Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-44/2021 30.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1947-ci ildə Ağdaş rayonu, Kükəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Məhəmmədəli qızı ilə əri Təqsirləndirilən şəxs arasında xx xxxxxx 2021-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş rayonu, Kükəl kəndində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmasına görə Zərərçəkmiş şəxs əsəbləşərək yumruqla bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs sifət, baş və hər iki qol nahiyəsinə, daha sonra Təqsirləndirilən şəxs təpiklə bir neçə dəfə Zərərçəkmiş şəxs sol və sağ baldır nahiyələrinə qəsdən vuraraq ona başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hər iki mil bilək oynağının əzilməsi, sol baldırın orta 1/3-nin ön səthinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bildi və izahatında Zərərçəkmiş şəxs ilə 1998-ci ildə ailə qurduğunu, birgə nikahlarından bir qız övladlarının dünyaya gəldiyini, qız övladının hal-hazırda ərdə olduğunu, özünün isə arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığını, xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində yaşadıqları evdə olarkən arvadı Zərərçəkmiş şəxs onunla söhbət edərkən onun spirtli içkilərin aludəçisi olduğunu və ona “alkaş” dediyini, bu səbəbdən də, arvadı Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əsəbləşdiyini, həmin vaxt sərxoş olmasına görə yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifətindən, baş və hər iki qol nahiyəsindən və bədənin müxtəlif nahiyələrindən vurduğunu və daha sonra təpiklə bir neçə dəfə Zərərçəkmiş şəxs hər iki baldır nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, arvadı Zərərçəkmiş şəxs ilə onun arasındakı mübahisə və dava-dalaşın Ağdaş rayonu, Kükəl kənində yerləşən yaşadıqları evdə baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, səs küyə də heç kimin gəlmədiyini, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş dava-dalaşdan əvvəl təxminən 100 qram spirtli içki qəbul etməsinə görə davadalaş zamanı sərxoş olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında 1998-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurduğunu, ailə qurandan sonra əvvəllər çox mehriban yaşadıqlarını, birgə nikahlarından bir qız övladlarının dünyaya gəldiyini, qız övladlarının bir neçə il əvvəl ailə qurub ər evinə getdiyini, buna görə də, hal-hazırda əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığını, lakin son vaxtlar əri Təqsirləndirilən şəxs spirtli içkiyə qurşanıb hər gün spirtli içki içdiyini və hər gün sərxoş olduğunu, əri Təqsirləndirilən şəxs dəfələrlə spirtli içki içməməsini bildirsə də, əri Təqsirləndirilən şəxs hər gün spirtli içki içdiyini, təxminən bir ilə yaxın müddətdir ki, əri Təqsirləndirilən şəxs ilə eyni evdə ayrı-ayrı otaqlarda yaşadıqlarını, xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində yaşadıqları evdə öz yaşadığı otaqda oturub qızı Nigar ilə mobil telefonla danışdığını, həmin vaxt əri Təqsirləndirilən şəxs onun yaşadığı otağa gələrək ondan kiminlə telefonla danışmasını soruşduğunu, əri Təqsirləndirilən şəxs qızı Nigarla mobil telefonla danışmasını söylədiyini, həmin vaxt əri Təqsirləndirilən şəxs sərxoş olmasını və ona spirtli içki içməməsini söylədiyini, buna görə də, əri Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla və sillə ilə bir neçə dəfə onun sifət, baş və hər iki qol nahiyəsinə yumruqla vurduğunu, daha sonra Təqsirləndirilən şəxs təpiklə bir neçə dəfə onun sol və sağ baldır nahiyələrinə vuraraq ona xəsarət yetirdiyini, daha sonra onun qışqırdığını, Təqsirləndirilən şəxs da onun yaşadığı otaqdan çıxıb getdiyini, əri Qismət Məmmmədov ilə arasındakı mübahisə və dava-dalaş zamanı qızı Nigar ilə telefonla danışdığnı, həmin vaxt qızı Nigarın da onun əri Təqsirləndirilən şəxsla aralarındakı dava-dalaşın səsini eşitdiyini, buna görə də, qızı Nigarın əri Şahid1 Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə zəng edib bu barədə məlumat verdiyini, daha sonra polis əməkdaşlarının onun yaşadığı ünvana gəldiyini, əri Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazdığını, əri Təqsirləndirilən şəxs ilə onun arasındakı mübahisə və dava-dalaşın xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Ağdaş rayonu, Kükəl kəndində yerləşən yaşadıqları evdə baş verdiyini, aralarında olan dava-dalaşın təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini, hazırda Təqsirləndirilən şəxsla barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi izahatında 2017-ci ildə Ağdaş rayonu, Ərəb kənd sakini Şahid1 ilə ailə qurduğunu, həmin vaxtdan sonra atası Təqsirləndirilən şəxs spirtli içkiyə qurşandığını, buna görə də, anası Zərərçəkmiş şəxs ilə atası Təqsirləndirilən şəxs aralarında narazılıqların yarandığını, atası Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs küsülü olduqlarını, atası Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs eyni evdə müxtəlif otaqlarda yaşadıqlarını,xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində yaşadığı evdə mobil telefonla anası Zərərçəkmiş şəxs ilə danışarkən atası Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs aralarında mübahisə baş verməsini və həmin vaxt anası Zərərçəkmiş şəxs qışqırıq səsini telefon vasitəsilə eşitdiyini, daha sonra anası Zərərçəkmiş şəxs telefonu söndürdüyünü, buna görə də, həyat yoldaşı Şahid1 bu barədə məlumat verdiyini, üstündən bir neçə saat keçdikdən sonra əri Şahid1 Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat verdiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 100 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hər iki mil bilək oynağının əzilməsi, sol baldırın orta 1/3nin ön səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddirlər. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 74 yaşında olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir, iş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-44/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-44/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver