Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-44/2025 20.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Ağdaş rayonunun Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 375,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, 15 mart 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən yaşadığı evə həmin tarixdə saat 19:43-dən 19:59-dək keçirilmiş baxış zamanı yataq otağındakı dolabın içərisindən 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 375,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 30 ildir narkotik vasitələrdən istifadə edir. Təxminən 2024-cü il yay aylarında Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisindən keçən Türyançayın kənarında yabanı halda bitmiş 01 ədəd çətənə kolu olmasını görmüşdür. O həmin kolun yarpaqlarını yığıb qurutmaq üçün həmin yerdə saxlamışdır. Həmçinin, həmin kolun kökünü isə çaya, axar suya tullamışdır. Aradan 1-2 gün keçdikdən sonra həmin kolun yarpaqları quruduqdan sonra istifadə etmək üçün yaşadığı evə gətirmişdir. Bundan sonra həmin topladığı bitki kütləsini yaşadığı evin yataq otağında yerləşən dolabın içərisində saxlamışdır. Lakin bu barədə heç kimə heç bir söz deməmişdir. 15 mart 2025-ci il tarixdə saat 19:43-də Ağdaş rayonunun Yuxarı Ləki kəndində yerləşən yaşadığı evdə olan zaman polis əməkdaşları onlara gələrək ona üzərində və yaşadığı evdə narkotik vasitə olduğu barədə olard məlumat olduğunu, bununla bağlı üstünün yoxlanılacağını və evinə baxış keçirəcəklərini bildirmişlər. O, etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş verilərək, müdfiə hüququ izah olunmuşdur. Daha sonra ona üzərində və yaşadığı evdə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Yaşadığı evdə saxladığı narkotik vasitəni hardan əldə etdiyi və nə üçün saxladığı soruşulduqda, o, həmin narkotik vasitəni keçən il yayda yığaraq qurutduğunu və yaşadığı evdə şəxsi istifadəsi üçün saxladığını, bundan heç kimin məlumatı olmadığını, həmçinin narkotik vasitədən heç kimə pay vermədiyini, eləcə də satmadığını və istifadə etmək məqsədi ilə yaşadığı evdə saxladığını bildirmişdir. Sonra üstü yoxlanılmış, yoxlama zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd “Samsung A 13” markalı mobil telefon aşkarlanmış və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Arvadının harada olduğu soruşulduqda, o, səhər saatlarında anasının evinə getdiyini bildirmişdir. Daha sonra ona evdə saxladığı narkotik vasitəni təqdim etməyi təklif edilmiş, o, yaşadığı evin yataq otağında yerləşən dolabın içərisində saxladığı içərisində, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd qara rəngli sellofan bağlamanı təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 398 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və polis əməkdaşı tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Daha sonra o polis şöbəsinə aparılmışdır. Polis şöbəsində üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişlər. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayon məhkəməsinin qərarına əsasən 15 mart 2025-ci il tarixdə saat 19:43-də Təqsirləndirilən şəxs Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən evinin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri yaşadığı evdə əkməsi və saxlaması barədə əməliyyat məlumatlarının olduğunu və müvafiq məhkəmə qərarı ilə yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Həmçinin, ona hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə narkotik vasitə olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan şalvarın sağ yan cibindən 01 ədəd “Samsung A 13” markalı mobil telefon aşkarlanmış və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən dolabın içərisində saxladığı içərisində, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd qara sellofan bağlamanı təqdim etmişdir. Bundan sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 398 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və polis əməkdaşı tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Polis şöbəsində üstünün yoxlanılması və evinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Sonra ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra əməliyyat axtarış tədbirlərinin nəticəsinə dair protokolu, diski, Təqsirləndirilən şəxs məxsus qablaşdırılaraq götürülmüş mobil telefon və yaşadığı evdən aşkar edilmiş qablaşdırılaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə təhqiqatçıya təqdim edilmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqanı təqdim etmişdir. Daha sonra əynində olan şalvarın sağ yan cibindən 02 ədəd 1 manatlıq pul əskinazlarını və 01 ədəd 20 qəpiklik dəmir pul əskinazını təqdim etmişdir. Bundan sonra əynində olan gödəkcənin sol iç cibindən 01 ədəd “bildiriş”i və üzərinə “Assepar” sözləri yazılmış dərman pereparatını təqdim etmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd siqaret qutusu açılmış və içərisindən siqaret dənələri aşkar edilmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və ya predmet aşkar olunmadı. Bundan sonra üzərindən aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. İş materiallarında olan 15 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin mənzilinin yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə, saat 19:43-də Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən evinin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə narkotik vasitə olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan şalvarın sağ yan cibindən 01 ədəd “Samsung A 13” markalı mobil telefon aşkarlanmış və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən dolabın içərisində saxladığı içərisində, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd qara sellofan bağlamanı təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 398 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, yaşadığı evin ona məxsus olduğunu, evdə arvadıyla yaşadığını, arvadının səhər anasının evinə getdiyini, yaşadığı evdən aşkar olumuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni keçən il yayda yığaraq qurutduğunu və yaşadığı evdə şəxsi istifadəsi üçün saxladığını, bundan heç kimin məlumatı olmadığını, həmçinin narkotik vasitədən heç kimə pay vermədiyini, eləcə də satmadığını və istifadə etmək məqsədi ilə yaşadığı evdə saxladığını bildirmişdir. İş materiallarında olan 15 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinin videoçəkilişlə aparılmasına şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı bir etirazlarının olub-olmaması soruşulmuş, sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:43-dən saat 19:59-dək olan müddət ərzində RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan bağlamanın, qablaşdırıldığı kağız zərf təkrar açılaraq içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə bənzər bitki kütləsi olan sellofan bağlamaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğu soruşulduqda o da “nəşə” olduğunu, yayda kolluqluqda çayın başında bitən otlardan yığaraq qurutduğunu, şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını, 30 ildir ki istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin narkotik vasitəyə bənzər kütlə yenidən tərəfimdən qablaşdırılaraq götürülmüş, iştirakçılar imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş növbəti zərf açılmış, içərisindən 01 ədəd “Samsung A 13” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefonun ona məxsus olmasını bildirmişdir. Bundan sonra həmin mobil telefon qablaşdırılaraq götürülmüş, iştirakçılar imza etmişdir. Vəkil X4 Abdullayevdən ona vəkil təyin edildikdən sonra onunla konfidensial söhbət aparıb-aparmadığını, evindən aşkar edilmiş bitki kütləsini hansı məqsədlə yaşadığı evdə saxladığını soruşduqda Təqsirləndirilən şəxs vəkilin onunla təklikdə görüşərək söhbət apardığını, yaşadığı evdən aşkar edilmiş bitki kütləsini şəxsi istifadəsi məqsədilə saxladığını bildirmişdir. Video görüntüdən ibarət 01 DVD diskə baxış keçirilmişdir. Videoda Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabdan 01 ədəd qara rəngli sellofan bağlama aşkar olunur. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili tərəfindən ona verilən şifahi suala, aşkar olunan sellofan bağlamanın içərisindəkinin narkotik vasitə olduğunu, yayda kolluqluqda çayın başında bitən otlardan yığaraq qurutduğunu, şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirir. Əməliyyat müvəkkili həmin qara rəngli sellofan bağlamanı elektron tərəzidə çəkir və çəkisi 398 qram müəyyən olunur. Daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 mart 2025-ci il tarixli 17/242 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi – 375,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli 519 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 02 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nın publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağdam Rayon Xalq Məhkəməsinin 26 iyul 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 207-ci maddəsinin 2 hissəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 02 il azadlıqdn məhrum etmə cəzasına məhkum edilmiş, 01 may 2002-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. 2) Ağdaş Rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəssinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 avqust 2016-cı ildə Milli Məclisin 20 may 2016-cı tarixli amnistiya qararının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X1, övladı X3 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-12-32/2-161/2025 nömrəli 22 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 15 mart 2025ci il tarixdən 17 mart 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqdavə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 374.80 qram qalığı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 242 (iki yüz qırx iki) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığı məhdudlaşdırılması cəzasına iki günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 374.80 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 242 (iki yüz qırx iki) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-44/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-44/2025
20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver