Məhkəmə qərarları › İş №1(014)-40/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-40/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-40/2022 12.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü ildə Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 17 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə şəxsi münasibətlər zəminində döyərək ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, onların təxminən 13 il əvvəl ailə həyatı qurduqlarını və 2 övladlrının olduğunu, onların ailə həyatı qurduqdan sonra əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, lakin son bir neçə ildir ki, Nərmin ilə aralarında tez-tez mübahisə və söz-söhbətlərin baş verdiyini, buna səbəb Nərminin onun sözünə baxmaması və ona cavab qaytarması olduğunu, onların arasında bir müddətdir ki, narazılıq olduğunu, 17.02.2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində yaşadığı evə gəldiyini, həmin vaxt anası X1 və həyat yoldaşı Zərərçəkmiş şəxs evdə olduqlarını, onun Nərmindən heyvanlara su veribverməməsini və tövləni təmizləyib-təmizləməməsini soruşduğunu, Nərminin isə ona kobud formada “mən heyvanlara baxmayacağam, sən və anan özünüz heyvanlara baxın” deyə cavab verdiyini, onun da, Nərminə sakit olmasını, onunla bu tərzdə danışmamasını söylədiyini, həmin vaxt Nərminin onun anası Aidəyə nalayiq ifadə işlədərək “sənsən oğlun Talehi mənə qarşı öyrədən” deyə söylədiyini, Nərminin onun anası Aidəyə nalayiq ifadə işlətməsinə görə onunla Nərmin arasında mübahisə yarandığını, mübahisə zamanı onun Nərminə anası Aidəyə nalayiq ifadə işlətməsinə görə irad tutduğunu, anası Aidənin Nərminə öz anasına nalayiq ifadə işlətməsini söyləmədiyini, Nərmin həmin vaxt yenə də, onun anası Aidəyə nalayiq ifadə işlətdiyini, onun da Nərminin onun anası Aidəyə nalayiq ifadələr işlətməsinə əsəbləşdiyini və Nərminin saçından tutub dartdığını və bir neçə dəfə sillə və yumruqla Nərminin baş və sifət nahiyəsindən vurduğunu, daha sonra Nərminin ona valideynlərinə zəng edib onu aparmalarına söyləcəyini bildirdiyini və evin həyətinə düşdüyünü, onun da, həmin vaxt Nərminin arxası ilə getdiyini və ona heç hara getməməsini söylədiyini, lakin Nərminin ona nalayiq ifadə işlədərək çıxıb gedəcəyini söylədiyini, onun da, yenə də, Nərminin nalayiq ifadə işlətməsinə əsəbləşdiyini və bir neçə dəfə yumuqla onun onun çiyin, sifət və bədəninin digər nahiyələrindən vurduğunu, daha sonra isə onun evdən çıxıb getdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, onların təxminən 13 il əvvəl ailə həyatı qurduqlarını, onların 2 övladlarının olduğunu, onların ailə həyatı qurduqdan sonra əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, lakin son bir neçə ildir ki, Taleh ilə araalrında tez-tez mübahisə və söz-söhbətlər baş verdiyini, buna səbəb Talehin spirtli içki aludəçisi olması və qazandığı pulları ailəsinə deyil, spirtli içkiyə xərcləməsi olduğunu, 17.02.2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində yaşadığı evdə olduğunu, həmin vaxt həyat yoldaşı Talehin yaşadıqları evə gəldiyini, Talehin sərxoş olduğunu, Talehin həmin vaxt ondan nə üçün tövləni kürümədiyini soruşduğunu, onun hər gün tövləni kürüdüyünü, onun da, Talehə işinin çox olduğunu və tövləni təmizləməyi çatdıra bilmədiyini söylədiyini və ona bir azdan tövləni təmizləyəcəyini söylədiyini, lakin Talehin onun sözlərinə əhəmiyyət vermədiyini və ona nalayiq ifadələr işlədərək nə üçün tövləni vaxtında təmizləmədiyini soruşduğunu, buna görə də, Taleh ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı yaxınlıqda olan qayınanası Aidənin onlara sakit olmalarını söylədiyini, onun da, qayınanası Aidəyə işlərinə qarışmamasını söylədiyini, Talehin isə həmin vaxt ona “sən nə üçün anama cavab qaytarırsan” deyərək onun saçından tutub dartdığını, 3-4 dəfə yumruqla baş nahiyəsindən vurduğunu, daha sonra Talehin onu yerə yıxdığını və boğaz nahiyəsindən sıxdığını və yenə də, 3-4 dəfə yumruqla onun sifət və çiyin nahiyəsindən vurduğunu, həmin vaxt qayınanası Şahid4 onları aralaşdırdığını, daha sonra onun ayağa qalxdığını və Talehə valideynlərinə zəng edib onu aparmalarını söyləyəcəyini bildirdiyini və evin həyətinə düşdüyünü, onun evin həyətində olan zaman Talehin onun yanına gəldiyini və ona nalayiq ifadələr işlədərək onu heç bir yerə getməyə qoymayacağını söylədiyini, daha sonra Talehin onun saçından tutub dartaraq onu yerə yıxdığını, bundan sonra Talehin bir neçə dəfə yumruqla onun sifət, çiyin, qarın və bədəninin digər nahiyələrindən vurduğunu, daha sonra Talehin çıxıb getdiyini, onun isə anası Şahid1 zəng edərək əri Taleh tərəfindən döyülməsi barədə məlumat verdiyini bildirmədi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi izahatında 17.02.2022-ci il tarixdə, saat təxminə 17:00 radələrində yaşadığı evdə olduğunu, həmin vaxt qızı Nərminin ona zəng edərək bir az əvvəl həyat yoldaşı Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş verdiyini və mübahisə zamanı isə Təqsirləndirilən şəxs onu döyməsini söylədiyini, həmçinin Nərminin ondan gəlib onu evlərinə aparmasını xahiş etdiyini, onun da oğlu Şahid2 və qardaşı Şahid3 ilə birlikdə qızı Nərminin yaşadığı Ağdaş rayonu Aşağı Zeynəddin kəndinə getdiyini, onun yolda gedərkən 102 ximdətinə zəng edərək qızı Nərminin əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat verdiyini, daha sonra qızı Nərminin yaşadığı evin həyətinin çöl qapısının qarşısına getdiklərini, qızı Nərminin gəlib onların maşına əyləşdiyini, həmin vaxt onun qızı Nərminin sifət və baş nahiyəsində xəsarətlərin olmasını gördüyünü, bundan sonra qızı Nərmini Ağdaş RMX-na apardığını, sonra isə oradan qızı Nərmini evinə apardığını bildirdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs onun gəlini olduğunu, oğlu Təqsirləndirilən şəxs ilə Nərminin təxminən 13 il əvvəl ailə həyatı qurduqlarını və onların 2 övladlarının olduğunu, son bir neçə ildir ki, Nərmin ilə Taleh arasında tez-tez mübahisə və söz-söhbətlərin baş verdiyini, buna səbəb Nərminin onların sözünə baxmaması və onlara cavab qaytarması olduğunu, onların aralarında bir müddətdir ki, narazılıq olduğunu, 17.02.2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində yaşadığı evdə olduğunu, Nərminin də, onun yanında olduğunu, həmin vaxt oğlu Talehin evə gəldiyini, həmin vaxt Talehin Nərmindən heyvanlara su verib-verməməsini və tövləni təmizləyib-təmizləməməsini soruşduğunu, Nərminin isə ona kobud formada “mən heyvanlara baxmayacağam, sən və anan özünüz heyvanlara baxın” deyə cavab verdiyini, Talehin də, Nərminə sakit olmasını, onunla bu tərzdə danışmamasını söylədiyini, həmin vaxt Nərminin ona nalayiq ifadə işlədərək “sənsən oğlun Talehi mənə qarşı öyrədən” deyə söylədiyini, buna görə də, Nərminlə Taleh arasında mübahisə yarandığını, mübahisə zamanı Talehin Nərminə hərəkətinə görə irad tutduğunu, Nərminin həmin vaxt yenə də, ona nalayiq ifadə işlətdiyini, Talehin də, Nərminin ona nalayiq ifadələr işlətməsinə əsəbləşdiyini və onun saçından tutub dartdığını və bir neçə dəfə sillə və yumruqla onun baş və sifət nahiyəsindən vurduğunu, onun həmin vaxt onları aralaşdırdığını, daha sonra Nərminin valideynlərinə zəng edib onu aparmalarına söyləcəyini bildirdiyini və evin həyətinə düşdüyünü, Talehin də, həmin vaxt Nərminin arxası ilə getdiyini və ona getməməsini söylədiyini, lakin Nərminin ona nalayiq ifadə işlədərək çıxıb gedəcəyini söylədiyini, həmin vaxt onlar arasında yenidən dava-dalaş baş verdiyini və Talehin bir neçə dəfə yumruqla Nərminin çiyin, sifət və bədəninin digər nahiyələrindən vurduğunu, daha sonra isə Talehin evdən çıxıb getdiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 18.02.2022-ci il tarixli 123 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sağ təpə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), burun yəhərinin, üzün sol çənə qanadı proyeksiyasının sol bazu oynağının ön səthinin qançırları, sol bazu oynağının əzilməsi, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 17.02.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar