Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-40/2025 04.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 04 fevral 1993-cü il tarixdə Ağdaş rayonunun Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Məşəd küçəsində nömrəsiz evdə qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 385 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 11 mart 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Zeynəddin kənd ərazisində saxlanıldıqdan sonra həmin tarixdə saat 17:57-dən 18:05-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən 01 ədəd sellofan torbada təmiz çəkisi 385 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstəmişdir ki, o, təxminən 2 ilə yaxındır narkotik vasitə istifadə edir. 11 mart 2025-ci il tarixdə təxminən saat 15 radələrində Ağdaş rayonunun Zeynəddin kənd ərazisində olan zaman su kanalının kənarında-yerdə 01 ədəd sellofan torba görüb götürmüş və açıb baxdıqda içərisində narkotik vasitə marixuana olmasını görmüşdür. Daha sonra gələcəkdə istifadə etmək üçün həmin narkotik vasitəni üzərində saxlamış və yaşadığı evə aparıb gizlətmək üçün bir az vaxt keçməsini gözləmişdir. Saat 17 radələrində kənd ərazisində piyada hərəkətdə olarkən sonradan polis əməkdaşları olduqlarını bildiyi şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt polis əməkdaşları ona özlərində narkotik vasitələri üzərində saxlamağı və istifadə etməyi barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O, buna heç bir etiraz etməmişdir. Ondan üzərində narkotik vasitələr saxlayıb-saxlamamağı barədə soruşulmuş, o, üzərində özünün istifadə etməsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra o, qara rəngli gödəkcəsinin alt hissəsində gizlətdiyi içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellofan torbanı təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 392 qram olması müəyyən edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmağı üçün polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmiş və Növbətçi Hissəyə təhvil verilmiş, videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslimi həyata keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu, övladının böyrək xəstəliyindən əziyyət çəkməklə bir böyrəyinin çıxarıldığını, anasının Qarabağ müharibəsi veteranı olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 11 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə saat 17:57-də Ağdaş rayonu, Zeynəddin kənd ərazisində saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra o, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamağı və istifadə etməyi barədə soruşulmuş, o, üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba təqdim etmiş, narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd sellofan torbanın təxmini çəkisi 392 qram olması müəyyən edilmiş, daha sonra 01 ədəd sellofan torba 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şalvarın sol arxa cibindən 01 ədəd alışqanı təqdim etmiş, bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı hər hansı əşya və predmet aşkar edilməmiş, daha sonra 01 ədəd alışqan geri qaytarılmışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni 11 mart 2025-ci il tarixdə təxminən saat 15 radələrində Ağdaş rayonu, Zeynəddin kənd ərazisindən keçən su kanalının kənarından-yerdən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanıılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində olan 01 ədəd salfeti, üzərində olan şalvarın sol yan cibindən 01 ədəd alışqanı, sol arxa cibindən isə hüquq və vəzilərinin əks olunduğu bildirişi təqdim etmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar edilməmiş, daha sonra salfet, alışqan və bildiriş geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs sağ əlində olan 01 ədəd salfeti, üzərində olan cins şalvarın sol yan cibindən 01 ədəd alışqanı və həmin şalvarın sol arxa cibindən hüquq və vəzilərin olunduğu bildirişi çıxarıb təqdim etmiş. Bundan sonra Təqsirləndirilən şəxs üzərində tərəfimdən axtarış aparıldı, baxış zamanı hər hansı əşya aşkar olunmamış. Daha sonra salfet, alışqan və bildiriş geri qaytarılmış. İş materiallarında olan 11 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə saat 17:57-də Ağdaş rayonu, Zeynəddin kənd ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 392 qram olmuş, sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şalvarın sol arxa cibindən 01 ədəd alışqanı təqdim etmiş, bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı hər hansı əşya və predmet aşkar edilməmiş, daha sonra 01 ədəd alışqan geri qaytarılmışdır. Təqsirləndirilən şəxs oğluna verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 11 mart 2025-ci il tarixdə təxminən saat 15 radələrində Ağdaş rayonu, Zeynəddin kənd ərazisindən keçən su kanalının kənarından-yerdən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 11 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 11 mart 2025-ci il tarixdə saat 17:57-dən saat 18:05-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan torbanın qablaşdırıldığı kağız zərf təkrar açılaraq baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sellofan torbada olan narkotik vasitənin özünə məxsus olmasını, həmin narkotik vasitəni Ağdaş rayonu, Zeynəddin kənd ərazisindən keçən su kanalının kənarından-yerdən tapmasını, ona qarşı heç bir fiziki zorakılıq olmamasını bildirmişdir. Video görüntüdən ibarət 1 ədəd DVD disk “HP” markalı kompüterə qoşularaq və sonra «My computer» pəncərəsində açıldıqda bir ədəd diskdə bir kadrda çəkilmiş video fayllar vardır. DVD diskə baxış zamanı «Windows- 10» əməliyyat sisteminin «X17» proqramı vasitəsi ilə açılmış, ilkin olaraq DVD disk “HP” markalı kompüterin DVD-Romuna yerləşdirilmiş, daha sonra «My computer» pəncərəsində açıldıqda “00445” adlı video görüntü açılmışdır. 08 dəqiqə 18 saniyədən ibarət olan görüntü 01:55 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən 01 ədəd sellofan torbada narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 392 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şalvarın sol arxa cibindən 01 ədəd alışqanı təqdim etmiş, bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı hər hansı əşya və predmet aşkar edilməmiş, daha sonra 01 ədəd alışqan geri qaytarılmışdır. Polis əməkdaşı həmin bitki kütləsinin nə olduğunu və hardan tapdığını soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 11 mart 2025-ci il tarixdə təxminən saat 15 radələrində Ağdaş rayonu, Zeynəddin kənd ərazisindən keçən su kanalının kənarından-yerdən tapdığını bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 mart 2025-ci il tarixli 17/219 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-385,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 mart 2025-ci il tarixli 455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 26 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X5, anası X6, arvadı X7, övladları X11 və X8 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-Ə-729/2025 nömrəli 03 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə dolunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 aprel 2018-ci il təvəllüdlü X12 və 18 may 2015-ci il təvəllüdlü X11 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan 012258 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X9 ikinci qrup ümumi əlildir. İş materiallarında olan AA seriyalı 191703 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan 27 mart 2024-cü il tarixli Şəfa Diaqnostika MRT İncələməsindən görünür ki, Təqsirləndirilən şəxs baş beyin parenxim strukturları MRT siqnalları patalogiyasızdır. Sağ böyük beyin yarımkürəsi alın-təpə keçidi lateralında 30-15 mm aksial ölçüdə ekstraaksial araxnoidal kista qeyd edilir. Burun çəpəri sola deviyəlidir kimi diaqnoz qoyulmuşdur. İş materiallarında olan X23 X2 görünür ki, X12 17 sentyabr 2024-cü il tarixdə müayinədən keçmişdir və onda soltərəfli İİİ st hidronefroz, sidik kisəsi daş xəstəliyi aşkar olunmuşdur. X16 Tibb Mərkəzinin əldə olunmuş analizdən görünür ki, X10 hər iki xayanın hipoplaziyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və Müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 11 mart 2025-ci il tarixdən 13 mart 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqdavə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, özünün məcburi köçkün olmasını, özünün və övladının xəstəliklərini, anasının İİ qrup əlil olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdən 13 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 384.90 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 187 (yüz səksən yeddi) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdən 13 mart 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki müddət azadlığı məhdudlaşdırılması cəzasına iki günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 384.90 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 187 (yüz səksən yeddi) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-40/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-40/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver