Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-33/2021 31.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2001-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, İstiqlal küçəsi 16/2 saylı evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya, başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını təkrarən gizli olaraq talamışdır. Belə ki, o, 2016-cı ilin sentyabr ayının əvvəllərində, yəni yetkinlik yaşına çatmadığı dövrdə ünvan 1 ünvanında yaşayan əmisi Zərərçəkmiş şəxs2 evinin həyətinə qanunsuz daxil olaraq, həyətdən 1 ədəd 100 manat dəyərində samovar, 2 ədəd hər biri 80 manat dəyərində soyuducu motoru, 1 ədəd 15 manat dəyərində həyəti işıqlandırmaq üçün projektor, 1 ədəd 6 manat dəyərində 30 metrlik elektrik ötürücü kabel (“переноска”) və 1 ədəd 150 manat dəyərində nahar servisini oğurlayaraq, sonuncunun cəmi 431 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən 2017-ci ilin avqust ayında, yəni yetkinlik yaşına çatmadığı dövrdə ünvan 1-də qeydiyyatda olan Zərərçəkmiş şəxs2 42-ci məhəllədə yerləşən evinin həyətinə qanunsuz daxil olaraq, həyətdən 20 ədəd hər birinin uzunluğu 5 metr, diamertri 32 mm olan 200 manat dəyərində dəmir turbanı (“болванка”), 10 ədəd hər birinin uzunluğu 5 metr, diametri 100 mm olan 300 manat dəyərində dəmir boruları, 15 ədəd hər birinin uzunluğu 4 metr, diametri 50 mm olan 180 manat dəyərində dəmir boruları, 15 ədəd hər birinin uzunluğu 4 metr, diametri 32 mm olan 120 manat dəyərində dəmir boruları, 10 ədəd hər birinin uzunluğu 6 metr diametri 20 mm olan 90 manat dəyərində dəmir boruları, 15 ədəd hər birinin uzunluğu 6 metr diametri 15 mm olan 108 manat dəyərində dəmir boruları, 25 ədəd hər birinin uzunluğu 4 metr, diametri 50 mm olan 200 manat dəyərində dəmir künclükləri, 40 ədəd hər birinin uzunluğu 6 metr, diametri 18 mm olan 360 manat dəyərində armaturları, 40 ədəd hər birinin uzunluğu 4 metr, diametri 10 mm olan 1280 manat dəyərində dəmir şvelleri, diametri 6 mm olan 100 kq 100 manat dəyərində dəmir məftili, 6 top hər biri 100 metr qalvanizasiya olunmuş (“оцинкованный”) məftildən olan 180 manat dəyərində dəmir tordan ibarət əmlakını vahid niyyətlə oğurlayaraq, sonuncunun cəmi 3118 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Daha sonra Təqsirləndirilən şəxs təkrarən 10.10.2020-ci il tarixdə, saat təxmin 23:00 radələrində ünvan 2 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Lökbatan qəsəbəsində müvəqqəti yaşayan Zərərçəkmiş şəxs1 Məmmədəli qızına məxsus ünvan 2 ünvanındakı fərdi yaşayış evinə qanunsuz daxil olaraq 1 ədəd 150 manat dəyərində qara rəngli “LG” markalı “** LN ***U” model, 05/2013 tarixdə Koreyada istehsal edilmiş televizoru, 1 ədəd 25 manat dəyərində ağ rəngli “TPLİNK” markalı “TD-W8961ND” model, Çində istehsal edilmiş modemi, 1 ədəd 30 manat dəyərində istifadə olunmuş ütünü, 1 ədəd 25 manat dəyərində istifadə olunmuş elektrik çaydanını oğurlayaraq, sonuncunun cəmi 230 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Daha sonra Təqsirləndirilən şəxs, təkrarən 19.11.2020-ci il tarixdə, saat 11:00 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinə qanunsuz daxil olaraq cəmi 220 manat dəyərində olan üzərinə 1 ədəd 2,50x4,0 metr ölçülü, etiket hissəsində “Prestige Collection” yazıları olan, ağ-qəhvəyi və sair müxtəlif rənglərlə, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilmiş xovlu xalçanı oğurlayaraq, sonuncunun cəmi 220 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində heç bir yerdə işləmədiyini, 2017-ci ilin axırlarında oğurluq etdiyinə görə 2018-ci ildə barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən 2 il müddətində hökm çıxdığını, Zərərçəkmiş şəxs2 onun əmisi olduğunu və Bakıda yaşadığını, əmisinin Ağdaş şəhəri 42-ci məhəllədə yerləşən evində nənəsi X5 yaşadığını, tez-tez anası ilə birlikdə və ya təkcə nənəsinə baş çəkməyə getdiyini, elə olurdu ki, nənəsinə meyvə apardığını, yaxud da nənəsinin onlara zəng etdiyini, ona lazım olan ərzaq məhsullarını yığıb apardığını, nənəsigilə gedib gələndə onların həyətində dəmir boru və digər əşyalar gördüyünü, həmin əşyaları oğurlayaraq satmaq qərarına gəldiyini, dəqiq tarixi yadında olmadığını, 2016-cı ilin sentyabr ayının əvvəllərində əmisi Elbrusun evdə olmadığı müddət ərzində Elbrusun evindən 1 ədəd samovar, 2 ədəd soyuducu motoru, həyəti işıqlandırmaq üçün projektor, təxminən 30 metr uzunluğunda olan elektrik ötürücü kabel (“переноска”), 1 ədəd nahar servisini oğurladığını, dəqiq yadında olmadığını həmin əşyaları da bazarın qarşısında tanımadığı bir “Muravey” markalı motorellerin sürücüsü ilə apardığını, həmin əşyaları da dəqiq yadında qalmadığı tanımadığı şəxslərə satdığını, əldə etiyi pulu isə özü üçün xərclədiyini, bununla bağlı sonradan ounun PŞ-də izahatı və ifadəsinin alındığını, lakin oğurluq etmədiyini bildirdiyini, daha sonra isə yenidən 2017-ci ilin yay aylarında yəni avqust ayının əvvəllərində Ağdaş bazarının qarşısından motoroller sürən Neyməddin adlı bir nəfər şəxsə müraciət etdiyini, ona dəmir boruları olduğunu və həmin boruları aparıb satmaq istədiyini bildirdiyini, bundan sonra nənəsigilə getdiyini və həyətdə olan 50 mm diametrli borulardan bir hissəsini evdən çıxarıb yola qoyduğunu, daha sonra Neyməddinin motorolleri ilə birlikdə küçəyə getdiyini və boruları küçəyə qoyduğu yerdən motorollerə qoyub aparıb Ağdaş şəhəri Bakı dördyolunda işləyən Ceyhun adlı şəxsə bir metrini 2 manata satdığını, həmin borulara görə Ceyhundan təxminən 40 manat pul aldığını, bundan sonra təxminən 20 gün ərzində əmisinin evindən müxtəlif vaxtlarda özünə məxsus olan velosipedlə, həmçinin başqa motoreller və taksi ilə həyətdə olan dəmir boruları və başqa dəmir məmulatları az-az aparıb Ceyhun adlı şəxsə satdığını, həmçinin anası tərəfindən qohumu olan Məcid adlı şəxsin Ağdaş şəhəri SU-18 ünvanında həyət evi olduğunu, həmin ünvanda onların ailəsi ilə birlikdə yaşadıqlarını, təxminən 15-20 gün olar ki, Məcidin ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyünü və həmin evdə heç kimin yaşamadığını bildiyini, 10.10.2020-ci il tarixdə pula ehtiyacı olduğu üçün nə etməsini fikirləşdiyini, birdən Məcidgilin evdə olmadıqları və onların evində heç kim qalmadığı onun yadına düşdüyünü, belə olub Məcidin evindən oğurluq etmək qərarına gəldiyini, həmin gün saat təxminən 23:00 radələrində onun yaşadığı evə yaxınlaşdığını, həyətdə və evdə işıq yanmadığını gördüyünü, hasardan həyətə düşdüyünü, daha sonra evə yaxınlaşdığını və evin qarşı hissəsində olan pəncərəni əli ilə bərk itələdiyini, həmin zaman pəncərənin açıldığını və həmin pəncərədən içəri daxil olduğunu, evdən 1 ədəd ütü, 1 ədəd elektrik çaydanı və 1 ədəd də internet modemini götürüb həyətə evə girdiyi pəncərənin küncünə yerə qoyduğunu, daha sonra evə girdiyini və evdən 1 ədəd “LG” markalı plazma televizoru götürdüyünü, onu da həmin yerə gətirdiyini, daha sonra “Tefal”, ütü və modemi oradan götürdüyü bir sellofana yığıb həyətdən çıxıb Ağdaş şəhəri Maşad küçəsində yaşayan Cəmilə adlı qadına Tefal və ütünü 13 manata satdığını, modemi isə bazarın qarşısında adını bilmədiyi, lakin yerini göstərə biləcəyi bir xırdavat mağazasına 7 manata satdığını, daha sonra evə getdiyini, səhəri günü yəni 11.10.2020-ci il tarixdə səhər radələrində musiqi məktəbinin qarşısına gəldiyini və orada taksi fəaliyyəti ilə məşğul olan Elşən adlı şəxsə yaxınlaşdığını və ona SU-18-də 1 ədəd televizor olduğunu, onu şəhərə gətirmək lazım olduğunu dediyini, Elşənin də etiraz etmədiyini, bundan sonra onun avtomobilinə əyləşdiyini, SU-18-ə Məcidin yaşadığı ev tərəfə getdiklərini, həmin vaxt Elşənin bilməməsi üçün avtomobili aralıda saxlatdırdığını, əvvəllcədən Elşənə “tanış bir adam var, onun televizorudur, borcu var onu satacam” dediyini, televizoru dəmirdən düzəldilmiş həyətə giriş qapısından çıxardıb, aparıb maşına qoyub Ağdaş şəhərinə gələndə yolda dayandığını, daha sonra tanımadığı bir şəxslə qardaşının dostu, əslən Göyçay rayonundan olan, Ağdaş şəhərində kirayə yaşayan Fərhad adlı şəxsə zəng edərək onun harda olduğunu, soruşduğunu, Fərhadın da ona evdən çıxdığını bildirdiyini, Fərhada “tanış şəxs var, onun televizorunu satmaq lazımdır, evdən çıxanda şəxsiyyət vəsiqəsini də üzərində götür” dediyini, bundan sonra onların küçəsinə Elşənlə birlikdə getdiyini, Fərhadı avtomobilə əyləşdirdiklərini, Fərhaddan şəxsiyyət vəsiqəsini götürdüyünü soruşduğunu, Fərhadın da ona şəxsiyyət vəsiqəsini götürdüyünü bildirdiyini, bundan sonra Ağdaş şəhərində bazarın yaxınlığında yerləşən Nəbi adlı şəxsin mağazasına getdiyini, Nəbiyə həmin televizoru göstərdiyini, həmin vaxtı da Fərhada “Nəbi səndən soruşsa de ki, televizor mənimdir, televizoru 100 manata satıram” dediyini, Nəbinin də Fərhaddan televizoru 95 manata aldığını, həmçinin Fərhadın Nəbiyə öz şəxsiyyət vəsiqəsini də verdiyini, daha sonra həmin puldan çay içməsi üçün Fərhada 7 manat verdiyini, bundan sonra bir dəfə də 19.11.2020-ci il tarixdə saat 11:00 radələrində ünvan 4 ünvanında yaşayan əmisi Zərərçəkmiş şəxs2 evindən də 1 ədəd xalça oğurladığını, həmin gün səhər radələrində Ağdaş şəhər sakini kimi tanıdığı Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan Orxan adlı şəxslə gəzən zaman ona “əmimgildə xalça var, həmin evdə də nənəm tək yaşayır, orada bir ədəd xalça var, onu gətirib satmaq lazımdır” dediyini, Orxanın da ona “nənən xalçanı sənə verəcəkmi” dediyini, Orxana “nənəmin xalçasıdır, mənə verəcəkdir, aparıb satmaq lazımdır” dediyini, Orxanın da ona “mənim xalam var, o bu cür əşyaları alır, aparıb ona satarıq” dediyini, bundan sonra həmin gün Ağdaş şəhəri H.Əliyev prospektinə gəldiklərini, M.İsayev məktəbinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan nömrəsini xatırlamadığı, lakin sonradan adını bildiyi Azər adlı şəxsin idarə etdiyi sarı rəngli “VAZ 2104” markalı avtomobilin sürücüsünə yaxınlaşdıqlarını və ona “Ağdaş şəhəri H.Hacıyev küçəsində yaşayıram, orada 1 ədəd xalça var onu bizdən götürüb, Ağdaş şəhəri “Qozların dibi” adlanan yerdə bir nəfər şəxs var ona aparıb vermək lazımdır, məndən nə qədər pul alarsan” dediyini, həmin taksi sürücüsünün də ona “səndən 5 manat alaram” dediyini, belə olub onunla razılaşdığını və daha sonra həmin taksiyə əyləşdiklərini, əmisi Elbrusun evinə getdiklərini, taksi sürücüsünə “sən küçədə dayan” dediyini, taksi sürücüsünün də küçədə dayandığını, bu zaman qapını açdığını və qapının açıq olduğunu gördüyünü, bu zaman həyətə daxil olduğunu, lakin Orxanın isə küçədə dayandığını, həmin zaman nənəsinin evdə olduğunu, lakin onu görmədiyini, belə olub evin arxasına keçdiyini, evin arxasından ağ rəngli plastik pəncərəni əli ilə bərk basdığını və həmin zaman pəncərənin açıldığını, pəncərədən içəri daxil olub, orada olan 1 ədəd yığılı vəziyyətdə olan xalçanı həmin yerdən çıxartdığını, həmin zaman Orxanın onu çağırdığını gördüyünü, Orxana “çölə çıx gəlirəm” dediyini, nənəsinin evdə olsa da onu görmədiyini, həyətə giriş qapısından xalçanı çölə çıxartdığını, Orxanın da ona köməklik etdiyini və xalçanı avtomobilin arxa yük yerinə qoyduqlarını, daha sonra həmin xalçanı gətirib Ağdaş şəhərində “Qozların dibi” deyilən yerdə üzdən tanıdığı, lakin adını bilmədəyi Orxanın xalasına 50 manata satdıqlarını, həmin 50 manat puldan 15 manatını Orxana verdiyini, qalan 35 manatı isə özü xərclədiyini, daha sonra əmisi Elbrusun həmin gün Bakı şəhərindən DİN-in 102 xidmətinə zəng etdiyini və evdən 1 ədəd xalça oğurlanması barədə məlumat verdiyini, sonra da polis əməkdaşlarının nənəsi Saraygilə getdiyini, həmin zaman nənəsi Sarayın polisə ərizə verərək evindən xalça oğurlandığını bildirdiyini və ərizəsində də oğurluğu onun etdiyini bildirdiyini bildiyini, polis əməkdaşlarının da onu PŞ-yə gətirdiklərini və onun RPŞ-nin TB-də izahatı alındığını, izahatı alınan zaman həmin oğurluğu tək etdiyini, xalçanın özündə olduğunu və onu təqdim edə biləcəyini bildirdiyini, sonra da gedib həmin xalçanı satdığı şəxsdən alıb gətirib təqdim etdiyini, oğurladığı əşyaları “Muravey” markalı motoreller və velosipedi ilə apardığını, həmin boruların əksəriyyətini öz velosipedi ilə oğurladığını, xalçanı isə Azər adlı şəxsin idarə etdiyi taksi ilə apardığını, həmin nəqliyyat vasitələrindən yalnız 2017-ci ildə əşyaları apardığı “Muravey” markalı motorellerin sürücüsünü tanıdığını, həmin şəxsin adı Neyməddin olduğunu, özü də bazarın qarşısında “Muravey” markalı motorellerə yük daşıdığını, əmisi Zərərçəkmiş şəxs2 evindən oğurladığı əşyaların hamısını aparıb satmaq fikrinin onda əvvəlcədən olduğunu, lakin şübhələnən olmaması üçün az-az apardığını, əmisinə məxus həyətə daim giribçıxdığını, həyətdə onun nənəsi yaşadığından tez-tez nənəsini ziyarət etmək üçün və ya ona nə isə aparmaq üçün ora gedib-gəldiyini, ibtidai istintaqda əvvəlki izahatında və ifadəsində 2016-cı ildə əmisi Elbrusun evindən oğurluq etmədiyini bildirməsi barədə həmin vaxtlar əmisinin ondan şübhələnməməyi üçün özü bu cür izahat və ifadə verdiyini, oğurladığı əşyaları satan zaman həmin əşyaların oğurluq olması barədə heç kimə heç bir söz demədiyini, Sevilin və Elbrusun evinə oğurluq üçün haradan və necə girməyini göstərə biləcəyini, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Lakin oğurladığı əşyaların sayı və qiyməti ittiham aktında düzgün qeyd olunmamışdır. Onun vurduğu zərərin məbləği ümumilikdə 300-400 manat civarındadır. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində Ağdaş şəhəri SU-18 deyilən yerdə yəni ünvan 2 ünvanında özünə məxsus birmərtəbəli yaşayış evi olduğunu, həmin evdə oğlu Məcid və onun ailəsi ilə birlikdə qaldıqlarını, sonradan Məcidin Bakı şəhərində işlədiyi üçün həmin burdakı evi kirayə vermək qərarına gəldiklərini, Məcidə evi kirayə istəyən olsa verməyini dediyini, həmin evdə də müəyyən əşyalarının olduğunu, Məcidin həmin evi bir nəfər Şəki rayon sakini Şahid2 aylıq 150 manata kirayə verdiyini bildiyini, daha sonra da İftixarın 09.10.2020-ci il tarixdən 11.10.2020-ci il tarixədək evdə olmadığı müddət ərzində evdən naməlum şəxslərin oğurluq etdiklərini bildiyini, İftixarın da 12.10.2020-ci il tarixdə PŞ-yə ərizə ilə müraciət etdiyini, sonra da evdən 1 ədəd ütü, 1 ədəd elektrik çaydanı, 1 ədəd “LG” markalı televizor və 1 ədəd internet modemini oğurladığını, həmçinin həmin oğurluğu Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin etdiyini bildiyini, həmin əmlakların ona məxsus olduğunu, Cavidanı Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onunla heç bir münasibətinin olmadığını, ona dəymiş zərərin bir hissəsinin ödənildiyini və qalan hissəsini tələb etmədiyini, həmin şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində özü Bakı şəhərində müvəqqəti, xəstələiyi ilə əlaqədar yaşadığını, Ağdaş şəhərində 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən kiçik bir evi olduğunu, həmin evdə hazırda 1927-ci il təvəllüdlü yaşlı anası X5 yaşadığını, 19.11.2020ci il tarixdə anası Saray Məmmədovanın onun istifadəsində olan mobil telefona zəng edərək yaşadığı evdən bir ədəd xalça oğurlandığını bildirdiyini, sonra da xalçanı yəqin ki, Elçinin oğlu Təqsirləndirilən şəxs oğurladığını dediyini, çünki əvvəllərdə onun evindən Cavidanın müxtəlif əşyalar oğurladığını, özü Bakı şəhərində oldğu üçün DİN-in 102 xidmətinə zəng edib, Ağdaş şəhəri 42-ci məhəllədə yerləşən evindən oğurluq olduğunu bildirdiyini, bundan sonra Ağdaş RPŞ-nin əməkdaşlarının onun Ağdaş şəhərində olduğu ünvana gəldiklərini, özü Bakı şəhərində olduğu üçün anası X4 polisə ərizə ilə müraciət etdiyini bildiyini, sonra ona evindən 1 ədəd xalçanı oğurlayan şəxsin qardaşı oğlu Təqsirləndirilən şəxs olduğu məlum olduğunu, həmin oğurlanmış 1 ədəd xalçanın ona məxsus olduğunu, əmlakın onun olduğunu, Cavidanın barəsində qanuni tədbir görülməsini xahiş etdiyini, Cavidan əvvəllər onun evindən oğurluq etdiyini, qardaşı Elçinlə danışmadığını, həmçinin onun övladları ilə də heç bir münasibəti olmadığını, heç bir vaxt Cavidana və onun valideynlərinə evin və həyətin giriş qapısının açarlarını vermədiyini, onlara da onun yaşayış evinə gəlib getməmələrini bildirdiyini, Cavidanın da 19.11.2020-ci il tarixdə qanunsuz olaraq onun evinə daxil olaraq evin plastik pəncərəsindən yaşadığı evə girib oradan 1 ədəd təxminən 650 manat dəyərində xalçanı oğurladığını bildirmişdir. Hazırda ona dəymiş zərərin ödənilmədiyini və Təqsirləndirilən şəxs qanunvericiliyə uyğun sərt şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində X6 onun kürəkəni olduğunu, Məcidin Ağdaş şəhəri SU-18-də özünə məxsus birmərtəbəli yaşayış evi olduğunu, həmin yaşayış evində onların yaşamadıqlarını, onların evi ona həvalə etdiklərini, təxminən 1 ay olar ki, onların Bakı şəhərinə yaşamağa getdiklərini, Məcidin də ona evi kim istəsə kirayə verməyini dediyini, təxminən oktyabr ayının əvvəllərində əvvəllər tanımadığı, “Azəriqaz” İB-də sürücü işləyən və Şəki şəhərindən olan sonradan adının İftixar olduğunu bildiyi bir nəfər şəxsin onunla əlaqə saxlyaraq həmin evi kirayə götürmək istədiyini bildirdiyini, ondan tək olub-olmamasını soruşduğunu, İftixarın da yoldaşı və özündən başqa heç kimin olmadığını bildirdiyini, İftixarla həmin evi aylıq 150 manata razılaşdıqlarını, İftixara evi əşyaları ilə birlikdə kirayə verdiyini, daha sonra İftixarın ailəsi ilə birlikdə həmin evdə yaşamağa başladıqlarını, 11.10.2020-ci il tarixdə İftixarın ona zəng edərək evə oğru girməyi barədə bildirdiyini, dərhal həmin evə getdiyini, bundan sonra həmin evə girib evdən nə oğurlanıb-oğurlanmamasına baxdıqlarını, bu zaman evdən 1 ədəd 300 manat dəyərində “LG” markalı televizor, 1 ədəd 40 manat dəyərində ütü, 1 ədəd 30 manat dəyərində internet modemi və 1 ədəd 20 manat dəyərində elektrik çaydanının oğurlandığı məlum olduğunu, 12.10.2020-ci il tarixdə İftixarın PŞ-yə ərizə ilə müraciət edərək kirayə yaşadığı evindən oğurluq olmasını bildirdiyini, həmin əşyaların kürəkəni Məcidə məxsus olduğunu, Məcidin özü Bakı şəhərində olduğundan həmin evi ona həvalə etdiyini, həmin evdən oğurluq edən Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir münasibətinin olmadığını, Cavidan adlı şəxsin həmin yaşayış evinə hasardan həyətə düşərək, evin sol hissəsində olan pəncərədən içəri daxil olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində 11.10.2020ci il tarixdə günorta radələrində tanımadığı bir nəfər cavan oğlanın onun mağazasına yaxınlaşdığını və ona özünə məxsus internet modemi olduğunu, onu satdığını bildirdiyini, ondan kimin oğlu olduğunu soruşduğunu, həmin oğlanın da ona Ağdaş şəhəri SU-18-də yaşayan Elçin adlı şəxsin oğlu olduğunu dediyini, Elçini tanıdığını, həmin mağazada işlənmiş əşyaları alıb-satmaqla məşğul olduğu üçün həmin modemi almaq qərarına gəldiyini, həmin şəxsin ona modemi 10 manata satdığını bildirsə də, həmin modemə 7 manat pul verəcəyini bildirdiyini, həmin şəxsin də onunla razılaşdığını, ona 7 manat pul verdiyini və 1 ədəd ağ rəngli modemi aldığını, 12.10.2020-ci il tarixdə polis əməkdaşlarının ona Elçinin oğlu Cavidan adlı şəxs ona modem satdığını soruşduqlarını, Elçinin oğlunun ona modem satdığını bildirdiyini, həmin modemin onda olduğunu və onu təqdim edə biləcəyini, 12.10.2020-ci il tarixdə Şəki şəhəri, A.Nuxəvi küçəsi, ev 4-də yaşayan 1987-ci il təvəllüdlü Şahid2 RPŞ-yə ərizə ilə müraciət edərək 09.10.2020-ci il tarixdən 11.10.2020-ci il tarixədək kirayəşin yaşadığı Ağdaş şəhəri SU-18 ünvanda evdə olmadığı müddət ərzində evin pəncərəsinin şüşə hissəsindən naməlum şəxs və ya şəxslər evə daxil olaraq oradan 300 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, 40 manat dəyərində 1 ədəd ütünü, 1 ədəd 30 manat dəyərində internet modeminin oğurlandığını bildirməsi barədə Şəki rayon sakini Şahid2 tanımadığını, lakin Cavidanın yuxarıda qeyd etdiyi kimi ona bir ədəd modem satdığını, Cavidan həmin əşyanı ona göstərən zaman əşyanın özünə məxsus olmasını bildirdiyini, Cavidan yuxarıda qeyd etdiyi modemdən başqa ona hər hansı bir əşya satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Ağdaş şəhərində M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazada televizor təmiri ilə məşğul olduğunu, 11.10.2020-ci il tarixdə mağazada olan zaman əvvəllər tanımadığı sonradan adlarını bildiyi Cavidan və Fərhad adlı şəxslərin onun mağazasına gəldiklərini, həmin zaman Fərhadın ona 1 ədəd televizoru olmasını və onu satmasını bildirdiyini, televizorun Fərhadın özünə məxsus olub-olmamasını soruşduğunu, Fərhadın da ona televizorun özünə məxsus olmasını bildirdiyini və 100 manata satmasını bildirdiyini, onlar Fərhadla həmin televizoru 95 manata razılaşdıqlarını, ona 95 manat pulu verdiyini və Fərhadın da ona həmin televizoru verdiyini, həmin televizorun qara rəngli, “LG” markalı, 82 ekran, sadə televizor olduğunu bildiyini, Fərhhadan şəxsiyyət vəsiqəsinin kserosurətini də aldığını, 12.10.2020-ci il tarixdə polis əməkdaşlarının ona Elçinin oğlu Cavidan adlı şəxsin televizor satdığını soruşduqlarını, həmin zaman “bəli, Elçinin oğlu Fərhad adlı şəxslə birlikdə onun yanına gəlmişdilər, Fərhad şəxsiyyət vəsiqəsini ona təqdim etdi və özünə məxsus televizor olduğunu deyib satmışdır” dediyini, ibtidai istintaq zamanı həmin televizorun onda olduğunu və təqdim etdiyini, Şahid3 qeyd etdiyi əşyalardan başqa ona hər hansı bir əşya satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 İslam qızı ifadəsində Ağdaş şəhəri Kolxoz bazarında istifadə olumuş geyim və bəzi ev əşyaları alıb-satdığını, Cavidan adlı şəxsi Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onunla aralarında heç bir münasibətlərinin olmadığını, 10.10.2020-ci il tarixdə axşam radələrində yaşadığı evin qarşısında küçədə dayandığını, həmin vaxt Cavidanın ona yaxınlaşdığını və onun əlində bir ədəd sellofan olduğunu, Cavidanın ona sellofanda internet modemi, elektrik çaydanı və ütü olmasını və həmin əşyaları satmasını bildirdiyini, Cavidandan ütü və elektrik çaydanı istədiyini, Cavidanın ona həmin əşyaları 15 manata satmasını bildirdiyini, Cavidandan 1 ədəd ütünü və 1 ədəd elektrik çaydanını 13 manata razılaşıb aldığını, Cavidanın ona göstərdiyi hər üç əşyanın da istifadə olunmuş olduğunu, Cavidana 13 manat pulu verdikdən sonra Cavidanın onun yanından uzaqlaşıb getdiyini, 12.10.2020-ci il tarixdə polis əməkdaşlarının onun yaşadığı evə gələrək həmin aldığı 1 ədəd ütü və 1 ədəd elektrik çaydanı barədə soruşduqlarını, həmin əşyaları Ağdaş şəhər sakini kimi tanıdığı Cavidan adlı şəxsdən aldığını dediyini, polis əməkdaşlarının ondan həmin əşyaları istədiklərini, lakin həmin əşyaları Ağdaş şəhəri kolxoz bazarında tanımadığı bir nəfər şəxsə satmağını bildirdiyini, 12.10.2020-ci il tarixdə Şəki şəhəri, A.Nuxəvi küçəsi, ev 4-də yaşayan 1987-ci il təvəllüdlü Şahid2 RPŞ-yə ərizə ilə müraciət edərək 09.10.2020-ci il tarixdən 11.10.2020-ci il tarixədək kirayəşin yaşadığı Ağdaş şəhəri SU-18 ünvanda evdə olmadığı müddət ərzində evin pəncərəsinin şüşə hissəsindən naməlum şəxs və ya şəxslər evə daxil olaraq oradan 300 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, 40 manat dəyərində 1 ədəd ütünü, 1 ədəd 30 manat dəyərində internet modeminin oğurlandığını bildirməsi ilə bağlı Şəki rayon sakini Şahid2 tanımadığını, Cavidanın həmin əşyaları ona göstərən zaman əşyaların özünə məxsus olmasını bildirdiyini, Cavidanın yuxarıda qeyd etdiyi əşyalardan başqa ona hər hansı bir əşya satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində etibarnamə ilə “VAZ 2104” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və müvafiq sənədləri olduğunu, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğunu və əsasən də Ağdaş şəhəri M.İsayev məktəbinin qarşısında dayandığını, 19.11.2020-ci il tarixdə səhər radələrində Cavidan adlı şəxsin və yanında tanımadığı bir nəfər şəxsin ona yaxınlaşdıqlarını, Cavidanın ona öz evlərində 1 ədəd xalça olduğunu və həmin xalçanı “Qozların dibi” deyilən yerdə bir nəfər şəxsə aparmaq lazım olduğunu bildirdiyini, onlarla həmin ünvana getdiyini, avtomobildə əyləşdiyini, Cavidan və digər tanımadığı şəxsin yerə düşdüklərini, Cavidan həyətə giriş qapısından, qapı açıq olduğu üçün həyətə daxil olduğunu, digər tanımadığı şəxsin isə küçədə dayandığını, təxminən 5 dəqiqə sonra həmin şəxsin qapını açıb içəri daxil olduğunu, Cavidan deyib onu çağırdığını, sonra küçəyə çıxdığını, Cavidanın əlində 1 ədəd xalça gətirdiyini, həmin şəxsin də Cavidana kömək etdiyini və xalçanı onun avtomobilinin yük yerinə qoyduqlarını, daha sonra onlar avtomobilə əyləşdiklərini, onları Ağdaş şəhəri M.İsayev küçəsində “Qozların dibi” deyilən yerə gətirdiyini, onların xalçanı avtomobildən yerə düşürdüklərini, sonra Cavidanın ona 5 manat pul verdiyini və çıxıb yaşadığı evə gəldiyini, həmin xalçanın oğurluq olmasından xəbəri olmadığını, həmin xalçanın Cavidan adlı şəxsin özünün olmasını bildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində fərdi əməklə məşğul olduğunu, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 19.11.2020-ci il tarixdə saat səhər radələrində Cavidanla Ağdaş şəhərində gəzən zaman ona “əmimgilin evində nənəm tək yaşayır, orada bir ədəd xalça var, onu gətirib satmaq lazımdır” dediyini, Cavidana “nənən xalçanı sənə verəcəkmi” dediyini, Cavidanın da ona “nənəmin xalçasıdır, mənə verəcəkdir, aparıb satmaq lazımdır” dediyini, Cavidana xalasının olduğunu və o, bu cür əşyaları aldığını, aparıb ona satacaqlarını dediyini, bundan sonra həmin gün Ağdaş şəhəri H.Əliyev prospektinə gəldiklərini, M.İsayev adına məktəbin qarşısında taksi fəaliyyəti ilə məşğul olan nömrəsini xatırlamadığı, lakin sonradan adını bildiyi Azər adlı şəxsin idarə etdiyi sarı rəngli “VAZ 2104” markalı avtomobilin sürücüsünə yaxınlaşdıqlarını və Cavidanın ona Ağdaş şəhəri H.Hacıyev küçəsində yaşadığını, orada 1 ədəd xalça olduğunu, həmin xalçanı onlardan götürüb, Ağdaş şəhəri “Qozların dibi” adlanan yerdə bir nəfər şəxsə aparıb vermək lazım olduğunu, ondan nə qədər pul alacağını dediyini, həmin taksi sürücüsünün də Cavidana ondan 5 manat alacağını dediyini, Cavidanın onunla razılaşdığını və daha sonra həmin taksiyə əyləşdiklərini, bundan sonra həmin avtomobillə birlikdə Ağdaş şəhəri 42-ci məhəllədə bir qapının yanında Cavidanın avtomobili saxlatdığını, sonra Cavidanın avtomobildən düşüb həyətə giriş qapısından içəri daxil olduğunu, özü isə çöldə dayandığını, daha sonra Cavidanın gec gəldiyini gördüyünü, qapıdan içəri daxil olub, Cavidanı çağırdığını, Cavidanın həmin zaman ona gözləməyini və gələcəyini dediyini, buna görə küçəyə çıxdığını və sonra Cavidanın 1 ədəd xalça gətirdiyini gördüyünü, xalçanı avtomobilə yerləşdirdiklərini, daha sonra həmin xalçanı Ağdaş şəhəri M.İsayev küçəsində “Qozların dibi” deyilən yerdə xalası Şəfaqətə 50 manata satdıqlarını, həmin 50 manat pulun 15 manatını Cavidanın ona özünə siqaret alaması üçün verdiyini, xalasının da həmçinin özü də həmin xalçanın oğurluq olmasını bilmədiklərini, Cavidan həmin xalçanı əmisinin evindən oğurladığnı sonradan eşitdiklərini, Cavidan ona həmin xalçanın nənəsinin olduğunu və nənəsinin də xalçanı ona verdiyini, həmin xalçanı satmaq istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində heç bir yerdə işləmədiyini, Təqsirləndirilən şəxs tanıdığını, təxminən 3 il bundan əvvəl Cavidanın onun dəmir boruları olmasını və həmin boruları satmaq istəməsini dediyini, bu məqsədlə həmin boruları Ceyhun adlı dəmir məmulatları yığan şəxsin yanına aparmaq lazım olduğunu, onunla razılaşdığını və özünə məxsus olan motorollerlə Cavidanla birlikdə həmin yerə getdiklərini, taxta-şalban satılan yerin yanından küçəyə sol tərəfə döndüklərini və Cavidanın bildirdiyi yerə çatdıqlarını, həmin dəmir boruların küçədə qapının qarşısında olduğunu, Cavidandan bunları satmaq üçün evdən icazə alıb-almamasını soruşduğunu, Cavidanın da ona icazə aldığını bildirdiyini, daha sonra həmin dəmir boruları motorollerə qoyduqlarını və aparıb Ağdaş rayon dördyol ərazisində işləyən Ceyhun adlı şəxsin dəmir məmulatları yığan sexinə boşaltdığını, Cavidanın buna görə ona 4 manat pul verdiyini, həmin dəmir boruların 50 millimetrlik borular olduğunu, təxminən 6-8 ədəd olduğunu, həmin boruların oğurluq olduğunu bilmədiyini, Cavidanın ona həmin boruları satmaq üçün evdən icazə almasını dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində heç bir yerdə işləmədiyini, dəmir məmulatları yığıb təhvil verməklə ailəsinin maddi dolanışığını təmin etdiyini, 2010-2019-cu illər ərzində Ağdaş şəhəri Bakı dördyolu ərazisində yerləşən dəmir məmulatları sexi olduğunu, həmin sexi hazırda işlətmədiyini, Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ona müxtəlif cür dəmir məmulatları gətirib satdığını, onların içərisində boru, künclük, armatur və s. dəmir məmulatları olduğunu, həmin hadisələrin 2017-ci ildə baş verdiyindən Cavidanın ona verdiyi dəmir məmulatlarının hamısının yadında qalmadığını, lakin Cavidanın həmin dəmir əşyaları ona satarkən onların oğurluq olduğunu bilmədiyini, Cavidan ona gətirib verdiyi dəmir məmulatların dəqiq sayının yadında qalmadığını, onların içərisində müxtəlif diametrli dəmir borular və digər dəmir məmulatlar olduğunu, Cavidan həmin dəmirləri gətirib sexin qarşısına boşaltdığını, daha sonra onu çağırıb təhvil verdiyini, onun dəmirləri gətirdiyi nəqliyyat vasitələrini görmədiyini, həmin dəmirlərin oğurluq olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində “Azəriqaz” İB-də sürücü kimi işlədiyini, 2017-ci il tarixdə onu işi ilə əlaqədar Ağdaş şəhərinə təyin etdiklərini, daha sonra Şəki şəhərindən Ağdaş şəhərinə gəldiyini və Ağdaş şəhərində kirayə ev tutaraq yaşamağa başladığını, təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində Ağdaş şəhəri SU-18 qəsəbəsində qazla bağlı təmir işləri gördüklərini, həmin zaman orada yaşayan sakinlərlə söhbət əsnasında kirayə həyət evi lazım olduğunu dediyini, bu zaman ona Məcid adlı şəxsin kirayə ev verdiyini bildirdiklərini, daha sonra Məcid adlı şəxslə görüşdüyünü və Məcidlə onun evində kirayə yaşamaq üçün aylıq 150 manata razılaşdığını, bundan sonra əşyalarını əvvəllki yaşadığı evdən götürərək həmin Məcid adlı şəxsin evinə gətirib yığdığını və həmin evdə ailəsi ilə birlikdə yaşamağa başladığını, 09.10.2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə Şəki şəhərinə valideynlərinə baş çəkmək üçün getdiyini, 11.10.2020-ci il tarixdə saat 19:00 radələrində Ağdaş şəhərinə kirayə yaşadığı evə gəldiyini, həmin zaman həyətə daxil olan zaman həyətə giriş qapısının açıq vəziyyətdə olduğunu gördüyünü, dərhal evə girdiyini, evə girən zaman evdən oğurluq olduğunu gördüyünü, sonra evə baxan zaman naməlum şəxs və ya şəxslərin evin sol hissəsində olan pəncərədən evə daxil olaraq evdən 1 ədəd 300 manat dəyərində “LG” plazma markalı televizor, 40 manat dəyərində 1 ədəd ütü, 1 ədəd 30 manat dəyərində internet modeminin oğurlandığını gördüyünü, həmin günü polisə ərizə verməsə də 12.10.2020-ci il tarixdə polisə ərizə ilə müraciət edərək kirayə yaşadığı evindən oğurluq olduğunu bildirdiyini, 12.10.2020-ci il tarixdə RPŞ-yə ərizə ilə müraciət edərək 09.10.2020-ci il tarixdən 11.10.2020-ci il tarixədək kirayəşin yaşadığı Ağdaş şəhəri SU-18 ünvanında evdə olmadığı müddət ərzində evin pəncərəsinin şüşə hissəsindən naməlum şəxs və ya şəxslərin evə daxil olaraq oradan 300 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, 40 manat dəyərində 1 ədəd ütünü, 1 ədəd 30 manat dəyərində internet modeminin oğurlandığı bildirməsi barədə ərizədə həmin əşyaların oğurlandığını bildirdiyini, lakin 1 ədəd təxminən 20 manat dəyərində elektrik çaydanının oğurlandığını yazmadığını, sonradan evə baxan zaman həmin elektrik çaydanının oğurlanmasını da bildiyini, həmin evi kirayə yaşamaq üçün Məcid adlı şəxsdən götürdüyünü, lakin sonradan həmin evin və əşyaların Məcidin anası Sevilə məxsus olduğunu bildiyini, həmin evdən yuxarıda adlarını qeyd etdiyi əşyalardan başqa heç bir əşyaların oğurlanmadığını, həmin oğurluq edən şəxsin Cavidan adlı şəxs olduğunu sonradan bildiyini, Cavidanı tanımadığını bildirmişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs tanıdığını, onun qardaşı ilə birlikdə əvvəllər usta işlədiklərini, 11.10.2020-ci il tarixdə günorta radələrində tanımadığı bir nömrədən ona zəng gəldiyini, həmin zaman telefona cavab verəndə danışanın Cavidan olmasını bildiyini, Cavidanın telefonda ona harada olduğunu soruşduğunu, ona evdən çıxdığını və şəhərə gəldiyini bildirdiyini, həmin vaxt Cavidanın ona “tanış şəxs var, onun televizorunu satmaq lazımdır, evdən çıxanda şəxsiyyət vəsiqəsini də üzərində götür” dediyini, daha sonra Cavidanın onun yaşadığı küçənin girişinə tanımadığı bir taksi ilə gəldiyini, həmin taksiyə əyləşdiyini və birlikdə Ağdaş şəhəri “Kolxoz bazarı” adlanan yerin arxa tərəfində olan Nəbi adlı şəxsin mağazasına getdiklərini, həmin zaman Nəbi adlı şəxsə televizorun ona məxsus olmasını və onu 100 manata satmağını bildirdiyini, Nəbi ilə həmin televizoru 95 manata razılaşdıqlarını, daha sonra Nəbidən 95 manat pulu aldığını və çölə çıxdıqdan sonra Cavidana verdiyini, Cavidanın da ona 7 manat pul verərək özünə siqaret almağını bildirdiyini, bundan sonra Cavidandan aralandığını və öz yaşadığı evə getdiyini, 12.10.2020-ci il tarixdə Şəki şəhəri, A.Nuxəvi küçəsi, ev 4-də yaşayan 1987-ci il təvəllüdlü Şahid2 RPŞ-yə ərizə ilə müraciət edərək 09.10.2020-ci il tarixdən 11.10.2020-ci il tarixədək kirayəşin yaşadığı Ağdaş şəhəri SU-18 ünvanda evdə olmadığı müddət ərzində evin pəncərəsinin şüşə hissəsindən naməlum şəxs və ya şəxslər evə daxil olaraq oradan 300 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, 40 manat dəyərində 1 ədəd ütünü, 1 ədəd 30 manat dəyərində internet modeminin oğurlandığını bildirməyi ilə bağlı bu barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs Nəbi adlı şəxsə onun vasitəsi ilə satmış olduğu televizorun oğurluq olduğunu bilmədiyini, bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində etibarnamə ilə “VAZ 21060” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və müvafiq sənədləri olduğunu, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğunu və əsasən də Ağdaş şəhəri M.İsayev küçəsində musiqi məktəbinin qarşısında dayandığını, Təqsirləndirilən şəxs ifadəsində 11.10.2020-ci il tarixdə səhər radələrində musiqi məktəbinin qarşısına gəldiyini və ona yaxınlaşdığını, ona SU-18 ünvanında 1 ədəd televizor olduğunu, onu şəhərə gətirmək lazım olduğunu, onun da etiraz etmədiyini, bundan sonra onun avtomobilinə əyləşdiyini və SU-18 ünvanına getdiklərini, həmin vaxt onun bilməməyi üçün avtomobili aralıda saxlatdırdığını, əvvəllcədən ona tanış bir adam olduğunu, onun televizoru olduğunu, borcu olduğu üçün onu satacağını bildirdiyini, televizoru dəmirdən düzəldilmiş həyətin giriş qapısından çıxardıb, aparıb maşına qoyub Ağdaş şəhərinə gələndə yolda dayandığını, daha sonra onunla birlikdə Ağdaş şəhəri Maşad küçəsinə getdiyini, onun tanışı Fərhadın avtomobilə əyləşdiyini, bundan sonra Ağdaş şəhərində bazarın yaxınlığında yerləşən Nəbi adlı şəxsin mağazasına getdiyini və daha sonra avtomobildən düşüb getdiklərini, həmin televizorun oğurluq olmasından onun xəbəri olmadığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.11.2020 tarixli, 9/4427 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “LG” markalı, “32LN541U” model, 05/2013 tarixdə Koreyada istehsal edilmiş televizorun qiyməti 150 manat, bir ədəd ağ rəngli “Tplink” markalı, “TD-W8961ND” model, Çində istehsal edilmiş modemin qiyməti 25 manat, nəzəri qaydada istifadədə olmuş bir ədəd ütünün qiyməti 30 manat, nəzəri qaydada istifadədə olmuş bir ədəd elektrik çaydanın qiyməti 25 manat müəyyən edilir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.10.2019 tarixli, 24731 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş iki ədəd soyuducu motorunun (20 il istifadə edilmiş “ORSKİ 8” markalı soyuducunun işlək vəziyyətdə olan motoru) qiyməti 160 manat, bir ədəd həyəti işıqlandırmaq üçün işlənmiş projektorun qiyməti 15 manat, bir ədəd elektrik ötürücü kabelin (“переноска”) (8-10 il əvvəl alınmış, tərkibi mis materialdan olan) qiyməti 6 manat, bir dəst nahar servisinin (20 il əvvəl alınmış cehizlik mal və istifadə edilməmiş) qiyməti aydın deyil, 100 metr 20 ədəd hər birinin uzunluğu 5 metr, diametri 32 mm olan dəmir turbanın (“болванка”) qiyməti 200 manat, 50 metr 10 ədəd hər birinin uzunluğu 5 metr, diametr 100 mm olan dəmir turbanın qiyməti 300 manat, 60 metr 15 ədəd hər birinin uzunluğu 4 metr, diametri 50 mm olan dəmir turbanın qiyməti 180 manat, 60 metr 15 ədəd hər birinin uzunluğu 4 metr, diametri 32 mm olan dəmir turbanın qiyməti 120 manat, 60 metr 15 ədəd hər birinin uzunluğu 4 metr, diametri 32 mm olan dəmir turbanın qiyməti 120 manat, 90 metr 15 ədəd hər birinin uzunluğu 6 metr, diametri 15 mm olan dəmir turbanın qiyməti 108 manat, 100 metr 25 ədəd hər birinin uzunluğu 4 metr, diametri 50 mm olan dəmir künclüyün qiyməti 200 manat, 240 metr 40 ədəd hər birinin uzunluğu 6 metr, diametri 18 mm olan armaturun qiyməti 360 manat, 160 metr 40 ədəd hər birinin uzunluğu 4 metr, diametri 10 mm olan dəmir şvellerin qiyməti 1280 manat, 100 kq çəkisi, diametri 6 mm olan dəmir məftilin qiyməti 100 manat, 6 top hər biri 10 metr qalvanizasiya olunmuş (“оцинкованный”) məftildən olan torun qiyməti 180 manat müəyyən edilir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2020 tarixli, 9/5867 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd 2,50x4,0 metr ölçüsü, etiket hissəsində “Prestige Collection” yazıları olan, ağ-qəhvəyi və sair müxtəlif rənglərlə, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilmiş xovlu xalçanın orta bazar qiyməti 220 manat müəyyən edilir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.12.2019 tarixli, 27964 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Kombi” markalı, “КБК-52CC” model benzinlə işləyən otbiçənin qiyməti 60 manat, bir ədəd “MARKUS” markalı su mühərrikinin qiyməti 10 manat, bir ədəd “Zubr” markalı drelin qiyməti 15 manat müəyyən edilir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.11.2020-ci il tarixli tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 1(014)-49/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 1(014)-103/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə dörd yüz manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həmin hökmlə təyin edilmiş dörd yüz manat cərimə cəzası Ağdaş Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il səkkiz ay on iki gün hissəsi ilə tamamilə birləşdirilmiş və qəti cəza dörd yüz manat cərimə cəzası və bir il səkkiz ay on iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə cəzasının və azadlığın məhdudlaşdırılması cəzasının müstəqil icra olunması hökm edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 7(014)-20/2020 saylı qərarı ilə Ağdaş Rayon Məhkəməsinin 1(014)-103/2018 saylı, 20 noyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 400 manat cərimə cəzası 240 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 31.05.2021-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmış, hazırda ödənilməmiş 124 saat ictimai işlər cəzası mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs hazırda icra olunmamış 124 saat ictimai işlər cəzasının olması müəyyən edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 noyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 noyabr 2020-ci il tarixli, 4461 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, İstiqlal küçəsində 16/2 saylı evdə yaşamaqla ailə tərkibi X2, X1 və X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(014)-33/2021 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, cinayət əməlinin bir hissəsini yetkinlik yaşına çatanadək törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 12 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara rəngli “LG” markalı, 32LN541U model 05/2013 tarixdə Koreyada istehsal edilmiş televizor, 1 ədəd ağ rəngli, “Tplink” markalı, TD-W8961ND model Çində istehsal edilmiş modemin Zərərçəkmiş şəxs1 olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, 1 ədəd xalça Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli, 1(014)-103/2018 saylı hökmünə əsasən 400 manat cərimə cəzasına məhkum olunması və həmin hökmlə təyin edilmiş cəzanın əvəz edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 7(014)- 20/2020 saylı qərarına əsasən ona təyin edilmiş 240 saat ictimai işlər cəzasının çəkilməmiş 124 saat ictimai işlər cəzası Azərbaycan Respublikası CM-in 68.1.4-cü maddəsinə əsasən ictimai işlər cəzasının 8 saatına azadlıqdan məhrum etmə cəzasının bir günü hesablanmaqla cəmi 15 (on beş) gün Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı 12.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd qara rəngli “LG” markalı, “32LN541U” model 05/2013 tarixdə Koreyada istehsal edilmiş televizor, 1 ədəd ağ rəngli, “Tplink” markalı, “TD-W8961ND” model Çində istehsal edilmiş modemin Zərərçəkmiş şəxs1 olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd xalça Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-33/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-33/2021
31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver