Məhkəmə qərarları › İş №1(014)-31/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-31/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-31/2021 05.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1996-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdaş şəhəri Elbrus Əliyev küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamış və daşıyıb satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən 6,56 qram, Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə edib Ağdaş şəhəri, Elbrus Əliyev küçəsindəki 16 nömrəli evində saxlamış, həmin narkotik vasitənin üzərindən 1,17 qramını götürərək daşıyıb 17 avqust 2020-ci il tarixdə, saat 20:00 radələrində, Bakı-Qazax magistiral avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “Ləki” adlanan marketin yaxınlığında Zərdab rayon sakini Şahid3 Şahid1 vasitəçiliyi ilə qanunsuz olaraq 50 manata satmış, 18 avqust 2020-ci il tarixdə, saat 17:00-da Zərdab rayon PŞ-nin əməkdaşları tərəfindən Şahid3 şübhəli şəxs qismində tutularaq, həmin gün saat 17:20-də şəxsi axtarış və götürmə aparılan zaman üzərindən bir ədəd kibrit qutusunun kəsiyində həmin narkotik vasitə aşkar edilərək götürülmüş, 23 avqust 2020-ci il tarixdə saat 18:10-da isə Təqsirləndirilən şəxs Zərdab rayon PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq həmin gün saat 18:35-də şəxsi axtarış və götürmə aparılan zaman isə 5 (beş) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,30 qram, 0,79 qram, 1,26 qram, 0,91 qram, və 1,13 qram, ümumi təmiz çəkiləri 5,39 qram qurudulmuş marixuana üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Ağdaş şəhər sakinidir. Təxminən bir il yarım bundan əvvəl Zərdab rayon sakini, adını Şöhrət bildiyi şəxslə tanış olmuş, Şöhrətlə yaxşı münasibətləri yaranmışdır. Şöhrəti tanıdığı müddət ərzində bir dəfə Ağdaş rayon ərazisində görüşmüşlər. Həmin vaxtdan sonra Şöhrətlə görüşməmiş, telefon vasitəsi ilə danışmamışdır. Şöhrət adlı şəxsə tanıdğı müddət ərzində narkotik vasitə verməmiş və istifadə etməmişdir. O, 2014-cü il tarixdən bu günə qədər narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. Narkoik vasitəni Ağdaş rayonu “Maşad” adlanan ərazidə adlarını bilmədiyi, qaraçılardan alaraq istifadə etmişdir.Təxminən 2020-ci ilin iyun ayının əvvəlində Ağdaş rayon ərazisində yerləşən MTS qəbiristanlğının yaxınlığında piyada hərəkət edən zaman qəbiristanlığın hasarının yaxınlığında, yerdə “ARGO” siqaret qutusunu açıq şəkildə içərisində salfetka olduğunu görüb götürmüş, içərisinə baxdıqda qutunun içərisində salafanda təxminən çəkisi 2 qram olan marixuana və 7-8 (yeddi-səkkiz) ədəd kağız bükümün olduğunu görmüşdür. Həmin bükümləri götürüb içərisinə baxan zaman, bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğu ona məlum olmuşdur. O, vaxtaşırı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün yerdən tapdığı siqaret qutusunda olan narkotik vasitəni götürüb bir qədər qarşı hissədə otların arasında gizlətmişdir. Həmin gün axşam kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanadan bir bükümünü götürüb istifadə etmiş, sonralar salafanda olan narkotik vasitədən az-az götürüb istifadə etmişdir. 5 (beş) kağız bükümdə olan narkotik vasitə olan marixuananı saxlamışdır. 2020ci ilin avqust ayının sonlarında Bakı şəhərinə gedəcəyi üçün həmin bükümləri aparıb orada istifadə etmək üçün saxlamışdır. 21.08.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng vurub Ağdaş rayon Polis şöbəsinin əməkdaşı olan Paşayev Mehman olduğunu bildirən şəxs onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişdir. O, xəstəliyi ilə bağlı həmin gün gedə bilməyəcəyini, səhəri gün yəni, 22.08.2020-ci il tarixdə gedə biləcəyini bildirmişdir. Mehman Paşayev də 23.08.2020ci il tarixdə rayon polis şöbəsinə gəlməyi ilə razılaşmışdır. O, 23.08.2020-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinə getmiş, orada tanımadığı polis əməkdaşları üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, narkotik vasitədən istifadə etdiyini, yaşadığı Ağdaş şəhərində yerləşən evində narkotik vasitə olduğunu bildirmiş, gedib yaşadığı evdən həmin narkotik vasitəni götürüb polis əməkdaşları ilə birlikdə Zərdab rayon Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində polis əməkdaşları üzərinə baxış keçirilməsini təklif etmişlər. O, etiraz etmədikdə xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları təklif etmişlər ki, üzərində saxlanılması qadağan olunmuş əşya, predmet vardırsa təqdim etsin. Həmin vaxt əynində olan qara gödəkçənin sağ yan cibində saxladığı “ARGO” siqaret qutusunun içərisində kağıza bükülmüş 5 (beş) ədəd kiçik ölçülü bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demiş və təqdim etmişdir. Lakin heç vaxt narkotik vasitə satmamışdır. Üzərində narkotik daşıdığı üçün əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Zərdab rayon Polis şöbəsində cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri zamanı 18.08.2020-ci il tarixdə Zərdab şəhər sakini Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında bu istiqamətdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi məqsədi ilə şöbənin rəhbərliyinə raportla rəsmi qaydada məruzə etmişdir. Rəhbərlikdən icazə aldıqdan sonra həmin şəxsin şəxsiyyəti tam müəyyən edilmiş, həmin şəxsin cinayət başında rəsmi, qanuna uyğun şəkildə ifşa olunması məqsədi ilə zəruri bilinən əməliyyat tədbirləri keçirilməsi üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, həmin qərar şöbə rəhbərliyinə məruzə edilmiş, qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün zəruri tədbirlər görülmüşdür. Şahid3 saxlanılaraq Zərdab rayon Polis şöbəsinə gətirilmiş, baxış zamanı Şahid3 üzərindən yarı bölünmüş kibrit qutusunda içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildi. Şahid3 həmin narkotik vasitəni Ağdaş şəhər sakini əvvəlcə özünü Amid kimi təqdim edən, 050 ***-**-** mobil telefon nömrəsinin sahibindən aldığını bildirmişdir. Həmin telefon nömrəsinin sahibi müəyyən edilərkən məlum olmuşdur ki, qeyd olunan telefon nömrəsinin sahibi ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi ilə əlaqədar polis şöbəsinin rəhbərliyinə raportla məruzə olunmuş, 23.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərdab RPŞ-yə gətirilərkən Təqsirləndirilən şəxs narkotik vasitəni Zərdab şəhər sakini Şahid3 deyil, Şöhrət adlı şəxsə verdiyini demişdir. Yenə də qanuna uyğun formada Şöhrət adlı şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, Şöhrət adlı şəxs Zərdab şəhəri, Ramiz Kərimov küçəsi ev 3-də yaşayan Şahid1dur. Bundan sonra Şahid1 Zərdab rayon Polis şöbəsinə gətirilmiş, Şahid1 həqiqətən Təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitə olan qurudulmuş marixuana aldığını, axırıncı dəfə Fəqandan 17 avqust 2020-ci il tarixdə Ağdaş şəhərində bir kibrit qutusu və yarım kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı 150 manata aldığını, həmin narkotik vasitənin yarım kibrit qutusunda olan hissəni Şahid3 verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə baxış keçirilən zaman Fəqan üzərindən əynindəki qara rəngli şalvarın arxa sağ cibindən “Arqo” markalı siqaret qutusunun içərisində bir ədəd salfet və 5 ədəd kağız bükümdə olan yaşımtıl rəngli kütlələri təqdim edərək həmin kütlələrin qurudulmuş marixuana olduğunu və Ağdaş şəhərində qəbiristanlığın yaxınlığından tapdığını bildirmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq ekspertizaya təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Zərdab rayon Polis şöbəsində cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri zamanı 18.08.2020-ci il tarixdə Zərdab şəhər sakini Şahid3 narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında bu istiqamətdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi məqsədi ilə əməliyyat müvəkkili Şahid6 şöbənin rəhbərliyinə raportla rəsmi qaydada məruzə etmişdir. Rəhbərlikdən icazə aldıqdan sonra həmin şəxsin şəxsiyyəti tam müəyyən edilmiş, həmin şəxsin cinayət başında rəsmi, qanuna uyğun şəkildə ifşa olunması məqsədi ilə zəruri bilinən əməliyyat tədbirləri keçirilməsi üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, həmin qərar şöbə rəhbərliyinə məruzə edilmiş, qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün zəruri tədbirlər görülmüşdür. Şahid3 saxlanılaraq Zərdab rayon Polis şöbəsinə gətirilmiş, baxış zamanı Şahid3 üzərindən yarı bölünmüş kibrit qutusunda içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildi. Şahid3 həmin narkotik vasitəni Ağdaş şəhər sakini əvvəlcə özünü Amid kimi təqdim edən, 050 ***-**-** mobil telefon nömrəsinin sahibindən aldığını bildirmişdir. Həmin telefon nömrəsinin sahibi müəyyən edilərkən məlum olmuşdur ki, qeyd olunan telefon nömrəsinin sahibi ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi ilə əlaqədar polis şöbəsinin rəhbərliyinə raportla məruzə olunmuş, 23.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərdab RPŞ-yə gətirilərkən Təqsirləndirilən şəxs narkotik vasitəni Zərdab şəhər sakini Şahid3 deyil, Şöhrət adlı şəxsə verdiyini demişdir. Yenə də qanuna uyğun formada Şöhrət adlı şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, Şöhrət adlı şəxs Zərdab şəhəri, Ramiz Kərimov küçəsi ev 3-də yaşayan Şahid1dur. Bundan sonra Şahid1 Zərdab rayon Polis şöbəsinə gətirilmiş, Şahid1 həqiqətən Təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitə olan qurudulmuş marixuana aldığını, axırıncı dəfə Fəqandan 17 avqust 2020-ci il tarixdə Ağdaş şəhərində bir kibrit qutusu və yarım kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı 150 manata aldığını, həmin narkotik vasitənin yarım kibrit qutusunda olan hissəsini Şahid3 verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə baxış keçirilən zaman Fəqan üzərindən əynindəki qara rəngli şalvarın arxa sağ cibindən “Arqo” markalı siqaret qutusunun içərisində bir ədəd salfet və 5 ədəd kağız bükümdə olan yaşımtıl rəngli kütlələri təqdim edərək həmin kütlələrin qurudulmuş marixuana olduğunu və Ağdaş şəhərində qəbiristanlığın yaxınlığından tapdığını bildirmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq ekspertizaya təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Zərdab rayon Polis şöbəsində cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri zamanı 18.08.2020-ci il tarixdə Zərdab şəhər sakini Şahid3 narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında bu istiqamətdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi məqsədi ilə əməliyyat müvəkkili Şahid6 şöbənin rəhbərliyinə raportla rəsmi qaydada məruzə etmişdir. Rəhbərlikdən icazə aldıqdan sonra həmin şəxsin şəxsiyyəti tam müəyyən edilmiş, həmin şəxsin cinayət başında rəsmi, qanuna uyğun şəkildə ifşa olunması məqsədi ilə zəruri bilinən əməliyyat tədbirləri keçirilməsi üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, həmin qərar şöbə rəhbərliyinə məruzə edilmiş, qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün zəruri tədbirlər görülmüşdür. Şahid3 saxlanılaraq Zərdab rayon Polis şöbəsinə gətirilmiş, baxış zamanı Şahid3 üzərindən yarı bölünmüş kibrit qutusunda içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildi. Şahid3 həmin narkotik vasitəni Ağdaş şəhər sakini əvvəlcə özünü Amid kimi təqdim edən, 050 ***-**-** mobil telefon nömrəsinin sahibindən aldığını bildirmişdir. Həmin telefon nömrəsinin sahibi müəyyən edilərkən məlum olmuşdur ki, qeyd olunan telefon nömrəsinin sahibi ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi ilə əlaqədar polis şöbəsinin rəhbərliyinə raportla məruzə olunmuş, 23.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərdab RPŞ-yə gətirilərkən Təqsirləndirilən şəxs narkotik vasitəni Zərdab şəhər sakini Şahid3 deyil, Şöhrət adlı şəxsə verdiyini demişdir. Yenə də qanuna uyğun formada Şöhrət adlı şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, Şöhrət adlı şəxs Zərdab şəhəri, Ramiz Kərimov küçəsi ev 3-də yaşayan Şahid1dur. Bundan sonra Şahid1 Zərdab rayon Polis şöbəsinə gətirilmiş, Şahid1 həqiqətən Təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitə olan qurudulmuş marixuana aldığını, axırıncı dəfə Fəqandan 17 avqust 2020-ci il tarixdə Ağdaş şəhərində bir kibrit qutusu və yarım kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı 150 manata aldığını, həmin narkotik vasitənin yarım kibrit qutusunda olan hissəsini Şahid3 verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə baxış keçirilən zaman Fəqan üzərindən əynindəki qara rəngli şalvarın arxa sağ cibindən “Arqo” markalı siqaret qutusunun içərisində bir ədəd salfet və 5 ədəd kağız bükümdə olan yaşımtıl rəngli kütlələri təqdim edərək həmin kütlələrin qurudulmuş marixuana olduğunu və Ağdaş şəhərində qəbiristanlığın yaxınlığından tapdığını bildirmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq ekspertizaya təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərdab şəhərində yaşayır. Hərdənbir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Zərdab şəhər sakini Şahid1 Zərdab şəhər sakini kimi tanıyır, onun da hərdənbir narkotik vasitə olan qurudulmuş marixuana qəbul etdiyini eşitmişdir. Buna görə də 17.08.2020-ci il tarixdə günorta saatlarında Şöhrətlə əlaqə saxlayıb narkotik vasitə olan qurudulmuş marixuanası olub-olmadığını soruşmuş, Şöhrət onda 50 manat pul olsa, Ağdaş şəhərində yaşayan Amid adlı tanışından marixuana tapa biləcəyini demişdir. O da Şöhrətin “VAZ-2107” markalı avtomobili ilə Ağdaş şəhərinə getmiş, Şöhrətə 50 manat pul vermiş və Şöhrət tanışı Amid adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana almaq üçün Ağdaş rayonunun “Ləki” marketin yanında görüşmüşdür. O, avtomobildən düşməmiş, orada gözləmişdir. Şöhrət yolun o biri tayına keçib əvvəllər adını Amid kimi bildiyi Fəqanla görüşmüş və qayıdıb gəlmişdir. Onun Şöhrətə verdiyi 50 manatın müqabilində ona yarım kibrit qutusu qurudulmuş marixuana vermişdir. 18 avqust 2020-ci il tarixdə, saat 10:30-da aldığı narkotik vasitəni cins şortikinin sağ cibinə qoyub, şortikində paketə qoyub, Kür çayının yaxınlığında çəkmək üçün yaşadığı evdən çıxmış, yolda dostu, Zərdab rayon sakini Şahid5 görmüşdür. Ağaxan velosipedlə, o isə piyada Zərdab rayonu, 20 Yanvar küçəsi ilə hərəkət edən zaman, dörd nəfər polis əməkdaşı onlara yaxınlaşmışlar. Həmin vaxt 17.08.2020-ci il tarixdə Ağdaş rayonundan aldığı narkotik vasitəni əlində olan paketin içərisində olan cins şortikinin sağ yan cibində saxladığı üçün, o, polis əməkdaşlarını görüb həyəcanlanmışdır. Polislər özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları üzərinə baxış keçirilməsini təklif etmişlər. O, etiraz etmədikdə xidməti otaqların birində video çəkiliş ilə üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları təklif etmişlər ki, üzərində saxlanılması qadağan olunmuş əşya, predmet vardırsa təqdim etsin. Həmin vaxt əynində olan mavi rəngli cins şalvarının sağ yan cibində ağ rəngli “Samsung 7262” markalı mobil telefon, əlində olan qara rəngli, üzərində qırmızı sarı rəngli naxışlar olan paketin içərisində göy rəngli cins şortikinin sağ yan cibində saxladığı yarısı kəsilmiş kibrit qutusunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Ağdaş rayon sakini Təqsirləndirilən şəxs əvvəlllər “Amid” adı ilə tanımışdır. Həmçinin, Zərdab rayon sakini Şahid3 tanıyır. Həmin şəxslərlə onun heç bir ədavəti və düşmən münasibəti olmamış, normal münasibətləri olmuşdur. Ağdaş rayon sakini Təqsirləndirilən şəxs təxminən bir il olar ki, Bakı şəhərində ortaq tanışlarının vasitəsi ilə “Amid” adı ilə tanımışdır. Fəqan özünü ona həmin adla təqdim etmişdir. Təxminən iki il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirdi. O, marixuananın daimi istifadəçisi deyi, hərdən istifadə edir. Fəqanla tanış olandan sonra Fəqanın da narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Bundan sonra Fəqanla münasibətləri yaranmışdır. Daha sonra o, Zərdab rayonunda olan zaman Fəqanla əlaqə saxlayıb hal-əhval tutmuş, söhbət zamanı ona narkotik vasitə lazım oduğunu, ona narkotik vasitə tapmaqda köməklik edə biləcəyini soruşmuşdur. Fəqan Ağdaş rayonunda olduğunu, narkotik vasitəsi olduğunu, həmin narkotik vasitəni ona sata biləcəyini demişdir. Dəqiq tarixini bilmədiyi vaxtda, təxminən bir il bundan qabaq o, Fəqanla Ağdaş rayonu ərazisində “Ləki” marketin qarşısında görüşmüş və Fəqandan 100 manata bir kibrit qutusu narkotik vasitə olan marixuana almışdır. Bundan sonra da müxtəlif vaxtlarda təxminən 7-8 dəfə o, Fəqanla Ağdaş rayonu ərazisində görüşürək Fəqandan narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Təxminən 14 avqust 2020-ci il tarixdə saat 17:00 radələrində o, Zərdab rayonu Gəlmə kəndi ərazisində “Üç Qardaş”adlanan kafedə oturub pivə içərkən tanışı Nihal ona zəng edərək marixuana lazım olduğunu demişdir. O, Nihalın da narkotik vasitə istifadə etdiyini əvvəldən bilmişdir. Lakin o, Nihalla bir yerdə heç vaxt narkotik vasitə qəbul etməmişdir. O, Nihala Ağdaş rayonundan narkotik vasitə tapa biləcəyini demiş və istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Fəqanın istifadəsində olan ***-***- **-** nömrəli mobil telefona zəng edərək ona narkotik vasitə lazım olduğunu bildirmişdir. O, telefonda Fəqana bir bütöv, bir yarım kibrit qutusu narkotik vasitə lazım olduğunu, qiymətinin nə qədər olacağını soruşmuş, Fəqan isə narkotik vasitəsi olduğunu, ümumilikdə 150 manat verəcəyini demişdir. Nihal ona yarım kibrit qutusu narkotik vasitə lazım olduğunu demişdir. Digər bir kibrit qutusu narkotik vasitəni isə o, öz istifadəsi üçün istəmişdir. O, Fəqanla danışandan sonra Nihala zəng edərək yarım kibrit qutusu narkotik vasitənin 50 manat olduğunu, birlikdə gedib ala biləcəklərini demişdir. 17 avqust 2020-ci il tarixdə o, Zərdab şəhərində yerləşən Zərdabi parkının yanından Nihalı özünə məxsus “VAZ-21073” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobilə mindirmiş və Ağdaş rayonu istiqamətinə getmişlər. Həmin vaxt təxminən saat 20:00 radələri olmuşdur. O, Zərdab şəhəri ərazisində yerləşən yanacaq doldurma məntəqəsindən 20 manatlıq benzin götürmüş, pulun 10 manatını Nihal, 10 manatını isə o vermişdir. Bundan sonra onlar Ağdaş rayonuna getmişlər. Bakı-Qazax magistral yoluna çatanda o, avtomobili saxlamış və gözləmiş, Fəqana zəng edib orada olduğunu bildirmişir. Təxminən 20 dəqiqə gözlədikdən sonra Fəqan ona zəng edərək yolun digər tərəfinə keçməyini, “Ləki” marketin yaxınlığında olduğunu bildirmişdir. Bundan sonra Nihal ona 50 manat pul verərək yarım kibrit qutusu narkotik vasitəni almağını xahiş etmiş, o, yolun digər tərəfinə keçib orada Fəqana 150 manat məbləğində pul verib Fəqandan bir bütöv və bir yarım kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana alıb Fəqandan uzaqlaşıb avtomobilinə qayıtmışdır. Avtomobilə minəndən sonra o, Nihalın istədiyi yarım kibrit qutusu narkotik vasitəni Nihala vermişdir. Nihal onun özü üçün narkotik vasitə aldığını bilməmişdir. Bundan sonra o, avtomobili sürərək Zərdab rayonuna qayıtmışdır. Nihala aldığı narkotik vasitədən heç bir mənfəət götürməmiş və həmin narkotik vasitədən istifadə etməmişdir. O, narkotik vasitə istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və Fəqandan Nihal üçün 50 manata aldığı yarım kibrit qutusu narkotik vasitədən də heç bir qazanc əldə etməmişdir. Fəqandan bir neçə dəfə narkotik vasitə olan qurudulumuş marixuana almış və sonuncu dəfə də ondan 17 avqust 2020-ci il tarixdə 150 manata bir bütöv və bir yarım kibrit qutusu qurudulmuş marixuana almışdır. İş materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** nömrə ilə 17 avqust 2020-ci il tarixdə narkotik vasitə satmış olduğu Şahid1 istifadəsində olan 051 ***- **-** mobil nömrə arasında saat 20:27-də, 20:53-də, 21:38-də, 21:59-da, 22:05-də, 22:07də danışıqlar olmuş və həmçinin 19 avqust 2020-ci il tarixdə saat 16:16-da, saat 16:25-də mesajlaşmalar müşahidə edilmişdir ki, həmin mesajlarda “aç telefonu darıxmışam uje sən öl”, “Heç bir şey bidənə söhbət var onun axırına çatım, əgər orda ya sizinkilərdən, ya bizimkilərdən kimsənin günahı varsa pervivstreça atmasam onu məndən axmaq adam yoxdur” kimi yazılar müşahidə edilmişdir ki, bununla da Təqsirləndirilən şəxs həqiqətən 17 avqust 2020-ci il tarixdə Zərdab şəhər sakini Şahid1 narkotik vasitə satmasını təsdiq edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 19 avqust 2020-ci il tarixli, 17/505 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Şahid3 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman götürülmüş maddi sübut...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusu kəsiyində, təmiz çəkisi - 1,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 24 avqust 2020-ci il tarixli, 17/511 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı götürülmüş maddi sübut.” yazısı yazılmış zərfin içərisində ki, 05 (beş) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,30 qram, 0,79 qram, 1,26 qram, 0,91 qram və 1,13 qram, ümumi təmiz çəkiləri 5,39 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı götürülmüş maddi sübut.” yazısı yazılmış zərfin içərisindəki 05 (beş) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar ilə üzərində “Vət. Şahid3 üzərində axtarış zamanı götürülmüş maddi sübut...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusu kəsiyində olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 23.09.2020-ci il tarixli 841 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 sentyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, E.Əliyev küçəsi 16 saylı evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Şahid4 - atası; X1 – anası. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:10da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Zərdab Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 4(035)-17/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 avqust 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Şahid4 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 23 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zərdab rayon Polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş məhkəmə-bioloji ekspertizasının rəyindən sonra qalıq qalan 5,29 qram narkotik maddə olan qurudulmuş marixuana və Şahid3 üzərindən aşkar olunmuş qalıq qalan 1,13 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 70 manat 32 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 70,32 (yetmiş manat otuz iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zərdab rayon Polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş məhkəmə-bioloji ekspertizasının rəyindən sonra qalıq qalan 5,29 qram narkotik maddə olan qurudulmuş marixuana və Şahid3 üzərindən aşkar olunmuş qalıq qalan 1,13 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar