Məhkəmə qərarları › İş №1(014)-37/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-37/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-37/2023 03.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçilər – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkillər – Müdafiəçi2 və Müdafiəçi1 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rasimoviçin, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ehtibarnamə üzrə nümayəndəsi (arvadı) X2 iştirakı ilə, xx.xx.1994-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1990-cı ildə Rusiya Federasiyasının Tula Vilayətinə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Rusiya Federasiyası Tula vilayəti Teploqrevisky rayon Xamutovka kəndində qeydiyyatda olmaqla Ağdaş rayonu Qaradağlı kəndində yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Rasimoviç Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 03 may 2023-cü il tarixdə saat 16:00-da Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, o, vahid niyyətlə özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 Rasimoviç ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, ordan da evin zirzəmisinə daxil olaraq həmin yerdən ümumi dəyəri 200 (iki yüz) manat olan, hər biri 3 metr uzunluğunda və 76 mm diametrində 03 ədəd dəmir borunu gizli yolla oğurlayaraq talamış, bundan başqa həmin vaxt özləri ilə aparmaq imkanları olmadığından eyni niyyətlə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində həmin evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, ordan da ilkin olaraq evin zərzəmisinə, həmin yerdən isə döşəmə taxtası olmayan otaqdan istifadə etməklə evə daxil olaraq hamam otağının qarşısında olan 250 (iki yüz əlli) manat dəyərində 01 ədəd, 7 kq tutumlu, “Atlant” markalı paltaryuyan, 150 manat dəyərində, 01 ədəd, 7 litr tutumlu samovar və 40 (qırx) manat dəyərində, 01 ədəd 3 litr tutumlu elektrik çayniki gizli yolla oğurlayaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 640 (altı yüz qırx) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Rasimoviç Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, o, vahid niyyətlə özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, ordan da evin zirzəmisinə daxil olaraq həmin yerdən ümumi dəyəri 200 (iki yüz) manat olan, hər biri 3 metr uzunluğunda və 76 mm diametrində 03 ədəd dəmir borunu gizli yolla oğurlayaraq talamış, bundan başqa həmin vaxt özləri ilə aparmaq imkanları olmadığından eyni niyyətlə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində həmin evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, ordan da ilkin olaraq evin zərzəmisinə, həmin yerdən isə döşəmə taxtası olmayan otaqdan istifadə etməklə evə daxil olaraq hamam otağının qarşısında olan 250 (iki yüz əlli) manat dəyərində 01 ədəd, 7 kq tutumlu, “Atlant” markalı paltaryuyan, 150 manat dəyərində, 01 ədəd, 7 litr tutumlu samovar və 40 (qırx) manat dəyərində, 01 ədəd 3 litr tutumlu elektrik çayniki gizli yolla oğurlayaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 640 (altı yüz qırx) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir ruhi əsəb xəstəliyi yoxdur, Kamranı tanıyır, Kamran ilə onun dostluq münasibəti vardır. Kamrana və ona pul lazım olduğundan həmin vaxt Kamran ilə oğurluq etmək qərarına gəlmiş və Kamrana onun yaşadığı evlə qonşuluqda yaşayan İlqar adlı şəxsə məxsus hazırda yaşayış olmayan ev olduğunu bildirmiş, həmçinin İlqarın ailəsi ilə birlikdə Bakı şəhərində yaşamasını söyləmiş və həmin evdən oğurluq etməyi Kamrana təklif etmişdir. 2022-ci ilin mart ayının sonlarında təxminən 25-28 tarixləri aralığında dəqiq yadında qalmayan tarixdə gecə saat 23:30 radələrində tanışı Kamran ilə birlikdə qonşusu İlqarın yaşadığı evin həyətinə hasarın üstündən keçməklə daxil olub evin kənarları açıq olan zirzəmisinə daxil olmaqla evin zirzəmisində olan üç ədəd hər biri 3-4 metr uzunluğunda olan dəmir borunu oğurlayıb aparmışdır. Elə həmin günü də Şahid2 üç ədəd hər biri 3-4 metr uzunluğunda olan 76 mmlik, borunu 20 (iyirmi) manata satmış, pulunu da Kamran ilə birlikdə xərcləmişdir. Zərərçəkmiş şəxs evində paltaryuyan olmasını evin pəncərəsindən görmüş, lakin həmin vaxt onlar paltaryuyanı apara bilməyəcəkləri üçün bir neçə gündən sonra yenidən gəlib paltaryuyanı aparmaq qərarına gəlmiş, buna görə də, paltaryuyanı satmaq üçün əvvəldən soraqlaşıb müştəri tapmışdırlar. Buna görə də, paltaryuyanı satmaq üçün əvvəldən soraqlaşıb müştəri tapmış, belə ki, Kamran ilə birlikdə tanışları olan Mikayıl ilə görüşüb ona, bir ədəd satılası paltaryuyan maşının olmasını bildirmiş, Mikayıla paltaryuyanın “Atlant” markalı paltaryuyan olmasını söyləmiş, Mikayıl da onlara paltaryuyanı gətirdikdən sonra paltaryuyana baxaraq qiymətini razılaşacağını bildirmişdir. Buna görə də, o və Kamran birlikdə 2022-ci ilin may ayının 7-dən 8-nə keçən gecə, onun qonşusu Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin yaşadıqları evdə olmamasından istifadə edərək təxminən saat 23:45 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin kənarında yerləşən dəmir hasarın üzərindən gizlin həyətə daxil olub, evin kənarları açıq olan zirzəmisinə girmiş, evin zirzəmisindən taxtası olmayan yerdən evə çıxmış, sonra həmin evdən digər otağa daxil olub, evdə hamam otağının qarşısında olan bir ədəd beş litirlik, üzərinə “Atlant” yazılan, ağ rəngli paltaryuyanı evin zirzəmisinə düşürüb, evin zirzəmisindən də həmin paltaryuyanı və iki samovarı həyətə çıxartmış, həyətdən də həyətin qapısını açıb həyətdən çıxardıb, əllərində apararaq ona məxsus bağ sahəsinə qoymuşdurlar. Daha sonra da, elə həmin gecə yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:00 radələrində əllərində həmin paltaryuyanı Mikayılın yaşadığı evə gətirmiş, paltaryuyanı Mikayıla təhvil vermişdirlər. Mikayıl da paltaryuyana baxdıqdan sonra paltaryuyana 80 ( səksən) manat pul verəcəyini bildirmiş, o və Kamran Mikayıl ilə razılaşmışdırlar. Mikayıl onlara paltaryuyanın pulunu bir–iki günə verəcəyini söyləmiş, lakin üstündən bir neçə gün keçməsinə baxmayaraq Mikayıl onlara pul verməmişdir. O, əvvəllər başqa yerlərdən heç bir oğurluq etmədiyini göstərmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Rasimoviç ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir ruhi əsəb xəstəliyi yoxdur. X6 vilayətində anadan olmuş, orada yaşamış, Rusiya Fedarasiyasının vətəndaşı olmasına baxmayaraq Azərbaycanlıdır, Azərbaycan dilini əla bilir, Azərbaycan dilində əla səviyyədə danışır, əla səviyyədə yazır, buna görə də, ifadəsini doğma dili olan Azərbaycan dilində vermək istəyir. Təqsirləndirilən şəxs1 tanıyır, onunla dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs1 və ona pul lazım olduğundan Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 ona İlqar adlı qonşusunun olmasını, həmin şəxsin ailəsi ilə birlikdə Bakı şəhərində yaşamasını bildirmiş və İlqara məxsus evdən oğurluq etməsini təklif etmişdir. Buna görə də, 2022-ci ilin mart ayının sonlarında təxminən 25-28 tarixləri aralığında dəqiq yadında qalmayan tarixdə gecə saat 21:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə hasarın üstündən keçməklə daxil olub evin kənarları açıq olan zirzəmisinə daxil olmaqla evin zirzəmisində olan üç ədəd hər biri 3-4 metr uzunluğunda olan dəmir borunu oğurlayıb aparmış, elə həmin günü də Şahid2 üç ədəd hər biri 3-4 metr uzunluğunda olan 76 mm-lik, borunu 20 ( iyirmi) manata satmış, pulunu da Təqsirləndirilən şəxs1 ilə aralarında bərabər şəkildə bölmüşdürlər. Həmin boruları oğurlayan zaman Təqsirləndirilən şəxs1 qonşusu Zərərçəkmiş şəxs evində paltaryuyan olmasını evin pəncərəsindən görmüş, lakin həmin vaxt onlar paltaryuyanı apara bilməyəcəkləri üçün bir neçə gündən sonra yenidən gəlib paltaryuyanı aparmaq qərarına gəlmiş, buna görə də, paltaryuyanı satmaq üçün əvvəldən soraqlaşıb müştəri tapmışdırlar. Belə ki, Rahim ilə birlikdə tanışları olan Mikayıl ilə görüşüb ona, bir ədəd satılası paltaryuyan maşını olmasını bildirmiş, Mikayıla paltaryuyanın “Atlant” markalı paltaryuyan olmasını söyləmişdir. Mikayıl da onlara paltaryuyanı gətirdikdən sonra baxaraq bir qiymət deyəcəyini bildirmişdir. Mikayıl ilə razılaşdıqda sonra tanışı Təqsirləndirilən şəxs1 birlikdə 2022-ci ilin may ayının 7-dən 8-nə keçən gecə Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin yaşadıqları evdə olmamasından istifadə edərək təxminən saat 23:45 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin kənarında yerləşən dəmir hasarın üzərindən gizlin həyətə daxil olub, evin kənarları açıq olan zirzəmisinə girmiş, evin zirzəmisindən taxtası olmayan yerdən evə çıxmış, sonra həmin evdən digər otağa daxil olaraq evdə hamam otağının qarşısında olan bir ədəd beş litirlik, üzərinə “Atlant” yazılan, ağ rəngli paltaryuyanı həyətə çıxartmış, həyətdən də həyətin qapısını açıb həyətdən çıxardaraq əllərində Təqsirləndirilən şəxs1 bağ sahəsinə aparıb qoymuş, onra da, elə həmin gecə yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:00 radələrində həmin paltaryuyanı əllərində Mikayılın yaşadığı evə gətirmişdirlər. Paltaryuyanı Mikayıla təhvil vermiş, Mikayıl da, paltaryuyana baxdıqdan sonra paltaryuyana 80 ( səksən) manat pul verəcəyini bildirmiş, onlar da Mikayıl ilə razılaşmışdırlar. Daha sonra Mikayıl paltaryuyanın pulunu bir–iki günə verəcəyini söyləmiş, lakin daha sonra onlara pul verməmişdir. Zərərçəkmiş şəxs evindən oğurladıqları bir ədəd od samovarını və bir ədəd elektrik samovarını, oğurladıqdan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs1 Ağdaş şəhərində od samovarını 40 ( qırx) manata, elektrik çaynikini isə 15 (on beş) manata sataraq pulunu öz aralarında bərabər bölmüşlər. O, əvvəllər başqa yerdən heç vaxt oğurluq etmədiyini göstərmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, heç bir ruhi əsəb və s. xətəlikdən əziyyət çəkmir, latın qrafikası ilə yazıb oxumağı bacarır, ifadəsinin müstəntiq tərəfindən xüsusi texniki vasitə “komyuter” tərəfindən yazılmasına heç bir etirazı yoxdur. Təxminən 4 ilə yaxındır ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ona məxsus Ağdaş şəhəri İ.Qaradağlı küçəsi ünvanında yerləşən hazırda yaşamadığı və nəzarətsiz qalan fərdi yaşayış evi var. xx.xx.2022-ci il tarixdə o özünə məxsus Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən evin həyətindəki ağacları suvarmaq üçün gəlmiş və həmin günü də Bakı şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Bakı şəhərindən özünə məxsus Ağdaş şəhəri İ.Qaradağlı küçəsi ünvanında yerləşən evə qayıtmış, yaşadığı evin həyətinə daxil olaraq bağ sahəsini suvarmaq üçün evin qapısı olmayan zirzəmisindən lopatkanı götürmək istəyərkən, zirzəmidə ona məxsus 76 mm-lik ölçüdə, dörd metrlik, 3 ədəd ümumillikdə 200(iki yüz) manat dəyərində dəmir borunu yerində aşkar etməmişdir. Bundan sonra yaşadığı evə qalxmış, həmin vaxt döşəməsi olmayan otağın qapısının açıq olmasına fikir vermiş, daha sonra dəhlizdə hamam otağının yanında 800 (səkkiz yüz) manat dəyərində “Atlant” markalı paltaryuyanın yerində olmadığını aşkar etmişdir. O dərhal hamam otağına baxmış və 01(bir) ədəd yeddi litrlik 200 (iki yüz) manat dəyərində od samovarı hamam otağında olmadığı, mətbəxdə isə 150(yüz əlli) manat dəyərində 01 ədəd elektrik çaynikinin mətbəxdə olmadığını aşkar etmişdir. Buna görə də naməlum şəxs və ya şəxslərin ona məxsus olan evə evin zirməsindən həmin evin döşəməsi olmayan otağa keçərək daxil olmaraq oğurluq etmələrini başa düşmüş, daha sonra Ağdaş RPŞ-nə ərizə ilə müraciət etmişdir. Ona məxsus evdən oğurluq edilməsini xx.xx.2022-ci il tarixdə aşkar etmişdir. Ona məxsus evdən oğurluq edilməsi nəticəsində ona ümumilikdə 1350 (bir min üç yüz əlli) manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi (arvadı) X8 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs xəstəliyi ilə bağlı təyin olunmuş məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Təqsirləndirilən şəxslərin ailələri tərəfində həyat yoldaşı Zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənilmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rasimoviçdən heç bir şikayət və tələbinin olmamasının nəzrə alınmağını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, heç bir ruhi əsəb və s. xətəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs tanımır, həmçinin İlqara məxsus evdən oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 Rasimoviç və Təqsirləndirilən şəxs1 tanıyır, onlar hər ikisi ilə onun dostluq münasibətləri olmuşdur. Təxminən 2022-ci ilin may ayının 8-i və 9-u tarixlərində hazırda dəqiq yadında olmayan tarixdə Kamran və Rahim ona Rahimin qohumuna məxsus satlıq paltaryuyan olmasını söyləmişlər və həmin paltaryuyanın Rahimgildə olmasın bildirmişdirlər. Belə ki, həmin vaxt Kamran və Rahim onun yaşadığı evin həyətində fəhlə işləmişlər. O da həmin paltaryuyanı alaraq daha sonra bir az baha qiymətə satmaq qərarına gəlmişdir. O işlənmiş məişət əşyalarının alqı-satqısı ilə məşğul olur. Kamran və Rahimə paltaryuyanı alacağını, lakin paltaryuyanı satdıqdan sonra onların pulunu verəcəyimi bildirmişdir. Paltaryuyanı ona Rahimin və Kamranın gətirmişdirlər. Paltaryuyana baxdıqdan sonra həmin paltaryuyanı 60 manata alacağını söyləmişdir. Lakin Kamran və Rahim ondan paltaryuyanı gətirdikləri taksi üçün əlavə olaraq 10 manat da alacaqlarını bildirmişdirlər. Həmin gün onlara 30 manat pul vermiş, bir neçə gün paltaryuyan onun yaşadığı evin həyətində qalmişdir. Təxminən 2 gündən sonra Kamran və Rahim onun yaşadığı evin həyətinə gələrək paltaryuyanın pulunu istəmiş və o da onlara paltaryuyanın satılmadığını bildirmişdir. Həmçinin onlara pulunun qaytarmalarını və paltaryuyanı aparmalarını söyləmişdir. Lakin onların pulu olmamamışdır. Həmçinin əgər paltaryuyanı onlara qaytarsa onlar daha sonra onun pulumu verməyəcəklərini fikirləşmiş, buna görə də velosipedini sataraq onlara pulun qalanını, yəni 40 manatını da vermişdir. Bundan təxminən 3 gün sonra həmin paltaryuyanı Ağdaş şəhər sakini, adını xatırlamadığı şəxəs 80 manat satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, heç bir ruhi əsəb və s. xətəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs tanımır, həmçinin İlqara məxsus evdən oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. 2022-ci ilin mart ayının sonlarında, təxminən 25-28 mart aralığında yaşadığı evin yerləşdiyi küçədə olan zaman tanışı Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq 03 ədəd 76 mm-lik ölçüdə dəmir borularının olmasını və həmin borularını satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona 16 manat borcu olmuş, buna görə də o 03 ədəd dəmir borunu 20 manata ala biləcəyini bildirmişdir. Bundan sonra həmin boruları alaraq yaşadığı evin həyətinə aparamışdır. Həmin boruların oğurluq olması barədə onun heç bir məlumatının olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 10 iyun 2022ci il tarixli 9/3944 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların orta istismar müddəti və orta intensivliyi paramertlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 440,00 manat müəyyən olunur. Qərarda göstərilən diametri 76 mm olan 4 metr uzunluğunda dəmir boruların divarının qalınlığı barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. - 01 ədəd 7 kq tutumlu “Atlant” markalı paltaryuyan 250 manat, - 01 ədəd 7 litr tutumlu od samovarı 150 manat, - 01 ədəd 3 litr tutumlu elektrik çayniki 40 manat. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər İnzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş 31 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş şəhər, İ.Qaradağlı küçəsi 5/12 nömrəli evdə yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X12 (atası), X3 (anası) və qardaşı - X4 ibarətdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 iyun 2022-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Rasimoviç əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Rasimoviç Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2022-ci il tarixdə saat 20:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2022-ci il tarixdə saat 20:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(014)-58/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 2 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(014)-59/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 Rasimoviç barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon PŞ-nin İQnun müstəntiqi, polis baş leytenantı Xəyal Dolxanovun xx.xx.2022-ci il tarixli (təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında) qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon PŞ-nin İQnun müstəntiqi, polis baş leytenantı Xəyal Dolxanovun xx.xx.2022-ci il tarixli (təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında) qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Rasimoviç xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2022-ci il tarixdə saat 20:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(014)-147/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rasimoviç yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onların özünün məhkəmə iclasında verdiyi etirafedici ifadələrindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rasimoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini və Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Rasimoviç yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini və Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Rasimoviç oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdı. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Cinayət Məcəllənin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsinin tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs2 Rasimoviçin cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün hesab etmir, onların cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Rasimoviç Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 Rasimoviçin 15 may 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixə kimi təqsirləndirilən şəxs kimi həbsdə saxlanıldığı 03 ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 03 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməli, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanının tam ödənilməsini nəzərə alıb onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, onun cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 may 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək və 28 sentyabr 2022-ci il tarixdən 03 may 2023-cü il tarixədək təqsirləndirilən şəxs kimi həbsdə saxlanıldığı 09 (doqquz) ay 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 1 (bir) il 06 (altı) ay 10 (on) gün müddət onun cəzasından çıxarılmalı və üzərində qəti olaraq 11 (on bir) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirməli, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübut kimi Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, 03 ədəd dəmir boru hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rasimoviçi məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə iclasları dövründə hüquqlarını 40 saat müddətində müdafiə etmişdir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 Təqsirləndirilən şəxs2 Rasimoviçi məhkəmə iclasları dövründə hüquqlarını 18 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına və Təqsirləndirilən şəxs2 Rasimoviçi göstərilmiş 18 saat hüquqi xidmətə görə 108 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir, həmin məbləğ müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rasimoviçdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Rasimoviç Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Rasimoviç 15 may 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixə kimi təqsirləndirilən şəxs kimi həbsdə saxlanıldığı 03 ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Rasimoviç barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 Rasimoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 03 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Rasimoviç barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 may 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək və 28 sentyabr 2022-ci il tarixdən 03 may 2023-cü il tarixədək təqsirləndirilən şəxs kimi həbsdə saxlanıldığı 09 (doqquz) ay 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 1 (bir) il 06 (altı) ay 10 (on) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, 03 ədəd dəmir boru zərərçəkmiş şəxs X1 qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rasimoviçdən 152 (yüz əlli iki) manat 12 (on iki) qəpik ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 40 saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Rasimoviçə göstərilmiş 18 saat hüquqi xidmətə görə 108 (yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar