Məhkəmə qərarları › İş №1(014)-41/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-41/2020

01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-41/2020 01.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1957-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1/1 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 14 fevral 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının ortalarında Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsindən ümumilikdə təmiz çəkiləri 36,42 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri 03 ədəd kağız bükümə və 01 ədəd sellofan kisəyə bükərək satış məqsədilə üzərində və yaşadığı evində saxlamış, 12 fevral 2020-ci il tarixdə, saat 16:00 radələrində 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,44 qram narkotik vasitə olan qurudulmuş marixuananı Şahid3 10 manata satmış və sonuncu Təqsirləndirilən şəxs 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,44 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitəni satış məqsədi olmadan, şəxsi istehlak miqdarında üzərində qanunsuz olaraq daşımış, 12 fevral 2020-ci il tarixdə, saat 16:45 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahid3 Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «Kolxoz bazarı»nın yanında saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun üzərinə baxış keçirilərkən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmçinin 12 fevral 2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq, satış məqsədilə üzərində daşıdığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 nömrəli ünvana baxış keçirilən zaman oradan qanunsuz olaraq, satış məqsədilə saxladığı 01 kağız bükümdə təmiz çəkisi 2,45 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 32,15 qram, ümumilikdə təmiz çəkiləri 34,60 qram narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində təxminən 2020-ci ilin yanvar ayının ortalarında yaşadığı Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə gedərkən qarşısına sellofan kisə çıxdığını, həmin kisəni açıb baxan zaman içərisində narkotik vasitə olan marixuana olduğunu gördüyünü, yaşlı adam olduğundan ağrılarının olduğunu, buna görə narkotik vasitə olan marixuanadan istifadə etdiyini, marixuanadan istifadə edən zaman ağrılarının kəsildiyini, buna görə həmin narkotik vasitəni götürüb özü istifadə etmək məqsədilə özündə saxladığını, Şahid3 Ağdaş şəhər sakini kimi tanıdığını, onunla adi münasibətlərinin olduğunu, Bəhruzun anasının Ağdaş şəhər bazarında alver etdiyini, Bəhruzun anasından həmişə alver etdiyini, Bəhruzun ona zənbilləri daşımağa kömək etidiyini, 12 fevral 2020-ci il tarixdə, səhər saatlarında Bəhruza Bakı şəhərində yaşayan oğluna ərzaq göndərməli olduğunu dediyini, həmin ərzaqların siyahısını Bəhruza verdiyini və hazır etdikdən sonra ona xəbər etməsini bildirdiyini, Bəhruzun razılaşdığını, söhbət zamanı Bəhruzun ondan özü istifadə etmək üçün marixuana istədiyini, Bəhruzun onun marixuana istifadəçisi olduğunu bildiyini, ona axşam evimə gələrsən verərəm dediyini, saat təxminən 16:00 radələrində Bəhruzun onun evinə gəldiyini, ona bir ədəd kağız bükümdə marixuana verdiyini, lakin bunun qarşılığında Bəhruzdan heçnə almadığını, çünki narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Bəhruza həmişə zənbillərinə kömək etdiyi üçün həmin marixuananı pay verdiyini, Bundan təxminən 2 saat sonra polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etdiklərini, müdafiəçi və iki hal şahidinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasının təklif olunduğunu, əynində olan qış gödəkçəsinin sol yan cibindən yaylıq, sağ yan cibindən pul əskinaslarını, sol iç cibindən 02 ədəd kanfet, sağ iç cibindən saqqız, əynində olan köynəyin sol döş cibindən 01 ədəd kağız büküm aşkar olunduğunu, həmin kağız büküm açılan zaman içərisindən yaşı rəngli, kəskin iyli, bitki kütləsi aşkar edildiyini, daha sonra məhkəmə qərarı əsasında iki hal şahidi və vəkilin iştirakı ilə yaşadığı ünvana baxış keçirildiyini, baxış zamanı yaşadığı evin giriş hissəsində olan aynabənddə asılqandan asılmış köynəyinin döş cibindən kağız büküm aşkar olunduğunu, içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, daha sonra evin həyətində olan quş damı kimi istifadə etdiyi tikilidə bir ədəd sellofan büküm aşkar olunduğunu, həmin sellofan büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, evindən tapılmış Bəhruza narkotik vasitə satmadığını, narkotik vasitəni ona pay verdiyini, əvəzsiz verdiyini, narkotik vasitəni özü istifadə etmək məqsədilə saxladığını, satmaq fikrinin olmadığını, yaşadığı evin giriş hissəsində olan aynabənddə asılqandan asılmış köynəyinin döş cibindən aşkar olunmuş bükümün ona məxsus olduğunu, lakin evinin həyətində olan quş damı kimi istifadə etdiyi tikilidə aşkar edilmiş bir ədəd sellofan bükümün ona məxsus olmadığını göstərdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi güdür, onun ifadəsi iş üzrə şahidlərin ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam sübuta yetirilir. Belə ki, iş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində 12 fevral 2020-ci il tarixdə, saat təxminən 16:45 radələrində Ağdaş şəhəri «Kolxoz bazarı»nın yanında olan zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, ona üzərində narkotik vasitə olması barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində iki hal şahidinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoymağı təklif olunduğunu, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd mobil telefonu və 01 ədəd kağız bükümü, sol yan cibindən 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoyduğunu, kağız büküm açılan zaman içərisində yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirdiyini, həmçinin ondan narkotik vasitəni nə vaxt və haradan əldə etməyini soruşan zaman narkotik vasitəni 12 fevral 2020ci il tarixdə, saat 16:00 radələrində Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs onun yaşadığı evin qarşısında 10 manata aldığını bildirdiyini, Təqsirləndirilən şəxs ona pul ilə narkotik vasitə satmadığını, narkotik vasitəni ona əvəzsiz, yəni pay olaraq verdiyini bildirməsi barədə yalan danışdığını, narkotik vasitəni Vahiddən İbrahimovdan 10 manata aldığını, Təqsirləndirilən şəxs narkotik vasitə alan zaman orada heç kəsin olmadığını, heç kəsin də onları görmədiyini, Vahidin narkotik vasitəni nə vaxt və haradan əldə etməsi barədə heçnə bilmədiyini göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində 12 fevral 2020-ci il tarixdə, saat təxminən 17:20 radələrində Ağdaş RPŞ-nin qarşısından keçdiyini, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, ona polis şöbəsində bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu hal şahidi qismində iştirak etməsi üçün dəvət etdiklərini, könüllü olaraq razılaşdığını və polis şöbəsinə daxil olduğunu, daha sonra bir nəfər şəxsi hal şahidi qismində iştirak etməsi üçün dəvət etdiklərini, bundan sonra polis şöbəsinin növbətçi hissəsində Bəhruz adlı şəxsin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilən zaman Bəhruza üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoymasının təklif olunduğunu, Bəhruz adlı şəxs əynində olan əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd mobil telefonu və 01 ədəd kağız bükümü, sol yan cibindən 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoyduğunu, kağız büküm açılan zaman içərisində yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, Bəhruzun həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 10 manata Ağdaş şəhər sakini Vahid adlı şəxsdən aldığını bildirdiyini, bundan təxminən bir saat sonra Vahid adlı şəxsi polis əməkdaşlarının gətirdiklərini, Vahidin üzərində şəxsi axtarış keçirildiyini, Vahidə əynində olan əşyaları çıxardıb masanın üzərinə qoymasının təklif olunduğunu, Vahidin əynində olan qış gödəkçəsinin sol yan cibindən yaylıq, sağ yan cibindən pul əskinasları, sol iç cibindən 02 ədəd kanfet, sağ iç cibindən saqqız, əynində olan köynəyin sol döş cibindən 01 ədəd kağız bükümü çıxardıb masanın üzərinə qoyduğunu, kağız büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olduğunu və özü istifadə etmək məqsədilə saxladığını bildirdiyini, daha sonra Vahid adlı şəxsin yaşadığı ünvana baxış keçirildiyini, baxış zamanı Vahid adlı şəxsin yaşadığı evin eyvanının sol tərəfində yerləşən otaqda asılqanın olduğunu, həmin asılqanda olan köynəyin cibindən 01 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar olunduğunu, Vahidin evinin həyətində yerləşən quş damından 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin büküm açılan zaman onun içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini göstərdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində 12 fevral 2020-ci il tarixdə xidmətdə olan zaman Ağdaş şəhəri, Nizami küçəsi ev 1/1-də yaşayan Şahid3 qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, məlumatla əlaqədar tərəfindən raportla şöbə rəhbərliyinə müraciət edildiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini, bundan sonra həmin gün saat təxminən 16:45 radələrində Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 və Şahid6lə birlikdə Ağdaş şəhəri «Kolxoz bazarı»nın yanında Şahid3 gördüklərini, ona yaxınlaşıb özlərini təqdim etdiklərini, Bəhruza üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində iki hal şahidinin iştirakı ilə Bəhruzun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilməzdən əvvəl Bəhruza üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoymasının təklif olunduğunu, Bəhruzun əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd mobil telefonu və 01 ədəd kağız bükümü, sol yan cibindən 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoyduğunu, kağız büküm açılan zaman içərisində yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, Bəhruz həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 12 fevral 2020-ci il tarixdə Ağdaş şəhər sakini Vahid adlı şəxsdən 10 manata aldığını bildirdiyini, daha sonra Vahid adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə məruzə etdiyini və qərar qəbul etdiyini, həmçinin Vahidin evinə baxış keçiriməsi üçün Ağdaş Rayon Məhkəməsinin qərarının alındığını, daha sonra 12 fevral 2020-ci il tarixdə, saat təxminən 18:00 radələrində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs gördüklərini, Vahidə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində Vahidin şübhəli şəxs qismində tutulduğunu, bir vəkil və iki hal şahidinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoymasının təklif olunduğunu, Vahid adlı şəxsin əynində olan qış gödəkçəsinin sol yan cibindən yaylıq, sağ yan cibindən pul əskinaslarını, sol iç cibindən 02 ədəd kanfet, sağ iç cibimdən saqqız, əynində olan köynəyin sol döş cibindən 01 ədəd kağız bükümü çıxadıb masanın üzərinə qoyduğunu, həmin kağız büküm açılan zaman içərisindən yaşı rəngli, kəskin iyli, bitki kütləsinin aşkar edildiyini, daha sonra məhkəmə qərarı əsasında iki hal şahidi və bir vəkilin iştirakı ilə Vahidin yaşadığı ünvana baxış keçirildiyini, baxış zamanı yaşadığı evin giriş hissəsində olan aynabənddə asılqandan asılmış köynəyinin döş cibindən kağız büküm aşkar olunduğunu, içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, daha sonra evin həyətində olan quş damı kimi istifadə olunan tikilidən 01 ədəd sellofan büküm aşkar olunduğunu, həmin sellofan büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, Vahidin həmin bükümlərin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdiyini göstərdi. İş üzrə şahidlər Şahid5 və Şahid6 məhkəmə iclasında Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 13.02.2020-ci il tarixli 87 №-li rəyindən görünür ki, təqdim olunmuş üzərində Şahid3 üzərindən aşkar olunmuş sözləri yazılmış 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,44 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,38 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən və evin həyətindəki quş damından aşkar edilmiş sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə təmiz 2,45 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 32,15 qram, ümumi təmiz çəkisi 34,60 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 ədəd zərflərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasınin 22.04.2020-ci il tarixli 269 №-li rəyində görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinodilərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 63 yaşında olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2011-ci il 4 mart tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlma, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsəd ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, 12 fevral 2020-ci il tarixdən 14 fevral 2020-ci il tarixə qədər şübhəli şəxs qismində həbsdə saxlanıldığı iki günü Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 01 iyul 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polsin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 36,22 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 fevral 2020-ci il tarixdən 14 fevral 2020-ci il tarixə qədər şübhəli şəxs qismində həbsdə saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il on bir ay iyirmi səkküz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 01 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polsin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 36,22 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar