Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-32/2024 14.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etməklə daşıyıb saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,224 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək saxlayıb daşımış, əvvəlcədən Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “Karvansaray”ın giriş hissəsində olan işıq sayğacının içərisinə qoyduğu həmin psixotrop maddənin bir hissəsini, yəni təmiz çəkisi 0,028 qramını 01 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Şahid5 tərəfindən 4169-7388-9496-2665 saylı kart hesabına 10 (on) manat köçürüldükdən sonra sonuncuya satmış, 01 noyabr 2023-cü il tarixdə saat 13:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 Ağdaş şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra RPŞ-nin ünvan 2 ünvanında yerləşən inzibati binasında 01 noyabr 2023-cü tarixdə saat 14:01-dən saat 14:23-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağ rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,028 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi 09 noyabr 2023-cü il tarixdə saat 20:52-dən 21:08-dək Təqsirləndirilən şəxs iştirakı ilə Ağdaş şəhəri, M.İsayev küçəsi, 1 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin giriş qapısının arxa hissəsinin taxtasının üzərindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,196 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, uzun illərdir ki, narkotik vasitə istifadə edir, buna görə də bir neçə dəfə məhkum olunmuşdur, narkotik vasitə istifadəçisi kimi özünü günahkar bilir, lakin o, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Şahid5 də narkotik vasitə satmamış, çünki Ruslan tutularkən o, Bakıda olmuşdur. 29 oktyabr 2023-cü il tarixdə o, Ağdaşa şəhidin 40 mərasimində iştirak etmək üçün gəldikdə Şahid5 ondan 10 manat borc istəmiş, o, isə vermişdir. Daha sonra Ruslan öz borcunu qaytarmaq üçün onun kartına 10 manat pul vurmuşdur. 09 noyabr 2024-cü il tarixdə o, Bakıda tutulub Ağdaşa gətirilmişdir. Cinayət işinin materiallarında qeyd olunan nömrə ona məxsus deyil, o, 050 532 29 72 mobil nömrəsini işlədir. 14 dekabr 2023-cü il tarixdə onun işi bağlansa da 26 ya da 27 dekabr 2023-cü il tarixdə onu yenidən polis şöbəsinə gətirib nəyəsə qol çəkdiriblər, Şahid5 də döyüb boynuna qoymuşlar. Ona şər, böhtan atırlar. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, Şahid5 Ağdaşlı kimi tanıyır, ikisidə taksi fəaliyyəti ilə məşğul olurlar. O, 29 noyabr 2023cü ildə Bakı şəhərinə getmiş, 01 noyabr 2023-cü il tarixdə Şahid5 tutularkən, o, Bakı şəhərində olmuş, 03 noyabr 2023-cü il tarixdə Ağdaş rayonuna gəlmiş, 05 noyabr 2023-cü il tarixdə yenidən Bakı şəhərinə getmiş, 09 noyabr 2023-cü il tarixdə isə Bakı şəhərində tutulmuşdur. O, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. UBER şirkətinin işçisidir. O, ümumiyyətlə Bakı şəhərində yaşayır. O, nə Şahid5, nə də ki, heç kimə narkotik vasitə satmamışdır. O, Binəqədi rayonu Araz 178 də saxlanılmışdır. Saat 15 radələrində saxlanılmamışdır, saat 13-14:30 radələrində saxlanılmışdır. Üzərində şəxsi axtarış Ağdaş rayon Polis Şöbəsində keçirilmişdir. Evinə baxış keçirilərkən müdafiəçi yanında olmuşdur. İbtidai istintaq zamanı əməli etiraf etməyinin səbəbi narkotik vasitələrin təsiri altında olması və Şahid2 ona əməli etiraf etməyəcəyi təqdirdə üzərinə külli miqdarda narkotik vasitə qoyacağını deməsi olmuşdur. Bu barədə müdafiəçisinə bildirməmiş və heç bir orqana müraciət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim məhkəmədə ibtidai istintaq zamanı döyülüb-döyülməməsi və ya təhqir olunub-olunmaması barədə soruşmuş, o, sonradan ona qarşı başqa-başqa hərəkətlər etməsinlər deyə susmuşdur. Bakıdan gətirərkən ona işgəncə vermişlər, onu döymüşlər, lakin bədənində xəsarətlər olmamış, döyülmə faktı barədə də məhkəmədən qabaq heç bir orqana müraciət etməmişdir. O, 050 532 29 78 və 050 732 61 52 nömrələrindən istifadə edir. 050 805 02 81 ona məxsus deyil, 1 noyabrda o, Ağdaşda olmadığı üçün həmin nömrə qeyd edilib. İbdidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə verdiyi ifadəsi elan olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadə edir, həmçinin satışı ilə məşğul olur. Narkotik vasitələrin satışı ilə məhkum olunmuşdur. 01 noyabr 2023-cü il tarixdə səhər saatlarında Ağdaş şəhərində olan zaman əvvəllər tanıdığı, Ağdaş şəhər sakini Şahid5 mobil telefonuna ********** saylı whatsapp nömrəsi ilə zəng etmiş və istifadə etmək üçün psixotrop maddə metamfetamin istəmişdir. O da psixotrop maddə metamfetaminin olduğunu və 10 manata satacağını bildirmişdir. Bundan bir qədər sonra Şahid5 onunla əlaqə saxladığı “whatsapp”a “Kapital Banka” məxsus olmaqla istifadəsində olan **********962665 saylı kart hesab nömrəsini göndərmiş və 10 manat pulu həmin hesab nömrəsinə vurmasını istəmişdir. Saat 12 radələrində Şahid5 “whatsapp” ilə ona zəng edərək kart hesabına 10 manat pul vurduğunu bildirmiş və bununla bağlı qəbz göndərmişdir. O da fərdi yaşayış evində giriş qapısının arxasında saxladığı özünə məxsus 1 ədəd gümüşü rəngli kağız bükümdə saxladığı psixotrop maddə metamfetaminin üzərindən müəyyən qədər götürmüş, gümüşü rəngli kağız bükümə bükmüş və Ağdaş şəhərində yerləşən “Karvansaray” adlanan yerin girişindəki işıq sayğacının içərisinə qoymuşdur. Saat 13 radələrində kartında olan 10 manat pulu çəkmiş və öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 09 noyabr 2023-cü il tarixdə Bakı şəhərinə getmişdir. Həmin tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində piyada gedərkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri istifadə etməkdə, üzərində saxlamaqda və satışında şübhəli olduğunu bildirərək Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş RPŞ-də ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində X8 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Daha sonra təhqiqatçı Elçin Mütəllimov üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. O da sağ əlində olan 1 ədəd “Realme” markalı mobil telefonu və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 4 ədəd 20 manatlıq, 6 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq və mobil telefonun arxasından 1 ədəd ABŞ dollarını təqdim etmişdir. Bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman qanunla qadağan edilmiş əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şifahi sorğu-sual zamanı təhqiqatçı fərdi yaşayış evində narkotik vasitə saxlamağı barədə məlumat olduğunu bildirmişdir. O da fərdi yaşayış evində psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Ağdaş şəhəri, M.İsayev küçəsi ev 1-də yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı, o giriş qapısının arxasında gizlətdiyi 1 ədəd gümüşü rəngli kağız bükümdə olan maddəni təqdim etmişdir. Həmin kağız bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, Ağdaş şəhərində yerləşən Məşəd qəbirstanlığının yaxınlığında tapdığını bildirmişdir. Həmin psixotrop maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,5 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin psixotrop maddə iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 saylı möhürü vurulnuşdur. Təhqiqatçı tərəfindən fərdi yaşayış evinin digər hissələrinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya, predmet və ya maddə aşkar edilməmişdir. Həmçinin, polis əməkdaşları yaxınlaşan vaxt, üzərində şəxsi axtarış və fərdi yaşayış evinə baxış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq edilməmişdir. Eyni zamanda, o, əvvəllər psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Onun fərdi yaşayış evində psixotrop maddə metamfetamin olmasından və həmin metamfetamini evində saxlamağından heç kimin xəbəri olmamışdır. O, 050 825 02 81 mobil nömrəsindən istifadə edir. İbdidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə verdiyi ifadəsi elan olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, özünü təqsirli bilir. Onun 2 ədəd mobil telefonu vardır, bir ədədi smartfon, biri isə sadə telefondur. İstifadəsində olan 050 825 02 81 mobil nömrəsi sadə telefonun içərisindədir və onu demək olar ki özü ilə heç yerə aparmır. Bakı şəhərinə getdikdə izlənilməməsi üçün özü ilə heç yerə aparmamışdır. 1 ədəd smartfon telefonun içərisində olan isə 050 782 61 52 saylı mobil nömrənin Whatsappıdır. Yəni telefonun içərisində nömrə yoxdur, sadəcə olaraq içərisində Whatsappdır, internetdən isə harada Wifi olsa istifadə edir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, həmin ifadələr ona məxsus deyil, ifadələrdən xəbəri yoxdur. İfadələrin altındakı imzalar ona məxsus deyil. 050 825 02 81 mobil nömrə ona məxsus deyil. Şahid5 ona göndərdiyi pulu Bakı şəhərində çıxarmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət vəkil onu tək qəbul etməməsi, onu küllü miqdarda narkotik yükləmələri ilə hədədləməli və onu döymələri ilə əlaqədar olmuşdur. Döyülmə barədə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa məlumat verilməli olduğunu bilir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə özünü təqsirli bildiyini demiş və döyülmə faktı ilə bağlı hakimə heç bir söz deməmişdir. “Şəxsi axtarış” aparılması və “Mənzilə baxış” keçirilməsi zamanı qeydə alınan videoçəkilişə baxış keçirildikdən sonra sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, imza nümunəsini orda eyni çəkməsinə səbəb o, hər yerdə müxtəlif imzalar atır. Polis əməkdaşları özləri həmin narkotik vasitəni onun evinə qoymuşlar, Sonda məhkəmədə son söz söyləyərkən Təqsirləndirilən şəxs bildirdi ki, azyaşlı evladının olmasını və yaşlı anasının olmasını nəzərə alıb ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarışın və mənzilə baxışın qeydə alındığı videogörüntülər və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş rayonu, Cücük kəndində daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş şəhər sakini Şahid5 rayon sakini kimi tanıyır. Onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. 01 noyabr 2023-cü il tarixdə Şahid5 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 01 noyabr 2023-cü il tarixdə saat 13:20 radələrində Şahid5 Ağdaş şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Şahid5 seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Şahid5a narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şahid5 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Şahid5 üzərində şəxsi axtarışa başlanmışdır. Şübhəli şəxs Şahid5 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, üzərində “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Şahid5 əynidəki gödəkçənin sol yan cibindən 01 ədəd üzərində “Kent” yazısı, 01 ədəd açıq halda siqaret dənəsi və 01 ədəd özünəməxsus şəxsiyyət vəsiqəsi, əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən isə quru salfetlər aşkar edilmişdir. Daha sonra Şahid5 üzərində aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən 04 ədəd siqaret dənəsi və 01 ədəd üzərində yazı yazılmış kağız parçası aşkar edilmişdir. Həmçinin, həmin siqaret qutusunun sellofan örtüyünün arasından 01 ədəd kağız büküm aşkar edilmişdir. Daha sonra Şahid5 üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə təxmini çəkisi 0,0 qram olan kütlə müəyyən edilmişdir. Kütləyə baxış zamanı ağ rəngli kristal halda olan psixotrop maddəyə bənzəməsi müəyyən edilmişdir. Bundan sonra 01 ədəd büküm ekspertizaya təqdim olunması üçün 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN-nin 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştitakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Şahid5 üzərindən aşkar edilmiş, üzərində hesab və mobil nömrə yazılmış kağız parçası da, iş üçün əhəmiyyət kəsb etdiyinindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra Şahid5 üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Şahid5 aşkar olunan psixotrop maddənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olmasını, onu istifadə etmək üçün üzərində saxladığını, həmin maddəni 01 noyabr 2023-cü il tarixdə, saat təxminən 12 radələrində Marinanın oğlu Ruslandan 10 manat pul qarşılığında aldığını bildirmişdir. Həmçinin, Şahid5 üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Daha sonra Şahid1 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, o, Şahid5lə bağlı əməliyyatda iştirak etmişdir. Şahid5 Ağdaş şəhəri Cəfər Cabbarlı küçəsində saxlayıb, şöbəyə dəvət etmişlər, müdafiəçinin iştirakı ilə üzərində axtarış aparılmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 01 noyabr 2023-cü il tarixdə Şahid5 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 01 noyabr 2023-cü il tarixdə saat 13:20 radələrində Şahid5 Ağdaş şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Şahid5 seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Şahid5a narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şahid5 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Şahid5 üzərində şəxsi axtarışa başlanmışdır. Şübhəli şəxs Şahid5 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, üzərində “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Şahid5 əynidəki gödəkçənin sol yan cibindən 01 ədəd üzərində “Kent” yazısı, 01 ədəd açıq halda siqaret dənəsi və 01 ədəd özünəməxsus şəxsiyyət vəsiqəsi, əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən isə quru salfetlər aşkar edilmişdir. Daha sonra Şahid5 üzərində aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən 04 ədəd siqaret dənəsi və 01 ədəd üzərində yazı yazılmış kağız parçası aşkar edilmişdir. Həmçinin, həmin siqaret qutusunun sellofan örtüyünün arasından 01 ədəd kağız büküm aşkar edilmişdir. Daha sonra Şahid5 üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə təxmini çəkisi 0,0 qram olan kütlə müəyyən edilmişdir. Kütləyə baxış zamanı ağ rəngli kristal halda olan psixotrop maddəyə bənzəməsi müəyyən edilmişdir. Bundan sonra 01 ədəd büküm ekspertizaya təqdim olunması üçün 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN-nin 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştitakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid5 aşkar olunan psixotrop maddənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olmasını, onu istifadə etmək üçün üzərində saxladığını, həmin maddəni 01 noyabr 2023-cü il tarixdə, saat təxminən 12 radələrində Marinanın oğlu Ruslandan 10 manat pul qarşılığında aldığını bildirmişdir. Həmçinin, Şahid5 üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Bundan başqa, 09 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhərində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış aparılan zaman qanunla qadağan edilmiş əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şahid5 01 noyabr 2023-cü il tarixdə 10 manat qarşılığında psixtrop maddə olan metamfetamin satdığını, həmçinin yaşadığı mənzildə də psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Təqsirləndirilən şəxs mənzilə baxışın keçirilməsinə etiraz etməmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxışa başlanmışdır. Bundan sonra taxta pilləkən ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə çıxılmış, həmin vaxt Təqsirləndirilən şəxs giriş qapısının arxasında olan 01 ədəd gümüşü rəngli kağız bükümdəki ağ rəngli, kristal halında olan maddəni təqdim etmişdir. Həmin gümüşü rəngli kağız büküm açılmış, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs da həmin maddənin psixotrop maddə olduğunu və Ağdaş şəhəri, Məşəd qəbirstanlığının yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddə iştirakçıların qarşısında elektron tərəzidə çəkilmiş və çəkisinin 0.5 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Azad oğlunun üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilərkən və RPŞ-yə gətirilən zaman ona qarşı heç bir zor və güc tətbiq edilməmişdir. Daha sonra Şahid3 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, o, Təqsirləndirilən şəxs Bakıdan gətirilməsində iştirak etmişdir. Lakin ona qarşı heç vaxt heç yerdə zor tətbiq olunmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Şahid5 tanıyır. 01 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı küçədə olarkən qonşusu Ruslan ilə qarşılaşmışdır. Həmin vaxt Ruslan ondan telefonu olmaması səbəbi ilə telefon istəyərək “whatsapp” ilə kiminləsə əlaqə saxlamaq istəmişdir. O, da öz mobil telefonunu Şahid5 vermişdir. Şahid5 kontakda Ruslan adını yazmışdır. Şahid5 kənara çəkilərək “whatsapp” ilə danışmışdır. Həmçinin, ********** saylı whatsapp nömrəsi ona məxsusdur və istifadəsindədir. Daha sonra yanına gələrək Marinanın oğlu Ruslana borcu olduğunu söyləyərək 10 manat borc pul istəmişdir. O da Ruslana üstündə nağd pul olmadığını və kartında pul olduğunu, həmin pulu gedib bankomatdan çıxarmalı olduğunu söyləmişdir. Ruslan da, ona pulu gedib çıxarmaqlarını söyləmişdir. Daha sonra onlar “Beynəlxalq” bankın Ağdaş filialına getmiş və orada bankomatdan kartından 10 manat pul çıxarıb Ruslana vermişdir. Həmçinin, Şahid5 yenə də Marinanın oğlu Ruslan ilə “whatsapp”da danışmışdır. Daha sonra Şahid5 saat 12 radələrində köhnə xəstəxanın yaxınlığındakı marketlərin birində olan elektron ödəmə terminalı vasitəsi ilə Marinanın oğlu Ruslanın ona göndərdiyi kart nömrəsinə 10 manat pul ödəmişdir. Daha sonra yenidən “whatsapp” ilə ödəniş qəbzinin şəklini Marinanın oğlu Ruslana atmışdır. Həmçinin, Şahid5 Təqsirləndirilən şəxs onun “whatsapp”ı ilə atmış olduğu qəbzin şəklini və özünün diskə köçürmüş olduğu səs yazısını təqdim etmişdir. Onlar daha sonra oradan çıxıb getmişlər. 01 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. O, Ruslandan şəhidin yas mərasimində şəxsi ehtiyacı üçün 10 manat borc almışdır. 3 gün sonra million vasitəsi ilə borcu qaytarmışdır. Polis əməkdaşları onu həbs edərkən Ruslana pul göndərdiyi qəbzi onun qarşısına qoyaraq Ruslandan narkotik aldığını deməsini tələb etmişlər, əks təqdirdə onu döyəcəkləri ilə hədələmişlər. Onun ciyərində ciddi problem var, zərbə almaq olmaz, bu səbəbdən onlar dediyi kimi ifadə vermişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Şahid5 bildirdi ki, onun üzərində heç nə aşkar olunmamışdır. Ona edilən hədə qorxu ilə əlaqədar heç bir orqana məlumat verməmişdir. Barəsində İXM-nin 206-cı maddəsi ilə icraat aparılarkən o, heç bir söz deməmişdir. Çünki yenidən məhkəmə olacağını və Ruslanın işi ilə bağlı məhkəməyə gələcəyini bilmişdir. O, hazırda Ruslanı müdafiə edir ki, haqsız yerə həbs olunmasın. Qorxduğu üçün Təqsirləndirilən şəxsla üzləşdirmə zamanı narkotik vasitəni ondan aldığını bildirmişdir. Üzləşmə zamanı ilkin ifadəsini təsdiqləmişdir. Ona qarşı zor tətbiq etməmişlər, o, sadəcə onu vuracaqlarından qorxmuşdur. Onun yaddaşında problem var hansı tarixdə tutulduğunu bilmir. Şübhəli şəxs qismində iki gün saxlanılmışdır. Onun mobil telefonu olmamışdır. Ondan Ruslanın mobil teleffon nömrəsini soruşdular, onun da yaddaşı zəif olduğu üçün polis əməkdaşlarına 050 825 02 81 mobil nömrəsini verərək Ruslana məxsus olduğunu bildirmişdir. Ya da ki həmin nömrə kağızda onun üzərindən çıxmışdır. O, Ruslanla danışarkən Ruslanın Bakıda olduğunu bilmişdir. O, Ruslandan pulu kimə verməli olduğunu soruşduqda sonuncu kart hesabı atdı dedi ki, həmin pulu karta göndər. Üzərində kağız parçasına yazılmış kart hesab nömrəsi və mobil telefonu polislər onun üzərinə qoymuşlar. Bundan sonra Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunur, sonuncu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ara-sıra tapdıqca narkotik vasitə və psixtrop maddə istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ağdaş şəhərində olan zaman əvvəllər tanıdığı, rayon ərazisində narkotik vasitə və psixtrop maddənin satışı ilə məşğul olan Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs zəng edərək istifadə etmək üçün psixotrop maddə metamfetamin olub-olmamasını soruşmaq istəmişdir. Lakin, telefonu və pulu olmadığından küçəyə çıxıb kimdənsə telefon və pul tapmaq qərarına gəlmişdir. Yola çıxdıqda yaxınlıqda yaşayan tanışı Şahid4 görmüş və ondan əlaqə saxlamaq üçün mobil telefon istəmişdir. Təqsirləndirilən şəxs nömrəsini əvvəllər kağız parçasına yazıb saxladığından telefonun kontaktına Ruslan deyə yazmışdır. “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs ********** saylı “whatsapp”na zəng etmişdir. Adi zənglə deyildə, “whatsapp” vasitəsi ilə zəng etməkdə məqsədi telefon danışıqlarının qeydiyyata alınmaması olmuşdur. Vüqarın eşidə bilməyəcəyi şəkildə kənara çəkilmişdir. Təqsirləndirilən şəxs istifadə etmək üçün psixotrop maddə metamfetamin olub-olmamasını soruşmuşdur. O da psixotrop maddə metamfetamininin olduğunu və 10 manata satacağını bildirmişdir. Lakin, onun pulu yox idi. Bu səbəblə zəngi söndürüb Vüqardan Ağdaş şəhəri sakini Marinanın oğlu Ruslana 10 manat borcunun olduğunu bildirərək 10 manat borc pul istəmişdir. Vüqar üstündə nağd pul olmadığını və kartında pul olduğunu, həmin pulu gedib bankomatdan çıxara biləcəyini söyləmişdir. O da Vüqara pulu gedib çıxarmaqlarını söyləmişdir. Daha sonra onlar “Beynəlxalq” bankın Ağdaş filialına getmiş və orada Vüqar bankomatdan kartından 10 manat pul çıxarıb vermişdir. Təqsirləndirilən şəxs ilə yenidən “whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq kart nömrəsini istəmiş, Təqsirləndirilən şəxs da kart nömrəsini yazmışdır. O da sonra lazım olar deyə, həmin kart nömrəsini də Təqsirləndirilən şəxs mobil nömrəsi olan kağız parçasına yazmışdır. Daha sonra isə lazım olmadığı üçün qələmi atmışdır. Köhnə xəstəxananın yaxınlığındakı marketlərin birində olan elektron ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs bildirdiyi **********962665 nömrəli kartına 10 manat pul göndərmişdir. Ödəniş qəbzinin şəklini Təqsirləndirilən şəxs “whatsapp”na atmışdır. Daha sonra yenidən “whatsapp” ilə əlaqə saxlayan zaman maddəni Ağdaş şəhər ərazisində yerləşən “Karvansarayın girəcəyində”, solda sayğacın içində olmasını bildirmişdir. Daha sonra oradan çıxıb getmişlər. O da oraya gedib həmin psixtrop maddəni götürmüş və özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin tarixdə təxminən saat 13:20 radələrində Ağdaş şəhəri, C.Cabbarlı küçəsində piyada gedərkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, əynində olan ağ rəngli gödəkçənin sol cibindən 01 ədəd üzərinə “Kent” yazılmış siqaret qutusunu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, həmin əşyaları masanın üzərinə qoymuşdur. Üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sol cibindən 01 ədəd siqaret dənəsi və göy rəngli cins şalvarın sağ arxa cibindən isə quru salfetlər aşkar edilmişdir. Daha sonra üzərində aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən 04 ədəd siqaret dənəsi və 01 ədəd üzərində yazı yazılmış kağız parçası aşkar edilmişdir. Həmçinin həmin siqaret qutusunun sellofan örtüyünün arasından 01 ədəd kağız büküm aşkar edilmişdir. O, həmin kağız bükümün içərisindəki maddənin psixtrop maddə olan patı olmasını bildirmişdir. Bundan sonra 01 ədəd kağız büküm açılmışdır. Baxış zamanı onun içərisindən ağ rəngli, kristal halında psixtrop maddəyə bənzər maddə aşkar olunmuşdur. Bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildi narkotik vasitəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisinin 0,0 qram olması müəyyən edilmişdir. 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Zərf özü, müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Həmçinin üzərində hesab və mobil nömrə yazılmış, üzərindən aşkar edilmiş kağız parçası da, iş üçün əhəmiyyət kəsb etdiyinindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsinə gətirilərkən heç bir formada təzyiq göstərilməmişdir. Aşkar olunan maddə özünə məxsusdur. “Şəxsi axtarış” aparılması zamanı qeydə alınan videoçəkilişə baxış keçirildikdən sonra sualları cavablandıran Şahid5 bildirdi ki, müdafiəçi ona döyülüb-döyülməməsi və ya təhqir olunub-olunmaması ilə bağlı suallar vermiş, lakin o, ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Kağızda olan hesab nömrəsini və mobil telefon nömrəsini polis əməkdaşlarının dediyi qaydada özü öz xətti ilə yazmışdır. 19 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs 10 manat müqabilində narkotik vasitə almışdır. Ödənişini terminal vasitəsi ilə etmişdir. Keçən məhkəmə iclasında fərqli ifadə verməsinə səbəb Ruslana kömək etmək istəməsi olmuşdur. Ruslandan bir büküm narkotik vasitə almışdır. Keçən məhkəmə iclasının səhəri gün o, Şəkiyə aparılmış, hazırda verdiyi ifadəsini vermək üçün ona heç kim təziq göstərməmişdir. Keçən məhkəmə iclasında verdiyi ifadəsi düzgün deyil, hazırda verdiyi ifadəsi düzdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edib üzərində, yaşadığı ünvanda saxlaması, daşıması, satması, eləcə də qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədi ilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2023cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhərində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Ruslan Lubovun sağ əlində 01 ədəd Realme markalı mobil telefon və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 4 ədəd 20 manatlıq, 6 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq və mobil telefonun arxasından 1 ədəd ABŞ dolları aşkar edilmişdir. Şəxsi axtarış aparılan zaman qanunla qadağan edilmiş əşya, predmet və ya maddə aşkar edilməmişdir. 1 ədəd Realme markalı mobil telefon və pul əskinazları iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə DİN-nin 111 saylı möhürü vurulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şahid5 xx.xx.2023-cü il tarixdə 10 manat qarşılığında psixtrop maddə olan metamfetamin satdığını, həmçinin yaşadığı mənzildə də psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmiş və qərarla tanış edib mənzilinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs mənzilə baxışın keçirilməsinə etiraz etməmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxışa başlanmışdır. Bundan sonra taxta pilləkən ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə çıxılmış, həmin vaxt Təqsirləndirilən şəxs giriş qapısının arxasında olan 01 ədəd gümüşü rəngli kağız bükümdəki ağ rəngli, kristal halında olan maddəni təqdim etmişdir. Həmin gümüşü rəngli kağız büküm açılmış, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs da həmin maddənin psixotrop maddə olduğunu və Ağdaş şəhəri, Məşəd qəbirstanlığının yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddə iştirakçıların qarşısında elektron tərəzidə çəkilmiş və çəkisinin 0.5 qram olması müəyyən edilmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddə 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN-nin 111 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Azad oğlunun üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilərkən və RPŞ-yə gətirilən zaman ona qarşı heç bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkib becərilməsi ilə məşğul olması müəyyən edilməmişdir. Şahid sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs Binəqədi rayonunda saxlamış, Ağdaşda müdafiəçinin iştirakı ilə əməlini etiraf etmişdir, ona qarşı zor tətbiq etməmişdir. O, Şahid5 tutulmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs həbs edərkən əlverişli şərait olmadığı üçün üzərinə dərhal baxış keçirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirərkən Ruslan ayıq vəziyyətdə olmuş, lakin narkotik vasitəyə ehtiyacdan yaranan ağrılarının olduğunu bildirmişdir. Tam ayıq vəziyyətdə də ifadə vermişdir. İş materiallarında olan 09 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 15 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhərində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı polis kapitanı X10 Lobovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində 01 ədəd “Realme” markalı mobil telefonu və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 4 ədəd 20 manatlıq, 6 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq, 17 ədəd 1 manatlıq və mobil telefonun arxasından 1 ədəd ABŞ dollarını təqdim etmiş, başqa qanunla qadağan edilmş əşya, predmet və ya maddə aşkar edilməmiş, 01 ədəd “Realme” markalı mobil telefon və pul əskinazları iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə DİN-nin 111 saylı möhür vurulmuşdur. Təqsirləndirilən şəxs Şahid5 üzərindən aşkar edilərək götürülmüş psixtrop maddəni 10 manata satmasını bildirmişdir. İş materiallarında olan 09 noyabr 2023-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə pilləkən ilə çıxılmış, həmin vaxt Təqsirləndirilən şəxs giriş qapısının arxasında olan 01 ədəd gümüşü rəngli kağız bükümdəki ağ rəngli, kristal halında olan maddəni təqdim etmiş, daha sonra həmin gümüşü rəngli kağız büküm açılmış, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi soruşulmuş. Təqsirləndirilən şəxs da həmin maddənin psixotrop maddə olduğunu və Ağdaş şəhəri, Məşəd qəbirstanlığının yaxınlığından tapdığını bildirmiş, bundan sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddə iştirakçıların qarşısında elektron tərəzidə çəkilmiş və çəkisinin 0.5 qram olması müəyyən edilmiş, daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddə 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmış, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir şey aşkar edilməmiş, baxış videoçəkiliş vasitəsilə aparılmış və videoqeydiyyata alınmış görüntü 01 ədəd disk ilə həmin protokola əlavə edilmişdir. İş materiallarında olan 08 dekabr 2023-cü tarixli mobil telefona baxış protokolundan görünür ki, telefonda mövcud olan "xxxx" ASC-nə məxsus “Birbank” adlanan tətbiqinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs adına açılmış olan, "xxxx" ASC-nə məxsus 4169 7388 9496 2665 saylı bank kartının mövcud olduğu, xx.xx.2023-cü il tarixdə saat 12:15-də 10 manat pul məbləğinin karta mədaxil olduğu, xx.xx.2023-cü il tarixdə saat 13:14-də 10 manat pul məbləğinin kartdan məxaric olduğu müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2023-cü il tarixli 17/776 saylı rəyindən görünür ki, Şahid5 üzərindən aşkar edilmiş 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,028 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 noyabr 2023-cü il tarixli 17/780 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 (bir) ədəd gümüşü-ağ rəngi kağız bükümdə, təmiz çəkisi – 0,196 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd zərfin içərisindəki ayrı-ayrılıqda olan 02 (iki) ədəd gümüşü-ağ rəngi kağız bükümlərdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2023-cü il tarixli 1955 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 18-1-22/2-1732/2023 nömrəli məktubdan görünür ki, Lobov X9 RMX-nin poliklinika şöbəsində “heroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmündən, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 1) Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 27 may 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir; 2) Ağdaş Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli qərarı ilə cəzadan 01 il 01 ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir; 3) Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 76.6.3, 67.1ci maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 11 ay 07 gün hissəsi 06 ay azaldılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 noyabr 2009-cu il təvəllüdlü X11 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 17 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X5, arvadı X2 və oğlu X6 ibarətdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 17 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində saxlanılaraq Ağdaş rayonuna gətirilməsi və döyülərək işgəncə verilməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan X3 31 yanvar 2024-cü il tarixli məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri–hər iki yuxarı və aşağı ətrafda postinyeksiv tropiki köhnə çapıq toxumalar aşkar olundu. Obyektiv müayinə qrafasında isə şikayət yoxdur qeyd olunub Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Şahid5lə danışdığı 050 825 02 81 mobil nömrənin ona məxsus olmadığını bildirsə də, həmin ifadə Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə və 08 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, həmçinin Şahid5 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrlə təkzib olunur. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı döyülməsi və işgəncələrə məruz qalmasına münasibətdə qeyd edir ki, həmin faktlar şahidlərin ifadələri, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərarı və X3 31 yanvar 2024-cü il tarixli məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçası ilə təsdiq olunmur. Bundan əlavə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclaslarında ibtidai istintaq zamanı verdiyi ifadələrin altındakı imzaların ona məxsus olmaması, ümumiyyətlə heç kimə narkotik vasitə satmaması barədə verdiyi ifadələrə tənqidi yanaşır, həmin ifadələrin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə, 09 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinin qeydə alındığı vdeoçəkiliş, həmçinin 09 noyabr 2023-cü il tarixdə mənzilə baxış keçirilməsinin qeydə alındığı videoçəkilişlə, ekspert rəyləri ilə təkzib edildiyini, eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı sənədlər təqdim olunarkən imzaladığı qəbzlərdəki imzaların da ona məxsus olmadığını bildirərək, imzaların ona məxsus olmaması barədə dediklərini şübhə altına almasını nəzərə alaraq, həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və bu səbəbdən Təqsirləndirilən şəxs elan olunmuş ittihamın və barəsində çıxarılan ittiham hökmünün əsasına özünün ibtidai istintaq zamanı verdiyi ifadələrinin, şahidlərin ifadələri ilə yanaşı 09 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinin qeydə ailındığı vdeoçəkilişin, həmçinin 09 noyabr 2023-cü il tarixdə mənzilə baxış keçirilməsinin qeydə alındığı videoçəkilişin, ekspert rəylərinin qoyulmasını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs iki dəfə Ağdaş Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 76.6.3, 67.1-ci maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 13 gün vaxtından əvvəl şərti azad edilməsini və həmin tarixdən 6 il müddət keçmədən yenidən qəsdən hazırki cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində təhlükəli residiv müəyyən olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək iki dəfə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda Təqsirləndirilən şəxs üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin üçdə ikisindən az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin təhlükəli residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan 0,146 qram qalığı, həmçinin Şahid5 üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,008 qram qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və mənzilinə baxış, Şahid5 üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişlərin qeydə alındığı 03 (üç), Təqsirləndirilən şəxs ilə Şahid5 “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə aralarında olan səs yazısının köçürüldüyü 01 (bir) ədəd disk və pul köçürülməsi ilə əlaqədar bank əməliyyatların əks olunduğu qəbz, eləcə də Şahid5 üzərinə şəxsi axtarış həyata keçirilən zaman üzərindən aşkar edilmiş hesab və telefon nömrələrinin əks olunduğu kağız cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 141 (yüz qırx bir) manat 04 (dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 26 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 156 (yüz əlli altı ) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 09 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan 0,146 qram qalığı, həmçinin Şahid5 üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,008 qram qalığı məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və mənzilinə baxış, Şahid5 üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişlərin qeydə alındığı 03 (üç), Təqsirləndirilən şəxs ilə Şahid5 “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə aralarında olan səs yazısının köçürüldüyü 01 (bir) ədəd disk və pul köçürülməsi ilə əlaqədar bank əməliyyatların əks olunduğu qəbz, eləcə də Şahid5 üzərinə şəxsi axtarış həyata keçirilən zaman üzərindən aşkar edilmiş hesab və telefon nömrələrinin əks olunduğu kağız cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi- məhkəmə ekspertizasının dəyəri 141 (yüz qırx bir) manat 04 (dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 26 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 156 (yüz əlli altı ) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-32/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-32/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver