Məhkəmə qərarları › İş №1(014)-37/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-37/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-37/2025 14.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü ildə Ağdaş rayonunun Güvəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Güvəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 9,68 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşımış, 16 yanvar 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Habil Əliyev küçəsində saxlanıldıqdan sonra həmin tarixdə saat 23:05-dən 23:21-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kiçik ölçülü sellofan paketdə təmiz çəkisi 9,68 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 18,01 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, 02 fevral 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq həmin tarixdə saat 20:39-dan 20:48-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 18,01 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, təxminən 20 ildir narkotik vasitələrdən istifadə edir. Əvvəllər Rusiya Federasiyasında məhkum olunmuşdur. 16 yanvar 2025-ci il tarixdə saat təxminən 21 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində piyada hərəkətdə olarkən “Ləki 4 yolu” adlanan yerin yaxınılığında olan avtobus dayanacağında yerdə 01 ədəd kiçik ölçülü şəffaf sellofan paket olmasını görmüşdür. Həmin sellofan paket onda maraq doğurduğu üçün əlinə götürərək açıb içərisinə baxmış və narkotik vasitədən istifadə etdiyi üçün paketin içərisində olan kütlənin qurudulmuş marixuana, yəni “nəşə” olmasını bilmiş və istifadə etmək üçün üzərində saxlamış, lakin istifadə etməmişdir. Daha sonra Ağdaş şəhəri ərazisində işi olduğu üçün Ağdaş şəhərinə gəlmişdir. Həmin gün saat 23:05 radələrində Ağdaş şəhəri, H.Əliyev küçəsində işləri bitdikdən sonra yolun kənarında yaşadığı evə getmək üçün taksi gözləyərkən polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişdir. Bundan sonra ona şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzəri yoxlanılmışdır. Əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd şəffaf kiçik sellofan paket olması müəyyən edilmişdir. Bunlardan başqa üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Polis əməkdaşı həmin kütlənin nə olduğunu soruşduqda həmin kütləni yerdən tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün narkotik vasitə olan marixuanaya bənzətdiyini, həmin gün saat təxminən 21 radələrində Ağdaş rayonu ərazisində olan “Ləki 4 yolu” adlanan yerdən avtobus dayanacağının yaxınlığından yerdən tapdığını və istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin polis əməkdaşı həmin bitki kütləsindən istifadə edib-etmədiyimi soruşduqda həmin kütlədən istifadə etmədiyini evə çatdıqdan sonra istifadə edəcəyini bildirmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər kütlə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 10 qram olmuşdur. Daha sonra həmin şəffaf kiçik sellofan paket qablaşdırılaraq üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Həmin zərf hər bir iştirakçı tərəfindən imzalanmışdır. Daha sonra üzərindən aşkar olunmuş 01 ədəd “Nokia” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb edəcəyindən qablaşdırılaraq üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Həmin zərf hər bir iştirakçı tərəfindən imzalanmışdır. Həmçinin polis əməkdaşları ona polis şöbəsində dövlət hesabına müdafiəçi təyin olunacağını bildirmişdir. Sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üstünün yoxlanılmasına və üzərindən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Sonra maddi imkanı olmadığına görə ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra onun üstünü yoxlayan polis əməkdaşı tərtib etdiyi protokolu, üstünü yoxlayan zaman qeydə alınmış videogörüntü olan diski, qablaşdıraraq götürdüyü üzərimdən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni və qablaşdıraraq götürdüyü üzərindən aşkar edilmiş mobil telefonu təhqiqatçıya təqdim etmişdir. Bundan sonra təhqiqatçı zərfi açmış və içərisindən yaşıl rəngli narkotik tərkibli bitkiyə bənzər bitki küləsi aşkar edilmişdir. Təhqiqatçı həmin bitki kütləsinin nə olduğunu və hardan tapdığını soruşmuşdur. Həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin günü saat 21 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən yerdən tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı içərisində yaşıl rəngli bitki kütləsi olan zərfi yenidən kağız zərfə qablaşdırmış, üzəri möhürlənmiş və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra təhqiqatçı digər zərfi açmış və içərisində 01 ədəd “Nokia” markalı mobil telefon olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş mobil telefon iş üçün sübut əhəmiyyəti daşıdığından yenidən kağız zərfə qablaşdırılmış, üzəri möhürlənmişdir. Sonra üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmışdır. Təhqiqatçı üzərində olan əşyaları təqdim etməyini təklif etmişdir. Üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı üzərində şəxsi axtarış aparmış və üzərində heç bir əşya aşkar olunmamışdır. Protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Bundan başqa 02 fevral 2025-ci il tarixdə təxminən səhər saat 11 radələrində atasının məzarını ziyarət etmək üçün Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən kənd qəbiristanlığına getdiyini, həmin vaxt tək olduğunu bildirmişdir. Atasının məzarını ziyarət edib qayıdarkən qəbiristanlıq ərazisində yerdə 01 ədəd kağız büküm olmasını görmüşdür. Həmin kağız büküm onda maraq doğurduğu üçün həmin kağız bükümü yerdən götürüb açıb içərisinə baxmış və narkotik vasitədən istifadə etdiyi üçün kağız bükümün içərisində olan kütlənin qurudulmuş marixuana, yəni “nəşə” olmasını bilmiş və istifadə etməyi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitədən istifadə etməmişdir. Daha sonra Ağdaş şəhəri ərazisində işi olduğu üçün Ağdaş şəhərinə gəlmişdir. Həmin gün təxminən saat 20 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişdir. Bundan sonra ona şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuşdur. Bundan sonra polis əməkdaşı üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşı həmin kağız bükümü açıb içərisinə baxmış və içərisində yaşıl rəngli xüsusi iyə malik olan narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olmasını aşkar etmişdir. Daha sonra polis əməkdaşı həmin bitki kütləsini nə məqsədlə üzərində saxladığını və haradan əldə etməyini soruşmuşdur. Həmin kağız bükümü 02 fevral 2024-cü il tarixdə təxminən səhər saat 11 radələrində atasının məzarını ziyarət edib geri qayıdarkən qəbiristanlıq ərazisindən yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, heç kimə satmadığını və pay vermədiyini, həmçinin bu barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər kütlə olan kağız büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 23 qram olmuşdur. Daha sonra həmin kağız büküm qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Həmin zərf hər bir iştirakçı tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşı üstünü yoxlamağa başlamış və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra üzərindən aşkar olunmuş 01 ədəd “Nokia” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb edəcəyindən qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Həmin zərf də hər bir iştirakçı tərəfindən imzalanmışdır. Həmçinin polis əməkdaşları ona polis şöbəsində dövlət hesabına müdafiəçi təyin olunacağını bildirmişdir. Sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üstünün yoxlanılmasına və üzərindən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, ovə digər iştirakçılar protokola imza etmişdir. Sonra maddi imkanı olmadığına görə ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra onun üstünü yoxlayan polis əməkdaşı tərtib etdiyi protokolu, üstünü yoxlayan zaman qeydə alınmış videogörüntü olan diski, qablaşdıraraq götürdüyü üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni və qablaşdıraraq götürdüyü üzərindən aşkar edilmiş mobil telefonu təhqiqatçıya təqdim etmişdir. Bundan sonra təhqiqatçı birinci zərfi açmış və içərisindən yaşıl rəngli narkotik tərkibli bitkiyə bənzər bitki küləsi aşkar edilmişdir. Təhqiqatçı həmin bitki kütləsinin nə olduğunu və hardan tapdığını soruşmuşdur. Həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin günü, yəni 02 fevral 2025-ci il tarixdə təxminən səhər saat 11 radələrində qəbiristanlıq ərazisindən yerdən tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı içərisində yaşıl rəngli bitki kütləsi olan zərfi yenidən kağız zərfə qablaşdırmış, üzəri möhürlənmiş və ekspertizaya təqdim olunacağı bildirmişdir. Daha sonra təhqiqatçı digər zərfi açmış və içərisində 01 ədəd “Nokia” markalı mobil telefon olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş mobil telefon iş üçün sübut əhəmiyyəti daşıdığından yenidən kağız zərfə qablaşdırılmış, üzəri möhürlənmişdir. Sonra üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmışdır. Təhqiqatçı üzərində olan əşyaları təqdim etməyini təklif etmişdir. Əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd 10 manalıq, 01 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq olmaqla ümumilikdə 19 manat pul əsginaslarını, əynimdə olan gödəkçənin sol iç cibindən 01 ədəd alışqanı və əynində olan şalvarın sol yan cibindən kağız parçasını çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış və təqdim etdiklərindən başqa üzərində hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan, 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq olmaqla ümumilikdə 19 manat pul əskinasları və kağız parçası iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonu, Güvəkənd kənd sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. 16 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri üzərində saxlaması və daşıması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 16 yanvar 2025-ci il tarixdə saat 23:05-də Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirilmişdir. Bundan sonra ona şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuşdur. Daha sonra üzərində narkotik vasitənin olubolmadığı soruşulmuş və varsa təqdim etməyi təklif edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01(bir) ədəd “Nokia” markalı mobil telefon və 01(bir) ədəd içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kiçik ölçülü sellofan paket aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 10 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “Nokia” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən dördyol adlanan yerdəki avtobus dayanacağından taparaq saxladığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində üstünün yoxlanılmasına və üzərindən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Sonra maddi imkanı olmadığına görə ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra şübhəli şəxsin üstünün yoxlanılması protokolu, üstünü yoxlayan zaman qeydə alınmış videogörüntü olan diski, qablaşdırılaraq götürülmüş üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə təhqiqatçıya təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ağdaş RPŞnin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibində olan kağız parçasını, hansı ki, üzərinə baxış zamanı polis əməkdaşı tərəfindən ona verilən hüquq və vəzifələri haqqında olan bildirişi masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, üzərində hər hansı bir əşya aşkar olunmamışdır. Bildiriş onun özünə qaytarılmış və heç bir şey qablaşdırılmamışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuşdur. Özü və digər iştirakçılar protokolu imzalamışdır. Məhkəmə iclasında şahid Ağdaş RPŞ-nin PPXB-nün polis nəfəri Şahid4 Şahid3la eyni məzmunlu ifadə verərək göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonu, Güvəkənd kənd sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. 02 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri üzərində saxlaması və daşıması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 02 fevral 2025-ci il tarixdə saat 20:39-da Təqsirləndirilən şəxs tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişdir. Bundan sonra ona şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuşdur. Daha sonra üzərində narkotik vasitənin olub-olmadığı soruşulmuş və varsa təqdim etməyi təklif edilmişdir. O da üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər bitki kütləsini bizə təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 23 qram oldu. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan həmin gödəkçənin sağ yan cibindən 1(bir) ədəd “Nokia” markalı mobil telefon aşkar olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Nokia” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Ağdaş rayonunda yerləşən qəbristanlıqdan taparaq saxladığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində üstünün yoxlanılmasına və üzərindən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Sonra maddi imkanı olmadığına görə ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra şübhəli şəxsin üstünün yoxlanılması protokolu, üstünü yoxlayan zaman qeydə alınmış videogörüntü olan diski, qablaşdırılaraq götürülmüş üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə təhqiqatçıya təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, 04 ədəd 1 manatlıq, 01 ədəd 5 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinazlarını, həmin gödəkçənin sol yan cibindən hüquq və vəzifələrinin izahına dair bildiriş, həmin gödəkçənin sol iç cibindən 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuşdur. Özü və digər iştirakçılar protokolu imzalamışdır. Məhkəmə iclasında şahid Ağdaş RPŞ-nin PPXB-nün polis nəfəri Şahid1 Şahid2lə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə, saat 23:05-də Ağdaş şəhəri, H.Əliyev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmiş və sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01(bir) ədəd “Nokia” markalı mobil telefon və 01(bir) ədəd içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kiçik ölçülü sellofan paket aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 10 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “Nokia” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən dördyol adlanan yerdəki avtobus dayanacağından taparaq saxladığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 17 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə saat 23:05-dən saat 23:21-dək olan müddət ərzində RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd kiçik ölçülü sellofon paketə və 01 ədəd mobil telefonun qablaşdırıldığı kağız zərflər təkrar açılaraq 01 ədəd mobil telefona və içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə bənzər bitki kütləsi olan 01 ədəd kiçik ölçülü sellofan paketə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sellofan paketdə olan narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni Ağdaş rayonu Ləki qəsəbəsi ərazisindəki dördyol adlanan yerdəki avtobus dayanacağından tapdığını, ona qarşı heç bir fiziki zorakılıq olmadığını bildirmişdir. Video görüntüdən ibarət 1 ədəd DVD disk “HP” markalı kompyuterə qoşulmuşdur. Diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən kiçik ölçülü sellofan paket aşkar olunur. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili tərəfindən ona verilən şifahi suala aşkar olunan kiçik ölçülü sellofan paketin içərisindəkinin narkotik vasitə olduğunu, həmin maddəni Ağdaş rayonu Ləki qəsəbəsi ərazisindəki dördyol adlanan yerdəki avtobus dayanacağından 2-3 saat əvvəl tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Əməliyyat müvəkkili kiçik ölçülü sellofan paketi elektron tərəzidə çəkir və çəkisi 10 qram müəyyən olunur. Daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilmədi. İş materiallarında olan 02 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə, saat 20:39-da Ağdaş şəhəri,H.Əliyev prospektində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kağız bükümü təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 23 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfimdən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan həmin gödəkçənin sağ yan cibindən 1(bir) ədəd “Nokia” markalı mobil telefon aşkar olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Nokia” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Ağdaş rayonunda yerləşən qəbristanlıqdan taparaq saxladığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 02 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 20:39-dan saat 20:48-dək olan müddət ərzində RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kağız bükümdə yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin kağız bükümün içərisində olan yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bəznər bitki kütlələrinə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofan paketdəki bitki kütləsinin özünə məxsus narkotik vasitə qurudulmuş marixuana olduğunu, səhər saatlarında qəbirstanlıqda tapdığını bildirmişdir. Bundan sonra həmin sellofan paket yenidən kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Video görüntüdən ibarət 1 ədəd DVD disk kompyuterə qoşularaq və sonra “My computer” pəncərəsində açıldıqda bir ədəd diksdə bir kadrda çəkilmiş video fayllar vardır. DVD dikə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kağız büküm aşkar olunur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 23 qram olur. Həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalanaraq götürülür. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır. Yoxlama zamanı sonuncunun əynində olan həmin gödəkçənin sağ yan cibindən 1(bir) ədəd “Nokia” markalı mobil telefon aşkar olunur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Nokia” markalı mobil telefon da qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Ağdaş rayonunda yerləşən qəbristanlıqdan taparaq saxladığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2025-ci il tarixli 17/48 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yaşıl kütlə .....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, 01 (bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi- 9,68 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03 fevral 2025-ci il tarixli 17/78 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə olan narkotik.....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, 01 (bir) ədəd qəzet kağızı bükümündə, təmiz çəkisi-18,01 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 fevral 2025-ci il tarixli 17/167 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kiçik sellofan paketdə olan qurudulmuş marixuana ilə digər 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qəzet kağızı bükümündə olan qurudulmuş marixuana tərkiblərinə görə fərqlidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2025-ci il tarixli 124 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 25 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan azərbaycan Respublikası Penitensiar Xidmətin 23 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 200-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda Təqsirləndirilən şəxs Rusiya Federasiyasında məhkum olunmaslna dair hökmün Azərbaycan Respublikasında tanınması və cəza çəkməsi barədə məlumat qeydiyyatdan keçmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, 1) Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2)Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci hissəsi ilə yəni soyğunçuluq bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməklə və ya belə zorakılıq tətbiq etmək hədəsi ilə təqsirli bilinərək Moskva şəhər, Qaqarin rayon məhkəməsinin 14 dekabr 2011-ci il tarixli hökmü ilə 05 (beş) il azadlıqdan məhrumetmə, 8000 rubl cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə saat 23:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 18 yanvar 2025-cü il tarixli “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən həmin gün saat 22:30-da azad edilmişdir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 20:39-dan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 04 fevral 2025-cü il tarixli “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən həmin gün saat 20:00-da azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı 04 iyul 1980-cu il təvəllüdlü X2, övladları 26 aprel 1997-ci il təvəllüdlü X7 və 02 iyul 2004-cü il təvəllüdlü X5, gəlini 20 aprel 2005-ci il tavəllüdlü X3 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-15/2025 nömrəli 30 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi ərizə, şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayəti təkrar törətməsini onun cəzasını ağırlaşdırılan hall kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdən 18 yanvar 2025-ci il tarixədək və 02 fevral 2025-ci il tarixdən 04 fevral 2025-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı dörd gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli, həbsə alındığı gündən, yəni 14 may 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatının sonra qalan 27.61 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 107 (yüz yeddi) manat 91 (doxsan bir) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdən 18 yanvar 2025-ci il tarixədək və 02 fevral 2025-ci il tarixdən 04 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 4 (dörd) gün müddət azadlıqdan məhrumetmə növündə cəzasının bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatının sonra qalan 27.61 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 107 (yüz yeddi) manat 91 (doxsan bir) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar