Məhkəmə qərarları › İş №1(014)-30/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-30/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-30/2022 23.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştrakı ilə xx xxxx 1982-ci il tarixdə Ağdaş rayonu Ərəb kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Ağdaş rayonu rayonu Ərəb kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına 23 fevral 2022-ci il tarixdə saat 11:05-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, Ağdaş rayonu Ərəb kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə həmkəndlisi Təqsirləndirilən şəxs arasında 20.01.2022-ci il tarixdə saat 12:45 radələrində Ağdaş rayonu Ərəb kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tutaraq onu küçənin kənarı ilə keçən qaz borusuna söykəyərək yumruqla bir dəfə qəsdən Zərərçəkmiş şəxs ağız nahiyəsinə vuraraq ona qəsdən üst dodağın şişkinliyi, sol nahiyəsinin sıyrığı, sol İ kəsici dişin laxlaması, küt alət təsirindən törənmiş, törənmə müddətləri 20.01.2022-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, onunla heç bir ədavət və düşmənçiliyi olmadığını, həmkəndlisi Zərərçəkmiş şəxs ev ustası olduğunu, ev təmir etməklə məşğul olduğunu, 2021-ci ilin fevral ayında həmkəndlisi Zərərçəkmiş şəxslə ona məxsus Ağdaş rayon Ərəb kəndində yerləşən evdə təmir işləri aparması üçün razılığa gəldiklərini, Zərərçəkmiş şəxs onunla razılaşaraq ona məxsus evi təmir etməyə başladığını, özündə 2021-ci ilin may ayında Rusiya Fedarasiyasına getməsi üçün bilet aldığını, ancaq həmkəndlisi Zərərçəkmiş şəxs onun evində apardığı təmir işlərini başa çatdırmadığı üçün Rusiya Fedarasiyasına getmədiyini, həmin vaxtdan sonra Zərərçəkmiş şəxs ona məxsus evdə təmir işləri apardığını, lakin işi tamamlamadığı üçün iş yarımçıq qaldığını, həmin vaxtdan sonra dəfələrlə Zərərçəkmiş şəxs ona məxsus evdə apardığı təmir işlərinin başa çatmadan çıxıb getməsini və təmir edərək yapışdırdığı paduqaların çatlamasını, etdiyi təmirin keyfiyyətsiz olmasına görə həmin paduqanı yenidən təmir etməli olmasını bildirsə də, Zərərçəkmiş şəxs hər dəfə ona müxtəlif bəhanələr gətirərək başqa şəxsin evini təmir etməsini söyləyərək onun evində təmir zamanı yaranan çatışmazlığı aradan qaldırmadığını və yarımçıq qalmış işini başa çatdırmadığını, Zərərçəkmiş şəxs evində təmir işləri apararkən onun zəhmət haqqısını əvvəldən ona ödədiyini, 2021-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs ilə yaşadığı kənddə qarşılaşan zaman Zərərçəkmiş şəxs ona 2022-ci ilin yanvar ayının əvvələrində ona məxsus evdə təmiri yarımçıq qalmış işləri gəlib görəcəyini, həmçinin çatlamış paduqanı da yenidən təmir edəcəyini bildirdiyini, lakin 2022-ci ilin yanvar ayının əvvəllərində yenə də Zərərçəkmiş şəxs zəng edib ona söz verdiyi vaxtda onun eviin yarımçıq qalmış təmirini və çatlamış paduqanı təmir etməli olmasını söylədiyini, lakin Rüfətin yenə də telefonda ona evində yarımçıq qalmış təmiri etmək üçün və çatlamış paduqanı təmir etmək üçün vaxtının olmadığını bildirdiyini, buna görə də, həmin vaxtdan sonra Zərərçəkmiş şəxs ilə aralarında narazılıq yarandığını, 20.01.2022-ci il tarixdə təxminən saat 12:45 radələrində etibarnamə əsasında idarə etdiyi ağ rəngli, “VAZ 21063” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı kəndin küçəsi ilə yaşadığı evə gedən zaman küçədə həmkəndlisi Zərərçəkmiş şəxs gördüyünü, buna görə də, idarə etdiyi avtomobili onun yanında saxladığını, həmin vaxt Zərərçəkmiş şəxs ona məxsus avtomobilin qabaq sağ qapısını açaraq onunla salamlaşdığını, Rüfətdən 2022-ci ilin yanvar ayının əvvəllərində onun evində təmirdə olan çatışmazlığı aradan qaldırmaq və təmiri tamamlamaq üçün onun evinə gələcəyini ona söz verməsinə baxmayaraq gəlməməsinin səbəbini soruşduğunu, Zərərçəkmiş şəxs də ona yenə də bəhanə gətirərək evində təmirdə olan çatışmazlığı və yarımçıq qalan işi yaxın vaxtlarda aradan qaldıracağını söylədiyini, Zərərçəkmiş şəxs ona yalan söz verməsindən bezdiyini bildirdiyini, daha sonra Zərərçəkmiş şəxs evində keyfiyyətsiz təmir işləri aparmasına və təmiri tamamlamamasına görə, onun barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirdiyini, həmin vaxt Zərərçəkmiş şəxs ona kəskin kobud cavab verərək “get hara şikayət edirsən et, mən heç kimi hərləmirəm” sözlərini söylədiyini, ona məxsus avtomobilin sağ ön qapısını örtüb gedən zaman, idarə etdiyi “VAZ 21063” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşərək həmkəndlisi Zərərçəkmiş şəxs yaxınlaşıb ona “sən kimsən ki, heç kimi vecinə almırsan” sözlərini dediyini, həmin vaxt Zərərçəkmiş şəxs ona evində təmirdə yaranan çatşmazlığı və təmirdə yarımçıq qalan təmiri aradan qaldırmayacağını söylədiyini, həmin vaxt Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs əsəbləşdiyinə görə əli ilə Zərərçəkmiş şəxs əynindəki paltarın yaxasından tutub onu qəsdən yolun kənarında olan qaz borusuna söykəyərək qəsdən yumuruqla bir dəfə Zərərçəkmiş şəxs ağız nahiyyəsindən vuraraq qəsdən Zərərçəkmiş şəxs xəsarət yetirdiyini, daha sonra özünə məxsus avtomobilə əyləşərək oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin o, izahatında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın 20.01.2022-ci il tarixdə təxminən saat 12:45 radələrində yaşadığı kənddə, küçədə baş verdiyini, təxminən 4-5 dəqiqə davam etdiyini, həmin vaxt orada özlərindən başqa heç kimin olmadığını, onun Zərərçəkmiş şəxs ilə müabahisə etməsini həmkəndlisi Şahid1 gördüyünü, belə ki, Zərərçəkmiş şəxs ilə mübahisə edərkən həmkəndlisi Şahid1 özünə məxsus avtomobil ilə onların yanından ötüb keçərkən onları gördüyünü, onları başqa heç kimin görmədiyini və səs-küyə heç kimin gəlmədiyini, Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs əynindəki paltarın yaxasından tutub Zərərçəkmiş şəxs küçənin kənarı ilə keçən qaz borusuna söykəyib yumruqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs ağız nahiyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirdiyini, Zərərçəkmiş şəxs ilə 20.01.2022-ci il tarixdə aralarında baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını və ona heç bir xəsarət yetirmədiyini, buna görə də, Zərərçəkmiş şəxs heç bir şikayəti və tələbinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, əvəllər Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçiliyi olmadığını, özünün ev ustası olduğunu, belə ki, ev təmir etməklə məşğul olduğunu, 2021-ci ilin fevral ayında həmkəndlisi Təqsirləndirilən şəxs məxsus Ağdaş rayonu Ərəb kəndində yerləşən evdə təmir işləri apardığını, təmir işləri apardıqdan sonra evi həmkəndlisi Təqsirləndirilən şəxs təhvil verdiyini, 2021-ci ilin may ayının axırlarında dəqiq yadında qalmayan tarixdə Təqsirləndirilən şəxs ilə mobil telefonla danışarkən telefonda Təqsirləndirilən şəxs ona özünə məxsus evin çöl fasadı təmir edilməli olduğunu bildirdiyini və Təqsirləndirilən şəxs həmin təmiri ona tapşırdığını, özünün də Təqsirləndirilən şəxs digər işlərinin olmasını onun evinin fasadını təmir etməyə vaxtının olmamasını söylədiyini, həmin vaxt Təqsirləndirilən şəxs ilə aralarında telefonla mübahisə baş verdiyini, buna görə də, telefonda Dəyanətə əsəbləşdiyini və telefonda ona “mən sənin evinin fasadını təmir etməycəyəm” dediyini və başqa şəxsə təmir etdirməsini söylədiyini, daha sonra Təqsirləndirilən şəxs telefonuna adboy etdiyini, həmin vaxtdan sonra Dəyanətlə aralarında heç bir söz-söhbətlərinin olmadığını, təxminən on gün öncə Təqsirləndirilən şəxs ilə yaşadıqları kənddə qarşılaşan zaman Təqsirləndirilən şəxs ona evində təmir işləri apararkən divara yapışdırdığı paduqanın çatlamasını söyləyərək, həmin paduqanı onun təmir etməli olmasını söylədiyini, özünün də, həmkəndlisi Dəyanətə hal-hazırda vaxtının olmadığını, vaxtı olanda həmin nasazlığı aradan qaldıracağını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs ayrıldığını, 20.01.2022-ci il tarixdə təxminən saat 12:45 radələrində yaşadığı evə piyada gedən zaman həmkəndlisi Təqsirləndirilən şəxs özünə məxsus ağ rəngli “VAZ 2106” markalı avtomobil ilə küçədə hərəktədə olarkən, Təqsirləndirilən şəxs avtomobili onun yanında saxladığını, həmin vaxt Təqsirləndirilən şəxs məxsus avtomobilin sağ ön qapısını açıb Təqsirləndirilən şəxs ilə salamlaşdığını, söhbət əsnasında Təqsirləndirilən şəxs ondan onun evində çatlamış paduqanı nə vaxt təmir edəcəyini soruşduğunu, özünün də həmkəndlisi Təqsirləndirilən şəxs hal-hazırda başqa bir şəxsin evində təmir işləri apardığını, buna görə də, vaxtının olmadığını, vaxtı olan kimi ona xəbər edib, gedib evində təmir işləri aparacağını bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs ona onun evinin paduqasının təcilli olaraq təmir etməli olduğunu bildirdiyini, lakin özünün yenədə Təqsirləndirilən şəxs onun evində təmir işləri aparmağa vaxtının olmadığını bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini, yenidən yoluna davam edərkən Dəyanətin özünə məxsus avtomobildən düşərək ona yaxınlaşdığını, onun evinin paduqasını bu gün təmir etməli olmasını söylədiyini, özünün də Təqsirləndirilən şəxs evinin paduqasını təmir etməyə vaxtının olmadığını bildirdiyini, buna görə də, yenidən Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşıb əli ilə onun paltarının yaxasından tutaraq onu yolun kənarında olan qaz turbasının üzərinə yıxaraq bir dəfə qəsdən yumuruqla onun ağız nahiyyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, daha sonra Təqsirləndirilən şəxs özünə məxsus avtomobilə minərək avtomobili sürüb oradan uzaqlaşdığını, daha sonra Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edib Təqsirləndirilən şəxs tərəfindən döyülməyi barədə məlumat verdiyini bildirmişdir. Həmçinin o, izhatında həmkəndlisi Təqsirləndirilən şəxs ilə arasındakı mübahisə və dava-dalaşın 20.01.2022-ci il tarixdə təxminən saat 12:45 radələrində yaşadığı evin qarşısındakı küçədə baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı orada özlərindən başqa heç kimin olmadığını, lakin sonradan həmkəndlisi Şahid1 küçədən keçərkən onun Təqsirləndirilən şəxs ilə mübahisə etməsini gördüyünü, Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşı başqa heç kimin görmədiyini və səs-küyə heç kimin gəlmədiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, hal-hazırda heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləri olduğunu, 20.01.2022-ci il tarixdə təxminən saat 12:45 radələrində yaşadığı kənddə küçə ilə özünə məxsus “vaz-2104” markalı avtomobil ilə gedərkən həmkəndlisi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birləri ilə söhbət etməsini gördüyünü, belə ki, Təqsirləndirilən şəxs özünə məxsus “VAZ-2106” markalı avtomobili saxladığını, Dəynət Mustafayevin özünə məxsus avtomobildə sürücü tərəfdə əyləşdiyini, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs avtomobilinin qabaq sağ qapısını açıb, avtomobildən yerdə dayanaraq onların söhbət etmələrini gördüyünü, həmin vaxt özünə məxsus “vaz-2104” markalı avtomobili idarə edib onların yanından ötüb keçdiyini, həmin vaxt özünə məxsus avtomobildə tək olduğunu, lakin Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarındakı dava-dalaşı görmədiyini, belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsini görmədiyini, lakin həmin gündən bir neçə gün sonra Zərərçəkmiş şəxs ilə yaşadığı kənddə qarşılaşan zaman Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs onu döyməsini ona söylədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 Zərərçəkmiş şəxs onun qardaşı olduğunu, 20.01.2022-ci il tarixdə təxminən saat 13:15 radələrində yaşadığı evdə olarkən qardaşı Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefona zəng edərək onu yaşadığı evə dəvət etdiyini, qardaşı Zərərçəkmiş şəxs yaşadığı evə getdiyini, Zərərçəkmiş şəxs ağzının qan olmasını gördüyünü, Rüfətdən nə baş verməsini soruşduğunu, Zərərçəkmiş şəxs də ona həmkəndlisi Təqsirləndirilən şəxs onu döyməsini söylədiyini bildirmişdir. Həmçinin o, izahatında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarındakı mübahisə və davadalaşın 20.01.2022-ci il tarixdə təxminən saat 12:45 radələrində qardaşı Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı küçədə baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tutaraq onu qaz borusunun üzərinə yıxaraq yumruqla bir dəfə Zərərçəkmiş şəxs ağız nahiyəsindən vuraraq ona qəsdən xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarındakı mübahisə və dava-dalaş zamanı orada onlardan başqa heç kim olmadığını və səs-küyə heç kim gəlmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 21.01.2022-ci il tarixli, 53 nömrəli rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – üst dodağın şişkinliyi, sol nahiyəsinin sıyrığı, sol İ kəsici dişin laxlaması, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 20.01.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 21.01.2022-ci il tarixli, 61 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşakar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RMX-nin 02.02.2022-ci il tarixli, 147 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunduğu göstərilmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ərəb kənd İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli 24 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ərəb kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1-həyat yoldaşı; 13.07.2013-cü il təvəllüdlü X2; 20.05.2017-ci il təvəllüdlü X4; 31.10.2021-ci il təvəllüdlü X3r. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsinə əsasən: 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. bu məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.3. məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç az yaşlı övladının olmasın nəzərə alaraq hesab edirəm ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.1, 40.3, 43.1.2, 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Məhkəmə iclasının qərarından 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar