Məhkəmə qərarları › İş №1(014)-31/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-31/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-31/2023 26.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, həmin hökmə əsasən məhkumluğu ödənilməyən və götürülməyən, ünvan 1 ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 180.1-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Ağdaş şəhəri, H.Əliyev parkında xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində, onun bacısı qızının istifadəsində olan “İnstagram” sosial şəbəkə hesabının şərhlər bölməsində şərh yazaraq narahat etməsi səbəbindən sonuncunun baş və bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə təpik və yumuruqla qəsdən vuraraq ona həyat üçün təhlükəli olmayan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sol dirsək oyanğının əzilməsi, sol dirsək oynağının arxa səthinin sıyrığı, sağ saidin arxa səthinin qançırı kimi qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, həmçinin əlini Zərərçəkmiş şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə salaraq həmin cibdə pul olmasını gördükdən sonra həmin pulu açıq yolla talamaq niyyəti yaranmış və əlini həmin cibə salaraq Zərərçəkmiş şəxs cibində olan 540 (beş yüz qırx) manat pulunu aşkar surətdə götürməklə özgə əmlakını açıq yolla talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 180.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə təqsirli bilməyərək, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. Əvvəllər narkotik vasitələri üzərində saxladığına və istifadə etdiyinə görə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Qanuni nümayəndə əvvəllər tanımamışdır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Onun bacısı Şahid2 rəqs dərslərinə gedir və rəqs yarışlarında iştirak edir. Buna görə də Mətanət özünə məxsus İnstagram sosial şəbəkə hesabından rəqs edən zaman öz videosunu paylaşmışdır. Daha sonra Rail adlı şəxs İnstagram sosial şəbəkəsində öz istifadə etdiyi hesabı ilə onun bacısı qızı Mətanətin həmin videosunun alt hissəsində “oo qesey Davamı gəlsin)))” məzmunlu şərh yazmışdır. Həmçinin, Rail adlı şəxs bacısı Mətanətə İnstagram sosial şəbəkəsində xoşagəlməz sözlər yazmışdır. O da bununla bağlı həmin Rail adlı şəxsə öz iradlarını bildirmək üçün onu axtarmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə 16 radələrində o, Ağdaş şəhər parkında olan zaman bacısı oğlu Ömərin tanımadığı bir neçə nəfərlə söhbət etdiyini görmüş, həmin zaman onlara yaxınlaşmış və nə baş verməsini soruşmuşdur. Ömər də ona həmin Rail adlı şəxsi tapdığını və ona öz iradlarını bildirdiyini söyləmişdir. Bu zaman o da Rail adlı şəxsə öz iradlarını bildirmişdir. Həmin zaman Rail də ona kobud şəkildə cavab verərək “yazmışam, yaxşı eləmişəm” demiş, o da Railin ona qarşı kobud cavab verməsindən əsəbləşərək Raili bir dəfə baş nahiyəsindən ərkyana sillə ilə vurmuş, lakin onun Raili vuran zaman Raili döymək məqsədi olmamışdır. Sadəcə olaraq ondan balaca olduğu və ona bu şəkildə kobud cavab verdiyi üçün Raili ərk edərək bir balacası kimi vurmuşdur. Bundan sonra Rail oradan uzaqlaşaraq getmişdir. Zərərçəkmiş şəxs ondan qaçaraq uzaqlaşmaq istəyən zaman Raildən yapışmaq istəmiş bu zaman Railin əynində olan qısaqol yay köynəyi cırılmışdır. Zərərçəkmiş şəxs baş nahiyəsindən yalnız iki dəfə sillə ilə vurmuş, Railin üzərindən pul və ya başqa qiymətli bir əşya götürmədiyini bildirmişdir. Məhkəmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə barəsində bəraət və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə isə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin vermiş olduğu ifadələri, şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 14:30 radələrində Ağdaş şəhərində yerləşən park tərəfdən yaşadığı evə gedən zaman Ömər adlı tanışı onu çağırmış, o da Ömərin yanına getmişdir. Həmin vaxt Ömər ona “mənim xalam qızının kommentinə nə yazmısan” deyə soruşmuş, o da Ömərdən nə yazmasını soruşmuş, bu zaman Ömər ona “bir dəqiqə gözlə” demiş və Ümid adlı xalası oğluna zəng etmişdir. Ömər Ümiddən xalası qızına nə yazılmasını soruşmuş, həmin vaxt Ümidin Ömərə nə deməsini eşitməmiş, Ömər telefonda Ümidə həmin şərhi “skrin” edərək ona göndərməsini tapşırmışdır. Bundan təxminən 5-6 dəqiqə sonra Ümid Ömərə şəkil göndərmişdir. Bu zaman Ömərin dayısı Murad adlı şəxs Öməri yanına çağıraraq nəsə demiş, lakin onların nə danışdığını eşitməmişdir. Bundan sonra təxminən 30-35 yaşlarında olan Murad adlı şəxs onu yanına çağırmış və parka keçərək söhbət etməyi təklif etmişdir. O da həmin şəxslə razılaşmış və Murad adlı şəxslə parka tərəf getmişdir. Parkın içərisi ilə bir qədər getdikdən sonra Murad adlı şəxsə astma xəstəsi olmasını, ürək getməsinin olmasını söyləmiş və onu vurmamasını xahiş etmişdir. Murad da onu vurmayacağını bildirmişdir. Onlar parkın içərisində kənar tərəfdə olan zaman Murad anidən təpiklə bir dəfə onun kürək nahiyəsindən vurmuş, o da zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Murad yumruqla 3-4 dəfə onun sifət nahiyəsindən və sağ böyür nahiyəsindən bir dəfə təpiklə vurmuşdur. Daha sonra Murad bir dəfə onun sifət nahiyəsindən yumuruqla vurmuşdur. Bu zaman onun gicgah nahiyəsi betona dəymiş, bunun nəticəsində gözləri qaralmışdır. Lakin huşu özündə olmuşdur. Daha sonra Murad adlı şəxs əlini onun əynində olan qara rəngli şalvarın sağ yan cibinə salaraq həmin vaxt onun cibində olan ümumilikdə 540 manat pulu cibindən götürmüşdür. Daha sonra o, ayağa durmuş, bu zaman Murad adlı şəxs təpiklə yenidən onu vurmaq istəmiş, lakin o, Muradı əlləri ilə geriyə doğru itələmişdir. Bundan sonra ayağa duraraq parkın baş tərəfində yerləşən gölə tərəf qaçmışdır. Həmin vaxt yaxınlıqda olan 3 nəfər tanımadığı şəxsdən kömək istəmiş, həmin şəxslər də onu öz yanlarında otuzdurmuşlar. Bu vaxt Ömər arxadan gələrək onun başının arxa tərəfindən yumruqla bir dəfə vurmuşdur. Lakin həmin şəxslər Muradın onun üzərinə gəlməsinə imkan verməmiş və onu taksi ilə evinə yola salmışlar. Murad, Ömər və digərləri orada qalmışlar. Daha sonra yaşadığı evə gələrək bu barədə əmisi Bəhlula məlumat vermiş, oradan isə əmisi ilə birlikdə atası Bəhruzun yanına gəlmişlər. Ömərin xalası qızına məxsus “İnstagram” sosial şəbəkəsində olan hesabdan paylaşılan rəqs videosuna şərhdə “o qəşəy davam elə” məzmunda şərh yazmış, həmin videoda rəqs edən qızın Ömərin xalası qızı olmasını və ya ümumiyyətlə Ağdaş rayon sakini olmasını bilməmişdir. Murad adlı şəxs onu döyən zaman orada onlardan başqa heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, özünün və ya yaxın qohumlarından heç birinin ruhi əsəb və sair xəstəliyi yoxdur. xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma oğludur. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Murad adlı şəxs onun oğlu Raili xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Ağdaş şəhəri mərkəzi parkında döyərək cibindən 540 manat pulunu götürməsi barədə məlumat almışdır. Bu barədə məlumat aldıqdan dərhal sonra oğlu Rail ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə gələrək bu barədə şikayət ərizəsi vermişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə oğlu Rail qarmon və özünə şalvar almaq üçün evdən ümumilikdə 540 manat pul götürmüşdür. Belə ki, oğlu Rail Ağdaş şəhərində musiqi məktəbində təhsil alır və qarmon dərslərinə gedir. Lakin oğlunun özünə məxsus qarmonu yoxdur. Həmçinin, həmin gün oğlu özü üçün cins şalvar və köynək almalı imiş. O da oğluna evdən 540 manat pul götürməsini, həmin puldan 40 manatına özü üçün şalvar və köynək almasını, qalan 500 manatını isə aparıb qarmon müəllimi Şahid3 verməsini tapşırmışdır. Oğlu da onun tapşırığına əsasən evdən 540 manat pul götürmüşdür. Lakin Ağdaş şəhəri H.Əliyev parkının yanında olan zaman Ömər adlı şəxs onun oğu Railə nəyə görə onun xalası qızına şərh yazmasını bildirərək onun oğlu ilə mübahisə etmişdir. Bundan sonra həmin yerə gələn Ömərin dayısı Murad adlı şəxs Raili oradan uzaqlaşdıraraq söhbət etmələrini bildirmiş və parkın içərilərinə doğru aparmışdır. Orada isə Raili döymüşdür. Murad Raili döydükdən sonra onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 540 manat pulu götürmüşdür. Oğlu Rail isə oradan qaçaraq getmişdir. X10 bacısı qızının kim olmasını və nəyə görə ona şərh yazmasını soruşduqda, oğlu ona həmin qızı tanımadığını, sadəcə olaraq rəqs videosunu “İnstagram” sosial şəbəkəsində görərək rəy yazdığını söyləmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi (anası) X2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs onun dayısı, X4 isə onun xalası oğlu olduğunu, Zərərçəkmiş şəxs tanımadığını, onunla aralarında heç bir ədavət və ya düşmənçiliyi olmadığını, rəqs dərslərinə getdiyini və Azərbaycan milli rəqslərini yaxşı bildiyini, həmçinin özünə məxsus “İnstagram” sosial şəbəkə hesabında öz rəqs videolarını paylaşdığını, ona məxsus “İnstagram” profilinin açıq profil olduğunu və tələbə toplamaq üçün açıq səhifə şəkilində işlətdiyini, təxminən 2022-ci ilin iyun ayının 20-də ona məxsus “İnstagram” hesabında paylaşdığı rəqs videosunun şərh bölməsində hazırda adını dəqiq olaraq xatırlamadığı “İnstagram” istifadəçisinin “davamı gəlsin, çox xoşum gəldi videodan” formalı şərh yazmasını və ürək smaylikləri yazmasını gördüyünü, bu barədə heç kimə bir söz demədiyini və həmin şərhi görməzdən gəldiyini, bundan təxminən bir həftə sonra xalası oğlu Ömərin ona şərh yazan şəxsi tapdığını, belə ki, xalası oğlu Ömərin onun “İnstagram” hesabının izləyicisi olduğu üçün ona şərh yazılmasını gördüyünü, lakin onun da bu barədə sonradan məlumat aldığını, daha sonra dayısı Muradın da bu söhbəti eşitdiyini və həmin şəxsin yanına getdiyini, bu zaman onların arasında mübahisə baş verdiyini, lakin dayısı Murad ilə həmin şəxsin arasında dava-dalaşın baş verməsi, həmçinin dayısı Muradın həmin şəxsi döyməsi barədə dəqiq məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində Təqsirləndirilən şəxs qardaşı, X4 isə bacısı oğlu olduğunu, Zərərçəkmiş şəxs isə tanımadığını, Şahid2 onun doğma qızı olduğunu, qızı Mətanətin rəqs dərslərinə getdiyini və milli rəqsləri yaxşı bildiyini, buna görə də qızının “İnstagram” sosial şəbəkəsində olan hesabında özünə məxsus rəqs videoları paylaşdığını, qızının həmin videoları paylaşmaqda məqsədinin özünə tələbələr cəlb etmək olduğunu, lakin sonradan qızına məxsus rəqs videosunun şərh bölməsində kimsənin şərh yazdığını bildiyini, bunu isə onun bacısı oğlu Ömərin bildiyini və həmin şəxsi taparaq onunla mübahisə etdiyini, bunu görən qardaşı Muradın da həmin şəxsə irad bildirdiyini, lakin həmin şəxsin Murada cavab qaytardığını, bu barədə qardaşı Murad tutulduqdan sonra məlumat aldığını, qardaşı Muradın Rail adlı şəxsin cibindən 540 manat pul götürmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2018-ci ildən Habil Əliyev adına Ağdaş uşaq musiqi məktəbində müəllim işlədiyini, Qanuni nümayəndə Rail oğlunu tanıdığını, Zərərçəkmiş şəxs 2018-ci ildən etibarən dərs dediyini, Railin həftənin İ, İV və Vİ günləri musiqi dərslərinə gəldiyini, lakin hərdən dərslərinə gecikdiyini, hazırda dəqiq olaraq xatırlamadığı vaxtda Railin atası Qanuni nümayəndə ona oğlu üçün qarmon almaq istəməsini bildirdiyini, həmçinin Bəhruzun ondan qarmonu hardan ala biləcəyini və ya sifariş verə biləcəyini soruşduğunu, özünün də Bəhruza Bakı şəhərində tanış qarmon ustasının olmasını, həmçinin həmin ustanın nisyə iş görmədiyini, həmin qarmon ustasının ya qarmonun pulunu əvvəldən aldığını və ya ilkin olaraq pulun yarısını, qarmon hazır olduqdan sonra isə qalan pulu aldığını, həmin vaxt Bəhruzun ona qarmon alıb-almaması barədə heç bir söz demədiyini və onunla sağollaşıb getdiyini, bundan bir müddət sonra tələbəsi Railin tanımadığı şəxs tərəfindən Ağdaş şəhərində yerləşən parkda döyülərək daha sonra cibindən 540 manat pulunun talanması barədə məlumat aldığını, bu barədə ona Ağdaş rayon prokurorluğundan hazırda xatırlamadığı mobil nömrədən zəng edən adını bilmədiyi şəxsin məlumat verdiyini, Railin parkda döyüldüyünü və onun cibindən qarmon alması üçün ona gətirdiyi 500 manat pulun talandığının bildirildiyini, özünün də bu barədə heç bir məlumatının olmadığını bildirdiyini, sonradan Railin cibində olan 540 manat puldan 500 manatını ona qarmon sifariş etmək üçün gətirməsini öyrəndiyini, Railin və ya onun atası Bəhruzun ona pul göndərəcəyini əvvəlcədən bildirmədiyini, buna görə də dəqiq olaraq onun bundan xəbəri olmadığını, lakin Railin əvvəlcədən qarmon almaq istədiyini və pul gətirmək ehtimalının olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Zərərçəkmiş şəxs onun doğma qardaşı oğlu olduğunu, xx.xx.2022-ci il tarixdə təxminən saat 14-15 radələrində qardaşı oğlu Railin Murad adlı şəxs tərəfindən döyülməsi və Muradın onun cibindən pulunu götürdüyünü, daha sonra o, Railin yanına gələrək hadisənin necə baş verməsini soruşduğunu, Railin də ona Muradın bacısı qızına “İnstagram”da şərh yazmasını bəhanə edərək onu döyməsini bildirdiyini, bundan sonra Rail ilə birlikdə qardaşı Bəhruzun yanına getdiklərini, daha sonra qardaşı Bəhruza baş verənləri danışdığını, qardaşı Bəhruzun da rayon polis şöbəsinə bu barədə müraciət edəcəyini bildirdiyini bildirmişdir. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində heç bir ruhi-əsəb və sair xəstəliyi olmadığını, Zərərçəkmiş şəxs tanıdığını, onun həmyaşıdı olduğunu, əvvəllər onunla Rail arasında heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində onun Ağdaş şəhəri Musiqi məktəbi ilə üz-üzə yerləşən çayxanada olan zaman Rail onun yanına gəlib, daha sonra Railin ondan onu axtarıb-axtarmadığını soruşduğunu, onun da Railə onu axtardığını, bundan sonra o, Raildən onun 2006-cı il təvəllüdlü xalası qızı Şahid2 mesaj yazıb-yazmamasını soruşduğunu, Rail də ona xalası qızını tanımadığını və ona heçnə yazmadığını bildirdiyini, bundan sonra onunla Rail arasında mübahisə baş verdiyini, buna görə də dayısı Təqsirləndirilən şəxs onların yanına gəldiyini, dayısı Muradın Rail ilə birlikdə onun yanından aralanıb mərkəzi parkın içəri tərəfinə getdiklərini, həmin vaxt onun yanında Nicat adlı şəxsin də olduğunu, dayısı Murada və Railə Nicatla birlikdə 20-30 metr uzaqlıqdan baxdıqlarını, Muradın Railin baş nahiyəsindən 2 dəfə sillə ilə vurduğunu, ona görə də Nicatla birlikdə onlara tərəf getdiklərini, dayısı Murad və Raili aralaşdırdıqlarını, daha sonra tanımadıqları iki nəfərin Raili taksi ilə yola saldığını bildirmişdir. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində heç bir ruhi-əsəb və sair xəstəliyi olmadığını, Zərərçəkmiş şəxs tanımadığını, Təqsirləndirilən şəxs onun doğma dayısı, Şahid5 onun xalası oğlu və Şahid2 isə xalası qızı olduğunu, hadisə baş verən günü onun ora sonradan gəldiyini, Şahid5 ona zəng edərək xalası qızı Şahid2 “İnstagram” sosial şəbəkəsində olan rəqs videosunun altında Zərərçəkmiş şəxs tərəfindən yazılan rəyin ona göndərilməsini dediyini, o isə həmin rəyi xalası oğlu Ömərə göndərdiyini, sonradan yaşadığı evdən çıxaraq şəhərə getdiyini, dayısı Muradın Öməri danladığını gördüyünü və söhbət əsnasında Muradın Ömərə “burada böyütməli nə var” dediyini eşitdiyini, həmin günü axşamadək çayxanda oturduqlarını və heç bir mübahisəni görmədiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 458 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər sol dirsək oynağının əzilməsi, sol dirsək oynağının arxa səthinin sıyrığı, sağ saidin arxa səthinin qançırı, küt alət tərəfindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(107)-273/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X12 13 iyul 2023-cü il tarixli, PHŞ/6.22-2-2022-289 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi xəstəxanası” X12in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 iyul 2022-ci tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 iyul 2022-ci il tarixli 1264 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Vurğun küçə 2/4 ünvanında yaşamaqla ailə tərkibi X7, Səlimova Hicran Rafiq qızı və X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(014)-86/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət əsasında verilmiş təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(014)-144/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatət əsasında verilmiş təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 19:00-da tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 4(107)-98/2022 saylı qərarından görüünr ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(014)-86/2022 saylı qərarından verilmiş protest təmin edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsini dinləyərək, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar