Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-36/2025 04.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Qolqəti kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 29,47 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 05 fevral 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Qolqəti kəndi ərazisində saxlanılaraq həmin tarixdə saat 00:50dən 01:05-dək üstü yoxlanılan zaman, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan paketdə təmiz çəkisi 29,47 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. Əsasən də, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 04 fevral 2025-ci il tarixdə saat 13:00-14:00 aralığında yaşadığı Ağdaş rayonu, Qolqəti kəndində yerləşən qəbirstanlıqdan ziyarətgahdan gələn zaman yerdə 01 ədəd şəffaf sellofan paket görmüşdür. Həmin sellofan paketin içərisində yaşıl rəngli bitki kütləsi olmuşdur. Həmin sellofan paketi yerdən götürmüş və açaraq içərisini qoxlamışdır. Sellofan paketdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olmasını bilmiş və istifadə etmək üçün əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Gün ərzində yaşadığı kənd ərazisində olmuşdur. 05 fevral 2025-ci il tarixdə saat 00:50 radələrində yaşadığı Ağdaş rayonu, Qolqəti kəndi ərazisində küçə ilə piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq onlara daxil olmuş məlumata əsasən üzərində narkotik vasitə saxlamağını bildirmişdir. Həmçinin ona polis şöbəsində dövlət hesabına müdafiəçi təyin olunacağını bildirmişdir. Bundan başqa ona hüquq və vəzifələrə dair bildiriş vərəqəsi vermişdir. Daha sonra üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı həmin sellofan paketdə olan maddənin nə olduğunu, haradan, nə vaxt tapdığını və nə məqsədlə üzərimdə saxladığını soruşmuşdur. Həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, günorta saatlarında qəbirstanlıqdan ziyarətdən gələn zaman yolda tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin sellofan paket polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 35 qram olmuşdur. Bundan sonra həmin sellofan paketin üzərinə polis əməkdaşı tərəfindən DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Daha sonra polis əməkdaşı üzərini yoxlamış və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu aşkar etmişdir. Həmin mobil telefon da polis əməkdaşı tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə DİN-nin 111 saylı möhürü vurulmuşdur. Daha sonra üzərinin yoxlanılması davam etdirilmiş, lakin üzərindən başqa heçnə aşkar olunmamışdır. Sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışdır. Polis şöbəsində üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Sonra ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Bundan sonra onun üzərinə baxış keçirən polis əməkdaşı baxış barədə protokolu, baxış zamanı qeydə alınmış videogörünütü olan diski, narkotik vasitə qurudulmuş marixuananın və mobil telefonun olduğu kağız zərfləri digər polis əməkdaşına təqdim etmişdir. Həmin zərflər açılaraq baxış keçirilmiş və yenidən qablaşdırılmışdır. Daha sonra üzərinə DİN-nin 111 saylı möhürü vurulmuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, yaşlı anasının onun himayəsində yaşadığını bildirərək ona güzəşt edilib yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qolqəti kənd sakini kimi tanıyır. 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 00:50-də Ağdaş rayonu, Qolqəti kəndi ərazisində saxlanılmışdır. Ona özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, ona hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamağı barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01(bir) ədəd sellofan paketi təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç cibindən 01(bir) ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 35 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “Samsung” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni qəbristanlıqdan ziyarətdən gələn zaman yoldan tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanıılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra mobil telefon olan 01 ədəd zərf açılmış və sonradan qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Ağdaş RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarış barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş polis nəfəri Şahid2 çahid Şahid1la eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə, saat 00:50-də Ağdaş rayonu, Qolqəti kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01(bir) ədəd sellofan paketi təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində həmin gödəkçənin sol iç cibindən 01(bir) ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 35 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “Samsung” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni qəbristanlıqdan ziyarətdən gələn zaman yoldan tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 00:50-dən saat 01:05-dək olan müddət ərzində RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üstündən aşkar edilmiş və qablaşdırılaraq götürülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan paketin qablaşdırıldığı kağız zərf təkrar açılaraq içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə bənzər bitki kütləsi olan sellofan paketə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğu soruşulduqda o da “marixuana” olduğunu, 04 fevral 2025ci il tarixdə günorta saat 13:00-14:00 aralığında qəbirstanlıqdan ziyarətgahdan gələn zaman yoldan tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin bitki kütləsi yenidən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonun qablaşdırıldığı zərfdə yenidən açılmış və sonradan yenidən qablaşdırılaraq götürülmüşdür. Daha sonra video görüntüdən ibarət 01 ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan paket aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili tərəfindən ona verilən şifahi suala aşkar olunan sellofan paketin içərisindəkinin “marixuana” olduğunu, qəbirstanlıqdan ziyarətgahdan gələn zaman günorta saatlarında yoldan tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirir. Əməliyyat müvəkkili sellofan paketi elektron tərəzidə çəkir və çəkisinin 35 qram olması müəyyən olunur. Həmin sellofan paket kağız zərfə qablaşdırılır və üzərinə DİN-in 111 saylı möhrü vurulur, daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunur, iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılır və üzərinə DİN-in 111 saylı möhrü vurulur. Daha sonra Təqsirləndirilən şəxs üstündən qanunla qadağan edilmiş heç bir əşya, predmet və ya maddə aşkar olunmadı. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 05 fevral 2025-ci il tarixli 17/86 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş......” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-29,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 mart 2025-ci il tarixli 349 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 20 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX publik hüquqi şəxsin poliklinika şöbəsində “ruhi-əsəb və narkoloji xəstəliklər” üzrə qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X2 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-103/2025 nömrəli 28 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və Müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 05 fevral 2025-ci il tarixdən saat 00:50-dən 06 fevral 2025-ci il tarixə saat 11:10-dək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqdavə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yaşlı anasının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdən saat 00:50-dən 06 fevral 2025-ci il tarixə saat 11:10-dək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 29.42 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarının ikinci bəndindən görünür ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarı rəsmi olaraq 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarına 28 aprel 2025-ci il tarixdə dəyişiklik edilənə qədər qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 21 saat vaxt sərf edilmişdir. Həmçinin, vəkil Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, o, Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərarına əsasən 04 aprel 2025-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs hüquqlarının müdafiənə (iş materialları ilə tanış olma) başlamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 29 aprel 2025-ci il tarixədək olan müddətə 6 (altı) manat, bundan sonra göstərilən hüquqi yardımla bağlı isə 11 (on bir) manat məbləğində müəyyən edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 206 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdən saat 00:50-dən 06 fevral 2025-ci il tarixə saat 11:10-dək şübhəli şəxs qismində həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi - məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 29,42 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 21 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 206 (iki yüz altı) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-36/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-36/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver