Məhkəmə qərarları › İş №1(014)-42/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-42/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-42/2024 28.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Ağdaş rayonu, Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdaş şəhəri, Məşəd küçəsində yeni evlərdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda), psixotrop maddəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün xeyli miqdarda (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda), yəni 0,926 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb, daşımış, 01 dekabr 2023-cü il tarixdə saat 12:10 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Məşəd küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 12:23-dən 12:37-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,926 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etdiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında ifadə verməkdən imtina etdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan elan olunaraq araşdırılmış, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Uzun müddət narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, lakin hal-hazırda aradabir istifadə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Ağdaş şəhəri, Məşəd küçəsi ilə gedərkən yolun kənarından yerdən sellofan büküm tapmışdır. Bükümün içərisinə baxan zaman “patı” olaraq adlandırdığı psixotrop maddə olduğunu görmüş, özü “patı”dan istifadə edən olduğu üçün görən kimi tanımış və istifadə etmək üçün götürüb üzərində saxlamışdır. 01 dekabr 2023cü il tarixdə saat 12:10-da Ağdaş şəhəri, Məşəd küçəsi ərazisində olarkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, özündən üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa, təqdim etməyi bildirilmişdir. Əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqan, sol yan cibindən isə 01 ədəd siqaret qutusu, 01 ədəd 5 manatlıq əskinası, dəmir pulları və 01 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa 01 ədəd kiçikölçülü rəngli kağız və 01 ədəd kiçikölçülü gümüşü kağız parçası aşkar olunmuşdur. Sellofan bükümün içərisinə psixotrop maddə olan “patı” olduğunu bildirmişdir. Bükümə baxış zamanı içərisində ağ rəngli maddəyə bənzər kütlə aşkar olunmuşdur. Bükümün təxmini çəkisi müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, təxmini çəkisinin 1,04 qram olması müəyyyən edilmişdir. 01 ədəd büküm - 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmiş, digər əşyalar isə onun özünə qaytarılmışdır. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etir. Heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. Ona heç bir formada təzyiq göstərilməmişdir. Əvvəllər dava-dalaşa görə məhkum olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsin özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağdaş RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. 01 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 01 dekabr 2023-cü il tarixdə saat 12:10 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsində saxlanılmış və Ağdaş RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Vüsal Əzənmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqanı, sol yan cibindən isə 01 ədəd siqaret qutusu, 01 ədəd 5 manatlıq əskinası, dəmir pulları və 01 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa 01 ədəd kiçik ölçülü rəngli kağız və 01 ədəd kiçik ölçülü gümüşü kağız parçası aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən siqaret dənələri aşkar edilmişdir. Digər siqaret qutusu açılan zaman isə içərisi boş olması müəyyən edilmişdir. Bundan sonra sellofan büküm açılmış və içərisindən ağ rəngli, krsital formalı psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Həmin vaxt Səbuhi həmin sellofan bükümün içərisindəki maddənin “patı” yəni, metamfetamin olmasını bildirmişdir. Bükümün təxmini çəkisi müəyyən olunması üçün elektron tərəzidə çəkilmişdir. Narkotik vasitəyə bənzər maddənin olduğu bükümün təxmini çəkisinin 1,04 qram olması müəyyən edilmişdir. 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Zərfin üzəri iştirakçlar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Səbuhinin üzərindən aşkar edilmiş siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıyır, lakin onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmamışdır. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:10 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan, sol yan cibindən isə 01 ədəd siqaret qutusu, 01 ədəd 5 manatlıq əskinası, dəmir pullar və 01 ədəd sellofan büküm aşkar edilmiş, şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa 01 ədəd kiçik ölçülü rəngli kağız və 01 ədəd kiçik ölçülü gümüşü kağız parçası aşkar olunmuş, daha sonra aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən siqaret dənələri aşkar edilmiş, digər siqaret qutusu açılan zaman isə içərisi boş olması müəyyən edilmiş, bundan sonra sellofan büküm açılmış və içərisindən ağ rəngli, krsital formalı psixotrop maddəyə bənzər kütlə aşkar olunmuş, bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, həmin maddənin olduğu bükümün təxmini çəkisi 1,04 qram olmuş, 01 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/825 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,926 qram olan maddə kustar üsulla hazırlanmış psixatrop maddə - metamfetamindir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 48 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli 18-1-22/2-1850/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX X11 poliklinika şöbəsində “Opioidlərin və psixotrop maddələrin birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 1(014)-88/2016 nömrəli, 19 sentyabr 2016-cı il tarixli hökmündən, Ağdaş Rayon Məhkəməsinin 1(014)-9/2020 nömrəli, 28 yanvar 2020-ci il tarixli hökmündən və Ağdaş Rayon Məhkəməsinin 1(014)-74/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzaına məhkum edilmiş, 12 noyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad olumuşdur. Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2 il 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 1 il sınaq müddəti ilə şərti tətbiq olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, c/i-30 saylı məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-74/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 iki 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 1(014)-74/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs cəzasını xx.xx.2023-cü il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, c/i-356 saylı məktubundan görünür ki, Ağdaş rayon Məhkəməsinin 1(014)-9/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən 28.01,2020-ci il tarixədək həbsdə saxlanıldığı iki ay iyirmi altı gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi beş ay iyirmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, 02 il 08 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs saat 23:00-dan 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmışdır. Məhkum Təqsirləndirilən şəxs 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilərək Ağdaş rayon Məhkəməsinin 7(014)- 48/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə o cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 146 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 1228 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsi №-li evdə qeydiyyatdadır və ailə tərkibi – 2007-ci il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü X5, 2012-ci il təvəllüdlü X7 və 2015-ci il təvəllüdlü X3 ibarətdir. İşin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X6 adlı 3 yetkinlik yaşına çatmayan uşağı vardır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, HK-1/2268 saylı material üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması, Təqsirləndirilən şəxs tutulması onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 12:10-dan hesablanması qərara alınmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 4(014)-64/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən) əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetamin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli, həbsə alındığı gündən, yəni 01 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.876 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfematin hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,876 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetam hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar