Məhkəmə qərarları › İş №1(014)-43/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-43/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-43/2022 09.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi (anası) X3, Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 2005-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2021-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi xx xxxxxx 2004-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, subay, natamam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2021-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 həmkəndlisi xx.xx.2004-cü ildə Ağdaş rayonunda anadan olmuş, ünvan 2ində qeydiyyatda olan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində əvvəlcədən əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı evdən çölə çağırmış, yaşadıqları ünvan 2ində küçədə insanların gözü qarşısında orada olan şəxslərə məhəl qoymadan, onların narahatlıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, özlərinin digər şəxslərdən üstünlüklərini nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan yumruqla və təpiklə xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq ona sağ bazu oynağının əzilməsi, sağ qasıq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirməklə sonuncunun üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişlər. Təqsirləndirilən şəxs2 həmkəndlisi xx.xx.2005-ci ildə Ağdaş rayonunda anadan olmuş, ünvan 2ində qeydiyyatda olan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində əvvəlcədən əldə edilmiş razılığa əsasən o, Zərərçəkmiş şəxs yaşadığı evdən çölə çağırmış, yaşadıqları ünvan 2ində küçədə insanların gözü qarşısında orada olan şəxslərə məhəl qoymadan, onların narahatlıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, özlərinin digər şəxslərdən üstünlüklərini nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan yumruqla və təpiklə xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq ona sağ bazu oynağının əzilməsi, sağ qasıq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirməklə sonuncunun üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bildiyini, heç bir ruhi-əsəb və s. xəstəliyinin olmadığını, hazırda 9cu sinif şagirdi olduğunu, atasının anasından ayrıldığını, anasının isə evdar qadın olduğunu, Zərərçəkmiş şəxs tanıdığını, onun həmkəndlisi olduğunu, əvvəllər onunla aralarında heç bir dava-dalaş olmadığını, xx.xx.2021-ci il tarixdə təxminən saat 11:00 radələrində Əhməd adlı şəxsin ona “İnstagram” sosial şəbəkəsində mesaj yazaraq onun barəsində nalayiq ifadələr işlətdiyini, özünün də Əhmədə tayı-tuşu olmadığını, balaca olduğunu bildirdiyini, bundan sonra Röyalın Əhmədə məxsus “İnstagram” sosial hesabından ona ağır formadan nalayiq ifadə işlətdiyini, özünün də Röyaldan harada olmasını soruşduğunu, Röyalın da ona üç yolda olduğunu bildirdiyini, Röyalın olduğu yerə getmək qərarına gəldiyini, buna görə də Bəxtiyarın oğlu Murad və Teymurun oğlu Seymurla birlikdə Röyalın olduğu yerə getdiklərini və Röyalın orada Şahid1lə söhbət etdiyini gördüyünü, Röyala yaxınlaşaraq ondan nəyə görə ona söyüş söydüyünü soruşduğunu, Röyalın isə ona söyüş söymədiyini, başqa bir ifadə işlətdiyini bildirdiyini, bundan əsəbləşdiyi üçün Röyal ilə mübahisə etməyə başladığını və Röyala bir dəfə yumruq zərbəsi atdığını, lakin ona dəymədiyini, bundan sonra Röyalın oradan qaçaraq uzaqlaşdığını, bundan təxminən 30 dəqiqə sonra X6 zəng edərək baş verənləri ona danışdığını, saat təxminən 19:00 radələrində yenidən Röyal ilə görüşərək söhbət etmək qərarına gəldiklərini, buna görə də yenidən Röyalın olduğu yerə, yəni üç yola getdiyini, yolla gedən zaman digər uşaqların futboldan qayıtdıqlarını gördüyünü və yolda onlarla söhbət etməyə başladığını, bu zaman orada Ruslanın oğlu Rüstəm və Mərfətin oğlu İsa olduğunu, onlara Röyal ilə söhbətinin olduğunu bildirdiyini və həmin şəxslərin onunla birlikdə getdiklərini, Röyalın olduğu yerə çatdıqda yenidən Röyala nəyə görə ona qarşı nalayiq ifadələr işlətdiyi soruşduğunu, həmin vaxt Röyal yenidən onu təhqir etdiyini, buna görə də Röyalı qucaqlayaraq yerə yıxdığını və onu vurmağa başladığını, həmin vaxt İsanın da onu bir dəfə yumruqla vurduğunu, dava-dalaş zamanı yaxınlıqda olan Teymurun oğlu Seymura dava-dalaşı videoçəkilişə almasını və sonradan ona göndərməsini tapşırdığını, dava zamanı Mərfətin oğlu İsanın onun qollarından yapışaraq geriyə doğru çəkdiyini və bu zaman Röyalın qaçaraq oradan uzaqlaşdığını, bundan sonra öz yaşadıqları evə getdiklərini, yaranmış dava-dalaş zamanı Röyalı onun yanında olan həmkəndlisi Mərfətin oğlu İsanın da vurduğunu, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə nalayiq ifadələr işlədərək onu təhqir etdiyi üçün Şahid1 yaşadığı evin yaxınlığında yumruqla döydüyünü, həmin vaxt orada Mərfətin oğlu İsa, Şahid1, Rövşənin oğlu Murad, Ruslanın oğlu Rüstəm, Bəxtiyarın oğlu Murad və Teymurun oğlu Seymur olduğunu, həmkəndlisi Zərərçəkmiş şəxsla aralarında baş verən dava-dalaşı kim və ya kimlərin videogörüntüyə almasını dəqiq olaraq görmədiyini, lakin məqsədi Röyalın ona nalayiq söyüş söyməsinin qarşılığı olaraq onun etdiyi hərəkətə cavab olaraq belə bir hərəkət etdiyini, videogörüntüləri Şirinin sosial şəbəkələrdə paylaşdığını, dava-dalaş zamanı heç bir xəsarət almadığını bldimişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini, heç bir ruhi-əsəb və s. xəstəliyinin olmadığını, hazırda orta məktəbin 11-ci sinifini bitirdiyini, ailənin tək övladı olduğunu, atası Mərfətin Bakı şəhərində fəhlə işlədiyini, anasının isə evdar qadın olduğunu, anasının iştirakı ilə izahatını verdiyini, Zərərçəkmiş şəxs tanıdığını, onun həmkəndlisi olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində futboldan qayıdan zaman Şahid1 yaşadığı evin qarşısında Elnurənin oğlu Teymurun Röyalla mübahisə etdiyini gördüyünü, daha sonra Teymurun əlləri ilə Röyalı qucaqlayaraq onu yerə yıxdığını, Teymurun Röyalın yerdə olan zaman yumruqla bir neçə dəfə Röyalın bədənin müxtəlif nahiyələrindən vurduğunu, özünün də əlləri ilə Teymurun bədənindən tutaraq onu Röyaldan aralaşdırmaq istədiyini, Teymurun əllərini Röyaldan çəkən zaman onları aralaşdıra bildiyini, bundan sonra Röyal oradan qaçaraq uzaqlaşıb getdiyini, həmkəndlim Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində Ağabəyin yaşadığı evin qarşısında Teymur adlı şəxs döydüyünü, həmçinin Elnurənin oğlu Teymur ilə Röyalın arasında olan dava-dalaşı mobil telefon vasitəsi ilə Rövşənin oğlu Murad, Ruslanın oğlu Rüstəm və həmkəndlisi olan digər Teymurun oğlu Seymur videoçəkilişə aldığını, həmçinin özünün Zərərçəkmiş şəxs vurmadığını və ona heç bir xəsarət yetirmədiyini və orada heç kimin onu döymədiyini və ona heç bir xəsarət yetirmədiyini, həmkəndlisi Elnurənin oğlu Teymur ilə Zərərçəkmiş şəxs ilə arasındakı dava-dalaşın bildiyinə görə onların “İnstagram” sosial şəbəkəsində biri birlərinə qarşı söyüş söydükləri üçün baş verdiyini, bu barədə sonradan bildiyini, Röyalı vurmadığını və onu döymədiyini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində hazırda 10-cu sinif şagirdi olduğunu, atasının Rusiya Federasiyasında işlədiyini, anasının isə evdar qadın olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 11:00 radələrində “İnstagram” sosial şəbəkəsində əvvəlcədən tanıdığı həmkəndlisi Rövşənin oğlu Muradın “İnstagram” hesabına hal-əhval tutmaq məqsədilə mesaj yazdığını və Muradın da onunla salamlaşaraq onun da hal-əhvalımı soruşduğunu, bundan təxminən 10-15 dəqiqə sonra Muradın “İnstagram” hesabından onun istifadəsində olan “İnstagram” hesabına mesaj gəldiyini, dərhal həmin mesaja baxdığını və Muradın ona nalayiq ifadələr yazdığını gördüyünü, buna görə də özünün də həmin nalayiq ifadələri onun özünə yazdığını, təxminən 2-3 saat sonra həmkəndlisi Şahid1 ilə onun yaşadığı evin qarşısından keçən küçədə söhbət edən zaman Murad və onunla bilrikdə həmkəndliləri Elnurənin oğlu Teymur, Mərfətin oğlu İsa, Teymurun oğlu Seymur, Ruslanın oğlu Rüstəm və Bəxtiyarın oğlu Muradın onun yanına gəldiklərini, ilk olaraq Elnurənin oğlu Teymurun ondan ona söyüş söyüb-söyməməyini soruşduğunu, özünün də onun barəsində heç bir söyüş söymədiyini bildirdiyini, bu zaman Teymurun ona Murada məxsus “İnstagram” hesabından ona mesaj yazanın özü olduğunu bildirdiyini və onunla mübahisə etməyə başladığını, bu zaman yaxınlıqda olan digər uşaqların onları aralaşdırdığını və daha sonra onlar çıxıb getdiklərini, həmin günü təxminən saat 19:00 radələrində Ağabəyə məxsus yaşadığı evin qarşsında onunla söhbət edən zaman Mərfətin oğlu İsa Ağabəyin istifadəsində olan mobil nömrəsinə zəng edərək onların yanına, yəni küçənin o biri başına tərəf gəlmələrini və heç bir dava-dalaş olmadan söhbətin bağlanacağını söylədiyini, buna görə də özünün də Ağabəy ilə birlikdə onların yanına getdiyini, ora çatan zaman Elnurənin oğlu Teymur heç bir söz demədən onunla dava-dalaş etməyə başladığını, dava-dalaş zamanı kənarda dayanan həmkəndliləri Bəxtiyarın oğlu Muradın, Teymurun oğlu Seymurun, Ruslanın oğlu Rüstəmin və Rövşənin oğlu Muradın əllərində olan mobil telefonla dava-dalaşı videoçəkilişə aldıqlarını gördüyünü, həmçinin dava-dalaş zamanı Mərfətin oğlu İsanın da onu döyməyə başladığını, həmin vaxt onları aralaşdırmaq üçün müdaxilə edən Ağabəyi də Elnurənin oğlu Teymur əli ilə onun üz nahiyəsindən vurduğunu, bundan sonra oradan qaçaraq uzaqlaşıb öz evində gizləndiyini, onun arxası ilə yaşadığı ünvan 2ində yerləşən evə gəldiklərini, onu yenidən döymək istədiklərini, lakin evdən çölə çıxmadığını, səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində həmkəndlisi Elnurənin oğlu Teymurun onu döyməsi ilə bağlı videoçəkilişi paylaşdığını gördüyünü, Elnurənin oğlu Teymur ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində ünvan 2ində həmkəndlisi Ağabəyə məxsus yaşadığı evin qarşısında küçədə baş verdiyini, Teymur yumruqla və təpiklə bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirdiyini, həmçinin həmkəndlisi Mərfətin oğlu İsanın əlləri ilə bədənindən tutaraq onu yerə çırpdığını, bundan sonra İsanın onun sağ ayağından təpiklə vurduğunu, Elnurənin oğlu Teymur ilə aralarındakı mübahisəni və dava-dalaşı Teymur özünün öz “İnstagram” sosial şəbəkəsində paylaşdığını, onunla Teymurun arasındakı mübahisəni və dava-dalaşı həmkəndliləri Teymurun oğlu Seymur, Ruslanın oğlu Rüstəm, Rövşənin oğlu Murad və Bəxtiyarın oğlu Murad mobil telefonlar vasitəsilə videoçəkilişlər apardıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2021ci il tarixdə saat təxminən 13:00 radələrində yaşadığı Ağdaş rayonunun Əmirax kəndində yerləşən evinin qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs ilə söhbət edən zaman əvvəlcədən tanıdığı həmkəndliləri Elnurənin oğlu Teymur, Mərfətin oğlu İsa, Teymurun oğlu Seymur, Ruslanın oğlu Rüstəm və Bəxtiyarın oğlu Muradın onların yanına gəldiklərini və onunla söhbət edən X4 “sən idin mənə söyüş söyən” deyə söylədiyini, Röyalın da ona cavab olaraq “sən mənə söydüyün üçün mən də sənə söymüşəm” deyə söylədiyini, təxminən saat 19:00 radələrində Teymur ilə İsanın Röyalı küçənin o biri başına onların yanına çağırdıqlarını, özünün də Röyalın arxasınca onların yanına getdiyini, Teymurun heç bir söz demədən Röyalı yerə yıxaraq yumruqla onun bədənin müxtəlif nahiyələrinə vurduğunu, bu zaman yaxınlıqda olan Mərfətin oğlu İsa, Teymurun oğlu Seymur, Ruslanın oğlu Rüstəm və Bəxtiyarın oğlu Muradın onun yaxınlığında duraraq Teymur ilə Röyalı aralaşdırmağına mane olduqlarını, həmçinin Teymurun Röyalı döyən zaman həmkəndliləri Ruslanın oğlu Rüstəm və Teymurun oğlu Seymurun mobil telefonlar vasitəsilə videoçəkiliş apardıqlarını, həmçinin həmkəndlisi Mərfətin oğlu İsanın yumruqla Röyalın sifət nahiyəsindən bir dəfə vurduğunu, bu zaman Teymurun Röyalı yumruqla bir dəfə vurduğunu və daha sonra İsanın da Röyalı yumruqla vurduğunu, bundan sonra Teymurun Röyalı yerə yıxdığını və onu sürüməyə başladığını, bundan sonra Röyalın Teymurdan aralaşaraq qaçıb getdiyini, İsanın bir dəfə yumruqla Röyalın sifət nahiyəsindən vurmasını gördüyünü, İsanın həmin bir dəfə Röyalı yumruqla vurduqdan sonra onu əlavə olaraq vurmadığını, Röyalı Teymur ilə İsa birlikdə döydüyünü, özünün və onunla birlikdə olan Murad, Seymur, Rüstəm və Murad Röyala qarşı heç bir güc tətbiq etmədiklərini, Röyalı vurmadıqlarını, mübahisənin yaranmasına səbəbin Teymurun Röyala söyməsi Röyal isə Teymurun ona söyməsi səbəbindən Teymura nalayiq söyüş söydüklərini, bu səbəbdən də onların aralarında mübahisə yarandığını, həmin zaman onu orada heç kimin döymədiyini, heç bir xəsarətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində hazırda 10cu sinifdə oxuduğunu, atası Mehmanın işləmədiyini, anasının isə evdar qadın olduğunu, Zərərçəkmiş şəxs tanıdığını, onun həmkəndlisi olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində həmkəndlisi Teymurun oğlu Seymura velosipedi aparan zaman həmkəndlisi Ağabəyin yaşadığı evin qarşısında həmkəndlisi Elnurənin oğlu Teymurun Zərərçəkmiş şəxsla mübahisə etdiklərini gördüyünü, bu zaman dayandığını və Elnurənin oğlu Teymurun əlləri ilə Röyalı qucaqlayaraq onu yerə yıxdığını və Röyalı bir neçə dəfə yumruqla bədənin müxtəlif nahiyələrindən vurduğunu gördüyünü, həmin vaxtı Teymurun oğlu Seymur, Ruslanın oğlu Rüstəm və Mərfətin oğlu İsa orada telefonlar vasitəsi ilə videoçəkiliş apardıqlarını gördüyünü, lakin özünün orada dayanmadığını və oradan uzaqlaşıb getdiyini, özünün Zərərçəkmiş şəxs vurmadığını və ona heç bir xəsarət yetirmədiyini, həmkəndlisi Elnurənin oğlu Teymur ilə Zərərçəkmiş şəxs arasındakı davadalaşın bildiyinə görə onların “İnstagram” sosial şəbəkəsində biri-birlərinə qarşı söyüş söydükləri üçün baş verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində atası Rövşənin işləmədiyini, anası Xatirənin evdar qadın olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində kəndin futbol meydançasında futbol oynadıqdan sonra yol ilə yaşadığı evə gələn zaman yolda həmkəndlisi Teymur adlı şəxsi gördüyünü və Teymurun yanında dayanaraq onunla söhbət etməyə başladığını, həmin vaxt orada Rüstəm, Seymur, Murad və İsa orada olduqlarını, söhbət zamanı X16 gedib çağırmasını tapşırdığını, İsanın Röyalın yaşadığı ünvana getdiyini və Röyalı yaşadığı evdən çağırdığını, ümumiyyətlə Röyalın evdən çağırılmasına səbəbin Röyalın Teymur ilə ona qarşı nalaiq söyüş söydüyünü, bu səbəbdən də onu evdən nə səbəbdən onlara qarşı nalaiq söyüş söydüyünü bilmək üçün çağırdıqlarını, həmin məsələyə aydınlıq gətirmək istədiklərini, bundan təxminən 15 dəqiqə sonra həmin Röyal adlı şəxsin onların yanına gəldiyini, bu zaman Teymurun Röyal ilə söhbət etməyə başladığını, söhbət zamanı Teymur Röyalı təpiklə vurduğunu və onu yerə yıxdığını, Röyal yerə yıxıldıqdan sonra Teymur onun müxtəlif nahiyələrindən yumruq və təpiklə bir neçə dəfə vurduğunu, həmin vaxt Teymurun oğlu Seymurun və Ruslanın oğlu X12 döyməsini mobil telefonla videoçəkilişə aldıqlarını, daha sonra Teymur Röyalı yerə yıxıb ayaqlarından yapışaraq sürüyən zaman İsanın Teymurun qollarından yapışaraq çəkdiyini və Röyalın da qaçaraq uzaqlaşdığını, özlərinin də bundan sonra oradan çıxaraq getdiklərini, özünün ümumiyyətlə telefonu olmadığını və videoçəkiliş aparmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, onun həmkəndlisi olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində futboldan qayıdan zaman Şahid1 yaşadığı evin qarşısında Elnurənin oğlu Teymurun Röyalla mübahisə etdiyini gördüyünü, daha sonra Teymurun əlləri ilə Röyalı qucaqlayaraq onu yerə yıxdığını, Teymurun Röyalın yerdə olan zaman yumruqla bir neçə dəfə Röyalın bədənin müxtəlif nahiyələrindən vurduğunu, özünün də Teymura məxsus telefonla həmin dava-dalaşı vidoçəkilişə aldığını, bundan sonra həmkəndlisi Mərfətin oğlu X13 aralaşdırdığını, bu vaxt Röyalın oradan qaçaraq çıxıb getdiyini, həmkəndlisi Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində Ağabəyin yaşadığı evin qarşısında Teymur adlı şəxs döydüyünü, həmçinin Elnurənin oğlu Teymur ilə Röyalın arasında olan dava-dalaşı mobil telefon vasitəsi ilə özü, Rövşənin oğlu Murad və həmkəndlisi olan digər Teymurun oğlu Seymur vidoçəkilişə aldığını, İsanın Röyalı evdən bayıra çağırdığını və Teymurun Röyalı döyərkən İsanın onu ayırmağa çalışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində hazırda 10cu sinifdə oxuduğunu, atasının Rusiya Federasiyasında işlədiyini, anasının isə evdar qadın olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində Bəxtiyarın oğlu Murad ilə ünvan 2ində yerləşən dayanacaqda söhbət edən zaman Teymur gəldiyini, Teymurun onlara Röyalın ona söyüş söydüyünü bildirdiyini və onunla birlikdə Röyalın yanına getmələrini istədiyini, buna görə də Teymur ilə birlikdə Röyalın yaşadığı evinə getdiklərini, onu küçəyə çağırdıqlarını, küçədə olan zaman Teymurun Röyaldan hansı səbəbə görə onu söydüyünü soruşduğunu, Röyalın Teymura əvvəlcə onun söyüş söydüyünü bildirdiyini, buna görə də Teymur yumruqla bir dəfə Röyalın sifət nahiyəsindən vurduğunu, daha sonra Röyalın qaçıb getdiyini, bundan təxminən 2-3 saat sonra Teymurun onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq Röyal və Ağabəylə söhbət etməyə gedəcəyini bildirdiyini və onun da ora gələ biləcəyini soruşduğunu, özünün də onunla razılaşıb, gələcəyini bildirdiyini və getdiyini, saat təxminən 19:00 radələrində həmkləndlisi Ağabəyin yaşadığı evin yaxınlığında toplaşdıqlarını, İsanın Röyalın yaşadığı evə gedərək Röyalı evdən bayıra çağırdığını və onu olduqları yerə gətirdiyini, həmin vaxt Teymurun Röyalı vuraraq yerə yıxdığını, yerdə Teymurun bir neçə dəfə yumruqla Röyalın bədəninin müxtəlif nahiyələrindən vurduğunu, özünün də Rövşənin oğlu Murad və Ruslanın oğlu Rüstəm mobil telefonları vasitəsilə Teymurun Röyalı döyməsini videoçəkilişə qeydə aldıqlarını, İsanın əli ilə Teymuru Röyaldan aralaşdırdığını və Röyalın da qaçaraq oradan uzaqlaşdığını, həmin videogörüntüləri Teymur adlı şəxsin əvvəlcədən ona verdiyi göstərişə əsasən çəkdiyini, videoçəkilişi çəkməkdə məqsədinin sonradan həmin videogörüntünü Teymur adlı şəxsə göndərməyi olduğunu, İsanın Röyalı aralamasını və həmin vaxt əsəbi halda onu itələməsini gördüyün bildirmişdir. İşin materiallarında olan iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Teymur yumruqla bir dəfə Röyalın sifət nahiyəsindən vurmuş, sonra Teymuru əlləri ilə Röyalı qucaqlayaraq onu yerə yıxmış, Teymur Röyal yerdə olan zaman yumruqla bir neçə dəfə Röyalın bədənin müxtəlif nahiyələrindən vurmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 554 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sağ bazu oynağının əzilməsi, sağ qasıq nahiyəsinin sıyırıqdan sonrakı ləkəsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 dekabr 2021-ci il tarixli, 487 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2i ünvanında yaşamaqla ailə tərkibi anası xx.xx.1982-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 dekabr 2021-ci il tarixli, 489 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2i ünvanında yaşamaqla ailə tərkibi atası xx.xx.1970-ci il təvəllüdlü X9 və anası xx.xx.1972-ci il təvəllüdlü X2 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 16:40da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri ifadələri, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışmasını, yetkinlik yaşına çatmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun yaşadığı yer üzrə mənfi xarakterizə olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət X7 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışmasını, yetkinlik yaşına çatmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun yaşadığı yer üzrə mənfi xarakterizə olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00- dek tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar