Məhkəmə qərarları › İş №1(014)-31/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-31/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-31/2024 14.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Ağdaş Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə və tamah niyyəti ilə 27 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin aşağı hissəsində dayanmış vəziyyətdə olmaqla qapısı açıq olan sonuncuya məxsus “VAZ-2106” minik markalı **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 01 (bir) ədəd 120 (yüz iyirimi) manat dəyərində Türkiyə Cümhuriyyətinin istehsalı olan “İnci Akü markalı akkumulyatoru, 02 (iki) ədəd hər birinin qiyməti ümumilikdə 90 (doxsan) manat dəyərində olan 45 (qırx beş) manat olmaqla Yaponiya istehsalı “Pionner” markalı səsgücləndiriciləri, 01 (bir) ədəd 70 (yetmiş) manat dəyərində olan Yaponiya istehsalı “Pionner” markalı maqnitafonu və 01 (bir) ədəd 10 (on) manat dəyərində həmin avtomobilin açarını gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs 290 (iki yüz doxsan) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 26 oktyabr 2023cü il tarixdə axşam saat 22:00 radələrində Ağdaş şəhərində yerləşən ərzaq mağazalarının birindən “Go” içkisi alıb içmişdir. Sonra yenidən ərzaq mağazasından 1 ədəd viski və 1 ədəd pivə almış, içmiş, nəticədə sərxoş olmuşdur. Daha sonra taksi ilə yaşadığı Ağdaş rayonunun Dəhnəxəlil kəndinin girişinə gəlib, maddi vəziyyətində problemlər olduğundan tanıdığı İzafə Məmmədovanın evindən oğurluq etmək qərarına gəlmişdir. O, bu məqsədlə 27 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs evinin qarşısına gəlmiş, divardan aşaraq onun həyətyanı sahəsinə keçmişdir. Həyətyanı sahəyə daxil olduqdan sonra orada yerləşən evin seyvanın altında “VAZ-2106” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüş və avtomobilə yaxınlaşmışdır. Sonra sürücü əyləşən tərəfdə olan qapını açmış və avtomobildə olan maqnitafonun üz qabığını, 2 ədəd səsgücləndiricini yerindən çıxarmışdır. Bundan sonra avtomobilin kapotunu açmış, mühərrik yerindən avtomobilin akkumulyatorunu çıxarmışdır, həmçinin avtomobilin açarını da yerindən çıxarıb özü ilə götürmüşdür. Daha sonra oğurladığı əşyaları özü ilə götürmüş, həyətyanı sahəyə daxil olduğu divardan tullanaraq çölə çıxmışdır. Bundan sonra oğurladığı akkumulyatoru Qəbələ rayonuna gedən yolun sağ tərəfidə olan ağaclığın yanında gizlətmiş, lakin maqnitafonla, səsgücləndiriciləri isə aparıb hara qoyduğunu xatırlamır. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Zərərçəkmiş şəxs həyətinə, həyət qapısının bağlı olub-olmadığını yoxlamadan, hasardan aşıb keçmiş, həyətdə olan avtomobildən akkumulyatoru, 02 ədəd səsgücləndiriciləri, 01 ədəd maqnitofonu və avtomobilin açarını oğurlamışdır. Həmin evdə yaşayış olsa da, həmin vaxt evdə heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs həyətinə oğurluğa tək getmişdir, hasardan aşıb həyətə keçəndə harasa ilişmiş, həmin nahiyədən qan gəlmiş və buna görə oğurluq etdiyi avtomobilin aynasında qan ləkələri olmuşdur. Oğurluq etdiyi avtomobil evin altında olmuş, avtomobilin qapıları bağlı olmamışdır. Oğurluq etdiyi vaxt sərxoş olmuşdur. Buna görə də nə etdiyini bilməmiş, həmçinin oğurladığı əşyaların da bir qismini hara qoyduğunu bilməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir, onunla barışmışdır, himayəsində iki azyaşlı uşağı vardır. Ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış keçirilməsi və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində göstərdi ki, onun Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən özünə məxsus fərdi yaşayış evi vardır. X13 2004-cü ildə vəfat etmişdir, oğlu Əfqan Həsənov isə həbsdə olmaqla, barəsində Qəbələ Rayon Məhkəməsində cinayət işi vardır, buna görə də fərdi yaşayış evində tək yaşayır. Onun “VAZ-2106” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobili oğlu idarə etmiş və həmin avtomobildən gündəlik olaraq istifadə etmişdir. Lakin oğlu həbs olunduqdan sonra 20 gün idi ki, avtomobil sürülmürdü. Avtomobil yaşadığı evin birinci mərtəbəsində seyvanın altında saxlanılmışdı. 28 oktyabr 2023-cü il tarixdə səhər saat 10 radələrində evində olan zaman oğlu Əfqanla telefonla danışaraq ondan pensiya kartını hara qoyduğunu soruşmuş, oğlu isə ona pensiya kartının avtomobilin içərisində olduğunu bildirmişdir. Bundan sonra oğlu ilə sağollaşıb telefonu söndürərək seyvanın altında olan həmin avtomobilin yanına gəlmişdir. Pensiya kartını götürmək üçün avtomobilin qapısını açmış, həmin vaxt avtomobilin içərisində olan maqnitafonun yerində olmadığını görmüşdür. Dərhal avtomobilin içərisinə baxmış və arxa tərəfdə olan 2 ədəd səsgüçləndiricinin də yerində olmadığını görmüşdür. Dərhal avtomobilin kapotunu qaldırmış və akkumulyatorun, həmçinin avtomobilin açarının da yerində olmadığını görmüş və oğurluq olduğunu başa düşmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək fərdi yaşayış evinin həyətyanı sahəsində olan avtomobilindən oğurluq olması barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları fərdi yaşayış evinə gəlmiş, baş vermiş oğurluq hadisəsi ilə bağlı onun ərizəsini almış və hadisə yerinin fotoşəkillərini çəkmişlər. Daha sonra avtomobilindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla özü və ailəsi arasında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Kənddə Təqsirləndirilən şəxs fəhlə işləyən biri kimi tanımışdır. Məhəmməd onun maşınından oğurluq edərkən o, evdə yatmış vəziyyətdə olmuşdur. O, hadisədən sonra avtomobilə yaxınlaşanda həyətdə olan avtomobildən akkumulyatoru, 02 ədəd səsgücləndiriciləri, 01 ədəd maqnitafonu və avtomobilin açarının oğurlandığını görmüşdür. O, avtomobildən oğurluq olduğunu görəndə, eyni zamanda avtomobilin aynasında qan izləri də görmüşdür. Polisin araşdırmasından sonra ona məlum olmuşdur ki, avtomobilindən oğurluq edən Təqsirləndirilən şəxs olmuş, o, hasardan aşıb həyətə keçmiş, maşının aynasında olan qan izləri də ona məxsus olmuşdur. Akkumulyator qaytarılmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdr. Təqsirləndirilən şəxs əməlindən peşman olmuş, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı olduğuna görə onu bağışlamış, onunla barışmışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 oktyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs oğurluq olan yeri göstərir. Həmin yer Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətidir. Həyətə küçədəki dəmir qapıdan daxil olunur, qapıdan daxil olan kimi yaşayış evi yerləşir. Yaşayış evi ikimərtəbəlidir, altında bir neçə otaq yerləşir, evin altında boş sahədə isə “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Avtomobilin örtük hissəsində olan kauçuk materialdan olan hissənin birinin çıxarıldığı və yerində olmadığı, mühərrikdə isə akkumulyatorun yerində olmadığı görünür. Avtomobilin içində isə maqnitafonun qapaq hissəsi və 2 ədəd səsgücləndirici olmadığı görünür. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 30 oktyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs Ağdaş-Qəbələ yolunun Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində yolun sağında Zərərçəkmiş şəxs avtomobilindən oğurladığı akkumulyatoru saxladığı yeri göstərir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 02 dekabr 2023-cü il tarixli 3-13-11/2-14711/2023 saylı məktubda göstərilmişdir ki, hadisə yerindən götürülmüş qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan "xxxx" MMC-dən alınmış 15 noyabr 2023-cü il tarixli 120 nömrəli məktubdan görünür ki, 1 ədəd Türkiyə istehsalı “İnci Akü” markalı akkumulyatorun, 2 ədəd Yaponiya istehsalı, “Pioneer” markalı səsgücləndiricinin, 1 ədəd Yaponiya istehsalı, “Pioneer” markalı maqnitafonun və 1 ədəd avtomobil açarının xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 1 ədəd, Türkiyə istehsalı, “İnci Akü” markalı akkumulyatorun 120 manat dəyərində, 2 ədəd, Yaponiya istehsalı, “Pioneer” markalı səsgücləndiricinin hər birinin qiyməti 45 manat olmaqla 90 manat dəyərində, 1 ədəd, Yaponiya istehsalı, “Pioneer” markalı maqnitafonun 70 manat dəyərində və 1 ədəd avtomobil açarının isə 10 manat dəyərində olması müəyyən edilmişdir. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə ilə tanış olduğunu, həmin qiymətləndirmə ilə razı olduğunu, belə ki, ona dəymiş maddi ziyanın 290 manat məbləğində hesablanmasını və qiymətləndirilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və 14 saylı Cəzaçəkmə Müəssisəsinin 03 may 2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 68.1, 68.1.1-1 və 66.2-ci maddələrinə əsasən 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və 19 aprel 2022-ci ildə cəzanın sonu ilə cəzadan azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 aprel 2023-cü ildə cəzanın sonu ilə azad edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(014)- 101/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, iki il müddətə azadlığın məhdulaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1, 66.2-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, az ciddi cəza olan bir il müddətə azadlıqdan məhrum etmə cəzası daha ciddi cəza olan bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilərək qəti cəza təyin edilmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 noyabr 2023-cü il tarixli 5-32-12/2- 641/4-2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - anası 1959-cu il təvəllüdlü X6, arvadı 1997-ci il təvəllüdlü X3, övladları 2016-cı il təvəllüdlü X4 və 2018-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12 aprel 2016-cı il təvəllüdlü X4 və 30 sentyabr 2018-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 noyabr 2023-cü il tarixli 5-32-12/2- 641/3-2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 21 noyabr 2023-cü il tarixli 18-1-22/2-1726/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 14 noyabr 2023-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 16 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, 16 noyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs etdiyi oğurluq nəticəsində ona dəymiş olan 290 manat məbləğində maddi ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxsla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan maddi sübutun təhvil verilməsi haqqında 04 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut 1 ədəd “İnci Akü” markalı akkumulyator saxlanılmasından ötrü Zərərçəkmiş şəxs verilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 29 iyul 2023-cü il tarixli hökmünə Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkom edilməsini, 19 aprel 2022-ci ildə cəzanın sonu ilə cəzasını çəkib qurtarmasını və həmin tarixdən 2 il müddət keçmədən yenidən qəsdən hazırki cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.3-cü maddəsinə əsasən, törətdiyi cinayəti etiraf edərək, əməlindən səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda Təqsirləndirilən şəxs iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, təyin ediləcək cəzanın əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. İş üzrə maddi sübutlar – 1 ədəd “İnci Akü” markalı akkumulyatorun zərərşəkmiş şəxsdə saxlanılması, qan nümunələri olan 1 ədəd zərfin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – 1 ədəd “İnci Akü” markalı akkumulyatorun zərərşəkmiş şəxsdə saxlanılması, qan nümunələri olan 1 ədəd zərfin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar