Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-35/2022 29.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, subay, orta təhsilli, əvvəllər məhkun olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 20 dekabr 2011-ci il tarixdən hesablanmaqla 04 iyun 2008-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına verilməsinə dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-62/2012 saylı, 19 yanvar 2012-ci il tarixli qətnaməsini, təyin olunmuş alimentin məbləği artırılaraq, hər ay 117 manat sabit pul məbləğində tutularaq Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına verilməsinə dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-9888/2016 saylı, 18 avqust 2016-cı il tarixli qətnaməsini və təyin olunmuş alimentin məbləği artırılaraq hər ay 154 manat sabit pul məbləğində tutularaq Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına verilməsinə dair həmin məhkəmənin 2(001)- 6690/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 3(014)-169/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilməsinə və icra sənədi üzrə tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 may 2021-ci il və 14 iyun 2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 22 iyun 2021-ci il tarixinə kimi cəmi 9479 manat məbləğində borcunu ödəməyərək zərərçəkmiş şəxs Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, işi ilə bağlı olaraq tez-tez Bakı şəhərinə səfər edir. Bakı şəhərinə səfər etdikdə Binəqədi rayonunda, Xocasən qəsəbəsində gündəlik 3 manata kirayə yaşayır. Hazırda Xəzər rayonu, Mərdəkan qəsəbəsində ev tikintisində işləməklə, gündəlik qazancı 20 manat təşkil edir. Əvvəllər şəxsi və şirkət mühafizəçisi kimi çalışmışdır. Sonuncu dəfə 5 ay bundan əvvəl Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən karaoke-klubda mühafizəçi işləmiş, gündəlik 20 manat qazanc əldə etmişdir. 2020-ci il tarixədək işlədiyi firmaya məxsus “Mercedes Sprinter” markalı yük maşınını etibarnamə əsasında idarə etmiş, idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Məşğulluq mərkəzində qeydiyyata alınsa da, ayrıayrı işlərlə məşğul olduğundan işlə bağlı müraciət etməmişdir. Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızını Bakı şəhərində tanımış və münasibətləri yaranmışdır. 2007-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşlar. Evliliklərindən 04 iyun 2008-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Əvvələr Elnarə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Elnarə evdə əsassız söz-söhbətlər yaratdığından, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs (Səmədova) himayəsində olan uşağını tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-62/2012 saylı, 19 yanvar 2012-ci il tarixli qətnaməsinə əsasən ondan 20 dekabr 2011-ci il tarixdən hesablanmaqla 04 iyun 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-9888/2016 saylı, 18 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği artırılaraq hər ay 117 manat sabit pul məbləğində aliment və həmin məhkəmənin 2(001)-6690/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği artırılaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri qanuni qüvvələrini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, lakin yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq, tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. İlk vaxtlar alimenti qəsdnən ödəməmiş, daha sonra Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmü ilə CM-in 204.1, 228.4, 66.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 28 avqust 2018-ci il tarixdə vaxtından əvvəl şərti azad olunmuşdur. Azadlıqa çıxdıqdan sonra səhlənkarlıq etdiyindən aliment borcu yığılmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı ilə 20 gün müddətinə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 21 iyun 2021-ci il tarixə kimi qanuni qüvvəyə minmiş qətnamələrə əsasən Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına ödənməmiş aliment borcu 9479 manat təşkil etmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxs Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına borclu olduğu pulu tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən zərərçəkmiş şəxs qismində dindirilən Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Bakı şəhərində tanış olmuş və münasibətləri yaranmışdır. 2007-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 04 iyun 2008-cı il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Əvvələr Sadiq ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız sözsöhbətlər yaratdığı, yola gedə bilmədikləri üçün ayrılmışlar və övladları onun himayəsində qalmışdır. Övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Bakı şəhər Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-62/2012 saylı, 19 yanvar 2012-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 20 dekabr 2011-ci il tarixdən hesablanmaqla 04 iyun 2008-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-9888/2016 saylı, 18 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği artırılaraq hər ay 117 manat sabit pul məbləğində aliment və həmin məhkəmənin 2(001)- 6690/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği artırılaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Məhkəmə qətnamələrini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 22 iyun 2021-ci il tarixə kimi 9479 manat aliment borcunu ödəməmiş, övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Təqsirləndirilən şəxs fərqli vaxtlarda mühafizəçi kimi işləmişdir və yetərli qazancı olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən ona olan aliment borcu ödənildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və probasiya şöbəsinin rəisi Şahid1ı oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-62/12 saylı, 19 yanvar 2012-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 20 dekabr 2011-ci il tarixdən başlayaraq 04 iyun 2008-ci ildə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanılması üçün Nəbiyeva (Səmədəova) Elnarə Elbrus qızının xeyrinə hər ay 90 manat aliment tutulmalıdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9888/2016 saylı, 18 avqust 2016-cı il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından olan uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq Təqsirləndirilən şəxs 04 iyun 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına ödənilməlidir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-6690/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin faktiki nikah münasibətlərindən olan uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq Təqsirləndirilən şəxs 04 iyun 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına ödənilməlidir. Qətnamələr şöbənin icraatına 08 avqust 2012-ci il, 02 noyabr 2016-cı il, 30 iyul 2019-cu ildə daxil olub və həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs könüllü icra müddətində icra sənədini icra etmədiyi üçün onun barəsində müvafiq sorğular edilmişdir. Verilmiş sorğulara əsasən borclu Təqsirləndirilən şəxs adına bank filiallarında şəxsi əmanət, vergi hesabı olması aşkar olunmamışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün borclunun ölkədən getmək hüququnun icra vərəqəsi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması üçün Ağdaş Rayon Məhkəməsinə təqdimat verilmiş və Ağdaş Rayon Məhkəməsinin 8(014)-602/2013 saylı, 15 iyul 2013-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq izahatı alınmış, borclu izahatında aliment borcundan ödəniş edəcəyini bildirmiş, lakin yaranmış aliment borcunu qərəzli olaraq ödəməmişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-169/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu şöbəyə çağırılmış ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıq olunmuşdur. Borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X2 19 saylı Ərazi Məşğulluq Mərkəzinə işlə təmin olunması üçün müraciət etməsinə baxmayaraq, hazırda qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. Nəticədə borclunun tələbkara 9479 manat aliment borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş icra sənədini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1ı oğlunun ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli, 2(009)-62/2012 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızının xeyriə hər ay 90 manat məbləğində almentin tutulması qət edilmişdir. İşin materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli, 2(001)-9888/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli, 2(009)-62/2012 saylı qətnaməsi ilə tərəflərin faktiki nikah münasibətlərindən olan uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq Təqsirləndirilən şəxs 04 iyun 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına ödənilməsi qət edilmişdir.. İşin materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2018-cı il tarixli, 2(001)-6690/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli, 2(001)-9888/2016 saylı qətnaməsi ilə tərəflərin faktiki nikah münasibətlərindən olan uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq Təqsirləndirilən şəxs 04 iyun 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına ödənilməsi qət edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1, 228.4, 66.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Qobustan Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 iyun 2008-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına tutularaq verilməsinə dair Bakı Şəhər Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-62/2012 saylı, 19 yanvar 2012-ci il tarixli qətnaməsini, təyin olunmuş alimentin məbləği artırılaraq, hər ay 117 manat sabit pul məbləğində tutularaq Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına verilməsinə dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-9888/2016 saylı, 18 avqust 2016-cı il tarixli qətnaməsini və sonuncu təyin olunmuş alimentin məbləği artırılaraq hər ay 154 manat sabit pul məbləğində tutularaq Nəbiyeva (Səmədova) Elnarə Elbrus qızına verilməsinə dair həmin məhkəmənin 2(001)-6690/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 3(014)-169/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilməsinə və icra sənədi üzrə tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 may 2021-ci il və 14 iyun 2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. İşin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona borclu olduğu pulu tam ödəmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli, 2(009)-62/2012 saylı, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli, 2(001)-9888/2016 saylı və 10 sentyabr 2018-ci il tarixli, 2(001)-6690/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən 9479 manat məbləğində borclu olduğu pulu tam ödədiyini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CM-in 306-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-in 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-35/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-35/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver