Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-42/2022 13.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X1 Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, İİ qrup əlil, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Hapıtlı kəndində yaşayan 08.01.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 aprel 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13.12.2021-ci il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsdə”COVİD-19” infeksiyasının yoluxması ilə bağlı verdiyi testin nəticəsi pozitiv olduqdan sonra 14.12.2021-ci il tarixdə onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə SMS gələrək 13.12.2021-ci il tarixdə COVİD-19 pandemiyasının yoxlanılması məqsədi ilə verdiyi testin nəticəsinin Pozitiv olması barədə məlumat verilmiş, bundan sonra yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə, COVİD-19 infeksiyasına yoluxduqdan sonra yaşayış yerini tərk etməməli olduğu halda, təcrid olunma qaydalarına əməl etməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 161 nömrəli qərarının 4.5.5 və 4-1.2-ci bəndlərinin tələblərini pozaraq 25.12.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxaraq Ağdaş şəhərinə gələrək epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 11:55 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, 13.12.2021-ci il tarixdə Ağdaş RMX Publik Hüquqi şəxsdə COVİD-19 pandemiyasının yoxlanması məqsədi ilə analiz verdiyini, həmin zaman xəstəxanada ondan iltizam alınaraq xəbərdarlıq edildiyini, 14.12.2021-ci il tarixdə yaşadığı evdə olan zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə SMS gəldiyini və həmin SMS-i oxuyan zaman 13.12.2021-cil tarixdə Ağdaş RMX Publik Hüquqi şəxsdə COVİD-19 pandemiyasının yoxlanması məqsədi ilə verdiyi analizin nəticəsinin “pozitiv”- olduğunu bildiyini və həmin SMS vasitəsi ilə ona verdiyi testin nəticəsinin pozitiv olduğunu, özü və ailə üzvlərinin yaşayış yerini tərk etməmələri, karantin rejmini pozduqları təqdirdə Azərbaycan Respublikası İXM-də və CM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq olunduğunu, həmçinin həmin gün Ağdaş RMX-da onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanıldığını və evi 14 gün ərzində tərk etməməyini, evi tərk etdiyi halda məsuliyyətə cəlb olunmağı barədə ona xəbərdarlıq olunduğunu bildirdiklərini, 25.12.2021-ci il tarixdə saat 11 radələrində qardaşı Şahid3 idarə etdiyi VAZ 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş şəhərinə xəstəxanaya getdiklərini, RMX-dan yaşadığı evə qayıdan zaman Ağdaş şəhəri Şahid3 prospektində YPX-nin əməkdaşlarının Habilin avtomobilini saxlatdıqlarını, həmin zaman onun da həmin avtomobildə olduğunu müəyyən etdiklərini, bundan sonra həmin yerə Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, Şahid1 və digər polis əməkdaşlarının gəldiklərini, həmin zaman ona koronovirus xəstəsi olduğunu, 14 gün müddət ərzində yaşadığı evi tərk etməməli olduğu halda nə üçün yaşadığı evi tərk etdiyini soruşduqlarını, bundan sonra onu avtomobilə əyləşməyi təklif etdiklərini, özünün də həmin zaman qardaşının avtomobilinə əyləşdiyini və yaşadığı evə gəldiyini, həmin zaman onun orada fotoşəkilləri çəkildiyini və onun yaşadığı evi tərk edərək Ağdaş şəhərində olmağı ilə bağlı videogörüntüsü çəkildiyini, barəsində Ağdaş RPŞ-nin İQ-da Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsi ilə cinayət işi başlandığını sonradan bildiyini, karantin rejmi qaydalarını pozduğuna görə peşman olduğunu, yaşadığı evi bir dəfə 25.12.2021-ci il tarixdə tərk etdiyini, başqa heç bir vaxt tərk etmədiyini, COVİD-19 pandemiyası ilə bağlı analiz verən zaman ona məlumat verilməsi üçün xəstəxanada öz istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsini verdiyini, etdiyi hərəkətdən də peşman olduğunu, bu cür hərəkətlərə yol verməli olmadığını və karantin rejminin qaydalarını pozmalı olmadığını göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs son sözündə elan edilmiş ittihamda özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, ürəyi ilə bağlı İİ qrup (uşaqlıqdan) əlil olmasını, ürəyinin müalicəsi ilə bağlı tez-tez Bakı və Mingəçevir şəhərlərinə və digər rayonlara getdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs onun doğma qardaşı olduğunu, qardaşı Tahirin ailəli olduğunu və onun iki övladı olduğunu, Tahirlə Ağdaş rayon Hapıtlı kəndində eyni həyətdə lakin ayrı-ayrı evlərdə yaşadıqlarını, 25.12.2021-ci il tarixdə saat 11 radələrində qardaşı Tahirlə idarə etdiyi VAZ 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş şəhərinə xəstəxanaya gəldiklərini, RMX-da Tahirin işlərini gördükdən sonra yaşadıqları evə qayıdan zaman Ağdaş şəhəri Şahid3 prospektində YPX-nin əməkdaşlarının onun avtomobilini saxlatdıqlarını, həmin zaman Tahirin də onun avtomobilində arxada əyləşdiyini, bundan sonra həmin yerə Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, Şahid1 və digər polis əməkdaşları gəldiklərini, həmin zaman Tahirə koronovirus xəstəsi olduğunu, 14 gün müddət ərzində yaşadıqları evi tərk etməməli olduğu halda nə üçün yaşadığı evi tərk etdiyini soruşduqlarını, bundan sonra Tahhirə avtomobilə əyləşməyi təklif etdiklərini, Tahirin də həmin zaman onun avtomobilinə əyləşdiyini və yaşadıqları evə gəldiklərini, həmin zaman Tahirin orada fotoşəkilləri çəkildiyini və onun yaşadığı evi tərk edərək Ağdaş şəhərində olmağı ilə bağlı videogörüntüsü çəkildiyini, Tahirin barəsində Ağdaş RPŞ-nin İQ-da Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlandığını sonradan bildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri Pozitiv çıxan şəxslər barədə RPŞ-nə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq polis əməkdaşlarına verildiyini, bundan sonra həmin siyahı üzrə COVİD-19 testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməməsi onlar tərəflərindən yoxlanıldığını, 25.12.2021-ci il tarixdə saat təxminən 11:50 radələrində Ağdaş İTB-nin sahə rəisi Turan Məmmədli və İTB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş rayon ərazisində reyd keçirən zaman Ağdaş rayon Hapıtlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk edərək qardaşı Şahid3 idarə etdiyi VAZ 21061 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olduğunu gördüklərini, dərhal Şahid3 hərəkət istiqamətində qarşıda olan Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşlarına zəng edərək Şahid3 idarə etdiyi avtomobili saxlamalarını xahiş etdiklərini, bundan təxminən 300 metr sonra DYP əməkdaşları həmin avtomobili saxlatdıqlarını və Tahirdən nə səbəbə yaşadığı evi tərk etməsini soruşduqlarını, həmin zaman Təqsirləndirilən şəxs Ağdaş şəhərinə Mərkəzi xəstəxanadan mülaicə olmaq üçün istifadə etdiyi dərmanları almaq üçün gəldiyini bildirdiyini, daha sonra özü tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi barədə protokol tərtib olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon polis şöbəsinin İTB-inin polis sahə nəfəri Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində Ağdaş rayon xəstəxanasının TTTY-nin müdiri vəzifəsində işlədiyini, pandemiya ilə əlaqədar vətəndaşlardan COV-19 test nümunələrinin götürülməsinin onlara həvalə olunduğunu, bununla əlaqədar onlara müraciət edən vətəndaşlardan test nümunəsi götürdüklərini və nəticəsinin müəyyən edilməsi üçün müvafiq labaratoriyaya göndərdiklərini, həmçinin vətəndaşların test verən zaman onların ünvanını və əlaqə nömrəsini qeyd etdiklərini və testin nəticələri çıxdığı zaman onlarla əlaqə saxlayıb lazımi məlumat verdiklərini, onları ilkin olaraq təlimatlandırdıqlarını, daha sonra evdə müalicə alan xəstələrin müayinəsi və onların səhhətinin diqqət mərkəzində saxlanması üçün həmin şəxsin adını və ünvanını Ailə sağlamlıq mərkəzinə (ASM) və həmin şəxlərin karantin rejimi qaydalarını pozmasının nəzarət edilməsi üçün RPŞ-nə göndərdiklərini, bundan əlavə testin nəticələri pozitiv çıxmış şəxslərin evlərinin dizinfeksiya edilməsi üçün GEM-ə də məlumat verildiyini, Ağdaş rayon Hapıtlı kənd sakini Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə COV-19 testi vermək üçün xəstəxanaya gəldiyini, ondan test götürdüklərini və daha sonra götürülmüş testin nəticələrini laboratoriyaya göndərdiklərini, 14.12.2021-ci il tarixdə testin nəticələri gəldiyini və nəticələrə əsasən Təqsirləndirilən şəxs COVİD-19 virus infeksiyası olduğu aşkar edildiyini, bundan sonra Təqsirləndirilən şəxs adını siyahı üzrə Ailə Sağlamlıq Mərkəzinə və GEM-nə ona məlumat vermələri üçün və dərmanla təhciz etmələri üçün göndərdiklərini, daha sonra özünün də nəzarətdə saxladığını və GEM-nin Epidemoloji şöbəsinin müdiri Gündüz həkimin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxladığı və ona COV-19 testinin nəticələrinin pozitiv olması barədə məlumat verdiyini və təlimatlandırdığını bildiyini, Ağdaş MRX Publik Hüquqi şəxsdən daxil olmuş 12.01.2022-ci il tarixli məktubda Təqsirləndirilən şəxslə onun ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamasının bildirilməsi ilə bağlı həmin məktubda onun əlaqə nömrəsinin lazım olan məlumatları polis orqanın onunla dəqiləşdirə bilməsi üçün verildiyini, özünün şəxsən Tahir Əliyelə danışmadığını, onunla Gündüz həkimin danışdığını, həmçinin Təqsirləndirilən şəxs Ailə sağlamlıq Mərkəzindən dərman da aldığını, dərmanları da onun qardaşı Şahid3 aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində Ağdaş rayon GEM-nin Epidimiologiya şöbəsinin müdiri işlədiyini, hər gün COV-19 testinin nəticələri müsbət çıxmış vətəndaşlar barədə xəstəxanadan onlara siyahı göndərildiyini, özlərinin də həmin siyahı üzrə vətəndaşları məlumatlandırdıqlarını, 14.12.2021-ci il tarixdə onlara adlı siyahı göndərildiyini və həmin siyahıda Ağdaş rayon Hapıtlı kənd sakini Təqsirləndirilən şəxs adı əlaqə nömrəsi də göstərildiyini, 14.12.2021-ci il tarixdə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Tahirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurduğunu və ona COV-19 testnin nəticələrinin müsbət olması barədə məlumat verdiyini və GEM əməkdaşları tərəfindən onların evində dizinfeksiya işləri aparılacağı barədə məlumat verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Ağdaş RMX-nin PHŞnin 12.01.2022-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 13.12.2021-ci il tarixdə Ağdaş RMX-da COVİD-19 infeksiyasına görə analiz alınmış, 14.12.2021-ci il tarixdə nəticə pozitiv olduğu üçün həmin tarixdə həkim Nüşabə Hacıyeva tərəfindən Təqsirləndirilən şəxslə əlaqə saxlanılmış, bu haqda məlumat verilmişdir. 14.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ev şəraitində “14 gün evdə fərdi təcridə” müşahidəyə götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq “Diskə baxış keçirilməsi haqqında” 25 dekabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, Ağdaş rayonu Hapıtlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 13.12.2021-ci il tarixdə Ağdaş RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 14.12.2021-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq o, ev şəraitində müalicə aldığı dövrdə müalicə müddəti bitməmiş Ağdaş rayonu Hapıtlı kəndində yaşadığı ünvanından 25.12.2021-ci il tarixdə çıxaraq karantin rejimi qaydalarını pozaraq yaşayış yerini tərk etməsi ilə bağlı video görüntülər vardır. Görüntüdən görünür ki, Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq yaşayış yerini tərk etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Hapıtlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Hapıtlı kənd İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli 06 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Hapıtlı kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X9-atası; X2-həyat-yoldaş; 08.08.2010-cu il təvəllüdlü X15; 07.10.2015-ci il təvəllüdlü X13; X3-bacısı; X6-bacısı; X7-qardaşı; Şahid3 İbarhim oğlu- qardaşıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX PHŞ-in 11 yanvar 2022-ci il tarixli 42 saylı məktubundan görünür ki, Ağdaş rayonu, Hapıtlı kəndində yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon ƏSMM-in 17 aprel 2015-ci il tarixli №110069 vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialının 10 yanvar 2022-ci il tarixli №**********94 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialından İİ qrup əlil müddətsiz kimi 256.50 manat əmək pensiyası alır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 yanvar 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 15:35-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə saat 12:05-də Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən və iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, himayəsində iki azyaşlı uşağın olmasını, cinayət nəticəsində törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, əmlak vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əmlak vəziyyətini, cəzanı yüngülləşdirən halların olması ağırlaşdıran hallar olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 06.01.2022-ci il tarixdən 08.01.2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və qəti cərimə növündə cəza təyin olunmalı, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 139-1.1-ci mаddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.01.2022-ci il tarixdən 08.01.2022-ci il tarixə kimi azadlığının faktiki məhdudlaşdırıldığı nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək qəti olaraq 1500 (min beş yüz) manat miqdarında cərimə növündə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-42/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-42/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver