Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-43/2025 10.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X14 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 30 senyabr 1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olan, Ağdaş Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitenasiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 380,0 qram eyni tərkibli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşımış, xx.xx.2025ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Yeniarx kəndi ərazisində saxlanıldıqdan sonra həmin tarixdə saat 11:12-dən 11:20-dək üstü yoxlanılan zaman əynində olan tünd göy rəngli gödəkçənin iç hissəsində olan 01 ədəd sellofan bağlamada təmiz çəkisi 380,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 5-6 ildir ki, narkotik vasitələrdən istifadə edir. 15 mart 2025-ci il tarixdə, təxminən saat 09 radələrində Mingəçevir şəhərindən tanımadığı taksiyə əyləşərək Ağdaş rayonuna gəlmişdir. Ağdaş rayonu, Yeniarx kəndində işi olduğu üçün həmin kəndin ərazisində taksini saxlatdırıb maşından düşmüş, təxminən saat 10 radələrində Ağdaş rayonu, Yeniarx kəndi ərazisində yolun kənarı ilə piyada hərəkətdə olarkən yerdə 01 ədəd sellofan bağlama olmasını görmüş və sellofan bağlamanı yerdən götürüb içərisinə baxan zaman içərisində narkotik vasitə olmasını görmüşdür. Həmin sellofan bağlamada olan narkotik vasitədən istifadə etməsi üçün götürüb əynində olan tünd göy rəngli gödəkçənin iç hissəsinə qoymuş və yoluna davam etmişdir. Həmin gün saat təxminən 11 radələrində Ağdaş rayonu, Yeniarx kəndi ərazisində piyada hərəkətdə olan polis əməkdaşları videoçəkiliş ilə ona yaxınlaşaraq ona qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu, üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. O da əynində olan tünd göy rəngli gödəkçənin iç hissəsində olan 01 ədəd sellofan bağlamada olan narkotik vasitə olan marixuananı təqdim etmişdir. Polis əməkdaşları üzərinə baxış keçirmişlər, lakin üzərindən qanunla qadağan edilmiş başqa bir əşya aşkar edilməmişdir. O, üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə olduğunu və 15 mart 2025-ci il tarixdə Ağdaş rayonu, Yeniarx kəndi ərazisindən yolun kənarından yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Polis Şöbəsinə aparılmış, Polis Şöbəsində ona müdafiəçi təyin edilmiş və üstünü yoxlayan polis əməkdaşı tərtib etdiyi protokolu, həmin vaxt qeydə alınmış videogörüntü olan diski, üzərindən aşkar edilmiş bağlamanı təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, üzərində heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs daha sonra törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və xəstəliyini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 15 mart 2025-ci il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri üzərində saxlaması və daşıması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 15 mart 2025-ci il tarixdə saat 11:12-də Təqsirləndirilən şəxs Ağdaş rayonu, Yeniarx kəndi ərazisində tərəfindən saxlanımışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirib, üzərində narkotik vasitə olub-olmadığı soruşulmuş və olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin iç hissəsində olan 01 ədəd sellofan bağlamada narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmiş, daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub-olmadığı soruşulmuş, o da üzərində qanunla qadağan olunmuş başqa bir əşya olmadığını bildirmişdir. Daha sonra üstü yoxlanılan zaman üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olduğunu və 15 mart 2025-ci il tarixdə Ağdaş rayonu, Yeniarx kəndi ərazisindən yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan bağlama elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş, üstünün yoxlanılmasına və üzərindən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, həmçinin ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra şübhəli şəxsin üstünün yoxlanılması protokolu, üstünü yoxlayan zaman qeydə alınmış videogörüntü olan disk, üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış şəkildə təhqiqatçıya təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 15 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 11:12-də Ağdaş rayonu, Yeniarx kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində qanunla qadağan edilmiş iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması sorulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin iç hissəsində olan 01 ədəd sellofan bağlamada spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 15 mart 2025-ci il tarixdə Ağdaş rayonu, Yeniarx kəndi ərazisindən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. 15 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 15 mart 2025-ci il tarixdə saat 11:12-dən saat 11:20-dək olan müddət ərzində rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin iç hissəsində olan 01 ədəd sellofan bağlamada spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofan bağlamadakı bitki kütlələrinin ona məxsus olduğunu, 15 mart 2025-ci il tarixdə Ağdaş rayonu, Yeniarx kəndi ərazisindən yolun kənarından yerdən tapdığını bildirmişdir. Həmin sellofan bağlama yenidən qablaşdırılmış və üzəri möhürlənmişdir. 15 mart 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 15 mart 2025-ci il tarixli, 17/241 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bağlamada, təmiz çəkisi - 380,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurdulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 04 aprel 2025-ci il tarixli, 206 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hazırda EMOSİONAL DAVMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq olunan cinayət əməlini törədərkən Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2025-ci il tarixli, 677 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Mingəçevir şəhər Rayonlararası Ruhi Əsəb Dispanseri” tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli, 546 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs 16 may 2003-cü il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində “X7 pozğunluğu, tez-tez baş verən dekompensasiyalar” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və abadlaşdırma İdarəsi 1 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və abadlaşdırma İdarəsi 1 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. 03 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 380,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 379,95 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən videogörüntülərin köçürüldüyü üç ədəd DVD disk sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, 15 mart 2025-ci il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolu, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü üç ədəd DVD diski, maddi sübutu, yuxarıda qeyd edilən ekspert rəylərini, 03 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri və birbiri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Yuxarıda qeyd olunan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin 5 qram və ondan artıq hissəsi (500 qramadək) xeyli miqdar hesab edilir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 08 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, 18 dekabr 2018-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hər iki hökmə münasibətdə məhkumluğu ödənilmişdir. Bundan başqa, Ağdaş Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 1(014)-3/2025 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-244/2025 nömrəli, 23 sentyabr 2025-ci il tarixli qərarının surətindən görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 1(014)-3/2025 nömrəli hökmü apellyasiya protestinə münasibətdə cəzaya aid hissədə və cinayət qanunun tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmə baxışınadək həbsdə saxlandığı 15 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək olan 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırki iş üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan görünür ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımaqla törədiyi cinayət əməlini 2025-ci ilin mart ayının əvvəllərində, yəni Ağdaş Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli hökmündən əvvəl törətmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 16-cı bəndində göstərilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 15 mart 2025-ci il tarixli protokoldan, “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 16 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 12:05-də şübhəli şəxs qismində tutulmuş, 16 mart 2025-ci il tarixdə, saat 09:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və 16 mart 2025-ci il tarixdə saat 16:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Eləcə də, hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan təyin edilmiş məhkəmə iclaslarına təkrarən gəlmədiyinə və məhkəmədən yayındığına görə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, 03 oktyabr 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu ərazisində tutularaq, Ağdaş rayon X10 Saxlama Yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 rəisi tərəfində məhkəməyə ünvanlanmış məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 04 oktyabr 2025-ci il tarixdə X5 yerləşdirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 10 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin 1(107)-244/2025 nömrəli, 23 sentyabr 2025-ci il tarixli qərarı 03 oktyabr 2025-ci il tarixdə icraata qəbul edilmiş, məhkum cəzasının icrası ilə bağılı qeydiyyata alınmadığından cəza müddətinin hesablanmasına başlanılmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, həmin cəza Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək və 15 mart 2025-ci il tarixdən 16 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 04 (dörd) gün və bu iş üzrə həbsdə olduğu 08 (səkkiz) gün, ümumilikdə isə 12 (on iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin ediləcək cəzanı real olaraq çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmasına dair ambulator məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2025-ci il tarixli, 677 nömrəli rəyinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası'nın 3.5-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş psixi xəstələrə məcburi müalicə tətbiq oluna bilməz. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Rayonlararası Psixonevroloji Dispanserin 24 aprel 2025-ci il tarixli, 546 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 16 may 2003-cü il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində “X7 pozğunluğu, tez-tez baş verən dekompensasiyalar” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Həmçinin, Məhkəmə Psixiatrik Ekspertiza X17 Şəxsin 04 aprel 2025-ci il tarixli 206 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “X7 Pozuntusu” XBT 10 F60.3 xəstəliyi mərhələsindədir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkdiyinə görə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X18 göndərilməlidir. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən, 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə xidmət haqqı ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin xidmət haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Paşayev X8 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 26 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 286 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Paşayev X4 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan 379,95 qram qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, əşyalara baxış keçirilərkən və götürülərkən videogörüntülərin köçürüldüyü üç ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək, 15 mart 2025-ci il tarixdən 16 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 04 (dörd) gün və hazırki iş üzrə həbsdə olduğu 08 (səkkiz) gün, cəmi 12 (on iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 21000n5, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 286 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 379,95 qram qurudulmuş marixuana məhv edilsin, üç ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №1(014)-43/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-43/2025
10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver