Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-30/2023 07.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Yaqubova (Məmmədyarova) Nigar Kamil qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 18 fevral 2019-cu il tarixdən hesablanmaqla 10 mart 2012-ci il təvəllüdlü X2 və 17 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Yaqubova (Məmmədyarova) Nigar Kamil qızına verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-709/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 3(014)-283/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 10 mart 2022-ci il tarixli, 3(014)-124/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 20 avqust 2020-ci il, 08 aprel 2022-ci il, 19 aprel 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 21 iyun 2022-ci il tarixinə kimi 3753 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Yaqubova (Məmmədyarova) Nigar Kamil qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Yaqubova (Məmmədyarova) Nigar Kamil qızını Ağdaş şəhərinin sakini kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2010-cu il tarixdə el adəti ilə ailə qurmuşlar, 2011-cı il tarixdə evliliklərini rəsmiləşdirmişlər. Evliliklərindən 10 mart 2012-ci il təvəllüdlü X5 və 17 aprel 2016-cı il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra valideynləri ilə birlikdə Ləki qəsəbəsində yaşamışlar. Həmin vaxtlar mebel ustası işləmişdir. Nigar ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Nigar himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-709/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 18 fevral 2019-cu il tarixdən hesablanmaqla 10 mart 2012-ci il təvəllüdlü X2 və 17 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Yaqubova (Məmmədyarova) Nigar Kamil qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə ödənişlər aparsa da, atasının vəfat etməsi və özünün səhhəti ilə bağlı olaraq uzun müddət keçməsinə baxmayaraq tam şəkildə alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 04 avqust 2020-ci il və 10 mart 2022-ci il tarixli qərarları ilə 10 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra etməmişdir. Təqdimat verilən günə, yəni 21 iyun 2022-ci il tarixə kimi Yaqubova (Məmmədyarova) Nigar Kamil qızına ödənməmiş aliment borcu 3753 manat təşkil edir. Hazırda fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, gündəlik gəliri təxminən 20-25 manat təşkil edir. Məşğulluq Mərkəzində qeydiyyatda dursa da, hazırda işlədiyindən müraciət etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, təqdimat verilən gündən sonra aliment borcundan 1710 manat ödəmiş, həmin qəbzləri istintaqa təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxs Yaqubova (Məmmədyarova) Nigar Kamil qızına borclu olduğu pulu tam ödəmişdir. Buna görə də məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi barədə ərizəsinin nəzərə alınmasını və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Yaqubova (Məmmədyarova) Nigar Kamil qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş şəhərində tanımış və münasibətləri yaranmışdır. Təxminən 2010-cu il tarixdə el adəti ilə ailə qurmuşlar, 2011-ci ildə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 10 mart 2012-ci il təvəllüdlü X5 və 17 aprel 2016-cı il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Tahirin valideynləri ilə birlikdə yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs mebel ustası işləmiş və yetərli qazanc əldə etmişdir. Əvvələr Tahir ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığından, teztez spirtli içkilər qəbul etdiyindən, uşaqları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-709/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2019-cu il tarixdən hesablanmaqla 10 mart 2012-ci il təvəllüdlü X2 və 17 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli və 10 mart 2022-ci il tarixli inzibati qərarlarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 21 iyun 2022ci il tarixə ödənməmiş aliment borcu 3753 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs hazırda müxtəlif işlərdə çalışır və yetərli qazanc əldə edir. İstəsə hər ay alimenti ödəyə bilər, lakin ödəmək niyyəti yoxdur. Öz övladları ilə maraqlanmır. Zərərçəkmiş şəxs Yaqubova (Məmmədyarova) Nigar Kamil qızı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən ona olan borcun ödənildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-709/2019 saylı 19 mart 2019-cu il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2019-cu il tarixdən başlayaraq 10 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 17 aprel 2016-cı ildə anadan olmuş X6 18 yaşına çatana qədər onların saxlanılmaları üçün Yaqubova (Məmmədyarova) Nigar Kamil qızının xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment tutulmalıdır. İcra vərəqəsi 09 aprel 2019-cu il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Bildiriş borcluya təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, ondan icra sənədinin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Üzrlü səbəb göstərmədən icra sənədini icra etməmişdir. 10 mart 2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlmiş, onun icra şöbəsində izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 3(014)-124/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona məsuliyyəti elan olunmaqla tələbi icra etməsi üçün ona yeni müddət verilsə də borclu tələbi icra etməmişdir. Tələbi icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-709/2019 saylı 19 mart 2019-cu il tarixli icra sənədi üzrə tələbkar Yaqubova (Məmmədyarova) Nigar Kamil qızının xeyrinə 18 fevral 2019-cu il tarixdən başlayaraq 5847 manat aliment pulu ödəmiş, borclunun tələbkara 21 iyun 2022-ci il tarixə 3753 manat ödənilməmiş aliment borcu yaranmışdır. Tələbkar Yaqubova (Məmmədyarova) Nigar Kamil qızı 15 aprel 2022-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə ərizəylə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-709/2019 saylı 19 mart 2019-cu il tarixli icra vərəqəsini inzibati tənbeh olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etmişdir. O, həm də tələbi icra etməsi üçün ona yaradılmış faktiki imkanlarından istifadə etməmişdir. Onun əməllərində qərəzlilik elementləri müşahidə olunmuşdur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Niyazı oğlu Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(014)-709/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X4 ilə Təqsirləndirilən şəxs arasında bağlanılaraq Ağdaş RİHB-ın Ləki qəsəbə İƏV üzrə nümayəndəliyində 17 yanvar 2011-ci il tarixdə 03 nömrə ilə qeydə alınmış nikahın pozulması, 10 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 17 aprel 2016-cı il tarixdə anadan olmuş X3 anaları X1 yanında saxlanılmaları, Təqsirləndirilən şəxs 18 fevral 2019cu il tarixdən başlayaraq, 10 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 17 aprel 2016-cı il tarixdə anadan olmuş X3 18 yaşlarına çatanadək saxlanılmaları üçün X1 xeyrinə hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 8(014)-387/2019 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ borcu ödənilib qurtarana kimi müvəqqəti məhdudlaşdırılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 8(014)-387/2019 saylı qərardadından görünür ki, təqdimatın təmin edilməsi, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 3(014)-283/2020 saylı qərarından görünür ki, xx xxxxxxx 1983-cü ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 3(014)-124/2022 saylı qərarından görünür ki, xx xxxxxxx 1983-cü ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 mart 2012-ci il təvəllüdlü X2 və 17 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Yaqubova (Məmmədyarova) Nigar Kamil qızına verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-709/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 3(014)-283/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 10 mart 2022-ci il tarixli, 3(014)-124/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 20 avqust 2020-ci il, 08 aprel 2022-ci il, 19 aprel 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 21 iyun 2022-ci il tarixinə kimi 3753 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Yaqubova (Məmmədyarova) Nigar Kamil qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi tam sübuta yetir. İşin materiallarında olan zərərçəkmiş şəxs Yaqubova (Məmmədyarova) Nigar Kamil qızı tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Yaqubova (Məmmədyarova) Nigar Kamil qızına borclu olduğu pulu tam ödəmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Yaqubova (Məmmədyarova) Nigar Kamil qızına Ağdaş Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(014)-709/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 3753 manat puldan 1710 manatını ibtidai istintaq zamanı, 2043 manatını isə məhkəmə istintaqi zamanı ödədiyini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-in 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-30/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-30/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver