Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-30/2024 17.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Ağdaş rayonunun Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Ağcayazı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 18 noyabr 2023-cü il tarixdə saat 13:35 radələrində Ağdaş şəhəri ərazisində tanışı, istintaqa məlum olmayan mənbədən əldə etdiyi 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,662 qram olan maddə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfematini əldə edərək üzərində saxlayıb, daşımış, 18 noyabr 2023-cü il tarixdə saat 13:35 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən, H.Əliyev adına mərkəzi parkın yaxınlığında saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 1 ünvanında yerləşən RPŞ-nin inzibati binasında həmin tarixdə saat 14.09-dən saat 14.27-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,662 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfematin aşkar götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağdaş rayonunun Ağcayazı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, İİ Qarabağ Müharibəsi zamanı gedən döyüşlərdə yuxusuz qalmağı və yorğunluqları səbəbi ilə narkotik vasitədən istifadə etməyə başlamış, müharibədən sonrakı günlərdə isə rayon-kənd ərazisində tapdığı “patı” adlandırdığı psixotrop maddə olan metamfetamindən və narkotik vasitə sayılan marixuanadan 1-2 dəfə istifadə etmişdir. Lakin həmin müddətdən sonra heç bir narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. 18 noyabr 2023-cü il tarixdə təxminən saat 9-10 radələrində yaşadığı kənd ərazisindən keçən “Şirvan su kanal”ında balıq tutarkən oturduğu yerdə siqaret qutusunun sellofanına. Daha sonra isə siqaret qutusunun içərisində olan falqada bükülü görmüşdür. Həmin bükülü onun diqqətini çəkdiyi üçün yaxınlaşaraq həmin bükülünü götürmək qərarına gəlmişdir. Daha sonra bükümü açdıqda içərisində ağ rəngli, kristal halında olan maddə olduğunu görmüşdür. O, əvvəllər “patı” və “kristal” adlandırdığı psixotrop maddə olan metamfetamindən istifadə etdiyi üçün həmin maddənin metamfetamin olduğunu bilmişdir. Buna görə də həmin maddəni götürərək istifadə etmək üçün şalvarının sağ kiçik cibinə qoymuşdur. Bu barədə yalnız bir dostuna demişdir. 18 noyabr 2023-cü il tarixdə təxminən saat 13:35 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən, H.Əliyev adına mərkəzi parkın yaxınlığında piyada gedərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edərək, Ağdaş rayon Polis şöbəsinin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər. O, da, onlarla birlikdə rayon Polis şöbəsinə getmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuş, inzibati binada xidməti otaqda üzərində şəxsi axtarış aparılmış və üzərində olan əşyaları bir-bir masanın üzərinə qoymağını təklif etmişdir. O, da əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən 01 ədəd sellofan bükümü, sağ cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, sol cibindən 01 ədəd alışqanı, arxa sol cbindən 03 ədəd 1 manatlıq pul əskinalarını, 01 ədəd “Tam kart”ı, 01 ədəd “Birbank kart”ını, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələrini, həmçinin şalvarın sağ iç cibindən 02 ədəd 20 qəpiklik sikkələri təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamışdır. Psixotrop maddəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisinin 0,8 qram olması müəyyən edilmişdir. 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Sonra zərf özü, müdafiəçi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, heç vaxt heç kimə narkotik maddə satmamışdır. Polis əməkdaşları tərəfindən aşkar edilmiş narkotik maddəni yalnız özünün istifadə etməsi üçün saxlamışdır. Polis şöbəsində heç bir əməkdaş tərəfindən döyülməmiş, ona heç bir təzyiq göstərilməmişdir. O, Füzulidən Qubadlıya qədər döyüş yolu keşmişdir. Vətən müharibəsində iştirak etmiş, Vətən müharibəsi zamanı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyinə və nümunəvi xidmətinə görə fəxri “Vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Əməlindən peşmandır, himayəsində bir azyaşlı uşağı var, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonu, Ağcayazı sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. 18 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edib üzərində saxlaması və qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 18 noyabr 2023-cü il tarixdə saat 13:35 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən, Heydər Əliyev adına mərkəzi parkda saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş Rayon Polis Şöbəsinin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində “patı”, yəni psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən 01 ədəd sellofan bükümü, sağ cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, sol cibindən 01 ədəd alışqanı, arxa sol cbindən 03 ədəd 1 manatlıq pul əskinaları, 01 ədəd tam kartı, 01 ədəd birbank kartını, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, şalvarın sağ iç cibindən 02 ədəd 20 qəpiklik sikkəsi aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan büküm açılmış və içərisindən 01 ədəd kağız büküm aşkar edilmişdir. Bundan sonra həmin kağız büküm açılmış və içərisində ağ rəngli, kristal halında maddə olması müəyyən olunmuşdur. Bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmişdir. Psixotrop maddəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisinin 0,8 qram olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd büküm ekspertizaya təqdim olunması üçün 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN-nin 111 möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olmasını, onu istifadə etmək üçün üzərində saxladığını, həmin maddəni 18 noyabr 2023-cü il tarixdə səhər saatlarında Ağdaş rayonu, Ağcayazı kəndində su kanalının kənarından yerdən tapmasını bildirmişdir. Şahid1 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və rayon Polis şöbəsinə gətirilən zaman heç bir zor tətbiq edilməmiş, o, qanunsuz hərəkətlərə yol verməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 18 noyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 13:35 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon Polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı X9 Rəşidovu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara, o cümlədən üzərinə şəxsi axtarış keçiriləcək şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən 01 ədəd sellofan büküme, sağ cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, sol cibindən 01 ədəd alışqanı, arxa sol cibindən 03 ədəd 1 manatlıq pul əskinalarını, 01 ədəd tam kartı, 01 ədəd birbank kartını, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələrini, şalvarın sağ iç cibindən 02 ədəd 20 qəpiklik sikkəni təqdim etmiş, həmin əşyalar masanın üzərinə qoyulmuş, bundan sonra Elçin Mütəllimov tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin onun üzərində yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamışdır. Daha sonra sellofan büküm açılmış və içərisindən 01 ədəd kağız büküm aşkar edilmiş, həmin kağız büküm açılmış və içərisində ağ rəngli, kristal halında maddə olması müəyyən olunmuş, büküm təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisinin 0,8 qram olması müəyyən olunmuş, 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN-nin 111 möhürü ilə möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmiş, zərf iştitakçılar tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı heç bir təklif və şikayət daxil olmamış, sorğu-sual aparılan zaman Təqsirləndirilən şəxs üzərində olan ağ rəngli, kristal halında olan maddə psixotrop maddə “patı” olmasını, onu özü istifadəsi üçün üzərində saxladığını, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ağdaş rayonu, Ağcayazı kəndində su kanalının kənarından yerdən tapdığını, narkotik vasitə olan psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Polis şöbəsinə gətirilərlən ona heç bir formada təzyiq göstərilmədiyini bildirmiş, daha sonra şəxsi axtarış sonlandırılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2023-cü il tarixli 17/795 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ağ rəngli kristal halında maddə olan 01 (bir) ədəd kağız büküm,” sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0.662 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2023-ci il tarixli 1976 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 18 noyabr 2023-cü il tarixli 18-1-xx/xx-1767/2023 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 noyabr 2023-cü il tarixli 5-32-12/2- 470/2023 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəiyinin verdiyi 23 noyabr 2023-cü il tarixli 5-32- 12/2-471/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: X1 və oğlu X7. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 may 2020-ci il tarixdə doğulmuş X7 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X5 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 72742 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X2 üzvüdür. İş materiallarında olan fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs əsgər olaraq “Vətən müharibəsi” zamanı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyinə və nümunəvi xidmətinə görə 2021-ci ildə Fəxri fərmanla təltif olunmuşdur. İş materiallarında olan 1-14489 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan 1-65865 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və Müvəqqəti saxlama yerindən azad etmək haqqıda” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 18 noyabr 2023-cü il tarixdən saat 13:35-dən 19 noyabr 2023-cü il tarixədək saat 12:10-dək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetamin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, Vətən müharibəsi zamanı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyinə və nümunəvi xidmətinə görə fəxri fərmanla təltif olunduğunu, İİ Qarabağ müharibəsi zamanı Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini və buna görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən «Qubadlının azad olunmasına görə» medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamına əsasən “Vətən müharibəsi işirakçısı” medalı ilə təltif olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin dövlət ittihamçısının çıxışında təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə təklifini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdən 19 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.662 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfematin hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 60 (altmış) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdən 19 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.662 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfematin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 60 (altmış) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-30/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-30/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver