Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-36/2022 13.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X1 Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 23.12.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 aprel 2022-ci il tarixdə saat 12:50-də Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.946 qram narkotik vasitə hesab edilən tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə 23.12.2021-ci il tarixdə saat 04:09-də ünvan 2 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, ifadəsinin kompyuter vasitəsilə müstəntiq tərəfindən yazılmasına etirazı olmadığını, 23.12.2021-ci il tarixdə təxminən saat 02 radələrində qohumu Rəfi Rəhimov ilə görüşmək üçün onun işlətdiyi çayxanaya getdiyini, həmin vaxt Rəfi Rəhimov, Rəşad Hüseynov, Sevda Ağayeva və Əfqan Musayev ilə birlikdə həmin kafedə çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının oraya gəldiklərini və onlara yaxınlaşaraq narkotik vasitə saxlamaqları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç döş cibindən 01 ədəd sellofan büküm, gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan və bir neçə ədəd Rusiya Federasiyasına aid qəpik sikkələr aşkar edildiyini, sellofan bükümdə olan maddənin narkotik maddə olan tiryək olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra həmin maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 1,13 qram olduğunu, sonra həmin sellofan bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, həmçinin üzərində aşkar edilmiş digər əşyalarən ona qaytarıldığını, üzərindən aşkar olunan narkotik maddəni təxminən 3 gün bundan əvvəl (dəqiq tarixini xatırlamır) yaşadığı S.Vurğun küçəsindən tapdığını, üzərinə videogörüntü vasitəsilə şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunmuş tiryəki həyacanlı olduğu üçün RF-dan gətirdiyini bildirdiyini, hazırda düzgün ifadə verdiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını, polis əməkdaşlarının onu Rəfi Rəhimovun çayxanasından gətirən zaman orada özündən başqa Rəfi Rəhimovun, Rəşad Hüseynovun, Sevda Ağayeva və Əfqan Musayevin olduğunu, onunla birlikdə çayxanada saxlanılmış Rəfi Rəhimovun və Rəşad Hüseynovun üzərində heroin, Sevda Ağayevanın üzərində metamfetamin olduğunu bilmədiyini, üzərində şəxsi axtarış aparılan zaman orada polis əməkdaşılarının və müdafiəçinin olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 23.12.2021-ci il tarixdə ünvan 1-də qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 02:00 radələrində digər polis əməkdaşları ilə birlikdə Ağdaş şəhəri M.İsayev küçəsində piyada hərəkətdə olan zaman Bəhruzu M.İsayev küçəsində yerləşən Rəfi adlı şəxsin işlətdiyi çayxanada olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞnə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Bəhruzun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Bəhruzun əynində olan qara rəngli gödəkçənin sol iç döş cibindən 01 ədəd sellofan büküm, gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan və bir neçə ədəd Rusiya Federasiyasına aid qəpik sikkələr aşkar edildiyini, Bəhruzun sellofan bükümdə olan maddənin narkotik maddə olan tiryək olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra həmin maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 1,13 qram olduğunu, sonra həmin sellofan bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Bəhruzun və digər proses iştirakçılarının heç bir şikayətlərinin olmadığından protokola imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 3 gün bundan əvvəl yaşadığı S.Vurğun küçəsindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edən zaman orada Bəhruzdan başqa Rəfi Rəhimov, Rəşad Hüseynov, Sevda Ağayeva və Əfqan Musayev adlı şəxslərin olduğunu, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞnə heç bir məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Ağdaş şəhər sakini Rəfi adlı şəxsin Ağdaş şəhəri Qozların dibi adlanan ərazidə işlətdiyi çayxanasında işlədiyini, 23.12.2021-ci il tarixdə təxminən saat 02 radələrində həmin çayxanada olduğunu, həmin vaxt orada Əfqan Musayev, Rəfi Rəhimov, Rəşad Hüseynov və Təqsirləndirilən şəxs olduğunu və onlarla birlikdə həmin kafedə çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının oraya gəldiklərini və onlara yaxınlaşaraq narkotik vasitə saxlamaları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis şöbəsində onun üzərinə baxış keçirilən zaman onun üzərində psixotrop maddə olan metamfetamin aşkar olunduğunu və onun barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlandığını, bundan sonra onunla birlikdə çaxanada olan Rəfi Rəhimov, Təqsirləndirilən şəxs və Rəşad Hüseynov tutulduğunu və onların üzərinə baxış keçirilərkən onların üzərindən narkotik vasitə aşkar olunduğunu eşitdiyini, həmin vaxt Bəhruzun üzərində narkotik vasitə olduğunu bilmədiyini, polis əməkdaşlarının çayxanaya gəlib onu RPŞ-nə dəvət edən zaman orada Təqsirləndirilən şəxs, Əfqan Musayev, Rəfi Rəhimov və Rəşad Hüseynov olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X3 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Ağdaş şəhər sakini Rəfi adlı şəxsin Ağdaş şəhəri Qozları dibi adlanan ərazidə işlətdiyi çayxanasında işlədiyini, 23.12.2021-ci il tarixdə təxminən saat 02 radələrində həmin çayxanada olduğunu, həmin vaxt orada Əfqan Musayev, Rəfi Rəhimov, Sevda Ağayeva və Təqsirləndirilən şəxs olduğunu və onlarla birlikdə həmin kafedə çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının oraya gəldiklərini və onlara yaxınlaşaraq narkotik vasitə saxlamaları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis şöbəsində onun üzərinə baxış keçirilən zaman onun üzərindən narkotik vasitə olan heroin aşkar olunduğunu və onun barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlandığını, bundan sonra onunla birlikdə çaxanada olan Rəfi Rəhimov, Təqsirləndirilən şəxs və Sevda Ağayevanın tutulduğunu və onların üzərinə baxış keçirilərkən onların üzərindən narkotik vasitə aşkar olunduğunu eşitdiyini, həmin vaxt Bəhruzun üzərində narkotik vasitə olduğunu bilmədiyini, polis əməkdaşlarının çayxanaya gəlib onu RPŞ-nə dəvət edən zaman orada Təqsirləndirilən şəxs, Əfqan Musayev, Rəfi Rəhimov və Sevda Ağayeva olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X2 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən çay evini işlətdiyini, həmin çay evində onunla birlikdə Sevda Ağayeva da işlədiyini, 23.12.2021-ci il tarixdə təxminən saat 02 radələrində həmin çay evində Sevda Ağayeva, Təqsirləndirilən şəxs, Əfqan Musayev və Rəşad Hüseynovla birlikdə oturaraq çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının kafeyə daxil olaraq karantin qaydalarını pozduqlarını bildirdiklərini və üzərilərində narkotik vasitə saxlanmasında şübhəli olduqlarını bildirib onları RPŞ-nə dəvət etdiklərini, RPŞ-də üzərindən narkotik vasitə olan heroin aşkar olunduğuna görə barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlandığını, daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun üzərindən narkotik vasitə aşkar olunduğunu, həmin vaxt Bəhruzun üzərində narkotik vasitə olan tiryək olduğunu bilmədiyini, polis əməkdaşları çayxanaya gəlib onları RPŞ-nə dəvət edən zaman orada orada Sevda Ağayeva, Təqsirləndirilən şəxs, Əfqan Musayev və Rəşad Hüseynov olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X4 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, 23.12.2021-ci il tarixdə təxminən saat 02 radələrində X12 şəhəri Qozları dibi adlanan ərazidə işlətdiyi çayxanaya getdiyini, həmin vaxt Rəfi Rəhimov, Rəşad Hüseynov, Sevda Ağayeva və Təqsirləndirilən şəxs ilə birlikdə həmin kafedə çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının oraya gəldiklərini və onlara yaxınlaşaraq narkotik vasitə saxlamaları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları Ağdaş RPŞ-nə dəvət etdiklərini, bundan sonra onunla birlikdə çaxanada olan Rəfi Rəhimov, Təqsirləndirilən şəxs, Sevda Ağayeva və Rəşad Hüseynovun tutulduğunu və onların üzərinə baxış keçirilərkən onların üzərindən narkotik vasitə aşkar olunduğunu sonradan bildiyini, həmin vaxt Bəhruzun üzərində, həmçinin yanında olan digər şəxslərin üzərində narkotik vasitə olduğunu bilmədiyini, polis əməkdaşlarının çayxanaya gəlib onu RPŞ-nə dəvət edən zaman orada Təqsirləndirilən şəxs, Sevda Ağayeva və Rəşad Hüseynov olduğunu bildirmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 22 dekabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 04:05-dən saat 04:17-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan qara rəngli gödəkçənin sol iç döş cibindən 01 ədəd sellofan büküm, gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan və bir neçə ədəd Rusiya Federasiyasına aid qəpik sikkələr aşkar edilmiş, həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisi 1,13 qram olmuş, həmin büküm zərfə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, zərfin üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 23.12.2021-ci il tarixli 17/866 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi- 0,946 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryəkdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 22.01.2022-сi tarixli 87 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 yanvar 2022-ci il tarixli 304 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Vurğun küçəsi 107 №-li evdə tək yaşayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 dekabr 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 03:09-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş tiryəkin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəlar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin, həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0.846 qram çəkidə tiryək məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi Abdulhüsen oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 20 (iyirmi) saat hüquqi xidmətə görə 120 manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan 13.04.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0.846 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-36/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-36/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver