Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-33/2022 11.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X5 Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 11 fevral 1987-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Ağdaş rayonu, Ləki qəsəbəsi, H.Aslanov küçəsi, ev 1/20-də qeydiyyatda olan, Bərdə rayonu, Şahvəlilər kəndində yaşayan, 22 noyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 may 2022-ci il tarixdə saat 12:10-da Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, cavabdeh kimi ondan, 13 mart 2020-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahlarından 12 fevral 2007-ci il tarixdə anadan olmuş X1 və 19 yanvar 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)- 636/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 3(014)- 100/2021 saylı inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 29 mart 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 02 iyun 2021-ci il tarixinə kimi cəmi 3360,00 manat məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Ağdaş rayonu, Qulbəndə kəndində fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, gündəlik 10-15 manat gəlir əldə edir. Əvvəllər iri və xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşdur. Hazırda Ayşən adlı qadınla qeyri-rəsmi ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs Ağdaş rayonun sakini kimi tanımış və münasibətləri yaranmışdır. 2005-ci il tarixdə el adəti ilə ailə hayatı qurmuşlar. Evliliklərindən 12 fevral 2007-ci il tarixdə anadan olmuş X3 və 19 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 adlı övladları dünyaya gəlmişdir. Əvvələr Zülqaydə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Zülqaydə evdə əsassız söz-söhbətlər yaratdığından, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. İlk dəfə 2017-ci il tarixdə ayrılmışlar. 2019cu il tarixdə yenidən barışsalar da münasibətləri uzun çəkməmişdir. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-636/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən ondan 13 mart 2020-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahlarından 12 fevral 2007-ci il tarixdə anadan olmuş X3 və 19 yanvar 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, lakin, yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Borcunu hissə-hissə ödəsə də, bunu təsdiq edəcək rəsmi sənəd olmadığını bildirmişdir. Məşğulluq mərkəzindən təklif olunan işlərdən əmək haqqılarının az olduğundan və yaşadığı yerdən uzaqda yerləşdiyindən imtina etmişdir. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021ci il tarixli qərarı ilə 15 gün müddətinə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 02 iyun 2021ci il tarixə kimi Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-636/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 3360,00 manat təşkil edir. Hazırda da ittiham üzrə olan 3360 manat aliment borcunu ödəyə bilmir. Lakin gələcəkdə çalışıb borcunu ödəyəcəyini göstərmişdir. Məhkəmədən törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş rayonun sakini kimi tanımış və münasibətləri yaranmışdır. 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 12 fevral 2007-ci il tarixdə anadan olmuş X3 və 19 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 adlı övladları dünyaya gəlmişdir. Əvvələr Bəhruz ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, uşaqları ilə maraqlanmadığı, spirtli içkilər qəbul edib tez-tez dava-dalaş saldığından 2017-ci il tarixdə ilk dəfə ayrılmışlar. Bundan sonra 2019-cu il tarixdə Təqsirləndirilən şəxs valideynləri ilə yaşadığı evə gələrək peşman olduğunu, barışmaq istədiyini, yenidən ailə həyatı qurmaq niyyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin dövr üçün, yəni 2 il ərzində yığılmış aliment borcu olmuşdur. Övladlarını fikirləşib, ona inanmış və barışmaq qərarına gəlmişdir. 2019-cu il tarixdə onlar yenidən ailə hayatı qurmuşlar. Lakin, evləndikdən 2 ay sonra Təqsirləndirilən şəxs ona və övladlarına qarşı münasibətinin dəyişmədiyini əksinə daha pisləşdiyini görmüş, yenidən ayrılmaq qərarına gəlmişdir. Övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-636/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahlarından 12 fevral 2007-ci il tarixdə anadan olmuş X1 və 19 yanvar 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni 02 iyun 2021-ci il tarixə kimi 3360,00 manat aliment borcunu ödəməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs evli olduqları vaxtlarda və hazırda kənd təsərrüfat fəaliyyəti ilə məşğul olmuş, bundan əlavə xırda və iri buynuzlu heyvanların alqı-satqısı ilə əlavə gəlir əldə etmişdir. Dəfələrlə alimenti ödəməsini tələb etsə də, Təqsirləndirilən şəxs bəhanələr qətirərərək aliment borcunu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs yetərli qazanc əldə etdiyini, istəsə hər ay alimenti ödəyə biləcəyini, lakin ödəmək niyyəti olmadığını göstərmişdir. Məhkəmədən təqsirləndirilən şəxslə barışmamasını, ondan şikayətçi olduğunu, yığılmış aliment borcunun ona ödənməməsini, buna görə də barəsində həbslə bağlı olan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Bacısı Zərərçəkmiş şəxs 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə hayatı qurmuşdur. Evliliklərindən 12 fevral 2007-ci il tarixdə anadan olmuş X3, 19 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. İlk dəfə 2017-ci il tarixdə ayrılmışlar sonradan 2019-cu il tarixdə barışaraq yenidən ailə həyatı qurmuşlar. Lakin, 2 ay sonra Təqsirləndirilən şəxs ailəsinə baxmaması səbəbindən ayrılmışlar. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-636/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahlarından 12 fevral 2007-ci il tarixdə anadan olmuş X1 və 19 yanvar 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXMnın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs yetərli qədər qazanc əldə edir, lakin spitli içki aludəçisi olduğundan qazancının çox hissəsini ona xərcləyir. Təqsirləndirilən şəxs bacısı ilə evli olduğu vaxtlarda həmçinin hazırda iri və xırda buynuzlu heyvanların satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs bacısı ilə evli olduğu müddətdə həmişə qazancının yüksək olması barədə danışdığını bildirmişdir. Maddi vəziyyəti yaxşı olduğundan Məşğulluq Mərkəzindən təklif olunmuş işlərdən imtina etmişdir. Təqsirləndirilən şəxs istəsə alimenti ödəyə biləcəyini, lakin, alimenti ödəmək niyyəti olmadığını və bugünə qədər bacısına olan alimenti qərəzli şəkildə ödəmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Ağdaş rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Ağdaş rayon məhkəməsinin 2(014)- 636/2020 saylı 01 sentybar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdən başlayaraq 12 fevral 2007-ci ildə anadan olmuş X3 və 19 yanvar 2009-cu ildə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat aliment tutulmalıdır. Qətnamə şöbənin icraatına 14 sentyabr 2021-ci ildə daxil olub və 15 sentyabr 2021-ci il tarixdə tərəflərindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs yaşayış evinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs könüllü icra müddətində icra sənədini icra etmədiyi üçün onun barəsində müvafiq sorğular edilmişdir. Verilmiş sorğulara əsasən borclu Təqsirləndirilən şəxs adına bank filiallarında şəxsi əmanət, vergi hesabı olması aşkar olunmamışdır. Borclunun əmlakına baxış keçirilmiş zəruri əmlakdan başqa tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs borcunu ödəmədiyi üçün borclunun ölkədən getmək hüququnun icra vərəqəsi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması üçün Ağdaş rayon məhkəməsinə təqdimat verilmiş və Ağdaş rayon məhkəməsinin 8(014)-108/2021 saylı 15 mart 2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs yaranmış borcunun ödənilməsi haqqında izahat yazmaq tələb olunmuş, o izahat yazaraq yaranmış borcundan ödəniş edəcəyini bildirmiş lakin yaranmış borcunu qərəzli olaraq ödəməmişdir. Borclunun əməllərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində 18 fevral 2021-ci il tarixli protokol tərtib edilməklə, digər sənədlərlə birlikdə baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmiş 18 fevral 2021-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu şöbəmizə çağırılmış və ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıq olunmuşdur. Nəticədə borclunun tələbkara 3360 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin qanuni qüvvəyə minmiş icra sənədini qərəzli olaraq icra etməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş icra məmuru Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)-636/2020 nömrəli 01.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, 12.02.2007-ci il tarixdə anadan olmuş X1 və 19.01.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay hər üşağa görə Təqsirləndirilən şəxs 120 manat məbləğində alment alınaraq Zərərçəkmiş şəxs Heydər qızının xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra Şöbəsinin 15 sentyabr 2020-ci il tarixli qərarının surətindən və bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdən başlayaraq 12.02.2007-ci il tarixdə anadan olmuş X1 və 19.01.2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay hər üşağa görə Təqsirləndirilən şəxs 120 manat məbləğində alment alınaraq Zərərçəkmiş şəxs Heydər qızına verilməsinə dair icra vərəqəsi Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 tərəfindən icraata qəbul olunmuş və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətində icra sənədlərində göstərilən tələbi könüllü təmin edilməsi üçün vaxt verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 3(014)-100/2021 saylı İnzibati Xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvələr məhkum olunsa da, hal-hazırda məhkumluğu ödənilmiş və götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidmətinin Ağdaş Rayon Məşğulluq mərkəzi tərəfindən göndərilmiş məktubdan görünür ki, Ağdaş rayonu, Qülbəndə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisateminin (MEİS) “Məşğulluq altsistemində 26.06.2020-ci il tarixdən işaxtaran (işi və qazancı olan şəxs) kimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs adına 5.35 ha pay torpağı (keyfiyyət qrupu 3, seriya JN, 90305005-156, SUN**********, SSN**********674) var. Təqsirləndirilən şəxs adına Nazirliyin Yoxlamaların MEİS-in “Əmək müqaviləsi bildirişləri” altsistemi üzrə hazırda qüvvədə olan əmək müqaviləsi qeyd alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 yanvar 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.01.2022-ci il tarixdə Ağdaş şəhəri ərazisində tutularaq, Ağdaş RPŞ-nə gətirilməklə MSY-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 yanvar 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq icra etməmə cinayətini törətməsi, onun özünün etiraf edici ifadəsi, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi, əməlindən səmimi peşmançılıq çəkməsi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs oğlunun cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur və onlar, törətdiyi cinayətə görə cəza almalıdır. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə istintaq orqanının gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid olmaqla, cinayətin bilavasitə obyekti ədalət mühakiməsinə qarşı yönəlməsidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir və cəzanın məqsədlərini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdən 18 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 11 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 20 (iyirmi) saat hüquqi xidmətə görə 120 manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, ekspertiza xərci və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdən 18 yanvar 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 29 (iyirmi doqquz) azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-33/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-33/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver