bərabər bir ədəd də döşəkağı da oğurlandığını gördüyünü, xx.xx.2020-ci il tarixdə Sahilə zəng etdiyini və ona evə gəlməyini bildirdiyini, Sahilin onlara gəldikdən sonra ona oğurluğu törədən şəxsin Sənan olduğunu bildirdiyini, sonrada Sahillə birlikdə PŞ-nə gəldiklərini, daha sonra da Sahilin Sənanın onlardan oğurladığı həmin 01 televizoru və 01 ədəd döşəkağını PŞ-nə təqdim etdiyini, Sənan oğurluğu xx.xx.2020-ci il tarixdə saat 14:40 radələrində Sahil və onun ailə üzvlərinin evdə olmadığını bilib, həyətə daş hasardan daxil olaraq evin açıq vəziyyətdə olan qapısından evə daxil olaraq, evdən 01 ədəd televizor və 01 ədəd döşəkağı oğurladığını sonradan bildiyini, onların Sahillə aralarında heç bir düşmənlikləri olmadığını və hal hazırda da olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 Əlqulu qızının ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək analoji ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/139 saylı rəyində göstərilmişdir ki, 1 ədəd qara rəngli “LG” markalı, 32LB552U model, 06/2014 tarixdə istehsal edilmiş televizor – 170,00 manat və 1 ədəd bir nəfərlik döşəkağı - 3,0 manatdır. Beləliklə ekspertizaya təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri 173 manatmüəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “ Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx xxxxxx 2021 -ci il tarixli 11 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 139 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, 20 Yanvar küçəsi 47-№il evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X4-atası: Şahid1-anası; X2qardaşıdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında“ qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübut kimi 01 ədəd qara rəngli “LG” markalı, 32LB552U model, 06/2014 tarixdə istehsal edilmi televizor və 01 ədəd bir nəfərlik döşəkağı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 21 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 21 saat hüquqi xidmətə görə 126 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 07:00-dək Ağdaş şəhəri, Dədə Qorqud küçəsi ev 6/5-də yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxsna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd qara rəngli “LG” markalı, 32LB552U model, 06/2014 tarixdə istehsal edilmi televizor və 01 ədəd bir nəfərlik döşəkağı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 21 saat hüquqi xidmətə görə 126 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar