Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-37/2021 06.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1972-ci ildə Ağdaş rayonu, Aral Bir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Aral Bir kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Ağdaş RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin xx xxxxxx 2020-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasinin ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalari”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxx 2020-ci il 161 №-li Qərarının 4.5.5-ci və 4-1.2-ci bəndlərinə zidd olaraq xx xxxxxx 2020-ci il tarixdə, saat 08:00 radələrində Ağdaş rayonu Aral Bir kəndində yaşadığı evi tərk edərək piyada qoyunlarını otarmaq üçün otlaq sahəsinə getmiş və bununla da epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimini pozaraq “COVİD-19” xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 12:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində 2020-ci ilin noyabr ayının axırları və dekabr ayının əvvəllərində özünü narahat hiss etdiyini, buna görə də xx xxxxxx 2020-ci il tarixdə xəstəxanada “COVİD-19” testi verdiyini, onunla əlaqə saxlamaq üçün xəstəxanaya ***-***-**-** saylı mobil nömrəsini verdiyini, xx xxxxxx 2020-ci il tarixdə xəstəxanadan ona zəng etdiklərini və onunla maraqlandıqlarını, səhhətini soruşduqlarını, ona testinin nəticələrinin pozitiv çıxdığını bildirdiklərini, həmçinin ona özünü təcrid etmə qaydalarını riayət etməyini bir daha izah etdiklərini, həmçinin ona iltizamnamə imzaladıldığın, 14 gün müddətində olduğu yer üzrə təcriqd olunumağı və yaşayış yerini tərk etməməyi, həmçinin sahə həkiminə xəstəliyin izlənməsi, müvafiq müalicə tədbirlərinin həyata keçirilməsi üçün müvafiq şərait yaratmağı bildirdiliyini, əks halda inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə ona xəbərdarlıq edildiyini, testinin nəticəsi pozitiv çıxsa da, özündə narahatlıq hiss etmədiyini, xırdabuynuzlu heyvan saxladığını, həmin heyvanlarla öz ailəsini saxladığını, oğlunun birinin İqtisad universitetində oxuduğunu, digər oğlunun isə həqiqi hərbi xidmətdə olduğunu, oğlunun yaralandığını, hazırda müalicə aldığını, xx xxxxxx 2020-ci il tarixdə, saat 08:00 radələrində heç kim olmadığından səhər qoyunlarını çıxarıb evdən təxminən 500 metr aralıda olan otlaq sahəsinə apardığını və otlatmağa başladığını, saat təxminən 12:00 radələrində telefonuna zəng gəldiyini, telefonda özünü polis əməkdaşı kimi təqdim edən şəxsin ona “COVİD-19” testinin pozitiv çıxmasına baxmayaraq evi tərk etdiyini bildirdiyini, hazırda onun evinin qarşısında olduğunu və ondan tez evə qayıtmağını tələb etdiyini, qoyunlarını götürüb evə qayıtdığını, kəndin yolunda küçədə polis əməkdaşlarının xüsusi tibbi geyimdə onu gözlədiklərini, onların onun videogörüntünü çəkdiklərini və ona evdən çıxmağının cinayət olması barədə izahat verdiklərini və evdən bir daha çıxmamağını tapşırdıqlarını, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx xxxxxx 2020-ci l tarixdə, saat 09:05-də daxil olmuş mesajda xx xxxxxx 2020-ci il tarixdə verdiyi “COVİD-19” testinin nəticələrinin pozitiv oludğunu, özünün və ailə üzvlərinin evdən çıxmamağını, əks halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmağı barədə məlumat verilməyi ilə bağlı həmin mesajı oxuduğunu, lakin evdə heç kimi olmadığı üçün qoyunlarını çölə çıxarmaq məcburiyyətində qaldığını, xx xxxxxx 2020-ci il tarixdə ona testinin pozitiv çıxması barədə xəbərdarlıq edildiyini, həmçinin ona iltizamnamə imzaladıldığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin sahə rəisi vəzifəsini müvəqqəti icra etdiyini, mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanadan verdikləri testin nəticələri pozitiv çıxan şəxslər barədə Ağdaş RPŞ-nə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq polis əməkdaşlarına verildiyini, bundan sonra həmin siyahı üzrə “COVİD-19” testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməməsi onlar tərəflərindən yoxlanıldığını, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində Ağdaş RPŞ-nin polis nəfəri Şahid4, Şahid1 və digərləri ilə birlikdə reyd keçirərkən Ağdaş rayonu, Aral Bir kəndində yaşayan, xx xxxxxx 2020-ci il tarixdə verdiyi “COVİD-19” testinin nəticələri pozitiv çıxmış Hüseyinov Hüseyn Məhəmməd oğlunun yaşayış yerini tərk etdiyini müəyyən etdiklərini və onunla əlaqə saxladıqdan sonra yaşadığı evdən təxminən 500 metr aralıda olduğunu müəyyən etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs videogörüntüsününü çəkildiklərini və Təqsirləndirilən şəxs evdə heç kimin olmadığını, qoyunlarını otarmaq üçün çölə çıxarmaq məcburiyyətində qaldığını bildirdiyini, Təqsirləndirilən şəxs bir daha xəbərdarlıq edildikdən sonra evlərinə yola salındığını bildirdi. İş üzrə şahidlər Şahid1 və Şahid4 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayon xəstəxanasının TTTY-nin müdiri vəzifəsində işlədiyini, pandemiya ilə əlaqədar vətəndaşlardan “COVİD-19” test nümunələrinin götürülməsinin onlara həvalə olunduğunu, bununla əlaqədar onlara müraciət edən vətəndaşlardan test nümunəsi götürdüklərini və nəticəsinin müəyyən edilməsi üçün müvafiq labaratoriyaya göndərdiklərini, həmçinin vətəndaşların test verən zaman onların ünvanını və əlaqə nömrəsini qeyd etdiklərini və testin nəticələri çıxdığı zaman onlarla əlaqə saxlayıb lazımi məlumat verdiklərini, onları ilkin olaraq təlimatlandırdıqlarını, daha sonra evdə müalicə alan xəstələrin müayinəsi və onların səhhətinin diqqət mərkəzində saxlanması üçün həmin şəxsin adını və ünvanını ailə sağlamlıq mərkəzinə (ASM) və həmin şəxlərin karantin recimi qaydalarını pozmasının nəzarət edilməsi üçün Ağdaş RPŞ-nə göndərdiklərini, bundan əlavə testin nəticələri pozitiv çıxmış şəxslərin evlərinin dizinfeksiya edilməsi üçün Ağdaş rayon GEM-ə də məlumat verildiyini, həmçinin test verən şəxslərə onlar tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 377S nörməli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 saylı əlavə ilə nəzərdə tutulmuş “COVİD-19 virus infeksiyasının təyin olunması üçün laboratoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamə” imzalatdırıldığını, həmin iltizamnamədə test verən şəxsin iltizamnamə imzalanan tarixdən testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməməli olduğu, iltizamnamə imzalayan şəxslərdən hər hansı birində “COVİD-19” infeksiyası aşkar olunduqda testin nəticəsi çıxdığı tarixdən etibarən 14 gün ərzində olduğu yer üzrə təcrid olunmalı olduğu, sahə həkiminə xəstəliyin izlənməsi, müvafiq müalicə tədbirlərinin həyata keçirilməsi üçün zəruri şərait yaratmalı olduğu göstərildiyini, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Aral Bir kənd sakini Təqsirləndirilən şəxs Məhmməd oğlu “COVİD-19” pandemiyasının yoxlanılması ilə bağlı test verməyə gəldiyini və özünü narahat hiss etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs test nümunəsi götürdüklərini və bundan sonra Təqsirləndirilən şəxs götürülmüş testin nəticələrini laboratoriyaya göndərdiklərini, xx xxxxxx 2020-ci il tarixdə laboratoriyadan testin nəticələri gəldiyini və nəticələrə əsasən Təqsirləndirilən şəxs “COVİD-19” virus infeksiyası olduğu aşkar edildiyini, dərhal özünün istifadəsində olan 055/***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs əlaqə saxlamaq üçün xəstəxanada qoyduğu ***-***- **-** saylı mobil nömrəyə zəng etdiyini və ona testin nəticəsinin pozitiv olduğunu və 14 gün ərzində yaşayış yerini tərk etməməyini, mülaicəsi ilə bağlı ASM tərəfindən onunla əlaqə saxlanılacağını bildirdiyini, həmçinin Hüseyinə evdə müalicə aldığı təqdirdə yaşadığı yeri tərk etməməyini, əks halda cinayət və ya inzibati məsuliyyət daşıyacağını izah etdiyini, daha sonra ona müvafiq iltizamnamə imzalatdıqlarını bildirdi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 377S nörməli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 saylı əlavə ilə nəzərdə tutulmuş “COVİD-19 virus infeksiyasının təyin olunması üçün laboratoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamə”dən göründüyü kimi Təqsirləndirilən şəxs yaxma analizi verən zaman testinin nəticəsinin pozitiv çıxdığı halda 14 gün ərzində yaşayış yerinin tərk etməmək barədə təlimatlandırılmış, buna baxmayaraq təcrid olunma qaydalarını pozmuşdur. Tələbnamədən ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-37/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-37/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver