Məhkəmə qərarları › İş №1(014)-39/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-39/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-39/2021 21.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1997-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, ona aşkar surətdə 16 yaşına çatmadığı məlum olan, yəni xx.xx.2004-cü il təvəllüdlü, Ağdaş şəhəri Məşəd küşəsi 15-ci dalan, ev 14-də qeydiyyatda olan Zərərçəkmiş şəxs razılığı əsasında onunla sonuncunun yaşadığı evində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ailə qurmaq məqsədi ilə mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində əvvəllər məhkum olmadığını, heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, hal-hazırda ailə qurduğu Zərərçəkmiş şəxs onun qohumu olduğunu, ailəvi gediş-gəlişlərinin olduğunu, Səma ilə bir-birlərini uzun müddətdir ki, sevdiklərindən ailə qurmaq qərarına gəldiklərini və bu barədə ailə üzvlərinə də bildirdiklərini, ailə üzvlərinin də bu barədə razılığını aldıqdan sonra evlənmək qərarına gəldiklərini, 4 yaşları olanda valideynlərinin onları göbəkkəsdi etdiklərini, sonra isə Səmanı həmin vaxtdan valideynlərinin götürüb saxladıqlarını, həmin müddətdə Səmanı valideynlərinin böyütdüyünü, Səmanın təxminən 15 yaşı olanda valideynlərinin, həmçinin də Səmanın valideynlərinin onları evləndirmək qərarına gəldiklərini, bir-birilərini istədikləri üçün razılaşdıqlarını, Səmanın valideynlərinin qız toyunu onun valideynlərinin həyətində etməyi qərarlaşdırdıqlarını, bundan sonra Səmanın xx.xx.2019-cu il tarixdə əvvəllər yaşadığı Ağdam rayonundakı evin həyətində qız toyu olduğunu, həmçinin xx.xx.2019-cu il tarixdə də Ağdaş şəhəri Samirə şadlıq sarayında oğlan toylarının olduğunu, həmin gün onun yaşadığı Ağdaş rayonu Məşəd kəndində yerləşən evlərində Səma ilə ilk dəfə olaraq cinsi münasibətdə olduğunu və Səmanın bakirəliyinin ilk dəfə olaraq onun tərəfindən pozulduğunu, daha sonra Səmanın hamilə qalmadığını, həmin zaman onun xəstəliyi olduğunu, Səmanın müalicə aldıqdan sonra hamilə qaldığını və xx.xx.2020-ci il tarixdə Göyçay RMX-də normal oğlan övladının dünaya gəldiyini, hal-hazırda Səma ilə xoşbəxt ailə münasibətlərində yaşadıqlarını, onları ilə ailə qurmağa heç kimin məcbur etmədiyini, Səmanın onunla könüllü ailə qurduğunu, Səma ilə ailə quran zaman onun 16 yaşı tamam olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, hal-hazırda ailə qurduğu Təqsirləndirilən şəxs onun qohumu olduğunu, ailəvi gediş-gəlişlərinin olduğunu, onun 4 yaşı olanda valideynlərinin onu Tərxana göbəkkəsdi etdiklərini, sonra isə onu həmin vaxtdan Tərxanın valideynlərinin götürüb saxladıqlarını, həmin müddətdə onu Tərxanın valideynlərinin böyütdüklərini, onun təxminən 15 yaşı olanda Tərxanın valideynlərinin həmçinin də onun valideynlərinin Tərxanla onu evləndirmək qərarına gəldiklərini, Tərxanla bir-birlərini istədikləri üçün razılıq verdiyini, valideynlərinin qız toyunu onların öz həyətində etmək qərarına gəldiyini, bundan sonra onun xx.xx.2019-cu il tarixdə yaşadığı Ağdam rayonundakı evin həyətində qız toyu olduğunu, həmçinin xx.xx.2019-cu il tarixdə də Ağdaş şəhəri Samirə şadlıq sarayında oğlan toyu olduğunu, həmin gün Tərxanın yaşadığı Ağdaş rayonu Məşəd kəndində yerləşən evində Tərxan ilə ilk dəfə olaraq cinsi münasibətdə olduğunu və onun bakirəliyi ilk dəfə olaraq Tərxan tərəfindən pozulduğunu, daha sonra hamilə qalmadığını, həmin zaman xəstəliyi olduğunu, müalicə aldıqdan sonra hamilə qaldığını və xx.xx.2020-ci il tarixdə Göyçay RMX-də normal oğlan övladlarının dünaya gəldiyini, hal-hazırda Tərxan ilə xoşbəxt ailə münasibətlərində yaşadıqlarını, onu Tərxan ilə ailə qurmağa heç kimin məcbur etmədiyini, Tərxan ilə könüllü ailə qurduğunu, Tərxan ilə ailə quran zaman onun 16 yaşı tamam olmadığını, Tərxan ilə ilk dəfə olaraq xx.xx.2019-cu il tarixdə yaşadıqları Ağdaş rayonu Məşəd kəndindəki yerləşən Tərxanın evində cinsi əlaqədə olduğunu və onun bakirəliyi ilk dəfə həmin gün Tərxan tərəfindən pozulduğunu, Tərxan ilə bir-birlərini sevib ailə qurduqlarını və könüllü olaraq Tərxan ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Aralarında heç vaxt narazılıq olmamış, hazırda da Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, ona təyin ediləcək cəzanın şərti sayılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ifadəsində heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Təqsirləndirilən şəxs onun kürəkəni olduğunu, Zərərçəkmiş şəxs isə onun qızı olduğunu, Səmanın 4 yaşı olanda onu razılıqları və Tərxanın valideynlərinin razılığı ilə Tərxanla göbəkkəsdi etdiklərini, sonra isə Səmanı həmin vaxtdan Tərxanın valideynlərinin götürüb saxladıqlarını, həmin müddətdən Səmanı Tərxanın valideynləri böyütdüklərini, Səmanın təxminən 15 yaşı olanda həmçinin də Tərxanın valideynlərinin Tərxanla Səmanı evləndirmək qərarına gəldiklərini, bir-birlərini istədikləri üçün razılıq verdiklərini, qız toyunu öz həyətlərində etmək qərarına gəldiklərini, bundan sonra Səmanın xx.xx.2019-cu il tarixdə onların yaşadığı Ağdam rayonundakı evin həyətində qız toyu olduğunu, həmçinin xx.xx.2019-cu il tarixdə də Ağdaş şəhəri Samirə şadlıq sarayında oğlan toyu olduğunu, həmin gün Səma ilə Tərxanın yaşadıqları Ağdaş rayonu Məşəd kəndində yerləşən evlərində ilk dəfə olaraq cinsi münasibətdə olduqlarını və Səmanın bakirəliyinin ilk dəfə olaraq Tərxan tərəfindən pozulduğunu, daha sonra Səmanın hamilə qalmadığını, həmin zaman onun xəstəliyi olduğunu və bu xəstəliklə əlaqədar Səmanı müalicə etdirdiklərini, Səmanın müalicə aldıqdan sonra hamilə qaldığını və xx.xx.2020-ci il tarixdə Göyçay RMX-də onların normal oğlan övladları dünyaya gəldiyini, hal-hazırda Səma ilə Tərxan xoşbəxt ailə münasibətlərində yaşadığını, Səmanı Tərxan ilə ailə qurmağa heç kimin məcbur etmədiyini, Səmanın Tərxan ilə könüllü ailə qurduğunu, Tərxan ilə ailə quran zaman Səmanın 16 yaşı tamam olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs nə onun, nə də qızının heç vaxt narazılığı olmamış, hazırda da heç bir şikayəti və tələbi yoxdur, ona heç bir cəzanın verilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, Zərərçəkmiş şəxs isə onun gəlini olduğunu, Səmanın 4 yaşı olanda onu valideynlərinin razılığı ilə Tərxana göbəkkəsdi etdiklərini, sonra isə Səmanı həmin vaxtdan götürüb saxladıqlarını, həmin müddətdən Səmanı özləri böyütdüklərini, Səmanın təxminən 15 yaşı olanda həmçinin də Səmanın valideynlərinin Tərxanla Səmanı evləndirmək qərarına gəldiklərini, onlar birbirlərini istədikləri üçün razılıq verdiklərini, Səmanın valideynlərinin qız toyunu öz həyətlərində etmək qərarına gəldiklərini, bundan sonra Səmanın xx.xx.2019-cu il tarixdə yaşadıqları Ağdam rayonundakı evin həyətində qız toyu olduğunu, həmçinin xx.xx.2019-cu il tarixdə də Ağdaş şəhəri Samirə şadlıq sarayında oğlan toyu olduğunu, həmin gün Səma ilə Tərxanın yaşadıqları Ağdaş rayonu Məşəd kəndində yerləşən evlərində ilk dəfə olaraq cinsi münasibətdə olduqlarını və Səmanın bakirəliyinin ilk dəfə olaraq Tərxan tərəfindən pozulduğunu, daha sonra Səmanın hamilə qalmadığını, həmin zaman onun xəstəliyi olduğunu və bu xəstəliklə əlaqədar Səmanı müalicə etdirdiklərini, Səmanın müalicə aldıqdan sonra hamilə qaldığını və xx.xx.2020-ci il tarixdə Göyçay RMX-də onların normal oğlan övladları dünaya gəldiyini, hal-hazırda Səma ilə Tərxanın xoşbəxt ailə münasibətlərində yaşadığını, Səmanı Tərxan ilə ailə qurmağa heç kimin məcbur etmədiyini, Səmanın Tərxan ilə könüllü ailə qurduğunu, Tərxan ilə ailə quran zaman Səmanın16 yaşının tamam olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında el adəti ilə toy məclisi təşkil edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsində yaşamaqla, ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Şahid3; Şahid2; Zərərçəkmiş şəxs; X2 (xx.xx.2020-ci il təvəllüdlü). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, o, yetkinlik yaşına çatmış, yəni xx.xx.1997-ci il təvəllüdlü olmaqla qəsdən onun üçün aşkar surətdə on altı yaşına çatmayan, yəni xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə xx.xx.2019-cu il tarixdən Ağdaş rayonu, Məşəd kəndində yerləşən yaşadıqları evdə mütəmadi olaraq təbii yolla, qızlıq pərdəsinin tamlığını pozmaqla, sonuncunun könüllü razılığı ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı bir övladının olmasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini boynuna almaqla peşman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olması nəzərə alınaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İşdə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş 1 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar