Məhkəmə qərarları › İş №1(014)-32/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-32/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-32/2022 07.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Göyçay rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs olunan tarixədək həmin ünvanda yaşayan, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək xx.xx.2017-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmə əsasən məhkumluğu ödənilməmiş, Göyçay Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəsissəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını təkrarən gizli olaraq talamışdır. Belə ki, o, 2021-ci ilin iyun ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanına hasardan həyətyanı sahəyə qanunsuz daxil olaraq fərdi yaşayış evinə qapıdan keçmə yolu ilə həmin evdən 1 ədəd “Sony Bravia” markalı, 62 diaqonallı, qara rəngli 150 manat dəyərində televizoru və 1 ədəd gümüşü rəngli paslanmayan metaldan olan 7 litrlik 120 manat dəyərində samovarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğdə maddi ziyan vurmaqla həmin əmlakı oğurlamışdır. Bundan sonra, o, təkrarən 2021-ci ilin iyul ayının sonlarında gecə saat 23:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yerləşən həyət evinin mişar daşı ilə hörülmüş daş hasardan aşaraq açıq vəziyyətdə olan pəncərədən mənzilə qanunsuz olaraq divardan asılı vəziyyətdə olan 150 (yüz əlli) manat dəyərində 1 (bir) ədəd “Toshiba” markalı televizoru və mənzilin digər otağından 100 (yüz) manat dəyərində 1 (bir) ədəd 7 litr su tutumu olan odun samovarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla həmin əmlakı oğurlamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Nizami küçəsi dalan 14, ev 2-də yaşadığını və hal-hazırda işsiz olduğunu, 2017-ci ildə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 il müddətində məhkumluğu olduğunu, maddi imkanı olmadığı üçün oğurluq etmək qərarına gəldiyini, 2021-ci ilin iyul ayında avtobusla Mingəçevir şəhərində yerləşən çimərliyə çimmək üçün getdiyini, avtobusla Ağdaş rayonu ərazisindən keçən zaman yol kənarında olan fərdi yaşayış evinin çöl darvazasında qıfıl olduğunu gördüyünü, Mingəçevirdən avtobusla geri qayıdanda həmin evin qapısında yenə də qıfıl olduğunu gördüyünü və evdə heç kim yaşamadığını bildiyini, avtobusdan Ağdaş rayonunda həmin evin yanında düşdüyünü, yolda heçkimin olmadığını görərək həyətyanı sahənin daş hasarından həyətə daxil olduğunu, evin pəncərəsi açıq olduğu üçün pəncərədən içəriyə daxil olduğunu, ilk daxil olduğu otaqda divarda asılı vəziyyətdə olan televizor olduğunu gördüyünü və həmin “Toshiba” markalı qara rəngli televizoru həmin yerdən açdığını, sonra isə digər otağa daxil olaraq orada olan gümüşü rəngli 1 ədəd samovarı oğurlayaraq evdən çıxdığını, oğurladığı televizoru özü ilə apardığı 1 ədəd ağ rəngli sintetik çantaya qoyduğunu, samovarı isə əlində götürdüyünü, küçəyə çıxdıqdan sonra yol kənarında gözlədiyini və yoldan keçən avtomobillərə Göyçay rayonuna getmək üçün əl işarəsi etdiyini, bu zaman “Kamaz” markalı yük avtomobilinin saxlayaraq onu Göyçay şəhərinə gətirdiyini, həmin televizoru və samovarı 4 gün yaşadığı evin yanında olan çay kənarındakı beton daşların arasında gizlətdiyini, sonra isə oğurladığı televizoru Rafiq adlı tanışına 100 manata satdığını, samovarı isə Göyçay şəhərində yerləşən Bəxtiyar adlı şəxsin metal qəbulu məntəqəsinə 30 manata satdığını, həmin satmış olduğu 1 ədəd samovardan əldə olunmuş 30 manat pulu öz şəxsi məqsədləri üçün xərclədiyini, oğurluq hadisəsini konkret olaraq hansı tarixdə olduğunu unutduğunu, lakin 2021-ci ilin iyul ayının sonlarında gecə 23:00 radələrində Göyçay rayonundan Ağdaş rayonu istiqamətində asfalt yolun kənarındakı fərdi yaşayış evində olduğunu, ancaq hansı kənd olmasını bilmədiyini, oğurluq edən zaman tək olduğunu, həmçinin oğurluğa girən və çıxan zaman onu heç kimin görmədiyini, 2021-ci ilin iyun ayının ortalarında gecə saatlarında ünvan 4 ünvanında qapıda olan qıfılı gördüyünü və evdə heçkim yaşamadığını bilərək həyətyanı sahənin daş hasarından həyətə daxil olduğunu, evin qapısının isə taxtadan olduğunu, ev qapısının kilidli olmadığını görüb içəriyə daxil olduğunu, evin içərisinə daxil olan kimi birinci otaqda, yəni qonaq otağında televizor olduğunu gördüyünü, televizoru evin içərisindən götürüb həyətə çıxdığını, həyətə baxan zaman yerdə 1 samovar olduğunu gördüyünü, televizorla birlikdə həmin samovarı da götürərək hasardan qalxıb həyətdən küçəyə çıxdığını, oğurladığı televizoru və samovarı yaşadığı evin yaxınlığında olan çay kənarındakı beton daşların arasında gizlətdiyini, həmin günün səhəri oğurladığı televizoru və samovarı satmaq qərarına gəldiyini, Rafiq adlı tanışını yalandan aldadaraq özünə məxsus televizor və samovar satacağını və müştəri axtardığını dediyini, Rafiqin isə ona samovara ehtiyacının olmadığını, lakin televizor almaq istədiyini dediyini, Rafiqlə razılaşaraq oğurladığı televizoru 50 manata Rafiqə satdığını, həmin gündən təxminən 10 gün sonra isə samovarı Göyçay şəhəri Yuri Kavalyov küçəsində yerləşən Bəxtiyar adlı şəxsin metal qəbulu məntəqəsinə 30 manata satdığını, 2021-ci ilin iyun ayının ortalarında Göyçay rayonundan 01 ədəd “Sony” markalı qara rəngli televizor və 1 ədəd gümüşü rəngli, tutacaq yeri qara rəngli olan samovar oğurladığını, bundan sonra 2021-ci ilin iyul ayının sonlarında Ağdaş rayonu ərazisindən 1 ədəd “Toshiba” markalı televizor və 1 ədəd samovar oğurladığını, hər iki oğurluğu edən zaman tək olduğunu, “Sony” markalı televizoru 50 manata, “Toshiba” markalı televizoru 100 manata tanışı Rafiq adlı şəxsə, 2 ədəd samovarları isə Bəxtiyarın metal qəbulu məntəqəsinə hər birini 30 manata satdığını, Rafiq adlı şəxsin ondan televizorları alarkən oğurluq olması barədə məlumatı olmadığını, Bəxtiyar adlı şəxsin metal qəbulu məntəqəsinə satdığı samovarları ondan alarkən oğurluq olması barədə məlumatı olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs1 ifadəsində təxminən 26 ildir ki, ailəli olduğunu, iki oğlan övladının olduğunu, övladlarının ikisinin də ailəli olduqlarını, onların ikisinin də öz ailələri ilə onunla birlikdə yaşadıqlarını, ünvan 5 ünvanında birmərtəbəli fərdi yaşayış evinin olduğunu, həmin evin pəncərələrinin plastikdən ibarət olduğunu, evə giriş qapısı dəmir seyf qapısı olduğunu, qapının zamokla bağlandığını, evin 3 otaq, bir zal, bir mətbəxdən və sanuzel qovşağından ibarət olduğunu, həyətə giriş dəmir qapıdan ibarət olduğunu, həyətə giriş əl qapısının qıfılla bağlandığını, dəmir qapının kənarlarının isə mişar daşlarından ibarət olduğunu, ailəsini dolandırmaq məqsədi ilə övladları, onların ailəsi, həmçinin də öz həyat yoldaşı ilə birlikdə 2021-ci ilin mart ayının axırlarında Bakı şəhərinə işləmək üçün getdiklərini, həmin vaxtdan xx.xx.2021ci il tarixədək Bakı şəhərində fərdi əməklə məşğul olub Bakı şəhəri Biləcəri qəsəbəsində kirayəşin qaldıqlarını, xx.xx.2021-ci il tarixdə axşam radələrində ailəsi ilə birlikdə Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən fərdi yaşayış evinə gəldiyini, həyətə giriş dəmir qapısının qıfılını açıb həyətə daxil olduğunu, həmin zaman evin giriş qapısının sol tərəfində yerləşən plastik pəncərənin açıq vəziyyətdə olduğunu gördüyünü, dərhal evin giriş qapısının zamokunu açıb evə daxil olduğunu, evdə hər hansı bir əşyalarının oğurlanıb-oğurlanmamasını müəyyən etmək üçün evə baxış keçirdiyini və bu vaxt evdə olan əşyalarının bir neçəsinin dağınıq vəziyyətdə olduğunu gördüyünü, evin yataq otağında olan qara rəngli “Toshiba” markalı plazma televizor, həmçinin də evdən digər yataq otağından 7 litr su tutumlu dəmir samovar oğurlandığını gördüyünü, evindən digər başqa əşyaların oğurlanmadığını, oğurluq edən şəxslərin qonşuluqda yaşayanlardan olacağını fikirləşdiyini, ona görə polisə ərizə ilə müraciət etmədiyini, həmin şəxsin peşmanlıq keçirib gətirib onun əşyalarını qaytaracağını, polisə ərizə versə polis şöbəsinə gedib gəlməyə vaxtı olmayacağını fikirləşdiyini, buna görə də polis şöbəsinə ərizə ilə müraciət etmədiyini, lakin müddət keçməsinə baxmayaraq oğurluq edən şəxslərin onun əmlakını qaytarmadıqlarını, polisə ərizə ilə müraciət etməyi fikirləşdiyini, məlum oğurluq edən şəxslərin polis əməkdaşlarının tərəfindən tapılmasını fikirləşdiyini və onların barəsində qanuni tədbir görülərək ona dəymiş ziyanlıq ödənildiyini, ona görə də xx.xx.2021-ci il tarixdə ərizə ilə Ağdaş RPŞ-yə müraciət edərək evindən oğurlanmış 250 manat dəyərində 1 ədəd “Toshiba” markalı televizor və 1 ədəd 100 manat dəyərində 7 litr su tutumlu samovar tapılaraq ona qaytarıldığını, evindən oğurluq olunma tarixini dəqiq bilmədiyini, çünki həmin vaxtlar Bakı şəhərində olduqlarını, evdə heç kim olmadığını, evindən də 250 manat dəyərində 1 ədəd “Toshiba” markalı televizor və 1 ədəd 100 manat dəyərində 7 litr su tutumlu samovar oğurlandığını, xx.xx.2021-ci il tarixdə əşyalarının oğurlanmasını bildiyi üçün də həmin əşyaların həmin tarixdə oğurlanmasını qeyd etdiyini, oğurluq nəticəsində ona 350 manat maddi ziyan dəydiyini, şübhələndiyi şəxs və ya şəxslərin olmadığını, evində ilk dəfədir ki, oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs2 ifadəsində heç bir ruhi əsəb və s. xəstəlikdən əziyyət çəkmədiyini, ünvan 6 ünvanında özünə məxsus fərdi yaşayış evi olduğunu, özü Bakı şəhərində yaşasa da, həmin evə 2-3 aydan bir gələrək təxminən 4-5 gün Göyçay rayonunda qalıb yenidən Bakı şəhərinə qayıtdığını, dəqiq tarix yadında qalmasa da, sonuncu dəfə 2021-ci ilin iyun ayının əvvəllərində Göyçay rayonuna gəlib 2-3 gün qalıb Bakı şəhərinə getdiyini, ancaq 11 sentyabr 2021-ci il tarixdə Bakı şəhərindən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə qayıtdığını, evinə daxil olarkən dəhlizdə yataq otağının giriş qapısının kənarında əvvələcdən oraya qoyduğu televizor altının üzərindəki qara rəngli, “Sonya Bravia” markalı 62 diaqonallı televizorun yerində olmadığını gördüyünü, bundan sonra evin digər otaqlarına nəzər salıb həyətə baxan zaman isə evin qarşı tərəfində ağ rəngli soyuducunun yanında olan 1 ədəd gümüşü rəngli, tutacaq yeri qara rəngli olan 7 litr su tutumuna malik samovarın da yerində olmadığını gördüyünü, həmin vaxt artıq evində oğurluq hadisəsinin baş verməsini düşünərək dərhal Göyçay rayon Polis şöbəsinə gəlib oğurluq hadisəsi barədə ərizə ilə müraciət etdiyini, ancaq sonradan rayon polis şöbəsi ilə əlaqə saxlayan zaman ona evindən oğurluq hadisəsini törədən şəxsin Göyçay rayon sakini Təqsirləndirilən şəxs olduğunu bildiyini, evindən ümumi dəyəri 400 manat olan qara rəngli “Sony Bravia” markalı 62 diaqonallı televizor və ümumi dəyəri 120 manat olan 1 ədəd gümüşü rəngli 7 litr su tutumuna malik samovar oğurlandığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində ailə üzvləri ilə Göyçay rayonu Vidadi küçəsi 1, dalan 4, ev 7də yaşadığını və hal-hazırda işsiz olduğunu, Təqsirləndirilən şəxs uzun müddətir ki, tanıdığını, təxminən 2021-ci ilin iyul ayında Əlibala ilə görüşən zaman Əlibalanın ona özünə məxsus televizor satdığını dediyini, özünün də ona televizora ehtiyacının olduğunu və həmin televizoru almaq istədiyini dediyini, belə olub Təqsirləndirilən şəxsla razılaşdığını və həmin televizoru ondan 100 manata aldığını, lakin ona hal-hazırda pulunun olmadığını, televizorun pulunu ona sonra verəcəyini dediyini, həmçinin televizoru aparıb evdə yoxlamağını, işləyirsə pulunu verəcəyini dediyini, televizoru evə apardığını, evdə yoxladığını və televizor işlək vəziyyətdə olduğu üçün Əlibalaya pulunu sonra verəcəyini dediyini, belə olaraq həmin televizorun onun özündə qaldığını, həmin televizorun oğurluq olmasını Əlibalanın ona demədiyini, həmin televizoru Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında 100 manata aldığını, Təqsirləndirilən şəxs aldığı televizorun qara rəngli və markasının da “Toshiba” olduğunu, eyni zamanda 2021-ci ilin iyun ayında Əlibala ilə görüşən zaman Əlibalanın ona özünə məxsus televizor satdığını dediyini, özünün də ona televizora ehtiyacı olduğu üçün Əlibalanın bu təklifi ilə razılaşdığını, bu zaman Əlibala televizoru 50 manata satdığını bildirdiyini, onunla razılaşsa da, ancaq 50 manatı isə televizoru alıb işləyib-işləmədiyinə əmin olduqdan sonra verəcəyini dediyini, elə həmin günü Əlibala televizoru gətirib ona verdiyini, televizora nəzər saldıqda qara rəngli üzərinə “Sony Bravia” sözləri yazılan 62 diaqonallı olmasını gördüyünü, ancaq televizoru evdə yoxlayarkən işlək vəziyyətdə olmadığını görüb ona zəng edib televizorun işləmədiyini və gəlib aparmasını bildirdiyini, ancaq Əlibala televizoru gəlib aparmadığını, bir neçə ay sonra da xx.xx.2021-ci il tarixdə polis əməkdaşlarının yaşadığı evə gələn zaman onlara Əlibalanın ona satdığı qara rəngli “Sony Bravia” markalı, 62 diaqonallı televizoru təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 Hüseynəli oğlu ifadəsində ünvan 9 ünvanında yaşadığını, uzun müddətdir ki, metal tullantılarının qəbulu məntəqəsində işlədiyini, ona gətirilən metaldan ibarət yararsız əşyaları Bakı şəhərində yerləşən polad əritmə zavoduna göndərdiyini, təxminən 2021-ci ilin iyul ayının sonlarında Göyçay rayon sakini Əlibala adlı şəxsin onun metal qəbulu məntəqəsinə gələrək 1 ədəd gümüşü rəngli 7 litr su tutumuna malik odun samovarı gətirərək özünə məxsus olduğunu va pula ehtiyacı olduğundan satmaq istədiyini bildirdiyini, özünün də həmin samovarı Əlibala adlı şəxslə razılaşaraq 30 manat pul qarşılığında aldığını, bir neçə gün sonra da samovarı digər metallarla birlikdə Bakı şəhərində yerləşən metal qəbulu məntəqəsinə göndərdiyini, həmin vaxtdan bir neçə ay sonra Ağdaş rayon Polis şöbəsinə çağrıldığını və Əlibalanın bir neçə ay əvvəl ona satdığı həmin samovarın oğurluq olmasını və samovarın harada olmasını soruşduqda, həmin samovarı polad əritmə zavoduna göndərdiyini, eyni zamanda təxminən 2021-ci ilin iyun ayının axırlarında Əlibala adlı şəxsin onun metal qəbulu məntəqəsinə gələrək 1 ədəd gümüşü rəngli 7 litr su tutumuna malik samovarı gətirərək özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirdiyini, özünün də həmin samovarı Əlibala adlı şəxslə razılaşaraq 30 manata aldığını, bir neçə gün sonra da samovarı digər metallarla birlikdə Bakı şəhərində yerləşən metal qəbulu məntəqəsinə göndərdiyini, həmin vaxtdan bir neçə ay sonra, yəni 12 sentyabr 2021-ci il tarixdə polis əməkdaşlarının ona məxsus metal qəbulu məntəqəsinə gələrək Əlibalanın bir neçə ay əvvəl ona satdığı həmin samovarın oğurluq olmasını və samovarın harada olmasını soruşduqda, özünün də polis əməkdaşlarına həmin samovarı polad əritmə zavoduna göndərdiyini, bundan sonra da rayon polis şöbəsində qeyd etdiyi kimi ifadə verdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/7790 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Toshiba" markalı 26EL933RB model, Belarus Respublikası istehsalı olan televizorun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 150 (yüz əlli) manat, 1 ədəd 7 litr su tutumlu odun samovarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri qaydada orta bazar qiyməti təxminən 100 (yüz) manat müəyyən edilir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6927 saylı ekspert rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 270 manat müəyyən edilir. O cümlədən, 1 ədəd “Sony Bravia" markalı, 62 diaqonallı, qara rəngli televizor 150 manat; 1 ədəd gümüşü rəngli paslanmayan metaldan olan 7 litrlik samovar 120 manat. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən və Göyçay Rayon Məhkəməsinin 18 yanvar 2011-ci il tarixli, 1(046)-4/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilmiş, xx.xx.2011-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə amnistiya elan edilməsi haqqında qərarın 4-cü hissəsinin təsiri altına düşərək cəzası 6 ay azaldılmış və cəza müddəti qurtardığına görə azad edilmişdir. Əhmədov X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu tətbiq edilərək, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(046)-84/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə 2 saylı İstintaq Təcridxanasının 20 may 2022-ci il tarixli, xx/xx-2694 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan cəzası 1 il 10 ay 23 gün təşkil edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon İcra hakimiyyəti başçısının Göyçay şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon İcra hakimiyyəti başçısının Göyçay şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 oktyabr 2021-ci il tarixli, 01-120 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında yaşamaqla ailə tərkibi anası X1 ibarətdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslərdən biri ilə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli hazırkı hökm elan olunduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd “Toshiba” markalı və 1 ədəd “Sony Bravia” markalı televizorlar müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(046)-84/2021 saylı hökmünə əsasən ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli hazırkı hökmün elan olunduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd “Toshiba” markalı və 1 ədəd “Sony Bravia” markalı televizorlar müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs 100 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar