Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-4/2023 18.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Ağdaş rayonu, Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada təsərüffat fəaliyyəti ilə məşğul olan, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 13608 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(107)-1963/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2020-ci il tarixli, 3(107)-147/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 24 avqust 2020-ci il, 16 sentyabr 2020-ci il, 02 noyabr 2020-ci il və 13 noyabr 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 mart 2021-ci il tarixinə kimi cəmi 13608 ABŞ dolları məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hazırda fərdi qaydada təsərrüfat fəaliyyəti ilə məşğul olmaqla, aylıq gəliri 300 manat təşkil edir. Zərərçəkmiş şəxs əmisi oğlu Baxışov İlqarın tələbə yoldaşı kimi tanımışdır. Təxminən 2016-cı il tarixdə Zərərçəkmiş şəxs Rusiya Federasiyası, Krasnoyarsk şəhərinə 1 dəfə satış məqsədi ilə 15 ton xurma göndərmiş, 2017-ci ildə Zərərçəkmiş şəxs ona zəng edərək yenidən xurma göndərməsini xahiş etmişdir. O, Xaçmaz şəhərində soyuducu anbarında xurma olduğunu örgənmişdir. Zərərçəkmiş şəxs şəriki kimi tanıdığı Şahmar Nemətov malın keyfiyyətinə baxmaq üçün Xaçmaz şəhərinə gələrək, mala baxmış və sonra xurmanın keyfiyyətindən, çəkisindən razı qalmış və Zərərçəkmiş şəxslə əlaqə saxlayıb malın alınmasını məsləhət görmüşdür. Bakı şəhərində Zərərçəkmiş şəxs tanışı tanımadığı şəxslə görüşüb ondan 1836 yeşik xurma əvəzində 17700 ABŞ dolları götürmüşdür. 2 gün ərzində 17700 ABŞ dollarını milli vayutaya dəyişdikdən sonra, Xaçmaz şəhərinə getmişlər və orada alqı-satqı etdikdən sonra Şahmarın iştrakı ilə xurma yük maşınına yüklənmişdir. Malın Rusiya Federasiyasına çatana kimi keyfiyətsiz vəziyyətə düşməsində səbəb malın düzgün yüklənməməsi və yük maşınında olan soyuducunun düzgün dərəcədə qoyulmaması səbəb olmuşdur. O, həmin vaxt onlara malın düzgün yüklənməməsini və aşağı temperaturda malın getməsini məsləhət görsə də, Asif telefon danışdığında onunla razılaşmamışdır. 13 gündən sonra yəni, mal Rusiya Federasiyası Krasnoyarsk şəhərinə çatdıqdan sonra Asif ona zəng edərək narazıçığını bildirmişdir. Belə ki, mal keyfiyyətsiz olduğundan malı mağazalar qəbul etmədiyini, bazarda isə ucuz giymətə satıldığından ziyan etdiyini bildirmişdir. İlk vaxtlar 10000 ABŞ dollarını malın sahibindən almaq istəsədə, sonradan bilmədiyi səbəblərdən ondan tələb etməyə başlamışdır. O, Asifin tələbi ilə razılaşmamış və pulu verməkdən imtina etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(107)-1963/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 13608 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Lakin, borcunu uzun müddət keçməsinə baxmayaraq ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılmış, sonuncu dəfə Şəki Apelyasiya Məhkəməsinin 11 iyul 2020-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə razı olduğunu, lakin, imkanının kifayət qədər olmadığından icra etməmişdir. Təqdimat verilən günə, yəni 05 mart 2021-ci il tarixə kimi qətnamə üzrə borcundan ödəniş etməmiş, hazırda 13608 ABŞ dolları borcu qalmışdır. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs borclu olduğu pulu tam ödəmişdir. Buna görə də məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi barədə ərizəsi nəzərə alınmasını və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil olaraq Zərərçəkmiş şəxs hüquqlarını məhkəmə proseslərində müdafiə etmişdir. Hazırda 22 oktyabr 2018-ci il tarixli etibarnamə üzrə onun nümayəndəsi qismində çıxış edir. Zərərçəkmiş şəxs xurma meyvəsi göndərilməsi üçün Təqsirləndirilən şəxs 17700 ABŞ dollar verimişdir. Lakin, göndərilmiş mal keyfiyyətsiz və bazar tələbatına uyğun olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs pulu qaytarmaq və ziyanı ödəmək barəsində verdiyi vədləri yerinə yetirməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs məhkəməyə iddia qaldırmış, Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(107)-1963/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 13608 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq nümayəndəsi olduğu Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən borcun ödəniləcəyi barədə dəfələrlə şifahi vədlər verilsə də, məhkəmə qətnaməsini icra etməmişdir. Belə ki, verdiyi vədlərdə borcu əhəmiyyətli hissədə ödənilməklə bağlı təklifləri olmuş, lakin, təkliflər vəd xarakteri daşımışdır. 2019-cu ildə məhsul dövründə özünün istehsalında təsərrüfat məhsulları olduğunu və həmin məhsulu satıb bir ay müddətində borcunu ödəyəcəyini bildirsə də, yerinə yetirməmişdir. Həmin hərəkət onun vaxt uzatmaqla məhkəmə qətnaməsindən irəli gələn borc öhdəliyindən qərəzli olaraq yayınmaq məqsədini ifadə etmişdir. Təqdimat verilən günə, yəni 05 mart 2021-ci il tarixə kimi qətnamə üzrə Təqsirləndirilən şəxs borcundan ödəniş etməmiş, hazırda nümayəndəsi olduğu Zərərçəkmiş şəxs 13608 ABŞ dollar borcu qalmışdır. Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən ona olan borcun ödənildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1963/2019 saylı, 10 iyul 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 13608 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Qətnamə şöbənin icraatına 04 fevral 2020-ci ildə daxil olub və 04 fevral 2020-ci il tarixdə tərəflərindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs yaşayış evinə göndərilmişdir. Lakin, qətnamə könüllü icra etmək üçün müəyyən olunmuş vaxtda borclu Təqsirləndirilən şəxs icra sənədini icra etmədiyi üçün onun barəsində müvafiq sorğular edilmişdir. Edilmiş sorğulara verilmiş cavablara əsasən borclu Təqsirləndirilən şəxs adına bank filiallarında şəxsi əmanət, vergi hesabı olması aşkar olunmamışdır. Borclu Təqsirləndirilən şəxs borcunu ödəmədiyi üçün borclunun ölkədən getmək hüququnun icra vərəqəsi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması üçün Ağdaş Rayon Məhkəməsinə təqdimat verilmiş və Ağdaş Rayon Məhkəməsinin 8(014)-166/2020 saylı 13 iyul 2020-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs yaranmış borcunun ödənilməsi haqqında izahat yazmaq tələb olunmuş, o izahat yazaraq yaranmış borcundan ödəniş edəcəyini bildirmiş lakin yaranmış borcunu qərəzli olaraq ödəməmişdir. Borclunun əməllərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində 07 iyul 2020-ci il tarixli protokol tərtib edilməklə, protokol digər sənədlərlə birlikdə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 07 iyul 2020-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs yol verdiyi xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Borclu Təqsirləndirilən şəxs apellyasiya şikayəti verdiyindən Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2020-ci il tarixli qərarı ilə inzibati həbs tənbehinin müddəti 10 günə endirilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu şöbəyə çağırılmış “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıq olunmuşdur. Borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X3 19 saylı Ərazi Məşğulluq Mərkəzinə işlə təmin olunması üçün müraciət etməmişdir. Nəticədə borclunun tələbkara 13608 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə borcu yaranmış və borcundan heç bir ödəniş etməmişdır. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyi İsintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qayınıdır. 2017-ci ildə qayını Asif 17700 ABŞ dolları əvəzində Rusiya Federasiyasına xurma göndərilməsi barədə Təqsirləndirilən şəxs ilə razılığa gəlmişdir. Lakin, göndərilmiş mal keyfiyyətsiz və bazar tələbatına uyğun olmamışdır. Bundan sonra o, Kamillə Göyçay şəhərində görüşmüş, ona malın keyfiyyətsiz olduğunu və Asifin ziyan etdiyini bildirmişdir. Həmin vaxt “Skype” vasitəsilə Asiflə görüntülü danışmışlar və Kamil orada dəymiş ziyana görə Asifə pul və ya yenidən xurma göndərəcəyini bildirmişdir. Borcu ödəməkdən yayındığını gördükdə qayını Asif məhkəmədə iddia qaldırmış, Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(107)-1963/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 13608 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq qayını Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2020-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqsirləndirilən şəxs borcu ödəyəcəyi barədə vədlər versə də, borcundan heç bir ödəniş etməmişdir. Kamilin hal-hazırda Ağdaş rayonu, Qaradeyin kəndində fərdi qaydada təsərrüfat fəaliyyəti ilə məşğul olduğunu və kifayət qədər qazanc əldə etdiyini, lakin, borcu ödəməkdən qərəzli olaraq yayındığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid4 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir. Təqsirləndirilən şəxs Qaradeyin kənd sakini kimi tanıyır. Təqsirləndirilən şəxs nümayəndəliyinin ev təsərüffatlarının uçotu kitabında qeydiyyatdadır. Təqsirləndirilən şəxs kənddə təsərrüfat fəaliyyəti ilə məşğul olur. Mülkiyyətində olan 1,03 ha pay torpaq sahəsində əkinçilik sahələri vardır. Əkinçilik sahəsində 0,51 ha hissəsində yonca əkilmişdir. Yaşadığı evin həyətyanı torpaq sahəsində ərazisində tərəvəz yetişdirmək üçün istixana mövcuddur. Yaşadığı evin həyətyanı torpaq sahəsinin ərazisində tərəvəz yetişdirmək üçün 4 istixana mövcuddur onlardan onlarda biri 15 metr uzunluqda, ikisi 20 metr uzunluqda və sonuncu 25 metr uzunluqdadır. İstixanada pomidor və xiyar yetişdirərək bazarlarda satış edərək gəlir qazanır. Bundan əlavə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda və fərqli saylarda iri və xırda buynuzlu heyvanlar və ev quşlarına sahib olmuşdur. Hazırda ona məxsus 5 iri və xırda buynuzlu heyvan və ev quşları olduğu nümayəndəliyə məlumdur. Qaradeyin kənd ərazisində yaşayan əmək qabiliyyətli insanların səmərəli şəkildə ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində müvafiq tədbirlər görülməsi, qanun və hüquqazidd əməllərin qarşısının alınmasından ötrü sakinlər arasında hüquqi maarifləndirmə işlərinin aparılması mütəmadi olaraq tərəflərindən keçirilmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid Ağdaş rayon Eymur Bələdiyyəsinin baş mühasibi Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 1993-cü il tarixdə Təqsirləndirilən şəxs ilə həyatı qurmuş, evliliklərindən Baxşalı və Əfsun adlı övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs məhkəmə mübahisəsindən xəbəri olmuşdur. Kamil daim fərdi qaydada təsərrüfat fəaliyyəti ilə məşğul olmuş, yəni özünə aid pay torpağında əkinçilik etmişdir. Hazırda pay torpağında yonca əkmişdir və həmin əkindən qazanc əldə edir. Bundan əlavə özlərinə aid həyətyanı torpaqda istixanası vardır. Pomidor və xiyar yetişdirib daxili bazarda sataraq qazanc əldə edir. Hazırda 4 istixana mövcuddur. Bundan əlavə Kamil 5 baş iri və xırda buynuzlu heyvan saxlamaqdadır. Təqsirləndirilən şəxs ona və övladlarına qayğıkeş olmuş, kənd camaatı arasında nümünəvi olmuşdur. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həm qohumu, həm də qonşusudur. Kamilin məhkəmədə olan mübahisəsindən xəbərdardır. Təqsirləndirilən şəxs kənddə nümunəvi davranışı ilə daim seçilmişdir. Kənd sakinləri arasında zəhmətkeş biri kimi tanınmışdır. Hazırdada fərdi qaydada təsərrüfatla məşğuldur. Pay torpaq sahəsində yonca əkmişdir. Bundan əlavə həyətində 4 istixanası var. Həmin istixanalarda tərəvəzlər yetişdirir. Məhsulu sataraq yetərincə qazanc əldə edir. Təsərrüfatdan əlavə iri və xırda buynuzlu heyvanları və ev quşlarıda vardır. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(107)-1963/2019 saylı qətnaməsindən görünür ki, cаvаbdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(014)-1208/2018 nömrəli qətnaməsinin “cavabdeh Təqsirləndirilən şəxs 17700 ABŞ dollar аlınıb Zərərçəkmiş şəxs xeyrinə verilməsi verilməsi” hissəsində dəyişdirilməsi, “cavabdeh Təqsirləndirilən şəxs 13608 (17.700 ABŞ dollar -246.800 rubl (4092 dollar) ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli, 3(014)-251/2020 saylı qərarından görünür ki, xx xxxxxx 1970-ci ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 gün müddətinə inzibati həbs tədbiq edilməsi qərara alınmışdır. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2020-ci il tarixli, 3(107)-147/2020 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X1 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli, 3(014)-251/2020 saylı inzibati xəta haqqında qərarının cəzaya aid hissədə dəyişdirilməsi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təyin edilmiş 20 (iyirmi) gün müddətə inzibati həbs tənbehinin müddəti 10 (on) günə endirilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 8(014)-166/2020 saylı qərardadından görünür ki, təqdimatın təmin edilməsi, Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ borcu ödənilib qurtarana kimi müvəqqəti məhdudlaşdırılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 8(014)-38/2021 saylı qərardadından görünür ki, təqdimatın təmin edilməsi, Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan Təqsirləndirilən şəxs arvadı Şahid7 məxsus olan QAZ- 330210 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13608 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(107)-1963/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2020-ci il tarixli, 3(107)-147/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 24 avqust 2020-ci il, 16 sentyabr 2020-ci il, 02 noyabr 2020-ci il və 13 noyabr 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 mart 2021-ci il tarixinə kimi cəmi 13608 ABŞ dolları məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi tam sübuta yetir. İşin materiallarında olan Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borclu olduğu pulu tam ödəmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1963/2019 saylı, 10 iyul 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 13608 ABŞ dolları məbləğində borclu olduğu pulu tam ödədiyini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CM-in 306-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-in 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-4/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-4/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver