Məhkəmə qərarları › İş №1(014)-41/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-41/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-41/2022 27.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Qarağan-Sədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 08.12.2021-ci il tarixdə Ağdaş RMX-da COVİD-19 virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 09.12.2021-ci il tarixdə pozitiv çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq, o, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalari”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 №-li Qərarının 4.5.5-ci və 4-1.2-ci bəndlərinə zidd olaraq 17.12.2021-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş rayonu Qarağan Sədi kəndində yerləşən yaşadığı evi tərk edərək küçəyə çıxmış və bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq COVİD-19 xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 12:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində heç bir yerdə işləmədiyini, 08.12.2021-ci il tarixdə özünü narahat hiss etdiyi üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasında COVİD-19 xəstəliyinə qarşı test verdiyini, həmin zaman xəstəxanadan onunla əlaqə saxlamaq üçün ***-***-**-** saylı mobil nömrəsini verdiyini, həmçinin ona özünü təcrid etmə qaydalarını riayət etməyini bir daha izah etdiklərini, həmçinin ona fərdi təcrid olunma barədə forma imzaladıldığını, testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməməyi, əgər testin nəticəsi pozitiv çıxarsa 14 gün müddətində olduğu yer üzrə təcrid olunması və yaşayış yerini tərk etməməsi, həmçinin sahə həkiminə xəstəliyin izlənməsi, müvafiq müalicə tədbirlərinin həyata keçirilməsi üçün müvafiq şərait yaratması barədə təlimatlandırldığını, bundan sonra yaşadığı evə getdiyini, ona mesaj gəlmədiyini, aradan bir-iki gün keçdikdən sonra Tofiqi kənd məntəqəsində vaksin vurulduğunu bildiyini və Tofiqi kənd məntəqəsinə getdiyini, orada vaksin vurdurmaq istədiyini bildirdiyini, həmin vaxt məntəqədə kompüter arxasında oturan qızın ona COVİD-19 xəstəsi olduğunu, 08.12.2021-ci il tarixdə verdiyi testin cavabının 09.12.2021-ci il tarixdə pozitiv çıxdığını bildirdiyini, daha sonra Göyçaya zəng edib Bakıdan gələn bir həkimin qəbuluna düşmək istədiyini, həmin vaxt Göyçay xəstəxanasından da ona COVİD-19 xəstəsi olduğunu və yaşayış yerini tərk etməməyini ondan xahiş etdiklərini, 17.12.2021-ci il tarixdə heyvanlarının qapıdan çölə çıxdığını, özünün də onları qaytarmaq üçün onların arxası ilə getdiyini, həmin vaxt evdən təxminən 150 metr aralandığını, bu zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və onu videogörüntüyə aldıqlarını, bundan sonra ona COVİD-19 xəstəsi olduğunu və yaşayaış yerini tərk etməməyini ona izah etdiklərini, bundan sonra ona evə getməyini bildirdiklərini, ona COVİD-19 xəstəsi olmağı ilə bağlı SMS gəlmədiyini, yaşadığı evi bir dəfə tərk etdiyini, başqa heç bir vaxt tərk etmədiyini, COVİD-19 pandemiyası ilə bağlı analiz verən zaman ona məlumat verilməsi üçün xəstəxanada öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini bildirdiyini, etdiyi hərəkətdən də peşman olduğunu, bu cür hərəkətlərə yol verməli olmadığını və karantin rejiminin qaydalarını pozmalı olmadığını, ona ifadəsinin alınmasında hər hansı hədə və ya zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin sahə rəisi vəzifəsində işlədiyini, mütəmadi olaraq polis əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri pozitiv çıxan şəxslər barədə RPŞ-yə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq polis əməkdaşlarına verildiyini, bundan sonra həmin siyahı üzrə COVİD-19 testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməməsi onlar tərəfindən yoxlanıldığını, 17.12.2021-ci il tarixdə saat təxminən 12:00 radələrində Ağdaş İTB-nin sahə polis nəfərləri Şahid3 və Şahid1 ilə birlikdə Ağdaş rayon Qarağan Sədi kəndində yaşayan 09.12.2021-ci il tarixdə verdiyi COVİD-19 testinin nəticələri pozitiv çıxmış xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk edib etməməsini yoxlamaq üçün Ağdaş rayon Qarağan Sədi kəndində getdiklərini, həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək yaşadığı evin yerləşdiyi küçədə piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman ondan evi nə üçün tərk etdiyini soruşduqlarını, Nərmanın da özlərinə məxsus heyvanları yaşadığı evə gətirmək üçün getdiyini bildirdiyini, daha sonra özü tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi barədə protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs 08.12.2021-ci il tarixdə Ağdaş RMX-də publik hüquqi şəxsdə COVİD-19 infeksiyasına görə analiz verdiyini, 09.12.2021-ci il tarixdə nəticəsi pozitiv olduğu üçün ev şəraitində 14 gün müalicəyə cəlb olunduğunu, 17.12.2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evi tərk etdiyi üçün özləri tərəfindən aşkar edildiyini və bu barədə protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X5 ifadəsində Ağdaş rayon RMX-də qeydiyyat bölməsinin qeydiyyatçısı vəzifəsində işlədiyini, 10.12.2021-ci il tarixdə Ağdaş rayon Tofiqi kənd sahə məntəqəsində vətəndaşlara COVİD-19 vaksinini vurduqlarını, həmin vaxt vaksin vurdurmaq üçün gələn şəxsləri qeydiyyata aldığını, bu zaman oraya gələn vətəndaşlardan birinin şəxsiyyət vəsiqəsini təqdim etdiyini və vaksin vurdurmaq istədiyini bildirdiyini, həmin şəxsin vəsiqəsinə baxarkən onun Ağdaş rayonu Qarağan Sədi kənd sakini xx.xx.1993-cü il təvəllüldlü Təqsirləndirilən şəxs olduğunu gördüyünü və onun adını qeydiyyata almaq istəyərkən onun 08.12.2021-ci il tarixdə verdiyi COVİD-19 testinin nəticəsinin 09.12.2021ci il tarixdə müsbət çıxdığını və onun COVİD-19 xəstəsi olduğunu gördüyünü, bu barədə dərhal ona məlumat verildiyini və onu təlimatlandıraraq evdən çölə çıxmamasını bildirdiklərini və onu yaşadığı evinə yola saldıqlarını bildirmişdir. İşin materiallarında olan Ağdaş RMX-nin PHŞ-nin 28.12.2021-ci il tarixli, 1869 nömrəli məktubunda göstərilmişdir ki, Ağdaş rayonu, Qarağan Sədi kəndində yaşayan Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdə Ağdaş Rayon Mərkəzi X6 Şəxsdə COVİD-19 infeksiyasına görə analiz alınmış, nəticə pozitiv olduğu üçün ev şəraitində ambulator müalicəyə götürülmüşdür. Ağdaş RMX-nin PHŞ-nin həkimi Nüşabə Kazımova test nəticəsinin cavabını şəxsən vətəndaşın özü ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq məlumat verdiyini bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs evdən çıxmaması, əgər çıxarsa barəsində inzibati və ya cinayət qaydasında tədbir görüləcəyi barədə SMS gəlib-gəlməməsi soruşulmuş, Təqsirləndirilən şəxs ona COVİD-19 xəstəliyi ilə bağlı vermiş olduğu testin müsbət çıxması barədə məlumatı olduğunu, lakin yaşadıgı küçənin əvvəlinə heyvanlarını qaytarmaq üçün getdiyini bildirmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş ayon İcra hakimiyyəti başçısının Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş ayon İcra hakimiyyəti başçısının Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 dekabr 2021-ci il tarixli, 568 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Qarağan Sədi kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Atası - X2 – (05.06.1966-cı il təvəllüdlü); anası - X1 – (10.03.1974-cü il təvəllüdlü); qardaşı - X3 – (14.07.1994-cü il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – cərimə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cərimə cəzası təyin etmək qənaətinə gələrkən onun hazırda rayonlararası meyvə satışı ilə bağlı işlədiyini, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzalar tətbiq ediləcəyi təqirdə iş yerini itirəcəyini və bunun ailəsinin həyat şəraitinə mənfi təsir edəcəyini əsas götürür. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar