Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-32/2021 10.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 oğlunun Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə xx.xx.2004-cü илдя Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respubilkası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvələr məhkum olunmamış, Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 13/3 saylı ünvanda qeydiyyatda olan, xx.xx.2021-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin xx.xx.2020-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq o, ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalari”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il 161 №-li Qərarının 4.5.5-ci və 4-1.2-ci bəndlərinə zidd olaraq xx.xx.2020-ci il tarixdə, saat 09 radələrində yaşadığı evi tərk edərək ünvan 1 saylı ünvandan çıxaraq piyada Ağdaş şəhəri Heydər xiyabanında yerləşən Habil Əliev adına musiqi məktəbinin qarşısına gəlmiş və bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq “COVİD-19” xəstəliyin yayılması üçün real təhlükə yaratmış,həmin gün saat 10:30 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş xəstəxanasında “COVİD- 19” xəstəliyinə qarşı test verdiyini və onunla əlaqə saxlanılması üçün xəstəxanaya ***-***- **-** saylı mobil nömrəsini verdiyini, həmin vaxt xəstəxanada ona və anasına xəstəxanada iltizam imzaladıldığını və həmin itizamda iltizamı imzaladığı tarixdən testin nəticəsi təqdiqlənən tarixdək olduğu yeri tərk etməyi, əgər testin nəticəsi pozitiv çıxarsa 14 gün müddətində olduğu yer üzrə təcriqd olunmağı və yaşayış yerini tərk etməyi, həmçinin sahə həkiminə xəstəliyin izlənməsi, müvafiq müalicə tədbirlərinin həyata keçirilməsi üçün müvafiq şərait yaratmağı göstərildiyini, əks halda inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə ona xəbərdarlıq edildiyini, daha sonra xx.xx.2020-ci il tarixdə saat 19-14 radələrində “COVİD-19” xəstəsi olmağı və yaşadığı yeri tərk etməməyi, əks halda buna görə məsuliyyət daşımağı barədə ona xəbərdarlıq edilməyi barədə onun nömrəsinə mesaj gəldiyini, bundan sonra həmin gün xəstəxanadan onlara zəng etdiklərini və ona növbəti mesaj gələnə qədər yaşayış yerini tərk etməyi barədə məlumat verildiyini, daha sonra GEM-dən ona xəbardarlıq edildiyini və gəlib yaşadığı evi dərmanladıqlarını, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində evdə darıxdığı üçün küçəyə çıxdığını və piyada Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Ağdaş şəhəri Parkı tərəfə getdiyini, həmin gün saat 10-30 radələrində musiqi məktəbinin yaxınlarında onun mobil telefonuna zəng gəldiyini və özlərini polis əməkdaşları kimi təqdim edən şəxslərin onun harada olduğunu soruşduqlarını, onlara musiqi məktəbinin yanında olduğunu bildirdiyini, daha sonra polis əməkdaşlarının xüsusi geyim formasında onun yanına gəldiklərini və ona karantin qaydalarını pozduğumu bildirdiklərini, onu video görüntüyə aldıqlarını, daha sonra polislərin onu gətirib evə düşürdüklərini və ona evdən çıxmamağını tapşırdıqlarını, testininin nəticəsinin pozitiv olmasını xx.xx.2020-ci il tarixdə istifadə etdiyi ***-***-**-** saylı mobil telefonuna mesaj gələndə və xəstəxanadan ona bu barədə məlumat verəndə bildiyini, həmin mesajı və iltizamı oxuduğunu, lakin darıxdığı üçün küçəyə çıxdığını, göstərmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ağdaş rayon xəstəxanasının TTTY-nin müdiri vəzifəsində işlədiyini, pandemiya ilə əlaqədar vətəndaşlardan COV-19 test nümunələrinin götürülməsinin onlara həvalə olunduğunu, bununla əlaqədar onlara müraciət edən vətəndaşlardan test nümunəsi götürdüklərini və nəticəsinin müəyyən edilməsi üçün müvafiq labaratoriyaya göndərdiklərini, həmçinin vətəndaşların test verən zaman onların ünvanını və əlaqə nömrəsini qeyd etdiklərini və testin nəticələri çıxdığı zaman onlarla əlaqə saxlayıb lazımi məlumat verdiklərini, onları ilkin olaraq təlimatlandırdıqlarını, daha sonra evdə müalicə alan xəstələrin müayinəsi və onların səhhətinin diqqət mərkəzində saxlanması üçün həmin şəxsin adını və ünvanını Ailə sağlamlıq mərkəzinə (ASM) və həmin şəxlərin karantin rejimi qaydalarını pozmasına nəzarət edilməsi üçün RPŞ-nə göndərdiklərini, bundan əlavə testin nəticələri pozitiv çıxmış şəxslərin evlərinin dizinfeksiya edilməsi üçün GEM-ə də məlumat verildiyini, həmçinin test verən şəxslərə onlar tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 377S nörməli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 saylı əlavə ilə nəzərdə tutulmuş “COVİD-19 virus infeksiyasının təyin olunması üçün laboratoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamə” imzalatdırıldığını, həmin iltizamnamədə test verən şəxsin iltizamnamə imzalanan tarixdən testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməməli olduğu, iltizamnamə imzalayan şəxslərdən hər hansı birində COVİD-19 infeksiyası aşkar olunduqda testin nəticəsi çıxdığı tarixdən etibarən 14 gün ərzində olduğu yer üzrə təcrid olunmalı olduğu, sahə həkiminə xəstəliyin izlənməsi, müvafiq müalicə tədbirlərinin həyata keçirilməsi üçün zəruri şərait yaratmalı olduğu göstərildiyini, xx xxxxxx 2020-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Covid-19 pandemiyasının yoxlanılması ilə bağlı test verməyə gəldiyini və özünü narahat hiss etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs test nümunəsi götürdüklərini və daha sonra ona müvafiq iltizamnamə imzalatdıqlarını, bundan sonra Təqsirləndirilən şəxs götürülmüş testin nəticələrini laboratoriyaya göndərdiklərini, xx.xx.2020-ci il tarixdə laboratoriyadan testin nəticələrinin gəldiyini və nəticələrə əsasən Təqsirləndirilən şəxs COVİD-19 virus infeksiyası olduğu aşkar edildiyini, dərhal özünün istifadəsində olan 055/***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs əlaqə saxlamaq üçün xəstəxanada qoyduğu ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyini və ona testin nəticəsinin pozitiv olduğunu və 14 gün ərzində yaşayış yerini tərk etməməyini, mülaicəsi ilə bağlı ASM tərəfindən onunla əlaqə saxlanılacağını bildirdiyini, həmçinin Sabirə birdə evdə müalicə aldığı təqdirdə yaşadığı yeri tərk etməməyini, əks halda cinayət və ya inzibati məsuliyyət daşıyacağını izah etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin sahə rəisi vəzifəsində işlədiyini, mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri Pozitiv çıxan şəxslər barədə RPŞ-nə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq əməkdaşlara verildiyini, bundan sonra əməkdaşlar tərəfindən həmin siyahı üzrə COVİD-19 testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməməsinin onlar tərəfindən yoxlanıldığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 10:30 radələrində Ağdaş RPŞ-nin polis nəfərləri Şahid3, Şahid2 və digərləri ilə birlikdə reyd keçirərkən Ağdaş şəhəri M.Ə.Rəsulzadə 13/3də yaşayan xx.xx.2020-ci il tarixdə verdiyi COVİD-19 testinin nəticələri pozitiv çıxmış xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yerini tərk etdiyini müəyyən etdiklərini və onunla əlaqə saxladıqdan sonra Ağdaş şəhəri Musiqi məktəbinin yanında olduğunu müəyyən etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs videogörüntüsünün çəkildiyini və Təqsirləndirilən şəxs ona testin Pozitiv çıxması barədə mesaj daxil olduğunu, lakin darıxdığı üçün yaşayış yerini tərk etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs bir daha xəbərdarlıq edildikən sonra evlərinə yola salındığını bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Ağdaş şəhəri, M.Ə. Rəsulzadə küçəsi, ev 13/3 qeydiyyatda olan, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində COVİD-19 infeksiyasına görə yaxma nümunəsi götürülmüş, xx.xx.2020-ci il tarixində nəticə pozitiv çıxmışdır. xx.xx.2020-ci il tarixində evdə müşahidəyə götürülmüşdür.xx.xx.2020-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in TTTYŞ-nin həkimi Şahid4 ***-***-**-** nömrəli mobil telefona zəng edərək, test nəticəsi haqqında məlumat vermiş və təcrid olunmasına dair iltizamnamə imzalatmışdır. qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmayıb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 414 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi 13/3 №il evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Qanuni nümayəndə-atası: X2-anası; X3-qardaşıdır. Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən və iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, yetkinlik yaşına çatmayan şəxs olması və əvvəllər məhkum olunmamasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs oğluna məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM- 193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Ağdaş rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Ağdaş rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 25 saat hüquqi xidmətə görə 150 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-32/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-32/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver