Məhkəmə qərarları › İş №1(014)-32/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-32/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-32/2025 24.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X17 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçilər, Ağdaş rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Ağdaş rayonu, Eymur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, Ağdaş Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Ağdaş rayonu, Eymur kəndində qeydiyyatda olan, Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.2.1-ci, 177.2.2-ci və 177.2.4-cü maddələri ilə, xx xxxx 1998-ci il tarixdə Yevlax rayonu, Qaraoğlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Ərikli kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu, Qaraoğlan kəndində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4-cü maddələri ilə, xx xxxxx 1995-ci il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2023-cü ilin noyabr ayının sonlarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs2 məxsus 1 rəst, sarı rəngli, dişi cinsli, 7 illik, diri çəkisi təxminən 500 kq, təmiz çəkisi 250 kq, 1000 manat dəyərində, Zərərçəkmiş şəxs7 məxsus 1 rəst, sarı rəngli, dişi cinsli, 4 illik, diri çəkisi təxminən 500 kq, təmiz çəkisi 250 kq, 1000 manat dəyərində, Zərərçəkmiş şəxs6 məxsus 1 rəst, sarı rəngli, dişi cinsli, 6 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 800 manat dəyərində, 1 rəst, sarı rəngli, erkək cinsli, 2 illik, diri çəkisi təxminən 250 kq, təmiz çəkisi 125 kq, 500 manat dəyərində olmaqla ümumilikdə 4 rəst atı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs2 1000 manat, Zərərçəkmiş şəxs7 1000 manat və Zərərçəkmiş şəxs6 1300 manat, ümumilikdə zərərçəkmiş şəxslərə 3300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin mart ayının ortalarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs8 məxsus 1 rəst, narıncı rəngli, dişi cinsli, 3 illik, diri çəkisi təxminən 300 kq, təmiz çəkisi 150 kq, 600 manat dəyərində, 1 rəst, narıncı rəngli, dişi cinsli, 1 illik, diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 100 kq, 450 manat dəyərində olmaqla ümumilikdə 2 rəst, Zərərçəkmiş şəxs1 məxsus 1 rəst, qara rəngli, dişi cinsli, 5 illik, diri çəkisi təxminən 500 kq, təmiz çəkisi 250 kq, 1000 manat dəyərində, Zərərçəkmiş şəxs11 məxsus 2 rəst, narıncı rəngli, dişi cinsli, 3 illik, hər birinin diri çəkisi təxminən 600 kq, təmiz çəkisi 300 kq, hər biri 1200 manat dəyərində, Zərərçəkmiş şəxs16 məxsus 1 rəst, sarı rəngli, dişi cinsli, 3 illik, diri çəkisi təxminən 500 kq, təmiz çəkisi 250 kq, 1000 manat dəyərində, Zərərçəkmiş şəxs9 məxsus 1 rəst, boz rəngli, erkək cinsli, 7 illik, diri çəkisi təxminən 600 kq, təmiz çəkisi 400 kq, 2400 manat dəyərində olmaqla ümumilikdə 7 rəst atı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs8 1050 manat, Zərərçəkmiş şəxs1 1000 manat, Zərərçəkmiş şəxs11 2400 manat, , Zərərçəkmiş şəxs16 1000 manat, Zərərçəkmiş şəxs9 2400 manat, ümumilikdə zərərçəkmiş şəxslərə xeyli miqdarda 7850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin aprel ayının əvvəllərində Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs10 məxsus 1 baş, qara rəngli, dişi cinsli, 4 illik, diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 170 kq, 800 manat dəyərində camışı, Zərərçəkmiş şəxs15 məxsus 1 rəst, ağ rəngli, dişi cinsli, 10 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 800 manat dəyərində, 1 rəst, qara rəngli, dişi cinsli, 2 illik, diri çəkisi təxminən 300 kq, təmiz çəkisi 150 kq, 600 manat dəyərində olmaqla ümumilikdə 2 rəst atı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs10 800 manat, Zərərçəkmiş şəxs15 1400 manat, ümumilikdə zərərçəkmiş şəxslərə 2200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin aprel ayının ortalarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs2 məxsus 1 rəst, qara rəngli, erkək cinsli, 2 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 1000 manat dəyərində, 1 rəst, qara rəngli, dişi cinsli, 20 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 1000 manat dəyərində, 1 rəst, sarı rəngli, dişi cinsli, 5 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 1700 manat dəyərində olmaqla ümumilikdə 3 rəst, Zərərçəkmiş şəxs3 məxsus 1 rəst, şabalıdı rəngli, dişi cinsli, 6 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 800 manat dəyərində atları gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs2 3700 manat, Zərərçəkmiş şəxs3 800 manat, zərərçəkmiş şəxslərə 4500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin iyul ayının ortalarında Ağdaş rayonu, Eymur kəndi ərazisində, küçədə nəzarətsiz qalan Zərərçəkmiş şəxs4 məxsus 1 rəst, qara rəngli, dişi cinsli, 4 illik, diri çəkisi təxminən 450 kq, təmiz çəkisi 225 kq, 900 manat dəyərində atı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin sentyabr ayının sonlarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs12 məxsus 1 baş, qara rəngli, dişi cinsli, 4 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 3000 manat dəyərində, Zərərçəkmiş şəxs13 məxsus 2 baş, hər biri qara rəngli, dişi cinsli, 7 illik, hər birinin diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 150 kq, hər biri 3500 manat dəyərində camışları gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs12 3000 manat, Zərərçəkmiş şəxs13 7000 manat, ümumilikdə zərərçəkmiş şəxslərə xeyli miqdarda 10000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin sentyabr ayının sonlarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs14 məxsus 2 baş, hər biri qara rəngli, dişi cinsli, 6 illik, hər birinin diri çəkiləri təxminən 500 kq, təmiz çəkiləri 250 kq, hər biri 3000 manat dəyərində, 2 baş, hər biri qara rəngli, dişi cinsli, 7 illik, hər birinin diri çəkiləri təxminən 600 kq, təmiz şəkiləri 300 kq, hər biri 3500 manat dəyərində olmaqla ümumilkdə 4 baş camışı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs14 xeyli miqdarda 13000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs5 məxsus 4 baş, qara rəngli, dişi cinsli, 5 illik, diri çəkiləri təxminən 400 kq, təmiz çəkiləri 200 kq, 2500 manat dəyərində, 4 baş isə qara rəngli, dişi cinsli, 10 illik, diri çəkiləri təxminən 600 kq, təmiz çəkiləri 250 kq, 4000 manat olmaqla ümumilkdə 8 baş camışı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda 26000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2023-cü ilin noyabr ayının sonlarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs2 məxsus 1 rəst, sarı rəngli, dişi cinsli, 7 illik, diri çəkisi təxminən 500 kq, təmiz çəkisi 250 kq, 1000 manat dəyərində, Zərərçəkmiş şəxs7 məxsus 1 rəst, sarı rəngli, dişi cinsli, 4 illik, diri çəkisi təxminən 500 kq, təmiz çəkisi 250 kq, 1000 manat dəyərində, Zərərçəkmiş şəxs6 məxsus 1 rəst, sarı rəngli, dişi cinsli, 6 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 800 manat dəyərində, 1 rəst, sarı rəngli, erkək cinsli, 2 illik, diri çəkisi təxminən 250 kq, təmiz çəkisi 125 kq, 500 manat dəyərində olmaqla ümumilikdə 4 rəst atı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs2 1000 manat, Zərərçəkmiş şəxs7 1000 manat və Zərərçəkmiş şəxs6 1300 manat, ümumilikdə zərərçəkmiş şəxslərə 3300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin mart ayının ortalarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs8 məxsus 1 rəst, narıncı rəngli, dişi cinsli, 3 illik, diri çəkisi təxminən 300 kq, təmiz çəkisi 150 kq, 600 manat dəyərində, 1 rəst, narıncı rəngli, dişi cinsli, 1 illik, diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 100 kq, 450 manat dəyərində olmaqla ümumilikdə 2 rəst, Zərərçəkmiş şəxs1 məxsus 1 rəst, qara rəngli, dişi cinsli, 5 illik, diri çəkisi təxminən 500 kq, təmiz çəkisi 250 kq, 1000 manat dəyərində, Zərərçəkmiş şəxs11 məxsus 2 rəst, narıncı rəngli, dişi cinsli, 3 illik, hər birinin diri çəkisi təxminən 600 kq, təmiz çəkisi 300 kq, hər biri 1200 manat dəyərində, Zərərçəkmiş şəxs16 məxsus 1 rəst, sarı rəngli, dişi cinsli, 3 illik, diri çəkisi təxminən 500 kq, təmiz çəkisi 250 kq, 1000 manat dəyərində, Zərərçəkmiş şəxs9 məxsus 1 rəst, boz rəngli, erkək cinsli, 7 illik, diri çəkisi təxminən 600 kq, təmiz çəkisi 400 kq, 2400 manat dəyərində olmaqla ümumilikdə 7 rəst atı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs8 1050 manat, Zərərçəkmiş şəxs1 1000 manat, Zərərçəkmiş şəxs11 2400 manat, , Zərərçəkmiş şəxs16 1000 manat, Zərərçəkmiş şəxs9 2400 manat, ümumilikdə zərərçəkmiş şəxslərə xeyli miqdarda 7850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin aprel ayının əvvəllərində Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs10 məxsus 1 baş, qara rəngli, dişi cinsli, 4 illik, diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 170 kq, 800 manat dəyərində camışı, Zərərçəkmiş şəxs15 məxsus 1 rəst, ağ rəngli, dişi cinsli, 10 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 800 manat dəyərində, 1 rəst, qara rəngli, dişi cinsli, 2 illik, diri çəkisi təxminən 300 kq, təmiz çəkisi 150 kq, 600 manat dəyərində olmaqla ümumilikdə 2 rəst atı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs10 800 manat, Zərərçəkmiş şəxs15 1400 manat, ümumilikdə zərərçəkmiş şəxslərə 2200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin aprel ayının ortalarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs2 məxsus 1 rəst, qara rəngli, erkək cinsli, 2 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 1000 manat dəyərində, 1 rəst, qara rəngli, dişi cinsli, 20 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 1000 manat dəyərində, 1 rəst, sarı rəngli, dişi cinsli, 5 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 1700 manat dəyərində olmaqla ümumilikdə 3 rəst, Zərərçəkmiş şəxs3 məxsus 1 rəst, şabalıdı rəngli, dişi cinsli, 6 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 800 manat dəyərində atları gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs2 3700 manat, Zərərçəkmiş şəxs3 800 manat, zərərçəkmiş şəxslərə 4500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin sentyabr ayının sonlarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs12 məxsus 1 baş, qara rəngli, dişi cinsli, 4 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 3000 manat dəyərində, Zərərçəkmiş şəxs13 məxsus 2 baş, hər biri qara rəngli, dişi cinsli, 7 illik, hər birinin diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 150 kq, hər biri 3500 manat dəyərində camışları gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs12 3000 manat, Zərərçəkmiş şəxs13 7000 manat, ümumilikdə zərərçəkmiş şəxslərə xeyli miqdarda 10000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin sentyabr ayının sonlarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs14 məxsus 2 baş, hər biri qara rəngli, dişi cinsli, 6 illik, hər birinin diri çəkiləri təxminən 500 kq, təmiz çəkiləri 250 kq, hər biri 3000 manat dəyərində, 2 baş, hər biri qara rəngli, dişi cinsli, 7 illik, hər birinin diri çəkiləri təxminən 600 kq, təmiz şəkiləri 300 kq, hər biri 3500 manat dəyərində olmaqla ümumilkdə 4 baş camışı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs14 xeyli miqdarda 13000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs5 məxsus 4 baş, qara rəngli, dişi cinsli, 5 illik, diri çəkiləri təxminən 400 kq, təmiz çəkiləri 200 kq, 2500 manat dəyərində, 4 baş isə qara rəngli, dişi cinsli, 10 illik, diri çəkiləri təxminən 600 kq, təmiz çəkiləri 250 kq, 4000 manat olmaqla ümumilkdə 8 baş camışı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda 26000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin iyul ayının ortalarında Ağdaş rayonu, Eymur kəndi ərazisində, küçədə nəzarətsiz qalan Zərərçəkmiş şəxs4 məxsus 1 rəst, qara rəngli, dişi cinsli, 4 illik, diri çəkisi təxminən 450 kq, təmiz çəkisi 225 kq, 900 manat dəyərində atı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə aralarında bölərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin sentyabr ayının sonlarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs12 məxsus 1 baş, qara rəngli, dişi cinsli, 4 illik, diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 200 kq, 3000 manat dəyərində, Zərərçəkmiş şəxs13 məxsus 2 baş, hər biri qara rəngli, dişi cinsli, 7 illik, hər birinin diri çəkisi təxminən 400 kq, təmiz çəkisi 150 kq, hər biri 3500 manat dəyərində camışları gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs12 3000 manat, Zərərçəkmiş şəxs13 7000 manat, ümumilikdə zərərçəkmiş şəxslərə xeyli miqdarda 10000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2024-cü ilin sentyabr ayının sonlarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs14 məxsus 2 baş, hər biri qara rəngli, dişi cinsli, 6 illik, hər birinin diri çəkiləri təxminən 500 kq, təmiz çəkiləri 250 kq, hər biri 3000 manat dəyərində, 2 baş, hər biri qara rəngli, dişi cinsli, 7 illik, hər birinin diri çəkiləri təxminən 600 kq, təmiz şəkiləri 300 kq, hər biri 3500 manat dəyərində olmaqla ümumilkdə 4 baş camışı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs14 xeyli miqdarda 13000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində nəzarətsiz olan Zərərçəkmiş şəxs5 məxsus 4 baş, qara rəngli, dişi cinsli, 5 illik, diri çəkiləri təxminən 400 kq, təmiz çəkiləri 200 kq, 2500 manat dəyərində, 4 baş isə qara rəngli, dişi cinsli, 10 illik, diri çəkiləri təxminən 600 kq, təmiz çəkiləri 250 kq, 4000 manat olmaqla ümumilkdə 8 baş camışı gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda 26000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafları, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, eləcə də məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, qazanc əldə etmək məqsədilə əvvəllər də oğurluq cinayətləri törətmişdir. Təqsirləndirilən şəxs2 təxminən 3 il, Təqsirləndirilən şəxs1 isə 4-5 ildir tanıyır. 2023-cü ilin noyabr ayının ortalarında Tural onun Ağdaş rayonu, Eymur kəndində olan evinə qonaq gəlmiş, bir-biri ilə söhbət zamanı hər ikisinin maddi vəziyyətinin pis olduğunu, vəziyyəti yaxşılaşdırmaq üçün oğurluq etmək qərarına gəlmişlər. Buna görə də yaşadığı Ağdaş rayonu, Eymur kəndi ilə Ağdaş rayonu, Qaradeyin kəndinin sərhəd olduğunu, həm Eymur, həm də Qaradeyin kəndi camaatının özlərinə məxsus atları otarmaq üçün kənd ərazisində yerləşən meşə sahəsinə buraxdıqlarını, həmin atlara nəzarət etmədiklərini, buna görə də bəzilərinin meşə sahəsi böyük olduğu üçün itdiyini, bəzilərinin isə yırtıcı heyvanlar tərəfindən tələf olunduğunu, gecə vaxtı həmin atlardan bir neçəsini asanlıqla oğurlayıb sataraq qazancı aralarında bölə biləcəyini Turala təklif etmiş, Tural da onunla razılaşmışdır. 2023-cü ilin noyabr ayının sonlarında Bərdə rayonuna gedib hazırda xatırlamadığı bir nəfər “Qazel” markalı yük avtomobilin sürücüsünə mal-qara alqı-satqısı ilə məşğul olduğunu, buna görə münasib olarsa tez-tez onun avtomobilindən istifadə edə biləcəyini bildirmişdir. Sürücü təklifini qəbul edib əlaqə saxlamağı üçün mobil nömrəsini ona vermişdir. Evə gəldikdən sonra Turalla danışıb axşam oğurluq etməyi planlaşdırmışlar. Saat 19 radələrində Tural onlara gəlmiş, torpaq yolla meşə sahəsinə getmişlər. Təxminən 3 km getdikdən sonra Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsinə keçmiş, orada qarşılarına nəzarətsiz 4 rəst at çıxmışdır. Dərhal yük avtomobilin sürücüsünə zəng edib yolu izah etdikdən sonra Tural ilə birlikdə həmin atları meşənin kənarına gətirmişlər. Təxminən gecə saat 01 radələrində yük avtomobili onun dediyi yolla gəldikdən sonra atları avtomobilə yükləyib Bərdə rayonu ərazisində yerləşən at bazarına aparmışlar. Orada atların hər birini tanımadıqları ayrı-ayrı şəxslərə 300 manata satmışlar. Ümumilikdə 1200 manat pul olmuş, bundan sonra həmin puldan 80 manat yük avtomobilinin sürücüsünə verib qalan pulu aralarında bölmüşlər. Payına düşən pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra tanışlarından Ağdaş rayonu, Qaradeyin kənd camaatına məxsus atların meşə sahəsində itməsini eşitmişdir. Bundan sonra at sahiblərinin atların oğurlanmasından şübhələnmədiklərinə əmin olmuşdur. 2024-cü ilin mart ayının ortalarında Tural ilə görüşüb söhbət edən zaman atları oğurlanan şəxslər atların oğurlandığını deyil, itdiyini zənn etmələrini bildirmişdir. Beləliklə eyni qaydada meşə sahəsinə gedib başqa atları oğurlamaq qərarına gəlmişlər. Həmin gün əvvəl oğurluq edən zaman istifadə etdiyi Bərdədən tapdığı “Qazel” markalı avtomobilin sürücüsünə zəng edib bazara at aparmalı olduğunu bildirmişdir. Sürücü ona özünün işləri olduğunu bildirib tanımadığı bir nəfər “Atego” markalı yük atomobilinin sürücüsünün nömrəsini vermişdir. Həmin sürürücü ilə danışıb razılaşdıqdan sonra ona yolu izah etmiş və dediyi vaxt gəlməsini söyləmiş, sürücü isə razılaşmışdır. Saat 20 radələrində meşəyə getmişlər. Yenə də təxminən 3 km getdikdən sonra Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsinə keçmiş, həmin vaxt qarşılarına nəzarətsiz 7 rəst at çıxmışdır. Yük avtomobilinin sürücüsünə zəng edib gəlməsini söyləmişdir. Bundan sonra atları Turalla meşənin kənarına gətirmişlər. Saat təxminən 02 radələrində “Atego” markalı yük avtomobili onun izah etdiyi yolla gəldikdən sonra 7 rəst atı Turalla avtomobilə yükləyib Bərdə rayonu ərazisində yerləşən at bazarına aparmışlar. Orada atların hər birini tanımadıqları ayrı-ayrı şəxslərə 300 manata satıb ümumilikdə 2100 manat əldə etmişlər, bundan sonra yük avtomobilinin sürücüsünə 80 manat verib qalan pulu yarı bölmüşlər. Pulu xərcləyib bitirdikdən sonra 2024-cü ilin aprel ayının əvvələrində Tural ilə yenidən oğurluq etmək üçün Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsinə keçmiş, həmin vaxt qarşılarına nəzarətsiz 2 rəst at, 1 baş camış çıxmışdır. Tural ilə atlarla birlikdə camışı da oğurlamaq qərarına gəlmişlər. Buna görə də həm atları həm də camışı özləri ilə meşənin kənarına gətirmişlər. Daha sonra yuxarıda qeyd etdiyi “Qazel” markalı yük avtomobilinin sürücüsünə zəng edib eyni yerdən onları götürməsini söyləmiş, sürücü razışıb gəldikdən sonra eyni qaydada heyvanları aparıb Bərdə rayonu ərazisində yerləşən mal bazarında tanımadıqları ayrı-ayrı şəxslərə camışı 1500 manata, atları isə hər birini 300 manata satıb ümumilikdə 2100 manat əldə etmişlər. Bundan sonra yenə də yük avtomobilinin sürücüsünə 80 manat verib qalan pulu aralarında yarı bölmüşlər. Bundan təxminən 1 həftə sonra, yəni 2024-cü ilin aprel ayının ortalarında yenidən Tural ilə Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsinə gedib nəzarətsiz 4 rəst atı oğurlayıb qeyd etdiyi “Qazel” markalı yük avtomobili ilə bazara aparıb hər birini tanımadıqları ayrı-ayrı şəxslərə 300 manata sataraq ümumilikdə 1200 manat əldə etmişlər, sonra yük avtomobilinə 80 manat verib qalan pulu Tural ilə bölmüşlər. 2024-cü ilin iyul ayının əvvələrində Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs1 onlara qonaq gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 da orada olmuşdur. Birlikdə yeyib-içdikdən sonra Elnur maddi vəziyyətinin pis olduğunu, bu səbəbdən borcları olduğunu söyləmişdir. Mütamadi olaraq atları oğurlasalar kənd camaatı artıq şübhələnə biləcəyini fikirləşmişdir. Buna görə də Elnura yaşadığı Ağdaş rayonu, Eymur kəndi ilə Ağdaş rayonu, Qaradeyin kəndinin sərhəd olduğunu, həm Eymur, həm də Qaradeyin kəndi camaatının özlərinə məxsus camışları otarmaq üçün kənd ərazisində yerləşən meşə sahəsinə buraxdıqlarını, həm Turalın, həm də özünün pula ehtiyacı olduğunu, buna görə də gecə vaxtı həmin camışlardan bir neçəsini asanlıqla oğurlayıb sataraq qazancı aralarında bölə biləcəyini təklif etmişdir. Elnurla Tural hər ikisi onunla razılaşmışdır. 2024cü ilin iyul ayının ortalarında küçəyə çıxmış, həmin vaxt küçədə nəzarətsiz 1 rəst atın olduğunu görmüş, həmin atın Eymur kənd camaatına məxsus olmadığını bildikdən sonra atı həyətə salmış, Elnura zəng edib təcili yük avtomobili tapmasını və onlara gəlməsini söyləmişdir. Bir müddət sonra Elnur onun yaşadığı evə gəlmiş və nə baş verdiyini soruşduqda o, 1 rəst atı göstərib onu küçədə nəzarətsiz qaldığı üçün oğurladığını, birlikdə satıb qazancı yarı bölməyini təklif etmiş, Elnur da onunla razılaşmışdır. Elnurdan yük avtomobili tapıb-tapmadığını soruşmuşdur. Elnur ona tanışlarından bir nəfər “Qazel” markalı yük avtomobili sürücüsünün nömrəsini aldığını söyləyib həmin şəxsə zəng etmiş və Ağdaş rayonu, Eymur kəndində yaşayan bir nəfər tanışının 1 rəst atı olduğunu, həmin atı satmaq üçün Bərdə rayonu ərazisində yerləşən heyvan bazarına aparmaq lazım olduğunu söyləmiş və onlar 80 manat müqabilində razılaşmışlar. Saat 23 radələrində “Qazel” markalı yük avtomobili yaşadığı ünvana gəlmişdir. Elnur sürücünü qarşılayıb onunla tanış etdikdən sonra atın ona məxsus olduğunu və onu satmaq istədiyini söyləmişdir. Bundan sonra Elnurla atı avtomobilə yükləyib axşam saat 01 radələrində Bərdə rayonu ərazisində yerləşən at bazarına getmişlər. Saat 02 radələrində atı tanımadıqları şəxsə 250 manata satdıqdan sonra yük avtomobili ilə birlikdə geri qayıtmışlar. Yevlax rayonu ərazisində yerləşən avtovağzalın yaxınlığında avtomildən düşüb sürücüyə 80 manat vermişlər. Daha sonra qalan pulu Elnurla aralarında bölüb taksi ilə yaşadıqları evə qayıtmışdır. 2024-cü ilin sentyabr ayının sonlarında Elnur, Tural və özü meşədən camışları oğurlayıb satmaq qərara gəlmişlər. Buna görə də saat 21 radələrində birlikdə meşə sahəsinə girmişlər. Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsinə keçmişlər, orada qarşılarına nəzarətsiz 3 baş camış çıxmışdır. Həmin camışları özləri ilə meşənin kənarına gətirmişlər. Həmin vaxt onları başqa şəxslərin görməməsi üçün camışları torpaq yoldan təxminən 100 metr məsafədə, kənarları ağac və kollarla bağlı olan əraziyə aparmışlar. Bundan sonra Elnur yenə də həmin “Qazel” markalı yük avtomobilin sürücüsünə zəng edərək 1 baş özünə, 2 baş isə ona məxsus camış olduğunu, satmaq üçün onları Bərdə rayonu ərazisində yerləşən mal bazarına aparmasını söyləmişdir. Elnur telefonu söndürdükdən sonra sürücü ilə 120 manat müqabilində razılaşdığını söyləmiş və etiraz etməmişlər. Daha sonra Elnur ona Ağdaş rayonu, Eymur kəndinə çatdıqdan sonra zəng edib yolu izah etmişdir. Saat 23 radələrində yük avtomobili olduqları yerə gəlmişdir. Yük avtomobilin sürücüsü onlardan camışları meşə sahəsinin kənarından yığmalarının səbəbini soruşmuş, onlar da digər kənd camaatı kimi camışları meşə sahəsində saxladıqlarını bildirmişlər. Bundan sonra 3 baş camışı avtomobilə yükləyib Elnura yük avtomobili ilə getməyini, Yevlax rayonu ərazisində yerləşən avtovağzalın yaxınlığında onları gözləməyini, paltarını dəyişib taksi ilə onların yanına gələcəyini söyləmişdir. Bundan sonra Elnur yük avtomobilinə əyləşib getmişdir. Özü isə Tural ilə birlikdə yaşadığı evə gedib paltarını dəyişdikdən sonra taksi ilə Elnurun onları gözlədiyi yerə getmişlər. Daha sonra üçünün də yük avtomobilinə əyləşib birlikdə Bərdə rayonu ərazisində yerləşən mal bazarına getmişlər. O, bazarın çölündə gözləmiş, Tural ilə Elnur isə camışları satmaq üçün bazara daxil olmuşlar. Təxminən 30 dəqiqə sonra Elnurla Tural geri qayıdıb 3 baş camışı ümumilikdə 4600 manata satdıqlarını bildirmişlər. Həmin puldan 120 manat yük avtomobilinin sürücüsünə verib qalan pulu aralarında bölmüşlər. Bundan təxminən 2-3 gün sonra, yəni 2024-cü ilin senytabr ayının sonlarında yenidən camış oğurlayıb satıb daha çox qazanc əldə etmək qərarına gəlmişlər. Saat 21 radələrində meşə sahəsinə girmişlər, Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində qarşılarına nəzarətsiz 4 baş camış çıxmışdır. Elnur yük avtomobilinə zəng edib Bakı-Qazax magistral yolu ilə Yevlax rayonu istiqamətində gəlməyini bildirmişdir. Daha sonra isə həmin camışları özləri ilə meşənin kənarına gətirmişlər və yenə də başqa şəxslərin görməməsi üçün camışları torpaq yoldan təxminən 100 metr məsafədə, kənarları ağac və kollarla bağlı olan əraziyə aparmışlar. Saat 01 radələrində yük avtomobili olduğu yerə gəlmişdir. Həmin vaxt sürücü onlardan camışları hansı səbəbdən kənddən kənar yerdən avtomobilə yükləməyini soruşmuş, sürücüyə camışların onlara məxsus olduğuna inandımaq üçün həmin camışları meşə sahəsində yerləşən fermada saxladıqlarını, hazırda fermanın yolunu su basdığını, həmin yolda avtomobil hərəkət edə bilmədiyini, buna görə də camışları avtomobilə yükləmək asan olsun deyə meşənin kənarına gətirdiklərini söyləmişlər. Sürücü onlara inanmış, bundan sonra 4 baş camışı avtomobilə yükləmişlər. Elnur camışları satmaq üçün Ağdaş rayonu ərazisində yerləşən mal bazarına aparmışdır. Təxminən 1 saat sonra Elnur taksi ilə onların yanına gəlib 4 baş camışı ümumilikdə 5000 manata satdığını, əvvəlcədən yük avtomobilinə 100 manat verdiyi üçün həmin puldan 100 manat götürdüyünü söyləmişdir. Bundan sonra həmin pulu aralarında bölüb bir müddət ara vermək qərarına gəlmişlər. Təxminən bir ay keçdikdən sonra pulları xərcləyib qurtardıqları üçün daha çox qazanc əldə etmək istəmişlər. Buna görə də 04 noaybr 2024-cü il tarixdə yenə də birlikdə meşə sahəsindən camış oğurlamaq qərarına gəlmişlər. Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsinə keçmişlər, orada qarşılarına nəzarətsiz 8 baş camış çıxmış, həmin camışları özləri meşənin kənarına gətirdikdən sonra başqa şəxslərin onları görməməsi üçün torpaq yoldan təxminən 100 metr məsafədə, kənarları ağac və kollarla bağlı olan həmin əraziyə aparmışlar. Bundan sonra Elnur yük avtomobilinin sürücüsünə zəng edib özünə məxsus 8 baş camışı olduğunu, onları Bakı şəhərinə aparmaq lazım olduğunu söylədiyini eşitmişdir. Elnur telefonu söndürdükdən sonra yük avtomobilinin sürücüsü ilə 250 manata razılaşdıqlarını demişdir. Həmçinin həmin şəxs yolu tanımadığı üçün Elnur telefon vasitəsilə yolu ona izah etmişdir. Yük avtomobili gələnə qədər camışların yanında dayanmışlar. 04 noyabr 2024-cü il tarixdə saat 23 radələridə Elnur yük avtomobilini qarşılayıb olduqları yerə gətirmişdir. Camışları yük avtomobilinə yüklədikdən sonra Elnur sürücüyə İmişli rayonu ərazisində yerləşən mal bazarına gedəcəyini söyləmiş, sürücü də etiraz etməmişdir. Daha sonra Elnur və Tural yük avtomobili ilə camışları İmişli rayonu ərazisində yerləşən mal bazarına aparmışlar, öz isə yaşadığı evə getmişdir. 05 noyabr 2024-cü il tarixdə saat 14 radələrində Elnurla Tural onun yaşadığı evə gəlmişlər. Onlar 8 baş camışı ümumilikdə 12000 manata satdıqlarını, həmin puldan yük avtomobilinə və yedikləri yeməyə vermək üçün təxminən 500 manat xərclədiklərini bildirmişlər. Bundan sonra həmin puldan Elnur və Turalın hər birinə 3000 manat vermiş və onlar çıxıb getmişlər. Qalan pulu isə özündə saxlayıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları tədiq edərək 2023-cü ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs3la birlikdə Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsindən 4 rəst at oğurlayıb Bərdə rayonu ərazisində yerləşən at bazarında atların hər birini tanımadıqları ayrı-ayrı şəxslərə 300 manata, 2024-cü ilin mart ayının ortalarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisindəki meşədən 7 rəst atı Orxanla avtomobilə yükləyib Bərdə rayonu ərazisində yerləşən at bazarında hər birini tanımadıqları ayrı-ayrı şəxslərə 300 manata, 2024-cü ilin aprel ayının əvvəllərində Orxan ilə yenidən oğurluq etmək üçün Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşəyə gedib oradan 2 rəst at və 1 baş camışı “Qazel” markalı yük avtomobillə Bərdə rayonunda yerləşən mal bazarına aparıb tanımadıqları ayrı-ayrı şəxslərə camışı 1500 manata, atları isə hər birini 300 manata, 2024-cü ilin aprel ayının ortalarında yenidən Təqsirləndirilən şəxs3la birlikdə Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsinə gedib 4 rəst atı oğurlayıb “Qazel” markalı yük avtomobili ilə bazara aparıb hər birini tanımadıqları ayrı-ayrı şəxslərə 300 manata, 2024cü ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la bərabər Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsindən 3 baş camış oğurlayıb “Qazel” markalı yük avtomobili ilə Bərdə rayonu ərazisində yerləşən mal bazarına aparıb 3 baş camışı ümumilikdə 4600 manata tanımadıqları şəxslərə satmalarını, 2024-cü ilin senytabr ayının sonlarında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la bərabər Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsindən nəzarətsiz qalan 4 baş camışı oğurlamalarını, həmin camışların Təqsirləndirilən şəxs1 tərəfindən Ağdaş rayonu ərazisində yerləşən mal bazarında 5000 manata satılmasını, 04 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la bərabər Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsindən 8 baş camışı oğurlayıb yük avtomobili ilə İmişli rayonu ərazisində yerləşən mal bazarına aparmalarını, həmin camışları 05 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Bərdə rayon sakinləri Orxan və Babək adlı şəxslərə ümumilikdə 12000 manata satmalarını, ümumilikdə isə satışlardan əldə olunmuş pulları öz aralarında bölmələrini bildirdi. Təqsirləndirilən şəxs2 daha sonra vurulmuş ziyanı qismən bərpa etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını və əməlindən peşman olmasını bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ifadələrinə uyğun ifadə verərək 2024-cü ilin iyul ayının ortalarında Orxanın oğurlayıb həyətində saxladığı 1 rəst atı yük avtomobilinə yükləyib sonuncu ilə birlikdə Bərdə rayonu ərazisində yerləşən at bazarına aparıb tanımadıqları şəxsə 250 manata satmalarını, 2024cü ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la bərabər Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsindən 3 baş camış oğurlayıb “Qazel” markalı yük avtomobili ilə Bərdə rayonu ərazisində yerləşən mal bazarına aparıb 3 baş camışı ümumilikdə 4600 manata tanımadıqları şəxslərə satmalarını, 2024-cü ilin senytabr ayının sonlarında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsindən nəzarətsiz qalan 4 baş camışı oğurlamalarını, həmin camışları Ağdaş rayonu ərazisində yerləşən mal bazarında tanımadığı şəxcə 5000 manata satmasını, 04 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la bərabər Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsindən 8 baş camışı oğurlayıb yük avtomobili ilə İmişli rayonu ərazisində yerləşən mal bazarına aparmalarını, həmin camışları 05 noyabr 2024cü il tarixdə saat 11 radələrində Bərdə rayon sakinləri Orxan və Babək adlı şəxslərə ümumilikdə 12000 manata satmalarını, ümumilikdə isə satışlardan əldə olunmuş pulları öz aralarında bölmələrini bildirdi. Təqsirləndirilən şəxs1 daha sonra onun tərəfindən vurulmuş ziyanı bərpa etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını və əməlindən peşman olmasını bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, yaşadığı kənddə heyvandarlıqla məşğul olur. Belə ki, onun 2 baş inəyi və 2 rəst atı olmuşdur. Həmin heyvanları digər kənd camaatı kimi o da hər gün saat 10 radələrində otarmaq üçün Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən örüş sahəsinə aparır, saat 17 radələrində isə geri gətirirdi. 2 rəst atı isə Ağdaş rayonu, Qaradeyin kənd ərazisində yerləşən meşə sahəsinə buraxır, ehtiyac olduqda onlardan istifadə edirdi. Sonuncu dəfə 24 fevral 2024-cü il tarixdə 2 rəst atı meşə sahəsinə buraxıb evə qayıtmış, təxminən bir ay sonra, yəni 20 mart 2024-cü il tarixdə atlara nəzarət etmək məqsədilə meşəyə getmiş, həmin vaxt 1 rəst atın olmadığını görüb onun naməlum istiqamətdə gedərək itdiyini düşünmüş və axtarmağa başlamışdır. 30 mart 2024-cü il tarixədək 1 rəst atı tapa bilmədiyi üçün onun itdiyini fikirləşmiş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan 1 rəst atının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 1 rəst atının oğurlanması nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində ona dəymiş ziyanın bir hissəsinin təqsirlədnirilən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyinə görə sonuncuya qarşı heç bir şikayəti və ya tələbinin olmadığını, lakin Təqsirləndirilən şəxs3la barışmadığını, şikayətçi olduğunu, dəymiş zərərin qalan hissəsini ondan tələb etdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, yaşadığı kənddə heyvandarlıqla məşğul olur. 2023-cü ilin sentyabr ayının sonlarında 6 rəst atı meşə sahəsinə buraxıb evə qayıtmışdır. Təxminən bir ay sonra, yəni noyabr ayının sonlarında atlara nəzarət etmək məqsədilə meşəyə getmiş, həmin vaxt 1 rəst atının olmadığını görüb onun meşə sahəsində qaldığını fikirləşmiş və axtarmağa başlamış, lakin tapa bilməmişdir. 03 yanvar 2024-cü il tarixədək 1 rəst atını tapa bilmədiyi üçün onun itdiyini fikirləşmiş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 2024-cü ilin aprel ayının ortalarında özünə məxsus 5 rəst ata nəzarət etmək məqsədilə meşəyə getmiş, həmin vaxt 3 rəst atının olmadığını görüb onların da digər at kimi itdiyini fikirləşmiş və buna görə də hüquq mühafizə orqanlarına bu barədə məlumat verməmişdir. Lakin bir müddət sonra isə kənd camaatına məxsus heyvanların da meşə sahəsindən geri qayıtmadığını öyrəndikdən sonra 3 rəst atının oğurlandığını fikirləşmiş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan isə 4 rəst atının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 1 rəst atı konkret olaraq 2023-cü ilin noyabr ayının sonlarında, 3 rəst atı isə 2024-cü ilin aprel ayının ortalarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsindən oğurlanmışdır. 4 rəst atının oğurlanması nəticəsində ona ümumilikdə 4700 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 Hüseyn oğlu ifadə verərək bildirdi ki, 2024-cü ilin aprel ayının əvvəllərində 2 rəst atını meşə sahəsinə buraxıb evə qayıtmış, təxminən 1 həftə sonra, yəni 2024-cü ilin aprel ayının ortalarında atlara nəzarət etmək məqsədilə meşəyə getmiş, həmin vaxt 1 rəst atının olmadığını görüb onun itdiyini fikirləşmiş və buna görə də hüquq mühafizə orqanlarına bu barədə məlumat verməmişdir. Lakin bir müddət sonra kənd camaatına məxsus heyvanların da meşə sahəsindən geri qayıtmadığını öyrəndikdən sonra 1 rəst atının oğurlandığını fikirləşmiş və 15 noyabr 2024cü il tarixdə bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Aparılmış araşdırma zamanı 1 rəst atının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuşdur. 1 rəst atının oğurlanması nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək bildirdi ki, 2024-cü ilin iyul ayının ortalarında meşəyə buraxdığı ata nəzarət etmək məqsədilə meşəyə getmiş, 1 rəst atın olmadığını görüb onun meşə sahəsində qaldığını fikirləşmiş və axtarmağa başlamış, lakin tapa bilməmişdir. Daha sonra 1 rəst atının itdiyini fikirləşdiyi üçün bu barədə hüquq mühafizə orqanına müraciət etməmişdir. Bir müddət sonra isə kənd camaatına məxsus heyvanların meşə sahəsindən geri qayıtmadığını görüb 1 rəst atının oğurlandığını fikirləşmiş və 15 noyabr 2024-cü il tarixdə bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Aparılmış araşdırma zamanı 1 rəst atın Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması müəyyən olunmuşdur. 1 rəst atının oğurlanması nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadə verərək bildirdi ki, 03 noyabr 2024-cü il tarixdə saat 10 radələrində 8 baş camışı meşə sahəsinə buraxıb evə qayıtmış, həmin gün saat 19 radələrində oğlu İbrahim camışları gətirmək üçün meşəyə getmiş, 2-3 saat sonra İbrahim evə gələrək camışların meşə sahəsində olmadığını bildirmişdir. Bundan sonra 03 noyabr 2024-cü il tarixdən 09 noaybr 2024-cü il tarixədək Ağdaş rayonu, Qaradeyin və Eymur kəndləri ərazisində yerləşən meşə sahəsində 8 baş camışı axtarmış, lakin tapa bilmədiyi üçün onların oğurlandığını fikirləşmiş və tanışları vasitəsilə 03 noyabr 2024-cü il tarixdən sonra bazarlarda heyvan alqı-satqısı ilə məşğul olan şəxslərdən kimlərin camış aldığını maraqlanmışdır. 09 noaybr 2024-cü il tarixdə camışlarını alan şəxslərdən birinin Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən kəsim məntəqəsinin sahibi Gündüz adlı şəxsin olduğunu öyrənmiş və ona zəng edərək camışlarının əlamətlərini sadalayıb həmin camışların onda olub-olmadığını soruşmuşdur. Gündüz adlı şəxs ona qeyd etdiyi əlamətlərə malik camışları tanışı Bərdə rayon sakini Hüseyin adlı şəxsdən, Hüseyinin isə onları Bərdə rayon sakini Orxan adlı şəxsdən aldığını bildirmiş, bundan sonra Orxanla əlaqə saxlayıb onunla Bərdə rayonu, Ərəblər kəndində yerləşən çayxanada görüşmüşlər. Ona camışları kimdən aldığını soruşduqda Orxan ona 8 baş camışı 05 noyabr 2024-cü il tarixdə İmişli rayonunun ərazisində yerləşən mal bazarında Ağdaş rayon sakini Elnur adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Ağdaş rayon Polis Şöbəsinə gedərək onlara məxsus 8 baş camışın naməlum şəxs(lər) tərəfindən oğurlanması barədə ərizə ilə müraciət etmişdir. 8 baş camışın oğurlanması ilə əlaqədar ona 26000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadə verərək bildirdi ki, yaşadığı kənddə heyvandarlıqla məşğul olur. 2023-cü ilin sentyabr ayının sonlarında 3 rəst atı meşə sahəsinə buraxıb evə qayıtmış, təxminən bir ay sonra, yəni noyabr ayının sonlarında atlara nəzarət etmək məqsədilə meşəyə getmişdir. Həmin vaxt 2 rəst atın meşə sahəsində olmadığını görüb onların naməlum istiqamətdə gedərək itdiyini düşünmüş və axtarmağa başlamışdır. 03 yanvar 2024-cü il tarixədək 2 rəst atını tapa bilmədiyi üçün bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, sonradan 2 rəst atının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 2 rəst atının oğurlanması nəticəsində ona 1100 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs6 daha sonra ifadəsində hazırda Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyandan 250 manat məbləğində ödəniş edildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, lakin digər təqsirləndirilən Təqsirləndirilən şəxs3la barışmadığını, onlardan şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadə verərək bildirdi ki, o, yaşadığı kənddə heyvandarlıqla məşğul olur. 2023-cü ilin noyabr ayının sonlarında meşəyə buraxdığı ata nəzarət etmək məqsədilə meşəyə getmişdir. Həmin vaxt 1 rəst atın meşə sahəsində olmadığını görüb onun naməlum istiqamətdə gedərək itdiyini düşünmüş və axtarmağa başlamışdır. 03 yanvar 2024-cü il tarixədək 1 rəst atını tapa bilmədiyi üçün bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan 1 rəst atının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 1 rəst atının oğurlanması nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs7 daha sonra ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyandan 300 manat məbləğində ödəniş edilməsini təklif etsə də, o, qəbul etməmiş və dəymiş ziyanın tam ödənilməsini tələb etmişdir. Hər iki təqsirləndirilən şəxslə barışmamış və onlardan şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadə verərək bildirdi ki, 20 mart 2024-cü il tarixdə saat 10 radələrində 2 rəst atı meşə sahəsinə buraxıb evə qayıtmışdır. Həmin gün saat 17 radələrində atlara nəzarət etmək məqsədilə meşəyə getmiş, həmin vaxt 2 rəst atının olmadığını görüb onların naməlum istiqamətdə gedərək itdiyini düşünmüş və axtarmağa başlamışdır. Lakin tapa bilmədiyi üçün bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, sonradan 2 rəst atın Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 2 rəst atı konkret olaraq 2024-cü ilin mart ayının ortalarında Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsindən oğurlanmışdır. 2 rəst atının oğurlanması nəticəsində ona ümumilikdə 750 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs8 daha sonra ifadəsində hazırda Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyandan 250 manat məbləğində ödəniş edilmiş, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, lakin digər təqsirləndirilən Təqsirləndirilən şəxs3la barışmadığını, onlardan şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadə verərək bildirdi ki, 2024-cü ilin mart ayının ortalarında 1 rəst atı Ağdaş rayonu, Eymur kənd ərazisində yerləşən meşə sahəsinə yaxın ərazidə boğazına bağladığı kəndiri dəmir parçası ilə torpağa bərkidib evə qayıtmış, təxminən 10 gün sonra, yəni 2024-cü ilin mart ayının sonlarında atı gətirmək üçün həmin yerə getmiş, həmin vaxt kəndirin dəmir parçasından açıldığını görüb atın kənd camaatına məxsus digər atlarla birlikdə Ağdaş rayonu, Eymur kəndi ərazisində yerləşən meşə sahəsində olduğunu düşünüb 10 aprel 2024-cü il tarixədək meşə sahəsində axtarmağa başlamış, lakin tapa bilmədiyi üçün 1 rəst atının itməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan isə ona məxsus 1 rəst atın Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 1 rəst atın oğurlanması nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs9 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadə verərək bildirdi ki, 2024-cü ilin aprel əvvəllərində təsərrüfatında olan camışları meşə sahəsinə buraxıb evə qayıtmış, lakin həmin gün axşam 1 baş camışı geri qayıtmamışdır. 1 baş camışın meşə sahəsində qaldığını düşünmüş və bir neçə gün axtarmağa başlamışdır. 17 aprel 2024-cü il tarixədək 1 baş camışını tapa bilmədiyi üçün onun meşə sahəsində naməlum istiqamətdə gedərək itdiyini fikirləşmiş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan 1 baş camışının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 1 baş camışın oğurlanması nəticəsində ona 800 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs10 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadə verərək bildirdi ki, o, yaşadığı kənddə heyvandarlıqla məşğul olur. 30 baş qoyunu, 15 baş inəyi və 5 rəst atı vardır. Tanışı Zərərçəkmiş şəxs16 ilə birlikdə heyvanlarını hər gün saat 06 radələrində otarmaq üçün özünə məxsus atlardan istifadə etməklə Ağdaş rayonu, Eymur kəndi ərazisində yerləşən örüş sahəsinə aparır, saat 17 radələrində isə gedib geri gətirirlər. Atlardan istifadə etmədikdə isə onları Ağdaş rayonu, Eymur kənd ərazisində yerləşən meşə sahəsinə yaxın əraziyə nəzarətsiz buraxır, ehtiyac olduqda onlardan istifadə edirlər. Sonuncu dəfə özünə məxsus 5 rəst atı, Zərərçəkmiş şəxs16 isə 2 rəst atı 2024-cü ilin mart ayının ortalarında meşə sahəsinə yaxın əraziyə buraxıb evə qayıtmışlar. Təxminən 10 gün sonra, yəni 2024cü ilin mart ayının sonlarında atlara nəzarət etmək məqsədilə həmin yerə getmişlər. Həmin vaxt özünə məxsus 2 rəst, Zərərçəkmiş şəxs16 isə 1 rəst atının olmadığını görüb onların kənd camaatına məxsus digər atlarla birlikdə Ağdaş rayonu, Eymur kəndi ərazisində yerləşən meşə sahəsində olduğunu düşünmüşlər. Bundan sonra Zərərçəkmiş şəxs16la birlikdə 15 may 2024-cü il tarixədək meşə sahəsində özünə məxsus atları axtaramağa başlamışlar, lakin tapa bilmədikləri üçün bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. Sonradan 2 rəst atının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 2 rəst atının oğurlanması nəticəsində ona ümumilkdə 1000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs11 daha sonra ifadəsində hazırda Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyandan 300 manat məbləğində ödəniş edildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, lakin digər təqsirləndirilən Təqsirləndirilən şəxs3la barışmadığını, onlardan şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 ifadə verərək bildirdi ki, 2024-cü ilin sentyabr ayının sonlarında saat 10 radələrində 1 baş camışı həmkəndliləri Fazil və Kamilin camışları ilə birlikdə meşə sahəsinə buraxıb evə qayıtmışdır. Həmin gün 1 baş camışı geri qayıtmamışdır. O, əvvəlcə camışın meşə sahəsində qaldığını fikirləşmiş, lakin bir neçə gün keçməsinə baxmayaraq geri qayıtmadığı üçün onun itməsini fikirləşmişdir. Onun 1 baş camışı ilə eyni vaxtda həmkəndliləri Fazilin 2 baş, Kamilin isə 4 baş camışı geri qayıtmamışdır. Hər üçü camışları axtarmağa başlamışlar, lakin tapa bilmədikləri üçün 08 oktyabr 2024-cü il tarixdə camışların Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində naməlum istiqamətdə gedərək itmələri barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. Daha sonra isə ona məxsus 1 baş camışın Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 1 baş camışın oğurlanması nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs12 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 ifadə verərək bildirdi ki, o, yaşadığı kənddə heyvandarlıqla məşğul olur. 2024-cü ilin sentyabr ayının sonlarında saat 10 radələrində 3 baş camışı həmkəndlisi Bəhrəm və qardaşı Kamilin camışları ilə birlikdə meşə sahəsinə buraxıb evə qayıtmışdır. Həmin gün 2 baş camışı geri qayıtmamış, əvvəlcə onların meşə sahəsində qaldığını fikirləşmiş, lakin bir neçə gün keçməsinə baxmayaraq geri qayıtmadığı üçün onların itməsini fikirləşmişdir. 2 baş camışı ilə eyni vaxtda həmkəndlisi Bəhrəmin 1 baş, qardaşı Kamilin isə 4 baş camışı geri qayıtmamışdır. Hər üçü camışları axtarmağa başlamışalr, lakin tapa bilmədikləri üçün 08 oktyabr 2024-cü il tarixdə camışların Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində naməlum istiqamətdə gedərək itmələri barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. Sonradan 2 baş camışının Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdmişdir. 2 baş camışın oğurlanması nəticəsində ona 7000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs13 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 ifadə verərək bildirdi ki, 2024-cü ilin sentyabr ayının sonlarında saat 10 radələrində 5 baş camışı həmkəndlisi Bəhrəm və qardaşı Fazilin camışları ilə birlikdə meşə sahəsinə buraxıb evə qayıtmışdır. Həmin gün 4 baş camışı geri qayıtmamışdır. 4 baş camışı ilə eyni vaxtda həmkəndlisi Bəhrəmin 1 baş, qardaşı Fazilin isə 2 baş camışı geri qayıtmamışdır. Hər üçü camışları axtarmağa başlamışlar, lakin tapa bilmədikləri üçün 08 oktyabr 2024-cü il tarixdə camışların Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşə sahəsində naməlum istiqamətdə gedərək itmələri barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. Sonradan 4 baş camışının Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması müəyyən olunmuş və özü də bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 4 baş camışın oğurlanması nəticəsində ona 13000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs14 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 ifadə verərək bildirdi ki, o, yaşadığı kənddə heyvandarlıqla məşğul olur. İribuynuzlu heyvanlardan başqa 2 rəst atı vardır. Həmin heyvanları hər gün otarmaq üçün atla Ağdaş rayonu, Eymur kəndi ərazisində yerləşən örüş sahəsinə aparır, günün sonunda isə geri gətirir. Atlardan istifadə etmədiyi müddət ərzində onları Ağdaş rayonu, Eymur kənd ərazisində yerləşən meşə sahəsinə yaxın əraziyə buraxır, ehtiyac olduqda onlardan istifadə etmişdir. Sonuncu dəfə 05 aprel 2024-cü il tarixdə atları Ağdaş rayonu, Eymur kənd ərazisində yerləşən meşə sahəsinə yaxın əraziyə buraxıb evə qayıtmış, təxminən 10 gün sonra, yəni 2024-cü ilin aprel ayının ortalarında atlara nəzarət etmək məqsədilə onları buraxdığı yerə getmişdir. Həmin yerə çatdıqdan 2 rəst atının orada olmadığını görüb onların digər kənd camaatına məxsus atlarla birlikdə meşə sahəsində ola biləcəyini düşünmüş və həmin vaxtdan sonra onları axtarmağa başlamış, lakin tapa bilmədiyi üçün bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan 2 rəst atının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 2 rəst atının oğurlanması nəticəsində ona ümumilkdə 1400 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs15 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs16 ifadə verərək bildirdi ki, o, yaşadığı kənddə heyvandarlıqla məşğul olur. Tanışı Zərərçəkmiş şəxs11 ilə birlikdə heyvanlarını hər gün saat 06 radələrində otarmaq üçün özünə məxsus atlardan istifadə etməklə Ağdaş rayonu, Eymur kəndi ərazisində yerləşən örüş sahəsinə aparır, saat 17 radələrində isə gedib geri gətirmişlər. Atlardan istifadə etmədikdə isə onları Ağdaş rayonu, Eymur kənd ərazisində yerləşən meşə sahəsinə yaxın əraziyə nəzarətsiz buraxır, ehtiyac olduqda onlardan istifadə etmişlər. Sonuncu dəfə özünə məxsus 2 rəst atı, Zərərçəkmiş şəxs11 isə 5 rəst atı 2024-cü ilin mart ayının ortalarında meşə sahəsinə yaxın əraziyə buraxıb evə qayıtmışlar. Təxminən 10 gün sonra, yəni 2024-cü ilin mart ayının sonlarında atlara nəzarət etmək məqsədilə həmin yerə getmişlər. Həmin vaxt özünə məxsus 1 rəst, Zərərçəkmiş şəxs11 isə 2 rəst atının olmadığını görüb onların kənd camaatına məxsus digər atlarla birlikdə Ağdaş rayonu, Eymur kəndi ərazisində yerləşən meşə sahəsində olduğunu düşünmüşlər. Bundan sonra Zərərçəkmiş şəxs11la birlikdə 15 may 2024-cü il tarixədək meşə sahəsində özlərinə məxsus atları axtarmağa başlamışlar, lakin tapa bilmədikləri üçün bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. Sonradan 1 rəst atının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən olunmuş və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 1 rəst atının oğurlanması nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs16 daha sonra ifadəsində hazırda Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyandan 300 manat məbləğində ödəniş edildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, qalan pulu isə Təqsirləndirilən şəxs3 bağışladığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 noyabr 2024-cü il tarixdə Bərdə rayonu ərazisində yerləşən “mal bazarı”na getmiş, həmin vaxt qırmızı rəngli “Atego” markalı yük avtomobilinin yanında 1 baş yanı balalı camış və bir neçə inək olduğunu görmüşdür. Avtomobilə yaxınlaşan zaman 3 nəfər şəxsin heyvanların yanında olduğunu görmüş, onlardan camışın kimə məxsus olmasını soruşmuşdur. Həmin vaxt həmin şəxslərdən biri ona yaxınlaşaraq 1 baş camışın özünə məxsus olduğunu söyləmişdir. Bundan sonra həmin camışı 2000 manata almağa razılaşmışlar. Lakin camışın balasının özünü narahat apardığını hiss etdiyi üçün həmin şəxsdən onun həqiqətən də camışın balası olub-olmadığını soruşmuş, balanın camışa məxsus olduğunu söyləmişlər. 2000 manatı həmin şəxsə verdikdən sonra əlaqə saxlamaq üçün ondan mobil nömrəsini istəmiş, satıcı istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini ona verib Tərtər rayonu sakini olduğunu, adının da Elnur olduğunu bildirmişdir. Daha sonra camışı Korçay adlanan ərazidə özünə məxsus olan yatağa aparmış, bir müddət sonra balanın camışa məxsus olmadığını bilmiş, buna görə də 29 noyabr 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə zəng edərək həmin şəxsə onu aldatdığını, balanın camışa məxsus olmadığını söyləmişdir. Həmin şəxs ona camış satmadığını söyləyib telefonu söndürmüşdür. Bundan sonra heyvanı geri qaytarmaq üçün həmin tarixdə 1 baş yanı balalı camışı Bərdə rayonu ərazisində yerləşən mal bazarına aparmış, bazarda olan zaman həmin şəxsin ona verdiyi ***-***-**-** saylı nömrəyə dəfələrlə zəng etsə də zənginə cavab verməmişdir. Bundan sonra bazarda olan tanışlardan birinə camışa nəzarət etməsini söyləyib həmin şəxsi axtarmağa başlamış, təxminən 1 saat həmin şəxsi axtarsa da tapa bilməmiş və geri qayıtmışdır. Bu zaman camışın yanında tanımadığı bir neçə şəxsin dayandığını görmüş, onlara yaxınlaşdıqdan sonra Rəşid adlı şəxs camışın ona məxsus olduğunu, bir müddət əvvəl tanımadığı şəxslər tərəfindən oğurlandığını və bu barədə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediyini söyləyib camışı aparacağını bildirmişdir. Bundan sonra həqiqətən də camışın Rəşid adlı şəxsə məxsus olması müəyyən olunmuşdur. Həmçinin Rəşid camışın balasının ona məxsus olmadığını deyib aparmaq istəsə də, müvəqqəti saxlamaq üçün Rəşidə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid7 onun qohumudur, onun özünə məxsus “Atego” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var. Birlikdə heyvan alqı-satqısı ilə məşğul olurlar. Belə ki, həm Bərdə, həm də İmişli rayonu ərazisində yerləşən mal bazarında ucuz qiymətə heyvan alır, baha qiymətə başqa şəxslərə satırlar. 05 noyabr 2024-cü il tarixdə saat təxminən 11 radələrində Babəklə birlikdə İmişli rayonu ərazisində yerləşən mal bazarında olan zaman tanımadıqları “Atego” markalı yük avtomobilinin yük yerində 8 baş camış olduğunu görmüşlər. Həmin avtomobilə yaxınlaşan zaman tanımadıqları bir nəfər şəxs onlara tərəf gəlib camışların özünə məxsus olduğunu və hər birini 1800 manata satdığını söyləmişdir. Aralarında olan danışıq zamanı onlara adının Elnur olduğunu bildirmişdir. Həmin vaxt bir nəfər də onlara yaxınlaşıb Elnurla birlikdə olduğunu, adının isə Tural olduğunu demişdir. Daha sonra ümumilikdə 8 baş camışı 12000 manata razılaşmışlar. Üzərində olan 1800 manatı Elnura verib pulun geri qalanını 1 saat ərzində verəcəyini söyləmişdir. Bundan sonra camışları Babəklə birlikdə avtomobildən düşürüb özlərinə məxsus “Ateqo” markalı avtomobilə kəndirlə bağlamışlar. Daha sonra dayısı Rəşada zəng edib ona borc pul göndərməsini söyləmişdir. Təxminən 1 saat sonra dayısı Rəşad istifadəsində olan "xxxx" ASC-yə məxsus plastik kartıma 10000 manat pul göndərmiş, bundan sonra pulu kartdan çıxarmaq üçün Elnur və Tural ilə birlikdə əvvəlcə İmişli rayonuna getmişlər, Babək isə bazarda qalmışdır. Daha sonra hazırda ünvanını xatırlamadığı ATM-dən 6000 manat pul çıxarıb Elnura vermiş, 4000 manatı isə ATM-də pul qurtardığından "xxxx" ASC-nin İmişli rayonu ərazisində yerləşən filialına gedib, qalıq pulu da yəni 4000 manatı da çıxarıb üzərinə 200 manat da əlavə edib Elnura vermişdir. Daha sonra Elnur və Tural çıxıb getmiş, o, isə bazara qayıtmışdır. Həmin vaxt Babək orada olmamış, bir müddət sonra həmin camışlardan birini 1900 manata İmişli rayon sakini Mehdi adlı şəxsə satmışdır. Babək geri qayıtdıqdan sonra isə saat təxminən 14 radələrində əvvəldən tanıdıqları Hüseyin adlı şəxs onlara yaxınlaşmış və heyvanlara baxdıqdan sonra onları neçəyə satdıqlarını soruşmuşdur. O da əvvəlcə camışların hər birini 1700 manata satdıqlarını söyləmiş, həmin şəxs razılaşmamışdır. Təxminən 2-3 saat sonra Hüseyin yenidən onlara yaxınlaşmış və camışları almaq istədiyini, lakin camışlardan biri zəif olduğu üçün digər 6 baş camışı alacağını söyləmişdir, 9300 manata razlaşmışlar. Bundan sonra Babək ilə birlikdə heyvanları Hüseyinin dediyi yük avtomilinə yükləmişlər. Hüseyn ona əvvəlcə 300 manat pul verib 9000 manatı gün ərzində verəcəyini söyləyib çıxıb getmişdir. Onlar isə 1 baş camışı sata bilmədikləri üçün yaşadıqları Bərdə rayonu, Qaraqoyunlu kəndinə gətirmişlər. Saat 22 radələrində Hüseyin ona zəng edərək görüşüb pulu verəcəyini söyləmiş, o, isə razılaşmış və Babək ilə birlikdə "xxxx" ASC-nin Bərdə rayonu ərazisində yerləşən filialının qarşısında Hüseyin ilə görüşmüşlər. Həmin vaxt Hüseyn 9000 manatı onlara verib çıxıb getmişdir. Bundan sonra 08 noyabr 2024-cü il tarixdə Babəklə birlikdə alver etmək üçün Bərdə rayonu ərazisində yerləşən mal bazarına getmişlər. Həmin vaxt 1 baş camışı da satmaq üçün bazara aparmışlar. Həmin camışı zəif olduğu üçün tək sata bilməyəcəyini fikirləşmiş və onu əvvəlcədən özlərində olan camış balası ilə birlikdə satmaq qərarına gəlmişlər. Daha sonra heyvanları “Atego” markalı yük avtomobilinin kənarına bağlamışlar. Ucuz qiymətə heyvan tapmaq üçün bazarı gəzməyə başlamış, Babək isə heyanların yanında qalmışdır. Bir müddət sonra geri qayıtmışdır. Babək ona həmin camışı bala ilə birlikdə 2000 manata tanımadığı şəxsə satdığını söyləmiş, daha sonra isə bir müddət də alver edib geri qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus “Qazel” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıma fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin sentyabr ayının sonlarında saat 21 radələrində tanımadığı nömrədən ona zəng gəlmiş, zəngə cavab verdikdə həmin şəxs adının Elnur olduğunu söyləyib onu tanıyıb-tanımadığını soruşmuş, o da tanıdığını söyləmişdir. Bundan sonra ona Ağdaş rayonu, Eymur kəndi ərazisində özünə məxsus camışları olduğunu, pula ehtiyacı olduğu üçün onları satmaq üçün Ağdaş rayonu ərazisində yerləşən mal bazarına aparmaq lazım olduğunu söyləmişdir. Bunun üçün ondan 100 manat pul istəmiş, onunla razılaşmışdır. Bundan sonra ona zəng edəcəyini söyləyib telefonu söndürmüşdür. Həmin gün saat 23 radələrində Elnur ona zəng edərək dediyi ünvana gəlməyini söyləmişdir. Bundan sonra Ağdaş rayonundan Bakı-Qazax magistral yolu istiqamətində hərəkətə başlamışdır. Ünvanı bilmədiyi üçün Elnur mobil telefonla ona yolu izah etmiş, o, isə Bakı- Qazax magistral yolu ilə Yevlax rayonu istiqamətində gəlməyini, Yevlax rayonunun ərazisində yerləşən stasionar posta çatmamış geriyə dönüb Ağdaş rayonu istiqamətində hərəkət etdikdə yolun sağ kənarında restoran olduğunu, həmin restoranı keçdikdən sonra sağ tərəfdə olan torpaq yolla düz istiqamətdə gəlməyini söyləmişdir. O da Elnurun dediyi yolla hərəkət etməyə başlamış, təxminən saat 01 radələrində Elnurun dediyi yerə çatmışdır. Həmin yer yoldan təxminən 100 metr məsafədə yerləşir, kənarları ağac və kollarla bağlanmış vəziyyətdə, giriş hissəsində isə bağlı vəziyyətdə olan taxtadan hazırlanmış qapı olmuşdur. Həmin vaxt Elnurun yanında tanımadığı 2 nəfər şəxs də olmuşdur. Avtomobilin arxasını həmin yerə verdikdən sonra avtomobildən düşüb həmin şəxslərlə görüşmüş, Elnur onu həmin şəxslərlə tanış edib tanışları Orxan və Tural olduğunu, camışları avtomobilə yükləməkdə ona köməklik göstərəcəklərini söyləmişdir. Həmin vaxt onlardan camışları hansı səbəbdən kənddən kənar yerdən avtomobilə yükləməklərini soruşmuş, ona camışları meşə sahəsində yerləşən fermada saxladıqlarını, hazırda fermanın yolunu su basdığını, həmin yolda avtomobil hərəkət edə bilmədiyini, buna görə də camışları avtomobilə yükləmək asan olsun deyə meşənin kənarına gətirdiklərini söyləmişlər. Bundan sonra onlar 4 baş camışı avtomobilinə yükləmişlər. Həmin vaxt Elnur da avtomobilə əyləşmiş, Orxanla Tural isə Elnura özlərinin gələcəklərini söyləyib həmin yerdə qalmışlar. Bundan sonra Ağdaş rayonu istiqamətində hərəkətə başlamışlar, yol boyu Elnur ona camışları saxlaya bilmədiyini, həmçinin pula ehtiyacı olduğunu, buna görə də camışları satmaq qərarına gəldiyini söyləmişdir. Saat təxminən 02 radələrində Ağdaş rayonu ərazisində yerləşən mal bazarına çatmışlar. Elnur camışları avtomobildən düşürdükdən sonra ona 100 manat vermiş və yaşadığı evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 6 ildir ki, yük daşıma fəaliyyəti ilə məşğul olur, “Qazel” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini kimi tanıyır. 2024-cü iyul ayının ortalarında tanımadığı nömrədən Elnur ona zəng etmiş, daha sonra ona Ağdaş rayonu, Eymur kəndində yaşayan bir nəfər tanışının 1 rəst atı olduğunu və onu satmaq üçün Bərdə rayonu ərazisində yerləşən mal bazarına aparmaq lazım olduğunu söyləmiş, onunla 80 manat müqabilində razılaşmışdır. Saat təxminən 23 radələrində Elnurun ona dediyi ünvana çatmışdır. Həmin vaxt onu Elnur qarşılamış, onu Orxan adlı şəxslə tanış edərək atın ona məxsus olduğunu söyləmişdir. Elnurdan hansı səbəbdən atı satdıqlarını soruşduqda Orxan adlı şəxs ona atın uşağı vurduğu üçün satdığını söyləmiş, bundan sonra Elnur və Orxan atı avtomobilinə yükləmişlər və növbəti gün saat 01 radələrində Bərdə rayonu ərazisində yerləşən at bazarına getmişlər. Saat 02 radələrində onlar atı satdıqdan sonra onunla birlikdə geri qayıdıb Yevlax rayonu ərazisində yerləşən avtovağzalın yaxınlığında avtomobildən düşmüşlər. Daha sonra onlardan 80 manat alıb yaşadığı evə gəlmişdir. Təxminən 1 ay, 10 gün sonra Elnur yenidən ona zəng edib 1 baş özünə, 2 baş isə Orxana məxsus camış olduğunu, satmaq üçün onları Bərdə rayonu ərazisində yerləşən mal bazarına aparmağını söyləmiş, o da Elnurla 120 manat müqabilində razılaşdıqdan sonra yenidən Ağdaş rayonu, Eymur kəndinə getmişdir. Həmin vaxt Elnur ona zəng edib əvvəlki yerə gəlməməyini söyləmiş, daha sonra isə telefon vasitəsilə olduqları yeri izah etmişdir. Saat təxminən 23 radələrində Elnurun dediyi ünvana çatmış, həmin vaxt orada Elnur, Orxan və tanımadığı bir nəfər şəxs olmuşdur. O, avtomobildən düşüb həmin şəxslərlə görüşmüş, bu vaxt həmin şəxsin Elnurla Orxanın tanışı Tural olduğunu öyrənmişdir.Onlardan camışları meşə sahəsinin kənarından avtomobilə yükləməklərinin səbəbini soruşmuş, onlar digər kənd camaatı kimi özlərinin də camışları meşə sahəsində saxladıqlarını bildirmişlər. Daha sonra onlar 3 baş camışı avtomobilinə yükləmişlər. Elnur onun avtomobilinə əyləşmiş, Orxanla Tural isə arxaları gələcəklərini, Yevlax rayonu ərazisində yerləşən avtovağzalın yaxınlığında dayanıb onları gözləməsini söyləmişlər. Bundan sonra Elnurla birlikdə həmin yerə gedib onları gözləmiş, bir müddət sonra Orxanla Tural taksi ilə gəlib onun avtomobilinə əyləşmişlər və birlikdə Bərdə rayonu ərazisində yerləşən mal bazarına getmişlər. Həmin vaxt Orxan bazarın çölündə gözləmiş, Turalla Elnur isə camışları satmaq üçün bazara daxil olmuşlar. Təxminən 30 dəqiqə sonra Elnurla Tural 3 baş camışı ayrı-ayrı şəxslərə ümumilikdə 4600 manata satıb Orxanın yanına getmişlər, ona 120 manat vermişlər. Bundan sonra Elnur onunla Ağdaş rayonuna qayıtmış, Orxanla Tural isə taksi çağırıb yaşadıqları evə gedəcəklərini bildirmişlər. 04 noyabr 2024-cü il tarixdə Elnur yenə ona zəng edərək yenidən onları bazara aparmasını söyləmiş, lakin işləri olduğu üçün bundan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, uzun müddətdir ki, heyvan alqı-satqısı ilə məşğul olur. Buna görə də həm Bərdə ərazisində, həm də İmişli rayonu ərazisində yerləşən mal bazarıında ucuz qiymətə heyvan alır, baha qiymətə başqa şəxslərə satır. Şahid8 uzun müddətdir ki, tanıyır. Belə ki, onun Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Mal kəsim məntəqəsi” var. Dəfələrlə Gündüzə bazardan münasib qiymətə mal alıb-satmışdır. 05 noaybr 2024-cü il tarixdə saat təxminən 14 radələrində İmişli rayonu ərazisində yerləşən mal bazarında olan zaman Şahid8 ona zəng edərək satılıq camışın olub-olmadığını soruşmuş, o da olmadığını söyləmişdir. Bundan sonra ona “bax gör bazardan mənə üç ədəd inək, 3 ədəd isə camış ala bilərsən?” söyləmişdir. Daha sonra bazarda satılıq inək və camış axtarmağa başlamış, həmin vaxt əvvəldən tanıdığı Orxan və Babək adlı şəxslərin “Atego” markalı yük avtomobilinə kəndirlə bağlı 7 baş camış olduğunu görmüş, onlara yaxınlaşıb həmin camışların qiymətini soruşmuşdur. Orxan ona camışın hər birini 1700 manata satacaqlarını söyləmiş, bundan sonra Şahid8 zəng edərək bu barədə məlumat vermişdir. Ona “15-dən, 15 yarımdan versələr al” söyləmişdir, təxminən 2-3 saat sonra o, yenə də Orxan və Babəkə yaxınlaşıb camışları ona satmalarını, lakin həmin camışlardan 1 başı zəif olduğu üçün onu almayacağını bildirmişdir. Orxan və Babəklə 6 baş camışı ümumilikdə 9300 manata satın alacağı ilə bağlı razılaşmışlar. Daha sonra Şahid8 zəng edib 9300 manata razılaşdığını, 200 manat isə zəhmət haqqı istəmişdir. Onlar razılaşmış və pulu gün ərzində göndərəcəyini bildirmişdir. Bundan sonra Orxana özündə olan 300 manatı beh olaraq verib, 9000 manatı gün ərzində verəcəyini bildirmişdir. Daha sonra Şahid8 zəng edərək camışları aldığını bildirmişdir. Gündüz ona Sarı kimi tanıdığı yük avtomobilinin sürücüsü ilə onu danışdırmasını söyləmişdir. O da həmin şəxsə yaxınlaşıb telefonu ona vermiş, Şahid8 həmin şəxslə danışdıqdan sonra 120 manat pul verməsini, camışların pulunu göndərən zaman 120 manatı da göndərəcəyini bildirmiş, onunla razılaşmış, daha sonra 6 baş camışı Sarının yük avtomilinə yükləyib ona 120 manat pul vermişdir. Orxan və Babəkə isə gün ərzində pulu verəcəyini söyləyib evə qayıtmış, saat təxminən 22 radələrində Şahid8 ona “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərdiyi ***-***-**-** saylı “m10” hesabına 9500 manat pul göndərmişdir. O, Orxana zəng edib görüşüb pulu verəcəyini söyləmiş və "xxxx" ASC-nin Bərdə rayonu ərazisində yerləşən filialının qarşısında görüşdükdən sonra 9500 manat pulu “m10” hesabından çıxarıb 9000 manatı Orxana vermiş, daha sonra isə yaşadığı evə qayıtmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/598 nömrəli rəyində göstərilmişdir ki, !iym Ümu Miqd əti mi S/S arı (ma qiym Malların adı və markalanma göstəriciləri nat) əti (man at) Yerli cins, 4 illik, sarı rəngli dişi cinsli, diri çəkisi 500,

1. 1 rəst 1000 1000 təmiz ət çəkisi 250 kq olan at Yerii cins, 6 illik, sarı rəngli dişi cinsli, diri çəkisi 400,

2. 1 rəst 800 800 təmiz ət çəkisi 200 kq olan at Yerili cins, 2 illik, sarı rəngli erkək cinsli, diri çəkisi 250,

3. 1 rəst 500 500 təmiz ət çəkisi 125 kq olan at Qarabağ cins, 7 illik, sarı rəngli, dişi cinsli, diri çəkisi

4. 1 rəst 1000 1000 500, təmiz ət çəkisi 250 kq olan at Qarabağ cins, 2 illik, sarı rəngli, erkək cinsli, diri çəkisi

5. 1 rəst 800 800 400, təmiz ət çəkisi 200 kq olan at Qarabağ cins, 20 illik, sarı rəngli, dişi cinsli , diri çəkisi

6. 1 rəst 600 600 400, təmiz ət çəkisi 200 kq olan at Qarabağ cins, 5 illik, sarı rəngli, dişi cinsli, diri çəkisi

7. 1 rəst 800 800 400, təmiz ət çəkisi 200 kq olan at Yerili cins, 3 illik, narıncı rəngli dişi cinsli, diri çəkisi

8. 1 rəst 600 600 300, təmiz ət çəkisi 150 kq olan at Yerili cins, 1 illik, narıncı rəngli dişi cinsli, diri çəkisi 200 1 rəst

9. 450 450 kq, təmiz ət çəkisi 100 kq olan at Yerili cins, 5 illik, narıncı rəngli dişi cinsli, diri çəkisi 500

10. 1 rəst 1000 1000 kq, təmiz ət çəkisi 250 kq olan at Qarabağ cins, 3 illik, sarı rəngli, dişi cinsli, diri çəkisi

11. 1 rəst 1000 1000 500, təmiz ət çəkisi 250 kq olan at Yerli cins, 3 illik, narıncı rəngli dişi cinsli, diri çəkisi 600,

12. 2 rəst 1200 2400 təmiz ət çəkisi 300 kq olan at Qarabağ cins, 7 illik, boz rəngli, erkək cinsli, diri çəkisi

13. 1 rəst 2400 2400 600

14. Yerli cins, 4 illik, qara rəngli dişi cinsli, diri çəkisi 200 1 rəst 450 450 Yerli cins, 10 illik, ağ rəngli dişi cinsli, diri çəkisi 400,

15. 1 rəst 800 800 təmiz ət çəkisi 200 kq olan at Yerli cins, 2 illik, qara rəngli dişi cinsli, diri çəkisi 300,

16. 1 rəst 600 600 təmiz ət çəkisi 150 kq olan at Yerli cins, 6 illik, şabalıdı rəngli, dişi cinsli, diri çəkisi

17. 1 rəst 800 800 400, təmiz ət çəkisi 200 kq olan at Yerli cins, 4 illik, qara rəngli, dişi cinsli, diri çəkisi 450,

18. 1 rəst 900 900 təmiz et çəkisi 225 kq olan at Yerii cins, 4 illik, qara rəngli, dişi cinsli, diri çəkisi 400,

19. 1 baş 2000 2000 təmiz ət çəkisi 200 kq camış Yerli cins, 7 illik, qara rəngli, dişi cinsli, diri çəkisi 400,

20. 2 baş 1500 3000 təmiz ət çəkisi 150 kq olan camış Yerli cins, 6 illik, qara rəngli, dişi cinsli, diri çəkisi 500,

21. 2 baş 2500 5000 təmiz ət çəkisi 250 kq olan camış Yerli cins, 7 illik, qara rəngli, dişi cinsli, diri çəkisi 600,

22. 2 baş 3000 6000 təmiz ət çəkisi 300 kq olan camış Yerli cins, 5 illik, qara rəngli, dişi cinsli, diri çəkisi 400,

23. 4 baş 2000 8000 təmiz ət çəkisi 200 kq olan camış Yerli cins, 10 illik, qara rəngli, dişi cinsli, diri çəkisi 600,

24. 4 baş 2350 9400 təmiz ət çəkisi 250 kq olan camış Cəmi: 50300,00 Ekspertiza təyini haqqında qərarda qeyd edilən heyvanların cari dövrə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 50300,00 manat müəyyən edilir. 06 mart 2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsinə əsasən o, həqiqətən də 2024-cü ilin iyul ayının ortalarında, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Ağdaş rayonu, Eymur və Ərəbşəki kəndləri, 2024-cü ilin sentyabr ayının sonlarında, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdaş rayonu, Ərəbşəki, Qaradeyin kəndi, Bərdə rayonu, Mollagüllər kəndi və Yevlax rayonu, Qaraoğlan kəndi, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə Ağdaş rayonu, Ərəbşəki, Qaradeyin, Əmiraxr, Ləki kəndləri, Ucar rayonu, Müsüslü kəndi, Kürdəmir rayonu, Qarabucaq kəndi, İmişli rayonu, M.Əzizbəyov, M.Ə.Rəsulzadəvə N.Nərimanov küçəsi ərazilərində olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsinə əsasən o, həqiqətən də 2023-cü ilin noyabr ayının sonlarında, yəni xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Ərəbşəki, Qaradeyin kəndləri və Yevlax rayonu, Qaraoğlan kəndi, 2024-cü ilin mart ayının ortalarında, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdaş rayonu, Ərəbşəki, Qaradeyin kəndləri, Bərdə rayonu, Mollagüllər, Samuxlu kəndləri və Yevlax rayonu, Qaraoğlan kəndi, 2024-cü ilin aprel ayının əvvəllərində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdaş rayonu, Ərəbşəki, Qəribli kəndləri, Yevlax rayonu, Yuxarı Qarxun və Qaraoğlan kəndləri, 2024-cü ilin aprel ayının ortalarında, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Ağdaş rayonu, Ərəbşəki, Qaradeyin kəndləri, Bərdə rayonu, Samuxlu kəndi və Yevlax rayonu, Qaraoğlan kənləri, 2024-cü ilin sentyabr ayının sonlarında, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdaş rayonu, Ərəbşəki, Qaradeyin kəndi, Bərdə rayonu, Mollagüllər, Qaradəmirçi, Alpout (Mal bazarı) kəndləri və Yevlax rayonu, Qaraoğlan kəndi, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə Ağdaş rayonu, Ərəbşəki, Qaradeyin, Əmiraxr, Ləki kəndləri, Ucar rayonu, Müsüslü kəndi, Kürdəmir rayonu, Qarabucaq kəndi, İmişli rayonu, M.Əzizbəyov, M.Ə.Rəsulzadəvə N.Nərimanov küçəsi ərazilərində olmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsinə əsasən o, həqiqətən də 2023-cü ilin noyabr ayının sonlarında, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Ağdaş rayonu, Eymur və Qaradeyin kəndləri, 2024-cü ilin mart ayının ortalarında, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdaş rayonu, Eymur və Qaradeyin kəndləri, 2024-cü ilin aprel ayının əvvəllərində, yəni xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu, Eymur kəndi, 2024-cü ilin aprel ayının ortalarında, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Ağdaş rayonu, Eymur və Qaradeyin kəndləri, 2024-cü ilin iyul ayının ortalarında, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Ağdaş rayonu, Eymur kəndi, 2024-cü ilin sentyabr ayının sonlarında, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdaş rayonu, Eymur və Qaradeyin kəndləri, xx.xx.2024-cü il tarixdə isə Ağdaş rayonu, Eymur kəndi ərazilərində olmuşdur. 10 noyabr 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus oğurlanmış 4 baş camış Şahid8 kəsim məntəqəsindən, 1 baş camış isə Şahid1 götürülmüş, saxlanması üçün Zərərçəkmiş şəxs5 təhvil verilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 11 noyabr 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 13 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 11 noyabr 2024-cü il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuş, 13 noyabr 2024cü il tarixdə, saat 18:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 18:20-də təqsirləndirilən şəxs qismində dindirilmiş və 13 noyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 22 yanvar 2025-ci il tarixli, 18-1-22/2-257/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli, 5-32-12/2-97/1/2025 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ailə tərkibi – atası 1965-ci il təvəllüdlü X13 və anası 1966-cı il təvəllüdlü X3 ibarətdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 noyabr 2024-cü il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, 16 noyabr 2024-cü il tarixdə, saat 13:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 4(014)-49/2024 nömrəli, 16 noyabr 2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ağdaş Rayon Məhkəməsinin 4(014)-60/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 4(014)-49/2024 saylı qərarı ilə 3 ay, yəni 14 fevral 2025-ci il tarixə qədər seçilmiş həbs qətimkan tədbiri 19 dekabr 2024-cü il tarixdən 14 fevral 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 4(014)-18/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 ev dustaqlığı qətimkan tədbirinin müddəti 02 ay, yəni 12 aprel 2025ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Yevlax şəhəri bölməsi tərəfindən 22 noyabr 2024-cü il tarixli, 235 saylı arayışdan görünür ki, Laçın rayonundan məcburi köçkün olan Təqsirləndirilən şəxs2 Yevlax şəhəri, Yeni qəsəbə 10/65 ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 04 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Yevlax şəhəri bölməsi tərəfindən tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan və “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 14 noyabr 2024-cü il tarixdə saat 19:00da şübhəli şəxs qismində tutulmuş, 16 noyabr 2024-cü il tarixdə, saat 11:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə ilə ittiham elan edilmiş, saat 12:20-də təqsirləndirilən şəxs qismində dindirilmişdir. Ağdaş Rayon Məhkəməsinin 4(014)-48/2024 nömrəli, 16 noyabr 2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ağdaş Rayon Məhkəməsinin 4(014)-19/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 02 ay, yəni 12 aprel 2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 Ağdaş Rayon Məhkəməsinin 12 fevral 2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə və şərti maliyyə vahidinin – 3500 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, 27 oktyabr 2008-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 1(014)-45/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 22 yanvar 2025-ci il tarixli, 18-1-22/2-251/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli, 5-32-12/2-35-2025 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Eymur kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs3 ailə tərkibi – anası 1964-cü il təvəllüdlü Vəliyeva Hicran Vəli qızı, arvadı 1990-cı il təvəllüdlü X5, övladları 2014-cü il təvəllüdlü X7 və 2016-cı il təvəllüdlü X4 ibarətdir. Ağdaş rayon Eymur kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ № 435138 saylı və Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 841719 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində yetkinlik yaşına çatmamış 06 dekabr 2014-cü il təvəllüdlü X7 və 03 oktyabr 2016-cı il təvəllüdlü X11 vardır. Məhkəmə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqadan əlbir olmuş bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını xeyli miqdarda gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən kası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, həmin əməllərdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin tərkibi vardır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iş materiallarına istinad edib, Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, 16 zərərçəkmiş şəxsdən 5-i ilə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, Təqsirləndirilən şəxs2 15 zərərçəkmiş şəxsdən 13-ü ilə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın əksər hissəsini ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi, təqsrləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, törətdikləri cinayət əməllərini səmimi etiraf etmələrini, əməllərindən peşman olmalarını və müsbət xarakterizə edilmələrini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilmişdir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 sonuncu dəfə müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə müvafiq olaraq onun hazırki iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayətin residivini yaradan hallar kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində yenidən qəsdən cinayət törətməsini, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbirinin gözlənilən səmərəni verməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 24 iyun 2025-ci il tarixli, c/i-604 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Ağdaş Rayon Məhkəməsinin 1(014)-45/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın 05 (beş) ay 08 (səkkiz) gününü çəkmiş, 24 iyun 2025-ci il tarixə 01 (bir) il 18 (on səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-45/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il 18 (on səkkiz) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 06 (altı) ay 09 (doqquz) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və həmin cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməlidir. Məhkəmə, Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin ediləcək cəzanı real olaraq çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli, cəza çəkmə müddətinin əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, cinayət əməlini törətmələrini etiraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələri və dəymiş ziyanla bağlı ödənişlər məhz Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən könüllü olaraq ödəməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən haldır və onların cəzalarını ağırlaşdıran hallar mövcud deyildir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini xarakterizə edən halları və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, dəymiş ziyanın çox hissəsinin ödənilməsini, o cümlədən cinayət əməli törətmələrini etiraf edib bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələri kimi cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq və onların cəmiyyətdən təcrid olunmadan da islah olunmalarının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 noyabr 2024-cü il tarixdən şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı 07 ay 10 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddət, Təqsirləndirilən şəxs1 isə 11 noyabr 2024-cü il tarixdən 13 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, onlar qəti cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Laçın rayonu, Ərikli kənində qeydiyyatda olsa da, faktiki olaraq ailə üzvləri ilə bərabər Yevlax şəhəri, Yeni qəsəbə 10/65 ünvanında yaşayır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə qeyd olunmuşdur ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilənlərə və Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmlə təyin ediləcək cəzanın icrası Təqsirləndirilən şəxs2 faktiki yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya İdarəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onların cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən, 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi tələb etdiklərinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanlarının olmadığını bildirdiklərinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onların məhkəmədə müdafiələri ilə əlaqədar vəkillərin əmək haqqıları dövlət büdcəsinin hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarının ikinci bəndindən görünür ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarı rəsmi olaraq 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarına 28 aprel 2025-ci il tarixdə dəyişiklik edilənə qədər qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Ağdaş rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə 33 saat, vəkil Müdafiəçi2 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 40 saat, eləcə də vəkil Müdafiəçi1 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf edilmişdir. Həmçinin, vəkil Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 məhkəməyə təqdim etdikləri hesabatlardan görünür ki, onların hər biri Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli qərarına əsasən 01 aprel 2025-ci il tarixdən etibarən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiənə (iş materialları ilə tanış olma və hüquqi yardım göstərilən şəxslə görüş) başlamış, vəkil Müdafiəçi3 29 aprel 2025-ci il tarixədək 10 saat 30 dəqiqə, bundan sonra isə 22 saat 30 dəqiqə, vəkil Müdafiəçi2 29 aprel 2025-ci il tarixədək 17 saat, bundan sonra isə 23 saat, vəkil Müdafiəçi1 29 aprel 2025-ci il tarixədək 16 saat, bundan sonra isə 24 saat təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə vaxt sərf etmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödəniləcək məbləğ 29 aprel 2025-ci il tarixədək olan müddətə 63 manat, bundan sonra göstərilən hüquqi yardımla bağlı isə 247,50 manat, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı həmin Büronun vəkili Müdafiəçi2 ödəniləcək məbləğ 29 aprel 2025-ci il tarixədək olan müddətə 102 manat, bundan sonra göstərilən hüquqi yardımla bağlı isə 253 manat, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı eyni Büronun vəkili Müdafiəçi1 ödəniləcək məbləğ 29 aprel 2025-ci il tarixədək olan müddətə 96 manat, bundan sonra göstərilən hüquqi yardımla bağlı isə 264 manat miqdarda müəyyən edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 310,50 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına, - Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 355 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına, - Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 360 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur, maddi sübut kimi tanınmış 5 baş camışın isə Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağdaş Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(014)-45/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 18 (on səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 06 (altı) ay 09 (doqquz) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs3 təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 noyabr 2024-cü il tarixdən şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı 07 ay 10 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 01 il 02 (iki) ay 20 (iyirmi) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilsin, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 noyabr 2024-cü il tarixdən 13 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 02 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 310,50 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına, - Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 355 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına, - Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 360 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 5 baş camışın Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar