Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-45/2025 12.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X6 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 avqust 1964-cü il tarixdə Ağdaş rayonu, Qəribli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağdaş rayonu, Qəribli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə saat 09:30 radələrində gəlini Zərərçəkmiş şəxs ilə aralarında Ağdaş rayonu, Qəribli kəndində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə edib gəlini Zərərçəkmiş şəxs sifət nahiyəsindən içi su ilə dolu olan termosla iki dəfə qəsdən vurmuş, daha sonra yumruqla da bir dəfə qəsdən baş nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinin qançırı və şişkinliyi (dərialtı hematoması), burnun sol sıyrığı, burun çəpərinin əyilməsi, sol burun dəliyindən tənəffüsün cüzi pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir. Ailə qurduqdan sonra Zərərçəkmiş şəxs onun yaşadığı evə köçmüş, birlikdə yaşamağa başlamışdır. X4 hazırda Ağdam rayonunda adını bilmədiyi şirkətdə fəhlə işləyir. Əvvəllər gəlini Nərmin ilə aralarında mübahisə və dava-dalaş baş verməmiş, münasibətləri normal olmuşdur. Lakin son zamanlar aralarında narazılıqlar yaranmağa başlamışdır. Buna səbəb gəlini Zərərçəkmiş şəxs evdə açıq-saçıq geyimlər geyinməsi, telefonla çox vaxt keçirməsi və buna görə ona irad bildirməsi olmuşdur. 25 aprel 2025-ci il tarixdə təxminən saat 09:30 radələrində yaşadığı evin mətbəxinə fincan və termos götürmək üçün getmiş, bu zaman gəlini Zərərçəkmiş şəxs mətbəxdə telefonla danışadanışa ev işlərini görmüşdür. Mətbəxədəki masanın üzərindən fincanı və termosu götürüb qonaq otağına getmiş, daha sonra Zərərçəkmiş şəxs dəhlizdə yerləşən su qızdırıcısını qoşmaq üçün çölə çıxmışdır. Nərmin telefon qulağında danışa-danışa mətbəxdən evin eyvanına çıxan zaman eyvanda onunla qarşılaşmış, o da Nərminə “sən nə qədər telefonla danışırsan, ayıbdır” demiş və həmin vaxt aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söz demiş, o da bundan əsəbləşərək termosla qəsdən Zərərçəkmiş şəxs iki dəfə sifət nahiyəsindən, bir dəfə də yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vurmuşdur. Zərərçəkmiş şəxs yaşadıqları evdən çıxıb qohumu Zülfiyyənin evinə getmişdir. Bu zaman arvadı Şahid1 evə gəlmiş, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə və dava-dalaş baş verdiyini, termos ilə Zərərçəkmiş şəxs başından vurduğunu və ona xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olmasını, gəlini Zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirib, barəsində olan materiala xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qaynatası Təqsirləndirilən şəxsla barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmasını bildirib, ifadəsində göstərdi ki, 2019-cu ildə Ağdaş rayonu, Qəribli kənd sakini X2 ilə evlənmişlər. Evləndikdən sonra ərinin Ağdaş rayonu, Qəribli kəndində yerləşən evinə köçmüş və orada onun atası, anası ilə birlikdə yaşamağa başlamışdır. X8 hazırda Ağdam rayonunda adını bilmədiyi şirkətdə fəhlə işləyir. Əvvəllər qayınatası Bulut ilə aralarında mübahisə və dava-dalaş baş verməmiş, münasibətləri normal olmuşdur. Lakin son zamanlar aralarında narazılıqlar yaranmağa başlamışdır. 25 aprel 2025-ci il tarixdə təxminən saat 09:30 radələrində yaşadığı evin mətbəxində işlərini görə-görə mobil telefonda Goranboy rayonunda yaşayan bacısı ilə danışan zaman qayınatası Təqsirləndirilən şəxs mətbəxə gəlib masanın üzərində olan fincanı və termosu götürüb qonaq otağına getmişdir. Qayınatası getdikdən sonra hamamda suyun qızması üçün su qızdırıcısını qoşmağa çölə çıxmışdır. Telefonla danışarkən mətbəxdən evin eyvanına çıxan zaman qayınatası Təqsirləndirilən şəxs ilə qarşılaşmış və həmin vaxt qayınataası “sən nə qədər telefonla danışırsan, ayıbdır” demişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş, mübahisə və dava-dalaş zamanı qayınatası Təqsirləndirilən şəxs əlindəki su ilə dolu termosla qəsdən onun sifət nahiyəsindən iki dəfə, sonra bir dəfə də yumruqla baş nahiyəsindən qəsdən vurmuşdur. Mübahisə və dava-dalaşdan sonra yaşadığı evdən çıxıb əri Şəhriyarın qohumu Zülfiyyənin evinə getmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmə tibbi-ekspertizasının 24 aprel 2025-ci il tarixli, 164 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol gicgah nahiyəsinin qançırı və şişkinliyi (dərialtı hematoması), burnun sol sıyrığı, burun çəpərinin əyilməsi, sol burun dəliyindən tənəffüsün cüzi pozulması, küt alət (ola bilər su ilə dolu termos) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Məhkəmə tibbi-ekspertizasının 26 aprel 2025-ci il tarixli, 165 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət aşkar olunmamışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 07 may 2025- il tarixli, 18-1-22/2-669/2025 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşayan Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Məhkəmə, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq edilən sübutların yekununa əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə saat 09:30 radələrində gəlini Zərərçəkmiş şəxs ilə aralarında Ağdaş rayonu, Qəribli kəndində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə edib gəlini Zərərçəkmiş şəxs sifət nahiyəsindən içi su ilə dolu olan termosla iki dəfə qəsdən vurmuş, daha sonra yumruqla da bir dəfə qəsdən baş nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinin qançırı və şişkinliyi (dərialtı hematoması), burnun sol sıyrığı, burun çəpərinin əyilməsi, sol burun dəliyindən tənəffüsün cüzi pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4. 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışı gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib, Təqsirləndirilən şəxs ilə barışdığını və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığı üçün ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə, yuxarıda qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələrinə əməl edilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 9 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 99 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 99 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(014)-45/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-45/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver