Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-45/2022 13.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, X1 Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2006-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Ləki qəsəbəsi Yeni Massiv ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 04.03.2022-ci il tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə 13 aprel 2022-ci il tarixdə saat 12:40-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəls ilə ittiham olunur ondan ötrü ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə 05.01.2022ci il tarixdə saat 15 radələrində Ağdaş rayonu Ləki qəsəbəsi H.Aslanov küçəsi 20-də qeydiyyatda olan və yaşayan xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ləki qəsəbəsi Əlibayramov küçəsi 11 saylı ünvanda yerləşən həyətinə dəmir əl qapısının yanındakı daş hasardan daxil olaraq evin arxa hissəsindəki plastik qapıdan evə qanunsuz daxil olmaqla evdən ümumi dəyəri 240 manat olan, 150 manat dəyərində 01 ədəd Чайка-142 м markalı paltartikən maşını və 01 ədəd 90 manat dəyərində odun samovarını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05.01.2022-ci il tarxdə Ağdaş rayonu Ləki qəsəbəsi ərazisində təhvil vermək üçün küçədən dəmir axtardığını, həmin vaxt Əlibayramov küçəsində ev gördüyünü və evin qapısının bağlı olduğunu görüb evdən oğurluq etmək qərarına gəldiyini, bundan sonra 11 yaşlı balaca qardaşı Asifi da vağzaldan gətirdiyini, Asifə həmin evdə dəmir olduğunu, onu gətirmələri üçün ona kömək etməyini bildirdiyini, daha sonra evin arxasındakı balaca qapıdan həyətə girdiyini, sonra evin zirzəmisindən balta və dəhrə götürdüyünü, evin arxasındakı ağ rəngli qapını dəhrə ilə açdığını, daha sonra otaqları bir-bir gəzdiyini, evin sonuncu otağında olan şkafı açdıqda içərisindən bir ədəd 5 litrlik dəmir odun samovarı olduğunu gördüyünü, həmçinin həmin yerdə şkaf olduğunu, şkafın içərisində paltartikən maşın olduğunu gördüyünü və onu söküb ordan çıxardığını, daha sonra həmin əşyaları həmin zirzəmidən tapdığı torbaya qoyduğunu və evdən çıxıb həyətdən gəldiyi yerdən çıxdığını, sonra qardaşı Asiflə birlikdə həmin əşyaları dəmiryığan Rəhmangilə apardıqlarını, lakin Rəhmanın həmin əşyalar almadığını və atasını oraya çağırdığını, atası gələndən sonra həmin paltartikənlə samovarı haradan aldığını soruşduğunu, özünün də onları tapdığını bildirdiyini, ertəsi gün polislərin onun yaşadığı evə gəldiklərini və özünün də oğurluq etdiyini polis əməkdaşlarına bildirdiyini, oğurluğa girən zaman onu görən olmadığını, orada yalnız onun 11 yaşlı qardaşı Asifin olduğunu, Asifin onun həmin yerə oğurluğa getdiyini bilmədiyini göstərmişdir. Məhkəmə iclasında əməlinin cinayət olduğunu bildiyini, etdiyi əməldən peşman olduğunu, bir daha cinayət törətməyəcəyini bildirdi. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyi olmadığını, Ağdaş RPŞ-nə ərizəni özünün yazdığını, Ağdaş rayon Ləki qəsəbəsində iki yerdə fərdi yaşayış evinin olduğunu, həmin evlərdən birinin boş olduğunu, digərində isə özünün yaşadığını, boş evinin Əli Bayramov küçəsi 11-saylı ünvanda yerləşdiyini, boş evinə tez-tez gedib baxdığını, evin darvazasının dəmir darvaza olduğunu, həyətinin yanlarının isə daş hasar olduğunu, evin iki giriş qapısının olduğunu, qapılardan birinin darvazadan içəri girəndə sağda yerləşdiyini, həmin qapının zamokla bağlandığını, digər qapının isə evin arxa hissəsində yerləşdiyini, həmin qapının taxta qapı olduğunu, içəridən zamokla bağlandığını, 04.01.2022-ci il tarixdə gedib evə baxdığını, evdə hər şeyin qaydasında olduğunu, 06.01.2022-ci il tarixdə səhər radələrində yenə də gedib evə baxdığını, bu zaman evin dağınıq vəziyyətdə olduğunu gördüyünü, evə dəqiq baxanda evin arxasındakı qapıdan evə daxil olunduğunu başa düşdüyünü, həmin qapının açıldığını və evin içərisindəki otaqlara bir-bir baxıldığını, diqqətlə baxanda evin içərisindəki otaqların birində olan şkafın alt gözündən bir ədəd samovar, onun yanındakı şkafın içərisindən isə paltartikən maşın oğurlandığını gördüyünü, bundan sonra ərizə ilə polisə müraciət etdiyini bildirdi. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Qanuni nümayəndə1 ifadəsində 05.01.2022-ci il tarixxdə evdə olduğunu, həmin vaxt ona dəmiryığan Rəhman adlı şəxsin zəng etdiyini və ona oğlanları Yusif və Asifin onun yanına bir ədəd paltartikən və bir ədəd də samovar gətirdiklərini və bundan məlumatının olub-olmadığını soruşduğunu, özünün də bundan məlumatı olmadığını bildirdiyini və Rəhmangilə getdiyini, həmin vaxt Yusifdən samovarı və paltartikəni haradan aldığını soruşduğunu, Yusifin isə onları tapdığını, daha sonra həmin əşyaları evə apardıqlarını, 06.01.2022-ci ildə polislərin gəldiklərini və həmin vaxt oğlu Yusifin həmin əşyaları Raisin evindən oğurladığını bildirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində latın qrafikası ilə yazıb-oxumağı bacardığını, heç bir ruhi əsəb xəstəliyi olmadığını, atası Elbrus, anası Xuraman, böyük qardaşı Əşrəf, ortancıl qardaşı Yusif ilə birlikdə yaşadığını, böyük qardaşı Əşrəfin oğurluq etdiyi üçün tutulduğunu, qardaşı Yusif ilə aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 05.01.2022-ci il tarixdə Ağdaş rayonunda vağzalda olan zaman qardaşı Yusifin gəlib onu özü ilə apardığını, fərdi yaşayış evinin qarşısında dayandıqlarını, həmin zaman Yusifin ona burada dəmir olduğunu, onu götürəcəyini və ona həmin dəmiri aparıb satmaq üçün kömək etməyini bildirdiyini, daha sonra Yusifin evin arxasındakı balaca qapının üzərindən həyətə girdiyini, təxminən aradan 10 dəqiqə keçdikdən sonra qardaşının həmin həyətdən 01 ədəd 5 litrlik dəmir odun samovarı və 01 ədəd paltartikən maşın çıxdığını, birlikdə həmin əşyaları dəmiryığan Rəhmangilə apardıqlarını, lakin Rəhmanın həmin əşyaları almadığını və onun atasını oraya çağırdığını, atası gələndən sonra həmin paltartikənlə samovarı haradan aldıqlarını soruşduğunu, qardaşı Yusifin də onları tapdığını bildirdiyini, daha sonra evə getdiklərini, həmin əşyaları da özləri ilə apardıqlarını, ertəsi gün polislərin onlara gəldiklərini və qardaşı Yusifin oğlurluq etdiyini polis əməkdaşlarının bildirdiyini, qardaşı Yusifin oğurluq etdiyini ona demədiyini, qardaşının oğurluq etdiyini polislərin onların yaşadığı evə gələndən sonra başa düşdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, heç bir yerdə işləmədiyini, özü dəmir yığıb satmaqla məşğul olduğunu, 05.01.2022-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsində evdə olduğunu, həmin vaxt həmkəndlisi Elbrusun oğlanlarının onlara gəldiklərini və onlarda bir ədəd samovar və bir ədəd də paltartikən maşın olduğunu, onlardan birinin adının Yusif olduğunu, digərinin adını isə bilmədiyini, Yusifin həmin əşyaları ona satmaq istədiyini bildirdiyini, ondan həmin əşyaları oğurlayıb-oğurlamadığını soruşduğunu, Yusifin isə həmin samovarla paltartikən maşını tapdığını bildirdiyini, özünün isə həmin əşyaların təzə olduğunu görüb Yusifin atasına məlumat verdiyini, Yusifin atası Elbrusun gəlib onları götürüb apardığını, ertəsi gün Yusifin həmin əşyaları Zərərçəkmiş şəxs evindən oğurladığını eşitdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu Ləki qəsəbəsi İnzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 mart 2022-ci il tarixli 131 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Ləki qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni massiv ünvanında yaşamaqla ailə tərkibi atası- X6; anası- Qanuni nümayəndə2; qardaşı- Şahid1 Elburus oğlu; qardaşı-X2 ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 03.02.2022-ci il tarixli 9/456 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri, təxminən 240,00 manat müəyyən olunur. O cümlədən: -01 ədəd krem rəngli “Чайка-142м” markalı paltartikən maşın – 150,00 manat, -01 ədəd 5 litr su tutumlu odun samovarı – 90,00 manat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Pisxonevroloji Dispanserinin 09 mart 2022-ci il tarixli 43 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa və başqasının təsiri altında hərəkət etməyə meylli deyildir. Təqsirləndirilən şəxs baş vermiş hadisəni düzgün qavrayıb, həmin hadisə barədə düzgün ifadə verə bilər. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs fiziki intellektual və əqli inkişaf səviyyəsi yaşına uyğundur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX PHŞ-in 10 mart 2022-ci il tarixli 314 saylı məktubundan görünür ki, Ağdaş rayonu Ləki qəsəbəsi Yeni Massivdə yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 mart 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 fevral 2022-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, yetkinlik yaşına çatmamasını, yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 86-ci madəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanının tam ödənilməsini, habelə yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraitini, fiziki intellektual və əqli inkişaf səviyyəsini nəzərə alıb onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, onun cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarət həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Maddi sübut kimi 01 ədəd Чайка-142м markalı paltartikən maşın və 01 ədəd odun samovarı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd Чайка-142м markalı paltartikən maşın və 01 ədəd odun samovarı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-45/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-45/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver