Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-38/2025 05.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X18 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Ağdaş rayonu, Pirəzə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, Ağdaş rayon Pirəzə kənd tam orta məktəbdə fiziki təbiyə müəllimi işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 188.3-cü və 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2024-cü ilin aprel ayı ərzində Ağdaş rayonu, Pirəzə kəndi ərazisində yerləşən həmin kənd bələdiyyəsinin mülkiyyətində olan 2.2 ha kənd təsərrüfatı təyinatlı ümumi istifadəyə verilmiş X-700640.5424 Y-4476997.5872, X-700774.1123 Y- 4476995.9510, X-700797.0235 Y-4476853.6095, X-700748.5000 Y-4476842.6000, X- 700655.5010 Y-4476868.6302, X-700624.1431 Y-4476904.9438, X-700619.1071 Y- 4476951.5071 koordinatlı kollu örüş torpaq sahəsini ayrı-ayrı vaxtlarda vahid niyyətlə cinayətdən xəbərsiz istintaqa məlum olmayan şəxs vasitəsi ilə traktorla, eləcə də Şahid3 vasitəsilə sonuncuya məxsus “MTZ BELARUS 892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorla şumlatmaqla özbaşına tutmuş, eyni zamanda cinayətdən xəbərsiz həmin şəxslər vasitəsilə traktorla orada olan meşə fonduna daxil olmayan köküstə yaş bioloji inkişafda olan hər biri 80 (səksən) manat olmaqla 81 (səksən bir) ədəd ümumilikdə 6480 manat dəyərində yulğun kolunu kök hissəsindən çıxartdıraraq və hər biri 80 (səksən) manat olmaqla 21(iyirmi bir) ədəd ümumilikdə 1680 manat dəyərində yulğun kolunu kök boğazından qanunsuz kəsərək vahid niyyətlə təbiətə ümumilikdə 8160 (səkkiz min yüz altmış) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün qismən etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin izahatları, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü və 259.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, torpaq islahatları keçirilənə qədər onun Ağdaş rayonu, Pirəzə kəndi ərazisində təxminən 1-1.5 ha torpaq sahəsi olmuşdur. Bu müddət ərzində həmin torpaq sahəsində çəltik əkini ilə məşğul olmuş, torpaq islahatları keçirildikdən sonra həmin torpaq sahəsi Ağdaş rayonu, Pirəzə bələdiyyəsinin mülkiyyətinə verilmişdir. 2024-cü ilə kimi həmin torpaq sahəsindən ümumiyyətlə istifadə etməmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Ağdaş rayonu, Pirəzə bələdiyyəsinin sədri Şahid1la Ağdaş rayonu, Pirəzə kəndi ərazisində görüşüb söhbət edən zaman sonuncuya torpaq islahatları keçirilənə qədər istifadəsində olan həmin torpaq sahəsindən yenidən istifadə etmək istədiyini bildirmiş, Şahid1 bu barədə ona konkret olaraq cavab verməmişdir. Şahid1 həmin torpaq sahəsindən istifadə etməsinə etiraz etməyəcəyini fikirləşmiş və həmin yeri şumlatmaq üçün bir neçə traktor sürücüsü ilə danışmışdır. Lakin onlar həmin yerin bataqlıq olduğunu söyləyib razı olmamışlar. Daha sonra Ağdaş rayonu, Pirəzə kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləməyi ilə əlaqədar olaraq digər traktor sürücüləri ilə danışa bilməmişdir. Bu işdə bacısı oğlu Şahid6 köməklik istəmək məqsədi ilə Nurlana zəng edib Ağdaş rayonu, Pirəzə kəndi ərazisində dədə-babadan özünə məxsus olan torpaq sahəsini şumlayıb çəltik əkmək istədiyini, lakin işi ilə əlaqədar olaraq həmin yeri şumlatmağa vaxtının olmadığını, həmin yeri şumlatmaq üçün ona traktor tapa biləcəyini soruşmuşdur. Nurlan ona kömək edə biləcəyini söyləmişdir. Təxminən 1-2 gün sonra Şahid6 ona zəng edərək yeri şumlamaq üçün belarus markalı traktor tapdığını, hazırda Pirəzə kəndi istiqamətində gəldiklərini, onları qarşılayıb həmin yerə aparmasını söyləmiş, o da Nurlanla razılaşmışdır. Bir neçə dəqiqə sonra Nurlan traktorla gəlib onu götürmüş və onlara şumlanmalı olan torpaq sahəsinin yerini göstərmişdir. Nurlan ona işləri olduğunu söyləyib gedəcəyini bildirmişdir. Traktor sürücüsü həmin yeri yarıya qədər şumladıqdan sonra çox sayda yulğun ağacları olduğunu söyləmiş, o da həmin torpaq sahəsinin xüsusi mülkiyyətində olduğunu bildirib həmin ağacları kökündən çıxarmasını tapşırmışdır. Traktorun sürücüsü həmin ağaclardan 3 və ya 4 ədədini kökündən çıxardıqdan sonra kotanı qıracağından narahat olmuş, həmçimin yerin bataqlıq olduğunu söyləyib çıxıb getmişdir. Bu barədə zəng edib Nurlana da məlumat vermişdir. Bundan sonra işi ilə əlaqədar olaraq vaxtı olmadığı üçün oğlu Şəmistana həmin torpaq sahəsini şumlatmaq üçün traktor tapmasını söyləmişdir. Bir neçə gün sonra, yəni 2024-cü ilin aprel ayının ortalarında Şəmistan əvvəllər də işlərini görmüş Ağdaş rayonu, Abad kəndində yaşayan Şahid3la danışmış və Lətif növbəti günün səhəri gəlib yeri şumlayacağını söyləmişdir. Növbəti gün həmin torpaq sahəsi olan yerə getmiş və həmin vaxt oğlu Şəmistanla qardaşı Niyaz yerin kənarında dayanmışdır. Traktor isə yeri şumlamağa yeni başlamışdır. Daha sonra Şəmistanla Niyaz çıxıb getmişdir. Traktorun sürücüsü onu gördükdən sonra işi saxlayıb onun yanına gəlib kim olduğunu, həmin torpaq sahəsinin bir hissəsinin əvvəlcədən kim tərəfindən və ya niyə yarımçıq qaldığını, şumlandığını soruşmuş, o da traktorun sürücüsünə Şəmistanın atası Qnyaz olduğunu söyləyib əvvəlki traktorun kotanından xoşu gəlmədiyi üçün yeri yarımçıq şumlatdığını bildirmişdir. Bundan sonra traktor yeri şumlamağa başlamışdır. Həmin vaxt traktorun sürücüsünə yerdə olan bir neçə yulğun kollarının köklərini də torpaqdan çıxarmasını tapşırmışdır. Saat təxminən 17 radələrində traktorun sürücüsü Lətif yeri şumlayıb qurtarmış və ona 170 manat pul verdikdən sonra çıxıb getmişdir. Özü isə orada qalıb çıxarılmış yulğun köklərini yerin kənarına yığmışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirdi ki, 25 aprel 2024-cü il tarixdə idarənin əməkdaşı Şahid2 və Ağdaş rayonu Pirəzə bələdiyyəsinin sədri Şahid1 iştirakı ilə idarənin xidməti ərazisində monitorinq aparılan zaman Ağdaş rayonu, Pirəzə kəndi ərazisində bələdiyyə mülkiyyətində olan ərazidə kök üstə yaş halda 81 ədəd yulğun kolunun kök hissəsindən çıxarılaraq, 21 ədəd yulğun kolunun isə kök boğazından kəsilərək ümumilikdə 102 ədəd yulğun kolunun məhv edilməsi aşkar olunmuş və bu barədə 35 nömrəli monitorinq aktı tərtib olunmuşdur. 02 may 2024-cü il tarixdə onun tərəfindən tərtib edilmiş 25 aprel 2024-cü il tarixli, 35 nömrəli monitorinq aktına və Ağdaş rayonu, Abad kəndində yaşayan Şahid6 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə etdiyi müraciət əsasında qeyd olunan əraziyə baxış keçirilmiş, baxış zamanı qeyd olunan ərazidə 21 ədəd yulğun kolunun kök boğaz hissəsindən kəsilməsi və ərazidən 81 ədəd yulğun kolunun kökündən çıxarılması müşahidə edilmişdir. Araşdırmanın gedişində şikayətçi Şahid6 bələdiyyə mülkiyyətində olan 1.5 ha torpaq sahəsini şumladığını, yulğun kollarını texnika ilə kənara qalaqladığını şifahi olaraq bildirsə də yazılı izahat verməkdən imtina etmişdir. Pirəzə bələdiyyəsi tərəfindən təqdim olunmuş arayışda Pirəzə kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 1.5 ha örüş təyinatlı ərazinin Təqsirləndirilən şəxs tərəfindən qanunsuz zəbt olunaraq şumlanıldığı bildirilmişdir. Baxış yekunlaşdıqdan sonra 17 nömrəli akt tərtib edilmiş, lakin Şahid6 aktı imzalamaqdan imtina etmişdir. 81 ədəd yulğun kolunun kök hissəsindən çıxarılması və 21 ədəd yulğun kolunun kök boğazından kəsilməsi nəticəsində təbiətə ümumilkdə 8160 manat maddi ziyan dəymiş, hazırda dəymiş ziyandan 250 manat ödəniş edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Ağdaş rayonu Pirəzə bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası Qanununa əsasən Kotavan və Pirəzə bələdiyyələrinin əhatə etdiyi Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərində Pirəzə bələdiyyəsi yaradılmışdır. 19 fevral 2025-ci il tarixli Ağdaş rayonunun Pirəzə bələdiyyəsinin 1 nömrəli protokoluna əsasən Ağdaş rayonu, Pirəzə bələdiyyəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin vaxta qədər həmin vəzifədə Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan Şahid1 olmuşdur. Ağdaş rayonu, Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2024-cü ilin aprel ayının ortalarında Ağdaş rayonu, Pirəzə bələdiyyəsinin mülkiyyətində olan 2.2 ha kənd təsərrüfatı təyinatlı ümumi istifadəyə verilmiş kollu örüş torpaq sahəsini traktorla şumlatması və eləcə də orada olan meşə fonduna daxil olmayan köküstə yaş bioloji inkişafda olan 81 (səksən bir) ədəd yulğun kolunu traktor ilə kök hissəsindən çıxartdıraraq və 21(iyirmi bir) ədəd yulğun kolunu kök boğazından qanunsuz kəsərək təbiətə ümumilikdə 8160 (səkkiz min yüz altmış) manat məbləğində ziyan vurduğunu öyrənmişdir. Tutduğu vəzifəyə yeni təyin olunarkən sabiq bələdiyyə sədri Şahid1 bələdiyyənin balansında olan əmlakları təhvil alarkən Şahid1 ona Ağdaş rayonu Pirəzə bələdiyyəsinin mülkiyyətinə aid təxminən 1.5 ha torpaq sahəsinin Ağdaş rayonu, Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən şumlanması və orada olan yulğun ağaclarının onun tərəfindən kəsilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2024-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndi ərazisində olan örüş təyinatlı təxminən 1.5 ha torpaq sahəsini şumlayaraq çəltik əkmək fikrində olmasını eşitmiş, dərhal həmin əraziyə gedərək oranın şumlanıbşumlanmadığını və orada olan yulğun kollarının kəsilib-kəsilmədiyinə baxmışdır. Həmin torpaq sahəsinə baxış keçirən zaman orada olan yulğun kollarının kəsilmədiyini və ərazinin də şumlanmadığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs zəng edərək onunla görüşmək istədiyini söyləmişdir. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxsla Ağdaş rayonu, Pirəzə kəndi ərazisində görüşmüşlər, söhbət zamanı Qnyaza “eşitdim Ağdaş rayonu, Pirəzə kənd ərazisində olan örüş təyinatlı 1.5 ha torpaq sahəsini şumlayıb çəltik əkmək istəyirsən, həmin ərazi örüş təyinatlı torpaq sahəsidir, orada heç bir əkin əkilə bilməz, həm də ora kənd camaatının mal-qarasının keçdiyi yoldur və kənd camaatının etirazına səbəb olacaqdır” demişdir. Təqsirləndirilən şəxs isə ona oranı əkəcəyini bildirmişdir. Yenidən Qnyaza “mən xəbərdarlığımı etdim, bundan sonra özün bilərsən” söyləyib oradan uzaqlaşmışdır. 25 aprel 2024-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı kimi tanıdığı Şahid2 ona zəng edərək xidməti ərazisi olan Ağdaş rayonu, Pirəzə kəndi ərazisinə baxış keçirən zaman təxminən 1.5 ha torpaq sahəsinin şumlandığını, həmçinin həmin yerdə yulğun kollarının torpaqdan çıxarıldığını və kəsildiyini aşkar etdiyini, buna görə də həmin yerə onun iştirakı ilə baxış keçirəcəyini söyləmişdir. Həmin tarixdə Şahid2 və adını bilmədiyi sürücü ilə birlikdə Ağdaş rayonu, Pirəzə kəndi ərazisində görüşüb şumlanan torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs da həmin yerə gəlmişdir. Şahid2 Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin onun tərəfindən şumlanıb-şumlanmadığını, həmçinin yulğun kollarının onun tərəfindən torpaqdan çıxarılıb-çıxarılmadığını və kəsilib-kəsilmədiyini soruşmuş, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini özünün şümlatdığını bildirsə də, yulğun kollarının əvvəlcədən orada olduğunu və onların kim tərəfindən torpaqdan çıxarıldığı və kəsildiyi barədə məlumatının olmadığını söyləmişdir. Bundan sonra həmin torpaq sahəsinə baxış keçirmişlər. Şahid2 həmin yulğun kollarından bir parça götürərək geri qayıdan zaman həmin yulğun parçasını Təqsirləndirilən şəxs göstərib “deyirsən ki, həmin ağaclar qurudu, quru deyil yaş vəziyyətdədir axı” demiş, Qnyaz onunla razılaşmayıb yenidən həmin yulğun parçasının quru olduğunu və əvvəllcədən orada olduğunu söyləmişdir. Bundan sonra baxışı yekunlaşdırıb oradan uzaqlaşmışlar. 01 may 2024-cü il tarixdə qeyd olunan torpaq sahəsindəki yulğun kollarının məhv edilməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsinə müraciət etmişdir. 02 may 2024-cü il tarixdə isə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı kimi tanıdığı Nümayəndə3 ona zəng edərək Ağdaş rayonu, Abad kənd sakini Şahid6 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xəttinə” zəng etdiyini, buna görə də yulğun kollarının torpaqdan çıxarıldığı və kəsildiyi yerə baxış keçirəcəklərini söyləyib onun da iştirak etməli olduğunu bildirmişdir. Bundan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları kimi tanıdığı Nümayəndə3 və Şahid2, 13 saylı X11 Mərkəzlərinin Ağdaş rayonu Ağzıbir meşəbəyliyinin meşəbəyi Yasin İslamov, Ağdaş rayonu, Abad kənd kəndində yaşayan Şahid6 və özünü Şahid6 yeznəsi kimi təqdim edən, lakin adını bilmədiyi şəxslə birlikdə Ağdaş rayonu, Pirəzə kəndi ərazisində görüşüb yolğun kollarının torpaqdan çıxarıldığı və kəsildiyi yerə getmişlər. Həmin yerə çatdıqdan sonra o, su kanalının kənarında dayanmış, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları isə əraziyə baxış keçirməyə başlamışlar. Baxış yekunlaşdıqdan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Akt tərdib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Xudakərim oğlu ifadəsində göstərdi ki, 25 aprel 2024-cü il tarixdə Ağdaş rayonu, Pirəzə bələdiyyəsinin sədri Şahid1la birlikdə xidməti ərazisi olan Ağdaş rayonu, Pirəzə kəndi ərazisinə baxış keçirərkən təxminən 1.5 ha örüş torpaq sahəsinin şumlandığını, həmçinin həmin yerdə 81 ədəd yulğun kolunun kökündən çıxarıldığını, 21 ədəd yulğun kolunun isə kök boğazdan kəsildiyini aşkar etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs da həmin yerə gəlmiş və ondan Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin onun tərəfindən şumlanıb-şumlanmadığını, həmçinin yulğun kollarının onun tərəfindən torpaqdan çıxarılıb-çıxarılmadığını və kəsilibkəsilmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona torpaq sahəsini özünün şumlatdığını bildirsə də, yulğun kollarının əvvəlcədən orada olduğunu və onların kim tərəfindən torpaqdan çıxarıldığı və kəsildiyi barədə məlumatı olmadığını söyləmişdir. Bundan sonra həmin torpaq sahəsinə baxış keçirməyə davam etmişlər. Yulğun kollarından bir parça götürüb geri qayıdan zaman həmin yulğun parçasını Təqsirləndirilən şəxs göstərib “deyirsən ki, həmin ağaclar qurudu, quru deyil yaş vəziyyətdədir axı” demiş, Qnyaz isə onunla razılaşmayıb həmin yulğun parçasının quru olduğunu və əvvəlcədən orada olduğunu söyləmişdir. Bundan sonra baxışı yekunlaşdırıb oradan uzaqlaşmış və daha sonra monitorinq aktı tərtib etmişdir. 02 may 2024-cü il tarixdə həmin akt əsasında idarənin məsləhətçi-müfəttişi Nümayəndə3 tərəfindən yenidən həmin əraziyə baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs söhbətə Şahid6 adlı bacısı oğlunu qatmışdır. Şahid6 İkinci Qarabağ müharibəsi iştirakçısı olduğu üçün bu statusdan sui istifadə edərək Qnyazı məsuliyyətdən kənarda qoymaq üçün onlara şər və böhtan atmağa başlamış, hətta müxtəlif yollarla onların xidməti fəaliyyətinə maneəçilik törətməyə çalışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2024cü ilin aprel ayının ortalarında tanışı Ağdaş rayonu, Pirəzə kənd sakini Şəmistan ona zəng edərək, Pirəzə kəndi ərazisində özünə məxsus təxminən 1,5 ha pay torpaq sahəsi olduğunu, oraya çəltik əkəcəyini bildirib, həmin yeri şumlaya biləcəyini soruşmuşdur. O da rahat yer olarsa şumlaya biləcəyini, hər hektar üçün 80 manat pul istədiyini bildirmiş, Şəmistan da onunla razılaşmışdır. Növbəti günün səhəri saat 9 radələrində özünə məxsus “MTZ BELARUS 892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorla Pirəzə kəndinə doğru getmiş, Pirəzə kəndinin “Ala qapısı” deyilən yerə təxminən 400 metr məsafə qalmış yolun kənarında onu gözləyən Şəmistanla görüşüb həmin torpaq sahəsi olan yerə getmişlər. Həmin vaxt oraya Şəmistanın əmisi Niyaz da gəlmişdir. Əvvəlcə bir neçə dəqiqə traktorun həmin torpaq sahəsinə girib-girməyəcəyini yoxlamaq üçün əraziyə baxış keçirdikdən sonra yeri şumlamağa başlamış, bir neçə dəqiqə işlədikdən sonra oraya tanımadığı bir nəfər şəxs gəlmişdir. Bundan sonra Şəmistanla Niyazın getdiyini görmüşdür. Şəmistanla Niyaz getdikdən sonra tanımadığı şəxsə yaxınlaşıb kim olduğunu, həmin torpaq sahəsinin bir hissəsinin əvvəlcədən şumlandığını, kənarında isə torpaqdan çıxarılmış və kəsilmiş yulğun kollarının olduğunu, həmin yerin kim tərəfindən və hansı səbəbdən yarımçıq şumlandığını, həmçinin ağacların kim tərəfindən kəsildiyini soruşmuşdur. Həmin şəxs ona Şəmistanın atası Qnyaz olduğunu söyləyib traktorun kotanından xoşun gəlmədiyi üçün yeri yarımçıq şumlatdığını, yulğun kollarınının bir hissəsini özünün ərazini təmizləmək məqsədilə kəsdiyini, bir hissəsinin isə traktor tərəfindən torpaqdan çıxarılıb yerin kənarına yığıldığını bildirmişdir. Qnyaza Şəmistanın ona həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu söyləmiş, həqiqətən də həmin torpaq sahəsinin onlara məxsus olub-olmadığını, gələcəkdə onun üçün hər hansı problemin olub-olmayacağını soruşmuş, Təqsirləndirilən şəxs da ona heç bir problemin olmadığını, yerin özünün xüsusi mülkiyyətində olduğunu bildirmişdir. Bundan sonra yeri şumlamağa davam etmiş, həmçinin həmin vaxt Qnyaz ona torpaqda olan yulğun kollarının köklərini torpaqdan çıxarmasını tapşırmış, o da yulğun kollarını torpaqdan çıxarmışdır. Saat təxminən 17 radələrində yeri şumlayıb qurtardıqdan sonra Qnyazdan 170 manat alıb yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2024cü ilin aprel ayının əvvəllərində dayısı Təqsirləndirilən şəxs ona zəng edərək Ağdaş rayonu, Pirəzə kəndi ərazisində özünə məxsus olan torpaq sahəsini şumlayıb çəltik əkmək istədiyini, lakin işi ilə əlaqədar olaraq həmin yeri şumlatmağa vaxtı olmadığını söyləyib həmin yeri şumlatmaq üçün ona traktor tapmağa köməklik etməsini istəmişdir. Bundan 1-2 gün sonra Ağdaş-Zərdab avtomobil yolunun Ağdaş rayonu, Abad kəndi ərazisindən keçən hissəsində yolun kənarında dayanan zaman həmin vaxt asfalt yolda hərəkətdə olan tanımadığı belarus markalı traktoru əl edib saxlatmışdır. Sürücüsünə Ağdaş rayonu, Pirəzə kəndi ərazisində torpaq sahəsi olduğunu və oranı şumlatmaq istədiyini söyləmiş, traktorun sürücüsü ilə 80 manat müqabilində həmin yeri şumlayacağı ilə bağlı razılaşmışlar. Daha sonra dayısı Təqsirləndirilən şəxsla görüşüb qeyd olunan torpaq sahəsi yerləşən yerə getmişlər. Orada olan zaman dayısına işləri olduğunu söyləyib gedəcəyini bildirmiş, həmin vaxt dayısı Qnyaz ona üzərində pul olmadığını, traktorun sürücüsünə vermək üçün ondan borc pul istəmiş, o da 80 manat pul verib evə qayıtmışdır. Bir neçə saat sonra Təqsirləndirilən şəxs ona zəng edərək torpaq sahəsinin bataqlıq olduğu üçün traktorun yeri yarımçıq şumlayıb çıxıb getdiyini söyləmiş, daha sonra həmin torpaq sahəsində hansı işlərin görüldüyündən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atası, Şahid6 isə bibisi oğludur. 2024-cü ilin aprel ayının əvvəllərində atası Təqsirləndirilən şəxs yaşadıqları Ağdaş rayonu, Pirəzə kəndi ərazisində istifadələrində olan təxminən 1.5 ha torpaq sahəsini şumladıb əkin əkmək qərarına gəlmişdir. Atası həmin torpaq sahəsini şumlatmaq üçün bir neçə traktor sürücüsü ilə danışsa da, həmin yer bataqlıq olduğu üçün traktor sürücülərinin həmin yeri şumlamağa razı olmamış, sonuncu dəfə isə bir nəfər traktor sürücüsünün həmin torpaq sahəsinin bir hissəsini şumladıqdan sonra yarımçıq qoyub getdiyini eşitmiş, həmçinin atası Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işlədiyi üçün digər işləri görmək üçün yetərincə vaxtı olmadığını, buna görə də ona həmin torpaq sahəsini şumlatmaq üçün traktor tapmasını tapşırmışdır. 2024-cü ilin aprel ayının ortalarında əvvəldən traktor sürücüsü kimi tanıdığı Ağdaş rayonu, Abad kəndində yaşayan Şahid3 ilə qeyd olunan torpaq sahəsini şumlamaqla bağlı danışıb razılaşmışdır. Atası Təqsirləndirilən şəxs ona işlərini yekunlaşdıdıqdan sonra özünün də həmin yerə gələcəyini bildirmişdir. Növbəti gün saat 9 radələrində Şahid3 idarə etdiyi “MTZ BELARUS 892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorla gəlmiş və onlar birlikdə həmin yerə getmişlər. Həmin vaxt əmisi Niyaz da kömək etmək məqsədilə oraya gəlmişdir. Traktorun sürücüsü əvvəlcə traktorun həmin torpaq sahəsinə girib-girməyəcəyini yoxlamaq üçün əraziyə baxmış, təxminən 5-6 dəqiqə keçdikdən sonra atası Təqsirləndirilən şəxs oraya gəlmişdir. Daha sonra o, yaşadıqları və gəlmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 19 sentyabr 2024-cü il tarixli, 3-21-3-35/2-3687/2024 saylı məktubdan görünür ki, elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Pirəzə bələdiyyəsinin “X7 X12”dəki xəritəsinə naturada baxış keçirilmiş 2.20 ha torpaq (yulğun kollarının kəsildiyi ərazi) sahəsi Ağdaş rayonu Pirəzə bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, ümumi istifadəyə verilmiş kollu örüş torpaq sahəsidir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət ekoloji təhlükəsizlik xidmətindən daxil olmuş 30 may 2024-cü il tarixli, Ç-HM/1724-101 nömrəli məktuba əlavə edilmiş 25 aprel 2024-cü il tarixli, 35 nömrəli monitorinq aktından görünür ki, 25 aprel 2024-cü tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və Ağdaş rayonu Pirəzə bələdiyyəsinin sabiq sədri Şahid1 iştirakı ilə idarənin xidməti ərazisində monitorinq aparılan zaman Ağdaş rayonu Pirəzə kəndi ərazisində bələdiyyə mülkiyyətində olan ərazidə kök üstə yaş halda 81 ədəd yulğun kolunun kök hissəsindən çıxarılaraq, 21 ədədinin isə kök boğazından kəsilərək ümumilikdə 102 ədəd yulğun kolunun məhv edilməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət ekoloji təhlükəsizlik xidmətindən daxil olmuş 30 may 2024-cü il tarixli, Ç-HM/1724-101 nömrəli məktuba əlavə edilmiş 02 may 2024-cü il tarixli, 17 nömrəli aktdan və ona əlavə edilmiş cədvəldən görünür ki, idarənin 25 aprel 2024-cü il tarixli, 35 nömrəli monitorinq aktının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə Ağdaş rayonu, Abad kəndində yaşayan Şahid6 tərəfindən edilmiş 30 aprel 2024-cü il tarixli, İD23096 nömrəli eyni məzmunlu müraciət idarənin 29 aprel 2024-cü il tarixli, 270 nömrəli və 01 may 2024-cü il tarixli, 272 nömrəli sərəncamlarına əsasən Ağdaş rayonu Pirəzə bələdiyyəsinin sədri Şahid1, 13 saylı RMTM-in Ağzıbir meşəbəyliyinin meşəbəyi Yasin İslamov və şikayətçi Şahid6 iştirakı ilə yerində araşdırılmış, araşdırma zamanı 35 nömrəli monitorinq aktında qeyd olunan əraziyə birgə baxış keçirilmiş, baxış zamanı qeyd olunan ərazidə 21 topa yulğun kolunun kök boğaz hissəsindən kəsilməsi və ərazidən 81 topa yulğun kolunun kökündən çıxarılması müşahidə edilmiş, araşdırmanın gedişində şikayətçi Şahid6 bələdiyyə mülkiyyətində olan 1.5 ha torpaq sahəsini şumladığını, yulğun kollarını texnika ilə kənara qalaqladığını şifahi olaraq bildirsə də yazılı izahat verməkdən imtina etmiş, Pirəzə bələdiyyəsi tərəfindən təqdim olunmuş arayışda Pirəzə kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 1.5 ha örüş təyinatlı ərazinin Təqsirləndirilən şəxs qanunsuz zəbt edərək şumladığı, Təqsirləndirilən şəxs Pirəzə bələdiyyəsinə şifahi müraciət etdiyi, bələdiyyə tərəfindən ərazinin örüş təyinatlı, həmçinin ərazinin yaşıllıqlarla örtülü olması səbəbindən ərazinin şumlanmasının qeyri-qanuni olduğu bildirilmiş, 13 saylı RMTM-in Ağzıbir meşəbəyliyinin meşəbəyi Yasin İslamov yazılı rəyində kök hissəsindən kəsilmiş və ətrafda qalaqlanmış çoxlu sayda yulğun kollarının kök üstə yaş halda olduğunu müəyyən etdiyini bildirmiş, araşdırmanın gedişində Qnyaz adlı şəxsin şifahi olaraq ərazidə şumlama işlərini apardığını bildirsə də yazılı izahat verməkdən və araşdırmada iştirak etməkdən imtina etmiş, eyni zamanda şikayətçi Şahid6 araşdırmada iştirak etsə də yazılı izahat verməkdən və akta imza etməkdən imtina etmişdir. 07 may 2024-cü il tarixli baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış aparılan yer Ağdaş rayonu, Pirəzə kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsi Ağdaş rayonu, Pirəzə kəndi ilə Ağdaş rayonu, Ağzıbir kəndi arasında yerləşən avtomobil yolunun sol tərəfində yerləşir. Baxış zamanı torpaq sahəsinin şumlandığı və suvarıldığı müəyyən olunmuşdur. Şumlanmış torpaq sahəsinin kənarlarında 21 ədəd torpaqdan 5-10 santımetr hündürlükdən kəsilmiş, 81 ədəd isə torpaqdan çıxarılmış vəziyyətdə olmaqla ümumilikdə 102 ədəd yulğun kolunun məhv olunduğu aşkar olunmuşdur. Baxış zamanı Şahid1 2024cü ilin aprel ayının ortalarında bələdiyyə torpaqlarına məxsus örüş sahəsinə baxış keçirən zaman təxminən 1,5 hektar torpaq sahəsinin şumlanıldığını və həmin torpaq sahəsində yulğun kollarının bir hissəsinin torpaqdan çıxarıldığını, bir hissəsinin isə kəsildiyini aşkar etdiyini bildirmişdir. 27 iyun 2024-cü il tarixli baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdaş rayonu, Pirəzə kəndi ərazisində örüş təyinatlı torpaq sahəsidir. Torpaq sahəsində yerləşmiş yulğun kolları müşahidə edilir. Baxış zamanı Nümayəndə3 qeyd olunan əraziyə xx.xx.2024-cü il tarixdə baxış keçirdiyini, həmin ərazidə 21 ədəd yulğun kolunun kəsilib götürülməsi, 81 ədəd yulğun kolunun isə kökündən çıxarılaraq ümumilikdə 102 ədəd yulğun kolunun məhv edilməsini aşkar etdiyini, Şahid1 isə yulğun kollarının kəsildiyi 1,5 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını və heç kimə müddətli istifadəyə verilmədiyini bildirmişdir. 07 may 2024-cü il tarixli aqronom (mütəxəssis) rəyindən görünür ki, Ağdaş rayonu, Pirəzə kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə baxış keçirilmiş, həmin vaxt torpaq sahəsinin xüsusi texnika, yəni traktor vasitəsilə şumlanılması, daha sonra isə suvarılması müəyyən olunmuşdur. Məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1237-9/6138 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Ağdaş rayon polis şöbəsinin 06 iyul 2024-cü il tarixli məktubuna əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 may 2024-cü il tarixli 117 nömrəli aktda göstərilən məlumatlara əsasən –Ağdaş rayonu Pirəzə kəndi ərazisində köküstə yaş vəziyyətdə 81 ədəd yulğun kolu kök hissəsindən çıxarılması, 21 ədəd yulğun kolunun kök boğazından kəsilərək məhv edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 may 2024-cü il tarixli 117 nömrəli aktına əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 102 ədəd köküstə yaş vəziyyətdə yulğun kollarının qanunsuz götürülməsinə(məhv edilməsinə) görə təbiətə dəymiş ziyanın ümumi məbləği 8160,00 (102 ədəd x 80 man) manat müəyyən edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən daxil olmuş 19 sentyabr 2024-cü il tarixli, 3-21-3-35/2-3687/2024 nömrəli cavab məktubundan görünür ki, naturada baxış keçirilmiş 2,20 ha torpaq (yulğun kollarının kəsildiyi ərazi) sahəsi Ağdaş rayonu, Pirəzə bələdiyyəsinin mülkiyyətində aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, ümumi istifadəyə verilmiş kollu örüş torpaq sahəsidir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən daxil olmuş 01 aprel 025-ci il tarixli, 3-21-3-35/2-1416/2025 nömrəli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsinin koordinatları aşağıdakılardır: X-700640.5424 Y-4476997.5872 X-700774.1123 Y-4476995.9510 X-700797.0235 Y-4476853.6095 X-700748.5000 Y-4476842.6000 X-700655.5010 Y-4476868.6302 X-700624.1431 Y-4476904.9438 X-700619.1071 Y-4476951.5071 Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli, 18-1-22/2-1469/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Pirəzə kəndində yaşayan, xx xxxxxx 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, 5-32-12/2-361/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Pirəzə kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı 1970-ci il təvəllüdlü X3, övladları 1994-cü il təvəllüdlü Şahid5, 1995-ci il təvəllüdlü X6, gəlini 1998-ci il təvəllüdlü X4, nəvələri 2018-ci il təvəllüdlü X5 və 2023-cü il təvəllüdlü X2 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, 5-32-12/2-362/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 30 mart 2025-ci il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2025-ci il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuş, 01 aprel 2025-ci il tarixdə, saat 10:30-da Cinayət Məcəlləsinin 188.3-cü və 259.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 10:50-də təqsirləndirilən şəxs qismində dindirilmiş və 01 aprel 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. 9834 nömrəli, 02 iyun 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına 250 manat məbləğində ödəniş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 259.1-ci maddəsilə təqsirli bilməməsi, kənd bələdiyyəsinin mülkiyyətində olan 2.2 ha kənd təsərrüfatı təyinatlı ümumi istifadəyə verilmiş torpaq sahəsində yulğun kollarının kök hissəsindən çıxarılmasına göstəriş verməməsi, o cümlədən hər hansı bir yulğun kolunu kəsməməsi, traktorun sürücüsü yeri şumlayan zaman bir neçə quru yulğun kolunun kökündən çıxması ilə bağlı ifadəsi işdə olan mötəbər sübutlarla-şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin ifadələri, ekspert və mütəxəssis rəyləri, istintaq hərəkətlərinin protokolları, hadisə yerinə baxış protokolları, baxış keçirilərkən qeydə alınmış videoçəkilişlərin əks olunduğu 02 ədəd DVD disklər, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəyi, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə təkzib olunduğundan, məhkəmə onun bu ifadəsini özünümüdafiə kimi qiymətləndirir və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə eyni zamanda bildirir ki, heç bir halda təqsirləndirilən şəxsin özünümüdafiə üçün gətirdiyi və işdəki mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin tədqiq edilmiş ifadələrini, 07 may 2024-cü il və 27 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolları və həmin protokollara əlavə edilmiş fotoşəkilləri, ekspert və mütəxəssis rəylərini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndi ərazisində yerləşən həmin kənd bələdiyyəsinin mülkiyyətində olan 2.2 ha kənd təsərrüfatı təyinatlı ümumi istifadəyə verilmiş kollu örüş torpaq sahəsini ayrı-ayrı vaxtlarda traktorla şumlatmış, eyni zamanda meşə fonduna daxil olmayan köküstə yaş halda bioloji inkişaf edən müxtəlif ölçülərdə və növdə olan cəmi 81 ədəd yulğun kolunu kök hissəsindən çıxartdıraraq və 21 ədəd yulğun kolunu kök boğazından qanunsuz kəsərək vahid niyyətlə təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə Cinayət Məcəlləsinin 188.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə Cinayət Məcəlləsinin 188.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin, qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə, yəni ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Cinayət Məcəlləsinin 259.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü və 259.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 188.3-cü və 259.1-ci maddələrinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 188.3-cü və 259.1-ci maddələri ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 188.3-cü və 259.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi cinayət əməlini qismən də olsa etiraf etməsini, əməlindən peşman olmasını və müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, dəymiş ziyanın qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Ağdaş rayonu Pirəzə kənd tam orta məktəbində müəllim işləməsini habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2025-ci il tarixdən 01 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən qəti cəzadan çıxılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin, o cümlədən 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 17 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 187 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3 və 259.1-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2025-ci il tarixdən 01 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 4 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 187 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası məhkumun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №1(014)-38/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-38/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver