Məhkəmə qərarları › İş №1(014)-39/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-39/2025

19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-39/2025 19.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X14, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Füzuli rayonunun Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, fərdi sahibkarlıqla məşğul olan, Füzuli rayonu, Horadiz şəhəri, B.Sərdarov küçəsi ev 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X12 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 134, 148-1, 156.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsin ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırmış, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla başqa şəxsi öldürməklə hədələmiş, internet informasiya ehtiyatında saxta hesabdan istifadə edərək başqa şəxsə böhtan atmış və təhqir etmiş, şəxsi ailə həyatının sirri olan məlumatları, belə məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamış, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə sonuncunun Ağdaş rayonu, Orta Ləki kəndində aldığı və istifadə olunmayan obyektinin sənədlərini onun adına rəsmiləşirəcəyini bildirib özünə qarşı inam yaratdıqdan sonra sonuncunu aldadıb etibarından sui-istifadə etməklə ondan 02 may 2024-cü il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində “Çənlibel” adlı kafedə ilkin olaraq 500 (beş yüz) manat pul vəsaitini, sonuncunun qohumu Şahid7 vasitəsilə Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “Çənlibel” adlı kafedə, 10 may 2024-cü il tarixdə, 12 may 2024-cü il tarixdə, 20 may 2024-cü il tarixdə, 25 may 2024-cü il tarixdə müvafiq olaraq Zərərçəkmiş şəxs2 məxsus 500 (beş yüz) manat, 300 (üç yüz) manat, 500 (beş yüz) manat, 500 (beş yüz) manat nağd pul vəsaitini, 30 may 2024-cü il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “Çənlibel” adlı kafedə Zərərçəkmiş şəxs2 ona məxsus 500 (beş yüz) manat pul vəsaitini alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 vahid niyyətlə ümumilikdə 2800 (iki min səkkiz yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə övladı X5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına olan gimnaziyanın 5-ci sinifinə qəbul etdirəcəyini bildirib özünə qarşı inam yaratdıqdan sonra sonuncunu aldadıb etibarından sui-istifadə etməklə 24 iyun 2024-cü il tarixdə, saat 13:02-də ünvan 1 ünvanında 500 (beş yüz) manat pulun Zərərçəkmiş şəxs2 arvadı X20 adına olan “Birbank” mobil tətbiqi vasitəsilə 523915******5435 nömrəli bank kartından “X37” ASC tərəfindən verilmiş cinayətdən xəbərsiz olan Şahid9 məxsus 409858******1533 nömrəli bank kartına, 27 iyun 2024-cü il tarixdə, saat 15:29-da ünvan 1 ünvanında 200 (iki yüz) manat pulun X20 adına olan “Birbank” mobil tətbiqi vasitəsilə 416973******3317 nömrəli bank kartından “X37” ASC tərəfindən verilmiş cinayətdən xəbərsiz olan Şahid9 məxsus 409858******1533 nömrəli bank kartına köçürülməsinə nail olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 vahid niyyətlə ümumilikdə 700 (yeddi yüz) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə sonuncunun həyat yoldaşı X30 Yevlax rayonu, Yuxarı Qarxun kənd tam orta məktəbində xadimə vəzifəsinə işə düzəldəcəyini bildirib özünə qarşı inam yaratdıqdan sonra sonuncunu aldadıb etibarından sui-istifadə etməklə 2024-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs5 Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən evinin qarşısında 1100 (min yüz) manat pul vəsaitini şəxsən alaraq Zərərçəkmiş şəxs5 1100 (min yüz) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2014-cü ildə tanış olduğu və həmin tarixdən etibarən sevgi və yaxın münasibətdə olduğu xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 aralarındakı münasibəti 2024-cü ilin fevral ayında bitirməsinə razılaşmayaraq ona təsir etmək və psixoloji gərginlik vəziyyətində saxlamaq üçün şəxsi və ailə həyatının sirri olan məlumatları, belə məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamaq qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs1 mülkiyyətində və faktiki istifadəsində olan “Kia-Soul” minik markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobilə sonuncunun xəbəri olmadan istintaqa məlum olmayan vaxtda və ərazidə “Teltonika FMB910” markalı GPS izləmə cihazını quraşdırmış, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə smartfonlar üçün ani mesajlaşma və mübadilə sistemi olan “WhatsApp” mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1 17 avqust 2024-cü il tarixdə GPS məlumatlarının əks olunduğu video görüntünü sonuncuya göndərib onu izlədiyini bildirərək istintaqa məlum olmayan tarixdən xx.xx.2024-cü il tarixədək müddət ərzində Zərərçəkmiş şəxs1 gün ərzində olduğu yerlər və bu kimi digər məlumatları, həmçinin eyni niyyətlə mobil tətbiqlə internet üzərindən uzaqdan idarə olunma xüsusiyyətlərinə malik “Smartcam” markalı mini kamera əldə edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yevlax və Ağdaş rayonları ərazisində olduğu yerlər barədə məlumatları əks etdirən video çəkiliş materiallarını, həmin hərəkətlərinin davamı olaraq xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində Ağdaş şəhəri, Karvan Yolu küçəsində Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin qarşısında kolluq ərazidə onun qapısı istiqamətində gizli şəkildə həmin kameranı quraşdıraraq qonşuluqda olan Şahid1 tərəfindən aşkar olunaraq götürüldüyü xx.xx.2024-cü il saat 08 radələrinədək Zərərçəkmiş şəxs1 aid məlumatları əks etdirən video çəkiliş materiallarını toplamaqla, sonuncuya aid kənar şəxslərin bilməsini istəmədiyi şəxsi və ailə həyatının sirri hesab edilən məlumatları, belə məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aralarındakı münasibəti 2024-cü ilin fevral ayında bitirməsinə razılaşmayaraq 2024-cü ilin iyun ayından etibarən istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrindən SMS və smartfonlar üçün ani mesajlaşma və mübadilə sistemi olan “WhatsApp” mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə yazaraq Azərbaycan Respublikası CM-in 126-cı maddəsinin məzmununu, kəsilmiş insan qulağının və avtoqəza görüntüsü əks olunmuş fotoşəkilləri göndərmiş, onun idarə etdiyi avtomobili hərəkətdə olan zaman aşıraraq, habelə üzərinə kimyəvi məhlul tökərək qəsdən öldürəcəyi ilə hədələmiş, hədəni reallaşdıra biləcəyini nümayiş etdirmək məqsədilə 2024-cü ilin avqust ayının sonunda idarə etdiyi “Hyundai-Sonata” minik markalı **-HH-*** dövlət nömrəli nişanlı avtomobillə, 04 sentyabr 2024-cü il tarixdə “Honda İnsight” minik markalı **-XK-*** dövlət nömrə nişanlı avtomobillə və 27 sentyabr 2024-cü il tarixdə “Ford Fusion” minik markalı **-NK-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Soul” minik markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobil Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Yevlax və Ağdaş rayonlarının ərazisindən keçən hissələrində hərəkətdə olan zaman həmin avtomobilin hərəkətinə mane olaraq qarşısında sərt tormozlamaqla, həmin avtomobilin ətrafında və ona doğru nümayişkaranə manevrlər etmiş və Zərərçəkmiş şəxs1 vahid niyyətlə hədəni icra edəcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə sonuncunu "xxxx" QSC-nə maşinist köməkçisi kimi işə düzəldəcəyini bildirib özünə qarşı inam yaratdıqdan sonra sonuncunu aldadıb etibarından sui-istifadə etməklə onun tərəfindən 07 sentyabr 2024-cü il tarixdə saat 17:50-də 100 (yüz) manat pul vəsaitinin Hacıqabul rayonu, H.Əliyev prospektində yerləşən “Hacıqabul” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" ASC tərəfindən verilmiş cinayətdən xəbərsiz olan Şahid8 məxsus olan 5522-0993-6332-1068 nömrəli bank kartına, həmin gün saat 17:52-də 25 (iyirmi beş) manat pul vəsaitinin Hacıqabul rayonu, H.Əliyev prospektində yerləşən “Hacıqabul” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" ASC tərəfindən verilmiş cinayətdən xəbərsiz olan Şahid12 məxsus 416973******7447 nömrəli bank kartına, 09 sentyabr 2024-cü il tarixdə, saat 11:11-də və həmin gün saat 12:30-da ünvan 2 ünvanda quraşdırılmış “Mpay” elektron ödəmə sistemi vasitəsi ilə müvafiq olaraq 450 (dörd yüz əlli) manat və 50 (əlli) manat pul vəsaitinin "xxxx" ASC tərəfindən verilmiş cinayətdən xəbərsiz olan X7 məxsus 416973******2781 nömrəli bank kartına, 11 sentyabr 2024-cü il tarixdə saat 11:44-də ünvan 2 ünvanda yerləşən “Mpay” elektron ödəmə sistemi vasitəsi ilə 240 (iki yüz qırx) manat pul vəsaitinin "xxxx" ASC tərəfindən verilmiş cinayətdən xəbərsiz olan Şahid8 məxsus olan 5522-0993-6332- 1068 nömrəli bank kartına köçürülməsinə nail olub, eyni niyyətlə 2024-cü ilin sentyabr ayının ortalarında Hacıqabul şəhərində yerləşən “Hacıqabul” marketin yanında 300 (üç yüz) manat, 2024-cü ilin sentyabr ayının ortalarında Hacıqabul şəhəri ərazisində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun kənarında yerləşən “ Qədir Xum” adlı istirahət mərkəzinin qarşısında 240 (iki yüz qırx) manat, 15 sentyabr 2024-cü il tarixdə, saat 08 radələrində Hacıqabul şəhəri ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun kənarında yerləşən “ Qədir Xum” adlı istirahət mərkəzinin qarşısında 1500 (min beş yüz) manat nağd pul vəsaitini şəxsən zərərçəkmiş şəxsdən almış, 22 sentyabr 2024-cü il tarixdə saat 20:33-də 350 (üç yüz əlli) manat pul vəsaitinin pul vəsaitinin Hacıqabul şəhəri, H.Həmidov küçəsi, e v 28- d ə yerləşən “Haqqın Yolu” adlı marketdə quraşdırılmış “ MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə istintaqa məlum olmayan şəxsə məxsus olan bank kartına, həmin gün saat 20:36-da 30 (otuz) manat pul vəsaitinin Hacıqabul şəhəri, H.Həmidov küçəsi, e v 28- də yerləşən “Haqqın Yolu” adlı marketdə quraşdırılmış “ MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" ASC tərəfindən verilmiş cinayətdən xəbərsiz olan Şahid11 məxsus 416973******7050 nömrəli bank kartına, 23 oktyabr 2024-cü il tarixdə, saat 10:18-də 200 (iki yüz) manat pul vəsaitinin Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 28-də yerləşən “Haqqın Yolu” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" ASC tərəfindən verilmiş cinayətdən xəbərsiz olan Şahid10 məxsus 416973******3615 nömrəli bank kartına, 24 oktyabr 2024-cü il tarixdə, saat 08:56-da 400 (dörd yüz) manat pul vəsaitinin Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 28-də yerləşən “Haqqın Yolu” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə "xxxx" ASC tərəfindən verilmiş cinayətdən xəbərsiz olan Şahid10 məxsus 416973******3615 nömrəli bank kartına köçürülməsinə nail olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 vahid niyyətlə ümumilikdə 3885 (üç min səkkiz yüz səksən beş) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə Gəncə rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncuya dəymiş 5000 (beş min) manat ziyanın qaytarılmasında köməklik göstərəcəyini bildirib özünə qarşı inam yaratdıqdan sonra onu aldadıb etibarından sui-istifadə etməklə 2022-ci il tarixdən 2024-cü ilin oktyabr ayının ortalarınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində bir hissəsini şəxsən zərərçəkmiş şəxsdən alıb, bir hissəsini isə istintaqa məlum olmayan bank kartılarına köçürülməsinə nail olmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aralarındakı münasibəti 2024-cü ilin fevral ayında bitirməsinə razılaşmayaraq məcburi qaydada onunla münasibətlərini davam etdirməsini və onun işdən çıxmasını tələb etmiş, bu məqsədlə 2024-cü ilin fevral ayından başlayaraq onda sonuncu barəsində şəxsi rüsvayedici məlumatların - xəbəri olmadan çəkilmiş foto və video görüntülərin, vəzifəli şəxslərlə SMS yazışmalarının olduğunu deyib özündən sair cəhətdən, yəni psixoloji asılı vəziyyətə gətirdiyi Zərərçəkmiş şəxs1 onunla barışmayacağı və işdən çıxmayacağı təqdirdə qeyd olunan şəxsi məlumatları sosial şəbəkələrdə paylaşıb cəmiyyətdə biyabır edəcəyini deyərək hədə-qorxu gəlmiş, həmin məqsədlə xx.xx.2024-cü il tarixdə “Facebook” sosial şəbəkəsində bütün internet istifadəçiləri üçün açıq olan, şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair məlumatları gizlətməklə doğum tarixi, iş yeri və təhsil yerinə dair yalan məlumatlar yerləşdirməklə yaratdığı “Təhsil Gündəmi” adlı saxta hesabda həmin tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan ərazidə mütamadi olaraq Zərərçəkmiş şəxs1 fotoşəkillərini paylaşaraq, habelə eyni niyyətlə sonuncunun atası Zərərçəkmiş şəxs6 barəsində məzmununda onların şərəf və ləyaqətini nalayiq formada ləkələyən və alçaldan, nüfuzdan salan, işgüzar nüfuzuna xələl gətirən “Şəxsen bu 8 rəqəmi oxuyub yaza bilmeyen Zərərçəkmiş şəxs1nin kökü olmayan bəzi telim fason (əslində regional daxili pul silmek üçün. Teşgil olunur qruplarina qoşulmayin. təlimdən tərbiyəden xeberi olmayənin özü bir il sinif otağı gormeyen 40 il sinifde kulunc vuran müəllime təlimdən tərbiyəden danışmağa haqqı yoxdur; Bu xanım X47 təhsil idarəsinin Tədrisin keyfiyyəti sektoruna nezaret edir. Təhsildə tədrise edenin leksionunda qadına yaraşmayan sözlər hətta kişiler bele yüz mindən bir söyüşü diline getirdiyi sözü bunda adet enene alıb; Bu xanım Zərərçəkmiş şəxs1di. Azerbaycan Qadına xas olmayan söyüşlər leksionunda özüdə Merkezi Aran regional təhsil arəsində sektor müdiri rəqəmləri oxuya bilmeyen şəxs tədrisin keyfiyyetine nezaret edir...”, “Eziz Ağdaş ictimaiyeti bu şəxs X17 bayramovanin 14 iyulda lənkaranda idarə müdiri ile bir otelde gecelediyin aşkar edib ona bu barədə məlumat verenden sora özlerin müdafiə və qızın adina çıxan söz sohbeti təmizləmək xarakteri daşıyır.Əlimde kifayet qədər fakt var.Bu söz söhbətin çıxmaması üçün hətta idarə müdiri menim heps olunmağım üçün elimde olan faktları sildirmek üçün rayon polis şöbəsine yalvar yaxarda edib amma kifayet qeder Zərərçəkmiş şəxs1nin idarə müdiri ilə cinsi münasibətinin olması barədə faktlar var yaxın günlərdə ictimaiyyətə elan olunacaqdır. Bəhram Byramov arada menim dələduz olmağım barədəsöz söhbət yaratmaqdansa qızin cibinə göre müdiri ile günlerle ezamiyyət adı ile hara getməyinə ve toya gedib harda gecelemeklerin arxasınca dus namusunu təmizlə. Bəhan bayramov namusu yerinde olsaydı arvadın sinif yoldaşına qızın ere vermezdi. Bu şəxs pula göre namus sözün görmür. Heyif ki o cür Ağdaş torpağında bu cür şəxslər gezir...” və bu kimi sair məzmunlu söz və ifadələrdən ibarət uydurma paylaşımlar edərək internet informasiya ehtiyatında saxta hesabdan istifadə edərək kütləvi nümayiş etdirməklə onların şərəf və ləyaqətini ləkələləməklə təhqir etmiş və böhtan atmış, həmin paylaşımların fotoşəklini çəkərək Zərərçəkmiş şəxs1 göndərib şərtlərini yerinə yetirməyəcəyi təqdirdə paylaşımların davam edəcəyinə dair hədə-qorxu gəlməyə davam etmiş, nəticədə sonuncu xx.xx.2024-cü il tarixdə həmin paylaşımları oxuduqdan sonra onun tərəfindən ləyaqətinin mütəmadi olaraq alçaldılması, barəsində rüsvayedici məlumatları yaymaqla hədə-qorxu gəlinməsi, hədələrin artıq reallaşaraq ailə üzvləri, yaxınları və cəmiyyət qarşısında rüsvay olması, habelə hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla ölümlə hədələnməsi, şəxsi ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən video çəkiliş materiallarının qanunsuz toplanması və davamlı olaraq izlənməsi səbəbindən emosional reaksiya (ekstremal psixi vəziyyət) halına düşüb sair cəhətdən, yəni psixoloji ondan asılı olduğunu başa düşərək tək çıxış yolunun özünü öldürmək olduğu qənaətinə gəlib xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadığı Ağdaş şəhəri, Karvan yolu küçəsi ev 7/6-da yerləşən fərdi yaşayış evində özünü öldürmək məqsədilə 28 ədəd “Espa-10” adlı dərman həbləri qəbul etdikdən sonra ailə üzvləri tərəfindən təcili tibbi yardım çağırılması və vaxtında tibbi yardım göstərilməsi nəticəsində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət alaraq özünü öldürməyə cəhd etmiş, bununla da ondan sair cəhətdən asılı olmuş Zərərçəkmiş şəxs1 özünü öldürməyə cəhd həddinə çatdırmış, internet informasiya ehtiyatında saxta hesabdan istifadə edərək vahid niyyətlə Zərərçəkmiş şəxs1 və onun atası Zərərçəkmiş şəxs6 böhtan atmış və təhqir etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 134, 148-1, 156.1 və 178.2.2-ci maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2009-cu ildə Daxili İşlər orqanlarında xidmət edərkən xidmət yerini dəyişməklə bağlı 102 xidmətinə sənəd verərkən komputer kursuna müraciət etmişdir. Həmin vaxt həmin kursda Zərərçəkmiş şəxs1 müəllimə işləyirdi. Onunla həmin vaxt tanış olmuş, xanım çox vaxt ona köməklik etmişdir. 27 avqust 2010-cu ildə kursdan sertifikat almışdır. Həmin vaxtdan 2015-ci ilə kimi onlar bir-biri ilə əlaqə saxlamışlar, demək olar ki, hər həftə, 2-3 gündən bir, bir-birindən məsləhət almışlar, ad günlərini təbrik etmişlər. O, 2017-ci ilin avqust ayında ailəsindən rəsmi qaydada ayrılmış və Leyla Bayramov ilə münasibəti başlamışdır. İlk deyəndə razı olmamışdı, amma 2017-ci ilin noyabr ayında razılaşdı. 2018ci ilə kimi elə-belə danışmışlar. 2018-ci ildən 2024-cü ilin may ayının 9-a kimi bir yerdə yaşamışlar. Bundan sonra 13 may 2024-cü ildə Zərərçəkmiş şəxs1 dövlət qulluğuna imtahan vermiş, anası ilə birlikdə Zərərçəkmiş şəxs1 Ağdaşa gətirmişdir. Səhəri gün Zərərçəkmiş şəxs1 işlədiyi idarənin xətti ilə Mingəçevirə yoxlamaya gedərkən, avtomobildə Qarabağ Universitetinə olan ezamiyyət vərəqəsini görüb, ona deməməsinin səbəbini soruşmuş, buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs1 ona dedi ki, burdan çıxıb DİN-ə ondan şikayət edəcək. O, da ”get hara şikayət edirsən et” demiş, bundan sonra aralarında biraz soyuqluq yaranmışdır. Zərərçəkmiş şəxs1 2024-cü ilin fevral ayında münasibətlərinin bitdiyini qeyd edir, lakin 2024-cü ilin may ayında o, Zərərçəkmiş şəxs1 toya gedəcəyini bilmiş, onlar bu barədə məsləhətləşmişlər, hətta Leyla paltar sifariş vermişdi, o, həmin paltarı Bakı şəhərindən rayona yola salmışdır. X25 toydan iki gün əvvəl Zərərçəkmiş şəxs1 evinə gəldiyini bilmiş, deyilənə görə Ağdaş Təhsil Sektorunun müdiri bunları Kürdəmirə aparıb, oradan Zərərçəkmiş şəxs1, Namidə Abbasova, Elçin Kərimov və Seymur adlı şəxs Lənkəran şəhərinə Dəniz otelə getmişlər. O, onların arxasınca getdikdə adı çəkilən şəxsləri oteldə görmüşdür. Səhərə kimi orada gözləmiş, oteldən 4-ü də bir yerdə çıxmışlar. Axşama qədər gözləmiş, axşam toydan çıxıb, həmin otelə qayıtmışlar. Otel iki mərtəbədən ibarət olmuş, 1-ci mərtəbədə 4 otaq, 2-ci mərtəbədə 3 otaq var idi. O, ikinci mərtəbədə 145 manat verib otaq tutmuş, administratorun yanına düşüb yuxarıda istirahət edən şəxslərin tanışları olduğunu bildirib onlara çay aparmasını istəmiş, administrator dəhlizdən keçərkən 1-ci otağın qapısını açan Elçin Kərimovun, 2-ci otağın qapısını açan Seymurun olduğunu görmüşdür. Kim-kimin yanında qalıb bilmir, ama danışıqlardan başa düşmüş ki, Zərərçəkmiş şəxs1 Elçinin yanında qalıb. Bundan sonra Zərərçəkmiş şəxs1 atasına zəng etmiş, atası dedi ki, “sən kimsən mənim qızımı güdürsən, kimnən qalır özü bilər”, o, Leylanın atasına onların evində qaldığını, qabağına çay, yemək qoyduqlarını, birlikdə Xaçmaza istirahətə getdiklərini deyib, onun kim olduğumu bilmədiyini soruşmuş, sonra mübahisə etmişlər və o, telefonu söndürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs1 görüşüb danışmağı təklif etmiş, uzaq başı ona xəyanət etdiyinə görə Leylaya bir sillə vurardı. Bundan sonra bir neçə dəfə onun arxasından gəlib-getmiş, çünki xarici pasportu Leylada olmuş, lakin Zərərçəkmiş şəxs1 həmin sənədləri verməmiş və ona hədə-qorxu gəlmişdir. 14 iyul 2024-cü ildən sonra ayda iki dəfə Leylaya yaxınlaşmış, o, heç birində yaxınlıq verməyib, ona təhqiredici sözlər yazmışdır. O, Leylanı hədələməmiş, onu öldürmək fikri olmamış, belə fikri olsa idi iş yerinin qarşısında hər gün keçdiyi yol var, o, həmin hərəkəti edərdi. 2024-cü ilin sentyabr ayının əvvəllərində o, söhbət etmək üçün Leylaya yaxınlaşmış, atası onu öldürməklə hədələmiş, o, da “sözümü deyim, nə istəsəz edin” demişdir. 13 sentyabr 2024-cü ildə Ağdaş RPŞ-nin təhqiqatçısı Rəcəb Rəcəbov ona Zərərçəkmiş şəxs1 ondan şikayət etdiyini demiş, o da sabah gələcəyini bildirmişdir. Həmin vaxt o, Yevlax şəhərində Rahat marketin yanında olmuş, Ağdaş RPŞ-nin Emin adlı əməkdaşı və iki nəfər başqa əməkdaşı ona yaxınlaşıb, şöbəyə gəlməkdən imtina etdiyini əsas gətirərək onu məcburi qaydada avtomobilə əyləşdirib Ağdaş RPŞ-yə gətirmişlər. Həmin vaxt heç bir pozuntu etməsə də barəsində həbs seçilmişdir. O, özü DİN əməkdaşı olmuş, heç vaxt polisə hörmətsizlik etməmişdir. Polis şöbəsində ona vətəndaşın hər yerə şikayət etdiyini, onu məhkəməyə çıxardacaqlarını və 200 manat cərimə olunacağını bildirmişlər, o, da razılaşmışdır. Sonra məhkəmə barəsində 8 sutka həbs seçmiş, tənbehi çəkdikdən sonra İlkin Hüseynov onun qarşısına Zərərçəkmiş şəxs1 yazmamaq və yaxınlaşmamaq şərti qoymuşdur. O, həbsdən çıxdıqdan sonra əşyalarını və sənədlərini Leylanı hədələyib ondan tələb etmiş, Zərərçəkmiş şəxs1 yenidən onun barəsində polisə şikayət etmiş, 27.09.24-də Yevlax şəhərində 264-cü kmdə Zərərçəkmiş şəxs1 avtomobili saxlaması üçün işarə vermiş, o, avtomobili saxlamayaraq həmin yerdən polisə zəng vurub onu ölümlə hədələdiyini demişdir. Bu hadisə Yevlaxda olmasına baxmayaraq araşdırma Ağdaş RPŞ-də aparılmamalı idi. 27.09.24-də ərizə olmaya-olmaya onun avtomobilinin saxlanılması barədə göstəriş verilmiş ki, guya o, Zərərçəkmiş şəxs1 hədələmiş və onun avtomobilində silah var. O, DİN-də makardan istifadə etmiş, lakin onu heç söküb yığa bilmir. Qaradağ RPŞ-nin 11-ci polis bölməsinə çatdıqda ona saxlanılması barədə göstəriş olduğunu, Ağdaş RPŞ-nin əməkdaşlarının gəlib onu aparacaqlarını demişlər. Həmin gün saat 14.30 radələrində Namiq və Neymət adlı əməkdaşlar gəlib onu Ağdaş RPŞ-yə apardılar, Röyal Lətifov onun telefonunu alıb format etdirdi. Onun tutulduğu vaxt saat 00:45 kimi qeyd olundu. Ağdaş rayon məhkəməsi onun barəsində həbs seçdikdən sonra bəzi pul məsələləri var idi, həmin şəxslərin danışıqları məcburi qaydada çıxarılıb, həmin şəxsləri çağırıb ərizələrini alıb, ondan şikayət etdirmişlər. Həmin şəxslərin bəzilərini həbslə hədələmişlər, bəzilərini 8 saat qanunsuz saxlamışlar. Hacıqabul rayon polis Şöbəsinin müstəntiqi noyabr ayının 4-ü ərizə alıb, ayın 5-i ondan izahat alıb, o, da həmin şəxsin ziyanını ödəməyə hazır olduğumu demişdir. Vəkili Hacıqabul RPŞ-yə zəng edib 3 dəfə maraqlandıqda onun barəsində şikayət olmadığını bildirmişlər. Onu daha uzun müddətə həbsdə saxlamaq məqsədi ilə barəsində cinayət işi açıblar. Həbsdən çıxıb Hacıqabul RPŞ-yə getmiş, dəymiş ziyanı ödəmək istəmiş, lakin ona imkan yaradılmadan barəsində həbs seçib onu Şüvalandakı təcridxanaya yerləşdirmişlər. 8 saat orada qaldıqdan sonra onu məhkəməyə aparıb, ev dustaqlığı qətimkan tədbiri seçmişlər. Ona Abşeron RPŞ-nin əməkdaşları nəzarət etmiş, hər gün polis əməkdaşı ilə əlaqə saxlamıçdır. Bundan 20 gün sonra Ağdaş rayon prokurorluğunun müstəntiqi Kərim İsmayılbəyli ona zəng edərək, Zərərçəkmiş şəxs1 intihara cəhd etdiyini, izahat vermək lazım olduğunu demiş, ola bilər ki Leylanı hədələdiyindən əsəbləşib intihara cəhd edib, ama necə olur ki, xx.xx.2024-cü ildə o, həbs olunan müddətdə və saatda bu intihara cəhd edir. Bu heç də təsadüf deyil. Zərərçəkmiş şəxs1 RPŞ-nin rəis müavini İlkin Hüseynovun dedikləri ilə hərəkət edib. O, həbs olunan kimi İlkin Hüseynov intihara cəhdi bəzəmək üçün telefonundan məlumatlar götürmək üçün onun telefonunu götürmüşdür. Zərərçəkmiş şəxs1 ilə uzun müddət bir yerdə yaşadığı üçün onun bədənində bəzi problemlər olduğunu bilmiş, onun ödü olmadığından 4 dəfə zəhərlənib, toksikologiya mərkəzinə özü aparmışdır. Zərərçəkmiş şəxs1 onu uzun müddətə həbs etdirmək istəyir. Ölümlə hədələmə işinə Ağdaş RPŞ xitam verilib, daha sonra prokuror həmin qərarı ləğv etmişdir. Zərərçəkmiş şəxs1 sağlam psixologiyada deyil, intihara meyilli adam deyil, o, işdən çıxdıqda Leyla ona daima təskinlik verib, sağlam düşüncəyə malikdir. İntihara cəhd iki ay əvvəldən planlaşdırılmışdı. Zərərçəkmiş şəxs1 Ağdaş RMX gəlib bir nəfərlə məsləhətləşib, lakin həmin şəxs hazırda orada işləmir. Kərim İsmayılbəyli ona zəng vuranda müdafiəçisinin xarici ölkədə olduğunu, 5 günə gələcəyini, müdafiəçisi ilə birlikdə prokurorluğa yaxınlaşacağını demiş, Kərim ona gəlməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağını bildirmişdir. 21 dekabr 2024-cü il tarixdə saat 09:30-da Ağdaş RPŞ-nin əməkdaşları Ağdaş şəhərindən çıxıb NZS qəsəbəsinə gəlmişlər, onu evdə tapmayıb çıxıb getmişlər. Daha sonra Kərim müəllim ona zəng edib qeyd olunan ünvanda yaşamamasının səbəbini soruşmuşdur. 25 dekabr 2024cü ildə vəkili ilə birlikdə Ağdaşa gəlmiş, hər şeyin qurma olduğunu orada öyrənmiş, daha sonra barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, onda Zərərçəkmiş şəxs1 təhdit edəcək şəkil, video və ya səs yazısı yoxdur, sadəcə normal şəkilləri olub. Zərərçəkmiş şəxs1 heç vaxt şantaj etməmiş, üzünə sulfat turşusu tökəcəyi ilə bağlı heşnə deməmiş, onun avtomobilinə GPS yerləşdirməmiş, nə evinə nə də başqa bir yerə kamera qoymamış, “Təhsil Gündəmi” adlı səhifə işlətməmiş, başqa biriləri tərəfindən həmin məlumatların paylaşılmasında rolu olmamış, Zərərçəkmiş şəxs1 avtomobil idarə etdiyi zaman onun həyatını təhlükəyə atacaq heç bir hərəkət etməmiş və yaxud ona qəza şəraiti yaratmamışdır. Zərərçəkmiş şəxs1 ilə aralarında olan münasibətlərə dair heçnə sübut saxlamamışdır. “Təhsil Gündəmi” paylaşımları olan zaman sonu 36-86 və 43-88 ilə bitən nömrələri olmuş, “Təhsil Gündəmi” adlı səhifənin paylaşımları ilə əlaqədər olaraq heç kimlə əlaqə saxlamamış və həmin səhifənin onunla heç bir əlaqəsi yoxdur, ümumiyyətlə Zərərçəkmiş şəxs1 barəsində rüsvay edici məlumatlarının yayılması ilə bağlı heç bir əlaqəsi yoxdur. Dələduzluqla bağlı Zərərçəkmiş şəxs3la məsələdə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə özünü təqsirli bilir. Zərərçəkmiş şəxs3 onu işə düzəltmək məqsədi və yaxud hər hansısa bir sənəd məsələsini həll edəcəyinə dair pul almamış, ondan sadəcə avtomobil almış və onunla arasında borc qalmış, həmin borcu verməmişdir. Cinayət Məcəlləsinin 125, 134, 148-1, 156.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir, ona qarşı irəli sürülmüş ittiham Ağdaş rayon prokuroru və Ağdaş rayon Polis Şöbəsinin qurmuş olduğu senarilərə əsasən iş materiallarına əlavə edilmiş sənədlərə dayanır. O, Zərərçəkmiş şəxs1 ilə ailə münasibətlərində olarkən ödü olmadığına görə qidalar ona tez təsir etdiyinə və zəhərlənmə ehtimalları olduğuna görə bir neçə dəfə xəstəxanalara müraciət etmişlər, onlar ailə münasibətində olarkən bu hal üç dəfə baş vermiş, xəstəxanaya iki dəfə rəsmi, bir dəfə isə qeyri rəsmi müraciət etmişlər. Zərərçəkmiş şəxs1 istifadəsində olan avtomobil alınarkən 14000 manat məbləğində pulu özü, qalan 3000 manatı isə Leyla xanım özü qoymuşdur. Maşın Leyla xanımın adına rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs1 ilə münasibətlərinin pozulmasına səbəb Zərərçəkmiş şəxs1 ona xəyanət etməsi olmuşdur. Onlar qarşılıqlı razılıq əsasında bir birinin avtomobillərinə kameralar quraşdırmışlar, o, Bakı şəhərinə getdikdə bir-birini mütəmadi olaraq izləyə bilirdilər. Zərərçəkmiş şəxs1 ailə üzvlərindən hər hansı bir şəxsin espa 10 dərmanından istifadə etməsini xatırlamır, lakin Zərərçəkmiş şəxs1 anası astma xəstəliyindən əziyyət çəkir, mütəmadi olaraq müalicələr alır. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2014-cü ildə Bakı şəhərində yerləşən İqtisadiyyat Universitetinin yaxınlığında ingilis dili müəllimi işləyən rəfiqəsi Pərvin Şirəliyevanın yanına getdikdə Təqsirləndirilən şəxs orada görmüş və həmin vaxtdan onlar bir-birinə mobil nömrələrini və sosial şəbəkələrdəki istifadəçi hesablarını vermişlər. Təxminən 2015-ci ilin sonlarına kimi onların arasında dostluq münasibəti olmuş və bu müddət ərzində onlar sadəcə olaraq 3-4 dəfə bir-birinə sms yazaraq hal-əhval tutmuşlar, Cavid ona özünü Daxili İşlər Nazirliyini əməkdaşı kimi təqdim etmiş, Təqsirləndirilən şəxs ona 2015-ci ilin sonlarında xərçəng xəstəsi olduğunu bildirsə də, bir müddət sonra sonuncunun onu aldatdığını öyrəndiyi üçün onunla aralarında olan dostluq münasibətlərini kəsmişdir. 2018ci ilin ortalarında Cavid onun mobil nömrəsini taparaq yenidən əlaqə saxlamış və onların arasında yenidən dostluq münasibəti davam etmiş, həmin müddət ərzində o, Cavidi polis formasında gördüyü üçün onun həqiqətən də Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuna inanmışdır. 2019-cu ilin avqust ayında o, Bakı şəhəri, Masazır Qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində özünə yeni mənzil almış, lakin həmin müddətdə “COVİD-19” pandemiyasına görə Respublika ərazisində komendant saatı elan edilmiş, buna görə də həmin müddət ərzində hər hansı təmir işlərinin aparılması mümkün olmamış, o, həmin vaxt ustaların evində işləməsi, mağazaların lazım olan vaxt açılması üçün DİN-nin əməkdaşı kimi özünü təqdim etmiş Təqsirləndirilən şəxs köməyindən istifadə etmişdir. Bundan sonra onların arasında inam-etibar və sevgi münasibətləri yaranmağa başlamış, Təqsirləndirilən şəxs ona bu müddət ərzində arvadı və övladının vəfat etdiyini söyləmiş, o, da Cavidin sözlərinə inandığı üçün 2021-ci ildə onu ailəsi ilə tanış etmişdir. O, ancaq telefon vasitəsilə Təqsirləndirilən şəxs anası, atası, bacısı və bibisi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs ona ailə qurmağı təklif etmiş, lakin daha sonra müxtəlif bəhanələr gətirirək elçi göndərməkdən imtina etmişdir. 2022-ci ilin əvvələrində o, Cavidin ailəli olduğunu öyrənmiş, hətta bacısı Cavidə ilə telefon vasitəsilə əlaqə saxladıqda Cavidin ailəli olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə ailəli olmadığını, bacısının və arvadının ona xəyanət etdiyini, ona görə də bacısının onun barəsində yalan məlumatlar verdiyini bildirmişdir. Cavid ona subay olduğunu təsdiqləmək üçün 2022-ci tarixli boşanma qətnaməsini də göstərmiş, o, da Cavidə inanmağa davam etmiş, lakin artıq Cavidin onu aldatması ilə bağlı şübhələri olduğu üçün aralarında olan münasibət soyumağa başlamış, buna görə də aralarında tez-tez mübahisələr baş vermiş, bir neçə dəfə Cavidlə münasibətlərini sonlandırmağa çalışmış, o, hər dəfə yollarını ayırmağa çalışan zaman Cavid növbəti yalanlarla və oyunlarla onu öz qurbanına çevirmiş, avtomobilinin təkərini kəsir, daha sonra yolda yaxınlaşıb guya təsadüfən burdan keçdiyini bildirib aparıb avtomobili ustaya vermiş, ailəsinin və onun gözündə özünü qəhrəmana döndərən oyunlar, planlar qurmuş, korrupsiya idarəsindən mesaj yazdırıb oyun qurub, sonra guya onu həmin idarəyə getməkdən xilas etmiş, vergi cinayətləri orqanından mesaj yazdırır sonra isə guya onu həmin orqana getməkdən xilas etmiş, Cavid bunu pulla etdiyini bildirmiş, qarşılığında həm ailəsini, həm də onu özündən asılı və guya borclu hala salmış, eyni zamanda ondan borc adı ilə pul almış, pulları güclə geri qaytarmış, bəzən də qaytara bilməmişdir. Ailəsi ilə istirahətə gedən zaman Cavid onu da özləri aparmayacağı təqdirdə avtomobilini aşıracağı, ailəsinə zərər vuracağını və onu öldürəcəyi ilə hədələmişdir. O, qorxduğu üçün Cavidi ailəsi ilə getdiyi gəzintilərə, istirahətə belə aparmalı olmuşdur. O, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs ayrılmış, buna səbəb isə Təqsirləndirilən şəxs ona çoxsaylı yalanlar danışmağını aşkar etməyi olmuşdur. O, Caviddən ayrılandan sonra Cavid onu bağışlamağı üçün ona hədə-qorxu gəlməyə başlamış, belə ki, Cavid onun xəbəri olmadan “Facebook” və “Whatsapp” sosial şəbəkələrində vəzifəli şəxslərlə arasında olan sms yazışmalarını əldə edərək onunla barışmayacağı təqdirdə həmin sms yazışmaları sosial şəbəkələrdə yayacağı ilə bağlı hədə-qorxu gəlmiş, o, əvvəl Cavidin bu cür hərəkətlərinə qeyri-ciddi yanaşsa da, daha sonra ondan qorxmağa başlamış, bundan başqa özünü DTX əməkdaşı kimi təqdim edərək, əgər onu polisə versə daha pis şəkildə onu cəzalandıracağını, videolarını, səs yazılarını, telefon danışıqlarını, sms yazışmalarını sosial şəbəkələrdə yayacağı ilə bağlı hədə-qorxu gəlmişdir. Belə ki, Cavid ona sevgi münasibətlərinə dair mesajların, onun şəxsi məlumatlarının, videolarının, səs yazılarının, telefon danışıqlarının, sms yazışmalarının olduğunu, həmin mesaj və digər şəxsi məlumatlarını iş yoldaşlarına göstərərək, sosial şəbəkələrdə paylaşaraq onu rüsvay edəcəyini, işgüzar nüfuzuna zərər vuracağını, onu biabır edəcəyini deyərək onu hədələmişdir. Caviddə onun hər hansı konkret şəxsi məlumatlarının olduğunu bilməsə də də, aralarında uzun müddət sevgi münasibətləri olduğuna görə Caviddə şəxsi məlumatlarının olması ehtimalı böyük olmuşdur. Həmçinin Cavid ona bir neçə dəfə “sən bilmirsən mənim əlimdə sənin nələrin var, sən bilmirsən sənin xəbərin olmadan hansı şəkillərini, videolarını çəkmişəm” sözlərini demişdir. O, Cavidlə bəzi hallarda istirahət mərkəzlərində eyni otaqda qalmış, buna görə də, o, Caviddə şəxsi məlumatlarının, ləyaqətini alçaldan şəkillərinin, videolarının olduğuna inanmış və bu səbəbdən Caviddən qorxmuşdur. Bundan başqa Cavid dəfələrlə onu izlədiyini bildirmiş, Cavidin onun icazəsi və xəbəri olmadan şəxsi avtomobilinə GPS cihazının quraşdırdığını öyrəndikdən sonra 2024-cü ilin iyun ayının əvvəllərində müəyyən edib sökdürmüşdür. Bundan başqa Cavid ona dəfələrlə özünə məxsus avtomobillə onu izlədiyini əks etdirən videogörüntülər göndərmişdir. Cavid onann işdən çıxmağını, evdən kənara çıxmamağını tələb etmiş, əks təqdirdə onun üzünə sulfat turşusu (kislota) tökəcəyi və onu öldürəcəyi ilə hədə-qorxu gəlmişdir. Cavid ona yazdığı mesajlarda onu öldürəcəyi ilə hədələmiş və Azərbaycan Respublikası CM-in müxtəlif maddələrinin şəkillərini göndərərək barəsində şikayət edəcəyi təqdirdə onu gözləyən cəzalara razı olduğunu, özünün isə biabır olacağını demişdir. Bundan başqa Cavid kəsilmiş qulaq fotoşəkli, qəsdən öldürüldüyünü dediyi şəxslərin fotoşəkillərini göndərərək onun da aqibətinin qəsdən öldürülən şəxslərlə eyni olacağını demişdir. 2024-cü ilin mart ayından Təqsirləndirilən şəxs hər gün idarə etdiyi “Honda” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi “Kia Soul” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Ələt-Qazax, Ağdaş-Yevlax, Ağdaş- Xaldan, Ağdaş-Şəki magistral yollarında hərəkətdə olan zaman izləməyə başlamış, bunlar nəticə vermədikdə isə anasına və atasına mobil telefonla fərqli nömrələrdən mesajlar yazıb, onu öldürəcəyi ilə bağlı hədələmişdir. O, Caviddən bütün bu olanlardan necə məlumatı olduğunu soruşduqda isə sonuncu ona proqramlar vasitəsilə bütün şəhər daxili kameralarına, eyni zamanda post kameralarına qoşulduğunu, hətta telefon danışıqlarını belə dinlədiyini söyləmişdir. Cavid onu izlədiyini təsdiq edən videoları, onun avtomobilnin məkan məlumatlarını ona göndərərək onu izlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona yaşatdığı hadisələrdən sonra onda panik atak keçirmə, nevroloji xəstəlik yaranmışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs onu narahat etməməsini bildirsə də mütəmadi olaraq öz hərəkətlərini davam etdirmiş, ona gərgin psixoloji əzab vermişdir. Cavid əvvəlcə xx.xx.2024-cü il tarixdə, daha sonra isə xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillərlə onun idarə etdiyi “Kia Soul” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına keçərək müxtəlif manevrlər etməklə qəza şəraiti yaratmış, nəticədə həyat və sağlamlığı üçün təhlükə yaratmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə o, işdən gec çıxdığı üçün onu öldürməklə hədələmiş, bir gün sonra yəni, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Kia Soul” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 264 km-də, Yevlax rayonunun ərazisində yerləşən stasionar postun yaxınlığında ötmə əməliyyatına başladıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Honda” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan sürətlə ona yaxınlaşıb avtomobili beton bardürlə onun avtomobilinin arasına salaraq qəza şəraiti yaratmışdır. Daha sonra isə ona sms yazaraq onun barəsində şikayət etməyi ilə bağlı tövsiyə vermişdir. Yalnız psixoloji vəziyyətində narahatçılıq olan insan bu hərəkətləri edə bilərdi. Bundan sona atası Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixdə X57 Vilayət Eyvazovun qəbuluna yazılıb bütün baş verən hadisələrlə bağlı ərizə ilə müraciət etmiş, həmin gün axşam Təqsirləndirilən şəxs ona “indi mende çox çey edecem ani bir mament ortadan çıxıb seni məhv edecem. Guya nazire yazdiz qəbul girduz ne dəyişdi”, “Bir gün tez bir gün gec seni ne olur olsun məhv edecem bu her an ola biler” smsləri yazaraq onu öldürməklə hədələmişdir. xx.xx.2024-cü il tarixdə isə o, idarə etdiyi “Kia Soul” markalı, **- LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 264 km-də, Yevlax rayonunun ərazisində yerləşən stasionar postunu keçdikdən sonra yolun kənarında xarici işıq siqnalları yanılı avtomobilin dayandığını görmüş, o, həmin avtomobilin sürücüsünün Cavid olduğunu hiss etmiş, belə ki, bir neçə gün əvvəlcədən Cavid onu öldürməklə hədələmişdir. O, hərəkəti davam etdirib avtomobili keçib getmiş, bu zaman həmin avtomobilin sürücüsünü görməsə də, həmin avtomobilin “Ford” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşdür. Bundan sonra o, yan güzgülərdən avtomobilin hərəkətə başlayaraq surətlə ona yaxınlaşdığını görmüş, bu zaman sürücünün Təqsirləndirilən şəxs olduğuna əmin olmuş, Cavid avtomobili sürətlə hərəkət etdirərək əvvəlcə onun avtomobilinin sol tərəfinə daha sonra isə qarşısına keçərək müxtəlif manevrlər etməklə qəza şəraiti yaratmışdır. Bundan sonra o, avtomobilin surətini azaldıb yolun kənarında saxlamış, bir neçə dəqiqə özünə gəldikdən sonra DİN-in 102 xidmətizəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Cavidin ona qarşı etdikləri onda qorxu və gərgin psixoloji vəziyyət yaratmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını və barəsində Ağdaş rayon Məhkəməsi tərəfindən 20 gün müddətində inzibati həbs seçildiyini öyrənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “Facebook” sosial şəbəkəsində “Təhsil gündəmi” adlı səhifə yaradaraq həmin səhifədə onun barəsində rüsvayedici, guya onun Təhsil sahəsinə layiqli insan olmamağı, şəxsi keyfiyyətlərinin pis olmağı, müdiri ilə arasında isti münasibətlərin olması kimi paylaşımlar etməyə başlamışdır. Cavid etdiyi paylaşımların fotoşəkillərini çəkərək ona göndərmiş, işdən çıxmayacağı və onunla barışmayacağı təqdirdə belə paylaşımlarını davam etdirəcəyini, onu biabır edəcəyini və evdən çölə çıxa bilməyəcək vəziyyətə salacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həbsdən azad olunduqdan sonra yenidən onun mobil telefonuna smslər yazaraq öldürməklə hədələmiş, həmçinin Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “Təhsil Gündəmi” adlı istifadəçi səhifəsində barəsində rüsvayedici məlumatlar paylaşmağa davam etmiş, Təqsirləndirilən şəxs “Təhsil Gündəmi” adlı səhifədə onun və atasının barəsində rüsvayedici paylaşımlar etmiş, daha sonra etdiyi paylaşımların ekran şəklini çəkərək ona göndərərək tələblərini yerinə yetirməyəcəyi təqdirdə barəsində yenidən rüsvayedici paylaşımlar edəcəyini bildirmişdir. Cavid dəfələrlə ona keçmiş polis əməkdaşı olduğunu, bütün hüquq mühafizə orqanlarının əməkdaşları ilə yaxın münasibətlərinin olduğunu, onun barəsində şikayət etsə belə bunun nəticə verməyəcəyini, hətta nəticə versə də, cəzasını çəkib qayıdacağını, polisə təslim olmamışdan əvvəl onu öldürəcəyini bildirmiş, bununla onuna qorxutmuş və onu özündən asılı vəziyyətə salmış və onda Cavidə qarşı çox böyük qorxu hissi yaranmışdır. O, bir neçə dəfə valideynlərinin təkidi ilə Ağdaş rayon polis şöbəsinə şikayət ərizəsi ünvanlamış, Cavid onun barəsində şikayət ünvanladığını bilən kimi ona mesajlar yazaraq onu hədələmiş, hər yerdə tanışlarının olduğunu, şikayətin heç bir fayda verməyəcəyini, onu öldürəcəyini və biabır edəcəyini bildirmişdir. O, isə cəza qanunvericiliyini bilmədiyi üçün Cavidin həbs olunmadığını görüb onun sözlərinin həqiqət olduğunu düşünmüş, daha da çox qorxub psixoloji gərginlik keçirmişdir. Onun əsəb sistemi korlanmış, gecələr yata bilməmiş, hər an sanki Cavidin onu öldürəcəyini, onun barəsində hansısa şəxsi məlumatlarını, fotoşəkillərini, videogörüntülərini paylaşacağı qorxusu ilə yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs “Təhsil Gündəmi” səhifəsində onun barəsində paylaşdığı təhqiredici yazılar barədə iş yerindən ona məlumat verilmiş, o, həmin paylaşımı oxuyanda Təqsirləndirilən şəxs onun barəsində böhtan və təhqir xarakterli paylaşımlar etdiyini, onun güya Lənkəran şəhərində kişi cinsli iş yoldaşı ilə eyni oteldə gecələdiyini, avtomobilini qeyri-qanuni qazancla almağı kimi sözlər yazdığını görmüşdür. O, həmin vaxt iş yoldaşları, qohumların arasında rüsvay olacağını, işgüzar nüfuzunun zərər görəcəyini düşünüb emosional gərginlik vəziyyətində tək çıxış yolunun özünü öldürmək olduğunu düşünmüş və özünü öldürmək qərarına gələrək həmin məqsədlə evdə olan 28 ədəd “Epsa-10” dərman həbi qəbul etmiş, o, dərman həblərini qəbul etdikdən sonra özünü pis hiss etməyə başlamış və valideynlərinə bu barədə məlumat vermiş, valideynləri təcili tibbi yardıma zəng vurmuş, təcili tibbi yardım gələrək onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs həbsdə olduğu müddət ərzində, yəni 25 dekabr 2024-cü il tarixdən hazır ki, vaxtdadək Elm və Təhsil Nazirliyinə və digər dövlət qurumlarına barəsində həqəqiəti əks etdirməyən, şərəf və ləyaqətini alçaldan məlumatlar göndərmiş, həmçinin o, Elm və Təhsil nazirinə məktub ünvanlayaraq əvvəllər FHN-də baş vermiş hadisələrin təkrarlanmaması, yəni orada işləyən işçilərin intim görüntülərin yayılmasının təhsil sahəsində də təkrarlanmaması üçün barəsində araşdırma aparılmasını tələb etmiş, əks halda əlində olan görüntüləri sosial şəbəkələrdə paylaşacağını bildirərək onun işgüzar nüfuzuna xələl gətirmiş və onu rəhbərliyin gözündən salmağa çalışmışdır. Təqsirləndirilən şəxs dedikləri yalandır və heç bir halda həqiqəti əks etdirmir. Cavid Mirzıyevlə aralarında sevgi münasibəti olmuş, o, ara-sıra həmin evə qonaq qismində gəlmiş, lakin heç bir zaman orada gecələməmişdir. Həmçinin həmin evin alınması ilə bağlı Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul verməmiş, bununla bağlı Cavidin ona “Whatsapp” mobil tətdbiqində göndərdiyi səs yazılarını da araşdırmaya təqdim etmişdir. Həmin səs yazısında Təqsirləndirilən şəxs bildirmişdir ki, “Mən onsuzda həmişə demişdim ki, səninlə nəsə bir şey alınsa idi alınan gündən mən deyəcəkdim Leyla, evin, nəyin var keçirt qardaşının adına, mən onu deyəcəkdim, onlar birgə nikah dövründə alınmamışdır ki onlarda mənim nəsə gözüm ola, başa düşdün? Yadında saxla qanunda da belə bir şey var ki, birgə nikah dövründə alınmayan şeylər səhərsi gün nəsə bir hadisə olanda, ölüb eləsə, ər qalsa, keçir qardaşın adına, varis qardaş hesab olunur, mənim helə şeylərdə gözüm yoxdur.” Qeyd etdikləri bir daha onu təsdiq edir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün güya ona müyyən məbləğlərdə pul verdiyini bildirmişdir. O, mülkiyətində olan “Kia Soul” minik markalı avtomobili 2021-ci il tarixdə 16000 manata öz şəxsi hesabına almış, həmin avtomobil alındığı gündən onun adına rəsmiləşdirilmişdir və hətta avtomobilin qeydiyyat şəhadətnaməsidə onun adınadır. Odur ki, Təqsirləndirilən şəxs dedikləri yalandır və heç bir halda həqiqəti əks etdirmir. Avtomobilin qeydiyyat şəhadətnaməsinin surətini cinayət işinin materiallarına əlavə edilməsi üçün rayon prokurorluğuna təqdim etmişdir. Təqsirləndirilən şəxs ona məxsus 67000 manat dəyərində qaimələrinin onda olması, həmin qaimələrin ondan ala bilmədiyi üçün 18700 maant məbləğində ziyana düşdüyünü bildirməsi yalandır və heç bir halda həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs tanıdığı müddət ərzində onun tikinti materiallarının ticarəti ilə məşğul olması barədə eşitməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona aid olan şəxsi məlumatları ələ keçirmiş, bu məqsədlə Təqsirləndirilən şəxs xüsusi gizli kamera əldə edərək onun olduğu yerlərdə gizli şəkildə idarə etdiyi avtomobildə onu izləyərək qanunsuz olaraq video görüntüyə almışdır. Həmçinin Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdə yaşadığı ünvanda, yəni ünvan 4igər tərəfində hasarın dibində kol basmış yerdə uzaqdan idarə olunan və onlayn şəkildə video görüntüləri ötürmək xüsusiətlərinə malik gizli kamera quraşdırmışdır. Həmin kamera 31 avqust 2024-cü il tarixdə qonşusu Şahid1 tərəfindən aşkar edilmiş, Seymur həmin kameranın içərisində olan görüntülərə baxdıqdan sonra həmin kameranın məqsədli şəkildə onun evinin qarşısında quraşdırıldığını başa düşüb dərhal bu barədə ona məlumat vermişdir. Seymur onun xahişi ilə həmin kameranın içərisində olan yaddaş kartını ona vermişdir. Bildiyinə görə həmin kamera hazırda Seymurdadır. Qeyd etdiyi yaddaş kartının içərisində olan fayllara baxdıqdan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının ortalarında kamera avadanlıqlarının satışı məntəqələrinin birindən həmin kameranı əldə edir. Orada olan digər görüntülərə əsasən Təqsirləndirilən şəxs onu güdərək getdiyi yerlərdə gizli olaraq onun və avtomobilinin videosunu çəkmişdir. Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdən etibarən tez-tez Bakı şəhəri, Masazır Qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yaşadığı evin qarşısına gəlib kameranı onun yaşadığı mənzilin olduğu blokun çıxış istiqamətini çəkmiş, 21 avqust 2024-cü il tarixdə yenidən həmin ünvana gələrək video çəkiliş aparmış, həmçinin 23 avqust 2024-cü il tarixdə atası Zərərçəkmiş şəxs6 səhhətində yaranmış problemlərlə bağlı xəstəxanaya aparıb avtomobilini Bakı şəhərində yerləşən “AF CENTRE” satış məkəzinin qarşısında park etdikdən sonra orada onun avtomoilimin video çəklişini aparmışdır. Bundan başqa yaddaş kartında olan görüntülərə əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin 26 avqust, 29 avqust və 30 avqust tarixlərdə işlədiyi Yevlax rayonu, H.Əliyev prospekti ünvanında yerləşən Aran Regional Təhsil İdarəsinin yaxınlığında gizlənərək onun işə giriş-çıxış vaxtları barədə məlumatları toplamaq məqsədilə video çəkiliş aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdə yaşadığı evin yaxınlığında küçəyə giriş hissədə Ağdaş şəhəri, Karvan Yolu küçəsində avtomobilini saxlayaraq video çəkiliş aparmış, Təqsirləndirilən şəxs bununla kifayətlənməyib 31 avqust 2024-cü il tarixdə saat 00 radələrində idarə etdiyi **-XK-*** dövlət nömrə nişanlı “Honda-İnsight” markalı minik avtomobili ilə onun yaşadığı evin qarşısına gələrək həmin kameranı evin qarşısında kol basmış yerdə quraşdırmışdır. Bununla da, Təqsirləndirilən şəxs şəxsi və ailə həyatının sirri hesab etdiyi və kənar şəxslərin bilməsini istəmədiyi məlumatları, yəni gün ərzində harada olmağı və kimlərlə görüşməyi, evə gəlib-getdiyinin vaxtları, nə işlə məşğul olmağını və bu kimi digər məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz olaraq toplamışdır. Həmin yaddaş kartını könüllü olaraq rayon prokurorluğuna təqdim etmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə evinin qarşısında kol basmış ərazi oradan gizli kamera aşkar edildikdən sonra atası Zərərçəkmiş şəxs6 tərəfindən yandırılmışdır. Təqsirləndirilən şəxs əvvəllər onu izlədiyini, xəritədə onun hansı istiqamətlərdə hərəkət etdiyinə nəzarət etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun olduğu yerləri dəqiq bilməsi və olduğu yerlərdə onu güdməsi, onun avtomobilinə GPS cihazı qurşadrıması şübhələrini daha da çox artırmışdır. Belə ki, Təqsirləndirilən şəxs dəfələrlə olduğu yerin xəritəsini ona göndərərk onun “əlinin içində” olduğunu bildirmişdir. Hətta Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə Bakı şəhərinə getdiyini əks etdirən GPS görüntülərini də ona göndərərək onu izlədiyini bildirmişdir. Buna görə də, o, avtomobilində axtarış aparıb avtomobilin ön panelinin alt hissəsində gizli şəkildə quraşdırılmış “Teltonika” GPS cihazı aşkarlayaraq həmin cihazı avtomobildən sökdürmüşdür. O, GPS cihazını könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Həmçinin içərisində Təqsirləndirilən şəxs ona göndərdiyi video görüntü olan DVD-diski və ekran şəkillərini cinayət işinə əlavə edilməsi üçün rayon prokurorluğuna təqdim etmişdir. Təqsirləndirilən şəxs onun barəsində etdiyi çoxsaylı şikayətlər nəticəsində o, işdən çıxarılmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmaqla onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. Qızı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilk dəfə 2014-cü ildə tanımışdır. Belə ki, 2014-cü ildə Zərərçəkmiş şəxs1 Bakı şəhərində İqtisadiyyat Universitetinin yaxınlığında ingilis dili müəllimi işləyən rəfiqəsi Pərvin Şirəliyevanın yanına getmiş, həmin vaxt Təqsirləndirilən şəxs orada görmüş və həmin vaxtdan bir-birilərinə mobil nömrələrini və sosial şəbəkələrdəki istifadəçi hesablarını vermişlər. Təxminən 2015-ci ilin sonlarına kimi onların aralarında dostluq münasibəti olmuş və bu müddət ərzində onlar sadəcə olaraq 3-4 dəfə bir-birilərinə sms yazaraq hal-əhval tutmuşlar. Təqsirləndirilən şəxs Leylaya özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs 2015-ci ilin sonlarında xərçəng xəstəsi olduğunu bildirsə də, bir müddət sonra Zərərçəkmiş şəxs1 Cavidin onu aldatdığını öyrəndiyi üçün onunla aralarında olan dostluq münasibətini kəsmişdir. 2018-ci ilin ortalarında Cavid Leylanın mobil nömrəsini taparaq yenidən əlaqə saxlamış və onların aralarında yenidən dostluq münasibəti davam etmiş, həmin müddət ərzində isə Leyla Cavidi polis formasında gördüyü üçün onun həqiqətən də Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuna inanmışdır. 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Masazır Qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində özünə yeni mənzil almış, lakin həmin müddətdə “COVİD-19” pandemiyasına görə Respublika ərazisində komendant saatı elan edilmiş, buna görə də həmin müddət ərzində hər hansı təmir işlərinin aparılması mümkün olmamışdır, qızı həmin vaxt ustaların evində işləməsi, mağazaların lazım olan vaxt açılması üçün DİN-nin əməkdaşı kimi özünü təqdim etmiş Təqsirləndirilən şəxs köməyindən istifadə etmiş, bundan sonra isə aralarında inam-etibar və sevgi münasibətləri yaranmağa başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bu müddət ərzində arvadı və övladının vəfat etdiyini bildirmiş, Leyla isə onun sözlərinə inandığı üçün 2021-ci ildə Cavidi onunla tanış etmişdir. Leyla ancaq telefon vasitəsilə Təqsirləndirilən şəxs anası, atası, bacısı və bibisi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs qızı Leylaya onunla ailə qurmağı təklif etmiş, lakin daha sonra müxtəlif bəhanələr gətirirək elçi göndərməkdən imtina etmişdir. 2022-ci ilin əvvələrində isə Zərərçəkmiş şəxs1 Cavidin ailəli olduğunu öyrənmişdir. Belə ki, Leyla Cavidin bacısı Cavidə ilə telefon vasitəsilə əlaqə saxladıqda sonuncu ona Cavidin ailəli olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə Leylaya ailəli olmadığını, bacısının və arvadının ona xəyanət etdiyini, ona görə də bacısının onun barəsində yalan məlumatlar verdiyini söyləmiş, o, hətta Leylaya subay olduğunu təsdiqləmək üçün 2022-ci tarixli boşanma qətnaməsini də göstərmiş, Leyla isə ona inanmağa davam etmişdir. Zərərçəkmiş şəxs1 Cavidin davamlı şəkildə onu aldatdığını gördükdən sonra onların arasında olan münasibət soyumağa başlamış, buna görə də onların aralarında tez-tez mübahisələr baş vermiş, bundan sonra o, yenidən Leylanın onu bağışlamağı üçün müxtəlif bahənələr gətirirək Leylaya yaxınlaşmaq istəmişdir. Belə ki o, əvvəlcə Leylaya süni olaraq narahatverici hadisələr yaşatmış, daha sonra isə həmin narahatçılığı özünün həll etdiyini bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 onun xəbəri olmadan “Facebook” və “Whatsapp” sosial şəbəkələrində vəzifəli şəxslərlə aralarında olan sms yazışmalarını əldə etdiyini bildirərək onunla barışmayacağı təqdirdə həmin sms yazışmaları sosial şəbəkələrdə yayacağı ilə bağlı hədə-qorxu gəlmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxslə hər dəfə yollarını ayırmağa çalışanda o, növbəti yalanlarla və oyunlarla Leylanı öz qurbanına çevirmiş, avtomobilinin təkərini kəsmiş, daha sonra yolda yaxınlaşaraq guya təsadüfən burdan keçdiyini bildirərək aparıb avtomobili ustaya vermiş, onların gözündə özünü qəhrəmana döndərən oyunlar, planlar qurmuş, korrupsiya idarəsindən mesaj yazdırıb oyun qurub, sonra guya Leylanı həmin idarəyə getməkdən xilas etmiş, Vergi cinayətləri orqanından mesaj yazdırır sonra isə guya Leylanı həmin orqana getməkdən xilas etmiş, Cavid bunları pulla etdiyini bildirmişdir. Qarşılığında həm onları, həm də Leylanı özündən asılı və guya borclu hala salmışdır. Eyni zamanda, Cavid Leyladan borc adı ilə pul almış, pulları güclə geri qaytarmış, bəzən də qaytara bilməmişdir. Onlar ailəvi şəkildə istirahətə getmiş, Cavid isə onu da özü ilə aparmayacağı təqdirdə avtomobili aşıracağı, ailəsinə zərər vuracağı və Leylanı öldürəcəyi ilə hədələmişdir. Zərərçəkmiş şəxs1 qorxduğu üçün onu ailəvi getdiyi gəzintilərə, istirahətə belə aparmalı olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hədələməsi barədə sonradan məlumatı olmuşdur. Bundan başqa Cavid özünü DTX əməkdaşı kimi təqdim edərək, əgər onu polisə versə daha pis şəkildə cəzalandıracağını, videolarını, səs yazılarını, telefon danışıqlarını, sms yazışmalarını sosial şəbəkələrdə yayacağı ilə bağlı hədə-qorxu gəlmişdir. Bundan başqa o, dəfələrlə Leylanı izlədiyini bildirmişdir. 31 avqust 2024-cü il tarixdə yaşadığı evin darvazasının qarşısında kol basmış ərazidən qonşusu Şahid1 Təqsirləndirilən şəxs tərəfindən quraşdırılmış uzaqdan idarə olunan və video görüntüləri canlı izləmək imkanına malik olan gizli kamera aşkar etmişdir. Həmin kameranın içərisində olan görüntülərdən də aydın göürünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 gizli şəkildə izləyərək ona məxsus şəxsi məlumatları qanunsuz olaraq toplamışdır. Təqsirləndirilən şəxs bir daha evin qarşısına gizli kamera quraşdırmaması üçün həmin ərazidə olan kol-kos onun tərəfindən yandırılaraq məhv edilmişdir. Cavidin Zərərçəkmiş şəxs1 icazəsi və xəbəri olmadan onun şəxsi avtomobilinə GPS cihazının quraşdırılmasını öyrəndikdən sonra 2024-cü ilin iyun ayının əvvəllərində müəyyən edib sökdürmüşdür. Bundan başqa Cavid dəfələrlə özünə məxsus avtomobillə Leylanı izləməsini əks etdirən videogörüntülər sonuncuya göndərmiş, daha sonra ondan işdən çıxmağını, evdən kənara çıxmamağını, əks təqdirdə onun üzünə sulfat turşusu (kislota) tökəcəyi və öldürəcəyi ilə bağlı hədə-qorxu gəlmişdir. Cavid Leylaya yazdığı mesajlarda onu öldürəcəyi ilə hədələmiş, ona Azərbaycan Respublikası CM-in müxtəlif maddələrinin şəkillərini göndərərək onun barəsində şikayət edəcəyi təqdirdə onu gözləyən cəzalara razı olduğunu, Leylanın isə biabır olacağını bildirmişdir. 2024-cü ilin mart ayından Təqsirləndirilən şəxs mütamadi olaraq idarə etdiyi “Honda” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Soul” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Ələt-Qazax, Ağdaş-Yevlax, Ağdaş-Xaldan, Ağdaş- Şəki magistral yollarında hərəkətdə olan zaman izləməyə başlamış, bunlar nəticə vermədikdə isə Təqsirləndirilən şəxs ona və onun həyat yoldaşına mobil telefonla fərqli nömrələrdən mesajlar yazaraq Leylanı öldürəcəyi ilə bağlı hədələmişdir. Leyla ondan bütün bu olanlardan necə məlumatı olduğunu soruşduqda isə o, proqramlar vasitəsilə bütün şəhər daxili kameralarına, eyni zamanda post kameralarına qoşulduğunu, hətta telefon danışıqlarını belə dinlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Leylaya yaşatdığı hadisələrdən sonra onda panik atak keçirmə, nevroloji xəstəlik yaranmışdır. Leyla dəfələrlə Təqsirləndirilən şəxs onu narahat etməməsini bildirsə də, Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə idarə etdiyi avtomobillərlə Leylanın idarə etdiyi “Kia Soul” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına keçərək müxtəlif manevrlər etməklə qəza şəraiti yaratmış, onu öldürəcəyi ilə hədələmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə işdən gec çıxdığı üçün Təqsirləndirilən şəxs onu öldürməklə hədələmiş, bir gün sonra yəni, xx.xx.2024-cü il tarixdə Leyla idarə etdiyi “Kia Soul” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 264 km-də, Yevlax rayonunun ərazisində yerləşən stasionar postun yaxınlığında ötmə əməliyyatına başladıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Honda” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan sürətlə ona yaxınlaşıb avtomobili beton bardürlə Leylanın avtomobilinin arasına salaraq qəza şəraiti yaratmışdır. Daha sonra isə Leylaya sms yazaraq onun barəsində şikayət etməyi ilə bağlı tövsiyə vermişdir. Bundan sona o, xx.xx.2024-cü il tarixdə X45 qəbuluna yazılıb bütün baş verən hadisələrlə bağlı ərizə ilə müraciət etmiş, həmin günün axşamı Təqsirləndirilən şəxs Leylaya “indi mende çox şey edecem ani bir mament ortadan çıxıb seni məhv edecem. Guya nazire yazdiz qəbul girduz ne dəyişdi”, “Bir gün tez bir gün gec seni ne olur olsun məhv edecem bu her an ola biler” smsləri yazaraq onu öldürməklə hədələmişdir. xx.xx.2024-cü il tarixdə isə Leyla idarə etdiyi “Kia Soul” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax- Gürcüstan sərhədi yolunun 264 km-də, Yevlax rayonunun ərazisində yerləşən stasionar postu keçdikdən sonra yolun kənarında xarici işıq siqnalları yanılı avtomobilin dayandığını görmüş, Leyla həmin avtomobilin sürücüsünün Cavid olduğunu hiss etmiş, belə ki, bir neçə gün əvvəlcədən Cavid Leylanı öldürməklə hədələmişdir. Zərərçəkmiş şəxs1 hərəkəti davam etdirib avtomobili keçib getmiş, bu zaman Leyla həmin avtomobilin sürücüsünü görməsə də, həmin avtomobilin “Ford” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşdür. Bundan sonra Leyla yan güzgülərdən avtomobilin hərəkətə başlayaraq sürətlə ona yaxınlaşdığını görmüş, bu zaman sürücünün Təqsirləndirilən şəxs olduğuna əmin olmuşdur. Cavid avtomobili sürətlə hərəkət etdirərək əvvəlcə avtomobilinin sol tərəfinə daha sonra isə qarşısına keçərək müxtəlif manevrlər etməklə qəza şəraiti yaratmışdır. Bundan sonra Leyla avtomobilin sürətini azaldıb yolun kənarında saxlamış, bir neçə dəqiqə özünə gəldikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək hadisə barədə məlumat vermişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını və barəsində Ağdaş rayon Məhkəməsi tərəfindən 20 gün müddətində inzibati həbs seçildiyini öyrənmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həbsdən azad olunduqdan sonra yenidən Leylanın mobil telefonuna smslər yazaraq öldürməklə hədələmiş, həmçinin Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində yaratdığı “Təhsil Gündəmi” adlı saxta hesabda Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar paylaşmış, onun və qızının şərəf və ləyaqətini alçaltmışdır. Təqsirləndirilən şəxs “Təhsil Gündəmi” adlı səhifədə qızı Zərərçəkmiş şəxs1 və onun barəsində rüsvayedici paylaşımlar etmiş, daha sonra etdiyi paylaşımların ekran şəklini çəkərək Leylaya göndərmiş və Leylaya onun tələblərini yerinə yetirməyəcəyi təqdirdə barəsində yenidən rüsvayedici paylaşımlar edəcəyini bildirmişdir. Həmin paylaşımlarda Təqsirləndirilən şəxs onun və qızının ad soyadın yazaraq bonları təhqir etmişdir. Təqsirləndirilən şəxs “Təhsil Gündəmi” adlı saxta hesabda onun və Zərərçəkmiş şəxs1 barəsində paylaşdığı təhqiredici yazılar barədə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində iş yoldaşları Zərərçəkmiş şəxs1 məlumat vermiş, Zərərçəkmiş şəxs1 həmin paylaşımı oxuyaraq Təqsirləndirilən şəxs onun barəsində böhtan və təhqir xarakterli paylaşımlar etdiyini görmüş, Leyla həmin paylaşımı oxuduqdan sonra artıq bezərək özünü öldürməyə qərar vermiş və bu məqsədlə evdə olan 28 ədəd “Espa-10” dərman həbi qəbul etmişdir. Leyla həmin dərman həblərini qəbul etdikdən sonra özünü pis hiss etməyə başlamışd və bu barədə onlara məlumat vermişdir. Bundan sonra onlar 103 xidmətinə zəng edib yaşadıqları ünvana təcili tibbi yardım çağırmış, təcili tibbi yardım briqadası həmin ünvana gələrək Zərərçəkmiş şəxs1 səhhətini nəzərə laraq onu təcili olaraq xəstəxanaya təxliyə etmiş, xəstəxanada Leylanın mədəsi yuyulmuş və lazımi tibbi yardımlar göstərilmişdir. Həkimlərin səyi nəticəsində Zərərçəkmiş şəxs1 həyatda qalmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmaqla onun barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayından tanıyır. 2024-cü ilin fevral ayında dayısı Şahid8 məxsus Orta Ləki kəndində yerləşən “Çənli Bel” adlı yeməkxanada olarkən Şahid8 onu Təqsirləndirilən şəxs ilə tanış etmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası DİN-nin Kürdəmir-Qazax rayonlar arası Narkomaniya idarəsinin rəisi vəzifəsində işlədiyini bildirmiş, bundan sonra onlar teztez yeməkxanada görüşməyə başlamışlar. Təqsirləndirilən şəxslə oturub söhbət edərkən, onun yüksək vəzifədə tanışlarının işlədiyini, hər hansı bir problemli məsələ olarsa onları həll edə biləcəyini bildirmişdir. O, 2024-cü ilin yanvar ayında dayısı Rafiqin oğlu Şahid7 aldığı təxminən 24 kv obyekti öz adına sənədləşdirə bilmədiyindən obyektin sənədlərinin düzəlməsi üçün Təqsirləndirilən şəxs müracəit edib, ona nə kimi köməklik edə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs obyektin onun adına keçirilməsinə köməklik edə biləcəyini, bunun üçün 3000 (üç min) manat pulunun çıxacağını deyib obyektin sənədini istəmiş, o, da razılaşmışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxslə Orta Ləki kəndində Rafiqə məxsus yeməkxanada görüşdükdə, Təqsirləndirilən şəxs ona obyektin onun adına sənədləşməsi məsələsini danışdığını, ilkin olaraq 500 (beş yüz) manat pul lazım olduğunu dedikdə, dayısı oğlu İlqarın yanında 500 (benş yüz) manat pulu Cavidə vermişdir. Bundan 3-4 gün sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq əlavə 500 (beş yüz) manat pul lazım olduğunu dedikdə, dayısı oğlu İlqar həmin pulu xx.xx.2024-cü il tarixdə Orta Ləki kəndində özlərinə məxsus “Çənli Bel” adlı yeməkxanasında Təqsirləndirilən şəxs vermişdir. Növbəti gün Təqsirləndirilən şəxs ona zəng edərək əlavə 500 (beş yüz) manat pul lazım olduğunu dedikdə, 12 may 2024-cü il tarixdə günorta saatlarında 300 (üç yüz) manat pulu dayısı oğlu İlqar Təqsirləndirilən şəxs vermişdir. 18 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq sənədlərin düzəlməsi üçün əlavə 500 (beş yüz) manat pul lazım olduğunu dedikdə, o, Bakı şəhərində olduğundan 20 may 2024-cü il tarixdə günorta saatlarında İlqar 500 (beş yüz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. 23 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq əlavə 500 (beş yüz) manat pul lazım olduğunu dedikdə, 25 may 2024-cü il tarixdə günorta vaxtlarında İlqar həmin pulu Cavidə vermişdir. 28 may 2024-cü il tarixdə o, Bakı şəhərindən, Ağdaş rayonu Orta Ləki kəndinə gəlmiş, 29 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq əlavə 500 (beş yüz) manat pul lazım olduğunu demiş, 30 may 2024-cü il tarixdə saat 12 radələrində Orta Ləki kəndində yerləşən, Rafiqə məxsus “Çənli Bel” adlı yeməkxanada o, Cavidlə oturub çörək yeyəndən sonra 500 (beş yüz) manat pulu ona vermiş, Təqsirləndirilən şəxs də sənədlərin yaxın günlərdə həll olunacağını deyib ona narahat olmamağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq sənədlərin hazır olacağını demişdir. Həmçinin onun xx.xx.2014-cü il təvəllüdlü qızı X38 Ləki kənd məktəbinin 4-cü sinifində oxuyur. 10 iyun 2024-cü il tarixdə Orta Ləki kəndində dayısı Rafiqə məxsus yeməkxanada Təqsirləndirilən şəxslə əyləşib çay içib söhbət edərkən qızı Zərrini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına gimnaziyanın 5-ci sinifinə qəbul etdirmək istədiyini dedikdə, Təqsirləndirilən şəxs Zərrinin məsələsini də həll edə biləcəyini və 700 (yeddi yüz) manat pul lazım olacağını dedikdə, o, Cavidlə razılaşmışdır. 23 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq Zərrinin gimnaziyaya daxil olması məsələsini danışdığını və ilkin olaraq 500 (beş yüz) manat pul lazım olduğunu bildirmiş, o, Cavidə həmin pulu hara göndərəcəyimi soruşduqda, Cavid ona kart göndərəcəyini və həmin pulu karta köçürməyini demiş, daha sonra Təqsirləndirilən şəxs ona 409858….1533 nömrəli kart hesabı göndərmiş, onun bank kartı olmadığı üçün xx.xx.2024-cü il tarixdə arvadı X1 Təqsirləndirilən şəxs verdiyi kart hesabına 500 (beş yüz) manat pul köçürmüşdür. 27 iyun 2024-cü il tarixə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq Zərrinin kollecə daxil olması məsələsinə görə əlavə 200 (iki yüz) manat pul lazım olduğunu demiş, o, Cavidin 409858….1533 nömrəli kart hesabına arvadı X1 200 (iki yüz) manat pul göndərmişdir. Daha sonra qızı Zərrin Dosməmmədova gimnaziyaya qəbul imtahanı versə də qəbul ola bilməmiş, o, Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradaraq qızının qəbul olunmadığını bildirmiş, Cavid ona narahat olmamığını, Zərrini qəbul etdirəcəyini demiş, o, Cavidə imtahan qurtardığını, onu aldatdığını və ümumilikdə ona verdiyi 3500 (üç min beş yüz) manat pulunu geri qaytarmasını demiş, Cavid də hər dəfə bir bəhanə ilə onu aldatmağa başlamışdır. O, da pulunu ala bilməyəcəyini görüb Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Dayısı Şahid8 aldığı obyektin sənədlərinin onun adına rəsmiləşdirilməsi üçün Təqsirləndirilən şəxs ondan ümumilikdə 2800 manat, qızı Zərrin Dosməmmədovanı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən gimnaziyaya qəbul etdirməsi üçün isə 700 manat pul alaraq ona qarşı qarşı dələduzluq etmişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, lakin o, təqsirləndirilən şəxslə barışmır və ona ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 03 sentyabr 2024-cü il tarixdə o, İsmayıla işsiz olduğunu, borclarını verə bilmədiyini, Azərbaycan Dəmiryolları QSC-nə maşinist köməkçisi kimi işə düzəlmək istədiyini, lakin ora işə düzələ bilmədiyini dedikdə, İsmayıl da polisdə işləyən Cavid adlı qohumunun olduğunu deyib Cavidin ***-***-**-** saylı telefon nömrəsini ona verib, Cavidlə əlaqə yaradaraq işə düzəlməsi barədə söhbət etməsini demişdir. 05 sentyabr 2024-cü il tarixdə o, Cavidin istifadəsində olan telefon nömrəsinə zəng edib tanışlıq vermiş, Cavid də ona İsmayılın ona məlumat verdiyini demiş, o, Cavidə Azərbaycan Dəmiryolları QSC-də maşinist köməkçisi kimi işə düzəlmək istədiyini demiş, Cavid ondan təhsilini soruşmuş, o, Cavidə orta ixtisas təhsilli, maşinist köməkçisi ixtisasının olduğunu demiş, Cavid ona polisdə işlədiyini, hal-hazırda Kəlbəcər rayon ərazisində 4-cü postda xidmət apardığını, işlə bağlı söhbət edib, yaxın günlərdə onunla görüşəyəcyini deyib iş məsələsinin həll olunması üçün ondan 4000 (dörd min) manat pul istəmiş, o, da həmin pulu hissə-hissə verə biləcəyini dedikdə, Cavid onunla razılaşmışdır. 07 sentyabr 2024-cü il tarixdə Cavid onunla telefon əlaqəsi yaradaraq ilkin olaraq ondan 125 (yüz iyrmi beş) manat pul istəyib “Whatsapp” proqramı vasitəsi ilə ona üzərində RA…MU…QU.. oğlu sözləri yazılmış kart göndərmiş, həmin gün saat 17:50:20-də 100 (yüz) manat, sonra isə saat 17:52:14-də 25 (iyirmi beş) manat pulu Hacıqabul şəhərində yerləşən «Hacıqabul» marketdə olan «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə Cavidin ona göndərdiyi kart hesabına göndərmişdir. Növbəti gün Cavid onunla telefon əlaqəsi yaradaraq iş məsələsini danışdığını, bəzi sənədlərə görə pul lazım olduğunu deyib ondan 450 manat pul istəyib ona başqa bir kart göndərmiş, 09 sentyabr 2024-cü il tarixdə saat 11:11-də o, ünvan 2 ünvanda yerləşən «mpay» elektron ödəmə sistemi vasitəsi ilə Cavidin ona göndərdiyi S..B..A..oğlu sözləri yazılmış, 416973…..2781 nömrəli kart hesabına 450 (dörd yüz əlli) manat pul göndərmiş, Təqsirləndirilən şəxs onunla əlaqə yaradaraq əlavə 50 manat pul istəmiş, o, da həmin gün saat 12:30-da 50 (əlli) manat pulu ünvan 2 ünvanda yerləşən “mpay” elektron ödəmə sistemi vasitəsi ilə Cavidin ona göndərdiyi S..B..A.. oğlu sözləri yazılmış, 416973…..2781 nömrəli kart hesabına göndərmişdir. 11 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq əlavə 240 (iki yüz qırx) manat pul istəmiş və ona RA....MU…. yazılmış 5…1068 nömrəli kart göndərmiş, o, da həmin gün saat 10:09:24-də ünvan 2 ünvanda yerləşən “mpay” elektron ödəmə sistemi vasitəsi ilə Cavidin ona göndərdiyi kart hesabına 240 (iki yüz qırx) manat pulu göndərmiş, 2024-cü ilin sentyabr ayının 11-dən sonrakı günlərdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq Kəlbəcər rayonundan qayıtdığını, bəzi sənədlərin düzəlməsi üçün 300 (üç yüz) manat pul lazım olduğunu demiş, o, Hacıqabul şəhərində olduğunu dedikdə Cavid ona Hacıqabul şəhərinə çatmağa az qaldığını, mərkəzdə görüşmələrini təklif etmiş, həmin gün təxminən saat 21 radələrində o, Hacıqabul şəhərində yerləşən “Hacıqabul” marketin yanında Təqsirləndirilən şəxslə görüşmüş, həmin vaxt o, tək olmuş, onlar söhbət etdikdən sonra 300 (üç yüz) manat pulu Cavidə vermiş, Cavid də yaxın günlərdə iş məsələsinin həll olunacağını deyib çıxıb getmişdir. Aradan bir neçə gün keçəndən sonra Cavid onunla əlaqə saxlayaraq əlavə 300 (üç yüz) manat pul istəmiş, o, Cavidə 240 (iki yüz qırx) manat pulunun olduğunu deyib həmin gün saat 17 radələrində, Hacıqabul şəhər ərazisində yerləşən “Qədir-Xum” adlı istirahət mərkəzinin qarşısından keçən magistral yolun kənarında Cavidlə görüşüb 240 (iki yüz qırx) manat pulu ona verərək ondan iş məsələsinin nə yerdə olduğunu soruşmuş, Cavid yaxın günlərdə iş məsələsinin həll olunacağını deyib çıxıb getmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq iş üçün 1500 (min beş yüz) manat pul, atestatını, hərbi biletini və diplomunu istəmiş, o, həmin pulu və sənədləri nə üçün istədiyini soruşduqda Cavid kadrlar idarəsinə təqdim edəcəyini bildirmişdir. Təxminən 2024-cü ilin sentyabr ayının 15-dən sonrakı günlərdə saat 08 radələrində Hacıqabul şəhərində yerləşən “Qədir Xum” adlı istirahət mərkəzinin qarşısından keçən magistral yolun kənarında dayanarkən Cavid avtomobillə onun yanında dayanmış, o, avtomobilə əyləşmiş, Cavidlə iş barəsində söhbət etmiş, Cavid ona yaxın günlərdə iş məsələsinin həll olunacağını deyib onu inandırmışdır. O, 1500 (min beş yüz) manat pulu, atestatını, hərbi biletini və diplomunu Cavidə vermiş, Cavid yaxın günlərdə iş məsələsinin həll olunacağını deyib çıxıb getmişdir. 22 oktyabr 2024-cü il tarixdə o, Cavidlə əlaqə saxlayıb harada olduğunu soruşmuş, o, Bakı şəhəri, Xətai metrosunun yanında olduğunu və orada görüşmələrini demişdir. Həmin gün saat 13 radələrində onlar Xətai Metrosunun yanında görüşdükdə o, iş məsələsinin nə yerdə qaldığını soruşmuş, Cavid ona narahat olmamağını, onu Azərbaycan Dəmiryolları QSC-nə maşinist köməkçisi kimi işə düzəldəcəyini, iş yerinin Ələt dəmir yol stansiyasının olacağını bildirib bəzi sənədlərə görə 600 manat pul istəmiş, üzərində olan 200 manat pulu Cavidə vermiş, rayona qayıdandan sonra qalan hissəsini göndərəcəyini demişdir. 22 sentyabr 2024-cü il tarixdə saat 20:33-də ünvan 6 ünvanda yerləşən «Haqqın Yolu» adlı marketdə olan «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə Cavidin ona göndərdiyi ********* nömrəli kar hesabına 350 (üç yüz əlli ) manat pul vurmuş, qəbzin şəklini çəkib Cavidə göndərmişdir. Təqsirləndirilən şəxs onunla əlaqə yaradaraq əlavə 30 (otuz) manat pul istəmiş, o, da həmin gün saat 20:36:31-də ünvan 7 ünvanda yerləşən “Haqqın Yolu” adlı marketdə olan “Milliön” elektron ödəmə sistem vasitəsi ilə Cavidin ona göndərdiyi ********* nömrəli kart hesabına 30 (otuz) manat pul köçürmüş və qəbzin şəklini çəkib Cavidə göndərmişdir. Sonradan o, Cavidlə telefon əlaqəsi yaradarkən, onun telefonunun sönülü olduğunu görüb, Cavidin ona vermiş olduğu digər telefon nömrələri ilə yəni, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə əlaqə saxlasa da həmin nömrələrə də zəng çatmadığını görmüşdür. 23 oktyabr 2024-cü il tarixdə axşam saatlarında Cavid ***-***-**-** nömrəli telefonla onunla əlaqə saxlamış, o, Caviddən harada olduğunu, onun iş məsələsinin nə yerdə qaldığını soruşmuş, iş məsələsinin həll olunmadığı üçün, pulunu geri qaytarmasını tələb etdikdə, Cavid ona narahat olmamağını, 400 (dörd yüz) manat pul lazım olduğunu dedikdə, o, Cavidə həmin pulu tələb etmiş, o, isə 24 oktyabr 2024-cü il tarixdə saat 08:56-da ünvan 7 ünvanda yerləşən “Haqqın Yolu” adlı marketdə olan “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə M..S..G.. oğlu sözləri yazılmış, 416973…..3615 nömrəli kart hesabına göndərmişdir. O, iş məsələsinin həll olunmadığını görüb Cavidlə əlaqə saxlasa da, Cavid hər dəfə bir bəhanə ilə onu aldatmağa başlayıb iş məsələsinin həll olunacağını demişdir. O, Təqsirləndirilən şəxs tərəfindən aldandığını bilmiş və ona qarşı dələduzluq edərək pulunu ələ keçirdiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək müxtəlif vaxtlarda ona göndərdiyi tanımadığı şəxslərin adlarına olan bank kartlarına ümumilikdə 1845 manat pul köçürmüş, 2040 manat pulu isə ayrı-ayrı vaxtlarda həmin müddət ərzində Təqsirləndirilən şəxslə görüşüb əlbə-əl şəxsən ona vermişdir. Təqsirləndirilən şəxs onun etibarından istifadə edib ümumilikdə 3885 manat pulunu ələ keçirərək ona qarşı dələzduzluq etmişdir. O, Hacıqabul RPŞ-yə müraciət etdikdən sonra həmin pullar Təqsirləndirilən şəxs atası Cahangir Mirzəyev tərəfindən geri qaytarılmışdır. Bundan başqa, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrini o, Təqsirləndirilən şəxs göstərişi ilə ayrı-ayrı vaxtlarda Hacıqabul rayonu ərazisində “Mərkəzi bazarın” yaxınlığında yerləşən nömrə satışı məntəqəsindən şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməklə almışdır. 2024-cü ilin sentyabr ayının əvvəlləri uşağı oynayarkən yıxılıb xəsarət almışdır. Uşaq anasının yanında olduğundan, həmçinin həmin vaxt aralarında mülki mübahisə olduğundan keçmiş həyat yoldaşı ona uşağı ilə görüşməyinə icazə vermirdi. O, həmin məsələni zəng edib Təqsirləndirilən şəxs danışdıqda, Təqsirləndirilən şəxs ona uşağın yıxılaraq xəsarət almasının inandırıcı olmadığını bildirmiş, bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək məsələni aydınlaşdırdığını, uşağının avtomobil qəzasına düşərək xəsarət aldığını, lakin keçmiş həyat yoldaşının ona yalan danışdığını bildirmiş, Təqsirləndirilən şəxs onu inandıraraq qəza görüntülərini əldə edə biləcəyini, bunun üçün ona mobil telefon nömrəsi lazım olduğunu, həmin nömrə ilə xüsusi proqram vasitəsi qeydiyyatdan keçərək təhlükəsizlik kameralarına qoşulub qəzanın video görüntülərini əldə edib ona göndərə biləcəyini demişdir. Təqsirləndirilən şəxs polis-polkovniki olduğunu bildirmiş, buna görə də, onun dediyi bütün sözlərə şübhəsiz inanmışdır. Qeyd olunan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrini həmin məsələ ilə bağlı o, öz adına alaraq Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə aldadaraq 3885 manat pulunu ələ keçirdikdən sonra o, həmin nömrələri bağlatdırmışdır. Görünür Təqsirləndirilən şəxs onu aldadaraq həmin mobil nömrələrini onun adına aldıraraq öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, onun Cavid Mizrzəyevdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, təxminən 2 ildir Yevlax rayonunda “Süd zavodu” deyilən ərazinin yaxınlığında tanışı Şahid4 ilə birlikdə avtomobil təmiri sexi işlədir. Təqsirləndirilən şəxslə işlədiyi təmir sexinə avtomobil gətirərkən tanış olmuş, o, 2 dəfə avtomobilini təmir etdirmək üçün onlara müraciət etmişdir. Belə ki, 2024-cü ilin iyun ayının əvvəlləri Təqsirləndirilən şəxs qara rəngli “Honda” markalı hazırda dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobili rənglənməsi üçün sexə gətirmişdir. Onlar görüləcək işlərə görə Təqsirləndirilən şəxslə 300 manata razılaşmış, avtomobilin rənglənməsi təxminən 1 ay müddət vaxt aparmışdır. Həmin müddət ərzində Təqsirləndirilən şəxs bir neçə dəfə sexə gəlib avtomobilini bir neçə günlük götürüb daha sonra geri qaytarmış, həmin müddət ərzində Təqsirləndirilən şəxslə onların arasında ünsiyyət yaranmışdır. 2024-cü ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs sexə gələn zaman onların sexdə istifadə etdikləri avadanlıqların köhnə olduğunu, Şahid4la onun adını məşğulluqdan qeydiyyat keçirib yeni avadanlıqların verilməsində köməklik göstərə biləcəyini bildirib onların şəxsiyyətini təsdiq edən sənədləri istəmiş, Təqsirləndirilən şəxs onların şəxsiyyət vəsiqələrini götürüb oradan uzaqlaşmışdır. Təxminən 2 saat sonra Təqsirləndirilən şəxs işlədiyi yerə qayıdıb Coşqunla onun sənədlərini geri qaytararaq onları məşğulluqdan qeydiyyatdan keçirdiyini, yaxın müdddət ərzində həmin sənədlər Bakı şəhərinə yola salınacağını, sənədlər təsdiq edildikdən sonra isə yeni avadanlıqlarla təmin olunacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs köhnə polis işçisi olduğunu bildirmiş, buna görə də, Təqsirləndirilən şəxs sözlərinə inanmış və onun yalan danışdığından şübhələnməmişdir. Bundan təxminən 1 həftə sonra onlar işlərini yekunlaşdıraraq avtomobili Təqsirləndirilən şəxs təhvil vermişlər. Təqsirləndirilən şəxs avtomobili götürən zaman üzərində pul olmadığını, yaxın günlərdə kart vasitəsi ilə avtomobilin təmirinə görə razılaşdığı 300 manat pulu kart vasitəsi ilə göndərəcəyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ondan həyat yoldaşının nə işlə məşğul olduğunu soruşmuş, o, da Təqsirləndirilən şəxs yoldaşının X4 süpürgəçi işlədiyini bildirmiş, Təqsirləndirilən şəxs ondan həyat yoldaşının məktəbdə xadimə vəzifəsində işləyə bilib-bilməyəcəyini soruşmuş, o, da Təqsirləndirilən şəxs həyat yoldaşı ilə məsləhətləşib ona dəqiq cavab verəcəyimi bildirmişdir. Həmin gün o, evə gəlib həyat yoldaşı ilə məsləhətləşmiş, növbəti gün işdə olan zaman Təqsirləndirilən şəxs sexə gələrək ondan nə qərar verdiyini soruşmuş, o, da, Təqsirləndirilən şəxs həyat yoldaşı ilə danışdığını, onun hazırki işlədiyi işin ağır olduğunu, buna görə də, məktəbdə xadimə işinə düzəlməyə etriaz etmədiyini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs ona bacısının Yevlax Təhsil Sektorunda işlədiyini, onunla maraqlanıb dəqiq bir söz deyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla sağollaşıb oradan uzaqlaşmışdır. Həmin gün saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs sexə gələrək təhsil sektorunda işləyən bacısı ilə danışdığını, hazırda Yevlax rayonunun Qarxun kəndində yerləşən məktəbə xadimə tələb olunduğunu, bunun müqabilində 1500 manat tələb olunduğunu, lakin o, həmin pulu aşağı salaraq 1100 manata işi düzəldə biləcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs bir daha həyat yoldaşı ilə məsləhətləşib ona xəbər verəcəyini bildirmişdir. Həmin gün evə gələrək həyat yoldaşına Təqsirləndirilən şəxs onu işə düzəltmək müqabilində 1100 manat pul istədiyini bildirmiş, həyat yoldaşı da, iş yerini dəyişmək istədiyini bildirərək məktəbə xadimə vəzifəsinə işə düzəlmək müqabilində 1100 manat pulu Təqsirləndirilən şəxs verməklərinə razı olmuşdur. Növbəti gün o, işə gəldikdən sonra Təqsirləndirilən şəxs sexə gəlmiş və o, Cavidə yoldaşının Yuxarı Qarxun kəndində yerləşən məktəbə işə düzəlməsini istədiyini bildirmişdir. Həmin gün, yəni 2024-cü ilin iyul ayının əvvəlləri, dəqiq tarixini xatırlamadığı gün təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni Yevlax rayonu, Yuxarı Qarxun kəndinə gələrək onu küçəyə çağırmış, o, darvazanın qarşısına çıxıb Təqsirləndirilən şəxs gecə vaxtı nə üçün onlara gəldiyini soruşmuş, Təqsirləndirilən şəxs növbəti gün saat 12:00-dək həyat yoldaşının sənədlərinin Bakı şəhərinə çatmalı olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs inandığı üçün 1100 manat pulu, həyat yoldaşı Aynur Kərimovanın və öz vəsiqəsinin əslini Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs növbəti gün saat 12:00-dək sənədlərin təsdiqlənəcəyini demişdir. Bundan təxminən 2 gün sonra Təqsirləndirilən şəxs işlədiyi sexə qayıdaraq şəxsiyyət vəsiqələrini ona geri qaytarıb, yoldaşının sənədlərinin artıq təsdiqləndiyini və 1 ay ərzində əmri çıxağacağını bildirmişdir. Həmin müddətdən 2-3 ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs verdiyi sözə əməl etmədiyini görüb Cavidin onu aldatdığını başa düşmüşdür. O, dəfələrlə Təqsirləndirilən şəxs zəng edib ondan işlə maraqlandıqda Təqsirləndirilən şəxs hər dəfə yalan vədlər verərək onu aldatmağa davam etmişdir. 2024-cü ilin təxminən sentyabr ayında, dərs ilinin başlamasına az müddət qalmış həyat yoldaşı X46 Qarxun kəndində yerləşən məktəbə gedərək xadimə vəzifəsinin vakant olmadığını öyrənmişdir. Həmin gündən sonra Təqsirləndirilən şəxs onları aldatdığına tam əmin olmuşdur. Bundan sonra o, iş yoldaşı Şahid4 Təqsirləndirilən şəxs onu aldatdığını bildirmiş, növbəti gün səhər saatlarında Şahid4 avtomobillə onu evdən götürməyə gələn zaman o, Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib ona həmin məktəbdə vakant yerin olmadığını deyib, pulunu qaytarmasını tələb etmiş, həmçinin həyat yoldaşı Aynur Kərimova da telefonla Təqsirləndirilən şəxslə danışıb tez bir zamanda pulu qaytarmasını, əks halda onun barəsində şikayət edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tez bir zamanda həmin pulu geri qaytaracağını, onun barəsində şikayət etməməklərini xahiş etmişdir. Həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs onun işlədiyi sexə gələrək ondan həyat yoldaşını işə düzəltmək adı ilə aldığı 1100 manatdan 400 manat məbləğdə pul qaytarıb, qalan pulu isə 2 gün ərzində qaytaracağını bildirmişdir. Bundan 2 gün sonra Təqsirləndirilən şəxs yenidən sexə gəlib 300 manat pul qaytarmış, qalan 400 manatı və onun avtomobil təmirinə görə onlara verməli olduğu 300 manatı 1 gün ərzində qaytaracağına söz vermişdir. Həmin gündən etibarən o, və Şahid4 dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlamağa çalışsalar da onunla əlaqə saxlaya bilməmişlər. 2025-ci ilin fevral ayında Ağdaş rayon prokurorluğundan yaşadığı ünvana çağırış vərəqi gəldikdən sonra o, Təqsirləndirilən şəxs atası Cahangir adlı şəxsin nömrəsini tanışları vasitəsi ilə tapıb onunla əlaqə saxlamış, Təqsirləndirilən şəxs atasına prokurorluğa dəvət olunduğunu, Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirtdiyi pulun bir hissəsini hələ də geri qaytarmadığını, avtomobilinin təmiri üçün qalan 300 manat borcunu da geri qaytarmadığını, buna görə də, onun barəsində şikayət edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs atası ondan kart hesabını və şəxsiyyət vəsiqəsini göndərməyini xahiş etmiş, o, da istifadəsində olan bank kartının nömrəsini və şəxsiyyət vəsiqəsinin şəklini Şahid4 mobil telefonu vasitəsilə Cahangirə göndərmişdir. Bundan təxminən 10 dəqiqə sonra Cahangir 400 manat pulu onun bank kartına göndərmiş, həmçinin telefon danışığı zamanı Cahangir oğlu Təqsirləndirilən şəxs avtomobil təmirinə görə qalan 300 manat borcunu da yaxın günlərdə verəcəyini bildirib, sonradan ona ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs atası tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Daha sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsin onlara dəymiş ziyanı ödəməsi barədə məhkəməyə ərizə təqdim etdilər. İfadəsi məhkəmə baxışı iclasında elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstəmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2 il bundan əvvəl tanış olmuş, belə ki, 2022-ci il tarixdə hazırda adını xatırlamadığı şəxs tərəfindən ona qarşı dələduzluq hərəkətləri edilmiş, nəticədə ona 5000 (beş min) manat məbləğində ziyan dəymişdir. Faktla bağlı o, Gəcnə Rayon Polis İdarəsinə müraciət etmiş, həmin şəxs barəsində CM-in müvafiq maddəsi ilə cinayət işi başlanaraq baxılması üçün Gəncə rayon məhkəməsinə göndərilmiş, Gəncə rayon məhkəməsinin hökmü ilə həmin şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin ona dəymiş maddi ziyan ödənilməmişdir. X53 müharibəsində aldığı xəsarətlərlə bağlı səhhətində problemlər vardır. Buna görə də, Gəncə şəhərinə gedib-gəlməkdə çətinlik çəkirdi. Təqsirləndirilən şəxs onun həyat yoldaşının uzaq qohumudur və həmkəndlidilər. O, Təqsirləndirilən şəxs daxili işlər orqanlarında işlədiyini bildiyi üçün bu məsələdə Cavidin ona köməklik göstərə biləcəyini düşünmüş, buna görə də, o, Təqsirləndirilən şəxslə hazırda xatırlamadığı tarixdə Bakı şəhəri ərazisində görüşüb məsələni ona danışmış, Təqsirləndirilən şəxs ona köməklik göstərə biləcəyini, ilkin olaraq icra sənədlərinin Bakı şəhərində yerləşən İcra və Probasiya şöbələrinin birinə keçirilməsini lazım olduğunu bildirmiş, bu vədlə 2022-ci il tarixdən 2024cü ilin sentyabr-oktyabr ayınadək ayrı ayrı vaxtlarda Təqsirləndirilən şəxs əlbə-əl və sonuncunun ona göndərdiyi bank kartlarına ümumilikdə 2500 manat məbləğdə pul göndərmişdir. 2024-cü ilin oktyabr ayından etibarən Cavid Mirəzyev onun telefon zənglərinə cavab verməmiş, tanışları vasitəsi ilə onu axtarsa da tapa bilməmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş, lakin onun barəsində hüquq mühafizə orqanlarına müraciət etməmişdir. 27 yanvar 2025-ci il tarixdə Ağdaş rayon prokurorluğunun müstəntiqi ona zəng edərək Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan iş üzrə ifadəsinin alınması üçün rayon prokurorluğuna dəvət etmiş, telefon danışığı zamanı o, müstəntiqə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 2500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs atası Cahangir Mirəzyevin mobil telefon nömrəsin tapıb oğlunun onda pul aldığını bildirmiş, bundan təxminən 1-2 gün sonra Cahangir Mirzəyev yaşadığı ünvana gəlmiş və onunla görüşmüşdür. Cahangir Mirzəyev onunla görüşüb oğlu Təqsirləndirilən şəxs ona neçə manat məbləğində ziyan vurduğunu soruşmuş, o, Cahangirə Təqsirləndirilən şəxs ona məxsus ümumilikdə 2500 manat pulu ələ keçirdiyini bildirmiş, Cahangir Mirzəyev həmin məbləği yaxın günlərdə ona qaytaracağını söz vermişdir. Növbəti gün, təxminən 2025-ci ilin yanvarın 30-31 tarixlərində Cahangir Mirzəyev yaşadığı evin yaxınlığında onunla görüşüb 2500 manat pulu ona vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 31 avqust 2024-cü il tarixdə saat 08 radələrində yaşadığı ünvanda yəni, ünvan 10 yaşayan Zərərçəkmiş şəxs1 evinin yaxınılığından keçərkən onun evi ilə üzbə üz, yolun sağ tərəfində kolluq ərazidə müşahidə kamerası aşkar etmiş, həmin kamera kolun içərisində daşın üzərinə qoyulmuş və kolluğun arxasında gizlədilmişdir. Kameranın ön tərəfindən yanıb-sönən işiq onun diqqətini cəlb etdiyindən o, həmin kameranı aşkar edib kim tərəfindən oraya qoyulması onda maraq yaratdığından o, həmin kameranı götürüb evə aparmış, kameranı evə apardıqdan sonra kameranın içərisində 32 gb yaddaşı olan SD kart və "xxxx" mobil rabitəsinə məxsus 01 ədəd sim kart olduğunu müəyyən etmiş, o, SD kartı istifadəsində olan “Redmi” markalı mobil telefona yerləşdirib kartın içərisində olan çoxsaylı fayllara baxış keçirmiş, həmin fayllarda olan video görüntülərdə tanımadığı kişi cinsli şəxsin həmin kameranı 31 avqust saat 00 radələrində üzü Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin çıxışı istiqamətində quraşdırdığını görmüş, bundan başqa digər video görüntülərdə müxtəlif ərazilərdə qonşusu Zərərçəkmiş şəxs1 məxsus qırmızı rəngli “Kia Soul” markalı minik avtomobilinin çəkilişə alındığını müəyyən etmişdir. Buna görə o, Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gedərək onun evinin qarşısında gizli kamera aşkar etdiyini, həmin kameranın içərisində onun avtomobilinin görüntülərinin olduğunu, həmçinin kameranın onun evi qarşısında gizli yerdə quraşdırıldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 xahişi ilə kameranın içərisində olan SD yaddaş kartını ona vermiş, kameranı isə özündə saxlamış və könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Kameranın içərisində olmuş SİM kartı o, kameranı tapdığı gün zibil qutusuna atmış, sim kartı atmaqda məqsədi elektronikadan başı çıxmadığı üçün kameraya uzaqdan qoşulmanın qarşısını almaq olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayından tanıyır. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayının sonlarında “Facebook” sosial şəbəkəsində “Təhsil Gündəmi” adlı hesabdan onun profilinə yazaraq ona kömək göstərmək istədiyini bildirib ondan qarşılıqlı kömək göstərməyini xahiş etmişdir. Həmin şəxs ona yazaraq Zərərçəkmiş şəxs1 ilə onun arasında əvvəllər baş vermiş söz-söhbətdən xəbəri olduğunu, Zərərçəkmiş şəxs1 ilə onun da ədavətinin olduğunu bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs yazaraq Zərərçəkmiş şəxs1 ilə aralarında olan söz-söhbətin artıq bağlandığını və Leyla ilə arasında hər hansı problemin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 Ağdaş təhsil sektorunun müdiri işləyən zaman onunla arasında xırda bir məsələyə görə mübahisələri düşmüş və buna görə də, onunla münasibəti pozulmuşdur. Lakin sonradan aralarında olan anlaşılmazlıq aradan qalxmışdır. Təqsirləndirilən şəxs ona yazdıqdan sonra o, həmin hesabda olan paylaşımları izləməyə başlamış, həmin paylaşımların əksəriyyəti Leyra Bayramovanın haqqında olmuşdur. 2024-cü ilin oktyabr ayının sonlarında “Təhsil Gündəmi” adlı hesabdan Zərərçəkmiş şəxs1 Lənkəran şəhərində kiminləsə görüşməsi barədə hazırda tam məzmununu xatırlamadığı paylaşım edilmişdir. Bundan təxminən 1 gün sonra Zərərçəkmiş şəxs1 dərman preparatı qəbul edərək intihara cəhd etdiyini eşitmiş və bu barədə “Təshil Gündəmi” adlı hesaba mesaj bölməsində Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs təxminən 20-25 gün sonra, yəni 22 noyabr 2024cü il tarixdə onun mesajına cavab yazaraq onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini verib onunla “whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamağını xahiş etmiş, o, Cavidin verdiyi mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, bundan sonra onlar ara-sıra bir-birinə zəng edib haləhval tutmuşdur. Təqsirləndirilən şəxslə özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs ona zəng edən zaman əsasən Zərərçəkmiş şəxs1 haqqında soruşmuşdur. 25 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona məsələ ilə bağlı Ağdaş rayon prokurorluğuna dəvət olunduğunu bildirmiş, həmin gün axşam saatlarınadək Cavidin telefonuna zəng çatmadığını görüb “Təhsil Gündəmi” hesabına yazmış, növbəti gün, yəni 26 dekabr 2024-cü il tarixdə kimsə “Təhsil Gündəmi” adlı hesabdan mesajına cavab yazaraq Təqsirləndirilən şəxs harada olması barədə məlumatının olduğunu deyib, ondan onun nömrəsini istəmişdir. O, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəni yazmış, bundan bir müddət sonra, yəni 2025-ci ilin yanvar ayının əvvəlləri ***-***-**-** saylı mobil telefondan ona zəng gəlmiş, zəng edən şəxs özünü Təqsirləndirilən şəxs atası kimi təqdim edərək adının Cahangir Mirzəyev olduğunu, Cavidin tutulduğunu bildirmişdir. Bundan sonra Cahangir Mirzəyev tez-tez ona sevgi məzmunlu mesajlar yazmağa başlamış və onunla yaxın münasibət qurmağa çalışmış, lakin onun yaşlı kişi olduğunu nəzərə alıb onun mesajlarına fikir verməmişdir. “Təhsil Gündəmi” adlı hesabda Təqsirləndirilən şəxslə aralarında olan mesajların görüntüsünü cinayət işinin materialına əlavə edilməsi üçün rayon prokurorluğuna təqdim etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 2010-cu ildən tanıyır. Zərərçəkmiş şəxs1 əvvəllər Ağdaş şəhərində yerləşən 7 saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləmiş, 2022-ci il tarixdən Ağdaş rayon təhsil sektorunun müdiri vəzifəsində çalışmışdır. 2024-cü ilin aprel ayından hazırki vaxtadək isə X47 Təhsil İdarəsində tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 işlədiyi qurumda kollektiv arasında hörmət və etibar qazanmışdır. 2024-cü ilin oktyabr ayının 26-sı Facebook sosial şənbəkəsində təsadüfən “Təhsil gündəmi” adlı hesab qarşısına çıxmışdır. O, həmin hesaba daxil olub Zərərçəkmiş şəxs1 fotoşəklini və fotoşəkilin altında onun və atası Zərərçəkmiş şəxs6 barəsində təhqiredici ifadələrin işlədildiyini görmüş, o, istifadəsində olan ***-***-**-** nömrə ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1 zəng edib onun barəsində paylaşımlardan məlumatının olub-olmamasını soruşmuş, Zərərçəkmiş şəxs1 həmin səhifədə olan paylaşımları onun tanışı Təqsirləndirilən şəxs tərəfindən paylaşıldığını bildirmişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs1 dərman preparatları qəbul edərək intihara cəhd etmişdir. O, “Təhsil Gündəmi” adlı hesabda Zərərçəkmiş şəxs1 barəsində şər və böhtan xarakterli paylaşımlar gördükdən sonra səhifədə olan anket məlumatlarına baxmış, lakin həmin məlumatlarda Təqsirləndirilən şəxs aid hər hansı məlumatların olmasını görməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, təxminən 1 il bundan əvvəl Təqsirləndirilən şəxslə Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən, atası Şahid8 məxsus “Çənlibel” adlı yeməkxanada tanış olmuşdur. Təqsirləndirilən şəxs tez-tez həmin yeməxkanaya müştəri qismində gəlmiş, Təqsirləndirilən şəxs özünü Kürdəmir rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edərək Kürdəmir RPŞ-də yüksək vəzifədə işlədiyini, polkovnik rütbəsində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tez-tez həmin obyektə gələrək onlarla ünsiyyət qurub atasının, onun və bibisi oğlu Firdovsi Dosməmədovun etibarını qazanmışdır. O, 2024-cü ilin yanvar ayında Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən obyektini Zərərçəkmiş şəxs2 satmışdır. Lakin həmin obyektin sənədlərində müəyyən çatışmazlıqlar olmuş, Təqsirləndirilən şəxs obyektin sənədlərini düzəldəcəiyinə söz verib Zərərçəkmiş şəxs2 ümumilikdə 2800 manat pul almışdır. Belə ki, 2024-cü ilin may ayının əvvəllərində o, Firdovsi Dosməmədovla birlikdə “Çənlibel” yeməkxanasında Təqsirləndirilən şəxslə görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 obyektin sənədlərinin düzəldəcəyinə vəd verərək ilkin olaraq sonuncudan onun yanında 500 manat pul almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təxminən 3000 manatadək xərci çıxacağını bildirmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs kafeyə gələcəyini və ona 500 manat pul verməyini xahiş etmiş, o, Zərərçəkmiş şəxs2 xahişi ilə Təqsirləndirilən şəxslə “Çənlibel” restoranında görüşüb ona əlbə-əl 500 manat pul vermiş, daha sonra 2024-cü ilin may ayı ərzində ayrı-ayrı vaxtlarda o, Zərərçəkmiş şəxs2 xahişi ilə Təqsirləndirilən şəxslə Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “Çənlibel” yeməkxanasında bir neçə dəfə görüşüb ona 500 manat, 500 manat və 300 manat pul vermişdir. 2024-cü ilin may ayının sonlarında isə bibisi oğlu Zərərçəkmiş şəxs2 “Çənlibel” restoranında Təqsirləndirilən şəxslə görüşərək ona 500 manat əlbə-əl pulu şəxsən özü vermişdir. Təqsirləndirilən şəxs obyektin sənədlərinin düzəltdirəcəyi vədi verərək 2024-cü ilin may ayı ərzində Firdovsi Dosməmədovdan ümumilkdə 2800 manat pul almışdır. Bundan başqa Təqsirləndirilən şəxs Firdovsi Dosməmədovu aldadaraq onun 4-cü sinifdə oxuyan övladını Bakı şəhərində yerləşən gimnaziyaların birinə qəbul etdirəcəyini söz verib ondan ümumilikdə 700 manat pul alaraq aldatmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun övladını gimnaziyaya qəbul etdirəcəyini inandıraraq qızının imtahanda imtahan vərəqəsinin boş buraxmasını tapşırmışdır. Firdovsi Dosməmədovun 4-cü sinifdə oxuyan övladı Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində imtahandan kəsilərək gimnaziyaya qəbul oluna bilməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs dələduz olduğunu başa düşmüş və Zərərçəkmiş şəxs2 dəfələrlə Təqsirləndirilən şəxs zəng edib pullarını geri istəsə də, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr uydurub Firdovsinin pullarını qaytarmaqdan yayınmışdır. Buna görə də, X35 Mirzəyevin barəsində polis şöbəsinə müraciət etmişdir. Sonradan Cavidin atası tərəfindən Firdovsiyə dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 1 il bundan əvvəl Ağdaş rayonu, Orta Ləki kəndində özünə məxsus “Çənlibel” adlı yeməkxanada tanış olmuşdur. Təqsirləndirilən şəxs tez-tez həmin yeməxkanaya müştəri qismində gəlmiş, Təqsirləndirilən şəxs özünü Kürdəmir rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmişdir. O, Kürdəmir RPŞ-də yüksək vəzifədə işlədiyini, polkovnik rütbəsində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tez-tez həmin obyektə gələrək onlarla ünsiyyət qurub onun, oğlu Şahid7 və bacısı oğlu Zərərçəkmiş şəxs2 etibarını qazanmışdır. Şahid7 2024-cü ilin yanvar ayında Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən obyektini Zərərçəkmiş şəxs2 satmışdır. Lakin həmin obyektin sənədlərində müəyyən çatışmazlıqlar olmuşdur. Təqsirləndirilən şəxs obyektin sənədlərini düzəldəcəiyinə söz verib Zərərçəkmiş şəxs2 ümumilikdə 2800 manat pul almışdır. Həmin pulları Təqsirləndirilən şəxs 2024-cü ilin may ayı ərzində Zərərçəkmiş şəxs2 özündən və Şahid7 vasitəsi ilə alaraq Firdovsiyə qarşı dələduzluq hərəkətləri etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 1 il bundan əvvəl tanış olmuşdur. O, təxminən 2 il Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs onun avtomobilinə sərnişin qismində əyləşən zaman onunla tanış olmuş və həmin vaxtdan Təqsirləndirilən şəxslə münasibətləri yaranmış, Təqsirləndirilən şəxs tez-tez taksi xidməti göstərmişdir. Köhnə avtomobillərin taksi fəaliyyətinə qadağan qoyulduqdan sonra o, Gəncə şəhərinə köçərək orada fəaliyyət göstərməyə davam etmişdir. Təxminən 2024-cü ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, öz adına mobil telefon nömrəsi alaraq ona verməyini xahiş etmiş, həmin vaxt o, Gəncə şəhərində olduğundan Gəncə şəhərində “köhnə avtovağzal” kimi tanınan ərazidə nömrə satışı məntəqəsindən xatırlamadığı mobil telefon nömrələrini alıb, Yevlax rayonuna gəlib avtovağzalın yaxınlığında Təqsirləndirilən şəxslə görüşüb həmin nömrələri ona vermişdir. Təqsirləndirilən şəxs hər dəfə ona mobil telefon nömrəsi alan zaman nömrələrə xərclədiyi pulları geri qaytarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının əvvəllərdinə bir neçə dəfə ona zəng edərək adına mobil telefon nömrəsi almağını xahiş etmiş, o, Təqsirləndirilən şəxs xahişi ilə mobil telefon nömrəsi alaraq öz telefonunda aktiv etmiş, daha sonra Təqsirləndirilən şəxs xahişi ilə“Whatsapp” mobil tətbiqinin açılması üçün ona göndərilən şifrələri Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs onun adına olan həmin mobil nömrələrlə “Whastapp” mobil tətbiqi açmışdır. Lakin Təqsirləndirilən şəxs həmin nömrələrlə kiminləsə yazışması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələrlə onu aldadaq adına mobil telefon nömrəsinin alınmasına nail olmuşdur. Təqsirləndirilən şəxs köhnə polis əməkdaşı olduğunu bildirmiş, buna görə də, onun aldığı həmin mobil telefon nömrələri ilə hər hansı qanunsuz hərəkətlər edəcəyini düşünməmişdir. 2024-cü ilin təxminən may-iyun ayında, hazırda dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Sumqayıt şəhəri ərazisində hazırda ünvanını dəqiq xatırlamadığı ərazidən Saleh adlı şəxslə görüşüb ondan “Honda-İnsight” markalı minik avtomobilini götürüb Yevlax rayonuna gətirməyini xahiş etmiş, o, Təqsirləndirilən şəxs üzərində yol pulunun olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs istifadəsində olan 4098-5844-6401-1533 nömrəli karta 30 manat pul göndərmişdir. O, həmin avtomobili Sumqayıt şəhərindən götürüb Yevlax rayonuna gəlib Təqsirləndirilən şəxslə görüşərək ona təhvil vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan istifadəsində olan 4098-5844-6401-1533 nömrəli bank kartını müvəqqəti istifadə etməsi üçün ona verməyini xahiş etmiş, o, da Təqsirləndirilən şəxs köhnə polis əməkdaşı olduğundan ona etibar edib, həmin bank kartını Təqsirləndirilən şəxs verdikdən təxminən 2 ay sonra o, Cavidə zəng edib kartı geri qaytarmasını xahiş etmiş, lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək kartı geri qaytarmamış, buna görə də, o, “Unibank”-ın Xətai rayon filialına yaxınlaşıb həmin kartı ləğv etdirmişdir. Həmin kart təxminən 2 ay müddətində Təqsirləndirilən şəxs istifadəsində olduğundan Təqsirləndirilən şəxs həmin kartla hansı əməliyyatları keçirməsi barədə məlumatı yoxdur. Görünür Təqsirləndirilən şəxs öz cinayət əməllərini gizlətmək üçün başqa şəxsin adına olan kartlardan istifadə etmişdir. Təqsirləndirilən şəxs ona məxsus 4098-5844-6401-1533 nömrəli bank kartını ondan müvəqqəti istifadə üçün alarkən həmin kartı hansı məqsədlər üçün istifadə edəcəyi barədə heç bir söz deməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstədi ki, 2024-cü ilin əvvəllərində dəqiq xatırlamadığı gündə özünə məxsus **-XK-*** dövlət nömrə nişanlı “Honda İsight” markalı minik avtomobilini avtomobil satışı saytı olan “Turbo.az” saytına yerləşdirmişdir. Həmin vaxt əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək elana yerləşdiyi avtomobillə maraqlanmış, o, Cavidlə Sumqayıt şəhəri ərazisində görüşmüş, Təqsirləndirilən şəxs avtomobilə baxdıqdan sonra avtomobili almaq istədiyini bildirmiş, onların arasında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs həmin avtomobilə görə ona ilkin olaraq 1200 manat və 24 ay ərzində aylıq 750 manat ödəniş etməli olmuş, onlar sənədləşdirmə işlərini gördükdən sonra həmin avtomobili Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs yalnız nəqliyyatdan istifadə etməyə görə etibarnamə vermiş, yəni Təqsirləndirilən şəxs həmin avtomobili satmaq və ya bağışlamaq hüququ olmamışdır. Həmin avtomobil əvvəllər başqa şəxsin adına olduğundan o, həmin avtomobili öz adına keçirtmək qərarına gəlmiş və bu məqsədlə o, Təqsirləndirilən şəxslə birlikdə xx.xx.2024-cü il tarixdə Sumqayıt DYP-yə yaxınlaşıb həmin avtomoili öz adına keçirtmiş və avtomobilə yeni nömrə almışdır. Hazırda avtomobilin üzərində olan nömrə **-BY-*** dövlət nömrə nişanıdır. Bir müddət sonra Təqsirləndirilən şəxs aylıq ödənişləri ödəməkdə çətinlik çəkməyə başlamış və bu səbəbdən təxminən 2024-cü ilin oktyabr ayının sonlarında o, həmin avtomobili Əhmədli metrostansiyası yaxınlığında aşkar edib götürmüşdür. O, avtomobili Caviddən adlıqdan sonra Cavid ona zəng edib üzür istəmiş və ona olan borcunu ödəmişdir. Həmin vaxtdan etibarən bir daha Təqsirləndirilən şəxslə əlaqəsi olmamışdır. Həmin avtomobil onun adına olduğundan avtomobilin cərimələri də onun adına gəlmişdir. Təqsirləndirilən şəxs həmin avtomobillə əsasən Bakı-Ələt-Qazax avtomobil yolunda yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs ondan aldığı **-XK-*** dövlət nömrə nişanlı “Honda İsight” markalı minik avtomobilinə görə ödənişləri nağd və kart vasitəsi ilə etmişdir. O, Zərərçəkmiş şəxs3 adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs ondan kredit şərtləri ilə aldığı “Honda-İnsght” minik markalı **-XK-*** dövlət nömrə nişanlı avtomobilin aylıq ödənişlərini bəzi hallarda əlbə-əl vermiş, bəzi hallarda isə onun istifadəsində olan bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs 23 oktyabr və 24 oktyabr 2024-cü il tarixlərdə avtomobilə görə 200 manat və 400 manat, ümumilikdə 600 manat pulu ona məxsus karta göndərmişdir. Görünür Təqsirləndirilən şəxs həmin pulu digər şəxslərə qarşı dələduzluq edərək onlara ödətmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, 2020-ci il tarixdən Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən avtomobil təmiri sexində elektrik işləyir. 2024-cü ilin sentyabr ayının təxminən 21-22-si tarixlərində əvvəllər tanımadığı Cavid adlı şəxs özünə məxsus “Honda-İnsight” markalı minik avtomobilin işə düşməməsi səbəbindən ona müraciət edərək avtomobili işə salmağını xahiş etmiş, o, həmin şəxslə Ağdaş şəhəri, M.İsayev küçəsinə gəlib hazırda dövlət nömrə nişanını xatırlamadığı qara rəngli “Honda-İnsight” markalı minik avtomobilini işə salmışdır. Həmin şəxs görüləcək işlər üçün ona 30 manat pul verməli olsa da, Cavid ona polis əməkdaşları ilə dalaşdığı üçün inzibati qaydada həbs olunduğunu, həbsdən yeni çıxdığı üçün üzərində pulunun olmadığını bildirib həmin pulu onun kartına göndərə biləcəyini bildirmişdir. O, həmin şəxsin yeni həbsdən çıxdığını nəzərə alıb istifadəsində olan 4169-7388-6742-7050 kart nömrəsini ona vermişdir. Cavid adlı şəxs 1-2 saat ərzində pulu kartına göndərəcəyini bildirmişdir. Lakin həmin gün Cavid ona borclu olduğu 30 manat pulu kartına göndərmədiyi üçün onun isitfadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng etmiş, lakin Cavid onun zənglərinə cavab verməmişdir. Daha sonra o, Cavidin istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazaraq borcunu qaytarmasını tələb etmiş, Cavid ona səsli mesaj göndərək özünün bank kartında probleminin olduğunu, həmin pulu tanışının ona göndərəcəyini bildirib bir müddət sonra Cavid ona zəng edərək pulu kartına göndərdiyini bildirmiş, həmçinin Cavid adlı şəxs göndərdiyi pulun qəbzini “Whatsapp” vasitəsi ilə ona göndərmişdir. Cavid adlı şəxslə aralarında olan qısa yazışmanın görüntüsünü ifadəsinə əlavə etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının sonlarında tanımışdır. Həmin vaxt Təqsirləndirilən şəxs makler vasitəsi ilə ona müraciət edib qohumuna məxsus Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən mənzili kirayə götürmüşdür. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin polis əməkdaşı olduğunu bildirmiş, o, təxminən 2-3 gün həmin həmin mənzildə qaldıqdan sonra ona zəng edib işləri ilə əlaqədar başının qarışıq olduğunu, ondan evin açarlarını dəyişdirməyini xahiş etmiş, o, Cavidin xahişi ilə mənzilin açarlarını dəyişdirmiş və buna görə 25 manat xərci çıxmışdır. Təqsirləndirilən şəxs həmin pulu istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7388-0978-7447 nömrəli karta 07 sentybar 2024-cü il tarixdə göndərmişdir. Təqsirləndirilən şəxs kirayə pulunu ödəsə də, təxminən 5-10 gün həmin evdə qaldıqdan sonra bir daha evə gəlməmişdir. O, Təqsirləndirilən şəxslə əlaqə saxlamağa çalışsa da Cavid onun zənglərinə cavab verməmişdir. Daha sonra tanışları vasistəsi ilə Təqsirləndirilən şəxs polis əməkdaşı olmadığını öyrənmişdir. Həmin vaxtdan etibarən o, Təqsirləndirilən şəxs bir daha görməmişdir. Təqsirləndirilən şəxs həmin pulu ona özünün göndərdiyini bildirmişdir. Görünür Təqsirləndirilən şəxs digər şəxslərə dələduzluq edərək həmin pulları öz şəxsi işləri üçün xərcləmişdir. Məhkəmə baxışı iclasında əlavə şahid qismində sualları cavablandıran Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru X11 bildirdi ki, o, Ağdaş Rayon Mərkəzi xəstəxananın direktoru vəzifəsində işləyir. Onun xəstələr barədə məlumatı yoxdur. Əgər xəstə ilə bağlı köçürmələr və s. kimi hallar olarsa o zaman həmin işləri özü həll edir. Ona heç bir xəstə barədə individual məlumat verilmir. Xəstələr barədə praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin məlumatları olur. Xəstə zəhərlənib gələrsə birinci ona ilkin tibbi yardım göstərilir. Həmin an xəstəni həmin vəziyyətdən çıxarmaq vacibdir. Hər bir xəstəyə individual yanaşılır. Dərman vasitələri qəbul edib vəfat etmiş xəstələri olmuşdur. Xəstənin hərarəti barədə məlumatı olmayıb, praktik tibbi fəaliyyət ilə məşğul deyil, ona görə bu barədə fikir bildirə bilmir. Qanın ümumi analizində 27 komponent vardır. Analizlər barədə praktik tibbi fəaliyyət ilə məşğul olan həkimlər maraqlanır. Xəstələr barədə həmin gün məlumatı olmur, bir gün sonra ümumi daxil olan xəstələr barədə məlumat verilir və rəsmi müraciətlərlə tanış olur. Ambulator və ya stasionar məsələsi xəstənin istəyi ilə deyil, həmin an xəstənin klinik vəziyyətinə baxılaraq onun hansı hala uyğun olduğu yoxlanılır. Xəstəni müşahidə etmək üçün gündüz stasionar müşahidə vardır. Xəstə 12 saat ərzində müşahidə altında olur. Bəzi dərmanlar vardır ki, gecikmiş təsirlər göstərir. Qeyri-iş vaxtı olan zaman 113 xidməti və ya təcili yardım şöbəsi ilə əlaqə saxlanılaraq xəstələrin yardımına gedilir. İş vaxtları olan zaman sahə həkimi yoxlanışa gedə bilər. Zərərçəkmiş şəxs1 26 oktyabr 2024-cü il tarixdə saat 16:15 radələrində ambulans vasitəsi ilə birbaşa təcili tibbi xidmət ilə xəstəxanaya gətirilmişdir. Bu barədə video-görüntülər vardır. Video görüntülər 1 il müddətində saxlanılır. Video görüntüləri məhkəməyə təqdim edə bilər. Xəstələrə aid sənədləri həkimlər doldurur. Zərərçəkmiş şəxs1 xəstəxanaya ambulans vasitəsi ilə gətirilmişdir. Video görüntüdə tarix düzdür, lakin vaxt olaraq 10-12 dəqiqə öndə olduğundan saat yanlış göstərilir. Sistem quraşdırılan vaxtdan saatda səhvlik vardır. Xəstə acilə gəldiyindən ilk öncə ona yardım edilir, daha sonra o qeydiyyata alınır. Hər-hansı bir dərmanın neçə saat ərzində qana sovrulması vaxtı yoxdur. Əgər dərman qidadan sonra qəbul olunmuşdursa, daha gec qana sovrula bilər. Dərmanlar tabletka halında olarsa daha gec, maye halında olar sa, 10-15-dəqiqə ərzində qana sovrulur. Məhkəmə baxışı iclasında əlavə şahid qismində sualları cavablandıran Ağdaş Rayon Təxirə salınmaz Təcili Tibbi yardım bölməsinin müdiri X31 bildirdi ki, həmin gün şöbə müdiri kimi şöbədə olmuş, lakin həmin xəstəni Nüşabə həkim özü qəbul etmiş, o, heç bir müdaxilə etməmişdir. Leyla xanımı şöbədə görmüş, lakin yardım etməmişdir. Xəstəyə ilkin yardım onun mədəsinin yuyulması olmuşdur. Xəstə özü bildirdi ki, dərman atmış və zəhərlənmişdir. Xəstənin dediyinə görə ESPA-10 dərmanını qəbul etmişdir. Xəstənin dediyinə görə 1 qutu atmışdır. Xəstənin ağzından nə söz çıxırsa o da yazılır. İlk öncə xəstənin dediyinə görə yardım olunur, sonra analizlər aparılır. Mədə-yuyulması kimi yardımlar olunur, 2-3 saat çəkir həmin yardımlar. Xəstənin vəziyyətinə baxılır, xəstə əgər ağır vəziyyətdə deyilsə, acildə yardım edilir. Həkim baxaraq xəstənin yatıb-yatmamısına qərar verir. Xəstəyə dərhal yardım olunur, əgər xəstənin vəziyyəti ağır olsa idi xəstə reanimasiyaya köçürülərdi. Xəstənin vəziyyətində zəhərlənmə vaxtı ürək döyüntüləri 5-10 arta bilər, təzyiqi isə 5-10 düşə bilər. Dərmanın qana sovrulması 1-2 saat çəkir. Leyla xanımın atdığı dərmanlar psixotrop dərmanlar olduğundan 1 saat-1 saat yarım çəkə bilər. Onun vaxtını tam dəqiq demək mümkün deyil. Leyla xanıma Nüşabə həkim yardım etmişdir. Vətəndaşın deməsinə görə onun vəziyyəti yazılır. T-96 dərman zəhərlənməsidir. Xəstəyə dərhal müdaxilə olunduğu üçün analizlərlə müəyyən olundu ki, qaraciyərdə dəyişiklik yoxdur. Xəstənin analizlərinə baxdıqda mədə-bağırsaq qanaxması olduğu müəyyən olunur. Leyla xanımda heç bir dəyişiklik müşahidə olunmamışdır. 2024-cü ilin kitabını gətirmiş, həmin kitabda Leyla xanım barədə məlumatlar yazılmışdır. Xəstə 28 tablet atmışdır, dərman zəhərlənməsidir, kimsə şantaj edib, özünə qəsd edib. Məhkəmə baxışı iclasında əlavə şahid qismində sualları cavablandıran Ağdaş Rayonu Mərkəzi xəstəxanasının həkimi X32 bildirdi ki, Leyla xanım ambulans vasitəsi ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin özünün dediyinə görə psixotrop dərmanlar qəbul etmişdir. Neçə dənə dərman atdığı yadında deyil. Protokol vasitəsi ilə xəstəyə ilkin yardım göstərilir. 32 illik təcrübəsinə əsaslanaraq xəstənin ilkin vəziyyətinin ağır və ya orta ağır olduğunu müəyyən edə bilir. Xəstədə solğunluq və halsızlıq aşkar etmişdir. Xəstə ilkin sorğulara alınır, xəstədə qida, yoxsa dərman zəhərlənməsi olduğunu aşkar edilir. Huşu yerində olmasa xəstənin yaxınlarından aydınlaşdırılır. Xəstənin huşu yerində idi, suallarına dəqiq cavab verirdi, biraz halsızlıq var idi. Əgər sirkə turşusu deyilsə heç bir dərman dərhal zəhərlənmə vermir, 4-8 saat ərzində qana keçir. Zəhərlənmə vaxtı ilk olaraq mədə yuyulur. Zərərçəkmiş şəxs1 da mədəsi yuyulmuş, qusdurulmuş, qusuntunun içərisində ağ həlim var idi, bəlğəm qarışıq, ama nə olduğunu bilmir. Protokol vasitəsi ilə xəstənin müalicəsinə başlanılır. Xəstənin gəldiyi saatı xatırlamır, günün ikinci yarısı idi. Xəstənin vəziyyəti qan-təhlilləri aparılaraq yoxlanılır, əgər xəstənin vəziyyəti normal olarsa, onda xəstə evə buraxılır. Qan analizlərinin cavabları 40 dəqiqəyə çıxır. Təcili olduğundan ilk öncə bu cavablar yoxlanılır. Xəstə gələn zaman nəbzi və temperaturu normal idi. Xəstədən hansı dərmanı qəbul etdiyi soruşulur, daha sonra xəstəyə tibbi yardım göstərilir. Dərmanların yoxlanılması onların vəzifə səlahiyyətlərinə aid deyildir. Xəstənin xəstəlik barədə sənədini tibb bacısı yazır, həkim də qol çəkir. Kağızda şantaj sözü yazıldığı yadında deyil, onlara xəstənin nə atdığı lazımdır, nə üçün atdığı ilə maraqlanmırlar. Zəhərlənmə hallarında mütləq polisə məlumat verilir. Polis əməkdaşları gəlməmiş xəstə evə buraxılmır. Polis əməkdaşları xəstədən izahat aldığı zaman tibb işçiləri müdaxilə etmirlər. Leyla xanımdan evə təcili tibbi yardım avtomobili ilə göndərilib-göndərilməməsi soruşulmuş, Leyla xanım isə özünün gedə biləcəyini bildirmişdir. Vəziyyətini dəyərləndirdikdən sonra xəstə evə buraxılıb. Xəstə ürək bulantısının olduğunu bildirmişdir. Leyla xanıma təcili yardım getdikdə ilkin tibbi yardım göstərilməmişdir. İlkin tibbi yardımı özü göstərmişdir. Ümumilikdə, 6–12 saat ərzində təxminən 50-yə yaxın xəstə qəbul olunur. Məhkəmə baxışı iclasında əlavə şahid qismində sualları cavablandıran Ağdaş Rayonu Təxirə salınmaz Təcili Tibbi yardım bölməsinin feldşeri X21 bildirdi ki, o, 2006-cı ildən etibarən tibb sahəsində çalışır. Dispetçer tərəfindən dərman zəhərlənməsi hadisəsi barədə məlumat verildikdən sonra briqada göstərilən ünvana yollanmışdır. Hadisə yerinə çatdıqda müəyyən edilmişdir ki, qadın dərman qəbul edərək zəhərlənmişdir. Xəstə dərhal götürülərək təcili tibbi yardım şöbəsinə çatdırılmışdır. Bu xəstəyə ilkin olaraq hansı tibbi yardımın göstərildiyi dəqiq xatırlanmır, çünki hadisənin üzərindən bir il vaxt keçmişdir. Xəstə barədə müvafiq sənədləşmə aparılır; sənəd iki nüsxədən ibarət olur, onlardan biri briqadada qalır, digəri isə təcili tibbi yardım şöbəsinə təqdim edilir. Xəstə aparılarkən növbətçi həkim Nüşabə həkim olmuşdur. Ümumilikdə, xəstənin vəziyyəti ağır olduğu hallarda ilkin tibbi yardım göstərilir, lakin Leyla xanıma göstərilən konkret yardım xatırlanmır. Avtomobildə üç nəfər olmuşdur: xəstə, özü və sürücü. Leyla xanımda huşun itməsi və ya qusma halının olub-olmaması dəqiq xatırlanmır. İfadəsi məhkəmə baxışı iclasında elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstəmişdir ki, təxminən 2 ildir Yevlax rayonunda “Süd zavodu” deyilən ərazinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs5 ilə birlikdə avtomobil təmiri sexi işlədir. Təqsirləndirilən şəxslə işlədiyi təmir sexinə avtomobil gətirərkən tanış olmuşdur. O, 2 dəfə avtomobilini təmir etdirmək üçün onlara müraciət etmişdir. 2024-cü ilin iyun ayının əvvəlləri Təqsirləndirilən şəxs qara rəngli “Honda” markalı hazırda dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobili rənglənməsi üçün sexə gətirmiş, onlar görüləcək işlərə görə Təqsirləndirilən şəxslə 300 manata razılaşmışlar, Zərərçəkmiş şəxs5 avtomobilin dəmirçi işlərini, o, isə rəngsaz işini görmüş, avtomobildə görüləcək işlər təxminən 1 ay müddət vaxt aparmışdır. Həmin müddət ərzinzdə Təqsirləndirilən şəxs bir neçə dəfə sexə gəlib avtomobilini bir neçə günlük götürüb daha sonra geri qaytarmış, Təqsirləndirilən şəxs hər dəfə sexə gələn zaman onlarla hal-əhval tutub ünsiyyət qurmağa başlamışdır. 2024-cü ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs sexə gələn zaman sexdə istifadə etdikləri avadanlıqların köhnə olduğunu görüb, Zərərçəkmiş şəxs5la onun adını məşğulluqda qeydiyyatdan keçirib onlara yeni avadanlıqların verilməsində köməklik göstərə biləcəyini bildirmiş, bunun üçün Təqsirləndirilən şəxs onlardan şəxsiyyətlərini təsdiq edən sənədləri istəmiş, Təqsirləndirilən şəxs onların şəxsiyyət vəsiqələrini götürüb oradan uzaqlaşmış, təxminən 2 saat sonra Təqsirləndirilən şəxs işlədiyi yerə qayıdıb Namiqlə onun sənədlərini geri qaytararaq onları məşğulluqdan qeydiyyatdan keçirdiyini, yaxın müdddət ərzində həmin sənədlər Bakı şəhərinə yola salınacağını, sənədlər təsdiq edildikdən sonra isə yeni avadanlıqlarla təmin olunacaqlarını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs onların adına Asan imza açılmalı olduğunu deyib, bunun üçün mobil telefon nömrələrini istəmiş, həmin vaxt mobil telefonunda olan ikinci nömrəni, yəni ***-***-**-** mobil telefon nömrəsini telefondan çıxardıb ona vermiş, Təqsirləndirilən şəxs həmin nömrəni öz istifadəsində olan mobil telefona salıb bir neçə dəqiqə sonra nömrəni geri qaytararaq onu qeydiyyatdan keçirdiyini və adına “Asan imza” açdığını bildirmişdir. Zərərçəkmiş şəxs5 istifadəsində mobil telefon olmadığından Təqsirləndirilən şəxs yalnız ondan nömrə götürərək öz mobil telefonuna salmışdır. Təqsirləndirilən şəxs köhnə polis işçisi olduğunu bildirmiş, buna görə də, Təqsirləndirilən şəxs sözlərinə inanmış və onun yalan danışdığından şübhələnməmişdir. Bundan təxminən 1 həftə sonra onlar işlərini yekunlaşdıraraq avtomobili Təqsirləndirilən şəxs təhvil vermişlər, Təqsirləndirilən şəxs avtomobili götürən zaman üzərində pul olmadığını, yaxın günlərdə kart vasitəsi ilə avtomobilin təmirinə görə razılaşdıqları 300 manat pulu göndərəcəyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 0həyat yoldaşının nə işlə məşğul olduğunu soruşmuş, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs yoldaşının X4 süpürgəçi işlədiyini bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 onun həyat yoldaşını Yuxarı Qarxun kəndində xadimə düzəldə biləcəyini bildirmiş, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs sexə gələrək Zərərçəkmiş şəxs5la 1100 manata razılaşaraq həmin pulun müqabilində sonuncunun həyat yoldaşını xadimə düzəldəcəyinə söz vermişdir. Daha sonra Zərərçəkmiş şəxs5 eşitmişdir ki, Təqsirləndirilən şəxs onun Yevlax rayonu, Yuxarı Qarxun kəndində yaşadığı evə gedərək Namiqin həyat yoldaşını xadimə düzəldəcəyini vəd verərək ondan 1100 manat pul almışdır. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra artıq sexə gəlməmişdir. Bundan təxminən 2-3 ay sonra, 2024-cü ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs5 ona bildirdi ki, Təqsirləndirilən şəxs onun etibarından su-istifadə edərək onu aldadıb pulunu ələ keçirmişdir. Namiqin həyat yoldaşı Yuxarı Qarxun kəndində yerləşən məktəbə gedərək orada xadimə ştatının vakant olmadığını öyrənmişdir. Həmin məsələ ilə bağlı o, öz istifadəsində olan ***-***-**-** mobil telefonla həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək Zərərçəkmiş şəxs5 maddi imkanının zəif olduğunu, onun pulunu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr uyduraraq vaxtı uzatmağa çalışmış, Zərərçəkmiş şəxs5 həyat yoldaşı Aynur Kərimova da onun mobil telefonu ilə Cavidlə danışdıqdan sonra Cavid həmin pulun bir hissəsini qaytarsa da yerdə qalan 400 manatı qaytarmaqdan boyun qaçırmışdır. O, Zərərçəkmiş şəxs5la Ağdaş rayon prokurorluğuna dəvət olunduqdan sonra onlar Təqsirləndirilən şəxs atası Cahangirin nömrəsini tapmışlar və Namiq ona zəng edib oğlunun onu aldatdığını və bununla bağlı rayon prokurorluğuna şikayət edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs atası məsələdən xəbəri olduğunu və həmin pulu ödəməyə hazır olduğunu bildirib həmin gün Zərərçəkmiş şəxs5 istifadəsində olan bank kartına 400 manat pul göndərmiş, həmçinin Cahangir oğlunun avtomobil təmirinə görə qalan 300 manat borcunu da yaxın günlərdə qaytarmışdır. İfadəsi məhkəmə baxışı iclasında elan olunaraq araşdırılmış Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstəmişdir ki, təxminən 4 ildir atasına məxsus "xxxx" MMC-də işləyir. Həmin şirkətin əsas fəaliyyət istiqaməti avtomobillərin icarəyə verilməsindən ibarətdir. Təqsirləndirilən şəxs həmin şirkətə məxsus avtomobilləri icarəyə götürən zaman tanımışdır. Təqsirləndirilən şəxs təxminən 2 il ərzində şirkətə məxsus avtomobilləri icarəyə götürmüş, Təqsirləndirilən şəxs əsasən “Hyundai-sonata” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini icarəyə götürmüş, sonuncu dəfə Təqsirləndirilən şəxs həmin avtomobili 13 avqust 2024-cü il tarixdə icarəyə götürmüş, 16 avqust 2024-cü il tarixdə isə geri qaytarmışdır. Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə ona zəng edərək avtomobilin Yevlax rayonu ərazisində xarab olduğunu bildirib, avtomobilə uyğun ehtiyyat hissəsini almaq üçün avtomobilin qeydiyyat şəhadətnaməsinin şəkilini ona göndərməsini xahiş etmişdir. Növbəti gün, yəni 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs həmin avtomobili geri qaytarmış, bundan 3 gün sonra, yəni 19 avqust 2024-cü il tarixdə Cavid ona müraciət edərək həmin avtomobili 10 gün müddətinə icarəyə götürmüş və 29 avqust 2024-cü il tarixdə həmin avtomobili geri qaytarmışdır. Həmin müddət ərzində Təqsirləndirilən şəxs bir neçə dəfə yol hərəkəti qaydalarını pozmuş və bununla bağlı tərtib edilmiş inzibati protokolların surətini cinayət işinin materiallarına əlavə edilməsi üçün istintaq orqanına təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 26 sentaybr 2024-cü il tarixdə işlədiyi şirkətə məxsus **-NK-*** dövlət qeydiyyat nişanlı “Fordfusion” markalı minik avtomobilini icarəyə götürmüş, Təqsirləndirilən şəxs həmin avtomobili 28 sentybar 2024-cü il tarixdə qaytarmalı olsa da, qaytarmamışdır. O, Təqsirləndirilən şəxs yaxınlarının mobil telefon nömrəsini tapıb onlarla əlaqə saxlamış və Təqsirləndirilən şəxs inzibati qaydada həbs edildiyini öyrənmişdir. Həmin avtomobilə GPS cihazı quraşdırılmış, o, avtomobilin olduğu yeri müəyyən etdikdən sonra avtomobili götürmüşdür. Təqsirləndirilən şəxs **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 26 sentyabr 2024-cü il tarixdə saat 16:11-də Bakı-Qazax yolunun 167.8 kilometrliyində sürət həddini aşdığına görə 10 manat cərimə edilmiş, həmin cərimə daha sonra Təqsirləndirilən şəxs atası Cahangir Mirzəyev tərəfindən ödənilmişdir. Qəbzi istintaq orqanına təqdim etmişdir. Şirkətin bütün avtomobillərinə GPS cihazı quraşdırıldığından Təqsirləndirilən şəxs hansı istiqamətlərdə hərəkət etdiyini izləmişdir. Belə ki, Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobillərlə əsasən Ağdaş və Yevlax rayonu ərazisinə gedib gəlmiş, həttə bəzi vaxtlarda Təqsirləndirilən şəxs gün ərzində 2-3 dəfə Ağdaş rayonuna gedib qayıtmışdır. Təqsirləndirilən şəxs ona polis əməkdaşı olduğunu, tez-tez Yevlax və Ağdaş rayonuna məxfi sənədlər aparıb-gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu polis əməkdaşı olduğunu inandırmış, buna görə də, onun həmin avtomobillərlə qanunsuz hərəkətlər edəcəyini düşünməmişdir. İfadəsi məhkəmə baxışı iclasında elan olunaraq araşdırılmış Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Təqsirləndirilən şəxs həbs olunanadək valideyinləri ilə birlikdə NZS qəsəbəsində yaşamışdır. Onunla nadir hallarda xeyir-şər mərasimlərində rastlaşanda salamlaşıb haləhval tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər daxili işlər orqanlarında işləmişdir və buna görə də, onun geniş ətrafının olduğundan məlumatı olmuşdur. 2024-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edib sonuncudan 9-cu sinifin buraxılış imtahanlarının suallarının əvvəlcədən əldə etməyin mümkün olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs ona bu məsələni asanlıqla həll edə biləcəyini, bunun üçün yeni mobil telefon nömrəsi lazım olduğunu bildirmiş, o da, Təqsirləndirilən şəxs göstərişi ilə həmin gün “Şamaxinka” kimi tanınan ərazidə yerləşən nömrə satışı məntəqəsindən ***-***-**-** saylı mobil telefon nömrəsini şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək öz adına almışdır. Daha sonra o, Təqsirləndirilən şəxs zəng edib mobil telefon nömrəsi aldığını ona bildirmiş, Təqsirləndirilən şəxs həmin nömrəni öz telefonunda aktiv etməyini, daha sonra həmin nömrəyə gələn şifrəni ona göndərməyini bildirmiş, o, da Təqsirləndirilən şəxs göstərişi ilə həmin nömrəyə gələn şifrəni Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs 1-2 saat ərzində imtahan suallarını ona göndərəcəyini bildirmiş, bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs ona yalan danışdığını başa düşmüş və ona zəng edib onun adına olan mobil nömrəyə açdığı “whatsapp” profilini silməyini tələb etmişdir. Özü bir neçə gün həmin nömrəni işlətdikdən sonra həmin nömrəyə tanımadığı nömrələrdən zəng gəldiyini görüb həmin nömrəni ləğv etmiş və bir daha istifadə etməmişdir. İş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evinin giriş darvazası dəmir materialdan olub yaşıl rəngdədir. Giriş darvazasından evin həyətyanı sahəsinə daxil olduqda fərdi yaşayış evi sağ tərəfdə yerləşir. Fərdi yaşayış evinin giriş qapısı dəmir materialdandır və yaşıl rənglidir. Giriş qapısı evin zal otağına açılır. Zal otağından sağ tərəfdə dəhliz yerləşir. Dəhlizin sağ tərəfində sanitar qovşağı, baş tərəfdə isə mətbəx otağı yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 özünü öldürmək qərarına gəldikdən sonra mətbəxdə olan içərisində çoxsaylı sayda dərmanlar olan dolabın siyirməsindən 01 qutu “Espa-10” dərmanı götürdükdən sonra sanitar qovşağına getdiyini, qutunun içərisində olan 2 ədəd dərman konvalyutasındakı bütün həbləri qəbul etdiyini, boş dərman konavlyitalarını isə sanitar qovşağında zibil qutusuna atdığını bildirdi. Həmin zibil vedrəsinə baxış keçirilən zaman vedrənin içərisində 02 ədəd üzərində “Espa-10” yazıları olan, hər birində 14 ədəd həb yeri olan dərman konvalyutaları aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 26 fevral 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi **********60690, **********915601, **********127001 və **********12700 İMEİ nömrəli mobil telefonlarda istifadə edilmiş, ***-***-**-** saylı mobil telefon nömrəsi **********85740 və **********85750 İMEİ nömrəli mobil telefonlarda, ***-***-**-** saylı mobil telefon nömrəsi **********85750 və **********857523 İMEİ nömrəli mobil telefonlarda, ***-***-**-** saylı mobil telefon nömrəsi isə **********606900 və **********60690 İMEİ nömrəli mobil telefonlarda istifadə edilmişdir. Baxış zamanı həmin nömrələrin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin mobil telefon nömrələri ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Orda burda corniye atmaqla guya ne olur ki, deyirsen bezib gedecek, amma senle olan mesele hel olmayınca heç yerə gedən deyiləm, isdeyir dünya arxanda dura” və bu kimi sair məzmunlu sms-lər yazmış, həmçinin sonuncudan onunla barışmasını tələb etmişdir. İş materiallarında olan 05 mart 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi **********60690, **********60680, **********07520, **********52820 İMEİ nömrəli mobil telefonlarda, ***-***-**- ** saylı mobil telefon nömrəsi **********60690, **********60680, **********55850 İMEİ nömrəli mobil telefonlarda, ***-***-**-** saylı mobil telefon nömrəsi **********84650, **********42140, **********03250, **********11840 İMEİ nömrəli mobil telefonlarda, ***-***-**- ** saylı mobil telefon nömrəsi **********93040 İMEİ nömrəli mobil telefonda, ***-***-**-** saylı mobil telefon nömrəsi **********93040 və **********93030 İMEİ nömrəli mobil telefonlarda, ***-***-**-** saylı mobil telefon nömrəsi **********85750 və **********85752 İMEİ nömrəli mobil telefonlarda, ***-***-**-** saylı mobil telefon nömrəsi **********85750 və **********85752 İMEİ nömrəli mobil telefonlarda, ***-***-**-** saylı mobil telefon nömrəsi **********60690 və **********93040 İMEİ nömrəli mobil telefonlarda istifadə edilmişdir. Beləliklə, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr eyni İMEİ nömrəli telefonda istifadə edildiyi müəyyən edilmişdir. Həmçinin SMS detallaşmasına baxış zamanı qeyd olunan mobil telefon nömrələrinin Təqsirləndirilən şəxs istifadəsində olduğu, Təqsirləndirilən şəxs ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə “Hecde isdemirdim rayonda biabır olasan amma ele edecem heç qapıdan çölə çıxa bilmiyeceksen, onda bil adamin başın altından iş çevirmek necə olur. sosialda paylasacam bütün altan iş çeviren qadinlarin sonu bele olacaq. ayın 10 mən deyəni etmesen tutulsamda olsemde dünya bir birine qarşsada her şeye əl atacam...” və bu kimi sair məzmunlu sms-lər yazıb ona hədə-qorxu gəldiyi müəyyən edilmişdir. İş materiallarında olan 05 mart 2025-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, “Samsung S24 ultra” markalı mobil telefondan istifadə edilməklə xx.xx.2025-ci il tarixdə saat 12:07-də “Facebook” (m.facebook.com) sosial şəbəkəsinə daxil olunaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə üzrə qeydiyyatdan keçmiş “Təhsil Gündəmi” adlı saxta hesaba daxil olmaq məqsədilə hesabın giriş kodu dəyişdirilərək həmin səhifəyə daxil olunmuşdur. “Təhsil Gündəmi” adlı hesaba daxil oldqudan sonra həmin hesabın “Cavid” adlı profilə bağlı olduğu müəyyən edilmişdir. İş materiallarında olan 11 mart 2025-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid2 təqdim etdiyi video görüntünü DVD diskə köçürərək baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskdə 01 ədəd faylda 2 dəqiqə 38 saniyə görüntü vardır. Həmin video ekran görüntülərini əks etdirir. Görüntülərə əsasən “Facebook” sosial şəbəkəsində Şahid2 istifadəsində olan profilə “Təhsil Gündəmi” adlı profildən 13 sentyabr 2024-cü il tarixdən etibarən müxtəlif vaxtlarda mesajlar göndərilmiş, hesab sahibi adının Təqsirləndirilən şəxs olduğunu bildirib ona zəng etməsi üçün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini yazmış, həmçinin Təqsirləndirilən şəxs Şahid2 mesaj yazaraq Zərərçəkmiş şəxs1 “axırına çıxağacağını” bildirmişdir. İş materiallarında olan 14 mart 2025-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli 2-2-161/2-056687/2025 nömrəli məktuba əlavə edilmiş “ZİP” fayla baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ZİP faylda “Facebook” sosial şəbəkəsində yaradılmış "Təhsil Gündəmi” adlı hesabın arxiv və digər zəruri məlumatları vardır. Həmin fayllara əsasən “Təhsil Gündəmi” adlı hesab 04 sentybar 2024-cü il tarixdə saat 09:05-də ***-***- **-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həmin hesab “Elektron ünvan 1” və “Elektron ünvan 2” elektron ünvanlara bağlıdır. ZİP fayllardan görünür ki, həmin hesaba əsasən “Xiaomi” markalı mobil telefondan Bakı şəhəri ərazisindən daxil olunmuşdur. Bundan başqa “Arxiv” bölməsində “Təhsil Gündəmi” adlı hesabda paylaşılmış daha sonra arxiv edilmiş paylaşımların olduğunu müəyyən edilmiş, həmin paylaşımlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və onun atası Zərərçəkmiş şəxs6 barəsində“Bu xanım Zərərçəkmiş şəxs1di. Azərbaycan qadınına xas olmayan söyüşlər leksionunda özüdə Merkezi Aran regional təhsil idarəsində sektor müdiri 8 rəqəmləri oxuya bilmeyen şəxs tədrisin küyfiyyətine nezaret edir. Agdas təhsil sektorunun müdürü olan vaxt Zərərçəkmiş şəxs1 müxtəlif yollarla hede qorxu ile işdən çıxarmalar çox olub. 1 il ardıcıl sinif otağı görməyən şəxs 40 il sinif otağında külünc vuran müəllimə idarəçilikdən və dərs keyfiyyətin yüksəldilməsin öyrədir. Zərərçəkmiş şəxs1 seni bax o Təranə Səmədovanin gününe qoyacam az qalıb. Basin çıxmaya çıxmaya etdiyin cinayətlərden xəbərin yoxdu. Ağdaş deyerli insanları ile həmişə öndə olub. Çox təssüf ki bəzi pulu namusdan usdun tutanlarda var bu şəxs Evine girib çıxandan xeberi yoxdu. Bu sexs əvvəli alkas olub qızın arvadın sinif yoldaşına ere verib. Bu şəxs Zərərçəkmiş şəxs6du, teseffur edin deyirler qızın bu şefi edir deyir qızım kimle otele gedir özü biler siz kimsiz.Bu cür adamlar heyif o torpağın adın batırır...” və bu kimi sair məzmunlu nalayiq ifadələr işlətdiyi müəyyən edilmişdir. İş materiallarında olan 11 noyabr 2024-cü il tarixli DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, DVD diskin içərisində 03 ədəd “Videolar”, “Şəkillər”, “Səs Yazıları” adlı qovluqların olduğu müəyyən olunmuş, “Videolar” adlı qovluğa daxil olduqda, həmin qovluğun içərisində videoların, “Şəkillər” adlı qovluğa daxil olduqda, həmin qovluğun içərisində fotoşəkillərin, “Səs Yazıları” adlı qovluğa daxil olduqda isə həmin qovluğun içərisində səsyazılarının olması müəyyən olunmuşdur. Bundan sonra DVD diskin içərisində olan 1-ci “Videolar” adlı qovluq açılmış və qovluğun içərisində ümumilikdə 27 (iyirmi yeddi) ədəd videogörüntünün olduğu müəyyən edilmiş, hər bir videogörüntüyə ətraflı baxış keçirilmiş, birinci videoya daxil olduqda yol-nəqliyyat hadisəsi baş verməsi və nəticədə bir nəfər qadının vəfat etməsi ilə bağlı fotoslaydın olduğu məlum olmuş, qovluğun içərisində olan digər bəzi videoların isə Təqsirləndirilən şəxs tərəfindən videoqeydə alınması məlum olur və həmin videoların da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 təqib etməsi bağlı videogörüntülərin olması öz əksini tapır. Digər bir videoya baxış keçirilən zaman həmin videogörüntünün ekran qeydə alınması ilə çəkilən videogörüntü olması müəyyən edilmiş, həmin videogörüntüdə də sosial şəbəkədə “Təhsil Gündəmi” adlı hesabda Zərərçəkmiş şəxs1 barədə paylaşımların edilməsi və həmin paylaşımlarda da Zərərçəkmiş şəxs1 dediyinə görə onun barədə həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən məlumatların qeyd olunması məlum olur. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə yerləşdirilmiş olan videoregistratorla qeydə alınan digər bir videogörüntüyə baxış zamanı Zərərçəkmiş şəxs1 avtomobillə hərəkətdə olan zaman qara rəngli “Honda” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir neçə dəfə Zərərçəkmiş şəxs1 avtomobilinin qarşısına keçərək avtomobili yavaşlatmağa çalışması görünür. Zərərçəkmiş şəxs1 tərəfindən qeydə alınan videogörüntüyə baxış keçirən zaman Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin qarşısında qara rəngli avtomobilin hərəkətdə olması, bir qədər sonra həmin avtomobilin sağ tərəf dönmə siqnal verici işığını yandıraraq yolun hərəkət hissəsindən çıxmasını, sonradan Zərərçəkmiş şəxs1 avtomobillə ona ötmə hərəkəti etdikdən sonra yenidən yolun hərəkət hissəsinə qayıdaraq yoluna davam etməsi görünür. Zərərçəkmiş şəxs1 tərəfindən qeydə alınan daha bir videogörüntüyə baxış zamanı Zərərçəkmiş şəxs1 avtomobillə hərəkətdə olan zaman arxadan gələn qara rəngli “Hyundai Sonata” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə ötmə hərəkəti etməsi görünür. Zərərçəkmiş şəxs1 tərəfindən qeydə alınan daha bir videogörüntüyə baxış zamanı Zərərçəkmiş şəxs1 avtomobillə hərəkətdə olan zaman qarşısında “Honda” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olması, sonra həmin avtomobilin qəza şəraitində istifadə edilən qəza işıqlarını işə salaraq avtomobili sağa çəkməsi və Zərərçəkmiş şəxs1 da həmin avtomobilə ötmə hərəkəti etməsi görünür. Zərərçəkmiş şəxs1 tərəfindən qeydə alınan daha bir videogörüntüyə baxış keçirən zaman Zərərçəkmiş şəxs1 avtomobillə hərəkətdə olan zaman arxadan “Honda” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 ötmə hərəkəti etməsi, sonradan artıq Zərərçəkmiş şəxs1 avtomobilinin qarşısında olduğu zaman isə avtomobilin qəza şəraitində istifadə edilən qəza işıqlarını işə salması görünür. DVD diskin içərisində olan 2-ci “Şəkillər” adlı qovluğun içərisində çoxlu sayda fotoşəkillərin olması müəyyən edilmiş, əksər fotoşəkillər “WhatsApp” ani mesajlaşma tətbiqində olan mesajlaşmanın fotoşəkili olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 deməsinə görə həmin fotoşəkillərdə olan mesajlar ona Təqsirləndirilən şəxs tərəfindən yazılmış və göndərilmişdir. Zərərçəkmiş şəxs1 “WhatsApp” ani mesajlaşma tətbiqində ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrdən mesajlar gəlməsi müəyyən edilir. Əksər mesajlarda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 şantaj xarakterli, hədə-qorxu gəlmə mesajları yazılması görünür. ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsinin məzmunun göndərilməsi, ***-***-**- ** saylı mobil nömrədən başqa bir nəfər xanım şəkli göndərilərək “buda eynən sənin kimi etdi sonuna bax, Mingəçevirin rəisi məhv etdirdi heçnə edə bilmədilər, mən sənə heç yerdə yaxınlaşıb heçnə demərəm rahat gəz nəyi nə vaxt edəcəyimi özüm bilirəm” deyə mesaj yazılması, ***-***-**-** saylı mobil nömrədən konum göndərilərək “düz hara gedib gəldiyini bilirəm” deyə mesaj yazılması, ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 özünün şəkili göndərilərək “hələ harasıdı davamı gəlir, birazdan dırnaq arası söhbət paylaşma olacaq, dedim oynama mən hələ oynasam pis olacaq tutdurmağı keçdim” deyə mesajlar yazılması və ***-***-**-** saylı mobil nömrədən isə “həqiqi sən deyirsən vur ölüm, edəcəm onu” deyə mesajlar yazılması və kəsilmiş qulaq şəkili göndərilməsi görünür. Bundan başqa digər bəzi fotoşəkillərdən məlum olur ki, Zərərçəkmiş şəxs1 fotoşəkilləri sosial şəbəkədə “Təhsil Gündəmi” adlı hesabda paylaşılmış və fotoşəkillərin aşağı hissələrindən, Zərərçəkmiş şəxs1 deməsinə görə onun barəsində şər və böhtan xarakterli məlumatlar, şərəf və ləyaqətin alçaldılması üçün sözlər yazılmışdır. Bundan başqa DVD diskin içərisində olan 3-cü “Səs yazıları” adlı qovluğun içərisində ümumilikdə 14 ədəd səs yazısının olduğu müəyyən edilmiş, Səsyazılarına əsasən bir nəfər kişi cinsli şəxsin, Zərərçəkmiş şəxs1 deməsinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 səs yazıları göndərməsi məlum olur. Həmin səs yazıları aşağıdakı kimidir:

1. “Sən deyirsəne güya 17 yaşlı qızına danışacam, nə 17 yaş, nə danışırsan sən, sən hələ fikirləş gör sabah evdən çıxıb evə sağ qayıdacaqsan? İkincisi, mənim qızım olsa gedib şükür eliyib başımı salıb aşağı günümü sürərdim. Cavidnən oyun oynamısan, hələ nə oyun oynmasına bilmirsən, özündəkin Cavid yaxşı bilir, sən məndən yaxşı bilmərsən ki, sən bil ki, 1-ci gün evdən çıxıb axşam evə sağ qayıda biləcəksən? Sən onu fikirləş, sən hər dəqiqəni fikirləş ki görən nə olacaq”. (39 saniyə)

2. “Deyirsən ki, Leylanın beyini çöndü, çönsün də mənim vecimə deyil, Leylanın beyni çönsün də, mənə az fərq eliyir. Ora şikayət elədin, getdin polisə şikayət elədin, digər yerə şikayət elədin mənim üçün heç bir fərqi yoxdur. Səni geri döndərməyə görə yox e, nə geri döndərmək, nə danışırsan sən, bu dəqiqə sudan çıxmış qızılda olsan belə mən sənə yaxın duran deyiləm, mən səni məhv eləməliyəm, konkret qızıl olsanda o, qızılı mən məhv etməyə çalışacam ki, əridəcəm üstünə su tökəcəm ki, qoy dəyərdən düşsün, nə danışırsan sən geri qayıtmaq nədir. Mənim bu dəqiqə arxanca gəlib-getməklərim, ora gəlib getməklərim- hamısı səni məhv etməyi düşünürəm ki, adi cuzi moment düşsün ki, səni məhv eliyim gedəsən.” ( 49 saniyə)

3. “Mən onsuzda həmişə demişdim ki, səninlə nəsə bir şey alınsa idi alınan gündən mən deyəcəkdim leyla, evin, nəyin var keçirt qardaşının adına, mən onu deyəcəkdim, onlar birgə nikah dövründə alınmamışdır ki onlarda mənim nəsə gözüm ola, başa düşdün? Yadında saxla qanunda da belə bir şey var ki, birgə nikah dövründə alınmayan şeylər səhərsi gün nəsə bir hadisə olanda, ölüb eləsə, ər qalsa, keçir qardaşın adına, varis qardaş hesab olunur, mənim helə şeylərdə gözüm yoxdur.” (35 saniyə)

4. “Məsələ ən yuxarı səviyyədə araşdırılsın da, heç vecimə də deyil, mən deyirəm ki, bax bu dəqiqə yolnan gedim, gəlsinlər tutsunlar məni aparsınlar, bütün faktlarım mənim qıraqdadır, mən tutulan momentdə də, bütün faktlar sosial şəbəkədə partlayacaqdır, sosial şəbəkəyə yerləşdiriləcək, məhkəmədə də, mən tələb eliyəcəm ki, flankəslər gəlsin, deyəcəm ay anam, ay bacım sən flan vaxt Leylaya pul vermisən maşın almağa, gələcək məhkəməyə, deyəcək vermişəm, harda görüşmüsünüz, Memar Əcəmidə, məhkəmə sorğu verib anten dairəsin yoxlatdıracaq, görək həmin vaxt sənə pul verib yoxsa pulu hardan almısan, şikayət elədiyin yerdən mən daha çox bilirəm, onlar da azdançoxdan maraqlanıblar ki, mən necə bir şeyə qadirəm, necə sualları cavablandırmağı bilirəm, işdən çıxardıla bilərəm problem deyil, o mənim savadımı düşüncənmi əlimdən almır ki.” (1:09 saniyə)

5. “Sən deyirsən mənim həyatımla oyun oynama, sənin həyatınla oyun oynamaq keçibdir uje, 1 ay əvvəl dədənədə yazıb yollamışam, sənin özünədə deyirəm ki, sənin tezdən evdən çıxıb axçam evə qayıtmamaq ehtimalın var, bax səsi də atıram, ötür o, deyirsəne yuxarı səviyyədə araşdırılır onlarada at, mən yenə deyirəm ki, məni bu dəqiqə yoldan tutub aparsınlar bu səsi at hüquq mühafizə orqanlarıan qoy bu səsi eşitsinlər, tutub aparacaqlar amma nəsə qıraqdanda olacaqdır, heç bilməyəcəklər ki, onu internetə kim yerləşdirib, mən səni şantaj eləmirəm, yəni olanları deyəcəm ki, bax bu budur, soyüşlər söymüsən hamsı çıxarılıb hazırdır, deyəcəm cənəb prokuror bu belə deyir, görün bu qadına yaraşan sözdür deyir anasının əmcəyin kəsən, mən anamın əmcəyin harda kəsmişəm, onu çağır gəlsin görüm bura, deyəcəm indi eləmədiyimə görə 2 il iş vermisən, prokurora deyəcəm ki, 2 ildən sonra çıxıb bu hadisəni eliyəcəm mən, eliyəcəm, elə bilirsən ki eləmiyəcəm? ərə gedəcəksən? Gəlib ərinin yanında bıçağı qarnına soxub çıxıb gedəcəm, yada gəlib arxadan boğazından tutub başının ortasından maşinka ilə qırxıb arxaya qoyub çıxıb gedəcəm.” ( 1:18 saniyə)

6. “Maşınımın şəklini kimə atırsan at fərqi yoxdur, görürsən ki o gün, gecə saat 4-5-6-da hadisə oldu, getdiniz şöbəyə, səhərsi gün saat 12-də mənim maşınımın nömrəsi başqa nömrə idi, hadisəni eliyib nömrəni dəyişəcəm, yadaki nömrəni dəyişəcəm heç bilməyəcəksən hansı maşındıır, gəlib hadisəni eliyib çıxıb gedəcəm, maşının birin gedib saxlıyacam digər rayonda, ora kimi gedib ordanda oyana başqa maşınla gedib, yadaki taksiyə oturub taksi ilə gedəcəm, elə eliyəcəm ki, 10-15 gün polis də məni tapmıyacaq, ondan sonra sosial şəbəkələrdə bəzi şeyləri deyib paylaşıb ondan sonra polisə özüm gedib təslim olacam, polisdən gizlənməyində yolun yaxşı bilirəm, necə getməyində yolun yaxşı bilirəm, başa düşdün? Elədiyim yerdə də, mobilnimidə qoyub gedəcəm ki heç mənim anten dairəmi heç tapsınlar. Bildin necə, oldu, yaxşı yol sənə, get nə bilirsən elə, kimin qanadın altına girib Cavidi məhv eləmək istityirsən sə elə, Cavid ona kimi uje məhv elədiklərini eliyəcək, kim olur olsun, idarə müdiri olsun, istiyirsən nazirlikdə işləyən idarə müdiri olsun, istiyir sektor müdiri, nazir olsun, deputat olsun, kim olur olsun fərqi yoxdur, Cavid öz bildiyin eliyəcək, get dədənə də de dediklərimi, sənə atdığım səsləridə hara göstərirsən göstər. Mən istiyirəm ki, ya Yevlax yada ki Ağdaşa polisə şikayət eliyəsən.” (1:35 saniyə)

7. “Bilirsən nə var, mən uşaq deyiləm bilirəm nəyi nəvaxt eləmək lazımdı, eliyəcəm də, elə bilmə ki, Cavid səninlə barışmaq üçün, yox, and olsun səninlə barışmaq və üz-üzə gəlmək söhbəti yoxdur, mən yalnız qisasımı alacam, dediyimi eliyəcəm, bu səsidə atıram saxla, kimə də, atırsana at, mən dediyimi eləmək üçün sənin arxanca gəlibgedirəm bir moment tapmaq üçün, minimum elə eliyəcəm ki, evdən çölə çıxa bilmiyəcəksən yada ki, ölüm- ikisindən biri.”

8. “Sən hələ fil qulağında yatmısan, deyirsən ki cızıq düşsə, hələ sən bilmirsən ki, Cavid nə deyir, cızıq nədi, Cavid deyir ki, yox eliyəcəm, məhv eliycəm, sən fikirləşmirsən ki, sənin ayağının altına yastıq qoyanlar var ki, qorxma cızıq düşsə bizlikdir, sən fikirləşmirsən ki, Cavid birdəfəlik eliyəcək cızıqda onda düşəcək məhv olmaqda birdəfəlik olacaqdır.” (43 saniyə)

9. “Ondan sonra neyniyəcəklər mənə, hökümətin qanunudur qanun qarşısında cavab verəcəm, ondan sonra nə olacaq ki. İşində ol nəticəsin görəcəksən.” (13 saniyə)

10. “Mən gedirəm şəhərə, gedim hamı ilə sağollaşım gəlim, papamnan mamamnan, mən bilirəm ki, nəsə eliyib birdəfəlik gedəcəm içəri, gəlib gör sənin başını bədənindən ayırıram yoxsa yox, gör qulağını kəsirəm yoxsa yox, ən azından qulağını kəsəcəm.” (14 saniyə)

11. “Dədənə de getsin diz çöksün yalvarsın şikayəti dala götürsün, yoxsa dünyanı qatacam bir birinə, yoxsa səni məhv eliyəcəm.” (15 saniyə)

12. “Təhqiqatçı nə bilir ki, mən Yevlaxda qalıram təhqiqatşı məndən sorurşur ki Yevlaxdasan.” (11 saniyə)

13. “Mən sənə dedim ki, yazıqsan çəkil bu yoldan, işdən çıx, eləmədin məndə dediyimi eliyəcəm, indi gör kim kimə dediyin eliyir, istiyirsən polisə, hara istiyirsən şikayət elə fərqi yoxdur, mən sənə demişəm ki, mən sənə demişəm 12 il işi gözünə alan adamam, əvvəldən də sənə maddələrdə atmışam, onarlı gözümə alan adamam, dediyimi eliyəcəm, fakt biləcəm ki, dediyimi elədim.” (32 saniyə)

14. “İşdən çıxmasan, birdən deyərsən ki Cavid kimdir, and olsun başqa cür olacaq- maşınında aşa bilər, bu səsimi atıram istiyirsən kimə şikayət edirən et, kiminsə maşınına minsən konkret vurulacaqdır.” (30 saniyə) İş materiallarıda olan 06 fevral 2025-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və diskdən görünür ki, baxış zamanı “Samsung S24 ultra” markalı mobil telefonla “Facebook” (m.facebook.com) sosial şəbəkəsinə daxil olunaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə üzrə qeydiyyatdan keçmiş hesabın olubolmamasını müəyyən etmək məqsədilə “Şifrəni unutmusunuz?” düyməsini basdıqdan sonra növbəti səhifəyə daxil olunmuş, növbəti səhifə açıldıqdan sonra boş xanada ***-***- **-** saylı mobil nömrə üzrə axtarış etdikdə hesab təsdiq edilməsi üçün “WhatsApp” mobil tətbiqinə kod göndərildiyi müəyyən edilmiş, daha sonra “Başqa üsulu sına” düyməsinə basdıqdan sonra növbəti səhifə açılmış və həmin səhifədə “Təhsil Gündəmi” adlı hesaba daxil olmaq üçün müxtəlif üsullar təklif olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə “Facebook sosial şəbəkəsində “Təhsil Gündəmi” adlı hesab qeydiyyatdan keçmişdir. İş materiallarında olan 08 fevral 2025-ci tarixli götürmə və baxış aparılması haqqında protokoldan və diskdən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi yaddaş kartı “SanDisk Ultra” markalı 32 gb-lik yaddaş kartıdır. Yaddaş kartında “VQDG0285204UHCİ” adlı qovluğun içərisində 10 ədəd faylda çoxlu sayda video görüntülər vardır. Video görüntülərə əsasən həmin görüntülər 20 avqust 2024-cü il tarixdən 31 avqust 2024-cü il tarixədək qeydə alınmışdır. Video görüntülərdən aydın görünür ki, həmin görüntülər Təqsirləndirilən şəxs tərəfindən çəkilmişir. Həmin görüntülərin əksəriyyəti avtomobilin içərisindən qeydə alınmışdır. Video görüntülərə əsasən xx.xx.2024-cü il tarixdə saat 09 radələrində “AF CENTRE” satış mərkəzinin qarşısında qırmızı rəngli “Kia-Soul” markalı minik avtomobilinin kənardan video çəkilişi aparılmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə qeydə alınmış video görüntüyə əsasən həmin gün saat 18 radələrində Yevlax rayonu, H.Əliyev prospektində yerləşən X47 Təhsil İdarəsinin iznibati binası görüntüyə alınmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Yevlax rayonu, H.Əliyev prospektində yerləşən X47 Təhsil İdarəsinin iznibati binası görüntüyə alınmış, həmin gün saat 19 radələrində isə Ağdaş şəhəri, Karvan yolu küçəsində video çəkiliş aparılmışdır. xx.xx.2024-cü il tarixdə saat 00:12-də Təqsirləndirilən şəxs kameranı kol basmış ərazidə quraşdırdıqdan sonra **-XK-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək oradan uzaqlaşır. Növbəti görüntülərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, kamera Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında yəni Ağdaş şəhəri, Karvan yolu küçəsi ünvanında quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə saat 08:04-də bir nəfər kişi cinsli şəxs həmin kameranı kolluq ərazidə aşkar edərək götürmüşdür. İş materiallarında olan 08 fevral 2025-ci il tarixli götürmə və baxış aparılması barədə protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskdə 01 ədəd faylda 1 dəqiqə 29 saniyə görüntü və 03 ədəd fotoşəkil vardır. Həmin video ekran görüntülərini əks etdirir. Görüntüdə xx.xx.2024-cü il tarix göstərilmişdir. Həmin görütüdə olan məlumatlara əsasən GPS cihazı quraşdırılmış avtomobil Ağdaş şəhəri, H.Aslanov küçəsindən Ağdaş-Ləki yolu ilə Bak-Qazax-Gürcüstan avtomobil yolu istiqamətində hərəkətət edərək həmin yola çıxdıqdan sonra üzü Bakı istiqamətində hərəkətə davam editmişdir. DVD-diskdə olan fotoşəkillərə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü telefonunun ekranından çəkilmişdir. Həmin ekran görüntüsünə əsasən “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ***-***-**-** saylı mobil telefondan 1 dəqiqə 29 saniyə olan video görüntü göndərilmiş, daha sonra “Duz hara gedib gəldiyini bilirəm Ruslan dedi GPs var maşında ondan...” sözləri yazılmışdır. Digər fotoşəkilə bazxış zamanı müəyyən edildi ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən xəritə şəkli göndərilmiş, daha sonra “yene elimin içindedir her şey” sözləri yazılmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin görüntünü ona Təqsirləndirilən şəxs göndərmişdir. İş materiallarında olan 14 fevral 2025-ci il tarixli götürmə və baxış aparılması haqqında protokoldan görünür ki, Şahid1 Əhmədiyyə oğlu təqdim etdiyi kamera “Smartcam” markalı qara rənglidir. Kameranın eni 35 mm, hündürlüyü 40 mm, uzunluğu 52 mm-dir. Kameranın ön tərəfində linza və işıq detektoru vardır. Kameranın üst hissəsində “Smartcam” və “4G” yazıları vardır. Kameranın arxa hissəsində 3 ədəd düymə, 01 ədəd SD kart, 01 ədəd Sim kart və 01 ədəd USB yuvası vardır. Kamerın SD və SİM kart yuvaları boşdur. Bundan başqa kameranın arxa hissəsində “VQDG0285204UHCİ” QR-kod yazısı olan ağ rəngli yapışqan lent vardır. İş materillarında olan 14 fevral 2025-ci tarixli baxış aparılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdaş şəhəri, Karvan Yolu küçəsidir. Şahid1 həmin küçədə Zərərçəkmiş şəxs1nn yaşadığı evlə üzbə-üz, darvazadan 12 metr aralıda olan ərazini göstərib “Smartcam” markalı gizli kameranı həmin ərazidən aşkar etdiyini bildirərək həmin ərazini göstərmiş, həmin ərazi yanıq izlərinin olduğu müəyyən edilmişdir. Həmin ərazidə bir ədəd beton materialdan hazırlanmış işıq dirəyi vardır. İşıq dirəyi hasardan 40 sm aralıdardır. Hasarın hündürlüyü 13 mişar daşı hündürlüyündədir. Yol daş örtüklə örtülmüşdür. İş materiallarında olan 20 mart 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi **********93040 İMEİ nömrəli mobil telefonda istifadə edilmiş, ***-***-**-** saylı mobil telefon nömrəsi **********85750, **********755901, **********857523 və **********75590 İMEİ nömrəli mobil telefonlarda, ***-***-**-** saylı mobil telefon nömrəsi **********93040 İMEİ nömrəli mobil telefonda, ***-***-**-** saylı mobil telefon nömrəsi isə **********022801, **********02280, **********78570 və **********785701 İMEİ nömrəli mobil telefonlarda istifadə edilmişdir. Baxış protokolundan göründüyü kimi, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinin istifadə olunduğu eyni İMEİ nömrəli mobil telefonda istifadə olunmuş, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** və ***-***-**-** saylı mobil telefon nömrələrinin istifadə olunduğu eyni İMEİ nömrəli mobil telefonda istifadə olunmuş, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin istifadə olunduğu eyni İMEİ nömrəli mobil telefonda istifadə olunmuşdur. Beləliklə baxış zamanı ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin Təqsirləndirilən şəxs tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İş materiallarında olan 07 aprel 2025-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 6-2- 41/2-11820/2025 nömrəli məktuba əlavə edilmiş anket və çıxarışlara baxış zamanı müəyyən edilmişdir ki, 5522-0993-6332-1068 nömrəli bank kartı Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini Şahid8 məxsusdur. Həmin kart üzərində çoxlu sayda əməliyyatlar aparılmış, həmçinin xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində pul vəsaiti terminal vasitəsi ilə mədaxil olmuş və həmin tarixdə kartdan 100 manat pul vəsaiti çıxarılmış, bundan başqa xx.xx.2024-cü il tarixdə 240 manat məbləğində pul vəsaiti terminal vasitəsi ilə mədaxil olmuş və həmin tarixdə kartdan 240 manat məbləğində pul vəsaiti çıxarılmışdır. İş materiallarında olan 07 aprel 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “X37” ASC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli HTİD-OUT- 02389-2025 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, 4098******1533 nömrəli bank kartı xx.xx.1984-cü il təvəllüdlü Şahid9 məxsusdur. Bank tərəfindən yalnız xx.xx.2024-cü il tarixdə keçirilmiş məlumatlar təqdim olunmuş, həmin məlumatlara əsasən xx.xx.2024-cü il tarixdə saat 15:29-da "xxxx" ASC-nin “Birbank” mobil tətbiqindən 200 manat pul vəsaiti 4098******1533 nömrəli karta mədaxil olmuşdur. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 2025/204/8812 nömrəli məktuba əlavə edilmiş sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş 416973******3615 nömrəli bank kartı Şahid10 Gülösət oğluna məxsusdur. xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə həmin karta müvafiq olaraq 200 (iki yüz) və 400 (dörd yüz) manat pul vəsaiti mədaxil olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 416973******7050 nömrəli bank kartı Şahid11 məxsusdur. xx.xx.2024-cü il tarixdə həmin karta 30 (otuz) manat pul vəsaiti mədaxil olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 416973******7447 nömrəli bank kartı Şahid12 məxsusdur. xx.xx.2024-cü il tarixdə həmin karta 25 (iyirmi beş) manat pul vəsaiti mədaxil olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 416973******3615 nömrəli bank kartı 416973******2781 nömrəli bank kartı X7 məxsusdur. xx.xx.2024-cü il tarixdə həmin karta 50 (əlli) və 400 (dörd yüz) manat pul vəsaiti mədaxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Ağdaş rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2024-cü il tarixli 583 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 naməlum etiologiyalı dərman preparatı ilə zəhərlənmiş, zəhərlənmənin müddəti 26 oktyabr 2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan yüngül zərər vuran xəsarətlərə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X29nin 12 mart 2025-ci il tarixli 101/Ə№-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 naməlum etiologiyalı dərman preparatı ilə zəhərlənmiş, zəhərlənmənin müddəti 26 oktyabr 2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan yüngül zərər vuran xəsarətlərə aiddir. Zərərçəkmiş şəxs1 qanı zəhərlənmə zamanı qanda dərman preparatlarının olmasına görə laborator analizi olunmadığından onun konkret olaraq hansı dərman preparatından və hansı dozada qəbul etməsini müəyyən etmək mümkün deyil. Zərərçəkmiş şəxs1 bədənində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmadı. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli “götürmə və baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi **********0 nömrəli qəbzdə göstərilmişdir ki, 24 iyun 2024-cü il tarixdə saat 13:02-də 523915******5435 nömrəli kartdan 500 (beş yüz) manat pul vəsaiti 409858******1533 nömrəli karta göndərilmişdir. Bundan başqa **********5 nömrəli qəbzdə göstərilmişdir ki, 27 iyun 2024-cü il tarixdə saat 15:29-da 416973******3317 nömrəli kartdan 200 (iki yüz) manat pul vəsaiti 409858******1533 nömrəli karta göndərilmişdir. İş materiallarında olan diskə baxış keçirilən zaman görünür ki, Zərərçəkmiş şəxs1 26 oktyabr 2024-cü il tarixdə saat 16:20 radələrində ambulans vasitəsi ilə Ağdaş Rayon Xəstəxanasının Acil şöbəsinə gətirilmiş və xərək vasitəsi ilə xəstəxanaya daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X29 X54 06 noyabr 2025-ci il tarixli T848/2025 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.9.10. Vətəndaş Zərərçəkmiş şəxs1nm ilkin məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində gözlə görünən hər-hansı bir xəsarət və ya onun izi aşkar edilməmiş, kliniki müayinə zamanı kəskin dərman zəhərlənməsi diaqnozu qoyulmuşdur. Qeyd edilən zəhərlənmə parenteral yolla qəbul edilən dərmanın təsirindən törənə bilərdi, yaranma müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Adı çəkilən ESPA-10 preparatı essitalopram-oksalat tərkibli olub, qanın plazmasmda maksimum konsentrasiyaya qəbuldan 4 saat sonra çatır. Vaxtında həyata keçirilmiş tibbi müdaxilə (Metoclapramide 2,0; Ringer 500,0; NaCl 500,0; Deksametazon 1.0) Zərərçəkmiş şəxs1nm sağlamlığında yarana biləcək fəsadların qarşısının alınması üçün yetərli ola bilərdi. 3.5. Qanda dərman preparatlarının olmasını təstiq edən laborator analizi aparılmadığından onun konkret olaraq hansı dərman preparatından və hansı dozada qəbul etməsini müəyyən etmək mümkün deyil. 1.6. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə “kəskin dərman zəhərlənməsi” diaqnozu ilə Ağdaş RMX-nın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etmiş, çox sayda dərman preparatı qəbul etdiyini bildirmiş, ilkin müayinə zamanı nəbzin dəqiqəlik sayı artmışdır. Vaxtında vəziyyətinə uyğun olaraq ilkin tibbi yardım göstərildiyindən qəbul edilən dərmanın əlavə təsirləri özünü göstərməyə bilərdi.

7. İlkin tibbi yardım göstərildikdən sonra vəziyyəti kafi olduğundan, stasionar müalicə məsləhət görülsə də, xəstə stasionar müalicədən imtina edərək ambulator müalicəyə buraxıla bilərdi.

8. Dərman preparatı ilə zəhərlənmə dəri səthi üzərində hər-hansı bir dəyişiklik yaratmadan baş verə bilər.

11. Mexaniki təsirlərin, o cümlədən dərman preparatları ilə zəhərlənmə hallarında sağlamlığa zərərvurma dərəcəsinin təyini mütləqdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli 4/402 nömrəli məhkəmə-linqvistik ekpsertizasının rəyindən görünür ki, 1. ekspertizaya təqdim olunmuş cinayət işinin materiallarında Təqsirləndirilən şəxs tərəfindən işlədilmiş “Zərərçəkmiş şəxs1 səni bax o Təranə Səmədovanın gününü qoyacam az qalıb. Basin çıxmaya-çıxmaya etdiyin cinayətərdən xəbərin yoxdu; Şəxsen bu 8 rəqəmi oxuyub yaza bilmeyen Zərərçəkmiş şəxs1nin kökü olmayan bəzi telim fason (əslində regional daxili pul silmek üçün. Teşgil olunur) qruplarina qoşulmayin. təlimdən tərbiyəden xeberi olmayənin özü bir il sinif otağı gormeyen 40 il sinifde kulunc vuran müəllime təlimdən tərbiyəden danışmağa haqqı yoxdur; Bu xanım X47 təhsil idarəsinin Tədrisin keyfiyyəti sektoruna nezaret edir. Təhsildə tədrise edenin leksionunda qadına yaraşmayan sözlər hətta kişiler bele yüz mindən bir söyüşü diline getirdiyi sözü bunda adet enene alıb; Bu xanım Zərərçəkmiş şəxs1di. Azerbaycan Qadına xas olmayan söyüşlər leksionunda özüdə Merkezi Aran regional təhsil arəsində sektor müdiri rəqəmləri oxuya bilmeyen şəxs tədrisin keyfiyyetine nezaret edir; Agdas təhsil sektorunun müdürü olan vaxt Zərərçəkmiş şəxs1 müxtəlif yollarla hede qorxu ile işden çıxarmalar çox olub. Buna misal olaraq hansısa baxça müdiri guya yeyinti edib hede qorxu ile işdən çıxma ərizəsi alınıb; işlədiyi dövürdə guya 5 min yeyinti etdiyi üçün güri odenme edib dövlət büdcəsine; hec demirki 8 rəqəmi oxuya bilmeye bilmeye meni vəzifeye kim təyin edib. Deyesen bu müdürün ölkə rəhbəri cənab Ali baş komandan İlham Əliyevdən usdun bilir öz müdürün seçimine haqq verir ölkə rəhbərinin təyinatına şube ile yanaşır. Ozbaslanigi yeridə bilmir bilmir bunun zenninde onda kimse vəzifədən getməlidir bunlar öz işlərini keçirmek üçün. Ele bii bu deyildi deyen ses zapsi var kimse deyit Çöp 29 üçün ağac yaz ver silek deyesen bunların hamısı cinayyetkardilar. Burda devir pulum vox adiyeti qurumlar araşdırma aparsin görən bu necə məmurdur ki ölkəni korrupsiya omağın kimlerese deyit.” söz və ifadələr Zərərçəkmiş şəxs1 barəsində cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratdığından öz təsdiqini tapmadığı təqdirdə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, habelə işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab olunur.

2. Ekspertizaya təqdim olunmuş cinayət işinin materiallarında Təqsirləndirilən şəxs tərəfindən işlədilmiş “Eziz Ağdaş ictimaiyeti bu şəxs X17 bayramovanin 14 iyulda lənkaranda idarə müdiri ile bir otelde gecelediyin aşkar edib ona bu barədə məlumat verenden sora özlerin müdafiə və qızın adina çıxan söz sohbeti təmizləmək xarakteri daşıyır.Əlimde kifayet qədər fakt var.Bu söz söhbətin çıxmaması üçün hətta idarə müdiri menim heps olunmağım üçün elimde olan faktları sildirmek üçün rayon polis şöbəsine yalvar yaxarda edib amma kifayet qeder Zərərçəkmiş şəxs1nin idarə müdiri ile iisfi münasibətin olması barədə faktlar var yaxın günlərdə ictimaiyyətə elan olunacaqdır. Bəhram Byramov arada menim dələduz olmağım barədəsöz söhbət yaratmaqdansa qızin cibinə göre müdiri ile günlerle ezamiyyət adı ile hara getməyinə ve toya gedib harda gecelemeklerin arxasınca dus namusunu təmizlə. Bəhan bayramov namusu yerinde olsaydı arvadın sinif yoldaşına qızın ere vermezdi. Bu şəxs pula göre namus sözün görmür. Heyif ki o cür Ağdaş torpağında bu cür şəxslər gezir; Zərərçəkmiş şəxs1nin psylasimdan sonra smsi deyirsen dedesi qeyrete gəlib; Gor ne qədər acizdir ki polis deyir ora bura çıx gez yaxınlaşsa heps edək ölündü ağzına su tökdüyüm insanin serefsizliyine baxin; Bu Bəhman “kisi”ye deyirem qızın otelde qalib flankesle kişidi cavaba qızım özü biler sen kimse görən 15 ildə bu qızın yanında olan kimliyin görməyib Bele adamlara evinden xeberi olmayan kişi deyirlər; Bəhman “kişi” birinci heç kime dələduzluq etməmişəm etmişəm ondan sənə ne sen get qızım adına çıxan sözü yoxe olmuş şeyleri təmizlə deleduzluq namus qeyretden ağır təhqir deyil; Birde kişi sözün dırnaq arası yazdım özünüz deyirsuz dırnaq arası yazmaq ne varki yadına sal qızın rehberliyi ile çox şeyi dırnaq arası danışığı yada salmaq üçün dedim.” Zərərçəkmiş şəxs1 və onun atası Zərərçəkmiş şəxs6 şərəf və ləyaqətini nalayiq formada ləkələyən və alçaldan, onları nüfuzdan salan, işgüzar nüfuzlarına xələl gətirən söz və ifadələr hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə psixiatrik ekspertiza Mərkəzi” PHŞ-nin X39 şöbəsinin 07 mart 2025-ci il tarixli 158 saylı məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, intihara cəhd etmiş Zərərçəkmiş şəxs1 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri. İntihara cəhd etmiş Zərərçəkmiş şəxs1 qərarda qeyd edilən hadisədən əvvəl əhval ruhiyyənin aşağı enməsi, gərginlik, həyacan və sair hallar keçirmiş, emosional reaksiya (ekstremal psixi vəziyyət) halında olmuşdur. Həmin halın yaranma səbəbləri situasiya (münasibətdə olduğu şəxsin sosial şəbəkədə onu mənfi xarakterizə edən məlumatları paylaşdığını görməsi, bununla bağlı nüfuzuna xələ gələcəyini, cəmiyyət içində rüsvay olduğunu düşünməsi və sair) ilə şərtlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə psixiatrik ekspertiza Mərkəzi” PHŞ-nin X39 şöbəsinin xx.xx.2025-ci il tarixli 159 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Məhkəmə psixiatrik ekspertizası üzrə:

1. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq (əqli gerilik) xəstəliyindən əziyyət çəkmir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək imkanında olmuşdur. Təqsirləndirilən şəxsin hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsirinə düşmür.

2. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək imkanında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsirinə düşmür.

3. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyə psixi pozuntu aşkar edilmədiyindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxsin hərəkətləri Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsirinə düşmür.

4. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22.1-ci maddələrindən təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərinə ehtiyac yoxdur.

5. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Məhkəmə psixoloji ekspertizası üzrə:

1. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.

2. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.

3. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman əsəbi psixiemosional halda olmuşdur. Həmin halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər.

4. Təqsirləndirilən şəxs cinayəti törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir).

5. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Ağdaş rayon Polis şöbəsinə verilmiş 27 sentyabr 2024-cü il tarixli 1685 nömrəli ərizədən görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq müxtəlif dövlət qeydiyyat nişanlı avtomobillər ilə, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyi ** LB *** d.q.n avtomobilinin qarşısına və arxasına qəsdən sürərək onun həyat və sağlamlığına real təhlükə yaradaraq onu təqib edir və 26 sentyabr 2024-cü il və 27 sentyabr 2024-cü il tarixdə yaşadığı evdə olarkən ona zəng edərək ona ağır xəsarət yetiməklə onu öldürəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etməyini xahiş etmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli 4(017)-66/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs xx xxx 1985-ci ildə Füzuli rayonu, Böyükpirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yevlax rayon məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Horadiz şəhəri B.Səfərov küçəsi, 2 nömrəli evdə qeydiyyatda olan və Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı yolu ev 47, mənzil 50-də yaşayan Təqsirləndirilən şəxs barəsində 07 fevral 2025-ci tarixədək 2 (iki) ay 23 (iyirmi üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 4(014)-63/2024 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 134-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Füzuli Rayon Mərkəzi Xəstəxanası X54 03 fevral 2025-ci il tarixli 18-1-36/2-94/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli RMX-nin narkoloji, ruhi-əsəb, vərəm kabinetlərində olmamışdır. Həmçinin xəstəxanaya hər hansı xəstəliklə bağlı müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası X54 05 fevral 2025-ci il tarixli 3-28-29-3-28/2-1158/2025 nömrəli məktubundan görünür ki, xx xxx 1985-ci il təvəllüdlü, ünvan 13 ünvanda qeydiyyatda olmaqla, ünvan 14nvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası X54 10 fevral 2025-ci il tarixli 18-1-20/2-364/2025 saylı məktubundan görünür ki, ünvan 13 ünvanında qeydiyyatla olmaqla ünvan 14nvanında yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin vərəm, ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatı yoxdur və xəstəxanaya hər hansı xəstəliklə bağlı müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X54 14 fevral 2025-ci il tarixli xx/xx-2067 nömrəli məktubundan görünür ki, 16 may 2025-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 17 mart 2025-ci il tarixli 3-13-21/2-2486/2025 nömrəli verilmiş xasiyyətnamədən görünür ki, xx xxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 28 dekabr 2006-cı il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, 10 fevral 2018-ci il tarixdə isə DİN-in Növbətçi Hissələri Xidmətinə bilavasitə tabe olan “102” xidməti-zəng mərkəzi sisteminin Əməliyyat-idarəetmə məlumatların işlənməsi mərkəzinin növbətçi köməkçisi vəzifəsində “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə özünü intizamsız və bacarıqsız əməkdaş kimi göstərmiş, davamlı olaraq vəzifələrin icrasından yayınmışdır. Polis əməkdaşı kimi qeyri-səmimi, mütəmadi “Etik davranış kodeksi”nin tələblərini pozaraq polis haqqında məngi fikrin formalaşmasına zəmin yaratmış, 5 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. Xidmətdən xaric olunduqdan sonra dəfələrlə vətəndaşlara qarşı dələduzluq etməsilə bağlı “102” Xidmətinə məlumatlar daxil olmuşdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, 1) xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Zaqatala RPŞ-də CM-in 178.2.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatına xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-in 40.2.3-cü maddəsinə əsasən xitam verilmiş, 2) Yevlax RPŞ-də CM-in 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdərəlması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; 3) Səbail RPŞ-də CM-in 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatına xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən xitam verilmiş, 4) Yasamal RPŞ-də CM-in 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatına xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 18 aprel 2025-ci il tarixli 3-16-21-1/2-21211/2025 nömrəli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi il təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmamış, ona təyin edilmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Belə ki, çağırışlara gəlməyən Təqsirləndirilən şəxs barədə xx.xx.2023-cü il tarixdə axtarış elan edilməsi haqqında qərar qəbul edilərək Bakı şəhəri Nizami rayon polis idarəsinə göndərilmiş, həmçinin onun tutulması üçün Bakı şəhəri Nizami rayon prokurorluğuna vəsatət verilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 7(007)-495/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən onun 7 gün tutulması qərara alınmış və həmin qərarın icrası Bakı şəhəri Nizami rayon polis idarəsinə tapşırılmışdır. Lakin bugünədək məhkumun tapılaraq aidiyyəti üzrə X40 yerləşdirilməsi təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 04 dekabr 2025-ci il tarixli 3-16-21-1/2-133767/2025 nömrəli məktubundan görünür ki, qanunvericiliyə müvafiq bütün tədbirlər görülməssinə baxmayaraq məhkum Təqsirləndirilən şəxs Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmamış, ona təyin edilmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Ağdaş Rayon Polis Şöbəsinin 14 mart 2025-ci il tarixli 9/3-13-62/2-6201/2025 nömrəli məktubundan görünür ki, **-HH-*** dövlət qeydiyyat nişanı Hyundai Sonata markalı avtomobilə məxsus olması, həmin avtomobil ünvan 16 ünvanında qeydiyyatda olan Şahid5 məxsus və avtomobili idarə etmək üçün Qax rayonu Qaxbaş kənd sakini X33 adına xx.xx.2024-cü il tarixdən, ünvan 17 ünvanında qeydiyyatda olan X9 adına 05.11,2024-cü il tarixdən etibarnamə olması, **-NK-*** dövlət qeydiyyat nişanı Ford Fusion markalı avtomobilə məxsus olması, həmin avtomobil ünvan 18 ünvanında qeydiyyatda olan Şahid5 məxsus olması, avtomobili idarə etmək üçün ünvan 19 ünvanında qeydiyyatda olan X36 adına xx.xx.2024-cü il tarixdən, ünvan 17 ünvanında qeydiyyatda olan X9 adına xx.xx.2024-cü il tarixdən etibarnamə olması, **-BY-*** dövlət qeydiyyat nişanı Honda İnsight markalı avtomobilə məxsus olması, həmin avtomobil ünvan 20 ünvanında qeydiyyatda olan Şahid10 məxsus və avtomobili idarə etmək üçün ünvan 21 ünvanında qeydiyyatda olan X22 adına 19.11,2024-cü il tarixdən etibarnamə olması, və **- XK-*** dövlət qeydiyyat nişanı Honda İnsight markalı avtomobilə məxsus olması, xx.xx.2024-cü il tarixdən qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsindən daxil olmuş 21 fevral 2025-ci il tarixli 5-108/2-100/2025 nömrəli məktuba əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(014)- 436/2024 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 19:30-dan hesablanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(014)-455/2024 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 00:45-dən hesablanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(014)-505/2024 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 13:25-dən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli rayon Polis Şöbəsinin 12 fevral 2025-ci il tarixli, 31373/1-2053/2025 nömrəli məktubundan görünür ki, ünvan 13-də qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Füzuli rayon polis şöbəsində hər hansı təqsirləndirici material, cinayət işinin istintaqı və münaqişəli ailə kimi qeydiyyatda olmamışdır. Təqsirləndirilən şəxs 2021, 2022 və 2023-cü il tarixlərdə mülki hüquqi öhdəliklərin icrasından yayındığı üçün borclu axtarışında olmuşdur. İş materiallarında olan Ağdaş RPŞ-dən daxil olmuş 22 yanvar 2025-ci il tarixli, 3-13- 62/2-1746/2025 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələri X16, ***-***-**-** saylı mobil telefon nömrəsi Şahid6, ***-***-**-** saylı mobil telefon nömrəsi Zərərçəkmiş şəxs4, ***-***-**-** saylı mobil telefon nömrəsi Şahid4, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** Şahid9, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri Zərərçəkmiş şəxs3 adına aktivləşdirilmişdir. İş materiallarında olan Ağdaş Rayon Mərkəzi Xəstəxanasının PHŞ TTY Bölməsinin TQS №126 Travmatoloji xəstələrin qeydiyyat jurnalından çıxarışdan görünür ki, 26 oktyabr 2024-cü il tarixdə saat 16:16 radələrində 1792 nömrəli qeydə alınmış, xx xxxxxx 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 deməsinə görə, kimsə şantaj etmiş və özünə qəsd etmiş. Diaqnoz: kəskin dərman zəhərlənməsi 1 qutu 28 tablet ESPA-10 atmış, hospitalizasiyadan imtina etmiş və ilkin tibbi yardım göstərilmişdir. İş materiallarında olan Yevlax RİHB-in Yuxarı Qarxun kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 11 mart 2025-ci il tarixli məktuba əlavə edilmiş yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və arayışlara əlavə edilmiş xasiyyətnamədən görünür ki, xx xxxx 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs5 ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Ağdaş RİHB-in Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 02 aprel 2025-ci il tarixli 5-32-12/2-B-713/2025 nömrəli məktuba əlavə edilmiş yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və arayışlara əlavə edilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs6 ailə üzvləri ilə birlikdə ünvan 22 ünvanda yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RİHB-in 1 X51 Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 17 aprel 2025-ci il tarixli 5-10-6/2-50/2025 nömrəli məktuba əlavə edilmiş yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və arayışlara əlavə edilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 26, 2 saylı yataqxana, 525 saylı mənzildə müvəqqəti olaraq məskunlaşmışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Hacıqabul RİHB-in Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 04 dekabr 2024-cü il tarixli 209 nömrəli məktuba əlavə edilmiş yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və arayışlara əlavə edilmiş xasiyyətnamədə göstərilmişdir ki, Eyvazov X23 şəhəri, H.Həmidov küçəsi 218 saylı ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Ağdaş RİHB-in Ağdaş rayon Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 10 fevral 2025-ci il tarixli 5-32-12/2-39/2025 nömrəli məktuba əlavə edilmiş yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və arayışlara əlavə edilmiş xasiyyətnamədən görünür ki, xx xxxxxx 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 Ağdaş rayonu, Orta Ləki kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 06 fevral 2025-ci il tarixli 5-32-12/2-B-383/2025 nömrəli xasiyyətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs1 barəsində Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon Mərkəzi Xəstəxanası X54 11 fevral 2025-ci il tarixli 18-1-22/2-206/2025 saylı məktubundan görünür ki, ünvan 24 ünvanda qeydiyyatda olan, xx xxxxxx 1986-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Ağdaş rayon mərkəzi xəstəxanası X54 Poliklinika şöbəsində ruhi-əsəb, nevroloji və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Ftiziatrik kabinetində vərəm xəstəlikləri üzrə qeydiyyatda deyil. İş materiallarında olan Mingəçevir şəhər X2 daxil olmuş 19 fevral 2025-ci il tarixli 182 nömrəli məktubundan görünür ki, ünvan 25 ünvanında qeydiyyatda olan 1986-cı il təvəllüdlü Bayramova X18 X3 psixiatrik müşahidədə olmamış və müraciət eməmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək heç bir cinayət törətmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrə tənqidi yanaşır və Təqsirləndirilən şəxs həmin ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadələr zərərçəkmiş şəxslərin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdikləri biri-birini tamamlayan və mötəbərliyi şübhə altında olmayan ifadələri və iş materilallarında olan sənədlərlə təqzib olunur. Belə ki, Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinə əsasən özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma-təqsirkardan maddi, xidməti və sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə ifadə olunan hərəkətlərdən (hərəkətsizlikdən) ibarətdir. Qeyd edilən CM-nin 125-ci maddəsinin kommentariyasına əsasən cinayət üzrə zərərçəkmiş şəxs qismində yalnız təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olan şəxs çıxış edə bilər. Əməlin CM-nin 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxs təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmalıdır. Əməlin CM-nin 125-ci maddəsi ilə tövsif edilməsi üçün təqsirkarın hərəkətləri qeyri-hüquqi olmalıdır. Lakin onun bütün qeyri-hüquqi hərəkətləri deyil, zərərçəkmiş şəxslə amansız rəftarı, onun ləyaqətini mütamadi olaraq alçatma və ya ona hədə-qorxu gəlmədə ifadə olunan hərəkətləri törətməsi zəruridir. Maddi asılılıq zərərçəkmiş şəxsin təqsirkarın tam və qismən himayəsində olmasını, ondan maddi yardım almasını və sair nəzərdə tutur. Xidməti asılılıq dedikdə, işçinin müdiriyyətindən, tabeçilikdə olan şəxsin rəisdən və.s hallar başa düşülür. Sair asılılıq dedikdə maddi və xidməti asılılıq istisna olmaqla bütün digər asılılıqlar başa düşülür. Zərərçəkmiş şəxslə amansız rəftar təqsirkarın zərərçəkmiş şəxsi döyməsi, ona əzab verməsi, onu ac, susuz qoyması və sair hallar başa düşülür.Zərərçəkmiş şəxsin ləyaqətini mütəmadi olaraq alçaltma dedikdə, onun təhqir edilməsi, söyməsi, məsxərəyə qoyması, ona böhtan atması haqqında rüsvayedici məlumatları yayması və.s başa düşülür. Zərərçəkmiş şəxsin ləyaqətini alçaltma mütəmadi olaraq törədildikdə CM-nın 125-ci maddəsinin tərkibini yaradır. Hədə-qorxu gəlmə zərərçəkmiş şəxsi maddi və ya sair yardımdan məhrum etməklə, işdən çıxartmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla və.s hədələmədə ifadə olunur. Təqsirkarın əməlinin CM-nin 125-ci maddəsi ilə tövsif edilməsi üçün tədbiq edilən hədə-qorxunun forma və məzmunu ilə yanaşı, onun zərərçəkmiş şəxs tərəfindən dərk edilməsi və nəticədə zərərçəkmiş şəxsin özünü öldürmək arzusunun yaranmasının əsası kimi çıxış etməsi mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2022-ci il tarixli qərarına əsasən sair asılılıq dedikdə, maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür. Buraya təqsirkarla zərərçəkmiş arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq fiziki (məsələn, xəstə ilə ona qulluq edən şəxs arasında və s.), mənəvi (ailə üzvləri, məşqçi ilə idmançı, müəllim ilə şagird arasında və s.), sosial (qapalı sosial qrupların, kollektivlərin (sinif, hərbi hissə, dini sekta və s.) qeyri-formal liderlərindən olan asılılıq), psixoloji asılılıq (zərərçəkmişlə onun azadlığını məhdudlaşdıran şəxs arasında, rüsvayedici məlumata malik olan şəxsdən asılılıq və s.) və s. kimi asılılıq formalarını aid etmək olar. İctimai münasibətlərin müxtəlifliyi, yeni münasibət növlərinin yaranması (məsələn, virtual) şərh edilən maddədəki “sair cəhətdən asılılıq” anlayışının məzmununu genişləndirir. Bəzi hallarda asılılığın dərəcəsi yalnız zərərçəkmiş şəxsin həyat tərzinə, şəxsiyyətinə, işinə və ailəsinə təsiri baxımından müəyyən edilə bilər. Əməlin Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş təqsirkarın hüquqa zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində həyatına son qoymaq qərarına şüurlu surətdə gəlməlidir. Özünü öldürmə həddinə çatdırma müəyyən seçim sərbəstliyi nəzərdə tutur, təqsirkarın hərəkətləri nəticəsində zərərçəkmiş öz iradəsi əsasında intihar edir, halbuki başqa cür davranmaq imkanına malikdir. Təqsirləndirilən şəxs əməlinə münasibətdə aydın görünür ki, o, Zərərçəkmiş şəxs1 aralarındakı münasibəti bitirməsinə razılaşmayaraq məcburi qaydada onunla münasibətlərini davam etdirməsini və onun işdən çıxmasını tələb etmiş, bu məqsədlə 2024-cü ilin fevral ayından başlayaraq onda sonuncu barəsində şəxsi rüsvayedici məlumatların - xəbəri olmadan çəkilmiş foto və video görüntülərin, vəzifəli şəxslərlə SMS yazışmalarının olduğunu deyib özündən sair cəhətdən, yəni psixoloji asılı vəziyyətə gətirdiyi Zərərçəkmiş şəxs1 onunla barışmayacağı və işdən çıxmayacağı təqdirdə qeyd olunan şəxsi məlumatları sosial şəbəkələrdə paylaşıb cəmiyyətdə biyabır edəcəyini deyərək hədə-qorxu gəlmiş, həmin məqsədlə “Facebook” sosial şəbəkəsində yaratdığı saxta hesabdan istifadə edərək kütləvi nümayiş etdirməklə onun şərəf və ləyaqətini ləkələləməklə təhqir etmiş və böhtan atmış, nəticədə sonuncu onun tərəfindən ləyaqətinin mütəmadi olaraq alçaldılması, barəsində rüsvayedici məlumatları yaymaqla hədə-qorxu gəlinməsi, hədələrin artıq reallaşaraq ailə üzvləri, yaxınları və cəmiyyət qarşısında rüsvay olması, habelə hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla ölümlə hədələnməsi, şəxsi ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən video çəkiliş materiallarının qanunsuz toplanması və davamlı olaraq izlənməsi səbəbindən emosional reaksiya (ekstremal psixi vəziyyət) halına düşüb sair cəhətdən, yəni psixoloji ondan asılı olduğunu başa düşərək tək çıxış yolunun özünü öldürmək olduğu qənaətinə gəlib dərman həbləri qəbul edərək intihara cəhd etmişdir. Yuxarıda qeyd olunan hallar cinayət işinin materiallarında olan aşağıda qeyd olunan sübutlarla öz təsdiqini tapır. Belə ki, xx.xx.2024-cü il tarixli DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mütamadi olaraq təqib etmiş, onun avtomobili hərəkətdə olan zaman ətrafında manevrlər edərək öldürəcəyi ilə hədələmiş, sosial şəbəkədə yaratdığı “Təhsil Gündəmi” adlı saxta hesabda Zərərçəkmiş şəxs1 barəsində təhqir böhtan xarakterli ifadələr işlətmiş, istifadəsində olmuş ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrdən “Whatsapp” mobil tətbiqi və sms vasitəsi ilə Zərərçəkmiş şəxs1 mobil telefon nömrələrinə sonuncunun barəsində sosial şəbəkədə rüsvayedici paylaşımlar edəcəyini, Azərbaycan Respublikası CM-in 126-cı maddəsinin məzmununu, kəsilmiş insan qulağını və avtoqəza görüntüsü əks olunmuş fotoşəkilləri göndərərək ona hədə-qorxu gəlmiş, həmçinin səsli mesajlar göndərərək onun avtomobilini aşıracağını, onu öldürmək üçün əlverişli məqam axtardığını bildirib ona hədə qorxu smsləri yazmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında həmin mobil nömrələrin ona məxsus olmadığını bildirsə də, məhkəmə qeyd edir ki, qeyd olunan mobil telefon nömrələrin Təqsirləndirilən şəxs istifadəsində olması şahid ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli 4151 nömrəli məktubla daxil olan 1 ədəd CD diskə, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli AZF/LGL-2634/25 nömrəli məktubla daxil olan 1 ədəd CD diskə, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli KKC/LGL-368/25 nömrəli məktubla daxil olan 1 ədəd CD diskə baxış protokolları ilə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 158 saylı məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, intihara cəhd etmiş Zərərçəkmiş şəxs1 hadisədən əvvəl əhval ruhiyyənin aşağı enməsi, gərginlik, həyacan və sair hallar keçirmiş, emosional reaksiya (ekstremal psixi vəziyyət) halında olmuşdur. Həmin halın yaranma səbəbləri situasiya (münasibətdə olduğu şəxsin sosial şəbəkədə onu mənfi xarakterizə edən məlumatları paylaşdığını görməsi, bununla bağlı nüfuzuna xələ gələcəyini, cəmiyyət içində rüsvay olduğunu düşünməsi və sair) ilə şərtlənmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 134.1-ci maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət məsuliyyətinə səbəb olur. Hədənin reallığını əks etdirən əsaslara - hədənin məzmunu, ifadə üsulu, forması və intensivliyi, hədələmənin şəraiti, hədəni həyata keçirməyə imkan verəcək silahın və ya başqa vasitələrin mövcudluğu, hədələyənin şəxsiyyətini xarakterizə edən əlamətlər (onun sərxoşluğu, ictimai qaydanı tez-tez pozması, əvvəllər törətdiyi cinayətə görə məhkumluğun olması, onun psixi cəhətdən qeyri sabit olması və sair), hədələyənlə zərərçəkmiş arasında əvəllər mövcud olmuş münasibətlər və sair aid edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayından etibarən mütamadi olaraq istifadəsində olan çoxsaylı mobil telefon nömrələri ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefon nömrələrinə SMS və “WhatsApp” mobil tətbiqi vasitəsi ilə yazaraq onun idarə etdiyi avtomobili hərəkətdə olan zaman aşıraraq, habelə üzərinə kimyəvi məhlul tökərək qəsdən öldürəcəyi ilə hədələmiş, hədəni reallaşdıra biləcəyini nümayiş etdirmək məqsədilə idarə etdiyi avtomobillərlə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Soul” minik markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobil Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Yevlax və Ağdaş rayonlarının ərazisindən keçən hissələrində hərəkətdə olan zaman həmin avtomobilin hərəkətinə mane olaraq qarşısında əyləci sərt şəkildə basmaqla həmin avtomobilin ətrafında və ona doğru nümayişkaranə manevrlər etmiş və Zərərçəkmiş şəxs1 vahid niyyətlə hədəni icra edəcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmişdir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələri ilə “Whatsapp” mobil tətbiqi Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil telefon nömrələrinə Azərbaycan Respublikası CM-in 126-cı maddəsinin məzmununu, kəsilmiş insan qulağının və avtoqəza görüntüsü əks olunmuş fotoşəkilləri göndərərək ona hədəqorxu gəlmiş, həmçinin səsli mesajlar göndərərək onun avtomobilini aşıracağını, onu öldürmək üçün əlverişli məqam axtardığını və bu kimi sair məzmunlu hədə qorxu SMS-ləri yazmış, hədəni icra edəcəyini nümayiş etdirmək məqsədilə idarə etdiyi avtomobillərlə Zərərçəkmiş şəxs1ın idarə etdiyi avtomobilin hərəkətdə olan zaman ətrafında manevrlər edərək öldürəcəyi ilə hədələmişdir. Bundan başqa, İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsinin tərkibini yaradır. Həmin maddənin Qeydinə əsasən bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd olunan maddənin tərkibinin olması Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “Facebook” sosial şəbəkəsində bütün internet istifadəçiləri üçün açıq olan, şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair məlumatları gizlətməklə doğum tarixi, iş yeri və təhsil yerinə dair yalan məlumatlar yerləşdirməklə yaratdığı “Təhsil Gündəmi” adlı saxta hesabda həmin tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan ərazidə mütamadi olaraq Zərərçəkmiş şəxs1 fotoşəkillərini paylaşaraq, habelə eyni niyyətlə sonuncunun atası Zərərçəkmiş şəxs6 barəsində məzmununda onların şərəf və ləyaqətini nalayiq formada ləkələyən və alçaldan, nüfuzdan salan, işgüzar nüfuzuna xələl gətirən və bu kimi sair məzmunlu söz və ifadələrdən ibarət uydurma paylaşımlar edərək internet informasiya ehtiyatında saxta hesabdan istifadə edərək kütləvi nümayiş etdirməklə vahid niyyətlə onların şərəf və ləyaqətini ləkələləməklə təhqir etməsi və böhtan atması ilə öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında Təhsil Gündəmi adlı səhifə ilə heç bir əlaqəsinin olmadığı bildirsə də məhkəmə qeyd edir ki, həmin ifadə aşağıdakı sənədlərlə təqzib olunur: cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, “Facebook sosial şəbəkəsində “Təhsil Gündəmi” adlı saxta hesab Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçmiş, digər xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, həmin hesab “mailto:canpoladov1986@gmail.comElektron ünvan 1” və “mailto:mirzeyevcavid990@gmail.comElektron ünvan 2” elektron ünvanlara bağlı olmuş, həmin hesabda paylaşılmış söz və ifadələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli 4/402 nömrəli məhkəməlinqvistik ekpsertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs1 və onun atası Zərərçəkmiş şəxs6 şərəf və ləyaqətini nalayiq formada ləkələyən və alçaldan, onları nüfuzdan salan, işgüzar nüfuzlarına xələl gətirən söz və ifadələr hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması cinayət məsuliyyətinə səbəb olur. Həmin cinayətin obyekti Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində təsbit olunmuş şəxsi toxunulmazlıq hüququdur. Təqsirləndirilən şəxs əməlinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə aralarındakı münasibəti 2024-cü ilin fevral ayında bitirməsinə razılaşmayaraq ona təsir etmək və psixoloji gərginlik vəziyyətində saxlamaq üçün şəxsi və ailə həyatının sirri olan məlumatları, belə məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamaq qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs1 mülkiyyətində və faktiki istifadəsində olan “Kia-Soul” minik markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobilə sonuncunun xəbəri olmadan istintaqa məlum olmayan vaxtda və ərazidə “Teltonika FMB910” markalı GPS izləmə cihazını quraşdıraraq onun GPS məlumatlarını toplamış, həmçinin eyni niyyətlə mobil tətbiqlə internet üzərindən uzaqdan idarə olunma xüsusiyyətlərinə malik “Smartcam” markalı mini kamera əldə edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 olduğu yerlər barədə məlumatları əks etdirən video çəkiliş materiallarını toplamaqla, sonuncuya aid kənar şəxslərin bilməsini istəmədiyi şəxsi və ailə həyatının sirri hesab edilən məlumatları, belə məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamışdır. Belə ki, yuxarıda qeyd olunan faktlar cinayət işinin materiallarında olan xx.xx.2025ci il tarixli götürmə və baxış keçirilməsi barədə protokollarla öz təsdiqini tapır. Həmin protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi “Sandisk” markalı yaddaş kartında olan görüntülərə əsasən Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 09 radələrində “AF CENTRE” satış mərkəzinin qarşısında qırmızı rəngli “Kia-Soul” markalı minik avtomobilinin kənardan video çəkilişi aparılmış, xx.xx.2024-cü il tarixdə qeydə alınmış video görüntüyə əsasən həmin gün saat 18 radələrində Yevlax rayonu, H.Əliyev prospektində yerləşən X47 Təhsil İdarəsinin iznibati binası görüntüyə alınmış, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Yevlax rayonu, H.Əliyev prospektində yerləşən X47 Təhsil İdarəsinin iznibati binası görüntüyə alınmış, həmin gün saat 19 radələrində isə Ağdaş şəhəri, Karvan yolu küçəsində video çəkiliş aparılmışdır. xx.xx.2024-cü il tarixdə saat 00:12-də Təqsirləndirilən şəxs kameranı kol basmış ərazidə quraşdırdıqdan sonra **-XK-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Növbəti görüntülərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, kamera Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında yəni Ağdaş şəhəri, Karvan yolu küçəsi ünvanında quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə saat 08:04-də bir nəfər kişi cinsli şəxs həmin kameranı kolluq ərazidə aşkar edərək götürmüşdür. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun avtomobilinə GPS izləmə cihazı quraşdırmış, həmin cihaz onun tərəfindən xx.xx.2024-cü il tarixdə aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli götürmə və baxış keçirilməsi barədə protokolda göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi DVD diskdə olan video görüntüdə GPS cihazı quraşdırılmış avtomobil Ağdaş şəhəri, H.Aslanov küçəsindən Ağdaş-Ləki yolu ilə Bak- Qazax-Gürcüstan avtomobil yolu istiqamətində hərəkətət edərək həmin yola çıxdıqdan sonra üzü Bakı istiqamətində hərəkətə davam editmişdir. DVD-diskdə olan fotoşəkillərə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü telefonunun ekranından çəkilmişdir. Həmin ekran görüntüsünə əsasən “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ***-***-**-** saylı mobil telefondan 1 dəqiqə 29 saniyə olan video görüntü göndərilmiş, daha sonra “Duz hara gedib gəldiyini bilirəm Ruslan dedi GPs var maşında ondan...” sözləri yazılmışdır. Digər fotoşəkilə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsindən xəritə şəkli göndərilmiş, daha sonra “yene elimin içindedir her şey” sözləri yazılmışdır. Qeyd olunmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olması cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə vaxt dələduzluq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs əməlinə münasibətdə aydın görünür ki, o, hər dəfə həm ayrıayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törədərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dələduzluq nəticəsində ayrı-ayrılıqda 500 manatdan yuxarı 5000 manatdan aşağı maddi ziyan vurmuşdur. Beləliklə, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125, 134, 148-1, 156.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri olması zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, baxış protokolları və onlara əlavələr- xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolu, xx.xx.2024-cü il tarixli diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli götürmə və baxış protokolu, xx.xx.2025-ci il tarixli götürmə və diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli götürmə və baxış protokolu, xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış protokolu, xx.xx.2025-ci il tarixli diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli sənədlərə baxış protokolu, xx.xx.2025-ci il tarixli diskə baxış protokolu, xx.xx.2025-ci il tarixli sənədlərə baxış protokolu, məhkəmətibbi, əlavə məhkəmə-tibbi, təkrar məhkəmə-tibbi, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji, məhkəmə-psixoloji, məhkəmə linqvistik ekspertizalarının müvafiq rəyləri, digər sənədlərlə öz təsdiqini tapır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 134, 148-1, 156.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5la barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 134, 148-1, 178.2.2-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinin sanksiyasında olan islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin olunacaq islah işləri cəzası azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Bundan əlavə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2022ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin olunduğundan onun həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatəti təmin olunmamalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş rayon prokurorluğunun maddi sübutların otağında saxlanılan üzərində “Espa10” yazılmış 02 ədəd dərman konvalyutası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd “Smartcam” markalı mini kamera və 01 ədəd “Teltonika FMB910” markalı GPS izləmə cihazı hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə olunmalı, “SanDisk Ultra” markalı 32 gb-lik yaddaş kartı isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi – məhkəmə-linqvistik ekspertizasının dəyəri 400 (dörd yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X13, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 134, 148- 1, 156.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 125-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 134-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 148-1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 156.1-ci maddəsi ilə qazancının 15 % dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına, həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin olunmuş qazancının 15 % dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası 1 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Ağdaş rayon prokurorluğunun maddi sübutların otağında saxlanılan üzərində “Espa10” yazılmış 02 ədəd dərman konvalyutası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd “Smartcam” markalı mini kamera və 01 ədəd “Teltonika FMB910” markalı GPS izləmə cihazı hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə olunsun, “SanDisk Ultra” markalı 32 gb-lik yaddaş kartı isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi – məhkəmə-linqvistik ekspertizasının dəyəri 400 (dörd yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X13, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar