Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-34/2023 05.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X3 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Ağdaş rayonunda аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir azyaşlı övladı olan, Ağdaş rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 aprel 2023-üi il tarixdə tarixdə saat 12:00-da Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 10.15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini, yəni 0.73 qramını xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafedə Şahid4 8 (səkkiz) manat müqabilində satmış, xx.xx.2022-ci il tarixdə saat 18.30 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirlmiş əməliyyat axtarış tədbirləri zamanı sonuncu Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafedə saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 19.12-dən 19.25-dək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd popirosda, təmiz çəkisi – 0.73 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülümş, həmin tədbirlərin davamı kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10.40 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 11:30 dəqiqədən 11:46 dəqiqəyədək Ağdaş RPŞ-nin Növbətçi hissəsində üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli qış gödəkcəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusunda, ümumi təmiz çəkisi 9.42 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 4,31 qram və 5,11 qram eynitərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində hazırda evli olduğunu, bir azyaşlı övladı olduğunu, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bir dəfə məhkum edildiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən Ağdaş RMX-nın yeni binasının giriş qapısının qarşısında olan zaman 2 nəfər şəxsin ona yaxınlaşdıqlarını, daha sonra həmin şəxslərin özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdiklərini, həmçinin onların ona üzərində narkotik vasitə olması, istifadə etməyi və satmağı barəsində onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş rayon polis şöbəsinə dəvət etdiklərini, özü də polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, bundan sonra RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitənin Cəsur adlı polis əməkdaşının ona hədə-qorxu gəlməsindən sonra ona məxsus olmasını söylədiyini, heç kimə narkotik vasitə satmadığını, narkotik vasitə olan marixuanadan hərdən bir istifadə etdiyini göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından AR CPM-nin 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs Şami oğlu istintaqı zamanı ona elan olunmuş özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində hazırda evli olduğunu, bir azyaşlı övladı olduğunu, əvvəllər Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə bir dəfə məhkum edildiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 10:40 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən Ağdaş RMX-nın yeni binasının giriş qapısının qarşısında olan zaman 2 nəfər şəxsin ona yaxınlaşdıqlarını, daha sonra həmin şəxslərin özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdiklərini, həmçinin onların ona üzərində narkotik vasitə olması, istifadə etməyi və satmağı barəsində onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş rayon polis şöbəsinə dəvət etdiklərini, özü də polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, bundan sonra RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı polis əməkdaşının ona üzərində saxladığı əşyaları təqdim etməyi təklif etdiyini, əvvəlcə əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusunu, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən azadlığın məhdudlaşdırılması cəzasına nəzarət cihazının planşetini təqdim etdiyini, daha sonra polis əməkdaşları üzərində axtarış apardıqlarını, üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu polis əməkdaşı tərəfindən açıldığını, həmin qutuların açılan zaman içərilərində yaşıl rəngli, kəskin iyə malik bitki mənşəlli kütlə olması aşkar edildiyini, polis əməkdaşına həmin bitki kütləsinin “nəşə” olmasını bildirdiyini, daha sonra həmin kibrit qutularında olan bitki külələrinin elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 5,9 qram və 6,9 qram olduğunu, bundan sonra həmin kibrit qutularının kağız zərfə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparıldığını və şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edildiyini, həmin protokola imza çəkdiyini, bundan sonra polis əməkdaşının ona yaşadığı evə baxış keçirməyi təklif etdiyini, özü də heç bir etirazımın olmadığını bildirdiyini və bu barədə ərizə ilə RPŞ-nin rəisinə müraciət etdiyini, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı onun yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirildiyini, baxış zamanı yaşadığı evdən qanunsuz olaraq saxladığı hər hansı bir əşya və ya maddə aşkar edilmədiyini, baxış videoçəkiliş vasitəsi ilə aparıldığını, bu barədə protokol tərtib edildiyini, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə “Zaur” kafeyə gələn zaman bazarın arxa tərəfində kolluq tərəfdə yerdə iki ədəd kibrit qutusunun olmasını gördüyünü, həmin kibrit qutularının marağını çəkdiyi üçün onları götürdüyünü və baxdığını, həmin vaxt kibrit qutularının içərisində yaşıl rəngli “nəşə”yə bənzər bitki kütləsinin olmasını gördüyünü, özü hərdən bir “nəşə” yəni marixuana qəbul etdiyi üçün həmin kibrit qutularında olan marixuananı da üzərində istifadə etmək üçün saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, Şahid4 yalan dediyini, ona heç vaxt narkotik vasitə satmadığını, lakin xx.xx.2022-ci il tarixdə yerdən tapdığı kibrit qutularına “Zaur” kafedə baxan zaman Yusif də bunu gördüyünü, Yusifin həmin kafedə ofisiant işlədiyini, bu zaman Yusifin ondan həmin marixuanadan çəkməsi üçün ona da verməyini xahiş etdiyini, buna görə də həmin kibrit qutularının birindən çəkməsi üçün Yusifə pay kimi əvəzsiz olaraq marixuana verdiyini, üzərində ***-***-**-** saylı nömrə olan mobil telefon istifadə etdiyini, ifadəsinin alınmasında ona qarşı hər hansı bir fiziki güc və ya psixoloji təsir edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, cinayət işi üzrə Təqsirləndirilən şəxs tanımadığını, onun əməliyyatında iştirak etmədiyini, Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, buna səbəb onun məsuliyyətdən boyun qaçırmasının olduğunu, Təqsirləndirilən şəxs hədələmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 əvvəllər bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, ikinci Qarabağ döyüşlərindən qayıtdıqdan sonra psixoloji travma aldığını, bununla əlaqədar olaraq narkotik vasitə qəbul edərərk əsəblərini sakitləşdirdiyini, lakin narkotik vasitələrdən asılı vəziyyətdə olmadığını, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafedə ofisiant işlədiyini, Təqsirləndirilən şəxs işlədiyi kafedə müştəri kimi tanıdığını, Təqsirləndirilən şəxs ona heç vaxt narkotik vasitə satmadığını, istintaq zamanı verdiyi ifadəsinin polis əməkdaşlarının təsiri altında verdiyini göstərmişdir. Məhkəmədə Şahid4 şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından AR CPM-nin 329-cu maddəsinə əsasən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Cinayət işi üzrə Şahid4 ibtidai istintaqı zamanı verdiyi ifadəsində əvvəllər bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, İkinci Qarabağ döyüşlərindən qayıtdıqdan sonra psixoloji travma aldığını, bununla əlaqədar olaraq narkotik vasitə qəbul edərərk əsəblərini sakitləşdirməyə başladığını, lakin narkotik vasitələrdən asılı vəziyyətdə olmadığını, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafedə ofisiant işlədiyini, onunla birlikdə Şahid3 həmin kafedə aşpaz işlədiyini, xx.xx.2022-ci il tarixdə təxminən 18:30 radələrində işlədiyi kafedə olan zaman polis əməkdaşlarının ora gəldiklərini, özlərini təqdim etdiklərini və narkotik vasitəni üzərində saxlamaqda və istifadə etməkdə şühbəli olduğunu bildirdiklərini, bundan sonra sonra polis əməkdaşlarının onları Ağdaş RPŞ-nə dəvət etdiklərini, həmin vaxt onunla birlikdə Şahid3 də RPŞ-nə gəldiyini, RPŞ-də ona maddi imkanı olmadığından müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, bundan sonra RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı polis əməkdaşının ona üzərində olan əşyları stolun üzərinə qoymağı təklif etdiyini, buna görə də həmin vaxt əynində olan şalvarın sağ yan cibində olan “Redmi note8” markalı mobil telefonu və əynində olan köynəyin ön cibindən 01 ədəd kazbeki stolun üzərinə qoyduğunu, bundan başqa üzərindən hər hansı bir əşya aşkar edilmədiyini və götürülmədiyini, daha sonra polis əməkdaşının həmin kazbeki açdığını və içərisindən yaşıl rəngli kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, həmin kazbekin içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirdiyini, bundan sonra həmin kazbekin elektron tərəzidə çəkildiyini və çəkisinin 1,23 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş kazbek və 01 ədəd mobil telefon ayarı-ayrı zərflərdə qablaşdırlıdığını, həmin zərflərin üzəri möhürlənərərk götürlüdüyünü, daha sonra şəxsi axtarışın başa çatdığını, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və həmin protokola imza etdiyini, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparıldığını, üzərindən aşkar edilmiş 01 ədəd kazbekin içərisində olan qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində işlədiyi kafenin qarşısında, yəni Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində Aydın adlı şəxsdən 8 (səkkiz) manata aldığını, həmin narkotik vasitəni özü istafadə etmək üçün üzərində saxladığını, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə qurdulmuş marixuananı ona əvəzsiz olaraq pay verdiyini, pul müqabilində satmadığını bildirməsi ilə bağlı Aydının yalan dediyini, Aydından narkotik vasitəni 8 manata satın aldığını, Aydının cinayət məsuliyyətindən yayınmaq üçün bu cür yalan ifadə verdiyini, əvvəllər Aydından narkotik vasitə almadığını, Təqsirləndirilən şəxs narkotik vasitə alan zaman orada başqa kimsə olmadığını, Aydının ona narkotik vasitə satmasını heç kim görmədiyini, ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində əvvəllər bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, təxminən 5 aydır ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zaur” kafedə aşpaz işlədiyini, həmçinin Şahid4 tanıdığını və Yusifin də onun aşpaz işlədiyi kafedə ofisiant işlədiyini, xx.xx.2022-ci il tarixdə saat 18:30-da o və Yusifin həmin kafenin içərisində olan zaman polis əməkdaşları içəri girdiklərini, onların özlərini təqdim edərək Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını bildirdiklərini, daha sonra polis əməkdaşının onlara narkotik vasitələri üzərilərində saxlamaqda və istifadə etməkdə şübhəli olduqlarını bildirdiklərini və buna görə də onlarla birlikdə Ağdaş RPŞ-nə getməli olduqlarını bildirdiklərini, özləri də polis əməkdaşları ilə razılaşdıqlarını və onlarla birlikdə Ağdaş rayon polis şöbəsinə gəldiklərini, bundan sonra ona maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi təyin edildiyini, həmçinin şübhəli şəxs qismində tutulduğunu, bundan sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı üzərindən qanunsuz olaraq saxladığı hər hansı bir əşya, predmet və ya maddə aşkar edilmədiyini, daha sonra şəxsi axtarış başa çatdığını, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparıldığını, bu barədə protokol tərtib edildiyini və həmin protokola heç bir əlavə və ya düzəlişi olmadığı üçün imza çəkdiyini, bundan sonra ifadəsinin alındığını və sərbəst buraxıldığını, Yusifin üzərində hansı narkotik vasitənin olması və həmin narkotik vasitənin miqdarı barəsində heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Qaradağlı kəndində qeydiyyatda olanlar Şahid4 və Şahid3 qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5la birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olan zaman Yusifin və Rüfətin Ağdaş şəhəri Mərkəzi bazarın arxasında yəni Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zaur adlı kafedə olmasını gördüklərini, həmin zaman onlara yaxınlaşaraq özlərini təqdim edərək onlara üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Yusif və Rüfəti RPŞ-nə dəvət etdiklərini, həmin şəxslərin onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Yusifə və Rüfətə dövlət hesabına müdafiəçi təyin edildiyini və onlar şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Yusifin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Yusifin əynində olan şalvarın sağ yan cibində olan “Redmi Note8” markalı mobil telefon və əynində olan köynəyin ön cibindən 01 ədəd kazbek aşkar edildiyini, daha sonra aşkar edilmiş kazbek açıldığını və içərisindən yaşıl rəngli kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, Yusifin həmin kazbekin içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin marixuananı Şamilin oğlu Aydından 8 manata həmin gün saat 16 radələrində aldığını bildirdiyini, bundan sonra həmin kazbekin elektron tərəzidə çəkildiyini və çəkisi 1,23 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş kazbek və 01 ədəd mobil telefon ayarı-ayrı zərflərdə qablaşdırlıdığını, həmin zərflərin üzəri möhürlənərərk götürlüdüyünü, daha sonra şəxsi axtarışın başa çatdığını, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və Yusifin də həmin protokola imza etdiyini, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Rüfətin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Rüfətin üzərindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və bütün iştirakçılar tərəfindən imzalandığını, daha sonra xx.xx.2022-ci il tarixdə ünvan 2-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması, üzərində gəzdirməsi və istifadə etməsi barədə raportla RPŞ-nin rəhbərliyinə məlumat verildiyini, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2022-ci il tarixdə saat 10:40-da Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2la birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olan zaman Aydını Ağdaş RMX-nın həyətində olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Aydını RPŞnə dəvət etdiklərini, Aydının da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Aydına dövlət hesabına müdafiəçi təyin edildiyini və onlar şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Aydının üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Aydının əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusu, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən azadlığın məhdudlaşdırılması cəzasına nəzarət cihazının planşeti aşkar edildiyini, daha sonra aşkar edilmiş 02 ədəd kibrit qutuları açılan zaman içərilərində yaşıl rəngli, kəskin iyə malik bitki mənşəli kütlə olması aşkar edildiyini, Aydının həmin bitki kütləsinin “nəşə” olmasını bildirdiyini, daha sonra həmin kibrit qutularında olan bitki külələrinin elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 5,9 qram və 6,9 qram olduğunu, bundan sonra həmin kibrit qutularının kağız zərfə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparıldığını və şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edildiyini, Aydının həmin protokola imzası ilə təsdiq etdiyini, bundan sonra Aydının yaşadığı evinə Aydının və müdafiəçinin iştirakı ilə baxış keçirilməsi təklif olunduğunu, həmçinin Aydının da heç bir etirazının olmadığını bildirdiyini və bu barədə ərizə ilə RPŞ-nin rəisinə müraciət etdiyini, bundan sonra polis əməkdaşları və müdafiəçinin iştirakı Aydının yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirildiyini, baxış zamanı Aydının yaşadığı evdən qanunsuz olaraq saxladığı hər hansı bir əşya və ya maddə aşkar edilmədiyini, baxış videoçəkiliş vasitəsi ilə aparıldığını, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol imzalarla təsdiq edildiyini, ilkin sorğu zaman Yusif üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədi ilə Təqsirləndirilən şəxs 8 manata xx.xx.2022-ci il tarixdə aldığını bildirdiyini, ilkin sorğu zaman Aydın üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-nə məlumat daxil olsa da həmin məlumatları realizə etmək mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Qaradağlı kəndində qeydiyyatda olanlar Şahid4 və Şahid3 qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5la birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olan zaman Yusifin və Rüfətin Ağdaş şəhəri Mərkəzi bazarın arxasında yəni Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zaur adlı kafedə olmasını gördüklərini, həmin zaman onlara yaxınlaşaraq özlərini təqdim edərək onlara üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Yusif və Rüfəti RPŞ-nə dəvət etdiklərini, həmin şəxslərin onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Yusifə və Rüfətə dövlət hesabına müdafiəçi təyin edildiyini və onlar şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Yusifin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Yusifin əynində olan şalvarın sağ yan cibində olan “Redmi Note8” markalı mobil telefon və əynində olan köynəyin ön cibindən 01 ədəd kazbek aşkar edildiyini, daha sonra aşkar edilmiş kazbek açıldığını və içərisindən yaşıl rəngli kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, Yusifin həmin kazbekin içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin marixuananı Şamilin oğlu Aydından 8 manata həmin gün saat 16 radələrində aldığını bildirdiyini, bundan sonra həmin kazbekin elektron tərəzidə çəkildiyini və çəkisi 1,23 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş kazbek və 01 ədəd mobil telefon ayarı-ayrı zərflərdə qablaşdırlıdığını, həmin zərflərin üzəri möhürlənərərk götürlüdüyünü, daha sonra şəxsi axtarışın başa çatdığını, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və Yusifin də həmin protokola imza etdiyini, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Rüfətin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Rüfətin üzərindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və bütün iştirakçılar tərəfindən imzalandığını, ilkin sorğu zaman Yusif üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədi ilə Təqsirləndirilən şəxs 8 manata xx.xx.2022-ci il tarixdə aldığını dediyini bildirmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 29 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 11:30-dan saat 11:46-a dək Ağdaş RPŞ-nin inzibati binasında Aydının əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusu, göy rəngli cins şalvarın, sağ arxa cibindən “Attenti” yazılan cihaz aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd kibrit qutusu açılarkən içərisində yaşıl rəngdə olan kəskin qoxuya malik, narkotik maddəyə bənzər bitki kütləsi aşkar edildi. Aşkar edilmiş kibrit qutularının elektron tərəzidə çəkilmiş, çəkiləri 5.9 qram və 6.9 qram olmuş, daha sonra aşkar olunmuş 02 ədəd kibrit qutusu kağız zərfə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, özü və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı üzərində aşkar olunmuş “Attenti” sözü yazılmış azadlıqın məhdudlaşdırılması üçün olan elektron nəzarət vasitəsi iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 29 noyabr 2022-ci il tarixli, 17/868 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu. 1./imza/ A. Muxtarlı. 2/imza/ Müdafiəçi...” sözləri yazılmış zərfin içərisindəki 02(iki) ədəd kibrit qutularında, ayrıayrılıqda təmiz çəkiləri – 4,31 qram, 5,11 qram, ümumi təmiz çəkisi -9,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd kibrit qutularında və 01 (bir) ədəd pairosda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 41 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(014)-92/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun 04 aprel 2023-cü il tarixli c/1-524 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-93/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-93/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə 01 il 04 ay 11 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası icra olunmamış qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazlı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 yanvar 2023-cü il tarixli 08 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, F.Səfərov küçəsi 1/1 saylı evdə yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X1 -atası; X4 -anası; X7 – həyat yoldaşı; xx.xx.2015-ci il təvəlüdlü X2r. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:15də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 4(014)-171/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şahidə narkotik vasitəni pul müqabilində deyil, pay kimi əvəzsiz verdiyini bildirsə də, məhkəmədəki ifadəsində ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, heç kəsə hər hansı narkotik vasitə vermədiyini bildirmişdir. Göründüyü kimi ifadələr arasında ziddiyyət olmaqla təqsirləndirilən şəxs tərəfindən hadisənin həqiqi hallarının gizlədilməsinə yönəldilmişdir. Bundan əlavə Şahid4 ibitidai istintaqda dindirilmə və üzləşdirmə zamanı şahid kimi verdiyi ifadəsini daha mötəbər, kənar təsirlərdən azad, daha inandırıcı hesab edir. Bununla da məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ittihamda irəli sürülən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunmamasını, yetərli olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmalı, həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni 29 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 9,32 qram marixuana və Şahid4 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra, qalan 0.69 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 11 (on bir) gün cəzası, iki günə bir gün hesablanmaqla 08 (səkkiz) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 9,32 qram marixuana və Şahid4 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra, qalan 0.69 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşi üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-34/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-34/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver