Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-37/2024 08.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə qayınanası Zərərçəkmiş şəxs aralarında xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Ağdaş rayon Cardam kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq ilə iki dəfə qəsdən vuraraq ona qəsdən sağlamlığa yüngül zərər vuran sağ gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sağ gözün ağlı qişasına qansızma, burun yəhərinin sağ nahiyəsinin sıyrığı xəsarətlərini yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində, Şahid3 onun həyat yoldaşı olduğunu, birgə nikahlarında iki azyaşlı övladının olduğunu, qayınanası Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətlərinin normal olduğunu, Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavətlərinin olmadığını, qayınanası və qayınatası Şahid2 Ağdaş rayonu Cardam kəndində yaşadığı üçün xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qayınanasının evinə həyat yoldaşı Şahid3 və azyaşlı övladı ilə birlikdə qonaq getdiyini, digər azyaşlı övladının isə yaşadığı Ağdaş rayon Tofiqi kəndində anası Şahid1 yanında qaldığını, xx.xx.2024-cü il tarixdək qaynanasının evində qonaq qaldıqlarını, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində qayınanasının evində nahar edən zaman qayınatası Şahid2 ilə birlikdə spirtli içki qəbul etdiklərini, bir qədər sonra təxminən 13 radələrində qayınatasının sərxoş və yorğun olduğu üçün yatmaq üçün yataq otağına keçərək yatdığını, onun da yaşadığı Ağdaş rayonu Tofiqi kəndinə getmək üçün həyətə düşdüyünü, qayınanası Zərərçəkmiş şəxs onun arxasınca həyətə düşərək ona sərxoş olduğuna görə yaşadığı evə getməməsini söylədiyini, onun da, evə geri qayıtdığını, evdə olan zaman söhbət əsnasında yenidən qayınanası Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonu Tofiqi kəndinə getmək istəməsini söylədiyini, həmin vaxt qayınanası Zərərçəkmiş şəxs ona sərxoş vəziyyətdə yaşadığı evə getməməsini, sərxoş olduğuna görə ayaq üstə çətinliklə dayandığını və sərxoşluqdan ayıldıqdan sonra getməsini söyləyərək, onu “alkaş” adlandırdığını, buna görə də qayınanası Zərərçəkmiş şəxs ilə onun aralarında mübahisə baş verdiyini, mübahisə zamanı qayınanası Zərərçəkmiş şəxs yaxınlaşaraq qəsdən iki dəfə yumruqla onun sağ üz nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirdiyini bildirmişdir. Həmçinin o, izahatında Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2024-cü il tarixdə saat 13 radələrində, Zərərçəkmiş şəxs yaşadığı evdə baş verdiyini,təxminən 5-10 dəqiqə davam etdiyini, dava-dalaş zamanı orada onlardan başqa heç kimin olmadığını, lakin qayınatası Şahid2 evin digər otağında yatdığını, arvadı Şahid3 isə həyətdə olmasını, lakin səsküyə heç kimin gəlmədiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialının bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində Təqsirləndirilən şəxs onun kürəkəni olduğunu, Təqsirləndirilən şəxs onun qızı Şahid3 ilə ailə həyatı qurduğunu və onların birgə nikahlarından iki azyaşlı övladlarının olduğunu, əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətlərinin normal olduğunu, aralarında hər hansı bir ədavətlərinin olmadığını, kürəkəni Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qızı Şahid3m və azyaşlı nəvəsini onun evinə qonaq gətirdiyini, digər azyaşlı nəvəsi X1 Mahmudovun anası Şahid1 yanında qaldığını, kürəkəni Təqsirləndirilən şəxs və qızı Şahid3 xx.xx.2024-cü il tarixədək onun evində qonaq qaldıqlarını, xx.xx.2024-cü il tarixdə 12:00 radələrində nahar edən zaman həyat yoldaşı Şahid2 və kürəkəni Təqsirləndirilən şəxs birlikdə spirtli içki qəbul etdiklərini, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində həyat yoldaşı Şahid2 sərxoş olduğu üçün yataq otağına yatmaq üçün keçərək yatdığını, kürəkəni Təqsirləndirilən şəxs isə yaşadığı Ağdaş rayon Tofiqi kəndinə getmək üçün həyətə düşdüyünü, onun da Təqsirləndirilən şəxs arxası ilə həyətə düşərək sərxoş olması səbəbi ilə evə qayıtmasını Təqsirləndirilən şəxs söylədiyini, Təqsirləndirilən şəxs onun yaşadığı evə qayıtdığını, yaşadığı evdə Təqsirləndirilən şəxs ilə söhbət edərkən Təqsirləndirilən şəxs ona yenidən öz yaşadığı evə getmək istəməsini söylədiyini onun da Təqsirləndirilən şəxs sərxoş olmasını, ayaqüstə çətinliklə dayanmasını və öz yaşadığı evə sərxoş vəziyyətdə gedə bilməyəcəyini, sərxoşluqdan ayıldıqdan sonra getməli olmasını söylədiyini, həmin vaxt Təqsirləndirilən şəxs ona öz yaşadığı evə gedəcəyini söyləyərək ona nalayiq ifadələr işlətdiyini, buna görə də Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq iki dəfə yumruqla onun sağ üz nahiyəsindən qəsdən vuraraq ona qəsdən xəsarət yetirdiyini, həmin günü yəni, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində DİN-in 102 xidmətinə zəng edərək, bu barədə məlumat verdikdən sonra kürəkəni Təqsirləndirilən şəxs onun yaşadığı evdən çıxıb öz yaşadığı evə getdiyini bildirmişdir. Həmçinin o, izahatında Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və davadalaşın xx.xx.2024-cü il tarixdə saat 13 radələrində onun yaşadığı evdə baş verdiyini, mübahisə və dava-dalaşın təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmədən təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağdaş rayon Cardam kəndində yaşayan anası Zərərçəkmiş şəxs yaşadığı evə qonaq getdiklərini, xx.xx.2024-cü il tarixədək anası Zərərçəkmiş şəxs evində qaldıqlarını, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində anasının evində nahar edən zaman həyat yoldaşı Təqsirləndirilən şəxs və atası Şahid2 spirtli içki qəbul etdiklərini, bundan sonra saat 13 radələrində atası Şahid2 sərxoş olduğu üçün yatmaq üçün evin digər otağına keçərək yatdığını, onun isə həyətə düşdüyünü, anasının həyətində sanitar qovşaqda olan zaman anası Zərərçəkmiş şəxs və həyat yoldaşı Təqsirləndirilən şəxs mübahisə etmələrini eşitdiyini, evə qayıdan zaman anası Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs tərəfindən döyülməsini söylədiyini, həmin vaxt anası Zərərçəkmiş şəxs sifət nahiyəsində xəsarətlər olmasını gördüyünü bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması ilə məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sağ gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sağ gözün ağlı qişasına qansızma, burun yəhərinin sağ nahiyəsinin sıyrığı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxs onunla barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin onun barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-37/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-37/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver