Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-43/2020 23.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs 29 avqust 1980-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, «xxxxxxxxxxxxxxx» MMC-də Ağdaş rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, H.Əliyev prospekti 110 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 21 fevral 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının əvvəllərində Ağdaş şəhəri, Məşəd küçəsində tapıb satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,393 qram narkotik vasitə olan heroini qanunsuz olaraq üzərində saxlayıb daşımış, 20 fevral 2020-ci il tarixdə, saat 11:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «Çinar» restoranının arxa tərəfində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş və polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində 2020-ci ilin fevral ayının əvvəllərində Ağdaş şəhəri, Məşəd küçəsi ilə gedən zaman yerdən 01 ədəd sellofan büküm tapdığını, həmin bükümü açıb baxan zaman içərisində toz halında, kristal şəklində olan narkotik vasitə olduğunun gördüyünü və özü istifadə etmək məqsədilə özündə saxladığını, bundan sonra 20 fevral 2020-ci il tarixdə, təxminən saat 11:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində «Çinar» restoranının arxası ilə piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, Ağdaş RPŞ-nin növbətçi Hissəsində vəkilin və iki hal şahidinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol döş cibindən 01 ədəd “micrimax” markalı telefon, 01 ədəd telefon batareyası, 01 ədəd sim kart, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd ”nokia” markalı mobil telefon, gödəkçənin iç sol döş cibindən 01 ədəd kağız parçası, gödəkçənin sağ iç döş cibindən 01 ədəd siqaret qutusu (prima), gödəkçənin sol yan cibindən 01 ədəd əl dəsmalı, 01 ədəd sellofan büküm və 01 ədəd kiçik taxta parçası və gödəkçənin iç sağ cibindən 01 ədəd cib bıçağı aşkar edildiyini, sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal hallında maddə aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığımı bildirdiyini göstərdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işlədiyini, 20 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və yaşadığı ünvanda saxlaması barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunduğunu, həmin gün saat 11:00 radələrində Anarın yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospektində «Çinar» restoranının arxa tərəfində görüb Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 ilə birlikdə ona yaxınlaşıb polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində növbətçi hissədə iki nəfər hal şahidlərinin və müdafiəçinin iştirakları ilə onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sol döş cibindən 01 ədəd “micrimax” markalı telefon, 01 ədəd telefon batareyası, 01 ədəd sim kart, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd ”nokia” markalı mobil telefon, gödəkçənin iç sol döş cibindən 01 ədəd kağız parçası, gödəkçənin sağ iç döş cibindən 01 ədəd siqaret qutusu (prima), gödəkçənin sol yan cibindən 01 ədəd əl dəsmalı, 01 ədəd sellofan büküm və 01 ədəd kiçik taxta parçası və gödəkçənin iç sağ cibindən 01 ədəd cib bıçağı aşkar edildiyini, sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal hallında maddə aşkar olunduğunu, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığımı bildirdiyini göstərdi. İş üzrə Şahid4 məhkəmə iclasında Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində 20 fevral 2020-ci il tarixdə, təxminən saat 11:15 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu hal şahidi qismində iştirak etməsi üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, ondan əvvəl bir nəfərin hal şahidi dəvət edildiyini, daha sonra hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞnin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Anarın əynində olan qara rəngli gödəkçənin sol döş cibindən 01 ədəd “micrimax” markalı telefon, 01 ədəd telefon batareyası, 01 ədəd sim kart, sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd ”nokia” markalı mobil telefon, gödəkçənin iç sol döş cibindən 01 ədəd kağız parçası, gödəkçənin sağ iç döş cibindən 01 ədəd siqaret qutusu (prima), gödəkçənin sol yan cibindən 01 ədəd əl dəsmalı, 01 ədəd sellofan büküm və 01 ədəd kiçik taxta parçası və gödəkçənin iç sağ cibindən 01 ədəd cib bıçağı aşkar edildiyini, üzərindən aşkar edilmiş əl dəsmalı açıldığını, içərisindən heç nə aşkar edilmədiyini, daha sonra üzərindən aşkar edilmiş siqaret qutusunun açıldığını və içərisindən siqaret dənələri aşkar edildiyini, sonra sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal hallında maddə aşkar olunduğunu, aşkar olunmuş həmin maddənin elektron tərəzidə çəkildiyini göstərdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 20.02.2020-ci il tarixli 115 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,393 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 22.04.2020-ci il tarixli 270 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının 03.03.2020-ci il tarixli 131 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış deşici-kəsici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 11.04.2020-ci il tarixli 198 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki, cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə XBT-10 F07.0 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə XBT-10 F07.0 xəstəliyi kçeirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.4 və 67.5-ci maddələrinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 24 may 2016-cı il tarixli qərarı ilə barəsində təyin edilmiş 02 il 01 ay 23 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 29 günü hazırki hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilmiş və üzərində qəti cəza, 02 il müddətə azadlıqdan məhrum etmə və 07 ay 29 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzaları saxlanılmışdır, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 11 gün hissəsindən vaxtından əvvəl şərti azad olunub, 13.02.2020-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını və iş yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətdiyinə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, 20 fevral 2020-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün, təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 23 iyun 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, İİİ qrup əlil olduğu üçün narkomaniyadan məcburi müalicə təyin olunmamalı, aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 54 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,343 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 fevral 2020-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il beş ay iyirmi doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 54 qəpik (yüz iki manat əlli dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,343 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-43/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-43/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver