Məhkəmə qərarları › İş №1(014)-31/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-31/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-31/2025 14.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,4 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, həmin narkotik vasitənin bir hissəsini onunla ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlayan Şahid4 10 (on) manat müqabilində satacağı ilə bağlı razılaşaraq sonuncu tərəfindən qeyd olunan məbləğdə pulun 04 yanvar 2025-ci il tarixdə saat 1512-də 4169-7388-6421-4345 nömrəli bank kartına köçürülməsinə nail olduqdan sonra həmin tarixdə saat 17 radələrində Ağdaş şəhəri, Bakı-Şamaxı-Yevlax avtomagistral yolunun kənarında yerləşən “SOCAR” YDM-in yaxınlığında Şahid4 satmış, 04 yanvar 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 və Təqsirləndirilən şəxs Ağdaş şəhəri, E.Əlizadə küçəsində saxlanılaraq həmin tarixdə saat 18:43-dan 19:32-dək üstləri yoxlanılan zaman Şahid4 əynində olan uzunqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.24 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunda təmiz çəkisi 0,16 qram kustar üsulla hazırlanmış narkotik vasitə Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1-2 ildir ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər cinayət törətdiyi üçün Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum olunmuşdur. Şahid4 onun əsgər yoldaşı olmuşdur. O Rəhmanı təxminən on yeddi ildir ki, tanıyır. 04 yanvar 2025-ci il tarixdə o, Rəhmanla zəngləşib birlikdə narkotik çəkəcəkləri barədə razılığa gəlmişdir. Həmin ərəfələrdə imkanı yaxşı olmadığından Rəhmandan 10 mnat borc almış Rəhman da həmin pulu onun kartına atmışdır. 04 yanvar 2025-ci il tarixdə saat təxminən 17 radələrində o, Rəhman ilə Ağdaş şəhəri icra hakimiyyəti binasının yaxınlığında, yolun kənarında görüşmüş və razılaşdığı kimi Rəhmana üzərində olan narkotik vasitənin yarısını vermişdir. Təxminən orada 1 saat söhbət etdikdən sonra birlikdə Ağdaş şəhəri, E.Əlizadə küçəsinə tərəf getməyə başlamışlar. Ağdaş şəhəri, E.Əlizadə küçəsində olan zaman polis əməkdaşları videoçəkiliş ilə onlara yaxınlaşmışıb, Şahid4 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, onun isə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olduğunu bildirmişlər. Bundan sonra Şahid4 əynində olan uzunqol gödəkcənin sağ yan cibindən 01 ədəd kağız bükümdə olan narkotik vasitəni təqdim etmiş, polis əməkdaşı həmin bitki kütləsini hardan əldə etdiyini və nə üçün üzərində saxladığını soruşduqda Rəhman həmin bitki kütləsini 1-2 saat qabaq ondan aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, özünü narkotik vasitəni istifadəsində təqsirli bilir, satışında təqsirli bilmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin dekabr ayının sonlarında dostlarıyla görüşmək üçün Bakıya getmiş, dostları ilə oturub yeyib-içən zaman onlarla bir stolda əyləşmiş tanımadığı bir nəfər şəxs ona narkotik vasitə çəkməyi təklif etmiş, o, razılaşmışdır. Bundan sonra o, ona təxminən 2 qram qurudulmuş marixuana vermiş, o, da orada az miqdarda çəkərək qalanını daha sonra istifadə etmək üçün üzərində saxlamış və yaşadığı evə gətirmişdir. Yaşadığı evdə istifadə edən zaman içərisindən 01 ədəd çətənə bitkisinin toxumu çıxmışdır. O, da həmin toxumu “nəşə”nin içərisindən ayıraraq tullamaq üçün “mentos” qabının içərisinə qoymuş və şkafın üst gözündə gizlətmişdir, lakin yadından çıxdığı üçün orada qalmışdır. Bundan sonra qalan narkotik vasitəni daha sonra istifadə etmək üçün şalvarının cibində gizlətmişdir. Şahid4 onun əsgər yoldaşı olmuşdur. O Rəhmanı təxminən on yeddi ildir ki, tanıyır. 04 yanvar 2025-ciü il tarixdə Rəhman ona zəng edərək başı ağrıdığını, ona 10 manatlıq narkotik vasitə təşkil edib-edə bilməyəcəyini soruşmuşdur. O da təşkil edə biləcəyini, lakin birlikdə çəkəcəklərini bildirmişdir. Rəhman ona “sən təşkil et 10 manatlıq yarı-yarı çəkərik” demişdir. Daha sonra o, Rəhmana ona məxsus kart hesabını göndərmişdir. Rəhman da kart hesabına 10 manat pul göndərmiş, lakin o, Rəhmandan 10 manat pulu narkotik vasitə üçün almamış, siqaret pulu üçün almışdır. 04 yanvar 2025-ci il tarixdə saat təxminən 17 radələrində Rəhman ilə Ağdaş şəhəri icra hakimiyyəti binasının yaxınlığında, yolun kənarında görüşmüş və razılaşdığı kimi Rəhmana üzərində olan narkotik vasitənin yarısını vermişdir. Təxminən orada 1 saat söhbət etdikdən sonra birlikdə Ağdaş şəhəri, E.Əlizadə küçəsinə tərəf getməyə başlamışdır. Ağdaş şəhəri, E.Əlizadə küçəsində olan zaman polis əməkdaşları videoçəkiliş ilə onlara yaxınlaşıb, Şahid4 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, onun narkotik vasitələri qanunsuz olaraq satışı ilə məşğul olduğunu bildirmişlər. Bundan sonra Şahid4 əynində olan uzunqol gödəkcənin sağ yan cibindən 01 ədəd kağız bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşı həmin bitki kütləsini hardan əldə etdiyini və nə üçün üzərində saxladığını soruşduqda Rəhman də həmin bitki kütləsini 1-2 saat qabaq ondan aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşı hadisənin necə baş verdiyini soruşduqda Şahid4 onnla telefonda danışdığını, narkotik vasitə qarşılığında ondan 10 manat pul istədiyini, bundan sonra onun kartına 10 manat pul göndərdiyini və daha sonra Ağdaş şəhəri, İcra hakimiyyətinin yaxınlığında olan “Socar” yanacaqdoldurma məntəqəsinin yanında görüşərək ondan aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı hal-hazırda niyə birlikdə olduqlarını soruşduqda Şahid4 ondan narkotik vasitə aldıqdan sonra öz evinə getdiyini bildrmişdir. Polis əməkdaşı göndərmiş olduğu pulun çeki olub-olmadığını soruşduqda Rəhman telefonunda olduğunu, lakin telefonunun söndüyünü bildirmişdir. Daha sonra Şahid4 üzərində olan mobil telefonu təqdim etmişdir. Bundan sonra polis əməkdaşı Rəhmanın üzərindən aşkar edilmiş narkotik vasitəni çəkmiş və çəkisi müvafiq olaraq 0,40 qram olmuşdur. Daha sonra polis əməkdaşı Rəhmandan aşkar edilmiş narkotik vasitə olan kağız bükümü və 01 ədəd mobil telefonu ayrı-ayrı zərflərə qablaşdıraraq götürmüşdür. Bundan sonra polis əməkdaşı Şahid4 üstünü yoxlamış və onun üstündən 01 ədəd mobil telefon, 01 ədəd ağ rəngli siqaret qutusu, 01 ədəd dərman vasitəsi, 01 ədəd qəbz və 01 ədəd plastik kart aşkar olunmuşdur. 01 ədəd ağ rəngli siqaret qutusu, 01 ədəd qəbz və 01 ədəd plastik kart iş üçün əhəmiyyət kəsb etmədiyindən Rəhmana geri qaytarılmışdır. Polis əməkdaşı Şahid4 üzərindən aşkar edilmiş dərman vasitəsinin nə olduğunu soruşduqda Rəhman da “pensilen” adlı dərman olduğunu, keyfiyyətsiz olduğuna görə aptekə qaytaracağını bildirmişdir. Bundan sonra polis əməkdaşı Rəhmanın üzərindən aşkar edilmiş 01 ədəd dərman vasitəsini elektron tərəzidə çəkmiş və çəkisi təxmini 12 qram müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşı 01 ədəd dərman vasitəsini və 01 ədəd mobil telefonu ayrı-ayrı zərflərə qablaşdıraraq götürmüşdür. Polis əməkdaşı onun Rəhmana narkotik vasitə verib-vermədiyimi soruşduqda o da verdiyini, lakin birlikdə istifadə etmək üçün verdiyini və ona pul müqabilində satmadığını bildirmişdir. Polis əməkdaşı Rəhmanın onun kartına 10 manat pul atıb-atmadığını soruşduqda o da atdığını, lakin narkotik vasitə üçün atmadığını, siqaret pulu üçün atdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı həmin narkotik vasitəni hardan əldə etdiyini soruşduqda o da həmin bitki kütləsini yeni ildən qabaq bir məclisdə əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı üzərində nakotik vasitə olubolmadığını soruşmuşdur. O da əynində olan şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində olan narkotik vasitəni təqdim etmiş və bildirmişdir ki, bu narkotik vasitə Rəhmana verdiyi narkotik vasitənin qalanıdır, yəni yarısını istifadə etmək üçün ona vermişdir, yarısını isə özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşı narkotik vasitəni elektron tərəzidə çəkmiş və çəkisi müvafiq olaraq, 0,34 qram müəyyən edilmişdir. Daha sonra əməliyyat müvəkkili narkotik vasitəni zərfə qablaşdıraraq götürmüşdür. Həmin vaxt polis əməkdaşı ondan yaşadığı evdə narkotik vasitə olub- olmadığını soruşduqda o da olmadığını bildirmişdir. Bundan sonra əməliyyat müvəkkili üstünü yoxlamış və üstündən 01 ədəd qulaqcıq, 01 ədəd ağ rəngli siqaret qutusu, 01 ədəd mobil telefon, 01 ədəd qara rəngli siqaret qutusu, 02 ədəd saxta pul əskinası və 01 ədəd plastik kart aşkar olunmuşdur. Daha sonra polis əməkdaşı 01 ədəd plastik kartı və 01 ədəd telefonu eyni zərfə qablaşdıraraq götürmüşdür. 01 ədəd qulaqcıq, 01 ədəd ağ rəngli siqaret qutusu, 01 ədəd qara rəngli siqaret qutusu və 02 ədəd pul əskinası mənə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirtmişdir. Evin yataq otağında yerləşən şkafın üst gözündən 01 ədəd qutunun içərisində olan 01 ədəd qabın içərisindən 01 ədəd çətənə bitksinin toxumu aşkar edilmişdir. Polis əməkdaşı həmin toxumun nə toxumu olduğunu və hardan əldə etdiyini soruşduqda o da çətənə bitkisinin toxumu olduğunu, əvvəllər yaşadığı evdə çəkərkən narkotik vasitənin içərisindən çıxdığını, tullamaq üçün saxladığını, lakin yadından çıxaraq evdə qaldığını bildirmişdir. Sonra əməliyyat müvəkkili həmin toxumu da qablaşdıraraq götürmüşdür. Bundan sonra evin qalan yerlərinə baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona vəkil təyin edib, onu şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı ondan və Rəhmandan hər hansı bir etirazımızın olubolmaması soruşulmuş, hər ikisi heç bir etiraznın olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı növbəylə Rəhmanın üzərindən aşkar edilmiş və qablaşdırılaraq götürülmüş zərfləri açaraq baxış keçirtmişdir. Rəhmandan aşkar edilmiş zərflər açılmış və növbəylə içərilərindən 02 ədəd telefon və 01 ədəd dərman vasitəsinə bənzər maddə aşkar edilmişdir. Rəhmandan onların kimə məxsus olduğu soruşulduqda o da özünə məxsus olduğunu bildirmişdir. Daha sonra Rəhmandan aşkar edilmiş və qablaşdırılaraq götürülmüş zərf yenidən açılmış və içərisində spesifik iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsinin nə olduğu və hardan əldə etdiyi soruşulduqda, Rəhman həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, ondan 10 manat pul müqabilində satın aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O da bunun qarşılığında Rəhmanın onun kartına 10 manat pul atdığını, lakin narkotik vasitə üçün atmadığını bildirmişdir. Rəhman da onun yalan danışdığını, telefonda onla danışdığını, ona 10 manat pul atdığını, həmin pulu narkotik vasitə üçün atdığını və Socar YDM-nin yaxınlığında görüşərək ondan narkotik vasitə aldığını bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra ondan aşkar edilmiş zərflərə baxış keçirilmişdir. Növbəti zərf açılmış və içərisindən 01 ədəd narkotik təbiətli çətənə bitkisinin toxumuna bənzər bitki toxumu aşkar edilmişdir. Ondan həmin bitki toxumunun nə olduğu və hardan əldə etdiyi soruşulduqda o da həmin toxumun çətənə bitkisinin toxumu olduğunu, yaşadığı evdən aşkar edildiyini bildirmişdr. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra ondan aşkar edilmiş növbəti zərf açılmış və içərisindən “Tecno” markalı 01 ədəd mobil telefon və 01 ədəd “Kapital” banka məxsus plastik kart aşkar edilmişdir. Aşkar edilmiş plastik kartın və mobil telefonun kimə məxsus olduğu soruşulduqda o da ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra ondan aşkar edilmiş və qablaşdırılaraq götürülmüş zərf yenidən açılmış və içərisində spesifik iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. Ondan həmin bitki kütləsinin kimə məxsus olması soruşulduqda o da ikisinə məxsus olduğunu, yarı-yarı Rəhmanla bölüşdürdüyünü, yeni ildən qabaq Bakı şəhərində bir məclisdən əldə etdiyini bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan, 01 ədəd açar və 01 ədəd qulaqcıq aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş əşyalar iş üçün əhəmiyyə kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün qismən etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 yaşayan Təqsirləndirilən şəxs və Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində yaşayan Şahid4 rayon sakini kimi tanıyır. Ağdaş RPŞ-yə Şahid4 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlayaraq daşımasında və istifadə etməsində, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində, ünvan 2 ünvanda saxlaması, daşıması, istifadə etməsi və satması barədə daxil olmuş məlumat əsasında Şahid4 və Təqsirləndirilən şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında 04 yanvar 2025-ci tarixli qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid4 və Təqsirləndirilən şəxs 04 yanvar 2025-ci il tarixdə, saat 18:43-də Ağdaş şəhəri, E.Əlizadə küçəsində saxlanılmışlar. Əvvəlcə Şahid4 üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olub-olmadığı soruşulmuş, Şahid4 də əynində olan uzunqol gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində kağız bükümə bükülmüş narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmişdir. Şahid4 həmin bitki kütləsini hardan əldə etdiyini və nə üçün üzərində saxladığı soruşulduqda Rəhman də həmin bitki kütləsini 1-2 saat qabaq Təqsirləndirilən şəxs aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid4 hadisənin necə baş verdiyi soruşulduqda Şahid4 Təqsirləndirilən şəxsla telefonda danışdığını, narkotik vasitə qarşılığında Qadirin ondan 10 manat pul istədiyini, bundan sonra Qadirin kartına 10 manat pul göndərdiyini və daha sonra Ağdaş şəhəri, İcra hakimiyyətinin yaxınlığında olan “Socar” yanacaqdoldurma məntəqəsinin yanında görüşərək Qadirdən aldığını bildirmişdir. Bundan sonra Rəhmandan hal-hazırda niyə birlikdə olduqları soruşulduqda Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə aldıqdan sonra öz evinə getdiyini bildirmişdir. Rəhmandan göndərmiş olduğu pulun çeki olub-olmadığı soruşulduqda Rəhman çekin telefonunda olduğunu, lakin telefonunun söndüyünü bildirmişdir. Daha sonra Şahid4 əynində olan gödəkcənin sağ yan cibindən “Poco” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Rəhmanın üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 0,40 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Rəhmanın ondan narkotik vasitəyə bənzər bitki kütləsi alıb-almadığını soruşduqda Təqsirləndirilən şəxs Rəhmana pul müqabilində narkotik vasitə satmadığını, birlikdə istifadə etmək üçün verdiyini və 01 ədəd “nəşə” sini yarı-yarı böldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs Şahid4 onun kartına 10 manat pul atıb-atmadığını soruşduqda o da atdığını, lakin narkotik vasitə üçün atmadığını və Rəhmanın ona siqaret pulu olmadığı üçün 10 manat pul atdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər bitki kütləsini nə vaxt və hardan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsini yeni ildən qabaq bir məclisdə əldə etdiyini bildirmişdir. Qadirdən yaşadığı evdə hər hansı narkotik vasitə olubolmadığı soruşulduqda Təqsirləndirilən şəxs yaşadığı evdə heç bir narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində nakotik vasitə olubolmadığı soruşulmuş, o, da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Qadir əynində olan şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində olan 01 ədəd kağız bükümdə narkotik vasitəni təqdim etmiş və bildirmişdir ki, bu narkotik vasitə Rəhmana verdiyi narkotik vasitənin qalanıdır, yəni yarısını istifadə etmək üçün ona vermişdir, yarısını isə özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq, 0,34 qram müəyyən edilmişdir. Bundan sonra narkotik vasitəyə bənzər bitki kütləsi zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Şahid4 polis şöbəsinə aparılmışdır. Daha sonra həmin tədbirlərin davamı kimi Təqsirləndirilən şəxs iştirakı ilə 04 yanvar 2025-ci il tarixdə, saat 19:50-də Ağdaş şəhəri, Məşəd küçəsi 17/11-də yerləşən Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir. Evin yataq otağında yerləşən dolabın üst hissəsində olan “Mentos” qabının içərisindən 01 ədəd marixuana toxumuna bənzər toxum aşkar edilmişdir. Həmin toxum qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfimdən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, yaşadığı evdən aşkar olunmuş toxumun, narkotik vasitə olan marixuana toxumu olmasını, əvvəl çəkdiyi narkotik vasitənin içərisindən aşkar olunduğunu, onu çəkdiyi narkotik vasitədən ayıraraq tullamaq üçün saxladığını, lakin yadından çıxıb yaşadığı evdə qaldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Ağdaş RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, təxminən 2-3 ildir narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs onun əsgər yoldaşı olmuşdur. 2024-cü ilin dekabr ayının sonlarında istifadə etmək üçün narkotik vasitə axtararkən mobil telefonla Təqsirləndirilən şəxs zəng edib, onunla görüşmüşdür. Həmin vaxt Qadirə narkotik vasitə təşkil etməsi üçün 50 manat pul vermiş, lakin bir müddət keçmiş, Qadirdən səs çıxmamışdır. O da Qadirə zəng edərək nə olduğunu, niyə narkotik vasitə vermədiyini soruşduqda Qadir də verdiyi 50 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini, qısa vaxtda təşkil edəcəyini bildirmişdir. Bundan sonra Qadirdən səs çıxmadığı üçün 04 yanvar 2025-ci il tarixdə saat təxminən 12 radələrində Qadirə telefonla zəng edərək ona istifadə etmək üçün narkotik vasitə lazım olduğunu bildirmişdir. Qadir ona kartına 20 manat pul atmasını demiş, o, o, 10 manat pulunun olduğunu bildirmişdir. Qadir razılaşdıqdan sonra həmin gün saat təxminən 15 radələrində o Qadirin kartına 10 manat pul atmışdır. Bundan sonra saat təxminən 17 radələrində o Qadirlə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında görşmüş və razılaşdığı kimi Qadirdən 10 manatlıq narkotik vasitə almışdır. Onlar orada təxminən 1 saat söhbət etmişlər. Daha sonra o Qadirlə üzü Ağdaş şəhəri, E.Əlizadə küçəsi ilə gedən zaman saat təxminən 18:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq ona qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda şübhəli olduğunu bildirərək üstünü yoxlayacaqlarını, bildirmişlər. Bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olub-olmadığı soruşulmuş, o, əynində olan uzunqol gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində kağız bükümə bükülmüş narkotik vasitəni təqdim etmişdir. Ondan həmin bitki kütləsini hardan əldə etdiyini və nə üçün üzərində saxladığını soruşduqlarında o da həmin bitki kütləsini 1-2 saat qabaq Təqsirləndirilən şəxs aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ondan hadisənin necə baş verdiyi soruşulduqda o Təqsirləndirilən şəxsla telefonda danışdığını, narkotik vasitə qarşılığında Qadirin ondan 10 manat pul istədiyini, bundan sonra Qadirin kartına 10 manat pul göndərdiyini və daha sonra Ağdaş şəhəri, İcra hakimiyyətinin yaxınlığında olan “Socar” yanacaqdoldurma məntəqəsinin yanında görüşərək Qadirdən aldığını bildirmişdir. Daha sonra ondan hal-hazırda niyə Qadirlə birlikdə olduqları soruşulduqda o Təqsirləndirilən şəxs narkotik vasitə aldıqdan sonra öz evinə getdiyini bildirmişdir. Polis əməkdaşı göndərmiş olduğu pulun çeki olub-olmadığını soruşduqda o çekin şəklinin telefonunda olduğunu, lakin telefonunun söndüyünü bildirmişdir. Daha sonra o əynində olan gödəkcənin sağ yan cibindən “Poco” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 0,40 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs onun ondan narkotik vasitəyə bənzər bitki kütləsi alıbalmadığını soruşulduqda Təqsirləndirilən şəxs ona pul müqabilində narkotik vasitə satmadığını, birlikdə istifadə etmək üçün verdiyini və 01 ədəd “nəşə” sini yarı-yarı böldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs onun kartına 10 manat pul atıb-atmadığı soruşulduqda o da onun kartına 10 manat pul atdığını, lakin narkotik vasitə üçün atmadığını və ona siqaret pulu olmadığı üçün 10 manat pul atdığını bildirmişdir. Qadirdən narkotik vasitəyə bənzər bitki kütləsini nə vaxt və hardan əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs da həmin bitki kütləsini yeni ildən qabaq bir məclisdə əldə etdiyini bildirmişdir. Qadirdən yaşadığı evdə hər hansı narkotik vasitə olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs yaşadığı evdə heç bir narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində nakotik vasitə olub-olmadığı soruşulmuşdur. O da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Qadir əynində olan şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində olan 01 ədəd kağız bükümdə narkotik vasitəni təqdim etmiş və bildirmişdir ki, bu narkotik vasitə ona verdiyi narkotik vasitənin qalandır, yəni yarısını istifadə etmək üçün ona vermişdir, yarısını isə özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq, 0,34 qram müəyyən edilmişdir. Ondan Təqsirləndirilən şəxsla telefonda nə danışdığım soruşulduqda o da Qadirlə telefonda danışarkən narkotik vasitə istədiyimi, Qadirin 20 manat tələb etdiyini, onun isə 10 manat olduğumu bildirdiyini və bundan sonra Qadirlə razılaşaraq Qadirin kapital banka məxsus kartına 10 manat pul atdığımı, daha sonra isə görüşərək Qadirdən narkotik vasitə aldığını, Qadirin yalan danışdığını, sırf narkotik vasitə almaq üçün ona 10 manat pul atdığını bildirmişdir. Bundan sonra narkotik vasitəyə bənzər bitki kütləsi zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmşüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və Qadirin üstündən 01 ədəd qulaqcıq, 01 ədəd ağ rəngli siqaret qutusu, 01 ədəd mobil telefon, 01 ədəd qara rəngli siqaret qutusu, 02 ədəd saxta 10 manatlıq pul əskinası və 01 ədəd “Kapital bank”a məxsus plastik kart aşkar olunmuşdur. Daha sonra 01 ədəd plastik kartı və 01 ədəd “Tecno” markalı mobil telefon eyni zərfə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra 01 ədəd qulaqcıq, 01 ədəd ağ rəngli siqaret qutusu, 01 ədəd qara rəngli siqaret qutusu və 02 ədəd saxta 10 manatlıq pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra o polis şöbəsinə aparılmışdır. Polis əməkdaşları da Qadirin evinə baxış keçirmək üçün getmişdir. Daha sonra təhqiqatçı ondan və Qadirdən hər hansı bir etirazının olubolmaması soruşulmuş, hər ikisi heç bir etirazımızın olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı növbəylə üzərindən aşkar edilmiş və qablaşdırılaraq götürülmüş zərfləri açaraq baxış keçirtmişdir. Üzərindən aşkar edilmiş zərflər açılmış və növbəylə içərilərindən 02 ədəd telefon və 01 ədəd dərman vasitəsinə bənzər maddə aşkar edilmişdir. Ondan onlarn kim məxsus olduğu soruşulduqda o da özünə məxsus olduğunu bildirmşdir. Daha sonra üzərimdən aşkar edilmiş və qablaşdırılaraq götürülmüş zərf yenidən açıldı və içərisində spesifik iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsinin nə olduğu və hardan əldə etdiyim soruşulduqda, o həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, Qadirdən 10 manat pul müqabilində satın aldığımı və şəxsi istifadəm üçün üzərimdə saxladığımı bildirmişdir. Qadir də bunun qarşılığında onun kartına 10 manat pul atdığını, lakin narkotik vasitə üçün atmadığını bildirmişdir. O da Təqsirləndirilən şəxs yalan danışdığını, telefonda Qadirlə danışdığını, Qadirə 10 manat pul atdığını, həmin pulu narkotik vasitə üçün atdığını və Socar YDM-nin yaxınlığında görüşərək Qadirdən narkotik vasitə aldığımı bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş zərflərə baxış keçirilmişdir. Növbəti zərf açılmış və içərisindən 01 ədəd narkotik təbiətli çətənə bitkisinin toxumuna bənzər bitki toxumu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki toxumunun nə olduğu və hardan əldə etdiyi soruşulduqda Qadir də həmin toxumun çətənə bitkisinin toxumu olduğunu, yaşadığı evdən aşkar edildiyini bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüdşür. Daha sonra Qadirdən aşkar edilmiş növbəti zərf açılmış və içərisindən “Tecno” markalı 01 ədəd mobil telefon və 01 ədəd “Kapital” banka məxsus plastik kart aşkar edilmişdir. Aşkar edilmiş plastik kartın və mobil telefonun kimə məxsus olduğu soruşulduqda Qadir ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş və qablaşdırılaraq götürülmüş zərf yenidən açılmış və içərisində spesifik iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. Qadirdən həmin bitki kütləsinin kimə məxsus olması soruşulduqda Təqsirləndirilən şəxs ikimizə məxsus olduğunu, yarı-yarı mənimlə bölüşdürdüyünü, yeni ildən qabaq Bakı şəhərində bir məclisdən əldə etdiyini bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra ona şəxsi axtarışda iştirak edənlərə həmçinin seçmiş olduğu müdafiəçiyə etirazıbın olubolmamağı soruşulmuş, o etirazının olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarışa başlanılmışdır. Ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarımda və bədənimdə ola biləcək əşyaları təqdim etməyim təklif edilmişdir. O da əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd plastik kartı, sol yan cibindən 01 ədəd siqaret qtusunu və şalvarın sol arxa cibindən qara rəngli papağı təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. İş materiallarında olan 04 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstlərinin yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid4 və Təqsirləndirilən şəxs 04 yanvar 2025-ci il tarixdə, saat 18:43-də Ağdaş şəhəri, E.Əlizadə küçəsində saxlanılmışdır. Onlara hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Şahid4 və Təqsirləndirilən şəxs müdafiə hüquqlarının olması, müvafiq araşdırma zamanı öz vəsaitləri hesabına, bu vəsaitə maddi gücləri çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Əvvəlcə Şahid4 üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olub-olmadığı soruşulmuşdur. Şahid4 də əynində olan uzunqol gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində kağız bükümə bükülmüş narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmişdir. Şahid4 həmin bitki kütləsini hardan əldə etdiyini və nə üçün üzərində saxladığı soruşulduqda Rəhman də həmin bitki kütləsini 1-2 saat qabaq Təqsirləndirilən şəxs aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid4 hadisənin necə baş verdiyi soruşulduqda Şahid4 Təqsirləndirilən şəxsla telefonda danışdığını, narkotik vasitə qarşılığında Qadirin ondan 10 manat pul istədiyini, bundan sonra Qadirin kartına 10 manat pul göndərdiyini və daha sonra Ağdaş şəhəri, İcra hakimiyyətinin yaxınlığında olan “Socar” yanacaqdoldurma məntəqəsinin yanında görüşərək Qadirdən aldığını bildirmişdir. Bundan sonra Rəhmandan hal-hazırda niyə birlikdə olduqları soruşulduqda Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə aldıqdan sonra öz evinə getdiyini bildirmişdir. Rəhmandan göndərmiş olduğu pulun çeki olub-olmadığı soruşulduqda Rəhman çekin telefonunda olduğunu, lakin telefonunun söndüyünü bildirmişdir. Daha sonra Şahid4 əynində olan gödəkcənin sağ yan cibindən “Poco” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Rəhmanın üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 0,40 qram olmuşdur. Daha sonra Rəhmandan aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi zərfə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Şahid4 aşkar edilmiş “Poco” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Şahid4 üstü yoxlanılmış və Rəhmanın əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd “Tel” markalı mobil telefon, 01 ədəd ağ rəngli siqaret qutusu aşkar edilmişdir. Rəhman Abdulayev üzərindən aşkar edilmiş “Tel” markalı telefonun xarab olduğunu, suya düşdüyünü və işləmədiyini bildirmişdir. Bundan sonra Rəhmanın üstünü yoxlama davam etdirilmiş və əynində olan gödəkcənin sol iç cibindən 01 ədəd dərman vasitəsinə bənzər ağ rəngli kütlə, 01 ədəd qəbz və 01 ədəd “Kapital banka” məxsus plastik kart aşkar olunmuşdur. Şahid4 üzərindən aşkar edilmiş dərman vasitəsinə bənzər ağ rəngli kütlənin nə olması soruşulduqda o da, həmin kütlənin “pensilen” adlı dərman vasitəsi olduğunu, keyfiyyətsiz olduğuna görə aptekə qaytaracağını bildirmişdir. Bundan sonra Şahid4 üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusu, 01 ədəd qəbz, 01 ədəd plastik kart iş üçün əhəmiyyət kəsb etmədiyindən vətəndaşa geri qaytarılmışdır. Daha sonra Şahid4 aşkar edilmiş 01 ədəd “Tel” markalı mobil telefon tərəfimdən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Şahid4 üzərindən aşkar edilmiş 01 ədəd dərman vasitəsinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq 12,60 qram müəyyən edilmişdir. Bundan sonra isə 01 ədəd dərman vasitəsinə bənzər kütlə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Rəhmanın ondan narkotik vasitəyə bənzər bitki kütləsi alıbalmadığını soruşduqda Təqsirləndirilən şəxs Rəhmana pul müqabilində narkotik vasitə satmadığını, birlikdə istifadə etmək üçün verdiyini və 01 ədəd “nəşə” sini yarı- yarı böldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs Şahid4 onun kartına 10 manat pul atıbatmadığını soruşduqda o da atdığını, lakin narkotik vasitə üçün atmadığını və Rəhmanın ona siqaret pulu olmadığı üçün 10 manat pul atdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər bitki kütləsini nə vaxt və hardan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsini yeni ildən qabaq bir məclisdə əldə etdiyini bildirmişdir. Qadirdən yaşadığı evdə hər hansı narkotik vasitə olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs yaşadığı evdə heç bir narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində nakotik vasitə olub-olmadığı soruşulmuşdur. O da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Qadir əynində olan şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində olan 01 ədəd kağız bükümdə narkotik vasitəni təqdim etmişdir və bildirmişdir ki, bu narkotik vasitə Rəhmana verdiyi narkotik vasitənin qalanıdır, yəni yarısını istifadə etmək üçün ona vermişdir, yarısını isə özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi müvafiq olaraq, 0,34 qram müəyyən edilmişdir. Şahid4 Təqsirləndirilən şəxsla telefonda nə danışdığı soruşulduqda Rəhman da Qadirlə telefonda danışarkən narkotik vasitə istədiyini, Qadirin 20 manat tələb etdiyini, onun isə 10 manat olduğunu bildirdiyini və bundan sonra Qadirlə razılaşaraq Qadirin kapital banka məxsus kartına 10 manat pul atdığını, daha sonra isə görüşərək Qadirdən narkotik vasitə aldığını, Qadirin yalan danışdığını, sırf narkotik vasitə almaq üçün ona 10 manat pul atdığını bildirmişdir. Bundan sonra narkotik vasitəyə bənzər bitki kütləsi zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və əynində olan gödəkcənin sol ön cibindən 01 ədəd qulaqcıq, gödəkcənin sol yan cibindən 01 ədəd ağ rəngli siqaret qutusu, əynində olan şalvarın sağ yan cibindən “Tecno” markalı 01 ədəd mobil telefon, 01 ədəd qara rəngli siqaret qutusu, 02 ədəd saxta 10 manatlıq pul əskinası və həmin şalvarın sol yan cibindən 01 ədəd “Kapital bank”a məxsus plastik kart aşkar olunmuşdur. Daha sonra 01 ədəd plastik kartı və 01 ədəd “Tecno” markalı mobil telefon eyni zərfə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra 01 ədəd qulaqcıq, 01 ədəd ağ rəngli siqaret qutusu, 01 ədəd qara rəngli siqaret qutusu və 02 ədəd saxta 10 manatlıq pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İş materiallarında olan 04 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin evinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs iştirakı ilə 04 yanvar 2025-ci il tarixdə, saat 19:50-də Ağdaş şəhəri, Məşəd küçəsi 17/11-də yerləşən evə baxışa başlanılaraq ona müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik hər hansısa bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra evə baxış keçirilmiş, baxış zamanı evin yataq otağında yerləşən dolabın üst hissəsində olan “Mentos” qabının içərisindən 01 ədəd marixuana toxumuna bənzər toxum aşkar edilmişdir. Həmin toxum qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, yaşadığı evdən aşkar olunmuş toxumun, narkotik vasitə olan marixuana toxumu olmasını, əvvəl çəkdiyi narkotik vasitənin içərisindən aşkar olunduğunu, onu çəkdiyi narkotik vasitədən ayıraraq tullamaq üçün saxladığını, lakin yadından çıxıb yaşadığı evdə qaldığını bildirmişdir. İş materiallarında olan 04 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinin videoçəkilişlə aparılmasına şübhəli şəxs Şahid4 və Təqsirləndirilən şəxs hər hansı bir etirazlarının olub-olmaması soruşulmuş, sonuncular heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs Şahid4 04 yanvar 2025-ci il tarixdə saat 18:43-dən saat 19:32-dək olan müddət ərzində RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərindən aşkar edilmiş və qablaşdırılaraq götürülmüş 01 ədəd zərf təkrar açılaraq içərisindən 01 ədəd “Tel” markalı mobil telefon aşkar edilmişdir. Şahid4 həmin telefonun kimə məxsus olması soruşulduqda, o da ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Şahid4 aşkar edilmiş və qablaşdırılaraq götürülmüş zərf yenidən açılmış və içərisindən 01 ədəd “Poco” markalı mobil telefon aşkar edilmişdir. Şahid4 həmin telefonun kimə məxsus olması soruşulduqda, o da ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Şahid4 aşkar edilmiş və qablaşdırılaraq götürülmüş zərf yenidən açılmış və içərisindən 01 ədəd ağ rəngli dərman vasaitəsinə bənzər kütlə aşkar edilmişdir. Şahid4 həmin dərman vasitəsinə bənzər kütlənin kimə məxsus olması soruşulduqda, o da ona məxsus olduğunu, keyfiyyətsiz olduğuna görə aptekə qaytaracağını bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Şahid4 aşkar edilmiş və qablaşdırılaraq götürülmüş zərf yenidən açılmış və içərisində spesifik iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsinin nə olduğunu və hardan əldə etdiyini soruşduqda, Şahid4 həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, Təqsirləndirilən şəxs 10 manat pul müqabilində satın aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs da bunun qarşılığında Şahid4 onun kartına 10 manat pul atdığını, lakin narkotik vasitə üçün atmadığını bildirmişdir. Rəhman da Təqsirləndirilən şəxs yalan danışdığını, telefonda Qadirlə danışdığını, Qadirə 10 manat pul atdığını, həmin pulu narkotik vasitə üçün atdığını və Socar YDM-nin yaxınlığında görüşərək Qadirdən narkotik vasitə aldığını bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş zərflərə baxış keçirilmişdir. Növbəti zərf açılmış və içərisindən 01 ədəd narkotik təbiətli çətənə bitkisinin toxumuna bənzər bitki toxumu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki toxumunun nə olduğunu və hardan əldə etdiyini soruşduqda Qadir də həmin toxumun çətənə bitkisinin toxumu olduğunu, yaşadığı evdən aşkar edildiyini bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Qadirdən aşkar edilmiş növbəti zərf açılmış və içərisindən “Tecno” markalı 01 ədəd mobil telefon və 01 ədəd “Kapital” banka məxsus plastik kart aşkar edilmişdir. Aşkar edilmiş plastik kartın və mobil telefonun kimə məxsus olduğu soruşulduqda Qadir ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş və qablaşdırılaraq götürülmüş zərf yenidən açılmış və içərisində spesifik iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. Qadirdən həmin bitki kütləsinin kimə məxsus olması soruşulduqda Təqsirləndirilən şəxs ikisinə məxsus olduğunu, yarı-yarı Rəhmanla bölüşdürdüyünü, yeni ildən qabaq Bakı şəhərində bir məclisdən əldə etdiyini bildirmişdir. Bundan sonra həmin zərf yenidən qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Video görüntüdən ibarət 03 ədəd DVD disk baxış keçirilmişdir. Şahid4 üzərindən 01 ədəd siqaret qutusunun içərisində narkotik vasitəyə bənzər bitki kütləsi, 01 ədəd dərman vasitəsinə bənzər ağ rəngli kütlə, 02 ədəd mobil telefon aşkar edilir və qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd siqaret qutusunun içərisində kağız bükümdə narkotik vasitəyə bənzər bitki kütləsi və 01 ədəd “Tecno” markalı mobil telefon aşkar edilir və qablaşdırılaraq götürülür. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd narkotik təbiətli çətənə bitkisinin toxumuna bənzər 01 ədəd toxum aşkar edilərək qablaşdırılaraq götürülür. Əməliyyat müvəkkili Şahid4 aşkar edilmiş bitki kütləsinin nə olduğunu və hardan əldə etdiyini soruşduqda Şahid4 Təqsirləndirilən şəxs 10 manata satın aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs da ondan 10 manat pul aldığını, lakin narkotik vasitə üçün almadığını, satış məqsədi olmadığını, birgə istifadə üçün verdiyini, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. İş materiallarında olan 04 yanvar 2025-ci il tarixdə “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid4 şəxsi axtarışda iştirak edənlərə həmçinin seçmiş olduğu müdafiəçiyə etirazının olub-olmaması soruşulmuşdur. O etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Şahid4 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Şahid4 əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd plastik kartı, sol yan cibindən 01 ədəd siqaret qutusunu və şalvarın sol arxa cibindən qara rəngli papağı təqdim etmişdir. Bundan sonra Şahid4nin üzərində axtarış aparılmış, üzərindən hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Daha sonr a Şahid4 aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Şahid4 verilən suallara cavab olaraq kağız bükümün içərisindəki narkotik vasitə olan bitki kütləsinin nəşə olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə təxminən bir-iki saat bundan əvvəl Ağdaş rayon sakini X4 10 manat pula satın aldığını, narkotik vasitədən istifadə etdiyini, həmin narkotik vasitəni də istifadə etmək məqsədilə satın aldığını bildirmişdir. İş materiallarında 04 yanvar 2025-ci il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs baxışda iştirak edənlərə həmçinin seçmiş olduğu müdafiəçiyə etirazının olub-olmaması soruşulmuşdur. O etirazının olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaret qtusunu və 01 ədəd alışqanı və əynində ola mavi rəngli uzunqol gödəkçənin sol ön cibindən 01 ədəd ağ rəngli qulaqcığı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsnin üzərində axtarış aparılmış, əynində olan şalvarın sağ yan tərəfindən açar aşkar olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılsa da üzərindən hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilənlər iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narktik vasitəni satmaq məqsədinin olmadığını, bir yerdə çəkmək məqsədi olduğunu, Şahid4 onun kartına narkotik üçün pul atmadığını, bir yerdə istifadə etmək üçün verdiyin, yarısını özünün götürdüyünü, yarısını ona verdiyini, üstündən aşkar edilmiş karta Rəhmanın pul göndərdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 05 yanvar 2025-ci il tarixli 17/5 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 05 yanvar 2025-ci il tarixli 17/6 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 0,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd kağız bükümdəki qurudulmuş marixuana ilə üzərində “Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd kağız bükümdəki qurudulmuş marixuana tərkibinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 ədəd toxum” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi -0,03 qram olan bir ədəd bitki toxumu əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisinin toxumudur. Çətənə bitkisinin toxumu narkotik vasitələrə aid deyil. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2025-ci il tarixli 75 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 13 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan 01 mart 2025-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokolundan görünür ki, 1) “Poco” markalı mobil telefonun “Qalareya” bölməsinə baxış zamanı "xxxx" MMC-yə aid qəbzin olduğu müəyyən edilmişdir, belə ki, 04 yanvar 2025-ci il tarixdə saat 15:12-də Şahid4 “Millön ödəmə terminalı vasitəsilə” Təqsirləndirilən şəxs istifadəsində olan 416973xxxxxx4345 saylı mobil nömrəyə 10 manat pul göndərmişdir. 2) Daha sonra “Poco” markalı mobil telefonun “Whatsapp” ani mesajlaşma tətbiqinə baxış zamanı Təqsirləndirilən şəxs ilə aralarında olan səsli şəkildə mesajların olması aşkar edilmişdir. 1) Şahid4 Təqsirləndirilən şəxs göndərdiyi 0.58 saniyədən ibarət səsdə Şahid4 “qaqa hansı üzdən zəng eləmisən deyəndə, nolub ki Allaha şükür şər... etməmişik, g.... etməmişik, o... etməmişik. İndi problem çıxır başımıza o qədər işlər gəlir ki. olmayıb guya səndə? indi nolub ki hər şeydən ötrü insan-insanın xətrinə dəyər? Nağarmışam ki sənə nə pisliyim dəyib ki ay priziv? Mənə elə kobud cavab verirsən. Yenədə eləmirsən eləmərəm Allah canını sağ eləsin, Allah balalrını saxlasın, nolar amma mən sənə pis olmamışam” deyə bildirmişdir. 2) Təqsirləndirilən şəxs Şahid4 göndərdiyi 0.14 saniyədən ibarət səsdə Təqsirləndirilən şəxs “ə bəs mən sənə veşilka zadam? Məni orda gözlədə-gözlədə qalmısan. Gəlmirdin gəlmirdin da oğlunun d.... kimi gəleydin. Bir kəlmə deyərdin ki mən gələ bilmirəm priziv. Mən uşağam sənə? yoxsa gədəyəm-güdəyəm deyə bildirmişdir. 3) Şahid4 Təqsirləndirilən şəxs göndərdiyi 0.58 saniyədən ibarət səsdə Şahid4 “əstağirullah qaqa, əstağirullah. Sən mənim qardaşımsan, dostumsan, canımsan ciyərimsən. Düz deyirsən ee qaqa səhvsiz insan yoxdu. Bəli səhvim var, üzr istəyirəm ona görə səndən. Amma vAllah, Allaha and olsun deyirəm səbəbi vare səbəbi puldu. Nəsimiylə telefonda dalaşdıq, sözümüz-söhbətimiz düşdü. Ona görə əsəbimdən, nervimdən partlayırdım. Telefonla onnan danışırdım. Ona görə belə g..lərə görə sənin yanında yalançı çıxdım, qaqa. Ona görə əndən üzr istəyirəm. Amma qaqa Quran haqqı mənim burda heç bir təqsirim yoxdur. səni burda fırlatmaq, əstağfirullah, gədə nədi ə qaqa səni istəməyənlərdi gədə. Sən gədə olsaydın, yəni biz gədə olsaydıq, bir-birimizlə söhbət eləməzdik, ünsiyyət eləməzdik. O nə deməkdi. Allahaqqı, Quran haqqı mənim günhımdı. Bilirəm, bağışla. Vallahdakı, billahdakı, yəni şərəfsizlərə görə, pula görə, maddi şeyə görə belə problemi oldu. Dedim ki g.. dən alaram cibimdə özümün 10 manat pulum var idi, onu verərəm sonra gedib ondan alaram. O da alınmadığına görə dedim ki, bunun içinə p... Noldu e mənim bütün işim daşdan keçir. Quranhaqqı qaqa səhv insana məxsusdu da, səhvsiz insan yoxdu. Üzrlü say da qaqa, bu dəfə də da nağaraq bağışla” deyə bildirmişdir. 4) Təqsirləndirilən şəxs Şahid4 göndərdiyi 0.58 saniyədən ibarət səsdə Təqsirləndirilən şəxs ” ay priziv, məni onu başa düşdüm ee qaqa. Deyirəm ki qaqa o mənim günahımdı bəs? sən görsən sənin o səhlənkarlığında da qaqa. Mənə deyirsən ki bu yandan hə 10 manat var, hə gəlirəm verirəm, indi çıxıram, çayımı içib qurtarıb bu dəqiqə çıxıram. Mən də sənə deyirəm ki, səni burda oturub gözləyirəm. Elədi? Sözümüz elə oldu da bizim dalıyla səni yığıram nə telefona cavab verirsən nə bir şey edirsən. Sözüm ağzımda yarımçıq qalmış adboy verib söndürürsən. Neçə dəfə belə olacaq ee. Keçən dəfə bir belə elədin. Bu səfər bir belə elədin. Keçən səfər bir allatdın məni, bu səfər bir allatdın. Qaqa məndən sən yalançılıq görmüsən? Məndən sən özünə qarşı hörmətsizlik görmüsən? Adam adama belə hərəkət eliyər? Məndə adamı yandırıb tökən odu da ki, mən sənə həmişə yaxşı olmağa , yaxşı kimi də hərəkət eləmişəm, sən mənə bu cür hərəkət edirsən ay brat. 5) Şahid4 Təqsirləndirilən şəxs göndərdiyi 0.18 saniyədən ibarət səsdə Şahid4 “hə priziv, şeydi nağarım? Diyim demişəm, şeydi pulu atıram indi, vurummu pulu, şeyliyim 10 manat, 10 manat şeyliyim, vurum, gələndə də qalmışını özüm qoyacam ora götürərsən. İş materiallarında olan 03 mart 2025-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokolundan görünür ki, 1) “Tecno” markalı mobil telefonun “Birbank” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, 04 yanvar 2025-ci il tarixdə saat 15:12-də Təqsirləndirilən şəxs istifadəsində olan **********214345 saylı mobil nömrəyə 10 manat pul mədaxil olmuşdur. 2) Daha sonra “Tecno” markalı mobil telefonun “Whatsapp” ani mesajlaşma tətbiqinə baxış zamanı Şahid4 ilə aralarında olan səsli şəkildə mesajların olması aşkar edilmişdir. 1) Şahid4 Təqsirləndirilən şəxs göndərdiyi 0.58 saniyədən ibarət səsdə Şahid4 “qaqa hansı üzdən zəng eləmisən deyəndə, nolub ki Allaha şükür şər... etməmişik, g.... etməmişik, o... etməmişik. İndi problem çıxır başımıza o qədər işlər gəlir ki. olmayıb guya səndə? indi nolub ki hər şeydən ötrü insan-insanın xətrinə dəyər? Nağarmışam ki sənə nə pisliyim dəyib ki ay priziv? Mənə elə kobud cavab verirsən. Yenədə eləmirsən eləmərəm Allah canını sağ eləsin, Allah balalrını saxlasın, nolar amma mən sənə pis olmamışam” deyə bildirmişdir. 2) Təqsirləndirilən şəxs Şahid4 göndərdiyi 0.14 saniyədən ibarət səsdə Təqsirləndirilən şəxs “ə bəs mən sənə veşilka zadam? Məni orda gözlədə-gözlədə qalmısan. Gəlmirdin gəlmirdin da oğlunun d.... kimi gəleydin. Bir kəlmə deyərdin ki mən gələ bilmirəm priziv. Mən uşağam sənə? yoxsa gədəyəm-güdəyəm deyə bildirmişdir. 3) Şahid4 Təqsirləndirilən şəxs göndərdiyi 0.58 saniyədən ibarət səsdə Şahid4 “əstağirullah qaqa, əstağirullah. Sən mənim qardaşımsan, dostumsan, canımsan ciyərimsən. Düz deyirsən ee qaqa səhvsiz insan yoxdu. Bəli səhvim var, üzr istəyirəm ona görə səndən. Amma vAllah, Allaha and olsun deyirəm səbəbi vare səbəbi puldu. Nəsimiylə telefonda dalaşdıq, sözümüz-söhbətimiz düşdü. Ona görə əsəbimdən, nervimdən partlayırdım. Telefonla onnan danışırdım. Ona görə belə g..lərə görə sənin yanında yalançı çıxdım, qaqa. Ona görə əndən üzr istəyirəm. Amma qaqa Quran haqqı mənim burda heç bir təqsirim yoxdur. səni burda fırlatmaq, əstağfirullah, gədə nədi ə qaqa səni istəməyənlərdi gədə. Sən gədə olsaydın, yəni biz gədə olsaydıq, bir-birimizlə söhbət eləməzdik, ünsiyyət eləməzdik. O nə deməkdi. Allahaqqı, Quran haqqı mənim günhımdı. Bilirəm, bağışla. Vallahdakı, billahdakı, yəni şərəfsizlərə görə, pula görə, maddi şeyə görə belə problemi oldu. Dedim ki g.. dən alaram cibimdə özümün 10 manat pulum var idi, onu verərəm sonra gedib ondan alaram. O da alınmadığına görə dedim ki, bunun içinə p... Noldu e mənim bütün işim daşdan keçir. Quranhaqqı qaqa səhv insana məxsusdu da, səhvsiz insan yoxdu. Üzrlü say da qaqa, bu dəfə də da nağaraq bağışla” deyə bildirmişdir. 4) Təqsirləndirilən şəxs Şahid4 göndərdiyi 0.58 saniyədən ibarət səsdə Təqsirləndirilən şəxs ” ay priziv, məni onu başa düşdüm ee qaqa. Deyirəm ki qaqa o mənim günahımdı bəs? sən görsən sənin o səhlənkarlığında da qaqa. Mənə deyirsən ki bu yandan hə 10 manat var, hə gəlirəm verirəm, indi çıxıram, çayımı içib qurtarıb bu dəqiqə çıxıram. Mən də sənə deyirəm ki, səni burda oturub gözləyirəm. Elədi? Sözümüz elə oldu da bizim dalıyla səni yığıram nə telefona cavab verirsən nə bir şey edirsən. Sözüm ağzımda yarımçıq qalmış adboy verib söndürürsən. Neçə dəfə belə olacaq ee. Keçən dəfə bir belə elədin. Bu səfər bir belə elədin. Keçən səfər bir allatdın məni, bu səfər bir allatdın. Qaqa məndən sən yalançılıq görmüsən? Məndən sən özünə qarşı hörmətsizlik görmüsən? Adam adama belə hərəkət eliyər? Məndə adamı yandırıb tökən odu da ki, mən sənə həmişə yaxşı olmağa , yaxşı kimi də hərəkət eləmişəm, sən mənə bu cür hərəkət edirsən ay brat. 5) Şahid4 Təqsirləndirilən şəxs göndərdiyi 0.18 saniyədən ibarət səsdə Şahid4 “hə priziv, şeydi nağarım? Diyim demişəm, şeydi pulu atıram indi, vurummu pulu, şeyliyim 10 manat, 10 manat şeyliyim, vurum, gələndə də qalmışını özüm qoyacam ora götürərsən. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmünə əsasən həmin Məcəllənin 221.3cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 28 gün azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin olunmuş cəza 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 21 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi –1986-ci il təvəllüdlü X5, 2007-ci il təvəllüdlü X6 və 2009-cu il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 21 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təsirli bilərək narkotik vasitə satmadığını bildirsə də, onun həmin ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri və iş materialları ilə təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 04 yanvar 2025-ci il tarixdən 06 yanvar 2025-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,14 qramı, 01 (bir) ədəd narkotik təbitəli çətənə (kannabis) bitkisinin toxumu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Şahid4 aşkar olunaraq götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,20 qramına Ağdaş Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli 3(014)- 192/2025 saylı qərarında münasibət bildirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 179 (yüz yetmiş doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 yanvar 2025-ci il tarixdən 06 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzasının bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,14 qramı, 01 (bir) ədəd narkotik təbitəli çətənə (kannabis) bitkisinin toxumu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Şahid4 aşkar olunaraq götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,20 qramına Ağdaş Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli 3(014)-192/2025 saylı qərarında münasibət bildirildiyi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 179 (yüz yetmiş doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar