Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-31/2020 03.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 Zərərçəkmiş şəxslər x1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə Təqsirləndirilən şəxs3 xx xxxxxx 1998-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində 29 yanvar 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 10 avqust 1999-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində 29 yanvar 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1998-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, H.Hacıyev küçəsi 1/11 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 05 fevral 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 12 dekabr 2019-cu il tarixdən 13 dekabr 2019-cu il tarixə keçən gecə, saat təxmin 03-04 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu gəlib-gedən şəxsləri müşahidə edərək ona məlumat vermək üçün küçədə pusquda dayanmış, o isə Ağdaş rayonu, Şıxlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus həmin kəndin mərkəzində yerləşən saxlanc yeri olan ərzaq mağazasına qanunsuz daxil olaraq, mağazadan cəmi 26 manat dəyərində 13 ədəd iki manatlıq nar konturları, cəmi 40 manat dəyərində 20 ədəd iki manatlıq sim konturları, cəmi 30 manat dəyərində 10 ədəd 3 manatlıq sim konturları, cəmi 31 manat dəyərində 31 ədəd bir manatlıq sim konturları, cəmi 30 manat dəyərində 15 ədəd 2 manatlıq cin konturları, cəmi 10 manat dəyərində 10 ədəd 1 manatlıq cin konturları, cəmi 66 manat dəyərində 6 kq hər kq 11 manat dəyərində üzərində “Krakov” yazısı olan kolbasa, cəmi 44 manat dəyərində 4 kq hər kq 11 manat dəyərində üzərində “İveriya” yazısı olan sosiləri, cəmi 50 manat dəyərində 5 kq hər kq 10 manat dəyərində üzərində “Ocaq” yazısı olan kolbasanı, cəmi 50 manat dəyərində 5 kq hər kq 10 manat dəyərində üzərində “Ocaq” yazısı olan sosisləri, cəmi 40 manat dəyərində 4 kq hər kq 10 manat dəyərində üzərində “Kristal” yazısı olan kolbasanı, cəmi 32 manat dəyərində 4 kq hər kq 8 manat dəyərində üzərində “Halal” yazısı olan kolbasanı, cəmi 68 manat dəyərində 4 blok hər bloku 17 manat dəyərində üzərində “Klassik” yazısı olan nazik siqaretləri, cəmi 17 manat dəyərində 1 bloku 17 manat dəyərində üzərində “Klassik” yazısı olan qalın siqaretləri, cəmi 45 manat dəyərində 3 blok hər bloku 15 manat dəyərində üzərində “Prima” yazısı olan qalın siqaretləri, cəmi 40 manat dəyərində 2 blok hər bloku 20 manat dəyərində üzərində “Palma” yazısı olan nazik siqaretləri, cəmi 17 manat dəyərində 1 bloku 17 manat dəyərində üzərində “West” yazısı olan qalın siqaretləri, cəmi 60 manat dəyərində 3 blok hər bloku 20 manat dəyərində üzərində “West” yazısı olan ağ, nazik siqaretləri, cəmi 24 manat dəyərində 2 blok hər bloku 12 manat dəyərində üzərində “Arqo” yazısı olan qalın siqaretləri, cəmi 24 manat dəyərində 2 blok hər bloku 12 manat dəyərində üzərində “Bakı” yazısı olan qalın siqaretləri, cəmi 34 manat dəyərində 2 blok hər bloku 17 manat dəyərində üzərində “Vinçestr” yazısı olan nazik siqaretləri, cəmi 17 manat dəyərində 1 blok üzərində “Kompakt Vinçestr” yazısı olan siqaretləri, cəmi 32 manat dəyərində 2 blok hər bloku 16 manat dəyərində üzərində “Kinqston” yazısı olan nazik siqaretləri, cəmi 24 manat dəyərində 1 blok üzərində “LD” yazısı olan nazik siqaretləri, cəmi 28 manat dəyərində 1 blok üzərində “Vinston” yazısı olan nazik siqaretləri, cəmi 60 manat dəyərində 4 blok hər bloku 15 manat dəyərində üzərində “Maqna” yazısı olan nazik siqaretləri, cəmi 51 manat dəyərində 3 blok hər bloku 17 manat dəyərində üzərində “Vant” yazısı olan nazik siqaretləri, cəmi 30 manat dəyərində 1 blok üzərində “Kent” yazısı olan nazik siqaretləri, cəmi 24 manat dəyərində 3 ədəd hər biri 8 manat dəyərində üzərində “Xan, Kristal” yazıları olan 07 litrlik spirtli içkiləri, cəmi 30 manat dəyərində 5 ədəd hər biri 6 manat dəyərində üzərində “Xan, Kristal” yazıları olan 05 litrlik spirtli içkiləri, cəmi 16 manat dəyərində 4 ədəd hər biri 4 manat dəyərində üzərində “İvanofka” yazısı olan şərabı, cəmi 17.50 manat dəyərində 25 ədəd hər ədədi 0,70 manat dəyərində üzərində “Patron” yazılmış günəbaxan tumlarını, 50 manat dəyərində 50 qəpik pulları və 80 manat nağd pul əskinaslarını ümumilikdə cəmi 1237,50 manat əmlakını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 təkrarən 14 yanvar 2020-ci il tarixdə, gecə saat 01:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs3 işlətdiyi, saxlanc yeri olan “Bizim Market”-ə qanunsuz daxil olaraq, həmin marketdən 150 manat nağd pulu oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 12 dekabr 2019-cu il tarixdən 13 dekabr 2019-cu il tarixə keçən gecə, saat təxmin 03-04 radələrində qardaşı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə edərək Təqsirləndirilən şəxs3 məlumat vermək üçün Ağdaş rayonu, Şıxlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus həmin kəndin mərkəzində yerləşən ərzaq mağazasının qarşısında küçədə pusquda dayanmış, sonuncu isə Ağdaş rayonu, Şıxlı kəndində Zərərçəkmiş şəxs1 məxsus həmin kəndin mərkəzində yerləşən saxlanc yeri olan ərzaq mağazasına qanunsuz daxil olaraq mağazadan cəmi 26 manat dəyərində 13 ədəd iki manatlıq nar konturları, cəmi 40 manat dəyərində 20 ədəd iki manatlıq sim konturları, cəmi 30 manat dəyərində 10 ədəd 3 manatlıq sim konturları, cəmi 31 manat dəyərində 31 ədəd bir manatlıq sim konturları, cəmi 30 manat dəyərində 15 ədəd 2 manatlıq cin konturları, cəmi 10 manat dəyərində 10 ədəd 1 manatlıq cin konturları, cəmi 66 manat dəyərində 6kq hər kq 11 manat dəyərində üzərində “Krakov” yazısı olan kolbasanı, cəmi 44 manat dəyərində 4 kq hər kq 11 manat dəyərində üzərində “İveriya” yazısı olan sosisləri, cəmi 50 manat dəyərində 5 kq hər kq 10 manat dəyərində üzərində “Ocaq” yazısı olan kolbasanı, cəmi 50 manat dəyərində 5 kq hər kq 10 manat dəyərində üzərində “Ocaq” yazısı olan sosisləri, cəmi 40 manat dəyərində 4 kq hər kq 10 manat dəyərində üzərində “Kristal” yazısı olan kolbasanı, cəmi 32 manat dəyərində 4 kq hər kq 8 manat dəyərində üzərində “Halal” yazısı olan kolbasanı, cəmi 68 manat dəyərində 4 blok hər bloku 17 manat dəyərində üzərində “Klassik” yazısı olan nazik siqaretləri, cəmi 17 manat dəyərində 1 bloku 17 manat dəyərində üzərində “Klassik” yazısı olan qalın siqaretləri, cəmi 45 manat dəyərində 3 blok hər bloku 15 manat dəyərində üzərində “Prima” yazısı olan qalın siqaretləri, cəmi 40 manat dəyərində 2 blok hər bloku 20 manat dəyərində üzərində “Palma” yazısı olan nazik siqaretləri, cəmi 17 manat dəyərində 1 bloku 17 manat dəyərində üzərində “West” yazısı olan qalın siqaretləri, cəmi 60 manat dəyərində 3 blok hər bloku 20 manat dəyərində üzərində “West” yazısı olan ağ, nazik siqaretləri, cəmi 24 manat dəyərində 2 blok hər bloku 12 manat dəyərində üzərində “Arqo” yazısı olan qalın siqaretləri, cəmi 24 manat dəyərində 2 blok hər bloku 12 manat dəyərində üzərində “Bakı” yazısı olan qalın siqaretləri, cəmi 34 manat dəyərində 2 blok hər bloku 17 manat dəyərində üzərində “Vinçestr” yazısı olan nazik siqaretləri, cəmi 17 manat dəyərində 1 blok üzərində “Kompakt Vinçestr” yazısı olan siqaretləri, cəmi 32 manat dəyərində 2 blok hər bloku 16 manat dəyərində üzərində “Kinqston” yazısı olan nazik siqaretləri, cəmi 24 manat dəyərində 1 blok üzərində “LD” yazısı olan nazik siqaretləri, cəmi 28 manat dəyərində 1 blok üzərində “Vinston” yazısı olan nazik siqaretləri, cəmi 60 manat dəyərində 4 blok hər bloku 15 manat dəyərində üzərində “Maqna” yazısı olan nazik siqaretləri, cəmi 51 manat dəyərində 3 blok hər bloku 17 manat dəyərində üzərində “Vant” yazısı olan nazik siqaretləri, cəmi 30 manat dəyərində 1 blok üzərində “Kent” yazısı olan nazik siqaretləri, cəmi 24 manat dəyərində 3 ədəd hər biri 8 manat dəyərində üzərində “Xan, Kristal” yazıları olan 07 litrlik spirtli içkiləri, cəmi 30 manat dəyərində 5 ədəd hər biri 6 manat dəyərində üzərində “Xan, Kristal” yazıları olan 05 litrlik spirtli içkiləri, cəmi 16 manat dəyərində 4 ədəd hər biri 4 manat dəyərində üzərində “İvanofka” yazısı olan şərabı, cəmi 17.50 manat dəyərində 25 ədəd hər ədədi 0,70 manat dəyərində üzərində “Patron” yazılmış günəbaxan tumlarını, 50 manat dəyərində 50 qəpik pulları və 80 manat nağd pul əskinaslarını ümumilikdə cəmi 1237,50 manat əmlakını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 təkrarən 20 yanvar 2020-ci il tarixdə, saat 20:00 radələrində dostu Ağdaş şəhəri, H.Hacıyev küçəsi 1/11-də qeydiyyatda olan və yaşayan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu gəlib-gedən şəxsləri müşahidə edərək ona məlumat vermək üçün küçədə pusquda dayanmış, o isə Ağdaş şəhəri, M.Əsədov küçəsində tam dayanıqlı vəziyyətdə olan Ağdaş rayonu, Xosrov kənd sakini Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli VAZ 2107 markalı EM 756 MN 30 qeydiyyat nişanlı avtomobilə qanunsuz daxil olaraq cəmi 200 manat dəyərində olan üzərinə “MVB/MP5/Radio/BT Player” yazılmış maqintafonu oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 20 yanvar 2020-ci il tarixdə, saat 20:00 radələrində dostu Ağdaş rayonu, Şıxlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən o gəlibgedən şəxsləri müşahidə edərək Təqsirləndirilən şəxs2 məlumat vermək üçün küçədə pusquda dayanmış, Təqsirləndirilən şəxs2 isə Ağdaş şəhəri, M.Əsədov küçəsində tam dayanıqlı vəziyyətdə olan Ağdaş rayonu, Xosrov kənd sakini Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli VAZ 2107 markalı EM 756 MN 30 qeydiyyat nişanlı avtomobilə qanunsuz daxil olaraq cəmi 200 manat dəyərində olan üzərinə “MVB/MP5/Radio/BT Player” yazılmış maqintafonu oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. İş üzrə Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində fərdi əməklə məşğul olduğunu, ailədə üç qardaş olduqlarını, qardaşlarının ortancılı olduğunu, valideynlərinin də fərdi əməklə məşğul olduqlarını, qardaşı Müşfiq ilə birlikdə Gəncə şəhəri Kəpəz rayonunda yaşadıqlarını, qardaşı Müşfiqin hal-hazırda Bakı şəhərində yaşadığını, özü isə Gəncə şəhərində Kəmalə adlı qadının evində kirayə yaşadığını, 12 dekabr 2019-cu il tarixdə qardaşı Coşqunün Gəncə şəhərinə onlara gəldiyini, xərcləməyə pulları olmadığı üçün Coşquna gedək oğurluq edək dediyini, belə olub Ağdaş rayonu, Şıxlı kəndində kəndin mərkəzində Zərərçəkmiş şəxs1 ərzaq mağazasından oğurluq etmək qərarına gəldiklərini, qardaşı Coşqun ilə birlikdə Gəncə şəhərindən Bakı istiqamətinə gedən nömrəsini bilmədiyi VİTA markalı avtomobilə əyləşib gəlib Ağdaş rayonu Ləki yolunda düşdüklərini, həmin yerdən də tanımadıqları bir taksiyə 10 manat pul verib onları Şıxlı kəndinə aparmalarını dediyini, həmin taksi ilə Şıxlı kəndində düşdüklərini və piyada kəndin mərkəz hissəsinə gedib, Aqilin mağazasının qarşısında dayandıqlarını, 12 dekabr 2019-cu il tarixdən 13 dekabr 2019-cu il tarixə keçən gecə, saat təxmin 3-4 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus Ağdaş rayonu Şıxlı kəndinin mərkəzində yerləşən mağazanın qarşısında dayandıqlarını, ətrafa baxdıqlarını və həmin vaxt ətrafda heç kim olmadığından mağazanın kənarından dəmir parçası tapıb həmin mağazanın dəmir barmaqlığını və taxta qapısını sındırdığını, daha sonra da təpiklə də dəmir barmaqlığı kənara itələdiyini, bundan sonra isə mağazaya daxil olduğunu, Coşqunun isə həmin vaxt küçədə pusquda dayandığını, mağazada olan sirmədən 80 manat nağd pul, ümumilikdə 84 manatlıq konturlar, 10 blok siqaret 16 rulon kolbasa, 01 şüşə İvanofka şərabı, 04 ədəd bizon götürdüyünü və onları sellofan torbalara doldurduğunu, daha sonra həmin əşyaları götürüb qardaşı Coşqun ilə birlikdə piyada Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən Şıxlı kəndin girəcəyinə yol gedərkən həmin oğurladıqları əşyaları bir daha da sellofandan yerə töküb nə oğurladıqlarını bildikdən sonra yenidən sellofan torbalara yığdıqlarını, daha sonra da oradan da tanımadıqları yol maşını ilə Ləkiyə getdiklərini, oradan da tanımadığı yol maşını ilə Gəncəyə getdiklərini, Gəncə şəhərində köhnə Yevlax avtovoğzalında yerləşən tanımaqdıqları köşkə siqaretləri 13 dekabr 2019-cu il tarixdə gunorta radələrində verdiklərini, həmin şəxsin də onlara 100 manat pul verdiyini, həmin şəxsə bir nəfərin bizə borcu olubdur və bu siqaretləri həmin borcun əvəzinə veribdir dediklərini, həmin şəxsə siqaretlərin oğurluq olmasını bildirmədiklərini, həmin oğurladıqları əşyalardan yerdə qalan bir hissəsini özləri istifadə etdiklərini, konturların isə bir hissəsini özləri istifadə etsələr də, bir hissəsini yandırdıqlarını, bir neçəsini isə adını bilmədiyi tanışlarına Gəncədə verdiklərini, 14 yanvar 2020-ci il tarixdə Gəncədə olarkən yenə də oğurluq etmək qərarına gəldiyini və Ağdaş şəhəri C.cabbarlı küçəsində yerləşən “Bizim Market”-dən oğurluq etməyi fikirləşdiyini, həmin gün Gəncə şəhərindən axşam saat 23:00 radələrində tək Ağdaş şəhərinə gəldiyini, saat 01:00 radələrinin olmasını gözlədiyini, “Bizim Market” adlı dükana yaxınlaşdığını, əvvəlcə mağazanın arxasına keçib mağazanın işıq sistemini işıq sayğacından ayırdığını, daha sonra Gəncədən özü ilə birlikdə gətirdiyi mantirovka ilə dükanın giriş qapısını açdığını, həmin vaxt hər iki əlində əlcək olduğunu və kassaya yaxınlaşdığını, kassanın açarının üzərində olduğunu,kassadan ümumilikdə 150 manat pulu götürdüyünü daha sonra mağazadan çıxan zaman siqnalizasiyanın işə düşdüyünü və dərhal oradan uzaqlaşdığını, bundan sonra isə Ləki yoluna çıxıb üzü Gəncə istiqamətinə gedən avtomobillərin birinə əyləşib Gəncə şəhərinə getdiyini, oğurladığı pulları isə özü üçün ərzaq əşyalarına xərclədiyini bildirdi. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və 12 dekabr 2019-cu il tarixdə Gəncə şəhərində qardaşı Seymurgildə olduğunu, xərcləməyə puluları olmadığı üçün qardaşı Seymurun gedək oğurluq edək dediyini, Ağdaş rayonu Şıxlı kəndində kəndin mərkəzində Zərərçəkmiş şəxs1 ərzaq mağazasından oğurluq etmək qərarına gəldiklərini, qardaşı Seymur ilə birlikdə Gəncə şəhərindən Bakı istiqamətinə gedən nömrəsini bilmədiyi Vita markalı avtomobilə əyləşib gəlib Ağdaş rayonu Ləki yolunda düşdüklərini, həmin yerdən də tanımadıqları bir taksiyə 10 manat pul verib onları Şıxlı kəndinə aparmasını dediklərini, həmin taksidən Şıxlı kəndində düşdüklərini və piyada kəndin mərkəz hissəsinə gedib, Aqil mağazasının qarşısında dayandıqlarını, 12 dekabr 2019-cu il tarixdən 13 dekabr 2019-cu il tarixə keçən gecə, saat təxmin 3-4 radələrində qardaşı Təqsirləndirilən şəxs3 ilə birlikdə həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus Ağdaş rayonu Şıxlı kəndində yerləşən mağazanın qarşısında dayandıqlarını, ətrafa baxdıqlarını və həmin vaxt ətrafda heç kim olmadığından mağazanın kənarından dəmir parçası tapıb həmin mağazanın dəmir barmaqlığını və taxta qapısını sındırmaq yolu ilə qardaşı Seymurun mağazaya daxil olduğunu, özü isə həmin vaxt küçədə pusquda dayandığını, təxminən 5-10 dəqiqədən sonra Seymurun hər əlində bir sellofan torba ilə gəldiyini və gedək dediyini, piyada Yevlax- Şamaxı yoluna çıxanda yolun kənarında Seymurun götürdükləri əşyalara baxdıqlarını, bu zaman sellofan torbalarda 80 manat nağd pul, ümumilikdə 84 manatlıq konturlar, 10 blok siqaret, 16 rulon kolbasa, 01 şüşə İvanofka şərabı, 04 ədəd bizon olduğunu gördüklərini, daha sonra həmin pulları ciblərinə qoyduqlarını və oğurladıqları əşyaları isə sellofan torbalara yığıb yolun kənarından keçən bir avtomobilə əl edib həmin avtomobil ilə Ağdaş rayon Ləki dördyoluna gedib üzü Gəncə istiqamətinə gedən bir avtomobilə əyləşib qardaşıgilə getdiklərini, 12 dekabr 2019-cu il tarixdən 13 dekabr 2019-cu il tarixə keçən gecə qardaşı Seymur ilə birlikdə mağazadan götürdükləri əşyalardan Gəncə şəhərində köhnə Yevlax avtovoğzalında yerləşən tanımadığı və yeri yadında qalmayan köşkə siqaretləri 13 dekabr 2019-cu il tarixdə günorta radələrində verdiklərini, həmin şəxsin də onlara 100 manat pul verdiyini, həmin şəxsə bir nəfərin onlara borcu olmasını və bu siqaretləri həmin borcun əvəzinə verməsini bildirdiklərini, həmin şəxsə siqaretlərin oğurluq olmasını bildirmədiklərini, həmin oğurladıqları əşyalardan yerdə qalan bir hissəsini özləri istifadə etdiklərini, konturların isə bir hissəsini özləri istifadə etsə də, bir hissəsini yandırdıqlarını, bir neçəsini isə adını bilmədiyi tanışlarına Gəncədə verdiklərini, daha sonra isə 20 yanvar 2020-ci il tarixdə, saat 20:00 radələrində dostu Ağdaş şəhərində yaşayan Samitin oğlu Rəsul ilə birlikdə Ağdaş şəhəri M.Əsədov küçəsində piyada hərəkətdə olarkən yolun kənarında dayanmış yaşıl rəngli VAZ 2107 markalı avtomobilə yaxınlaşdıqlarını və həmin vaxt avtomobilin qapılarının kilidli olmamasını gördüklərini və avtomobilin içərisində olan əşyaları oğurlamaq qərarına gəldiklərini, daha sonra avtomobilin içərisinə daxil olduğunu və Rəsulun isə avtomobilə daxil olmadığını, avtomobildə olan modelini bilmədiyi qara rəngli maqnitofonu oğurladığını, daha sonra birlikdə yollarına davam etdiklərini, Ağdaş rayon Qolqəti kəndində yaşayan Təbriz adlı taksi sürücüsü ilə telefon əlaqəsi saxladıqlarını, Təbrizə onlarda maqintafon olmasınnı dediklərini və Təbriz ilə Ağdaş şəhərində görüşdüklərini, Təbrizə həmin oğurladıqları maqintafonu göstərdiklərini və 30 manata satmaqlarını dediklərini, lakin Təbrizin isə həmin maqintafonu bəyənmədiyini və Təbrizdən aralanıb getiklərini, həmin maqintafonun onun özündə qaldığını, həmin maqintafonu satmaq qərarına gəlmədiyi üçün Gəncə şəhərinə gedəndə yolda tanımadığı istiqamətə tulladığını, 22.01.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində Ağdaş şəhəri C.Cabbarlı küçəsi ilə piyada Rəsul ilə gedərkən yolun kənarında dayanmış metalik rəngli nömrəsini bilmədiyi VAZ 21099 markalı avtomobilə yaxınlaşdıqlarını və onun qapıların kilidli olmamasını gördüklərini, bu zaman Rəsulun həmin avtomobilin içərisinə daxil olduğunu və avtomobilin içərisindən “Pioner” markalı maqnitfonu oğurladığını, həmin günü Rəsul ilə birlikdə VAZ 21099 markalı avtomobildən oğurladıqları “Pioner” markalı maqnitofonu həmin Təbriz adlı şəxsə 30 manata satdıqlarını və həmin pulu iki hissəyə böldüklərini bildirdi. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Ağdaş rayonu, Şıxlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 tanıdığını, 20 yanvar 2020-ci il tarixdə, saat 20:00 radələrində Coşqunla birlikdə Ağdaş şəhəri M.Əsədov küçəsində piyada hərəkətdə olduqlarını, həmin vaxt yolun kənarında dayanmış ağ rəngli VAZ 2107 markalı avtomobil gördüklərini və ona yaxınlaşıb qapılarının kilidli olub-olmamasına baxdıqlarını, bu vaxt həmin vaxt avtomobilin qapılarının kilidli olmamasını gördüklərini və avtomobilin içərisində olan əşyaları oğurlamaq qərarına gəldiklərini, daha sonra Coşqun avtomobilin içərisinə daxil olduğunu və özü isə avtomobilə daxil olmadığını, həmin vaxt gəlib gedən olsa Coşquna xəbər vermək üçün kənarda pusquda dəyandığını, Coşqunun həmin avtomobildən modelini bilmədikləri qara rəngli maqnitofonu oğurladığını, daha sonra ikisi birlikdə yollarına davam etdiklərini, bundan sonra həmin maqintafonu satmaq qərarına gəldiklərini, Coşquna Qolqəti kənd sakini Təbriz adlı taksi sürücüsünün maqintafon axtarmasını dediyini və gəl ona zəng edib bizdə satlıq maqintafon olmasını deyək dediyini, Ağdaş rayonu, Qolqəti kəndində yaşayan Təbriz adlı taksi sürücüsü ilə telefon əlaqəsi saxladıqlarını, Təbrizə onlarda maqintafon olmasınnı dediklərini və Təbriz ilə Ağdaş şəhərində görüşdüklərini, Təbrizə həmin oğurladıqları maqintafonu göstərdiklərini və 30 manata satmaqlarını dediklərini, lakin Təbrizin isə həmin maqintafonu bəyənmədiyini və Təbrizdən aralanıb getiklərini, həmin maqintafonun Coşqunun özündə qaldığını və Coşqunun özüm sataram dediyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində yaşadığı Ağdaş rayonu, Şıxlı kəndində kəndin mərkəzi adlanan yerdə özünə məxsus ərzaq mağazası olduğunu, həmin mağazanı özü işlətdiyini, mağazasının bir pəncərədən və bir giriş qapısından ibrət olduğunu, pəncərə və giriş qapısının taxtadan ibarət olmaqla dəmir barmaqlıqlarla örtülü olduğunu, mağazanın kənarlarının mişar daşlarından ibarət olduğunu və tavan hissəsinin isə beton piltələrlə örtülərək üzərinə şifer vurulduğunu, 12 dekabr 2019-cu il tarixdə, saat 19:30 radələrində işlətdiyi həmin mağazanın taxta giriş qapısının zamokunu bağladıqdan sonra dəmir barmaqlıqlarında asma kilidini də bağlayıb daha sonra evə getdiyini, 13 dekabr 2019-cu il tarixdə, səhər saat 09:00 radələrində mağazanı açmaq üçün gəldiyini və mağazanın qapılarının qırılmış vəziyyətdə olmasını gördüyünü, mağazaya daxil olduğunu və mağazadan 26 manat dəyərində iki manatlıq nar kontur kartları, 100 manat dəyərində, 20 ədəd iki manatlıq, 10 ədəd 3 manatlıq, 31 ədəd bir manatlıq sim konturlar, 40 manat dəyərində 15 ədəd iki manatlıq,10 ədəd bir manatlıq cin konturlar, hər kq 11 manat dəyərində cəmi 6 kq 66 manat Krakov adlı kolbasa , hər kq 11 manat dəyərində cəmi 4 kq 44 manat dəyərində iveriya sosisləri, hər kq 10 manat dəyərində 5 kiloqram cəmi 50 manat dəyərində “Ocaq”sosisləri, hər kiloqramı 10 manat dəyərində 5 kq çəkidə cəmi 50 manat dəyərində Ocaq kolbasa, hər kiloqramı 10 manat dəyərində 4 kq çəkidə cəmi 40 manat dəyərində Kristal adlı kolbasa, hər kloqramı 8 manat dəyərində 4 kq çəkidə cəmi 32 manat dəyərində Halal adlı kolbasa, 4 blok hər bloku 17 manat dəyərində cəmi 68 manat nəzik Klassik siqaretlər,1 blok 17 manat dəyərində qalın Klassik siqaretlər, 3 blok hər bloku 15 manat dəyərində cəmi 45 manat qalın Prima siqaretlər, 2 blok hər bloku 20 manat dəyərində cəmi 40 manat nəzik boz Palma siqaretlər, 1 blok 17 manat dəyərində qalın West siqaretlər, 3 blok hər bloku 20 manat dəyərində cəmi 60 manat dəyərində nəzik ağ West siqaretlər, 2 blok hər bloku 12 manat dəyərində cəmi 24 manat qalın Arqo siqaretlər, 2 blok hər bloku 12 manat dəyərində cəmi 24 manat qalın Bakı siqaretləri, 2 blok hər bloku 17 manat dəyərində cəmi 34 manat nəzik Vinçestr siqaretlər, 1 blok 17 manat dəyərində Kampakt Vinçestr siqaretlər, 2 blok hər bloku 16 manat dəyərində cəmi 32 manat dəyərində nəzik Kinkston siqaretlər, 1 blok 24 manat dəyərində nəzik LD siqaretlər, 1 blok 28 manat dəyərində nəzik Vinston siqaretlər, 4 blok hər bloku 15 manat dəyərində cəmi 60 manat nəzik Maqna siqaretlər, 3 blok hər bloku 17 manat dəyərində cəmi 51 manat nəzik Vant siqaretlər,1 blok 30 manat dəyərində nəzik Kent siqaretlər, “Xan” Kristal markalı 07 ltrlik 3 ədəd 24 manat dəyərində spirtli içkilər, “Xan” Kristal markalı 05 ltrlik 5 ədəd 30 manat dəyərində spirtli içkilər, 04 ədəd hər biri 4 manat dəyərində cəmi 16 manat dəyərində İvanofka şərabı, 10 manat dəyərində 25 ədəd 70 qramlıq «patron» günəbaxan tumları, 01 ədəd bankanın içərisində 50 manat 50 qəpiklik, 80 manat nağd pulun oğurlandığını gördüyünü, lakin bu barədə heç kimə məlumat vermədiyini, oğurluq edən şəxslərin yaxın qohumları olmasını fikriləşdiyini və bunun üçün də heç kimə məlumat vermədiyini, lakin sonra mağazasından oğurluq edən şəxslərin onun yaxın qohumları olmamasına tam əmin olduğunu və buna görə də 27.01.2020-ci il tarixdə səhər radələrində polis şöbəsinə gəlib müraciət edib mağazasından oğurluq olmasını bildirdiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 valideyinləri tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onlarla barışdığını və onlara qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində 20 yanvar 2020-ci il tarixdə, saat təxminən 20:00 radələrində etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı EM 756 MN 30 dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş şəhəri “Mesbrom” arası deyilən yerdə saxlayaraq yaxınlıqda olan marketdən bazarlıq etməyə getdiyini, həmin vaxt avtomobilin qapılarını kilidləmədiyini, aradan təxminən 30 dəqiqə sonra isə idarə etdiyi avtomobilə yaxınlaşan zaman avtomobilin ön sağ qapısının açıq olmasını gördüyünü, həmin vaxt dərhal avtomobilin içərisinə baxdığını və avtomobilində maqnitofonun yerində olmadığını aşkar etdiyini, ona məxsus oğurlanmış maqnitofonun dəyərinin təxminən 200 manat olduğunu, sonradan həmin maqintafonun üzərində “MVB/MP5/Radio/BT Player” yazılarının olduğunu, hazırda ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində icarə əsasında 2013-cü il tarixdən Şahid2 məxsus Ağdaş şəhəri C.Cabbarlı küçəsində yerləşən “Bizim Market”-i işlətdiyini, 15 yanvar 2020-ci il tarixdən 16 yanvar 2020-ci il tarixə keçən gecə həmin marketə naməlum şəxs və ya şəxslərin daxil olduğunu, onların marketin qapısının kilidini qıraraq marketə daxil olmalarını, həmin 15 yanvar 2020-ci il tarixdə evə gedərkən kassada olan pulun böyük hissəsini götürdüyünü, kassada ehtiyat üçün 150 manat kağız pul və təxminən 30 manat məbləğində qəpik pulları saxladığını, marketə daxil olan şəxs və ya şəxslərin kassada olan 150 manat pulu oğurladılarını, həmin vaxt marketin siqnalizasiya sisteminin işə düşdüyünə görə həmin şəxslərin oradan dərhal qaçdıqlarını və başqa bir şey oğurlamadıqlarını, mühafizə xidmətindən isə marketin sahibinə məlumat verdiklərini və marketin sahibi Fəxrəddinin həmin gün Azəzrbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib marketdən oğurluq olması barədə məlumat verdiyini, həmin vaxt Fəxrəddin kassada olan pulun miqdarını bilmədiyinə görə təxmini olaraq kassadan 80-90 manatın oğurlanması barədə məlumat verdiyini, ertəsi gün səhhəti ilə əlaqədar işə çıxa bilmədiyini, xəstəliyi ilə əlaqədar bir neçə gündə əlavə olaraq işə çıxa bilmədiyini, ona görə baş vermiş oğurluq barəsində maraqlana bilmədiyini, 26 yanvar 2020-ci il tarixdə işdə olarkən Fəxrəddinlə söhbət edərkən oğurluq barədə müzakirə aparanda Fəxrəddinin ondan nə qədər pulun oğurlanmasını soruşanda Fəxrəddinə həmin gün kassada 150 manat kağız pul və 30 manat qəpik pulların olmasını dediyini, Fəxrəddində həmin vaxt ona müraciətində az miqdarda, 80-90 manat miqdarında oğurluq olmasını bildirməsini dediyini, bundan sonra 150 manat pulunun oğurlanması barədə müraciət etmək qərarına gəldiyini, ona görə də Ağdaş RPŞ-nə gəlib bu barədə ərizə ilə müraciət etdiyini, 30 manat qəpik pulların oğurlanmadığını, Polis şöbəsində də ona onun marketindən oğurluq edən şəxsin Ağdaş rayon Mürsəl kənd sakini Təqsirləndirilən şəxs3 olması sonradan məlum olduğunu və Seymurun da marketə qapının kilidini açmaq yolu ilə daxil olduğunu, hazırda vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə Təqsirləndirilən şəxs3la barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində özünə məxsus VAZ-2106 markalı **-BG-*** qeydiyyat nişanlı avtomobilinin olduğunu, 22 yanvar 2020-ci il tarixdə səhər radələrində Ağdaş şəhər sakini Samitin oğlu Rəsulun ona zəng edib özündə 1 ədəd satlıq maqintafon olmasını dediyini və ondan alıb-almamasını soruşduğunu, Rəsula alaram, lakin maqintafona baxım daha sonra alım dediyini, həmin gün səhər radələrində Rəsul ilə görüşdüklərini, həmin vaxt Rəsulun yanında tanımadığı lakin sonradan adını bildiyi Coşqun adlı şəxsin də olduğunu, həmin vaxt Rəsulda olan maqintafona baxdığını lakin həmin maqintafonu bəyənmədiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 mart 2020-ci il tarixli 5544 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Pioner markalı, “DEH-5350UB model” Tayland istehsalı olan maqintafon 80 manat, 13 ədəd iki manatlıq nar konturları 26 manat, 20 ədəd iki manatlıq sim konturları 40 manat, 10 ədəd 3 manatlıq sim konturları 30 manat, 31 ədəd bir manatlıq sim konturları 31 manat, 15 ədəd iki manatlıq cin konturları 30 manat,10 ədəd bir manatlıq cin konturları 10 manat, 6 kq 11 manat dəyərində üzərində “Krakov” yazısı olan kolbasa 66 manat, 4 kq 11 manat dəyərində üzərində “İveriya” yazısı olan sosislər 44 manat, 5 kq 10 manat dəyərində üzərində “Ocaq” yazısı olan kolbasa 50 manat, 4 kq 10 manat dəyərində üzərində “Kristal” yazısı olan kolbasa 40 manat, 4 kq 8 manat dəyərində üzərində “Halal” yazısı olan kolbasa 32 manat, 4 blok 17 manat dəyərində üzərində “Klassik” yazısı olan nazik siqaretlər 68 manat, 1 blok 17 manat dəyərində üzərində “Klassik” yazısı olan qalın siqaretlər 17 manat, 3 blok 15 manat dəyərində üzərində “Prima” yazısı olan qalın siqaretlər 45 manat, 2 blok 20 manat dəyərində üzərində “Palma” yazısı olan nazik siqaretlər 40 manat, 1 blok 17 manat dəyərində üzərində “West” yazısı olan qalın siqaretlər 17 manat, 3 blok 20 manat dəyərində üzərində “West” yazısı olan ağ, nazik siqaretlər 60 manat, 2 blok 12 manat dəyərində üzərində “Arqo” yazısı olan qalın siqaretlər 24 manat, 2 blok 12 manat dəyərində üzərində “Bakı” yazısı olan qalın siqaretlər 24 manat, 2 blok 17 manat dəyərində üzərində “Vinçestr” yazısı olan nazik siqaretlər 34 manat, 1 blok 17 manat dəyərində üzərində “Kompakt Vinçestr” yazısı olan siqaretlər 17 manat, 2 blok 16 manat dəyərində üzərində “Kinqston” yazısı olan nazik siqaretlər 32 manat, 1 blok 24 manat dəyərində üzərində “LD” yazısı olan nazik siqaretlər 24 manat, 1 blok 28 manat dəyərində üzərində “Vinston” yazısı olan nazik siqaretlər 28 manat, 4 blok 15 manat dəyərində üzərində “Maqna” yazısı olan nazik siqaretlər 60 manat, 3 blok 17 manat dəyərində üzərində “Vant” yazısı olan nazik siqaretlər 51 manat, 1 blok 30 manat dəyərində üzərində “Kent” yazısı olan nazik siqaretlər 30 manat, 3 ədəd 8 manat dəyərində üzərində “Xan, Kristal” yazıları olan 07 litrlik spirtli içkilər 24 manat, 5 ədəd 6 manat dəyərində üzərində “Xan, Kristal” yazıları olan 05 litrlik spirtli içkilər 30 manat, 4 ədəd 4 manat dəyərində üzərində “İvanofka” yazısı olan şərab 16 manat, 25 ədəd 0,70 manat dəyərində üzərində “Patron” yazılmış günəbaxan tumları 17,50 manat dəyərində olması müəyyən edildi, 01 ədəd istifadə olunmuş üzərində “MVB/MP5/Radio/BT Player” yazılmış maqintafonun qiymətləndirilməsi mümkün olmadı, ekspertiza tədqiqatına təqdim edilən istifadədə olmuş 1 ədəd Pioner markalı, “DEH- 5350UB” model maqintafonun orta bazar qiyməti 80,00 manat, 31 adda təqdim edilməyən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1057,50 manat müəyyən olunur. Digər 1 ədəd üzərində “MVB/MP5/Radio/BT Player” yazıları olan maqintafon tədqiqata təqdim edilmədiyinə görə qiymətləndirmə aparmaq mümkün olmadı. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirlərini etiraf edərək əməllərindən peşman olmalarını bildirmələrini, vurduqları ziyanı tam olaraq ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, cavanlıqlarını, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyət üçün təhlükəli olmadıqları qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmalarını mümkün hesab edir, təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 27 yanvar 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldıqları dörd ay yeddi gün müddəti, Təqsirləndirilən şəxs1 03 fevral 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı dörd ay müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİMnin 51-2.1-ci maddəsinə əsasən cəza çəkmələrinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.4cü maddəsinə əsasən barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, vurulmuş ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı,hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 27 yanvar 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı dörd ay yeddi gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi səkkiz ay on dörd gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, bir il doqquz ay on altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 27 yanvar 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı dörd ay yeddi gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi səkkiz ay on dörd gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, bir il doqquz ay on altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1cimaddəsi ilə təqsirli bilinib ikiil müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 03 fevral 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı dörd ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi səkkiz ay, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, bir il dörd ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müştərəkqaydada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Vurulmuş ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-31/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-31/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver