Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-39/2022 24.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1975-ci ildə Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 24 dekabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri, 23 fevral 2022-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının axırlarında Ağdaş şəhəri, S.Vurğun küçəsindən yerdən tapdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.966 qram narkotik vasitə hesab olunan kustar üsulla hazırlanmış heroini və 01 ədəd sellofan bükümdə 0.288 qram psixotrop maddə olan metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə olan heroindən 01 ədəd sellofan bükümdə 1.605 qram narkotik vasitə hesab olunan heroini 22 dekabr 2021-ci il tarixdə, saat 20:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən işlətdiyi çayxanada Ağdaş şəhəri, M.Fizuli küçəsi 14-də yaşayan, xx.xx.1980-ci il təvəllüldlü Şahid7 30 manata satmış, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.288 qram psixotrop maddə olan metamfetamini 22 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən işlətdiyi çayxanada Ağdaş şəhəri, İ.Millətoğlu 44-də yaşayan xx.xx.1985-ci il təvəllüldlü Şahid6 20 manata satmış, 0.361 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşımışdır. 23 dekabr 2021-ci il tarixdə, 02:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən işlətdiyi çayxanada saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş, Ağdaş RPŞ-nin növbətçi hissəsində saat 02:54-də onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq, satış məqsədi ilə saxladığı 01 ədəd sellofan bükümdə 0.361 qram narkotik vasitə hesab olunan heroin üzərindən aşkar edilərək götürülmüşdür. Həmçinin 23 dekabr 2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahid6 saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş, Ağdaş RPŞ-nin növbətçi hissəsində saat 03:29 da onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq, satış məqsədi olmadan üzərində daşıdığı 01 ədəd sellofan bükümdə 0.288 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə 23 dekabr 2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahid7 saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş, Ağdaş RPŞ-nin növbətçi hissəsində saat 03:41-də onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq, satış məqsədi olmadan üzərində daşıdığı 01 ədəd sellofan bükümdə 1.605 qram narkotik vasitə hesab olunan heroin üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində 23 dekabr 2021-ci il tarixdə, təxminən saat 02:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən işlətdiyi çay evində Şahid6, Şahid2, Şahid5 və Şahid7la birlikdə oturaraq çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının kafeyə daxil olaraq onların karantin qaydalarını pozduqlarını bildirdiklərini, həmin vaxt özlərini şübhəli apardıqlarına görə polis əməkdaşlarının onları Ağdaş RPŞ-nə dəvət etdiklərini, hamısının Polis şöbəsinə gəldiklərini, Ağdaş RPŞ-də müdafiəçinin dəvət edildiyini, onu şübhəli şəxs kimi tutduqlarını, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan büküm, yaşadığı evin açarları, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon və 01 ədəd 20 manatlıq pul əskinası, həmin gödəkcəsinin sol döş cibindən özünə məxsus bank kartı aşkar olunduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində olan maddənin narkotik maddə olduğunu, həmin sellofan bükümü təxminən 3-4 gün əvvəl yolun kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm və 01 ədəd mobil telefon ayrıca zərfə qablaşdırıldığını, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun etibarnamə əsasında idarə etdiyi VAZ-21014 markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirlidiyini və axtarış aparıldığını, lakin onun idarə etdiyi avtomobildə qanunsuz olaraq saxladığı hər hansı bir əşya və ya narkotik vasitə aşkar edilmədiyini, idarə etdiyi avtomobilə baxış və axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinə baxış keçirlidiyini və axtarış aparıldığını, onun yaşadığı evə baxış keçirilən zaman yaşadığı evdən narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilmədiyini, onun yaşadığı evə baxış və axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, üzərindən aşkar olunmuş narkotik vasitəni təxminən tutulmamışdan 3-4 gün əvvəl yerdən tapdığını, onunla birlikdə çayxanada olan Şahid7 30 manata heroin və Şahid6 20 manata metamfetamin satdığını, Rəşadın onun yanında fəhlə işlədiyini, Rəşadın həmin gün ondan 20 manat zəhmət haqqı almalı olduğunu, həmçinin əvvəlki günlərdən də Rəşada 10 manat zəhmət haqqı borcu qaldığını, həmin 30 manatın müqabilində Rəşada narkotik vasitə olan heroin verdiyini, bundan əlavə Şahid6 da psixotrop maddə olan patı, yən metamfetamin satdığını, Sevdaya da həmçinin günlük 15 manat pul verməli olduğunu, həmçinin ona da 5 manat borcu qaldığını, həmin 20 manatın müqabilində Sevdaya patı, yəni metamfetamin satdığını, Şahid7 satdığı heroini və Şahid6 satdığı metamfetamini də üzərində olan heroinlə birlikdə tutulmamışdan 3-4 gün əvvəl tapdığını, tapdığı metamfetamini olduğu kimi sellofan bükümdə Sevdaya satdığını, tapdığı heroini isə iki hissəyə ayıraraq bir hissəsini sellofan bükümdə Rəşada satdığını, bir hissəsinin isə üzərində olduğunu, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirdi. İş üzrə Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində usta olduğunu, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən işlətdiyi çayxanada piştaxta düzəltdiyini, hər günü 15-20 manata işlədiyini, 22 dekabr 2021-ci il tarixdə işlədiyi günün axırında Rəfinin ona 20 manat pul verməli olduğunu, həmçinin əvvəlki gündən də ona 10 manat borcu qaldığını, həmin 30 manat pulun müqabilində Rəfinin ona narkotik vasitə olan heroin verdiyini, özünün də həmin heroini götürüb istifadə etmək üçün üzərində saxladığını, 23 dekabr 2021-ci il tarixdə, təxminən saat 02:00 radələrində Təqsirləndirilən şəxs, Şahid6, Şahid2 və Şahid5lə birlikdə həmin çayxanada çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının oraya gəldiklərini və onlara yaxınlaşaraq narkotik vasitə saxlamaları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm, sağ cibindən özünə məxsus “Nokia” markalı mobil telefon və 01 ədəd 5 manatlıq pul əskinası aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında maddə aşkar edildiyini, üzərində şəxsi axtarışın videogörüntü vasitəsi ilə aparıldığını, üzərindən aşkar olunmuş maddənin kakos, yəni narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərimdə saxladığını, həmin narkotik vasitəni 22 dekabr 2021-ci il tarixdə Rəfi adlı şəxsdən iş gününün sonunda gördüyü işin müqabilində 30 manat pulun əvəzi olaraq aldığını bildirdiyini, daha sonra həmin sellofan büküm elektron tərəzidə çəkildiyini, həmin sellofan büküm və ona məxsus mobil telefon ayrı-ayrı zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, həmçinin özünə məxsus 01 ədəd 5 manatlıq pul əskinasının ona qaytarıldığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, Təqsirləndirilən şəxs üzərində heroin, Şahid2 üzərində tiryək, Şahid6 üzərində metamfetamin olduğunu bilmədiyini, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, birinci dəfə idi ki, Rəfinin ona heroin satdığını, Təqsirləndirilən şəxs başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satdığını bilmədiyini göstərdi. İş üzrə Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən işlətdiyi çayxanada gündəlik 15 manata ofisiant işlədiyini, 22 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Rəfidən alacağı olan 15 manatın və Rəfinin ona borclu olduğu 5 manatın, yəni ümimilikdə 20 manatın müqabilində Rəfinin ona psixotrop maddə olan metamfetamin yəni patı satdığını, həmin patını istifadə etmək üçün üzərində saxladığını, 23 dekabr 2021-ci il tarixdə, təxminən saat 02:00 radələrində, Təqsirləndirilən şəxs, Şahid7, Şahid2 və Şahid5 birlikdə həmin çayxanada olduqlarını, həmin vaxt polis əməkdaşlarının oraya gəldiklərini və onlara yaxınlaşaraq narkotik vasitə saxlamaları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan büküm və sol əlinin baş barmağından 01 ədəd bicuteriya üzük aşkar edildiyni, həmin sellofan büküm açılan zaman içərisindən ağ rəngli kristal halında maddə aşkar edildiyini, həmin maddənin psixotrop maddə olan patı, yəni metamfetamin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını, həmin psixotrop maddəni 22 dekabr 2021-ci il tarixdə, günün sonunda Təqsirləndirilən şəxs 20 manat xidmət haqqının müqabilində satın aldığını bildirdiyini, daha sonra həmin bükümün tərəzidə çəkildiyini, zərfə qablaşdırıldığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 23 dekabr 2021-ci il tarixdə Ağdaş şəhəri, Zeynəddin küçəsi 9-da qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, idarə etdiyi avtomobilində və yaşadığı evində saxlaması, satması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 02:00 radələrində digər polis əməkdaşları ilə birlikdə Ağdaş şəhəri, M.İsayev küçəsində olan zaman Rəfini M.İsayev küçəsində yerləşən işlətdiyi çayxanda olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Rəfinin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Rəfinin əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan büküm, yaşadığı evin açarları, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon və 01 ədəd 20 manatlıq pul əskinası, həmin gödəkcənin sol döş cibindən ona məxsus bank kartı aşkar olunduğunu, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində olan maddənin narkotik maddə olduğunu, həmin sellofan bükümü tutulmamışdan təxminən 3-4 gün əvvəl yolun kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm və 01 ədəd mobil telefon ayrıca zərfə qablaşdırıldığını, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Rəfinin etibarnamə əsasında idarə etdiyi VAZ-21014 markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirlidiyini və axtarış aparıldığını, lakin onun idarə etdiyi avtomobildə qanunsuz olaraq saxladığı hər hansı bir əşya və ya narkotik vasitə aşkar edilmədiyini, Rəfinin idarə etdiyi avtomobilə baxış və axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Rəfinin yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinə baxış keçirlidiyini və axtarış aparıldığını, Rəfinin yaşadığı evə baxış keçirilən zaman yaşadığı evdən narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilmədiyini, onun yaşadığı evə baxış və axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə dəvət edən zaman orada Rəfidən başqa Şahid7, Şahid6, Şahid2 və Şahid5 adlı şəxslərin olduğunu bildirdi. İş üzrə şahidlər Şahid4 və Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, adının Taleh olduğunu, lakin el arasında hamının onu Bəxtiyar kimi tanıdığını, Rəfidən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aldığını, lakin Rəfinin bunları ona pulsuz olaraq verdiyini, ağrıdan çıxmağına kömək etdiyini, Rəfidən pulla narkotik vasitə almadığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 23.12.2021-ci il tarixli 17/863 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0.361 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 21.02.2022-ci il tarixli 17/165 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə olan heroin ilə üzərində “Vət. Şahid7 üzərindən aşkar edilmiş narkotik” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 26.02.2022-ci il tarixli 244 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilkatiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi, həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı verilmiş əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 15.11.2021 il tarixli 5(014)-102/2021 №-li qərarı əsasında Təqsirləndirilən şəxs oğunun barəsində mövcud texniki rabitə kanallarından əməliyyat məlumatları əldə edilmiş və onun telefon danışıqları dinlənilmiş və müəyyən edilmişdir ki, 01.12.2021-ci il tarixdə, saat 12:07-də Şahid8 adlı şəxs Təqsirləndirilən şəxs zəng edərək, "mənə bir dənə daş, bir dənə də torpaq" şərti qaydada danışaraq narkotik vasitə istəmiş, Təqsirləndirilən şəxs ona "gəl götür" demişdir. Həmin gün 12:31-də Şahid8 zəng edərək, narkotik vasitə olan "torpaq" istəmiş, R.Məmmədov "torpağ"ın qutardığını və olmadığını bildirmişdir. Həmin günü, Yusif adlı şəxs zəng edərək yenə narkotik vasitəni şərtlənmiş şəkildə, "təkər" lazımdır mənə deyir, Təqsirləndirilən şəxs deyir ki, gəl apar. 01.12.2021-ci il tarixdə, saat 12:37-də Rəşad adlı şəxs zəng edərək, yarım qram mal istəyir, Təqsirləndirilən şəxs gəlib götürərsən deyir, 12:46-da mobil nömrədən təkrar zəng olunaraq, Şahanə adlı qadınla birlikdə gələcəyini və onlara yarım qram "mal" lazım olduğunu bildirir. 01.12.2021-ci il tarixdə, saat 13:17-də Rəşad adlı şəxs yenidən zəng edərək yenə lazım olduğunu deyir, Təqsirləndirilən şəxs gəl götür deyir. 01.12.2021-ci il tarixdə, saat 13:30-da Yusif adlı şəxs zəng edərək, şərti formada " təkər var?" deyə Rəfidən soruşur, həmin şəxs Rəfiyə bildirir ki, "100 manat verim 6 dənə verda", Rəfi ona deyir "bilmirsən 25-ədi biri?" sonradan razılaşır və deyir gəl götür. 01.12.2021-ci il tarixdə, saat 13.44-də Yusif adlı şəxs Rəfiyə zəng edərək, harada olduğunu soruşur. Təqsirləndirilən şəxs ona "Muzkantlar bağı"nın yanına gəlməsini deyir. Saat 13:47-də Mosu adlı şəxs ona zəng edərək, qonağı olduğunu və ona lazım olan malı tez gətirməsini xahiş edir. Həmin gün saat 13:51-də zəng edərək Mosu adlı şəxs şərti formada "daş və torpaqda gətirərsən, hərəsindən yarım" deyir. 01.12.2021-ci il tarixdə saat 13:55-də Yusif adlı şəxs zəng edərək, "5-10 manatlıq təkər, o miqdarda da torpaq gətirməsini xahiş edir.01.12.2021-ci il tarixdə, saat 17:27-də Yusif adlı şəxs Rəfiya zəng edərək, "təkər olubolmamağını" soruşur, Rafi "var, gəl götür" deyir. Həmin tarixdə 19:01-də Elton adlı şəxs zəng edərək, Rəfidən "05 kakos" istəyir, Rafi "oldu" bildirdikdə, soruşur "duzunda var," Rəfi deyir "gəl götür". 02.12.2021-ci il tarixda, saat 20:16-da Araz adlı şəxs Rəfiya zang edərək, "10-15 manatım var, mana atvyorkadan zaddan ver çəkimdə" Rəfi onun harada olduğunu soruşur, Araz adlı şəxs deyir "kafedə", Rəfi deyir "gözlə gətirirəm", həmin gün 20:21-də bir nəfər Rəfiya zang edərək, "yarım qram mal" istəyir, Rəfi ona "malın olduğunu və gəlib götürərsən" deyir. 02.12.2021-ci il tarixdə saat 20:29-da Sahib adlı şəxs Rəfiyə zəng edərək, "torpaq var?" Rəfi "5 dəqiqəyə gətirib verərəm" deyir.03.12.2021-ci il tarixdə, saat 00:04-də Sadiq adlı şaxs Rəfiyə zəng edərək, "30 qram kakos istəməklə, yadındadı, türmədən nərd vermişdilərey, o nardi satıb Sevda ilə birlikdə sənə verəcəm"deyir. Bu barədə nə deyə bilərsiniz?04.12.2021-ci il tarixdə saat 09:59-da Məhəmməd adlı şaxs Rəfiyə zəng edərək, "Yumurta var" soruşur, Rəfi "hələ çətin, birazdan olacaq" deyir. Həmin günü 11:48-də Araz adlı şəxs ona zəng edərək, "1 karopqa şey istəyirəm" deyir, Rəfi "gəl götür" deyir. Araz "Tuxuta olmasına" deyir, Rəfi ona, "Tuxta malin onda olmadığını deyir. 04.12.2021-ci il tarixdə saat 15:15-də Yusif adlı şəxs Rəfiyə zəng edərək, "1 dəfə yarı, 1 dənədə bötüv istəyiram" deyir, Rəfi ona "gəl götür" deyir. 16:11-də Murad adlı şəxs Rəfiyə zəng edərək, "klenti olduğunu, 1 dənə daş, 1 dənə torpaq hazırla" deyir. 16:50-də Taleh adlı şəxs şəxs Rəfiyə zəng edərək, "yarım qram mal" istəyir. Rəfi "gəl götür" deyir. 19:34-də Taleh adlı şəxs Rəfiyə zəng edərək, "1 dənə şey lazımdır, yeşik" Rəfi "yoxdur" deyir, Taleh soruşur, "yarısıda yoxdur?" Rəfi and içərək "olsa verərdimda, indi yoxdur" deyir. 20:12-də Yusif adlı şəxs 1 dənə şey var? "təkər." Rəfi deyir "hə, gəl apar". 21:16 da Elton adlı şəxs Rəfiyə zəng edərək, ona təcili "meti" lazım olduğunu deyir, Rəfi "gəl verərəm" deyir. 04.12.2021-ci il tarixdə saat 18:25-də İlkin adlı şəxs Rəfiyə zəng edərək, 1 dənə "meti", 1 dənədə 05 "kako" lazımdır, Rəfi razılaşır və deyir gəl verim. 18:46-da Yusif adlı şəxs zəng edərək, "1 dənə pati, 1 dənədə torpaq" istəyir.05.12.2021-ci il tarixdə saat 18:49-da Sadiq adlı şəxs Rəfiyə zəng edərək, "qaqa dərman varey xəstəni sağaldan, tramadol va meti" istəyir. Həmin tarixdə saat 21:50-də Səxavət adlı şəxs Rəfiyə zəng edərək, "2 dənə lazımdı" deyir, Rəfi ona "yarısını verə bilərəm" deyir. Həmin tarixdə saat 23:08-də Taleh adlı şəxs Rəfiyə zəng edərək, "1 dənə yarı lazımdı" deyir, Rəfi ona "yoxdur" deyir, Taleh "patida malda yoxdur?" Rəfi "yox sabah olcaq" deyir.06.12.2021-ci il tarixdə saat 09:39-da Həsən adlı şəxs Rəfiyə zəng edərək, "1 dənə şeyin varsa gələk, çəkək" deyir, Rafi "gəl çəkək" deyir. 12:08-də Nağı adlı Rəfiyə zəng edərək, "təkər"in olub-olmadığını soruşur, Rəfi deyir "hə var". həmin günü 12:10-da Yusif adlı şəxs Rəfiyə zəng edərək, nəyin olduğunu soruşur, Rəfi "təkər"in və "kola"nın olduğunu bildirir. 12:38-də Nağı adlı şəxs Rəfiyə zəng edərək, "iki büküm şey hazırla" deyir, Rəfi "gəl götür" deyir. Rəfi Nağıya deyir ki, telefonu oğlum Möhlüdə ver, Möhlüd telefona cavab verdikdə, Rəfi oğluna qaranlıq otağa keçməyi və orada stolun altına baxmasını bildirir. Oğlu möhlüd stolun altına baxarkən deyir ki, burda 2 dənə bükülü var, Rəfi oğluna deyir ki, ondan 1 dənə Nağıya ver. 14:41-də Nağı adlı şəxs Rəfiyə zəng edərək, "1 ədəd 20lik kola" alır. 19:26-da Sadiq adlı şəxs Rəfiyə zəng edərək, 3 dana "təkər" istəyir deyir, Rəfi "pulunu versinlər, gəlsinlər verim" deyir. 07.12.2021-ci il tarixdə saat 10:34-də Çigniz adlı şəxs Rəfiyə zəng edərək, 20lik "torpaq" istəyir, Rəfi deyir "gəl verim", 12:13-də Nağı adlı şəxs Rəfiyə zəng edərək, 5 dənə "tərək" istəyir. 16:4-də Nağı adlı şəxs Rəfiyə zəng edərək, "1 dənə kola istiyir". 17:47-də Sadiq adlı şəxs zəng edərək, "1 dənə hazırlamasını və onun lomkadan çıxarılmasına köməklik göstərməsini"xahiş edir. 29:04-də Elxan adlı şəxs Rəfiyə zəng edərək, ona 1 dənə 15-lik "kola" verməsini xahiş edir. Həmçinin tapşırığa alınmış cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin mənbəyinin müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm, açarlar, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon və 01 ədəd 20 manatlıq pul əskinası, həmin gödəkçənin sol döş cibindən özünə məxsus bank kartı aşkar edilmiş, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında narkotik vasitəyə oxşar maddə aşkar edilmiş, aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Tələnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 23 dekabr 2021-ci il tarixdən 24 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 ay 01 gün müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 24 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 141 manat 04 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0.311 qram narkotik vasitə heroin məhv edilməli, 06 ədəd CD diski cinayət işində saxlanılmalı, hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdən 24 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı beş ay bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il altı ay iyirmi doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 24 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 141 manat 04 qəpik (yüz qırx bir manat dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0.311 qram narkotik vasitə heroin məhv edilsin, altı ədəd CD diski cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-39/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-39/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver