Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-31/2022 15.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi3 oğlunun, Müdafiəçi2 və Müdafiəçi1 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs Ağdaş rayonu Pirəzə Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə Təqsirləndirilən şəxs2 xx xxxxxx 2000-ci ildə Goranboy rayonu, Qarasuçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Goranboy rayonu, Qarasuçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində 06 dekabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan, Təqsirləndirilən şəxs1 07 avqust 1993-cü ildə Goranboy rayonu, Qarasuçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Goranboy rayonu, Qarasuçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində 06 dekabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 xx xxxxx 1996-cı ildə Goranboy rayonu, Qarasuçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Goranboy rayonu, Qarasuçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində 06 dekabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 23 oktyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində həmkəndlisi xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş-Xınaqlı yolunun Ağdaş rayonu Xınaqlı kəndi ərazisindən keçən hissəsindən yolun kənarından Ağdaş rayonu Xınaqlı kənd sakini xx.xx.1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus 01 baş 02 illik, 1000 manat dəyərində boğaz inək heyvanını oğurlamış, yəni Zərərçəkmiş şəxs1 cəmi 1000 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 təkrarən 30 noyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində həmkəndlisi xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş rayonu Pirəzə kənd sakini 16.01.1980-ci il təvəllüdlü X2 nəzarət etdiyi Ağdaş rayon Pirəzə kənd qəbirstanlığında yerləşən saxlanc yeri olan yarımtikiliyə qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus 01 ədəd 350 manat dəyərində işlənmiş vəziyyətdə Naviqator markalı işıq generatorunu, 01 ədəd 70 manat dəyərində işlənmiş vəziyyətdə laqondanı, həmçinin qəbristanlığın həyətindən 32 manat dəyərində 32 metr uzunluğunda, 12-lik armatur və 300 manat dəyərində qəbir daşlarının kənarında olan dəmir barmaqlıqları oğurlamış, yəni Pirəzə Bələdiyyəsinin cəmi 752 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 təkrarən 02 dekabr 2021-ci il tarixdə, saat 13:00 radələrində həmkəndliləri xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1996cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş-Xınaqlı kənd yolunun Ağdaş rayonu Kotavan kənd ərazisindən keçən hissəsindən yolun kənarından Ağdaş rayonu Kotavan kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məxsus 1000 manat dəyərində, 04 illik, dişi, boğaz, diri çəkisi 250 kq olan 01 baş iribuynuzlu inək heyvanını oğurlamış, yəni Zərərçəkmiş şəxs2 cəmi 1000 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 23 oktyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində həmkəndlisi xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş- Xınaqlı yolunun Ağdaş rayonu Xınaqlı kənd ərazisindən keçən hissəsindən yolun kənarından Ağdaş rayonu Xınaqlı kənd sakini xx.xx.1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus 01 baş 02 illik, 1000 manat dəyərində boğaz inək heyvanını oğurlamış, yəni Zərərçəkmiş şəxs1 cəmi 1000 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 təkrarən 30 noyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində həmkəndlisi xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş rayonu Pirəzə kəndində yaşayan 16.01.1980-ci il təvəllüdlü X2 nəzarət etdiyi Ağdaş rayon Pirəzə kənd qəbirstanlığına yerləşən saxlanc yeri kimi istifadə olunan yarımtikiliyə qanunsuz daxil olmaqla sonuncuya məxsus 01 ədəd 350 manat dəyərində işlənmiş vəziyyətdə Naviqator markalı işıq generatorunu, 01 ədəd 70 manat dəyərində işlənmiş vəziyyətdə laqondanı, həmçinin qəbristanlığın həyətindən 32 manat dəyərində 32 metr uzunluğunda, 12-lik armatur və 300 manat dəyərində qəbir daşlarının kənarında olan dəmir barmaqlıqları oğurlamış, yəni Pirəzə Bələdiyyəsinin cəmi 752 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təkrarən 02 dekabr 2021-ci il tarixdə, saat 13:00 radələrində həmkəndliləri xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş-Xınaqlı kənd yolunun Ağdaş rayonu Kotavan kənd ərazisindən keçən hissəsindən yolun kənarından Ağdaş rayonu Kotavan kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məxsus 1000 manat dəyərində, 04 illik, dişi, boğaz, diri çəkisi 250 kq olan 01 baş iribuynuzlu inək heyvanını oğurlamış, yəni Zərərçəkmiş şəxs2 cəmi 1000 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 02 dekabr 2021-ci il tarixdə, saat 13:00 radələrində həmkəndliləri xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş-Xınaqlı kənd yolunun Ağdaş rayonu Kotavan kənd ərazisindən keçən hissəsindən yolun kənarından Ağdaş rayonu Kotavan kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məxsus 1000 manat dəyərində, 04 illik, dişi, boğaz, diri çəkisi 250 kq olan 01 baş iribuynuzlu inək heyvanını oğurlamış, yəni Zərərçəkmiş şəxs2 cəmi 1000 manat dəyərində əmlakını gizli olaraq talamışdır. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Goranboy rayonu Qarasuçu kənində yaşadığını, Təqsirləndirilən şəxs1 onun həmkəndlisi olduğunu, Kənanın Ford markalı **- DC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyini, 2021-ci ilin oktyabr ayının 23-də səhər radələrində Kənan ilə kənddə görüşdüklərini və Zərdab rayonuna getməyi, orada kənd təsərrüfatı mallarının qiymətini öyrənməyi, əgər Zərdab rayonunda qiymətlərin onun yaşadığı kənddə olan qiymətə nisbətən bahadırsa, yaşadıqları Goranboy rayonundan kənd təsərrüfatı mallarını alaraq aparıb Zərdab rayonunda satmağı qərarlaşdırdıqları, Kənanla birlikdə Kənanın idarə etdiyi Ford markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonuna getmək üçün Ağdaş rayon ərazisində keçib Zərdab rayonu istiqamətinə gedən zaman Ağdaş rayonu Xınaqlı kəndi ərazisində yolun kənarında iribuynuzlu heyvanların otladıqlarını gördüyünü, Kənanla həmin heyvanlardan birini oğurlayıb aparıb sataraq pul əldə etməyi qərarlaşdırdıqlarını,Kənanın avtomobili yolun kənarında saxladığını, birdən kimsə olar deyə avtomobildən düşüb kənara baxdıqlarını, lakin ətrafda heç kim olmadığını, bundan sonra həmin heyvanlardan dişi, təxminən diri çəkisi 150 kq çəkidə olan, 02 illik danaya yaxınlaşdıqlarını, Kənanla onu tutduqlarını, Fordun arxa yük yerini açıb həmin heyvanın ayaqlarını bağlamadan Forda yerləşdirdiklərini, daha sonra həmin yerdən uzaqlaşaraq Zərdab rayonuna getmədən Goranboy rayonuna qayıtdıqlarını, səhəri günü Kənanla həmin iribuynuzlu heyvanı Gəncə şəhərində yerləşən mal bazarına apardıqlarını və orada həmin heyvanı tanımadıqları bir nəfərə 380 manata satdıqlarını, həmin pulları da yarı bölərək öz şəxsi ehtiyacları üçün xərclədiklərini, daha sonra 30 noyabr 2021-ci il tarixdə axşam radələrində yenidən Kənanla birlikdə yenə də oğurluq edərək pul əldə etməyi qərarlaşdırdıqlarını, birlikdə Kənanın idarə etdiyi Ford markalı avtomobillə Ağdaş rayonu Pirəzə kəndi ərazisində yolun kənarında sahibsiz iribuynuzlu heyvanlar olacağını və həmin heyvanlardan birini oğurlamağı düşünərək Ağdaş rayonu ərazisinə gəldiklərini, lakin kənd ərazisində sahibsiz heyvan tapa bilmədiklərini, havanın artıq qaraldığını, Ağdaş rayonu Pirəzə kənd ərazisində yolun kənarında biraz gözlədikdən sonra yaxınlıqda olan Pirəzə kənd qəbirstanlığına girməyi və orada olan dəmir metalları oğurlayıb aparıb sataraq pul əldə etməyi qərarlaşdırdıqlarını, gecə saat təxminən 23:00 radələrində Pirəzə kənd qəbirstanlığına yaxınlaşıb, qəbirstanlığın qapısını açıb içəri daxil olduqlarını, içəri daxil olduqdan sonra qəbir daşlarının kənarında olan dəmir barmaqlıqların dəmir giriş qapılarının 8 ədədini oğurladıqlarını, daha sonra da həmin dəmir giriş qapılarını avtomobilin yük yerinə yığdıqlarını, həmçinin qəbirstanlıqda olan təxminən 32 metr uzunluğunda 12-lik armaturları, həmçinin də qəbirstanlıqda olan yarımtikilidən 01 ədəd işıq generatoru və 01 ədəd laqonda oğurlayıb avtomobilin yük yerinə qoyub oradan uzaqlaşaraq Goranboy rayonuna getdiklərini, həmin əşyaların bir hissəsini yəni 12-lik armaturları və dəmir barmaqlıqları Şəmkir rayonu Dəlilərcəyir kəndində yerləşən Metal qəbulu məntəqəsinə 1 kq 0.35 qəpikdən sataraq 48 manat pul əldə etdiklərini, həmin pulları da özləri üçün iki yerə bölərək xərclədiklərini, lakin oğurladıqları 01 ədəd işıq generatoru və 01 ədəd laqondanın isə Kənanın özündə qaldığını, bundan sonra da xərcləməyə pulları olmadığı üçün yenə də oğurluq etmək qərarına gəldiklərini, 02 dekabr 2021-ci il tarixdə səhər radələrində Kənanla görüşən zaman digər həmkəndlisi X5 ilə də görüşdüklərini. ona da pullarının olmadığını deyib Ağdaş rayonuna gedərək oğurluq etmələrini bildirdiklərini, həmçinin ona da gedib oğurluq edərək pul əldə etməyi təklif etdiklərini, Elşadın da onlarla razılaşdığını və üçü birlikdə Kənanın idarə etdiyi avtomobillə Ağdaş rayonu Kotavan kəndi ərazisinə yolun kənarında sahibsiz iribuynuzlu heyvan görsələr oğuralyıb sataraq pul əldə etmək üçün gəldiklərini, həmin gün saat təxminən 13:00 radələrində Kotavan kəndi ərazisində gedən zaman 03 baş iribuynuzlu sahibsiz heyvanlar olduğunu gördüklərini, Kənanın dərhal avtomobili yolun kənarında olan su kanalının kənarına verib saxladığını, bundan sonra üçünün də avtomobildən yerə düşərək həmin heyvanlardan bir baş qara-şabalıdı rəngli, ağ xalları olan, xırda buynulu dişi, inəyi tutub avtomobilin yük yerinə ayaqlarını bağlamadan yerləşdirib həmin yerdən uzaqlaşaraq Bərdə rayonunda yerləşən mal bazarına həmin heyvanı gecə mal bazarında satmaq üçün getdiklərini, daha sonra həmin gün gecə Bərdə mal bazarında tanımadıqları bir nəfər şəxsə həmin inəyi 330 manata satdıqlarını, lakin həmin 330 manat pulın Kənanın özündə qaldığını, aralarında həmin pulu bölüşdürmədiklərini, heyvanları satdıqları şəxslərə və dəmir satdığı şəxsə həmin heyvanların və dəmirlərin oğurluq olmasını bildirmədiklərini göstərdi. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Goranboy rayonu Qarasuçu kənində yaşadığını, 2021-ci ilin oktyabr ayının 23-də səhər radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə kənddə görüşdüklərini və Zərdab rayonuna getməyi, orada kənd təsərrüfatı mallarının qiymətini öyrənməyi, əgər Zərdab rayonunda qiymətlərin onun yaşadığı kənddə olan qiymətə nisbətən bahadırsa, yaşadıqları Goranboy rayonundan kənd təsərrüfatı mallarını alaraq aparıb Zərdab rayonunda satmağı qərarlaşdırdıqları, Abillə birlikdə idarə etdiyi Ford markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonuna getmək üçün Ağdaş rayon ərazisində keçib Zərdab rayonu istiqamətinə gedən zaman Ağdaş rayonu Xınaqlı kəndi ərazisində yolun kənarında iribuynuzlu heyvanlar otladıqlarını gördüyünü, Abillə həmin heyvanlardan birini oğurlayıb aparıb sataraq pul əldə etməyi qərarlaşdırdıqlarını, avtomobili yolun kənarında saxladığını, birdən kimsə olar deyə avtomobildən düşüb kənara baxdıqlarını, lakin ətrafda heç kim olmadığını, bundan sonra həmin heyvanlardan dişi, təxminən diri çəkisi 150 kq çəkidə olan, 02 illik danaya yaxınlaşdıqlarını, Abillə onu tutduqlarını, Fordun arxa yük yerini açıb həmin heyvanın ayaqlarını bağlamadan Forda yerləşdirdiklərini, daha sonra həmin yerdən uzaqlaşaraq Zərdab rayonuna getmədən Goranboy rayonuna qayıtdıqlarını, səhəri günü Abillə həmin iribuynuzlu heyvanı Gəncə şəhərində yerləşən mal bazarına apardıqlarını və orada həmin heyvanı tanımadıqları bir nəfərə 380 manata satdıqlarını, həmin pulları da yarı bölərək öz şəxsi ehtiyacları üçün xərclədiklərini, daha sonra 30 noyabr 2021-ci il tarixdə axşam radələrində yenidən Abillə birlikdə yenə də oğurluq edərək pul əldə etməyi qərarlaşdırdıqlarını, ikisi birlikdə idarə etdiyi Ford markalı avtomobillə Ağdaş rayonu Pirəzə kəndi ərazisində yolun kənarında sahibsiz iribuynuzlu heyvanlar olacağını və həmin heyvanlardan birini oğurlamağı düşnərək Ağdaş rayonu ərazisinə gəldiklərini, lakin kənd ərazisində sahibsiz heyvan tapa bilmədiklərini, havanın artıq qaraldığını, Ağdaş rayonu Pirəzə kənd ərazisində yolun kənarında biraz gözlədikdən sonra yaxınlıqda olan Pirəzə kənd qəbirstanlığına, girməyi və orada olan dəmir metalları oğurlayıb aparıb sataraq pul əldə etməyi qərarlaşdırdıqlarını, gecə saat təxminən 23:00 radələrində Pirəzə kənd qəbirstanlığına yaxınlaşıb, qəbirstanlığın qapısını açıb içəri daxil olduqlarını, içəri daxil olduqdan sonra qəbir daşlarının kənarında olan dəmir barmaqlıqların dəmir giriş qapılarının 08 ədədini oğurladıqlarını, daha sonra da həmin dəmir giriş qapılarını avtomobilin yük yerinə yığdıqlarını, həmçinin qəbirstanlıqda olan təxminən 32 metr uzunluğunda 12-lik armaturları, həmçinin də qəbirstanlıqda olan yarımtikilidən 01 ədəd işıq generatoru və 01 ədəd laqondanı oğurlayıb avtomobilin yük yerinə qoyub oradan uzaqlaşaraq Goranboy rayonuna getdiklərini, həmin əşyaların bir hissəsini yəni 12-lik armaturları və dəmir barmaqlıqları Şəmkir rayonu Dəlilərcəyir kəndində yerləşən Metal qəbulu məntəqəsinə 1 kq 0.35 qəpikdən sataraq 48 manat pul əldə etdiklərini, həmin pulları da özləri üçün iki yerə bölərək xərclədiklərini, lakin oğurladıqları 01 ədəd işıq generatoru və 01 ədəd laqonda isə özündə qaldığını, bundan sonra da xərcləməyə pulları olmadığı üçün yenə də oğurluq etmək qərarına gəldiklərini, 02 dekabr 2021-ci il tarixdə səhər radələrində Abillə görüşən zaman digər həmkəndlisi X5 ilə də görüşdüklərini, ona da pullarının olmadığını deyib Ağdaş rayonuna gedərək oğurlu etmələrini bildirdiklərini, həmçinin ona da gedib oğurluq edərək pul əldə etməyi təklif etdiklərini, Elşadın da onlarla razılaşdığını və üçününü birlikdə özünün idarə etdiyi avtomobillə Ağdaş rayonu Kotavan kəndi ərazisinə yolun kənarında sahibsiz iribuynuzlu heyvan görsələr oğuralyıb sataraq pul əldə etmək üçün gəldiklərini, həmin gün saat təxminən 13:00 radələrində Kotavan kəndi ərazisində gedən zaman 03 baş iribuynuzlu sahibsiz heyvanlar olduğunu gördüklərini, dərhal avtomobili yolun kənarında olan su kanalının kənarına verib saxladığını, bundan sonra üçünün də avtomobildən yerə düşərək həmin heyvanlardan bir baş qara-şabalıdı rəngli, ağ xalları olan, xırda buynulu dişi, inəyi tutub avtomobilin yük yerinə ayaqlarını bağlamadan yerləşdirib həmin yerdən uzaqlaşaraq Bərdə rayonunda yerləşən mal bazarına həmin heyvanı gecə mal bazarında satmaq üçün getdiklərini, daha sonra həmin gün gecə Bərdə mal bazarında tanımadıqları bir nəfər şəxsə həmin inəyi 330 manata satdıqlarını, lakin həmin 330 manat pulun özündə qaldığını, aralarında həmin pulu bölüşdürmədiklərini, lakin özünün həmin puldan 13 manatını özü üçün siqaret alaraq xərclədiyini, heyvanları satdıqları şəxslərə və dəmir satdığı şəxsə həmin heyvanların və dəmirlərin oğurluq olmasını bildirmədiklərini göstərdi. İş üzrə Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiam üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Goranboy rayonu Qarasuçu kənində yaşadığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndlisi olduğunu, Kənanın Ford markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyini, 02 dekabr 2021-ci il tarixdə səhər radələrində Kənan və Abillə görüşən zaman ona Ağdaş rayonuna gedərək oğurluq edərək pul əldə etdiklərini bildirdiklərini, həmçinin bu barədə ona da təklif etdiklərini, pulu olmadığı üçün onlarla razılaşdığını, üçü birlikdə Kənanın idarə etdiyi avtomobillə Ağdaş rayonu Kotavan kəndi ərazisinə yolun kənarında sahibsiz iribuynuzlu heyvan görsələr oğuralyıb sataraq pul əldə etmək üçün gəldiklərini, həmin gün saat təxminən 13:00 radələrində Kotavan kəndi ərazisində gedən zaman 03 baş iribuynuzlu sahibsiz heyvanlar olduğunu gördüklərini, Kənanın dərhal avtomobili yolun kənarında olan su kanalının kənarına verib saxladığını, bundan sonra üçünün də avtomobildən yerə düşərək həmin heyvanlardan bir baş qara-şabalıdı rəngli, ağ xalları olan, xırda buynulu dişi, inəyi tutub avtomobilin yük yerinə ayaqlarını bağlamadan yerləşdirib həmin yerdən uzaqlaşaraq Bərdə rayonunda yerləşən mal bazarına həmin heyvanı gecə mal bazarında satmaq üçün getdiklərini, daha sonra həmin gün gecə Bərdə mal bazarında tanımadıqları bir nəfər şəxsə həmin inəyi 330 manata satdıqlarını, lakin həmin 330 manat pulun Kənanda qaldığını, aralarında həmin pulu bölüşdürmədiklərini, heyvanı satdıqları şəxsə həmin heyvanın oğurluq olmasını bildirmədiklərini göstərdi. İş üzrə zərərçəkmiş şəxs Ağdaş rayonu Pirəzə Bələdiyyəsinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi ifadəsində yaşadığı Ağdaş rayon Pirəzə kənd qəbirstanlığına nəzarət etdiyini, həmin qəbirstanlığın təmizlik işlərinə də baxdığını, həmçinin orada olan qəbirlərin kənarlarında olan dəmir barmaqlıqların qırılan hissələrini də düzəltdiyini, bunun qarşılığında kənd camaatının ona aylıq olaraq 250 manat verdiyini, həmçinin həmin qəbirstanlığa da nəzarət etdiyini, qəbirstanlıqda kənd camaatının birlikdə aldıqları 01 ədəd 500 manat dəyərində işlənmiş vəziyyətdə Naviqator markalı işıq generatoru, 01 ədəd 150 manat dəyərində işlənmiş vəziyyətdə Laqonda olduğunu, həmçinin yeni qəbir daşının üst hissəsinə beton salmaq üçün də 54 manat dəyərində 32 metr uzunluğunda, 12-lik armatur alıb qoyduğunu, 01 dekabr 2021-ci il tarixdə səhər radələrində qəbirstanlığa gələndə qəbirstanlıqda generator, laqonda, 32 metr uzunluğunda, 12-lik armaturlar və həmçinin də təxminən 300 manat dəyərində qəbir daşlarının kənarında olan dəmir barmaqlıqlar oğurlandığını gördüyünü, həmin yerin qəbirstanlıq olduğunu, oğurlanmış əşyaları kimsə qaytarıb gətirə biləcəyini fiikirləşdiyini, bu səbəblə də həmin tarixdə polisə müraciət etmədiyini, lakin aradan 02 gün keçməsinə baxmayaraq heç kimin həmin əşyaları qaytarıb gətirmədiyini, buna görə də 03 dekabr 2021-ci il tarixdə ərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək oğurluq barədə məlumat verdiyini, oğurluq zamanı ümumilikdə 1004 manat maddi ziyan dəydiyini, həmin oğurluq edən şəxslərin kim olmasını bilmədiyini, lakin sonradan həmin şəxslərin Goranboy rayonu Qarasuçu kəndində yaşayanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bildiyini, hazırda Ağdaş rayonu Pirəzə Bələdiyyəsinə vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, onlara qarşı şikayət və tələblərinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünə məxsus 03 baş iribuynuzlu heyvanları olduğunu, hər gün səhər radələrində həmin heyvanları özünə məxsus olan Ağdaş rayon Kotavan kəndində yerləşən çöl sahəsinə otarmaq üçün apardığını, həmin çöl sahəsinin kənarlarının bağlı olduğunu, heyvanların həmin yerə salıb sahəyə giriş qapısını da bağalyıb yaşadığı evə gəldiyini, 02 dekabr 2021-ci il tarixdə də səhər radələrində də həmin heyvanları yenə də həmin çöl sahəmə aparıb saldığını, sahənin də giriş qapısını bağlayıb evə gəldiyini, həmin gün saat təxminən 14:00 radələrində iribuynuzlu heyvanlarının 02 başının gəldiyini, lakin bir baş qara-şabalıdı rəngli, xırda buynulu dişi, boğaz, 04 illik, diri çəkisi 250 kq olan təxminən 800 manat dəyərində olan inək heyvanının gəlmədiyini gördüyünü, bundan sonra özünə məxsus olan pay torpaq sahəsinə getdiyini, heyvanın həmin yerdə olacağını fikirləşdiyini, lakin heyvanı həmin yerdə tapa bilməyib yaşadığı evə qayıtdığını, 03 dekabr 2021-ci il tarixdə səhər radələrində yenidən hevyanını axtarmaq üçün getdiyini, lakin heyvanıı öz kənd ərazisində tapa bilmədiyini və belə olub qonşu kənd ərazisinə yəni Ağdaş rayon Xınaqlı kənd ərazisinə keçib axtaraq zaman həmin kəndin ərazisində xırdabuynuzlu heyvanları otaran adını xatırlamadığı lakin üzdən tanıdığı bir şəxsdən bəlkə buralarda dişi boğaz heyvan görüb görmədiyini soruşduğunu, lakin həmin şəxsin ona həmin heyvanı görmədiyini bildirdiyini, həmçinin ona Kotavan kəndi ərazisində asfaltın kənarında 02 dekabr 2021-ci il tarixdə saat 13:00 radələrində ağ rəngli nömrəsini bilmədiyi Ford markalı avtomobil dayandığını, həmin avtomobil arxa hissəsini su kanalının kənarına verib dayandığını, ola bilsin həmin avtomobillə gələn şəxs sənin heyvanını oğurladığını bildirdiyini, bundan sonra həmin yerə getdiyini və orada avtomobilin təkərlərinin izlərini, həmçinin də həmin yerdə iribuynuzlu heyvanlarının ayaq izlərini gördükdən sonra heyvanını oğurladıqlarını başa düşdüyünü, bundan sonra da Ağdaş RPŞ-nə gəlib iribuynuzlu heyvanının oğurlanması barədə ərizə ilə müraciət etdiyini, hazırda ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayonu Xınaxlı kəndində yaşadığını, özünə məxsus 03 baş iribuynuzlu heyvanları olduğunu, hər gün səhər radələrində həmin heyvanları özünə məxsus olan Ağdaş rayonu Xınaxlı kəndində yerləşən çöl sahəsinə otarmaq üçün apardıqlarını, həmin çöl sahəsinin kənarları bağlı olduğunu, heyvanları yoldaşının həmin yerə saldığını və bir müddət orada dayandıqdan sonra sahəyə giriş qapısını da bağlayıb yaşadıqları evə qayıtdığını, 23 oktyabr 2021-ci il tarixdə də səhər radələrində yoldaşı evdə olmadığı üçün həmin heyvanları yenə də həmin çöl sahəsinə aparıb saldığını, sahənin də giriş qapısını bağlayıb evə gəldiyini, həmin gün saat təxminən 15:00 radələrində iribuynuzlu heyvanlarının 02 başının gəldiyini, lakin bir baş şabalıdı rəngli, xırda buynulu, dişi, boğaz, 02 illik, diri çəkisinin 200 kq olan təxminən 1000 manat dəyərində olan inək heyvanının gəlmədiyini gördüyünü, bundan sonra özünə məxsus olan pay torpaq sahəsinə getdiyini, heyvanın digər heyvanlardan ayrılıb və həmin yerdə otladığını fikirləşdiyini, lakin heyvanı həmin yerdə tapa bilməyib yaşadığı evə qayıtdığını, 24.10.2021-ci il tarixdə səhər radələrində yenidən hevyanımı axtarmaq üçün getdiyini, lakin heyvanını öz kənd ərazisində tapa bilmədiyini və belə olub qonşu kənd ərazilərinə də baxdığını, lakin heyvanını tapa bilmədiyini, bundan sonra da 04.12.2021-ci il tarixdə Ağdaş RPŞ-nə gəlib iribuynuzlu heyvanının oğurlanması barədə ərizə ilə müraciət etdiyini, hazırda ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, onlara qarşı şikayət və tələblərinin olmadığını bildirdi. İş üzrə Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 tanıdığın, özünə məxsus Ford Transit 80S yük Furqon markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğunu, həmin avtomobili idarə etmək üçün 03.09.2012-ci il tarixdə etibarnamə əsasında Kənana idarə etməsi üçün verdiyini, həmçinin Kənanın həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də olduğunu, həmin avtomobili idarə edərək xırdavat mallarının satışı ilə məşğul olaraq aylıq ona 400 manat pul verməli olduğunu, lakin Kənanın ona bir ay 400 manat pul verdiyini, bundan sonra ona pul vermədiyini, sonradan Kənanın istifadəsində olan mobil nömrəsinə zəng etsə də onun mobil nömrəsinə zəng çatmadığını, sonradan onunla telefon əlaqəsi saxladığını, Kənanın da ona narahat olmamasını, iki ayın pulunu birllikdə verəcəyini bildirdiyini, Kənanın həmin avtomobillə Ağdaş rayon ərazisində oğurluq etdiyini, oğurluq edərkən həmin avtomobildən istifadə etdiklərini və avtomobilində hal hazırda Ağdaş RPŞ-də saxlanıldığını sonradan eşitdiyini, bundan sonra Kənanın adına verdiyi etibarnaməni 13.12.2021-ci il tarixdə ləğv elətdirdiyini, həmin avtomobilin mülkiyyətçisinin özü olduğunu və heç kimə də avtomobili idarə etmək üçün etibarnamə vermədiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14.01.2022-ci il tarixli 9/194 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən tədqiqat obyektlərinin orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur, nəzəri qaydada 01 baş 02 yaşlı, boğaz inək 1000 manat, təqdim edilmiş 01 ədəd qara-sarı rəngli, istifadədə olmuş, normal vəziyyətdə olan Navigator markalı, FPG3800-R model işıq generatoru 350manat, təqdim edilmiş 01 ədəd göy rəngli, böyük ölçülü, üzərində cızıqlar, sürtünmələr olan, uzun müddət istifadədə olmuş laqonda 70,00 manat, nəzəri qaydada 32 metr uzunluğunda, 12-lik armatur 32,00 manat, qəbir daşlarının kənarında olan dəmir barmaqlıqların hazırlanmasına sərf edilmiş material (tərkibi, miqdarı, texniki vəziyyəti və sair) məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı, nəzəri qaydada 01 baş, 04 yaşlı, diri çəkisi 250 kq olan boğaz inək 1000,00 manat müəyən olunur. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirlərini etiraf edərək əməllərindən peşman olmalarını bildirmələrini, vurduqları ziyanı tam olaraq ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, cavanlıqlarını, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı xəstə uşağın olmasını cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəmiyyət üçün təhlükəli olmadıqları qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmalarını mümkün hesab edir, təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 04 dekabr 2021-ci il tarixdən 15 mart 2022-ci il tarixədək həbsdə saxlanıldıqları 03 ay 11 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 ay 22 gün, təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkmələrinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.4cü maddəsinə əsasən barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan bir ədəd qara-sarı rəngli, istifadə olunmuş, işlək vəziyyətdə olan Naviqator markalı, FPG3800-R modelli işıq generatorunun və bir ədəd göy rəngli, böyük ölçülü, üzərində cızıqlar, sürtünmələr olan, uzun müddət istifadədə olmuş laqondanın zərərçəkmiş şəxs Ağdaş rayonu Pirəzə Bələdiyyəsinin nümayəndəsi X3 qaytarılması, vurulmuş 2752 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 04 dekabr 2021-ci il tarixdən 15 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı üç ay on bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi altı ay iyirmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, bir il on bir ay səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 04 dekabr 2021-ci il tarixdən 15 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı üç ay on bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi altı ay iyirmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, bir il on bir ay səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 04 dekabr 2021-ci il tarixdən 15 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı üç ay on bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi altı ay iyirmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, bir il beş ay səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd qara-sarı rəngli, istifadə olunmuş, işlək vəziyyətdə olan Naviqator markalı, FPG3800-R modelli işıq generatorunun və bir ədəd göy rəngli, böyük ölçülü, üzərində cızıqlar, sürtünmələr olan, uzun müddət istifadədə olmuş laqondanın zərərçəkmiş şəxs Ağdaş rayonu Pirəzə Bələdiyyəsinin nümayəndəsi X3 qaytarılması, vurulmuş 2752 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Goranboy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-31/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-31/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver