Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-36/2023 06.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.2003-cü ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə qonşusu ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı su arxının kənarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbləşərək qonşusu Zərərçəkmiş şəxs sol çiyin, kürək və bədəninin müxtəlif nahiyələrindən təpiklə bir neçə dəfə qəsdən vuraraq qəsdən Zərərçəkmiş şəxs sol bazu oynağının əzilməsi, sol bazu oynağında hərəkətlərin məhdudluğu, sol çiyin nahiyəsinin bazu oynağına keçən qançırı, sol kürək nahiyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək Zərərçəkmiş şəxs onun qonşusu olduğunu, Zərərçəkmiş şəxs ilə münasibətlərinin əvvələr çox yaxşı olduğunu, yaşadıqları evin qarşısından su arxının keçdiyini, həmin su arxının içərisinə lil dolmasına görə, hərdən bir su arxının içərisini lildən təmizlədiklərini, yaşadıqları evin qarşısından keçən su arxının içərisini lil tutmasına görə, təxminən 1 (bir) ay əvvəl küçənin kənarından keçən su arxının içərisinin palçıqlı torpağını təmizlədiyini, lakin su arxının içərisindən çıxan palçıqlı torpağı arxın kənarına yığdığını, qonşusu Turanənin də ona bir neçə dəfə su arxının içərisindən çıxan palçıqlı torpağı onun evinin həyətinin kənarına yığmasına görə onun həyətinin kənarında yerləşən dəmirdən olan hasarını çürüdə biləcəyini söylədiyini, buna görə də Zərərçəkmiş şəxs ona həmin torpağı oradan təmizləməli olmasını söylədiyini, onun da Zərərçəkmiş şəxs su arxının içərisini təmizləyərkən su arxının içərisindən çıxan palçıqlı torpağı yol tərəfə yox, həyətlər yerləşən tərəfə yığmasının mümkün olmasını söylədiyini, həmin palçıqlı torpağın həyətinin kənarında yerləşən dəmir hasara heç bir ziyanlıq etmədiyini Turanəyə bildirdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində su arxının kənarı ilə gedərkən Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin qarşısında yerləşən su arxının kənarında dayanmasını gördüyünü, Zərərçəkmiş şəxs yanına çatanda Zərərçəkmiş şəxs onun su arxının içərisindən təmizləyib su arxının kənarına yığdığı torpağın Turanənin yenidən su arxının içərisinə doldurmasını gördüyünü, onun da Zərərçəkmiş şəxs torpağı su arxının içərisinə doldurmasının səbəbini soruşduğunu, həmin vaxt Zərərçəkmiş şəxs ona “su arxına torpağı yaxşı edib doldurmuşam” dediyini, onun Turanəyə su arxının içərisinin palçıqlı torpağını çətinliklə təmizlədiyini, torpağı yenidən su arxının içərisinə doldurmasına görə onun əziyyətini heçə saymasını söylədiyini, Turanənin də ona kobudluq edərək yenidən ona “yaxşı edib torpağı su arxına doldurmuşam” dediyini, buna görə də Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətdiyini, buna görə də Zərərçəkmiş şəxs əsəbləşərək təpiklə bir neçə dəfə Zərərçəkmiş şəxs sol çiyin, kürək və bədəninin müxtəlif nahiyələrindən qəsdən vurub, Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirdiyini, həmin vaxt səs-küyə qonşuları Şahid gəlib onu tutaraq onu Turanədən aralaşdırıb kənara apardığını, daha sonra yaşadığı evə çıxıb getdiyini, Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, səs-küyə sonradan Şahid gəlib onları aralaşdırdığını və başqa heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində yaşadığı evin qarşısından su arxının keçdiyini, həmin su arxının qonşuluqda yaşayan şəxslərlə birlikdə mütəmadi olaraq təmizləndiyini, sonuncu dəfə həmin su arxını qonşuluqda yaşayan Təqsirləndirilən şəxs təmizlədikdən sonra, arxın içərisindən çıxarılmış palçıqlı torpağı onun həyətinin kənarında yerləşən dəmir hasarın dibinə yığdığını, su arxının içərisindən çıxarılmış torpağın onun yaşadığı evin həyətinin kənarında yerləşən dəmir şiferdən çəkilmiş hasarı çürütməməsi üçün qonşusu Təqsirləndirilən şəxs dəfələrlə su arxının içərisindən çıxardıb onun yaşadığı evin həyətinin dəmirdən olan hasarının dibinə yığdığı palçıqlı torpağı həmin yerdən götürməsini tapşırdığını, lakin Təqsirləndirilən şəxs onun sözünə məhəl qoymadığını, Təqsirləndirilən şəxs onun evinin həyətinin kənarındakı dəmir hasarın dibinə yığdığı torpağı oradan təmizləmədiyini, buna görə də xx.xx.2023-cü il tarixdə təxminən saat 11:00 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinin dəmir hasarının dibinə yığdığı palçıqlı torpağı oradan təmizləyərək yenidən su arxının içərisinə tökdüyünü, bir neçə dəqiqədən sonra qonşusu Təqsirləndirilən şəxs su arxının yanına gələrək ondan su arxına torpağı kimin doldurmasını soruşduğunu, onun da Təqsirləndirilən şəxs su arxına torpağı onun doldurmasını söylədiyini, həmin vaxt Təqsirləndirilən şəxs ona kobudluq edərək torpağı su arxına doldurduğuna görə ona nalayiq ifadə işlətdiyini, buna görə də Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq təpiklə qəsdən bir neçə dəfə onun sol çiyin, kürək və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt səsə Şahid gələrək Təqsirləndirilən şəxs ondan aralaşdırdığını, Təqsirləndirilən şəxs onu döyməyə davam etməsinə imkan vermədiyini, daha sonra yaşadığı evdə gedərək DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat verdiyini və Ağdaş RPŞ-yə şikayət ərizəsi ilə müraciət etdiyini, Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın təxminən 3-5 dəqiqə davam etdiyini, mübahisə və dava-dalaş zamanı orada onlardan başqa heç kimin olmadığını, səs-küyə sonradan Şahid gələrək Vüqarı araşaldırdığını, səs-küyə başqa heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid 26.01 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində məscidə gedərkən su arxının kənarında qonşuları Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında dava-dalaş baş verməsini gördüyünü, Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinə bir neçə dəfə vurmasını gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayırdığını bildirmişdir. Həmçinin o, izahatında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarındakı mübahisə və dava-dalaş zamanı orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 19 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sol bazu oynağının əzilməsi, sol bazu oynağında hərəkətlərin məhdudluğu, sol çiyin nahiyəsınin bazu oynağına keçən qançırı, sol kürək nahiyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-118/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli, c/i-95 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilərək cəza müddəti 1 (bir) il azaldılmışdır. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-118/2021 saylı hökmü ilə ona təyin edilmiş cəzasını xx.xx.2022-ci il tarixdə tam olaraq çəkib qurtarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-36/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-36/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver