Məhkəmə qərarları › İş №1(014)-46/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-46/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-46/2021 20.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1976-cı ildə Ağdaş rayonu, Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Malay kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 16:00 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində xx.xx.1993-cü il təvəllüdlü Ağdaş rayonu, Malay kənd sakini Zərərçəkmiş şəxs yaşadığı Malay kəndində yerləşən mənzilinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs əli ilə itələyib fiziki zor tətbiq etməklə sonuncunun iradəsinin ziddinə daxil olaraq Zərərçəkmiş şəxs yumruq, təpik və şillə ilə döyüb sonuncuya üzün sol almacıq nahiyəsinin, sol bazunun aşağı 1/3-nin bayır səthinin, onurğa sütunun bel hissəsinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində bildirdi ki, üç azyaşlı övladı və həyat yoldaşı Yasəmən Allahverdiyeva ilə birlikdə Ağdaş rayonu, Malay kəndində yaşayır, təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs və Şahid4 tanıyır, onlar yaşadığı kənddə təxminən 4-5 ev aralıda yaşayan həmkəndliləridir. Zərərçəkmiş şəxs və Şahid4 ilə münasibətləri hər zaman yaxşı olmuş onlarla şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Onun adı Kənan olsa da, kənd sakinləri onu Qorxmaz deyə çağırırlar. xx xxxxxx 2021-ci il tarixdə, saat təxminən 16-17 radələrində Mürsəl kəndindən mağazadan siqaret alaraq kənd yolu ilə evə gəlirmiş, həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı evinə yaxınlaşan zaman onun evinin yaxınlığında göy rəngli VAZ-2106 markalı dövlət qeydiyyat nömrə nişanını görmədiyi avtomobil dayanmış, ilk növbədə həmin avtomobilə yaxınlaşıb sürücüdən burada niyə gözlədiyini soruşmuş, həmin avtomobilin tanımadığı və əvvəllərdə görmədiyi sürücüsü qonşulardan kiminsə satış üçün göy-göyərti gətirəcəklərini demiş, o, həmin avtomobilin sürücüsü ilə sağollaşıb yoluna davam etmiş, təxminən həmin avtomobildən 40 metr sonra Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinin giriş qapısının yaxınlığında kolluqda tanımadığı və əvvəllərdə görmədiyi oğlanla qucaqlaşıb söhbət edərkən görmüş, onlara yaxınlaşıb yol kənarında görüşməyin düzgün olmadığını, buradan insanların keçdiyini, ayıb olduğunu bildirmiş, lakin, həmin vaxt Zərərçəkmiş şəxs və həmin tanımadığı oğlan ona “Sənlik deyil işinlə məşğul ol” demiş, bu sözlərdən bərk əsəbləşərək onlara yaxınlaşıb həmin oğlanın və Zərərçəkmiş şəxs üz nahiyələrindən hərəsinə əli ilə bir şillə vurmuş, həmçinin, Leylaya “Qələt edirsən nə işin var get evində elə” demiş, daha sonra həmin oğlan oradan qaçaraq yaxınlıqda yerləşən qeyd etdiyi göy rəngli VAZ-2106 markalı avtomobilə əyləşərək oradan uzaqlaşmış, Zərərçəkmiş şəxs isə evinə qayıtmış, Leylaya gördüklərini kənd sakini və bir qədər aralıda yaşayan dayısı Şahid1 deyəcəyini bildirmiş, Leyla isə cavabında bildirmişdir ki, “get kimə deyirsən de”. Daha sonra isə o, kənd yolu ilə yoluna davam etmiş, həmin vaxt kənd yolu ilə əkin sahəsinə doğru gedən Şahid2 görmüş, onunla hal-əhval tutub təxminən 5-10 dəqiqə müddətində söhbət edən zaman Zərərçəkmiş şəxs övladı Aqil Məmmədovla birlikdə yanlarından keçərək Şahid2 yaşadığı evə doğru getmiş, Şahid2 isə Leylanın onun evinə getdiyini görüb onunla sağollaşıb evinə geri qayıtmışdır. O, isə kənd yolu ilə yoluna davam edərək evinə getmiş, lakin, baş vermiş hadisə barədə Şahid2 heçnə deməmiş, həmin gün saat 18-19 radələrində yaşadığı evdə olarkən Şahid4 onlara gələrək “Leylanı niyə vurmusan deyərək” soruşmuş, o, isə cavabında Leylanın tanımadığı oğlanla yaşadıqları evin həyətyanı sahəsinin giriş qapısına qucaqlaşıb söhbət edərkən gördüyü üçün vurduğunu və bu barədə dayısı Şahid1 məlumat verəcəyini bildirmiş, Şahid4 isə cavabında bildirmişdir ki, “Yaxşı eliyib vurmusan, getmə Ramisin yanına, Ramisə heçnə demə, bir daş altda bir daş üstdə”. Həmçinin, həyat yoldaşı Yasəmən də ona bildirmişdir ki, “heç kimə heçnə demə bizim də uşaqlarımız var, lazım deyil”. O, da Yasəmənin və Ədalətin bu sözlərindən sonra gördükləri barədə heç kimə heçnə deməyəcəyini bildirmiş, həmin vaxt Şahid4 evində bir stəkan çay içərək onlarla sağollaşıb evdən getmişdir. Daha sonra xx xxxxxx 2021-ci il tarixdə gecə radələrində Ağdaş RPŞ-nin əməkdaşları onu Ağdaş RPŞ-nə dəvət edərək ondan baş vermiş hadisə barədə izahat alıb onu Ağdaş RMX-da sərxoşluq müayinəsindən keçirmişlər. Zərərçəkmiş şəxs onun barəsində qeyd etdikləri tamamilə yalandır və heç bir halda həqiqəti əks etdirmir. xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə gəlməmiş, həmin evə zorla daxil olmamış, Zərərçəkmiş şəxs ilə hər hansı bir mövzuda söhbət etməmiş, Leylanı ehtiraslı şəkildə öpməmiş, onunla zorla cinsi əlaqədə olmağa çalışmamış, Leylanı yumruq, təpik və ya şillə ilə dəfələrlə döyməmişdir. Həmin vaxt sərxoş olmamışdır. Ümumiyyətlə Zərərçəkmiş şəxs barəsində dedikləri tamamilə yalandır. Hadisə məhz yuxarıda qeyd etdiyi kimi baş vermişdir. O, Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixdə üz nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. Digər xəsarətlərin Zərərçəkmiş şəxs hansı səbəbdən yarandığını bilmir. O, Leylanın anası Ədalətin və arvadı Yasəmənin xahişlərindən sonra gördükləri barədə Zərərçəkmiş şəxs dayısı Şahid1 heçnə deməyəcəyinə qərar vermiş, ona görə də Şahid1 bu barədə heçnə deməmiş, Zərərçəkmiş şəxs isə mütəmadi olaraq adlarını bilmədiyi müxtəlif şəxslərlə münasibətdə olması, onlarla cinsi əlaqədə olmasını eşitmiş, lakin, görməmiş, xx xxxxxx 2021-ci il tarixdə isə o, ilk dəfə olaraq Zərərçəkmiş şəxs tanımadığı oğlanla qucaqlaşarkən görmüş və ona kənd sakinlərindən ayıbdır deyə irad bildirib onu bir dəfə şillə ilə vurmuşdur. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək və məsuliyyətdən qaçmaq məqsədi daşıyır, onun ifadəsi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam sübuta yetirilir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2014-cü ildə Ağdaş rayonu, Mürsəl kənd sakini X3 ilə ailə qurmuş, 2017-ci ildə boşanaraq Malay kəndində yerləşən anası Şahid4 yaşadığı evə qayıtmış, İslam Məmmədovla birgə nikahlarından 2016-cı il təvəllüdlü X5 adlı övladı olmuşdur. 2017-ci ildən etibarən övladı Aqil Məmmədov və anası Şahid4 ilə birlikdə Malay kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Evləri bir otaqlıdır. Təqsirləndirilən şəxs anası Ədalətin dayısı oğlu və yaxınlıqda yaşayan qonşu kimi tanımış, onunla heç bir şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxslə hər zaman münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs kənd sakinləri Qorxmaz adı ilə çağırdıqlarından o da Kənanı məhz Qorxmaz kimi tanımışdır. xx xxxxxx 2021-ci il tarixdə, saat təxminən 16:00 radələrində yaşadığı evdə övladı Aqil Məmmədovla birlikdə televizora baxmış, həmin vaxt evin taxta materialı giriş qapısının döyüldüyünü eşitmiş, övladı Aqillə birlikdə evin giriş qapısına doğru gedərək açmış, qapını açdıqdan sonra evin giriş qapısının qarşısında evə qalxan pilləkənlərin üzərində qohumları Təqsirləndirilən şəxs görmüş, daha sonra isə Kənana “Qorxmaz dayı niyə səsini çıxartmırsan, qorxdum” demişdir. Təqsirləndirilən şəxs isə onu görən kimi əli ilə ona sus işarəsini göstərdikdən sonra onu əli ilə sinə nahiyəsindən evin içərisinə doğru itələyərək zorla evə daxil olmuş, Kənana nə qədər mane olmağa çalışsa da, Kənan onu dinləməmiş və ona əhəmiyyət verməmiş, içəri girdikdən sonra “ balam qorxma pis niyyətlə gəlməmişəm, anan hara gedib” deyə soruşmuş, cavabında Kənandan hansı səbəbdən onu əli ilə evin içərisinə doğru itələdiyini soruşub anası Ədalətin xalası Kifayətin evinə getdiyini bildirmiş, həmçinin, həmin vaxt Təqsirləndirilən şəxs evdə heç kimin olmadığını yaşadığı evə bu cür gəlməyinin düzgün olmadığını və evi dərhal tərk etməsini bildirmiş, həmçinin, Təqsirləndirilən şəxs onu əli ilə itələyərək zorla evə girməsindən övladı Aqil Məmmədov qorxaraq ağlamağa başlamış, lakin, Təqsirləndirilən şəxs onun dediklərinə əhəmiyyət verməyib evin giriş qapısını içəridən bağlayaraq evin içərisində olan sobanın yanında yerdə əyləşmiş, Kənana hansı səbəbdən evin qapısını içəridən bağladığını soruşub yenidən dərhal evi tərk etməsini bildirmiş, otağın bir küncündə dayanaraq Kənana dərhal evi tərk etməyini dəfələrlə təkrar etməsinə baxmayaraq Kənan onun dediklərinə əhəmiyyət verməmişdir. Sobanın yanında əyləşdikdən sonra Kənan “balam nətərsiz, nə var, nə yox, nə probleminiz olsa Qorxmaz dayın ölmüyüb” demiş, o, isə Kənana cavabında heçnəyə ehtiyac olmadığını və evi tərk etməsini bildirmiş, daha sonra həmin vaxt Kənan ayağa qalxaraq evdən çıxmağa başlamış, həmçinin, həmin vaxt Kənan evdə siqaret çəkib, siqaretini sobada söndürdükdən sonra siqaretin kötüyünü sobanın kənarına qoymuş, evdən çıxarkən isə Kənan qəfildən ona yaxınlaşıb onun sol yanaq nahiyəsindən öpmüş və əlləri ilə paltarlarımın aşağı hissəsinə toxunmağa başlamış, Təqsirləndirilən şəxs öpüşündən və paltarlarına əl ataraq qucaqlamaq istəməsindən onun niyyətinin yaxşı olmadığını anlamış və onu sağ əli ilə özündən itələmiş, həmin vaxt isə Təqsirləndirilən şəxs nəfəsindən onun spirtli içkilər qəbul etdiyini və sərxoş olduğunu hiss etmiş, əli ilə Kənanı itələdikdən sonra Kənan ona cinsi əlaqədə olmaq təklifini etmiş, o, isə ağlayaraq Kənana evdən çıxıb getməsini və onunla cinsi əlaqədə olmayacağını bildirmiş, Təqsirləndirilən şəxs isə onu əli ilə itələyib cinsi əlaqədə olmaq təklifini rədd etdikdən sonra onun sol qol nahiyəsini arxaya buraraq üz və baş nahiyəsindən şillə və yumruqla vurmağa başlamış, nalayiq söyüşlərlə təhqir edib, bir daha onunla cinsi əlaqədə olmaq istədiyini, ona yaxınlıq verməyəcəyi təqdirdə isə onu döyəcəyini bildirirmiş, həmçinin, Təqsirləndirilən şəxs onun əynində olan boz rəngli boğazlı uzunqol köynəyi dartmağa başlamış, Təqsirləndirilən şəxs müqavimət göstərərək onun əlindən çıxmağa çalışmış, Təqsirləndirilən şəxs həmin vaxt onun bel nahiyəsindən yumruq və təpiklə vuraraq sakit durmağını bildirmiş, həmin vaxt evdə olan azyaşlı övladı Aqil Məmmədov ağlayaraq Təqsirləndirilən şəxs üzərinə gələrək onu buraxmasını bildirmiş, Kənan isə həmin vaxt övladı Aqil Məmmədovu əli ilə kənara itələmiş, övladı Aqil Məmmədovun başı divara dəyərək yerə yıxılmış, qorxudan paltarını islatmış və batırmış, daha sonra Təqsirləndirilən şəxs əlindən çıxaraq evin giriş qapısına doğru qaçmağa başlamış, lakin, Təqsirləndirilən şəxs arxası ilə qaçaraq onu eyvanda olarkən saç nahiyəsindən tutub sifət nahiyəsindən yumruq vurmuş, həmin vaxt onun burnundan qan açılmış, daha sonra isə Təqsirləndirilən şəxs onu eyvanda döydükdən sonra yaşadığı evdən çıxıb getmiş, evin pilləkənlərindən düşərkən isə Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədərək “kiməsə desən bura gəldiyimi, səni bu dəfə gəlib zorlayacam” sözlərini demiş, o, isə qorxduğu üçün övladı ilə birlikdə yaşadığı evdən çıxaraq qonşuları Elçin dayının yaşadığı evə getmiş,Elçinin yaşadığı evdə onun arvadı Aytəkin olmuş, o, baş vermiş hadisə barədə onlara məlumat vermiş, daha sonra saat təxminən saat 19:00 radələrində anası Şahid4 evə gəlib onu axtarmış, onun övladı ilə birlikdə Elçinin yaşadığı evə gəldiyini bildikdən sonra oraya gəlmişdir. Baş vermiş hadisəni anası Ədalətə danışdıqdan sonra o, məsələni aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Kənan orada onun pozğun olduğu üçün döydüyünü bildirmişdir. Lakin, Kənanın dedikləri tamamilə yalandır və heç bir halda həqiqəti əks etdirmir. Həmin gün saat 21:00 radələrində anası Ədalət onu qonşuları Elçin dayının yaşadığı evdən götürüb evlərinə gətirmiş, evə gəldikdən sonra anası Ədalət baş vermiş hadisə barədə qohumlarına telefonla məlumat vermiş, həmin gün saat 22:00 radələrində dayısı Ramiz Səmədov və dayısı arvadı Şahid3 onlara gəlmiş, onlar gəldikdən sonra saat 23:00 radələrində o dayısı Ramisin istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefonla DİN-nin 102 xidmətinə Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs qapıda gördükdən sonra Kənan onu əli ilə sinə nahiyəsindən evin içərisinə doğru itələyib, daha sonra isə içəridən evin qapısını bağlamışdır. O, Kənana dəfələrlə evi tərk etməsini bildirsə də Kənan onun dediklərinə və övladının ağlamasına əhəmiyyət verməmiş, sonunda isə Təqsirləndirilən şəxs ayağa qalxaraq evdən gedən zaman qəfildən ona yaxınlaşaraq onu yanağından öpüb paltarlarına əl atmış, o, isə Kənanı əli ilə itələmiş, Kənan isə həmin vaxt onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o, isə Kənanın bu təklifini rədd etmiş, Kənan isə bundan əsəbləşərək onu yumruq, şillə və təpiklə döymüşdür. xx xxxxxx 2021-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmaqdan imtina etdiyi üçün üz, baş, bel, ayaq nahiyələrindən şillə, yumruq və təpiklə vuraraq döymüşdür. Kənan evə gedərkən onun yanağından ehtiraslı şəkildə öpüb sanki onu yalamaq istəmiş, eyni vaxtda əli ilə köynəyinin alt hissəsinə əlini salmaq istəsə də, o, Kənanı əli ilə özündən itələməmiş, bundan sonra Kənan əsəbləşərək onu döyməyə başlamış və onu döyən zaman arxadan qucaqlayaraq onunla cinsi əlaqədə olmalı olduğunu, əks halda onu döyəcəyini bildirmiş, həmçinin, Təqsirləndirilən şəxs onun yalnız əynində olan boz rəngli boğazlı köynəyini onu döyən zaman bir neçə dəfə o tərəf bu tərəfə dartmış lakin, əynində olan həmin paltar cırılmamış və zədələnməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs onun əynində olan paltarlardan heç birini çıxartmamış, o, öz cinsiyyət orqanını çıxardaraq ona qarşı heç bir seksual hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmaq istədiyini sadəcə bildirmiş və onu döymüşdür. Belə ki, o, Kənana kəskin şəkildə müqavimət göstərdiyi üçün Kənan onunla cinsi əlaqədə ola bilməmişdir. O, hadisədən sonra burnundan açılan qanın töküldüyü döşəməni və əynindəki paltarları siqaret və spirli içkilərin qoxusu gəldiyi üçün yumuş, siqaret kötüyünü isə atmış, belə ki, yaşadığı ev bir otaqlı olduğu üçün evdə azyaşlı uşağının olmasını nəzərə alıb hər yeri təmizləmiş, Təqsirləndirilən şəxs hadisə zamanı oğlu Aqil Məmmədovu itələmiş, nəticədə 4 yaşlı övladı Aqilin baş nahiyəsi divara dəymiş, lakin, oğlu Aqil Məmmədov heç bir xəsarət almamışdır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışmamışdır və ona qarşı şikayətçidir. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, qızı Zərərçəkmiş şəxs və azyaşlı nəvəsi Aqil Məmmədov ilə birlikdə Ağdaş rayonu, Malay kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Qızı Zərərçəkmiş şəxs 2014-cü ildə Ağdaş rayonu, Mürsəl kənd sakini X3 ilə ailə qurmuş, 2017-ci ildə boşanaraq Malay kəndində yerləşən ata evinə qayıtmış, İslam Məmmədovla birgə nikahlarından 2016-cı il təvəllüdlü X5 adlı övladı olmuşdur. Qızı Leyla 2017-ci ildən etibarən övladı Aqil Məmmədovla birlikdə Malay kəndində yerləşən fərdi yaşayış evində onunla birlikdə yaşayır. Evləri bir otaqlıdır, bir mərtəbəlidir. Təqsirləndirilən şəxs onun qohumudur, yaxınlıqda təxminən üç ev aralıda yaşayan qonşusudur. Onun Təqsirləndirilən şəxslə heç bir şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxslə hər zaman münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs kənd sakinləri Qorxmaz adı ilə çağırdıqlarından o, da Kənanı məhz Qorxmaz kimi tanımışdır. xx xxxxxx 2021-ci il tarixdə, saat təxminən 14:00 radələrində yaşadığı evdən çıxaraq bacısı Kifayətin yaşadığı Ağdaş rayonu, Malay kəndində yerləşən evinə qonaq getmiş, onların evi onun evindən təxminən 4-5 km aralıda yerləşir. Həmin gün saat 19:00 radələrində bacısı Kifayətin evində çıxaraq yaşadığı evə qayıtmış, evə qayıtdıqdan sonra yaşadığı evdə heç kimin olmadığını görmüş, bayıra çıxaraq Leylanı və nəvəsi Aqili səslədikdə yaxınlıqda yaşayan qonşu Elçin adlı şəxs bayıra çıxaraq Leylanın və nəvəsi Aqilin onlarda olduğunu bildirib onu evinə dəvət etmiş, o, Elçinlə salamlaşıb onların yaşadığı evə daxil olduqdan sonra qızı Leylanı onların evində Elçinin həyat yoldaşı Aytəkinlə birlikdə evdəki sobanın yanında oturduğunu, nəvəsi Aqilində orada olduğunu, Leylanın ağladığını və üz-göz nahiyələrində qızartılar görmüş, Leyladan nə baş verdiyini soruşduqda Leyla bildirmişdir ki, “Qorxmaz dayı evə girərək məni döymüş, mənimlə cinsi əlaqədə olmaq istəmişdir.” O, Leylanı bu sözlərindən sonra dərhal evdən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə həyat yoldaşı Yasəmən onu qarşılamış və ona bildirmişdir ki, “Kənan evdə yoxdur”. O, Yasəmənə əri Kənanın qızı Leylanı döydüyünü ona qarşı zorakı hərəkətlər etdiyini demiş, Yasəmən isə cavabında ona bildirmişdir ki, “təxminən 2 saat əvvəl əri Kənan mənə sizin evinizə girib Leylanı döydüyünü dedi, lakin bunun səbəbini mənə demədi”. O, Yasəmənlə Təqsirləndirilən şəxs həyətyanı sahəsində söhbət edərkən Kənan Aııahverdiyev yaşadığı evə gəlmiş, Kənan onu görən kimi nə baş verdiyini soruşmuş, o, isə Kənandan uca səslə hansı səbəbdən qızı Leylanı döydüyünü soruşmuş, Kənan isə cavabında ona bildirmişdir ki, “Evə gir qışqırma deyəcəm niyə qızın Leylanı döymüşəm”. Daha sonra o, Kənan və Yasəmən onların yaşadığı evə daxil olmuş, orada Kənandan bir daha hansı səbəbdən qızı Leylanı döydüyünü soruşmuş, Kənan həmin vaxt sərxoş olmuş, Kənandan spirtli içkilərin kəskin qoxusu gəlmiş, Təqsirləndirilən şəxs isə ona cavabında qızı Leylanın ünvana nalayiq ifadələr işlədib qızı Leylanı döymədiyini, ona sadəcə bir şillə vurduğunu, bunun səbəbini isə yaxın zamanlarda açıqlayacağını, qızı Leylanın pozğun olduğunu, kənd sakinləri ilə mütəmadi olaraq cinsi əlaqədə olduğunu, qızı Leylanı tənbeh etməyini, əks təqdirdə qızı Leylanı və onu pozğunluq etdiyinə görə cəzalandıracağını bildirmiş, o, isə Kənana qızı Leylanın pozğun qadın olmadığını, Leylanın namusunu qorumaq onun vəzifəsi olmadığını, onun barəsində şikayət edəcəyini bildirib Kənanın evindən çıxıb getmiş, daha sonra qızı Leylanı qonşusu Elçinin yaşadığı evdən götürüb yaşadıqları evə qayıtmış, evə gəldikdən sonra baş vermiş hadisə barədə qohumlarına məlumat vermiş, həmin gün saat 22:00 radələrində qardaşı Şahid1 və onun həyat yoldaşı Şahid3 yaşadıqları evə gəlmiş, daha sonra qızı Zərərçəkmiş şəxs dayısı Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla DİN-nin 102 xidmətinə Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü və Kənanın onu zorlamaq istəməsi barədə məlumat vermiş, həmin gün saat 19:00 radələrində kənd yolu ilə bacısı Kifayətin yaşadığı evdən öz evinə qayıdarkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin giriş qapısının ağzına dayandığını görmüş, həmin vaxt Kənan ona “Gözəl günbəgün yaman gözəlləşirsən” demiş, Kənana cavabında bildirmişdir ki, “Ağzına gələni danışma”. O, bu sözləri dedikdən sonra isə yoluna davam etmiş, Kənan isə həmin vaxt kinayəli şəkildə ona baxaraq gülmüşdür. Qızı Zərərçəkmiş şəxs ona qonşusu Elçinin evində və sonradan hadisə barədə bildirmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 17:00 radələrində sərxoş vəziyyətdə yaşadıqları evə gələrək onu soruşmuş, daha sonra isə onun evdə olmadığını görüb zorla evə daxil olmuş, qızı Leylaya baxacağını onun qeydinə qalacağını bildirmiş, evlərindən çıxıb gedərkən isə ehtiraslı öpüşlərlə qızı Leylanı öpmüş və ona cinsi əlaqədə olmaq istədiyini öz hərəkətləri ilə bildirmiş, qızı Leyla onu itələdikdən sonra isə Kənan qızı Leylanı yumruq, şillə və təpiklə döymüş və evlərindən çıxıb getmişdir. Belə ki, Kənan Leyla ilə cinsi əlaqədə olmaq istəsə də onun müqavimət göstərdiyini görüb yaşadıqları evdən çıxıb getmişdir. Hadisə günü və ya sonradan o, qızı Leylanın paltarlarında cırılmalar və zədələr görməmiş, sadəcə olaraq həmin paltarlardan kəskin siqaret və digər qoxular gəldiyi üçün Leylanın hadisə zamanı əynində olmuş boz rəngli uzunqol boğazlı köynəyi sonradan yumuşdur. Belə ki, qızı Leylanın dediyinə görə Kənan həmin gün evdə siqaretdə çəkmiş, siqaret çəkdikdən sonra isə siqaretin kötüyün sobanın içərisində söndürüb kötüyünü sobanın kənarına qoymuş, həmçinin, qızı Leylanın həmin vaxt burnundan qan açılsa da hadisədən sonra qızı Leyla evi təmizləmiş, qanı yumuş, siqaret kötüyünü isə atmışdır. Hadisə günü o, qızı Leylanın bədənində daha dəqiq olaraq üzündə, belində və ayağında xəsarətlər olduğunu görmüş, ondan soruşduqda həmin xəsarətlərin ona Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildirmişdir. Ətrafda yaşayan qohumlardan və ya qonşulardan Təqsirləndirilən şəxs evlərinə daxil olan və ya qızı Zərərçəkmiş şəxs ilə Kənanın mübahisəsinin səs-küyünü eşidən şəxs və ya şəxslərin olması barədə məlumatı yoxdur. Bu barədə qonşular və ya qohumlar ona heçnə bilmdirməmişdir. Qızı Leylanın dediyinə görə Təqsirləndirilən şəxs hadisə zamanı nəvəsi Aqil Məmmədovu itələmiş, nəticədə 4 yaşlı nəvəsi Aqilin baş nahiyəsi divara dəymiş, lakin, nəvəsi Aqil Məmmədov heç bir xəsarət almamışdır. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 2003-cü ildə Yevlax şəhər sakini X1 ilə ailə quraraq Ağdaş rayonu, Malay kəndinə köçmüş, hal-hazırda Malay kəndində yaşayır. Zərərçəkmiş şəxs və Şahid4 onun Malay kəndində yaxın qonşularıdır. Onlarla münasibəti hər zaman yaxşı olmuş, heç zaman onlarla şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs Malay kənd sakini kimi tanımış, Təqsirləndirilən şəxs yaşadığı evdən təxminən 5-6 ev aralıda yaşayan qonşusudur. Onunla da münasibətləri hər zaman yaxşı olmuş, heç bir şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs kənddə hamı Qorxmaz kimi tanıyır. xx xxxxxx 2021-ci il tarixdə, saat təxminən 17:00 radələrində yaşadığı evdən çıxaraq bir qədər aralıda yerləşən əkin sahəsinə gedirmiş, həmin vaxt yolda olarkən Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxs kənd yolu ilə öz evinə gedirmiş, həmin vaxt Təqsirləndirilən şəxslə salamlaşıb, hal əhval tutduqdan sonra 5-10 dəqiqə kənd yolunda dayanıb Kənanla təsərrüfatdan söhbət etmiş, Kənanla kənd yolunda dayanıb söhbət edərkən yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən övladı Aqillə birlikdə çıxdığını görmüş, daha sonra Leyla onun və Kənanın yanından keçərək onun yaşadığı evə doğru getmiş, o, isə Kənanla sağollaşıb evinə doğru qayıtmış, evə qayıtdıqdan sonra isə Zərərçəkmiş şəxs yaşadığı evdə sobanın yanında yerdə oturaraq ağladığını görmüş, həmin vaxt həyat yoldaşı Aytəkin ona su vermişdir. Həyat yoldaşı Aytəkin Səfərova və o, Leyladan nə baş verdiyini soruşduqda cavab verməmiş, sadəcə ağlamışdır. Bir müddət sonra çöldən Leylanın anası Ədalətin onu çağırdığını eşitmiş, bayıra çıxıb Ədalətə Leylanın onlarda olduğunu demiş, daha sonra isə Şahid4 onlara gəlmiş, evə daxil olduqdan sonra qızı Leylanı ağladığını görüb ondan nə baş verdiyini soruşmuş, Leyla isə cavabında anası Ədalətə bildirmişdir ki, Təqsirləndirilən şəxs zorla onun yaşadığı evə daxil olub, ona cinsi əlaqədə olmaq təklifi etmiş, Kənanın bu təklifini rədd etdikdən sonra Kənan onu yumruqla, təpiklə, şillə ilə döyərək onunla zorla cinsi əlaqədə olmaq istəmiş, lakin, o, Kənana müqavimət göstərib buna imkan verməmişdir. Daha sonra isə Şahid4 evdən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı evinə getmiş, təxminən 30 dəqiqə sonra isə Ədalət yenidən evlərinə qayıdıb qızı Leylanı və nəvəsi Aqili evdən götürərək yaşadıqları evə qayıtmışdır. Hadisə günü Zərərçəkmiş şəxs yaşadıqları evə gəldikdən sonra üz nahiyəsində qızartılar görmüş, lakin, hadisə günü Leylanın övladı Aqil Məmmədovda heç bir xəsarət görməmiş, həmçinin, Təqsirləndirilən şəxslə söhbət edərkən Zərərçəkmiş şəxs onların yanlarından keçərək onun yaşadığı evə getmiş, Leyla həmin vaxt ağlamasa da çox həyəcanlı olmuş, ona görə də o, nə baş verdiyini öyrənmək üçün Kənanla söhbətini yekunlaşdırıb yaşadığı evə geri qayıtmış, həmin vaxt yaşadıqları evdə həyat yoldaşı Aytəkin Səfərova olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt Leyla barədə ondan heçnə soruşmamış və ya bu barədə heçnə danışmamışdır. O, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həyətyanı sahəyə və ya evinə daxil olarkən və ya çıxarkən görməmiş, həmçinin, hadisə günü Zərərçəkmiş şəxs yaşadığı evdən səsküy gəldiyini eşitməmiş, Təqsirləndirilən şəxslə söhbət edən zaman onun sərxoş olubolmamasını hiss etməmişdir. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əri Şahid1 bacısı Şahid4 övladıdır. Zərərçəkmiş şəxs 2017-ci ildə Mürsəl kənd sakini X2 boşandıqdan sonra Malay kəndində yaşayan anası Şahid4 yaşadığı evinə köçmüşdür. Zərərçəkmiş şəxs kənd sakinləri ilə münasibəti çox yaxşı olmuş, kənd sakinləri ilə heç vaxt şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs Malay kənd sakini kimi tanıyır. O, Şahid4 yaşadığı evin yaxınlığında yaşayır. Təqsirləndirilən şəxslə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs yaşadığı kənddə hamı Qorxmaz kimi tanıyır. xx xxxxxx 2021-ci il tarixdə, saat təxminən 21-22 radələrində yaşadığı evdə əri Şahid1 ilə televizora baxmış, həmin vaxt istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona Şahid4 zəng vuraraq qızı Zərərçəkmiş şəxs vəziyyətinin yaxşı olmadığını və təcili evə gəlmələrini bildirmiş, əri Ramislə birlikdə kənddə fəaliyyət göstərən taksiyə əyləşib Şahid4 yaşadığı evə getmiş, evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs ağladığını, danışa bilmədiyini görmüş, Şahid4 nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs o evdə olmadığı vaxt evinə zorla daxil olub qızı Leylanı döymüşdür. Buna səbəb isə Leylanın Kənanın onunla cinsi əlaqəyə girmək istəməsi ilə bağlı təklifini rədd etməsi olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs danışa bilməmiş və ağlamışdır. Təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs danışmağa başlamış və bildirmişdir ki, həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxs zorla onun yaşadığı evə daxil olmuş, daha sonra Kənan ona cinsi əlaqədə olmaq təklif etmiş, lakin, razılaşmadıqda onu yumruq, şillə və təpiklə döymüş, həmçinin, Leyla həmin vaxt bildirmişdir ki, Kənan onunla zorla cinsi əlaqədə olmaq istəmiş, lakin, onun müqavimətini qıra bilməmiş, Təqsirləndirilən şəxs isə həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Həmin gün saat 23:00 radələrində DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə Zərərçəkmiş şəxs adından baş vermiş hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs gördüyü vaxt onun üz, göz və bel nahiyələrində xəsarətlər olmuş, paltarında isə cırılmalar və zədələnmələr olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs həmin vaxt paltarlarından siqaret və spirtli içkilərin qoxusu gəlmiş, ona görə də sonradan Leyla həmin paltarları yumuşdur, o, hadisə günü Aqil Məmmədova heç bir xəsarət görməmiş, lakin, Leylanın dediyinə görə Aqil Məmmədov hadisədən bərk qorxduğu üçün paltarlarını islatmış və batırmışdır. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 48 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-üzün sol almacıq nahiyəsinin, sol bazunun aşağı 1/3-nin bayır səthinin, onurğa sütunun bel hissəsinin qançırları küt alət təsirindən törənmiş, törənmə müddətləri, xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərlər. Tələbnamədən ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, İİ qrup əlil olmasını, himayəsində üç yetkinlik yaşına çatmamış uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar